Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-416/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5, onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X8 tərəfindən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində “Hakimiyyət.info.az” -X15 Portalında (https://hakimiyyet.info.az/?p=181498 https://hakimiyyet.info.az/?p=181727), eləcə “Hakimiyyət” qəzetində yalan və böhtan xarakterli məlumatlar yaydığı üçün X9 Azərbaycan Respublikası CM-in 147.1-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsini və həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları X9 xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində “Hakimiyyət.info.az” X15 Portalında (https://hakimiyyet.info.az/?p=181498 https://hakimiyyet.info.az/?p= 181727), eləcə “Hakimiyyət” qəzetində kütləvi nümayiş etdirmişdir. Xüsusi ittiham qaydasında şikayət xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Füzuli 47 ünvanında tərtib olunmuşdur. O, xx.xx.1963-cü il tarixində dünyaya gəlmiş, ünvan 1 ünvanında qeydiyyatdadır. F.Nağıyevin bugünə qədər heç bir məhkumluğu olmamışdır. İşsizdir. Cinayət qanunu ilə nəzərdə tutmuş əməli törədən şəxs X9 xx.xx.1967-ci il tarixində Lənkəran şəhərində dünyaya gəlmiş, Bakı şəhəri, Binəqədi rayonu 104 ünvanında qeydiyyatdadır. O bugünə qədər bir neçə dəfə məhkum olunmuşdur. İşsizdir. Qeyd edir ki, X5 yaydığı məsələlər yalan məlumatlar olmaqla bərabər sadəcə cəfəngiyyatdır. Göstərilən məsələlər ilə bağlı heç bir məhkəmə araşdırması və ya məhkəmənin qanuni qüvvəsini almış yekun aktı yoxdur. Bununla belə sözügedən şəxs onun şəklini yerləşdirməklə onun barəsində öz mülahizələrinə əsaslanan ittihamlar irəli sürmüş, onun şərəf və ləyaqətini cəmiyyət qarşısında alçaltmış, onun işgüzar nüfuzunu zədələmişdir. Barəsində şikayət verilən şəxs X9 aşağıdakı məzmunda böhtan xarakterli məlumatları xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində “Hakimiyyət.info.az” -X15 Portalında və Hakimiyyət qəzetində yaymışdır. xx.xx.2023-cü il tarixdə: “Əvvəllər hərbi prokurorluq orqanlarında çalışmış və işdə yol verdiyi nöqsanlara görə oradan uzaqlaşdırılmış X8 barədə redaksiyamıza sensasiya doğuracaq məlumatlar daxil olub. Hazırda rəsmən biznes fəaliyyəti ilə məşğul olan, paytaxt Bakının ən bahalı ərazilərindən sayılan Badamdar qəsəbəsində çoxmərtəbəli bir neçə mülkə sahib olan Fərhad Nağıyev rəsmi sənədləri saxtalaşdıraraq vətəndaşların torpaq və tikililərini ələ keçirməkdə ittiham olunur. Bu barədə dəfələlərlə kütləvi informasiya vasitələrində yazılar dərc olunub, həmçinin vətəndaşların şikayəti əsasında polis orqanları tərəfindən araşdırmalar aparılıb və çox sayda məhkəmə prosesi keçirilib. Lakin son nəticədə Fərhad Nağıyev sudan quru çıxmağı bacarıb.”- Badamdar qəsəbə sakini X8 (əvvəllər hərbi prokurorluqda işləyib və bəd əməllərinə görə oradan qovulub) 2000-ci ildə xüsusi dəstə yaradaraq bu günə kimi dövlətin və vətəndaşların torpaq sahələrini saxta sənədlərlə zəbt edərək satmaqla məşğuldur. Bu pullar hesabına X1 3-4 mərtəbədən ibarət bir neçə obyektin sahibidir. - “F.Nağıyev Badamdar qəsəbəsində hər hansı bir şəxs torpaq alıb iş görməyə başladıqda əlində İcra Hakimiyyətinin köhnədən olan, yəni 20 il öncəyə aid bir sərəncam gətirir. Əlbir olduğu şəxslər vasitəsi ilə Bakı Arxiv İdarəsində qeydiyyata salınan həmin sərəncamı və 6-7 il sonra tərtib edilmiş arxiv kökü olmayan torpağın plan-çizgisini təqdim edərək bildirir ki, torpaq sahəsi ilə bağlı məhkəmənin qərarı var. Həmin qərarla Əmək Komitəsi tərəfindən verilmiş sənədlər ləğv olunub. O, torpağı ələ keçirib burada yeni bir obyekt tikdirir və ya baha qiymətə satıb gəlir əldə edir. Bu dəstəyə Badamdar qəsəbəsinin sabiq nümayəndəsi Həsən Qasınızadə, həmin nümayəndəliyin Elçin adlı mühəndisi, alqı-satqı işləri ilə məşğul olan X10 və digərləri daxildirlər. Onların əlində sərəncam blankları, 2005ci ildə ləğv edilmiş qeydiyyat ştampı və möhür nümunələri vardır. Bu günə kimi bu mütəşəkkil dəstə onlarla vətəndaşın hasar içərisində olan torpaq sahələrini xəbərləri olmadan özəlləşdirib və satıb. Torpaq sahibləri xəbərdar olduqdan sonra dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etmələrinə baxmayaraq, onların güclü himayədarlarının səyləri nəticəsində ədaləti bərpa etmək mümkün olmayıb. Əgər hüquq mühafizə orqanlarında və məhkəmələrdəki son 10 ildəki şikayətlərə nəzər salınsa, bu iki şəxs haqqında çox sayda faktlar olması, müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmaları bəlli olar”. – “Fərhad Nağıyev barəsində “Hakimiyyət” qəzetinin Baş redaktoru Füzuli İsmayılov Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə 37 dəfə, Cəbrayıldan olan X16 23 dəfə, Rəhman Şəmiyev 31 dəfə, Pərviz Əkbərov 5 dəfə və 30-dan çox digər mülk sahibləri 100lə müraciət edib. Ancaq bu orqanlar Fərhad Nağıyevlə əlbir olaraq vətəndaşların haqlı narazılıqlarını qəsdən məhkəmə predmeti kimi cinayət işi başlamaqdan imtina edib əməııərmə auzgun qiymət vermirlər. X13 pulu var. Bu ölkədə pulu çox olan hər kəs məhkəmə, polis və prokurorluğu ələ ala bilir. Fərhad Nağıyevin ən yaxın silahdaşları Əmlak Məsələləri Üzrə Dövlət Reyestr Xidmətinin vəzifəli şəxsləri, orada kök salmış Cəlilabad mafiyası-həmkəndliləridir” xx.xx.2023-cü il tarixində: “Fərhad Nağıyev saxta sənədlərlə Badamdarı və orada məskunlaşan insanların mülklərini ələ keçirməkdə davam edir!” “Qəzetimizin ötən saylarinda Fərhad Nağıyevin qanunsuz əməlləri barədə Səbail Rayon polis idarəsində, Səbail Rayon Prokurorluğunda, Bakı Şəhər Prokurorluğunda və məhkəmələrdə əməllərinin külli rüşvət hesabına ört-basdır edilməsi barədə yazılarımız, müraciətlərimiz cavabsız qalmaqda davam edir. Bu məsələ bizim diqqətimizdən yayınmayacaq, müraciətlər saytımızın və qəzetimizin buraxılışlarında öz əksini tapacaqdır. “Fərhad Nağıyev və onun “bandasının” qurbanlarından biri olan Füzuli İsmayılov” Hesab edir ki, X5 açıq internet informasiya ehtiyatında və qəzetdə yaydığı bu məlumatlar yalan məlumatlar olmaqla, böhtan xarakteri daşıyır, heç bir həqiqəti əks etdirmir və onun barəsində ittiham xarakterli çıxış onun şərəfini, cəmiyyətin bir üzvü kimi əxlaqi, mənəvi və əqli keyfiyyətlərini, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiyməti ləkələmiş, onu cəmiyyət və əmək kollektivində nüfuzdan salmışdır. Göstərilənlərə əsasən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində “Hakimiyyət.info.az”-X15 Portalında (https://hakimiyyet.info.az/?p=181498 https://hakimiyyet.info.az/?p=181727), eləcə “Hakimiyyət” qəzetində yalan və böhtan xarakterli məlumatlar yaydığı üçün X9 Azərbaycan Respublikası CM-in 147.1-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsini və həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etmişdir Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 şikayət ərizəsində göstərilənləri müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 və onun müdafiəçisi Müdafiəçi ayrı-ayrılıqda xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunmasını xahiş etmişlər. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1) şikayət həmin məhkəməyə aid olmadıqda; 2) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3) şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6) cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7) şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8) şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinin tələbindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət ərizəsi Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə istinadən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində 1) şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 2) törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 3) cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 4) şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 5) cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 6) şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 7) şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 293.3.2-ci maddəsinə əsasən şikayət vermiş şəxs törədilmiş cinayət barədə məlumatları, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsini, onun harada, nə vaxt və necə törədilməsini, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğunu, o cümlədən maddi ziyanın məbləğini göstərməli olduğu halda, buna tam olaraq əməl etməmiş, maddədə qeyd olunan məlumatları tam şəkildə göstərməmişdir. Azərbaycan Respublikası CPM-nin 293.3.4-cü maddəsinə əsasən şikayət vermiş şəxs şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini göstərməli olduğu halda, qaydasında şikayət vermiş şəxs X2 Füzuli Əfqan oğlu tərəfindən CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsini qeyd etsə də, cinayətin törədilmə hallarını təsdiq edən müvafiq sübutları, hansı sənədlərlə, hansı şahidlərin ifadələri ilə habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərməmişdir. Azərbaycan Respublikası CPM-in: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə belə hesab edir ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X8 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikasının CPM-i ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, həmçinin şikayətin əsasını təşkil edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Həmçinin, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi 29 may 2025-ci il – 08 iyul 2025-ci il tarixlər aralığında keçirilmiş 4 (dörd) məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə X5 müdafiəsi üçün 16 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X7 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna məhkəmədə iştirak etdiyi 16 (on altı) iş saatına görə 176 (yüz yetmiş altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 tərəfindən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. X7 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna ödənilmək üçün 16 (on altı) iş saatına görə 176 (yüz yetmiş altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-416/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-416/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver