Məhkəmə qərarları › İş №1(006)-415/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-415/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-415/2022 21.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Boradigah qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 178.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmiş, təkrarən elektron məlumat daşıyıcısından istifadə edərək özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə “İnstagram" sosial şəbəkə proqramında tanış olduğu Zərərçəkmiş şəxs6 özünü guya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı kimi təqdim edib etibarından sui-istifadə edərək sonuncunu həmin Nazirliyin Təlim Tədris Mərkəzində katibə işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 30 oktyabr 2020-ci il tarixdə saat 13:10-da Zərərçəkmiş şəxs6 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 30 ünvanında yerləşən “Dəniz” marketin çöl hissəsində quraşdırılmış "Milliön" ödəmə terminalı vasitəsi ilə onun **********19813801 nömrəli "xxxx" ASC-yə aid bank kartına göndərdiyi 2000 manat pulu, həmin gün Zərərçəkmiş şəxs6 Xırdalan şəhəri “Kristal Abşeron 1” yaşayış kompleksinin qarşısından istintaqa məlum olmayan taksi sürücüsü vasitəsilə göndərdiyi 1500 manat pulu, 31 oktyabr 2020-ci il tarixdə saat 11:40-da Zərərçəkmiş şəxs6 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 30 ünvanında yerləşən “Dəniz” marketin çöl hissəsində quraşdırılmış “Milliön" ödəmə terminalı vasitəsi ilə onun **********19813801 nömrəli "xxxx" ASC-yə aid bank kartına göndərdiyi 200 manat pulu, 01 noyabr 2020-ci il tarixdə saat 11:14-də Zərərçəkmiş şəxs6 həmin ünvanda yerləşən “Dəniz” marketin çöl hissəsində quraşdırılmış “Milliön" ödəmə terminalı vasitəsi ilə onun **********19813801 nömrəli "xxxx" ASC-yə aid bank kartına göndərdiyi 270 manat pulu, həmin gün saat 11:40-da Zərərçəkmiş şəxs6 “Grandmart” supermarketlər şəbəkəsinin ünvan 4 ünvanında yerləşən mağazasında quraşdırılmış “eManat" ödəniş terminalı vasitəsilə onun **********19813801 nömrəli "xxxx" ASC-yə aid bank kartına göndərdiyi 50 manat pulu, 03 noyabr 2020-ci il tarixdə saat 14:09-da Zərərçəkmiş şəxs6 ünvan 5 ünvanında quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə onun **********19813801 nömrəli "xxxx" ASC-yə aid bank kartına göndərdiyi 50 manat pulu, həmin gün saat 14:59-da Zərərçəkmiş şəxs6 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 30 ünvanında yerləşən “Dəniz” marketin çöl hissəsində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə onun **********19813801 nömrəli "xxxx" ASC-yə aid bank kartına göndərdiyi 50 manat pulu, 05 noyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs6 həmin ünvanda yerləşən “Dəniz” marketin çöl hissəsində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə onun **********19813801 nömrəli "xxxx" ASC-yə aid bank kartına göndərdiyi 400 manat pulu, həmin gün Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Nərimanov rayonu T.Şıxəliyev küçəsində yerləşən Şuşa restoranının qarşısından istintaqa məlum olmayan taksi sürücüsü vasitəsilə göndərdiyi 500 manat pulu, 07 noyabr 2020-ci il tarixdə saat 10:40-da Zərərçəkmiş şəxs6 “Grandmart” supermarketlər şəbəkəsinin ünvan 4 ünvanında yerləşən mağazasında quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə onun **********19813801 nömrəli "xxxx" ASC-yə aid bank kartına göndərdiyi 800 manat pulu, 17 noyabr 2020-ci il tarixdə saat 12:19-da Zərərçəkmiş şəxs6 həmin ünvanda yerləşən “Grandmart” supermarketdə quraşdırılmış “eManat" ödəniş terminalı vasitəsilə onun **********19813801 nömrəli "xxxx" ASC-yə aid bank kartına göndərdiyi 500 manat pulu, həmin gün saat 18:04-də Zərərçəkmiş şəxs6 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Kristal Abşeron” yaşayış kompleksində yerləşən marketdə quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə onun **********19813801 nömrəli “Bank Respublika" ASC-yə aid bank karlına göndərdiyi 200 manat pulu, 20 noyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs6 Abşeron rayonu, Xırdalan şəhəri “Kristal Abşeron 1” yaşayış kompleksinin qarşısından istintaqa məlum olmayan taksi sürücüsü vasitəsilə göndərdiyi 1230 manat pulu, 03 dekabr 2020-ci il tarixdə saat 13:47-də Zərərçəkmiş şəxs6 Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti 30 ünvanında yerləşən “Dəniz" marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə onun **********19813801 nömrəli "xxxx" ASC-yə aid bank kartına göndərdiyi 150 manat pulu, 04 dekabr 2020-ci il tarixdə 12:17-də Zərərçəkmiş şəxs6 həmin ünvanda yerləşən “Dəniz” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə onun **********19813801 nömrəli "xxxx" ASC-yə aid bank kartına göndərdiyi 100 manat olmaqla ümumilikdə 4770 manat pulu müxtəlif vaxtlarda və ərazilərdə nağdlaşdırmaqla, Zərərçəkmiş şəxs6 istintaqa məlum olmayan taksi sürücüləri vasitəsilə göndərdiyi ümumilikdə 3230 manat məbləğində pulları isə müxtəlif vaxtlarda və ərazilərdə taksi sürücülərindən götürməklə ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs6 ümumilikdə 8000 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə “İnstagram" sosial şəbəkə proqramında “unibank_az” və “unibank_official” adlı rəsmi olmayan profillər açıb 09 sentyabr 2021-ci il tarixdə köçürmə əməliyyatı zamanı "xxxx" ASC-yə aid Albalı kartına mədaxil etdiyi pulun 1 manat əskik köçürülməsi ilə bağlı yaranan problemlə əlaqədar “unibank_official” profilinin mesaj bölməsinə müraciət edərək özünə məxsus 5292-5410-4063-4429 nömrəli bank kartnın fotoşəklini göndərən Zərərçəkmiş şəxs2 guya həmin problemin aradan qaldırılması üçün sonuncunun mobil telefonuna gələn təhlükəsizlik kodunu istəyib həmin kod vasitəsilə elektron məlumat daşıyıcısı hesab edilən 5292-5410-4063-4429 nömrəli bank kartından vahid niyyətlə əhatə olunan qəsdlə həmin gün saat 14:39-da 200 manat və 290 manat, həmin gün saat 14:40-da isə 300 manat olmaqla ümumilikdə 790 manat pulu özünə məxsus "xxxx" ASCyə aid **********198138000 hesab nömrəsinə bağlı olan 424448******7446 nömrəli bank kartına köçürmə etməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə “İnstagram” sosial şəbəkə proqramında “unibank_az” və “unibank_official” adlı rəsmi olmayan profillər açıb 17 sentyabr 2021-ci il tarixdə kredit götürülməsi ilə əlaqədar “unibank_offıcial” profilində əks olunmuş, onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayan Şahid7 özünü "xxxx" ASC-nin əməkdaşı kimi təqdim edərək Şahid7 kredit şərtləri ilə maraqlanaraq 3000 manat kredit götürmək istədiyini və sonuncunun əri Zərərçəkmiş şəxs5 adına "xxxx" ASC-yə aid 5243-7544-1255-6472 nömrəli Albalı plastik kartının olduğunu dəqiqləşdirdikdən sonra Şahid7 həmin kartın balansına 1000 manat köçürüldüyü halda 3000 manat kredit verilə biləcəyini bildirmiş və həmin gün saat 14:13-də Zərərçəkmiş şəxs5 tərəfindən Yevlax şəhəri H.Əliyev prospekti 101 ünvanında yerləşən “Neptun” supermarket mağazasında quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə qeyd olunan kart balansına köçürülmüş 1000 manat pulu Şahid7 həmin plastik karta bağlı olan mobil nömrəyə göndərilmiş təhlükəsizlik kodunu alıb elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC-yə aid 5243-7544-1255-6472 nömrəli bank kartından istintaqa məlum olmayan qohumu X9 məxsus bank kartının balansına köçürmə etməklə həmin gün ünvan 8 ünvanında yerləşən Elmi Tədqiqat- Travmatologiya və Ortopediya İnstitunun yaxınlığında istintaqla müəyyən edilməyən bankomat vasitəsilə nağdlaşdıraraq gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə “İnstagram” sosial şəbəkə proqramında “unibank_az” və “unibank_offıcial” adlı rəsmi olmayan profillər açıb 22 sentyabr 2021-ci il tarixdə bank kartının pin kodunun dəyişdirilməsi ilə bağlı “unibank.official” profilinin mesaj bölməsinə müraciət edən Zərərçəkmiş şəxs1 özünü "xxxx" ASC-nin əməkdaşı kimi təqdim edib pin kodun dəyişdirilməsi adı ilə sonuncudan "xxxx" ASC-yə aid “Albalı” plastik kartının identifikasiya nömrəsini və şəxsi məlumatlarını əldə edib Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil telefon nömrəsinə göndərilmiş təhlükəsizlik kodunu alıb həmin kod vasitəsilə sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab edilən 5243-7544-1315-7320 nömrəli bank kartından vahid niyyətlə əhatə olunan qəsdlə həmin gün 18:48-də 1250 manat və həmin gün 18:57-də 1145 manat pulu 416974******3877 nömrəli bank kartına, həmin gün saat 19:45-də isə 250 manat pulu 416974******9624 nömrəli bank kartına köçürmə etməklə həmin pul vəsaitlərini müxtəlif tarixlərdə və ərazilərdə nağdlaşdıraraq gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs1 2645 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə “İnstagram” sosial şəbəkə proqramında “unibank_az” və “unibank_official" adlı rəsmi olmayan profillər açıb 05 noyabr 2021-ci il tarixdə mobil telefona "xxxx" ASC-yə aid olan mobil proqram tətbiqinin yüklənilməsi zamanı yaranmış problemlə bağlı “unibank_az” profilinin mesaj bölməsinə müraciət edən Şahid3 özünü "xxxx" ASC-nin əməkdaşı kimi təqdim edib problemin aradan qaldırılması adı ilə Şahid3, əri Zərərçəkmiş şəxs4 məxsus "xxxx" ASC-yə aid “Albalı” plastik kartın identifikasiya nömrəsini əldə etdikdən sonra həmin plastik karta bağlı olan Zərərçəkmiş şəxs4 istifadəsində olan mobil telefon nömrəsinə göndərilmiş təhlükəsizlik kodunu Şahid3 alıb həmin kod vasitəsilə sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab edilən 5243-7544-1392-7706 nömrəli bank kartından vahid niyyətlə əhatə olunan qəsdlə həmin gün saat 21:27-də 2000 manat pulu tanışı Şahid4 adına olan 4169-7385-3656-8086 nömrəli bank kartına, həmin gün saat 21:34-də isə 2900 manat və həmin gün saat 21:35-də 18 manat olmaqla 2918 manat pulu tanışı Şahid5 adına olan 4169-7413-1691-1799 nömrəli bank kartına köçürmə etməklə həmin pul vəsaitlərini müxtəlif ərazilərdə nağdlaşdıraraq gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs4 ümumilikdə 4918 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə “İnstagram” sosial şəbəkə proqramında “unibank_az” və “unibank_official” adlı rəsmi olmayan profillər açıb 03 yanvar 2022-ci il tarixdə kredit götürülməsi ilə əlaqədar “unibank_az” profilinin mesaj bölməsinə müraciət edən Zərərçəkmiş şəxs3 özünü "xxxx" ASC-nin əməkdaşı kimi təqdim edib kredit məbləğinin rəsmiləşdirilməsi adı ilə sonuncuya, hər-hansı bank kartının fotoşəkilini göndərməsini bildirib rəsmiləşdirilən kredit məbləğinin həmin kartın balansına göndəriləcəyinə inandırdıqdan sonra Zərərçəkmiş şəxs3 tərəfindən göndərilmiş, içərisində sonuncuya məxsus 392 manat məbləğində pul olan Şahid8 adına "xxxx" ASC tərəfindən verilmiş 5239-1515-1102-3536 nömrəli bank kartının identifikasiya nömrəsini əldə edib Şahid8 istifadəsində olan mobil telefon nömrəsinə göndərilmiş təhlükəsizlik kodunu Zərərçəkmiş şəxs3 alıb həmin kod vasitəsilə elektron məlumat daşıyıcısı hesab edilən 5239-1515-1102-3536 nömrəli bank kartından vahid niyyətlə əhatə olunan qəsdlə həmin gün saat 18:05-də 390 manat pulu istintaqa məlum olmayan tanışı “Pərviz” adlı şəxsin istintaqla müəyyən edilməyən bank kartına köçürməklə və istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 2 manat balans ödənişi etməklə ümumilikdə 392 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,535 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, barəsində olan axtarış qərarına əsasən Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 fevral 2022-ci il tarixdə saat 10:00-da ünvan 9 ünvanın qarşısında saxlanılaraq ünvan 10ləşən Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli iç kağızına bükülmüş həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məhkum olunmuşdur. Hazırkı iş üzrə Zərərçəkmiş şəxs6 Fərman qızı ilə 2020-ci ilin sonlarında “İnstagram” sosail şəbəkəsi vasitəsi ilə tanış olmuşdur. Xəyalə işsiz olduğunu, ailəsinin maddi vəziyyətinin yaxşı olmadığını bildirmişdir. O, Xəyaləyə onu Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə katibə kimi işə düzəldə biləcəyini və hər ay 600 manat əmək haqqı alacağını bildirmişdir. Xəyalə onun bu təklifi ilə razılaşmışdır. O Xəyaləyə bunun üçün 2000 manat pul lazım olduğunu bildirmiş və Xəyalə onunla razılaşmışdır. 2020-ci ilin noyabr ayının sonlarında Xəyalə onun göndərdiyi Bank Respublikaya aid plastik kartına 1500 manat, daha sonra dekabr ayının əvvəlində 500 manat pul göndərmişdir. Həmin pulları şəxsi ehtiyaclarına xərcləmişdir və Xəyalənin pulunu qaytara bilməmişdir. Xəyalədən başqa hər hansısa pul almamışdır. Bundan başqa 2021-ci ilin avqust-sentyabr aylarından etibarən İnstaqram sosial şəbəkəsində “Unibank_az” adlı səhifə işlətmiş və həmin səhifədə özünü Unibankın rəsmi işçisi kimi təqdim etmişdir. Həmin bankla bağlı problemi olan şəxslər qeyd etdiyi səhifəyə yazdıqda həmin şəxsləri aldadaraq kartlarının üzərindəki 16 rəqəmli kodu istəmiş və kodu aldıqdan sonra kartda olan məbləğləri ələ keçirtmişdir. Müəyyən müddət Unibank_az səhifəsinin adını dəyişərək unibank_official qoymuşdur. Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixdə həmin səhifəyə yazaraq albalı kartı ilə bağlı problem olduğunu bildirmişdir. Həmçinin, Zərərçəkmiş şəxs2 şikayətini bildirdikdə albalı kartın 16 rəqəmli kodunu da yazmışdır. Bundan sonra o həmin albalı kartdan pul çıxartmaq üçün karta bağlı olan mobil nömrəni Zərərçəkmiş şəxs2 soruşmuşdur. Zərərçəkmiş şəxs2 həmin mobil nömrəni ona bildirdikdə o həmin kartdan 200 manat, 290 manat və 300 manat olmaqla ümumilikdə 790 manat pulu kartdan karta köçürmə yolu ilə özünə məxsus olan Bank Respublika kartına yönləndirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 albalı kartından pul çıxmamışdan əvvəl sonuncunun mobil nömrəsinə kod gəlmiş və həmin kodu Zərərçəkmiş şəxs2 soruşduqda sonuncu onu Unibankın işçisi olduğunu zənn edərək ona bildirmişdir və o, 790 manat pulu Elvinin kartından öz kartına köçürtmüşdür. Bundan başqa, sonradan adını Şahid7 kimi öyrəndiyi şəxs 17 sentyabr 2021-ci il tarixdə, “İnstagram” sosial şəbəkəsi vasitəsilə yazmaqla kredit şərtləri ilə maraqlanmağa başlamışdır. O həmin şəxsə özünü Unibankın işçisi kimi təqdim etmişdir. Həmin şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmişdir. O həmin şəxsə demişdir ki, Albalı kartına 1000 manat qoyacağı təqdirdə 3000 manat kredit düzəldə bilər. Eləcə də, o, həmin şəxsdən kartının şəklini istəmiş, Şahid7 katın şəklini göndərmişdir. Şahid7 kartından özünə məxsus karta 1000 manat pul köçürtmüşdür. O həmin gün saat təxminən 14:30 radələrində xalası qızı X1 almış və həmin şəxsin öz albalı kartına yüklədiyi 1000 manat pulu kartdan karta köçürmə yolu ilə ünvan 12 ünvanında yerləşən Travmatologiya institutu tərəfdə olan xatırlamadığı bankomatlardan birindən xalası qızının kartına yükləmişdir. Daha sonra isə yüklədiyi pulu həmin bankomatdan çıxartmışdır. Həmin şəxsin öz kartına yüklədiyi 1000 manat pulun 20 manatını Unibank öz xidmət haqqına çıxmış, o isə 980 manat çıxartmışdır. Həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bununla bağlı Şahid7 Yevlax RPŞ-nə müraciət etdiyinə görə 30 sentyabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax RPŞ-nə aparılmışdır və həmin gün dövlət hesabına vəkil dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və faktla bağlı cinayət işi başlanılmışdır. Təxminən 48 saat sonra orada tutulduqdan sonra isə barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. O isə bundan sonra yenidən Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində olduqda isə öz mobil nömrəsini dəyişmişdir ki, yenidən polis tərəfindən çağırılmasın. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində ünvan 13 ünvanının qarşısında olarkən, 2 nəfər mülki geyimli şəxs yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra barəsində axtarış qərarını göstərmişlər və birlikdə Polis İdarəsinə getməli olduğunu bildirmişlər. Bu zaman onun hərəkətlərindən şübhələnərək, narkotik vasitə istifadə edib etməməyi barədə ondan soruşmuşlar. O isə cavabında üzərində narkotik vasitə olduğundan narkotik vasitə istifadə etdiyini etiraf etmişdir. Bundan sonra isə onu Nəsimi RPİ-nin 20-ci PB-nə aparmışlar. Ona üzərində qanunla qadağan edilmiş hansı bir əşyanın və ya maddənin olub-olmadığı soruşulmuşdur. Üzərində narkotik maddə hesab olunan “kakos'' olmasını bildirmişdir. Daha sonra o masaya yaxınlaşaraq əynində olan boz rəngli cins şalvarının sağ yan cibindəki siqaretin gümüşü rəngli iç kağızına bükülmüş 01 (bir) ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümü açdıqda isə içində tünd qəhvəyi rəngli maddə olan bükümü təhqiqata təqdim etmişdir. Bundan başqa 2021-ci ilin avqust ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən «Neftçilər» metrostansiyası yaxınlığındakı «Bakcell MMC»nin rəsmi dilleri kimi fəaliyyət göstərən dükanda nömrə satışı ilə məşğul olan tanışı Şahid11 aylıq ödəniş etmək şərti ilə kredit yolu ilə ***-***-**-** nömrəsini və ***-***-**-** nömrəsini almışdır. Belə ki, onun məqsədi "xxxx" ASC-yə məxsus plastik kartları olan vətəndaşlardan kimsə həmin kartla bağlı İnstagram sosial şəbəkəsində saxta açdığı «Unibank_official» profilinə sual verdikdə o həmin profil vasitəsi ilə vətəndaşla danışıb sonunculara məxsus plastik kartın 16 rəqəmli kodunu, arxada olan təhlükəsizlik kodunu və digər məlumatları Şahid11 aldığı GSM nömrələrdən birinin «Whatsapp» proqramına gödərməsini deyəcəkdi. Belə də oldu, 22 sentyabr 2021-ci il tarixdə bir nəfər, adı sonradan ona məlum olan Səfurə adlı qadın saxta açdığı «Unibank_offıcial» profilinə “Salam mənim albalı kartım yenilənib, amma mən istifadə etməmişəm, parolu itirmişəm, mümkündürmü kartı istifadə edəndə özüm parol qoyum?" məzmunlu sms yazmışdır. O da cavabında həmin xanıma “Salam, bərpa edərik, kartın son 8 rəqəmi yadınızda?" deyə cavab sms-i yazmışdır. Daha sonra həmin xanıma “***-***-**-**, vvhatsap qaynar xett, yazın ora” deyə digər sms mətni yazmışdır. Daha sonra həmin qadın onun istifadəsində olan ***-***-**-** GSM nömrəsinin «Whatsapp» proqramına özünə məxsus plastik kartın **********157320 nömrəsini və arxasında olan pin kodu göndərmişdir. Bundan sonra, o həmin qadına məxsus plastik kartın hesabından hissə-hissə olmaqla, ümumilikdə 2.645 manat özünə məxsus "xxxx" ASC-nin plastik kartın hesabına göndərmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs4 tanımır. 2021-ci ilin noyabr ayının təxminən əvvəllərində İnstagram sosial şəbəkəsində yerləşdirdiyi elanda onun səhifəsinə bir nəfər qadın yazaraq əlaqə saxlamış və bildirmişdir ki, həyat yoldaşının adına "xxxx" ASC-nə aid bank kartı var və həmin kartda 5.000 manat pul var. Həmin kartı çoxdan aldıqlarına görə nağd pul çıxarda bilmirlər. O həmin qadına bu işdə köməklik edəcəyinə söz vermişdir. Həmin qadına bildirmişdir ki, əvvəlcə kartın şəklini və mobil nömrəsini ona göndərsin, bundan sonra o bir əməliyyat etdikdən sonra qadının mobil nömrəsinə sms-lə kod gələcək və həmin kodu da ona göndərsin ki, o da bir əməliyyat etdikdən sonra qadının telefonuna proqram yüklənəcək, ondan sonra kart aktiv olacaq və pulu kartından çıxarda bilər. Həmin qadın, ona kartın şəklini göndərmişdir, o kartın kodunu “Unibank" ASC-nin online xidmətinə göndərmişdir və həmin qadının mobil nömrəsinə kod göndərilmişdir və kodu ona göndərmişdir. O bundan sonra həmin qadınla əlaqə saxlamamışdır. O həmin kartdan pul oğurlamaq məqsədi ilə əvvəllər Xətai rayonu ərazisində yerləşən “Topaz” mərc oyununda tanış olduğu Yasin adlı şəxsdən xahiş etmişdir ki, onun kartında limit dolub, kartına pul köçmür, bir nəfər də ona 2.000 manat pul göndərməlidir, mümkün olarsa ona kartın nömrəsini desin, o həmin adama desin sənin kartına göndərsin, sonra da pulu kartdan çıxardıb ona versin. Yasin onunla razılaşmışdır və ona kartının nömrəsini göndərmişdir. O əvvəl “İnstagram” səhifəsində yazan qadının göndərdiyi "xxxx" ASC-nə aid kartdan Yasinin kartına 2.000 manat pul göndərmişdir. Sonra da əlaqə saxlayıb demişdir ki, taksi göndərirəm və pulu kartdan çıxardıb sürücü ilə göndərsin. Yasin onunla razılaşmışdır və bir neçə dəqiqədən sonra o *2111 taksi xidmətinə zəng vurub Yasinin ona əvvəlcədən dediyi ünvana sifariş vermişdir. Taksi sürücüsü ona zəng vurmuş və o sürücüyə başa salmışdır ki, həmin ünvanda Yasin adlı şəxslə görüşüb pulu götürüb ona çatdırsın. Həmin sürücü gedib Yasindən 2.000 manat pulu götürüb onun yaşadığı evin yaxınlığında ona çatdırmışdır. Bundan sonra o, Yasini bir neçə dəfə həmişəki “Topaz” mərc oyununda görmüş, münasibətləri əvvəlki kimi davam etmişdir. Ondan təxminən bir ay sonra pula ehtiyacı olmuş və bunun üçün Yasindən 100 manat pul istəmişdir. Yasinin pulu olmadığından kimdənsə 100 manat pul tapıb ona vermişdir. O Yasinin 100 manat pulunu ələ keçirmək niyyəti ilə almışdır. Bundan başqa, əvvəlcə “İnstagram” sosial şəbəkəsində tanış olduğu Bəxtiyar adlı şəxslə “İnstagram” səhifəsi alış-verişi edirdi. Bəzən o Bəxtiyardan səhifə alıb üzərində işləyib digər şəxslərə satıb pul əldə edirdi. Eləcə də Bəxtiyar da onun düzəltdiyi səhifələrdən ondan alıb üzərində işləyərək baha qiymətə digər şəxslərə satıb pul qazanırdı. Beləliklə onların aralarında münasibət yaranmışdı. 2021-ci ilin səhv etmirsə oktyabr ayında onun Bəxtiyara 100 manat borcu qalmış və gələn dəfə səhifə alanda borcunu qaytaracağını bildirmişdir. Bundan sonra onun imkanı olmamış və o, Bəxtiyarın pulunu qaytara bilmədiyi üçün onun Bəxtiyarda olan mobil nömrəsini bağlamışdır ki, sonuncu onunla əlaqə saxlaya bilməsin. Təxminən bir aydan sonra İnstagram səhifəsində ondan kartından pul çıxartmasında köməklik istəyən qadının kartında pul çıxarmaq niyyəti ilə o, Bəxtiyara mesaj yazıb üzrxahlıq etmiş, daha sonra səhifə alacağını bildirərək kartının 16 rəqəmli kodunu istəmişdir ki, ona müraciət edən qadının katından pulu Bəxtiyarın kartına köçürtsün. Bəxtiyarı inandırıb kartının 16 rəqəmini almış sonradan Zərərçəkmiş şəxs4 adlı şəxsin həyat yoldaşı olduğunu öyrəndiyi, ona müraciət edən qadının dediyi kartdan ilk öncə 2900 manat, daha sonra kartda qalan 18 manatı da Bəxtiyarın kartına göndərmişdir. Təxminən yarım saatdan sonra gedib Bəxtiyarla Bakı şəhərində Qış Parkının yaxınlığında görüşüb xatırlamadığı banka aid bankomatdan 2918 manat pulu çıxartmışdır. O Bəxtiyarın 100 manat borcunu vermiş, lakin səhifələrə isə indi tələsdiyi üçün sonra gəlib baxacağını bildirmişdir. Onun niyyəti Bəxtiyardan səhifə almaq olmamış, onun niyyəti Bəxtiyarın kartından istifadə edib həmin qadının kartından pulu oğurlamaq olmuşdur. Bundan sonra o Bəxtiyarla əlaqə saxladığı nömrəni bağlamışdır ki, onunla əlaqə saxlaya bilməsin. Bundan başqa 03 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 istifadə etdiyi Unibank_az səhifəsinə yazaraq kredit götürmək istədiyini bildirmişdir. O da həmin şəxsdən mobil nömrə istəmişdir. Hal-hazırda xatırlamadığı mobil nömrəsini ona bildirdikdə o istifadə etdiyi və qohumu Şahid6 adına olan, lakin onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə həmin mobil nömrənin vvatsappına yazmışdır. Zərərçəkmiş şəxs3 ilə danışıq zamanı özünü Unibankın işçisi kimi təqdim etmiş və həmin şəxsin pulunu ələ keçirmək üçün inandırmağa çalışmışdır. Həmin şəxsə bildirmişdir ki, kredit götürmək üçün hər hansı plastik kartın 16 rəqəmli kodunu ona bildirsin, yəni ki, kreditin kartdan karta köçürmə yolu ilə mümkün olduğunu Şirvana inandırmışdır. Bundan sonra həmin şəxs kapital banka məxsus olan kartın şəklini çəkib ona göndərmişdir və o həmin kartdan ümumilikdə 390 manat pulu dərhal dostu Pərvizə məxsus olan və öz istifadəsində olan karta göndərmişdir, həmçinin, 2 manat da həmin kartdan özünə kontur vurmaqla, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 392 manat pulu ələ keçirmişdir. Törətdiyi cinayət əməllərini səmimi olaraq etiraf etməsini və narkotik vasitələrdən istifadə etməklə yalnız özünə zərər verdiyini, maddi vəziyyətinə görə zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəyə bilməməsini nəzərə alaraq ona daha yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Özünə məxsus olan **********157320 kodlu, Albalı Plyus kartının pin kodunu unutmuşdur. Bununla əlaqədar İnstaqram sosial şəbəkəsində axtar bölümündə “Unibank_official” səhifəsini axtarmış, 22 sentyabr 2021-ci il tarixdə saal 22:41-də həmin səhifəyə “Salam mənim albalı kartım yenilənib, amma mən istifadə etməmişəm, parolu itirmişəm, mümkündürmü kartı istifadə edəndə özüm parol qoyum?" deyə yazmışdır, cavabında ona 22 sentyabr 2021-ci il tarixdə saat 05:03 dəqiqədə “Salam, bərpa edərik, kartın son 8 rəqəmi yadınızda?" yazılmışdır. 22 sentyabr 2021-ci il tarixdə saat 09:58 dəqiqədə “***-***-**-**. Vhatsap qaynar xett, yazın ora.” 22 sentyabr 2021-ci il tarixdə saat 14:26 dəqiqədə “?" deyə yazılmışdır, o bundan sonra ***- ***-**-** saylı nömrənin vatsapı ilə özünə məxsus olan kartın **********157320 nömrəsini və arxasında pin kodu yazmışdır, təxminən 22 sentyabr 2021-ci il tarixdə kartından ümumilikdə 2645 manat pul çıxarılmışdır. Hazırda ona dəymiş zərər ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 2645 (iki min altı yüz qırx beş) manat, dövlət rüsumuna görə ödənilmiş 47 (qırx yeddi) manat və 40 (qırx) qəpik komissiya haqqı, cəmi 2692 (iki min altı yüz doxsan iki) manat 40 (qırx) qəpik tutularaq ona ödənilməsi barədə mülki iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 06 noyabr 2021-ci il tarixdə Xəzər rayonu, Qala qəsəbəsində Hərbi şəhərciyin yaxınlığında yerləşən marketdə alış-veriş etdiyi zaman "xxxx" ASC-nə aid 5243 7544 1392 7706 nömrəli albalı kartında pul olmadığını aşkar etmişdir. Vaxt itirmədən həmin qəsəbə ərazisində yerləşən "xxxx" ASC-nə məxsus bankomatda kartı yoxlamış və yoxlama zamanı hesabından ümumilikdə 4918 manat məbləğində pulunun olmadığını müəyyən etmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin Mərdəkan qəsəbəsindəki filialına müraciət etmiş və həmin filialda ona bildirmişdirlər ki, xx.xx.2021-ci il tarixdə onun hesabında olan 4918 manat məbləğində pulu digər bir kart hesabına köçürülmüşdür. Bundan sonra DİN-in 102 zəng mərkəzinə zəng edərək və ərizə ilə Xəzər RPİ-nin 1-ci PŞ-nə müraciət edərək məlumat vermişdir. xx.xx.2021-ci il tarixdə həmin kartı alış-veriş edərkən istifadə etməsi üçün həyat yoldaşına vermişdir. Kart yoldaşında olduğu zaman "xxxx" ASC-nin mobil tətbiqini onun telefonuna yükləmək üçün qaydaları öyrənmək məqsədi ilə İnstagram sosial şəbəkəsinə daxil olmuş və orada “Unibank_az“ adı altında qeydiyatdan keçmiş səhifəyə yazmış və orada Emil adlı şəxs həyat yoldaşına bu barədə köməklik edəcəyini bildirmişdir. Bunun üçün Emil adlı şəxs yoldaşından kartın üzərində olan 16 rəqəmi deməsini istəmiş və ondan sonra 6 rəqəmli kodun mesaj ilə göndəriləcəyini bildirmişdir. Yoldaşı da həmin şəxsə 16 rəqəmi (5243 7544 1392 7706) demiş və onun istifadəsində olan ***-***-**-** mobil nömrəsini vermişdir ki, 6 rəqəmli kod onun telefonuna gəlsin. Beləliklə 6 rəqəmli kod onun telefonuna gəlmiş və o kodu yoldaşına demişdir. Yoldaşı da həmin 6 rəqəmli (820827) kodu Emil adlı şəxsə göndərmişdir. Emil adlı şəxs yoldaşına xx.xx.2021-ci il tarixdə saat 21:00 radələrində mobil tətbiqin aktivləşəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə yoldaşı evdə olan zaman evin wi-fi-nın aylıq ödənişini kart vasitəsi ilə ödəmək istəyərkən ödəniş edə bilməmişdir. Yoldaşı elə bilmişdir ki, kart yəqin işləmir. Ona bu barədə məlumat vermişdir və o kartı götürüb yaxınlıqdakı marketə getmişdir ki, alış-veriş etsin. Orada məlum olmuşdur ki, kartında olan 4918 manat pulu yoxdur. O bildirmişdir ki, kartı alanda hesabında 5000 manat var idi, ondan 82 manatını xərcləmişdir deyə 4918 manat pul qalmışdır. Hazırda ona dəymiş zərər ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 4918 (dörd min doqquz yüz on səkkiz) manat, dövlət rüsumuna görə ödənilmiş 69 (altmış doqquz) manat və 40 (qırx) qəpik komissiya haqqı, cəmi 4987 (dörd min doqquz yüz səksən yeddi) manat 40 (qırx) qəpik tutularaq ona ödənilməsi barədə mülki iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. İşsiz olduğu üçün instaqram sosial şəbəkəsində “cənab leytenantı” profilində işə düzəltmək üçün ***-***-**-** nömrəsi qoyulmuşdur. 30 oktyabr 2020-ci il tarixdə həmin nömrə ilə əlaqə saxlamışdır. Özünü Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əməkdaşı kimi təqdim edən X11 iş haqqında soruşmuş, həmin şəxs onu özünün işlədiyi Müdafiə Nazirliyində katib kimi işə düzəldəcəyinə söz vermişdir. O da həmin şəxsdən onu necə və hansı qaydada işə düzəldəcəyini soruşanda Emin ona ümumi qayda olaraq 6000 manata işə qəbul ediləcəyini deyib, ondan işə düzəlmək üçün 3500 manata həll edə biləcəyini bildirmişdir. Bu danışıqdan sonra o razılaşmışdır. 30 oktyabr 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron 1” yaşayış kompleksində yerləşən “Dəniz” marketin içərisində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə həmin şəxsin ona dediyi “**********19813801” saylı "xxxx" hesab nömrəsinə 2000 manat pul göndərmişdir, daha sonra həmin günü Eminin göndərdiyi taksi ilə də 1500 manat pul vermişdir. Həmin şəxs 5 noyabr 2020-ci il tarixdə yenidən ona zəng vurub əlavə də iş üçün 500 manat istədiklərini bildirmişdir. O Bakı şəhəri, Nərimanov rayonu, Şuşa restoranının yanında həmin şəxsin göndərdiyi tanımadığı taksiyə 500 manat pul vermişdir. O ümumilikdə həmin şəxsə 4000 manat pul vermişdir. Təxminən 15 noyabr 2020-ci il tarixdə Emin adlı şəxs onun mobil nömrəsinə zəng edərək, işinin alınmadığını və verdiyi pulu geri aldığını bildirmişdir. Ancaq həmin pulu öz şəxsi işi ilə əlaqədar xərclədiyini bildirmişdir. Həmin şəxs əlavə pul göndərməyini də tələb etmişdir. Göndərməyəcəyi təqdirdə verdiyi pulu geri qaytarmayacağını bildirmişdir. Ona hədə- qorxu gəldikdən sonra verdiyi hesab nömrəsinə bir neçə dəfə pul gəndərmişdir. 20 noyabr 2020-ci il tarixdə Emin taksi göndərdiyini və 1230 manat pul verməyini bildirmişdir, o da buna görə yaşadığı evinin yanında həmin şəxsin göndərdiyi tanımadığı taksiyə 1230 manat pul vermişdir. O ümumilikdə 31 oktyabr 2020-ci il tarixdə 200 manat, 01 noyabr 2020-ci il tarixdə 270 manat və 50 manat, 03 noyabr 2020-ci il tarixdə 100 manat, 05 noyabr 2020-ci il tarixdə 400 manat, 07 noyabr 2020-ci il tarixdə 800 manat, 17 noyabr 2020- ci il tarixdə 200 manat və 500 manat, 03 dekabr 2020-ci il tarixdə 150 manat, 04 dekabr 2020-ci il tarixdə 100 manat olmaqla 2770 manat pulu Abşeron rayonu, Xırdalan şəhərində ödəmə terminalı vasitəsi ilə ödəmişdir. Ümumi isə 8000 manat dəyərində ona maddi ziyan vurmuşdur. Həmin vaxtdan Emin adlı şəxs onun pulunu geri qaytarmır, ona dəymiş ziyanın ödənilməsini müxtəlif bəhanələrlə ləngidirdi. Bundan sonra həmin şəxsin istifadəsində olan mobil nömrələrə yəni, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə zəng çatmamışdır. Sonradan isə həmin şəxsin əslində Təqsirləndirilən şəxs olmasını bilmişdir. Hazırda ona dəymiş zərər ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Toılan oğlu verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 5292 5410 4063 4429 nömrəli "xxxx"ın Albalı kartı özünə məxsusdur və təxminən 2018-ci ildən bəri istifadə etmişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında həmin kart vasitəsilə 50 manat Online ödəniş etmiş və kartdan artıq vəsait tutulmasın deyə həmin gün 50 manat pulu Milliön ödəniş terminalı vasitəsilə karta köçürmüşdür. Lakin, mobil telefonunda olan Unibankın proqramından “Ubank” proqramında 49 manat köçürülmə, yəni ki, 1 manat az köçürülmə olmasını müəyyən etmişdir və bu problemlə bağlı sosial şəbəkələrdə Unibankın rəsmi səhifəsini tapmağa çalışmışdır. İnstaqram sosial şəbəkəsində Unibankın rəsmi səhifəsini axtaran zaman “unibank_official” adlı səhifə ilə qarşılaşmış və həmin səhifə rəsmi səhifəyə həddindən artıq uyğun olduğunu görərək səhifənin şəxsi mesajlarına (direct) yazmışdır. Həmin yazışmalarda 50 manat köçürtdüyü kartına nə üçün 49 manat köçməsi ilə bağlı yaranmış problem ilə suallar verməyə başlamışdır. Cavabında isə ondan mobil nömrəsi istənilmiş və aktiv olub-olmamağı ondan soruşulmuşdur. Onunla yazışan şəxs özünü təqdim etməsə də, o həmin şəxsin Unibankın rəsmi işçisi olduğunu düşünmüşdür. O həmin şəxsin istəməsinə görə özünə məxsus olan ***-***-**-** saylı mobil nömrəni vermişdir. Bundan sonra mobil nömrəyə kod yönləndiriləcəyi də bildirilmiş və həmin kodu həmin şəxsə bildirməyi də qeyd olunmuşdur. Bundan sonra onun mobil nömrəsinə həqiqətən də kod gəlmiş və o həmin kodu həmin şəxsə təqdim etmişdir. Kodu təqdim etdiyi zaman, saat 14:39-dan 14:40-dək 3 dəfəyə onun kartından 200, 290 və 300 manat olmaqla ümumilikdə 790 manat pul köçürülmüşdür. O həmin an nə olduğunu tam anlamamış və buna görə Unibankın instaqram səhifəsinə yenidən qayıdaraq baxmışdır. Bu zaman həmin səhifənin saxta olmasına şübhələnmişdir. Bundan sonra həmin gün bununla bağlı Unibankın Lənkəran filialına müraciət etmiş və ona həmin pulların hansısa dələduz tərəfindən kartından çıxarılması bildirilmişdir. Hazırda ona dəymiş zərər ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidir. Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs heç bir şikayəti olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs5 xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq hərbiçi olduğuna görə Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, həmçinin həyat yoldaşı Şahid7 uşaq dünyaya gətirdiyinə görə şahid qismində iştirak edə bilmir. O da şikayətçidir. İşə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsləri əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs barəsində Nəsimi RPİ-nin İŞ-də axtarış elan edilməsi barədə qərar əsasında açılmış 71274 nömrəli axtarış işinə əsasən o və Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Səbail rayonu, X21 küçəsi, 6C ünvanının qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində narkotik vasitə olmasında əsaslı şübhələr yaranmışdır. Bu səbəblə Təqsirləndirilən şəxs 20-ci PB-nə gətirilmişdir. Daha sonra narkotik vasitə saxlaması və istifadəsində şübhəli olması ehtimal edildiyindən üstünə baxış keçirilməsi məqsədilə bölmə rəhbərliyinə raportla məruzə etmişdirlər və həmin raportun icrası Nəsimi RPİ-nin 20-ci PB-nin baş təhqiqatçısı Tuqay Mehtiyevə həvalə edilmişdir. X15 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət edilmiş, müdafiəçi Telman Əliyev şəxsi axtarış zamanı iştirak edə bilməyəcəyini söyləmiş və Təqsirləndirilən şəxs da buna etirazı olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş və masanın üzərinə qoyulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs paltarlarına baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində narkotik vasitəyə bənzər kütlənin el içində “Kokos” deyilən narkotik vasitə olduğunu bildirmiş, 5-6 aydır ki, narkotik vasitə istifadə etdiyini, üzərində özü istifadə elmək üçün gəzdirdiyini, “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən 20 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra iştirakçılara həmin bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq, zərfin ağzı Nəsimi RPİ-nin 20-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş 188 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin sabiq əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır və zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Atəşgah Sığorta ASC-də 2012-ci ilin fevral ayından çalışır. Tarixini dəqiq vaxtda şirkət tərəfindən istifadə olunması üçün hazırda rəqəmlərini dəqiq xatırlamadığı bir neçə Bakcel MMC-yə məxsus mobil nömrələr təqdim etmişdir. O da həmin römrələrdən bir neçə ay istifadə etsə də sonradan istifadə etməmişdir. Hazırda həmin nömrələri xatırlamır. Zərərçəkmiş şəxs1 tanımır. Onun pulunun ələ keçirilməsindən xəbəri yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs da tanımır. Zərərçəkmiş şəxs1 kartından pul çıxarılmasından da məlumatı yoxdur. ***-***-**-** saylı mobil nömrəni hal-hazırda kimin istifadəsində olmasından məlumatsızdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsləri əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Neftçilər metrostansiyası yaxınlığında Bakcell MMC-nin rəsmi dilleri kimi fəaliyyət göstərən dükanda nömrə satışı ilə məşğul olur. ***-***-**-** nömrəsini ondan Təqsirləndirilən şəxs kreditə, yəni ayda 99 manat olmaqla, 7 ay ərzində, ümumi 700 manat pula almalı idi. Lakin Təqsirləndirilən şəxs ilkin olaraq 99 manat ödəniş etmişdir. Bundan sonra nömrəyə pul ödəməmişdir. O da nömrəni bağlamışdır. Nömrəni ondan təxminən 2021-ci ilin avqust ayının sonlarında almışdır. Təqsirləndirilən şəxs ondan bir neçə mobil nömrələri almış, ***-***-**-** nömrəsini, ***-***-**-** nömrələri ondan kredit yolu ilə almışdır. O kreditə satdığı nömrələri nömrəni alanın adına yalnız nömrəni alıb, ödənişi tam bağladıqdan sonra alan adamın adına sənədləşdirir. Ödənişi gecikdirdikdə, dublikatını çıxarıb nömrənin digərini deaktiv edir. Zərərçəkmiş şəxs1 müraciətində göstərilən xüsusatlardan məlumatsız olmuşdur, lakin ona bəzi nömrələrdən zənglər olub ki, ***-***-**- ** nömrəsindən sonunculara qarşı Unibank əməkdaşı kimi dələduzluq ediblər. İş materiallarında olan Şəki RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi X16 tərəfindən tərtib olunan 26 yanvar 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi X12 tərəfindən tərtib olunan 23 iyun 2022-ci il tarixli DVD diskə və mobil telefondan çıxarışa baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəki ŞRPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X3 Məmmədovun istifadə etdiyi mobil telefonun Vhatsapp proqramında ***-***-**-** nömrəsinin səhifəsinə baxış keçirmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, naməlum şəxslə Zərərçəkmiş şəxs3 arasında telefonunda aşağıdakı yazışmalar olmuşdur: Şirvan: Bir azdan göndərəcəm. Naməlum şəxs: Tez köçür pülü, qaqa gecdir indi yolla, göndərimdə tez at Şirvan: Problem oldu ona Naməlum şəxs: Tez göndər, Niyə Şirvan: evə gedə bilmədim, işdəyəm Naməlum şəxs: Nə danışırsan pul yüklənib karta, Siz arxasındakı yazılan kodu deyin, 500 yükləyək ona Şirvan: Olar qardaş bir saata göndərirəm, problem yoxdur, 100 faiz sizə qaranti verirəm, 1-2 saat vaxt verin Naməlum şəxs: İndi, Şirvan: hə qardaş Naməlum şəxs: Göndər ki, pulu atım hesaba, qaqaş o kartın arxa kodu Şirvan: Necə pulu çıxaracam, Naməlm şəxs: atın indi. Şirvan: karta yüklədiz Şirvan səsi: Qardaş belə deyim, pulu Siz yüklədiz ey, mənim. Sizə göndərdiyim Birkarta, mən indi heç bir problem yoxdur, sadəcə bir dənə anlaşımazlıq oldu, bir az özüm axranadayam, başım qarışıq oldu, yuxusuzam ona görə bir az anlaşılmazlıq oldu. Naməlum şəxs: Hə. Şirvan səsi: Sadəcə bir saat, bir saat yarıma işdən çıxıb gedəcəm evə, evdə uşaq yoxdu gedib onu göndərdi, zəng vurdum dedi ki, yox belədir. Bidəırə Siz onu şey edin mən hardasa bir saat yarını saata bir saata arxa şəklini çəkib göndərəcəm, heç bir problem yoxdur ey qardaş. Mən də çox istəyirəm ki, Sizin kimi Unibankın bir üzvü olum. Kampaniyalardan yaradanımda məndə Naməlum şəxs: Arxa kodu yazda Şirvanın səsi: Birdə qardaş nəsə bir problem zad olmayacaq və birdə ödəniş cədvəlini də mənə göndərəsiz. Naməlum şəxs: şəklini çək kartın arxasındakı Şirvan: Oldu göndərəcəm bir azdan Naməlum şəxs: Tez göndərdə heç bir problem olmayacaq, Şirvan: Oldu qardaş göndərirəm bir azdan, cədvəlidə göndərəsiz ödəniş Naməlum şəxs: Sən pulu yolla sonra cədvəli göndərəcəm. Şirvan: Göndərim şəkli kartın Naməlum şəxs: Bu karta pul nə gedir, arxasımda göndər Şirvanın səsi: Bu Kapital bankın Birkatıdır. Pul yükləmək olanda buna öfciənilir. Ödənişi istəyirsizsə bu karta yükləyin, bu kartda olsun Naməlum şəxs: Pul var indi kartınızda Şirvan: Hə Naməlum şəxs: Nə gedir Şirvanın səsi: Bu kart Birbank gedib qardaş, ödəniş istəyirsizsə başqa kart verim, karta ödəniş olunsun Naməlum şəxs: Kod yolladım gəldi? Şirvan: 9764 Naməlum şəxs: Kodu deyin. Şirvan: 9764 Naməlum şəxsin səsi: Qardaş təzədən göndər kodu denən. Şirvan: gəlmədi, Naməlum şəxs: Gəlməlidir, diqqətlə bax. Şirvan: yox Naməlum şəxsin səsi: Qardaş diqqətlə bax, gəlməlidir, bax göndərdim indi, onda gələndə denən Şirvan: 5032 Naməlum şəxsin səsi: Yenidən göndərdim, gələn kimi denən. Şirvan: indi gəldi Naməlum şəxsin səsi: Neçə dəfə gəlsə denən Naməlum şəxs: Gözlə nə kod gəlsə atm Şirvan: (Mobil telefona gəlmiş SMS-n şəklini göndərir) 0162 Naməlum şəxs: İndi yenidən yollayıram, deyim pin kodu da yazın Naməlum şəxs: Pin kod Şirvan: İmtina mesajı gəldi Naməlum şəxs: Kart taxıb Şirvan: 0624 Naməlum şəxsin səsi: Qardaşım kartı taxırsan pulu çıxarırsan, o kod hansıdır onu yaz bidənə Naməlum şəxs: Kodu dedim Şirvan: 2301, belə alınmır Naməlum şəxs: Alındı, kodu de Şirvan: bu saat yoxlacam Kardan pul çıxılıbsa 102 məlumat verəcəm. Cavab yazın. Bundan başqa Zərərçəkmiş şəxs3 telefonuna olan 04 yanvar 2022-ci il Tarixdə Vhatsapına ***-***-**-** saylı moil nömrədən aşağıdakı məzmunda ismarıclar gəlmişdir: Naməlum şəxs: Salam Şirvan: Əleykimə, kim idi Naməlum şəxs: bağışla narahat edirik, Siz dünən ödəniş etdiz, Unibankdan onlaym kredit əldə etmək üçün müəllim. Şirvan: Məni aldadıb 390 manat pul kartımdan çəkmisiniz Təqsirləndirilən şəxs: Kim aldadıb müəllim Şirvan: Sizin İnstaqram səhifənizdən 102 qaynar xəttə məlumat vermişəm. Baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3la yazışan şəxsin özü olduğunu bildirmişdir. (cild 1, i/v 27-39, 121-123) İş materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən verilən 10 mart 2022-ci il tarixli qəbzdən görünür ki, ona dəymiş 392 manat maddi ziyan Şahid6 qohumu tərəfindən tam şəkildə ödənilmişdir. (cild 1, i/v 74) Şahid6 xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq istintaqdakı ifadəsini təsdiq etdiyini, məhkəməyə gəlməyə imkanı olmadığını bildirmişdir. Məhkəmə araşdırması zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, narkotik vasitə saxladığına görə Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il larixli hökmü ilə 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, daimi yaşayış yeri ünvan 16 ünvanı olduğuna görə onun azadlığının məhdudlaşdırılması ilə bağlı nəzarəti Bakı Şəhər Probasiya İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir. Təqsirləndirilən şəxs onun atası Elçinin xalası oğu olmaqla qohumdurlar. Təxminən 2021-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin olmadığını bildirərək, ondan xahiş etmişdir ki, onun adına nömrə alaraq işlətməsi üçün Əzizə versin. O da Əzizin bu xahişinə əsasən etiraz etməyib ***-***-**-** saylı mobil nömrəni alıb Əzizin özünə vermişdir. Şəki ŞRPŞ-də izahat verərkən o bütün bu xüsusatları bildirmişdir, həmin vaxt ona məlum olnuşdur ki, Təqsirləndirilən şəxs onun adına olan mobil nömrədən istifadə edərək Şirvan adlı şəxsin pulunu talamışdır. Çünki Əzizin mobil telefonunda unibank_az instaqram səhifəsini görmüşdür. Şirvan adlı şəxsin 392 manat pulunun kartdan talanması ilə bağlı onun heç bir məlumatı olmamışdır. Həmçinin, sonradan Şəki şəhərinə gedən tanışlardan birinə 392 manat pulu vermişdir ki, Şirvan adlı şəxsin maddi ziyanını ödəsin. Sonradan da bilmişdir ki, həmin maddi ziyan ödənilmişdir. (cild 4 i/v 228-229) İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsinə əlavə edilmiş fotoşəkillərdən, o cümlədən Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi X17 tərəfindən tərtib olunan 27 aprel 2022-ci il tarixli təqdim edilən sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Unibank_official” instagram səhifəsi aşağıdakı məzmunda sms yazışma olmuşdur: “Unibank_official”: salam. Kart hesabına bağlı olan nomreni deyin zehmet olmasa. E.H: **********, “Unibank_official”: aktivdir nomrə? E.H: bəli, “Unibank_official”: Nomrəyə kod yönləndirəcəyik deyərsiz zəhmət olmasa, E.H: yönləndirin. “Unibank_official”: Kodu deyin zehmet olmasa, E.H: 862626 Kartdan pul çıxır, “Unibank_official”: Necə? Sizin borcunuz var banka?. Həmçinin şəkillərdən görünür ki, xx.xx.2021-ci il tarixdə 200 manat, 290 manat və 300 manat Zərərçəkmiş şəxs2 məxsus **********634429 nömrəli kartdan 4244-48**-****- 7446 karta köçürülmüşdür. Həmin ödənişlərə görə müvafiq olaraq 1 manat, 1,45 manat və 1,50 manat komissiya tutulmuşdur. Baxış zamanı iştirakı edən müdafiəçisi Telman Əliyevlə iştirak edən Təqsirləndirilən şəxs “Unibank_official” instagram profilini özünün işlətdiyini və Zərərçəkmiş şəxs2lə olan yazışmaların onun tərəfindən icra edildiyini, Zərərçəkmiş şəxs2 hesabından ümumilikdə 790 manat pulu o özü çıxardaraq oğurlamışdır (cild 1 i/v 138- 145,186) İş materiallarında olan Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi X18 tərəfindən tərtib olunan 27 avqust 2022-ci il tarixli plastik kart hesabından çıxarışa baxış keçirilməsi haqqında protokoldan görünür ki, müdafiəçi X7 və Təqsirləndirilən şəxs iştirakı ilə çıxarışa baxış keçirilmişdir. Həmin çıxarışdan görünür ki, qeyd olunan plastik kart müştəri Təqsirləndirilən şəxs məxsusdur, valyuta AZN-dir, çıxarış tarixi xx.xx.2019-xx.xx.2022-dir. Baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 02:39-da 200 və manat olmaqla 490 manat, həmin tarixdə saat 02:40-da isə 300 manat həmin karta köçürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin pul Zərərçəkmiş şəxs2 kartından köçürmə yolu ilə oğurladığı 790 manat puldur, tarix isə günorta radələrinə aiddir, yəni ki, 02:39-14:39-dur, 02:40 isə 14:40-dır. (cild 5 i/v 61) İş materiallarında olan Yevlax RPİ-nin İB-nin müstəntiqi X23 tərəfindən tərtib olunan protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 təqdim etdiyi "xxxx" ASC-nin Zərərçəkmiş şəxs5 hesabından çıxarışına baxış keçirilmiş, baxış zamanı xx.xx.2021-ci il tarixdə saat 02:29-da 980 manat pulun hesabdan naməlum hesaba köçürülməsi görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, çıxarışda 980 manat göstərilməsinə baxmayaraq o, 1000 manat pulu Fəhrad Kərimovun hesabından çıxardaraq qohumunun Kapital bank kartına köçürmüşdür, sadəcə 1000 manat pul köçürmə etdikdə 20 manat Kapital bank tərəfindən komissiya haqqına görə tutulmuşdur, həmçinin, çıxarışda görünən saat günorta radələrinə aid olduğunu, yəni ki, 02:29 vaxtının, 14:29 olduğunu bildirmişdir. (cild 2 i/v 80) İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs6 tərəfindən Abşeron RPİ-nin rəisi Şəhriyar Şəmşirliyə ünvanlanan 02 fevral 2022-ci il tarixli ərizədən və həmin ərizəyə əlavə edilmiş bir ədəd diskdə olan səs yazılarından və ərizəyə əlavə edilmiş ödəniş qəbzlərinin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 8000 manat pulunu ələ keçirmişdir. (cild 2 i/v 164-172) İş materiallarında olan Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi X18 tərəfindən tərtib olunan 27 avqust 2022-ci il tarixli zərərçəkmiş şəxsin təqdim etdiyi qəbzlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin istintaq hərəkəti Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 iştirakı ilə Zərərçəkmiş şəxs6 təqdim etdiyi qəbzlərə baxış keçirilmişdir. Baxış zamanı, 30 oktyabr 2020-ci il tarixdə saat 13:10-da Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 30 ünvanında yerləşən “Dəniz” marketin çöl hissəsində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsi ilə **********19813801 nömrəli "xxxx" ASC-yə aid bank kartına göndərilən 2000 manat pul, 31 oktyabr 2020-ci il tarixdə saat 11:40-da Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti 30 ünvanında yerləşən “Dəniz” marketin çöl hissəsində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsi ilə **********19813801 nömrəli "xxxx" ASC-yə aid bank kartına göndərilən 200 manat pul, 01 noyabr 2020-ci il tarixdə saat 11:14-də həmiin ünvanda yerləşən “Dəniz” marketin çöl hissəsində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsi ilə **********19813801 nömrəli "xxxx" ASC-yə aid bank kartına göndərilən 270 manat pul, həmin gün saat 11:40-da “Grandmart” supermarketlər şəbəkəsinin ünvan 20 ünvanında yerləşən mağazasında quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə **********19813801 nömrəli "xxxx" ASC-yə aid bank kartına göndərilən 50 manat pul, 03 noyabr 2020-ci il tarixdə saat 14:09-da ünvan 5 ünvanında quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə **********19813801 nömrəli "xxxx" ASC-yə aid bank kartına gönndərilən 50 manat pul, həmin gün saat 14:59-da Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti 30 ünvanında yerləşən “Dəniz” marketin çöl hissəsində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsi ilə **********19813801 nömrəli "xxxx" ASCyə aid bank kartına göndərilən 50 manat pul, 05 noyabr 2020-ci il tarixdə həmin ünvanda yerləşən “Dəniz” marketin çöl hissəsində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsi ilə **********19813801 nömrəli "xxxx" ASC-yə aid bank kartına göndərdiyi 400 manat pul, 07 noyabr 2020-ci il tarixdə saat 10:40-da Grandmart” supermarketlər şəbəkəsinin ünvan 21 ünvanında yerləşən mağazasında quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə **********19813801 nömrəli "xxxx" ASC-yə aid bank kartına göndərilən 800 manat pul, 17 noyabr 2020-ci il tarixdə saat 12:19-da həmin ünvanda yerləşən “Grandmart” supermarketdə quraşdırılmış “eManat” ödəniş terminalı itəsilə **********19813801 nömrəli "xxxx" ASC-yə aid bank kartına göndərilən 500 manat pul, həmin gün saat 18:04-də Abşeron rayonu Xırdalan şəhəri Əliyev prospektində yerləşən “Kristal Abşeron” yaşayış kompleksində yerləşən marketdə quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə **********19813801 nömrəli "xxxx" ASC-yə aid bank kartına göndərilən 200 manat pul, 03 dekabr 2020-ci il tarixdə saat 13:47-də Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 30 ünvanında yerləşən “Dəniz” marketdə quraşdırılmış “eManat” ödəmə termninalı vasitəsilə **********19813801 nömrəli "xxxx" ASC-yə aid bank kartına göndərilən 150 manat pul, 04 dekabr 2020-ci il tarixdə 12:17-də həmin ünvanda jerləşən “Dəniz” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə **********19813801 nömrəli "xxxx" ASCyə aid bank kartına göndərilən 130 manat olmaqla ümumilikdə həmin bank akrtına 4770 manat pul göndərilməsi müəyyən olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kart özünə məxsusdur və özü istifadə etmişdir, karta göndərilən pulları da öz şəxsi entiyacları üçün istifadə etmişdir. (cild 5 i/v 62-63) İş materiallarında olan Abşeron RPİ-nin İŞ-nin müstəntiqi X24 tərəfindən tərtib olunan DVD diskə baxış keçirilməsi haqqında 04 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti Təqsirləndirilən şəxs müdafiəçisi X5 iştirakı ilə aparılmış və baxış zamanı 50 səs yazısı müəyyən edilmişdir ki, həmin səs yazılarının Təqsirləndirilən şəxs özü tərəfindən vatsapp vasitəsilə Zərərçəkmiş şəxs6 göndərildiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 müxtəlif vədlər verərək pulunu ələ keçirtmək istəməsi, eləcə də, “5-6 mindən ötrü gedib yatası deyiləm” və “mamada zadda kimdəsə qızıl yoxdur? Heç olmasa onu qoyardın 1-2 günlükdü, təhqir sənə 8 min verməsəm balam ölsün, əzizlərim ölsün, o pulu götürüb sənə 8 min manat verəcəm” deyə səs yazılarının da olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs 50 səs yazısının bəzisində başqa adamın səs yazısı olsa da, yuxarıda göstərilən və ümumiyyətlə səs yazılarının əksəriyyətinin özünə məxsus olduğunu bildirmişdir. (cild 2 i/v 229) İş materiallarında olan Unibank ASC tərəfindən Binəqədi rayon Polis idarəsinin İŞnin baş müstəntiqi Kamran Əliyevə ünvanlanan HTİD/2168 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 524375******7320 nömrəli kart xx.xx.2021-ci il tarixində açılmışdır. Həmin kartdan xx.xx.2021-ci il tarixdə saat 18:48:11də "Kapital Bank'’ ASC-yə məxsus 416974******3877 nömrəli karta 1250 manat, xx.xx.2021-ci il tarixdə saat 18:57:45-də "xxxx" ASC-yə məxsus 416974******3877 nömrəli karta 1145 manat və xx.xx.2021-ci il tarixdə saat 19:45:50-də "xxxx" ASC-yə məxsus 416974******9624 nömrəli karta 250 manat məbləğində pul vəsaiti köçürülmüşdür (“card to card” əməliyyatı). (cild 4, i/v 17) İş materiallarında olan Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi X18 tərəfindən tərtib olunan 24 iyun 2022-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin istintaq hərəkəti Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 iştirakı ilə aparılmış və baxış zamanı Zərərçəkmiş şəxs1 məxsus olan plastik kartdan 1250 manat və 1145 manat pulun Kapital bankın 416974xxxxxx3877 nömrəli hesaba köçürülməsi, 250 manat pulun isə 416974xxxxxx9624 saylı hesaba köçürülməsi müəyyən olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs qeyd olunan məbləğlərin özü tərəfidən Zərərçəkmiş şəxs1 məxsus hesabdan oğurladığını bildirmişdir, həmin pulların həmin vaxt onda olan Kapital banka məxsus kartlara köçürüldüyünü də qeyd etmişdir. (cild 4 i/v 43) İş materiallarında olan Unibank ASC tərəfindən Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinə ünvanlanan HTİD/208 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus 5243 **** **** 7706 nömrəli bank kartından xx.xx.2021-ci tarixdə, saat 9:27:19-də "xxxx" ASC-də olan 416973******8086 nömrəli karta 2000,00 (iki min) manat, eyni tarixdə saat 9:34:22-də və saat 9:35:10-da "xxxx" ASC-də olan 416974******1799 nömrəli karta müvafiq olaraq 2900,00 (iki min doqquz yüz) manat və 18,00 (on səkkiz) manat məbləğində pul köçürülmüşdür. (cild 4, i/v 101) İş materiallarında olan Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi X18 tərəfindən tərtib olunan 27 avqust 2022-ci il tarixli plastik kart hesabından çıxarışa baxış keçirilməsi haqqında protokoldan görünür ki, müdafiəçi X7 və Təqsirləndirilən şəxs iştirakı ilə X10 məxsus plastik kart hesabından çıxarışa baxış keçirilmişdir. Qeyd olunan plastik kart müştəri Zərərçəkmiş şəxs4 məxsusdur, valyuta AZN-dir. Baxış zamanı müəyyən edilmişdir ki, 05 noyabr 2021-ci il tarixdə saat 21:27-də 2000 nanat, həmin tarixdə saat 21:34-də 2900 manat və həmin tarixdə saat 21:35-də 18 manat pul köçürmə yolu ilə kartdan çıxarılmışdır, baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin pulları özü çıxartmışdır. (cild 5, i/v 64) İş materiallarında olan Xəzər RPİ-nin İŞ-nin müstəntiqi X25 tərəfindən tərtib olunan 04 iyul 2022-ci il tarixli telefon yazışmalarına baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021ci il tarixdə Şahid5 İnstagram sosial şəbəkəsi vasitəsi ilə yazışmağa başlamışdır. Yazışdığı zaman Şahid5 qiyməti 30-40-50 manata kimi olan İnstagram səhifələri almaq istədiyini, Şahid5 də ona əvvəllər də ona 45 manat borcu olduğunu bildirmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən Şahid5 bahalı səhifələr də alacağını bildirərək ondan xahiş etmişdir ki, özünün bank kartı koda düşdüyünə görə Bəxtiyar özünə məxsus banka kartının kodunu ona göndərsin, kiminsə ona 2900 manat verəcəyi pulu Bəxtiyarın kartına köçürtsün və sonra da onunla görüşüb ondan 2900 manat pulu götürsün. Buna görə Bəxtiyara 40 manat da hörmət edəcəyini, əvvəl də ona 45 manat borcu ilə birlikdə ümumilikdə 100 manat pul verəcəyini vəd vermişdir. Bundan sonra Şahid5 də ona inanıb kartının 4169-7413-1691-1799 kodunu göndərmişdir. Beləliklə, təqdim olunmuş yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs 2900 manat pulu Şahid5 kartına göndərdikdən sonra xəritənin köməkliyi ilə onunla Bakı şəhərində yerləşən Qış Parkının yaxınlığında görüşmüşdür. (cild 4, i/v 169-182) İş materiallarında olan Nəsimi RPİ-nin 20-ci PB-nin baş təhqiqatçısı Tuqay Mehtiyev tərəfindən tərtib olunan şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 04 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili Şahid2 və baş əməliyyat müvəkkili Şahid1, Nəsimi RPİ-nin KTQ-nin ekspert kriminalisti X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Təqsirləndirilən şəxs ayağa qalxaraq bildirdi ki, əynində olan boz rəngli cins şalvarının sağ yan cibində narkotik vasitə olan kakos var və o, könüllü olaraq həmin narkotik vasitəni təhqiqata təqdim etmək istəyir. Bundan sonra o, masaya yaxınlaşaraq əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən, siqaretin gümüşü rəngli iç kağızına bükülmüş 01 ədəd bükümü çıxararaq təqdim etmiş və bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki maddə narkotik vasitə olan “kakos”dur. Həmçinin verilən suallara cavab olaraq, təqdim etdiyi narkotik vasitəni istifadə etmək məqsədi ilə təxminən bu gün “sovetski” kimi tanınan ərazidə tanımadığı şəxsdən 20 manata almasını söyləmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan paltarlara baxış keçirilmiş, hər hansı qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi, içərisində tünd qəhvəyi rəngli maddə olan büküm boş zərf götürülərək, həmin zərfin içərisi iştirakçılara göstərildikdən sonra həmin zərfin içərisinə qoyularaq, qablaşdırılmış və DİN-in 188 saylı möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Protokol tərtib olunaraq, ucadan oxunmuş, protokolun düzgünlüyünü imzalarla təsdiq edilmişdir. (cild 1 i/v 244-250) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 fevral 2022-ci il tarixli, 6/712 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №188” dairəvi möhür əksi “Şübhəli şəxs imza Təqsirləndirilən şəxs ...........” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,535 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin çəkisi – 0,535 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,485 qram qalıq qalmışdır (cild 2, i/v 2-6). İş materiallarında olan narkotik vasitənin maddi sübut kimi tanınması və saxlanılması üçün verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, bir ədəd zərfin içərisindəki 0,535 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınması və qalıq hissə 0,485 qram olan narkotik vasitə heroinin saxlanılmaası üçün Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır. (cild 2, i/v 152-154). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanseri Ambulator X2 xx.xx.2021-ci tarixli, 839 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 3, i/v 10-11). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Masallı rayon məhkəməsinin 02 aprel 2014-cü il tarixli hökmü ilə 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 2, i/v 179-180). İş materiallarında olan Yevlax RPİ-nin İB-nin müstəntiqi X23 tərəfindən tərtib olunan şübhəli şəxsin tutulması haqqında 30 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2021-ci il tarixdə HK-1/1960 nömrəli material üzrə şübhəli şəxs qismində tutulmuş, 02 oktyabr 2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. (cild 2 i/v 54, 81-82) İş materiallarında olan Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi X18 tərəfindən qəbul edilən 01 dekabr 2021-ci il tarixli qətimkan tədbirinin şərtlərini pozduğuna görə şəxsin axtarışa elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və tutulduğu halda Nəsimi RPİ-nin İŞ-nə təhvil verilməsi qərara alınmışdır. (cild 2 i/v 102-103) İş materiallarında olan Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili Şahid2 və baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilən 04 fevral 2022-ci il tarixli raportdan və Nəsimi RPİ-nin 20-ci PB-nin baş təhqiqatçısı Tuqay Mehtiyev tərəfindən tərtib olunan 04 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi təqsirləndirilən, barəsində xx.xx.2021ci il tarixli 71274 nömrəli axtarış işi olan xx.xx.1987-ci il ildə Masallı rayonunda anadan olmuş, Masallı rayonu, Boradigah qəsəbəsi, ünvan 1-da qeydiyyatda olan Təqsirləndirilən şəxs Səbail rayonu, X21 küçəsi 6C ünvanı qarşısında tərəfimizdən saxlanılmış, şifahi sorğu zamanı həmin şəxsin üzərində narkotik vasitə və ya hər hansı qanunsuz əşya olmasına əsaslı şübhələr yaranmış və PB-nə gətirilmiş və həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1 i/v 201, 218-219, cild 2, i/v 109) İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 05 fevral 2022-ci il tarixli, 4(006)-68/2022 saylı qərarı ilə barəsində 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 04 may 2022-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 2 ay, 04 iyul 2022-ci il tarixədək, 30 iyun 2022-ci il tarixli qərarı ilə isə 2 ay, 04 sentyabr 2022-ci il tarixədək uzadılmışdır. (cild 2 i/v 139-143, cild 3, i/v 252-254, cild 4, 60-62) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 178.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, ona qarşı irəli sürülmüş ittihamda qeyd edildiyi kimi, yəni Zərərçəkmiş şəxs6 8000 manat miqdarında zərər vurulması hissəsində təqsirli bilməməsi və yalnız 2000 manat miqdarında zərər vurmasına dair ifadəsinə tənqidi yanaşır və qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 etibarından sui-stifadə edərək 8000 manat pulunu ələ keçirməsi zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs6 ifadəsi və iş materialları ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək cinayət və mülki məsuliyyətdən yayınmaq məqsədi daşıyır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməlləri qismən etiraf edib peşman olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 şikayəti olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, cinayət qanunun təqsirli bilindiyi maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 04 fevral 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınan və Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan 0,485 qram olan narkotik vasitə olan heroin məhv edilməlidir. Mülki iddiaçı Zərərçəkmiş şəxs4 tərəfindən verilən mülki iddiadan görünür ki, ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Həmin iş üzrə Təqsirləndirilən şəxs “İnstaqram” sosial şəbəkə “unibank az” və “unibank offical” adlı profillərdən istifadə etməklə proqramında 05 noyabr 2021-ci il tarixdə mobil telefona "xxxx" ASC-yə aid olan mobil proqram tətbiqinin yüklənməsi zamanı yaranmış problemlə bağlı “unibank az” profilində özünü "xxxx"ASC-nin əməkdaşı kimi təqdim etmişdir. Yaranan problemin aradan qaldırılması adı ilə həyat yoldaşı Şahid3 ona məxsus "xxxx"ASC-yə aid olan “Albalı” plastik kartının identifikasiya nömrəsini əldə edərək kartda olan 4918 (dörd min doqquz yüz on səkkiz) manat pulunu müxtəlif şəxslərin adına olan plastik kartlara köçürməklə çıxarmış və mənimsəmişdir. Bu cinayət əməli ilə Təqsirləndirilən şəxs ona 4918 (dörd min doqquz yüz on səkkiz) manat maddi ziyan vurmuşdur. İşlə bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi qaldırılaraq o zərərçəkən kimi tanınmış, lakin bu günədək təqsirləndirilən şəxs ona dəyən ziyanla bağlı heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş maddi ziyana görə 4918 (dörd min doqquz yüz on səkkiz) manat və tərəfimdən ödənilmiş 69.60 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilən mülki iddiadan görünür ki, 1(006)-415/2022 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə “İnstagram” sosial şəbəkəsində “unibank_az” və “unibank official” adlı rəsmi olmayan profillər açmışdır. O, 22 sentyabr 2021-ci il tarixində bank kartının pin kodunun dəyişdirilməsi ilə bağlı “unibank_official” profilinin mesaj bölməsinə müraciət etmişdir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs özünü "xxxx" ASC-nin əməkdaşı kimi təqdim edərək, pin kodun dəyişdirilməsi adı ilə ondan "xxxx" ASC-yə məxsus “Albalı” plastik kartının identifikasiya nömrəsini və şəxsi məlumatlarını əldə etmişdir. Onun istifadəsində olan mobil telefon nömrəsinə göndərilmiş təhlükəsizlik kodunu alaraq, həmin kod vasitəsilə ona məxsus elektron məlumat daşıyıcısı hesab edilən 5243-7544- 1315-7320 nömrəli bank kartından vahid niyyətlə əhatə olunan qəsdlə həmin gün saat 18:48-də 1250 manat və həmin gün saat 18:57-da 1145 manat pulu 416974******3877 nömrəli bank kartına, həmin gün saat 19:45-də isə 250 manat pulu 416974******9624 nömrəli bank kartına köçürmə etməklə həmin pul vəsaitlərini müxtəlif tarixlərdə və ərazilərdə nağdlaşdıraraq gizli olaraq talamışdır. Ümumilikdə, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona 2645 (iki min altı yüz qırx mbeş manat) manat məbləğində maddi ziyan dəymişdir. Halhazırda cinayət işi üzrə onun Təqsirləndirilən şəxs qarşı yuxarıda qeyd oluna faktlarla sübut olunan mülki iddiası vardır və hesab edir ki, bu iddia da cinayət işi üzrə məhkəmədə icraat zamanı məhkəmə tərəfindən baxılmalı və ona hüquqi qiymət verilməlidir. Məhkəməyə mülki iddia verilməsi məqsədilə tərəfindən 47.40 (qırx yeddi manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh - Təqsirləndirilən şəxs tərəfindən onun cinayət əməli nəticəsində ələ keçirilmiş 2645 (iki min altı yüz qırx mbeş manat) manat məbləğində pul və 47.40 manat (qırx yeddi manat qırx qəpik) dövlət rüsumu olmaqla, cəmi vurulmuş maddi ziyan 2692.40 (iki min altı yüz doxsan iki manat qırx manat) manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə müvafiq məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki iddiaların hər birinin dəlillərini ayrı-ayrılıqda, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iddialar təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələbinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələbinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) . Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs4 4918 (dörd min doqquz yüz on səkkiz) manat pulu və Zərərçəkmiş şəxs1 2645 (iki min altı yüz qırx beş manat) manat məbləğində pulu oğurluq yolu ilə ələ keçirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 2645 (iki min altı yüz qırx beş) manat, dövlət rüsumuna görə ödənilmiş 47 (qırx yeddi) manat və 40 (qırx) qəpik komissiya haqqı, cəmi 2692 (iki min altı yüz doxsan iki) manat 40 (qırx) qəpik tutularaq Zərərçəkmiş şəxs1, həmçinin mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 4918 (dörd min doqquz yüz on səkkiz) manat, dövlət rüsumuna görə ödənilmiş 69 (altmış doqquz) manat və 40 (qırx) qəpik komissiya haqqı, cəmi 4987 (dörd min doqquz yüz səksən yeddi) manat 40 (qırx) qəpik tutularaq Zərərçəkmiş şəxs4 ödənilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-415/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanılmaqla ona 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 04 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,485 qram olan narkotik vasitə heroin məhv edilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 tərəfindən verilən mülki iddia təmin edilərək mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 4918 (dörd min doqquz yüz on səkkiz) manat, dövlət rüsumuna görə ödənilmiş 69 (altmış doqquz) manat və 40 (qırx) qəpik komissiya haqqı, cəmi 4987 (dörd min doqquz yüz səksən yeddi) manat 40 (qırx) qəpik tutularaq Zərərçəkmiş şəxs4 ödənilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilən mülki iddia təmin edilərək mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 2645 (iki min altı yüz qırx beş) manat, dövlət rüsumuna görə ödənilmiş 47 (qırx yeddi) manat və 40 (qırx) qəpik komissiya haqqı, cəmi 2692 (iki min altı yüz doxsan iki) manat 40 (qırx) qəpik tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar