Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-417/2024 29.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: üvənVəkil Bürosunun vəkili G Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1985-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, məhkum olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 15/5-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib inam yaratmaqla tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək mübahisəli torpaq sahəsi ilə bağlı cavabdeh qismində tərəf kimi iştirak etdiyi Abşeron Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə xeyrinə qətnamə çıxarılacağına dair sonuncuya yalan vəd verib onu aldadaraq bu adla sonuncudan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Heydər Əliyev” parkının qarşısında 02 may 2018-ci il tarixdə 500 manat, 05 may 2018-ci il tarixdə 2.500 manat, 25 may 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsi, ev 77, mənzil 01-in qarşısında 500 manat olmaqla ümumilikdə vahid niyyətlə əhatə qəsdlə 3.500 manat məbləğində pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, eyni məqsədlə: • tanışı X3 daxili işlər orqanlarında xidmətə qəbul olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq bu adla sonuncudan ünvan 1 ünvanın qarşısında 2020-ci ilin dekabr ayının sonlarında 2.000 manat, 2021-ci ilin fevral ayının əvvəllərində 8.000 manat məbləğində pul vəsaitini nağd formada almış, daha sonra 2021-ci ilin fevral ayının əvvəllərində sonuncunun qardaşı X1 istifadəsində olan "xxxx" ASC-yə aid hesaba köçürdüyü 2.000 manat məbləğində pul vəsaitini ünvan 2 ünvanın qarşısında yerləşən bankomatdan çıxarıb nağdlaşdıraraq ümumilikdə 12.000 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs H.Həsənova; • tanışı Zərərçəkmiş şəxs3 övladı Şahid1 daxili işlər orqanlarında xidmətə qəbul olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq bu adla sonuncudan Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən “Kontakt Home” mağazasının qarşısında 10 noyabr 2023-cü il tarixdə 503 manat məbləğində pul vəsaitini nağd formada almış, daha sonra istifadəsində olan 4098 58** **** 1661 nömrəli Leobankhesabına Şahid1 16 yanvar 2023cü il tarixdə 2.000 manat, 04 fevral 2023-cü il tarixdə 447 manat, 10 aprel 2024-cü il tarixdə 4.000 manat, 12 iyul 2023-cü il tarixdə 50 manat göndərməsinə nail olduqdan sonra həmin pul vəsaitlərini ünvan 3 ünvanın yaxınlığında yerləşən bankomatdan nağdlaşdırmış, daha sonra Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən “Kontakt Home” mağazasının qarşısında Şahid1 02 avqust 2023-cü il tarixdə 1.000 manat məbləğində pul vəsaitini nağd formada alaraq ümumilikdə 8.000 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3; • tanışı Zərərçəkmiş şəxs4 övladı Şahid2 daxili işlər orqanlarında xidmətə qəbul olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq bu adla sonuncu tərəfindən onun istifadəsində olan 4098 58** **** 1661 nömrəli “Leobank” hesabına 26 noyabr 2022-ci il tarixdə 500 manat, 27 noyabr 2022ci il tarixdə 1.000 manat, 22 yanvar 2023-cü il tarixdə 2.000 manat, 21 fevral 2023-cü il tarixdə 1.500 manat, 22 fevral 2023-cü il tarixdə 500 manat, 13 may 2023-cü il tarixdə 200 manat, 13 iyun 2023-cü il tarixdə 50 manat və 22 avqust 2023-cü il tarixdə 500 manat məbləğində pul vəsaiti göndərilməsinə nail olduqdan sonra həmin pul vəsaitlərini ünvan 3 ünvanın yaxınlığında yerləşən bankomatdan çıxarıb nağdlaşdıraraq ümumilikdə 6.250 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4; • tanışı Zərərçəkmiş şəxs5 övladı Şahid3 daxili işlər orqanlarında xidmətə qəbul olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs5 Masallı rayonu, Kolatan kəndində yerləşən ödəmə terminalı vasitəsilə istifadəsində olan 4098 58** **** 1661 nömrəli Leobank” hesabına 17 oktyabr 2023-cü il tarixdə 1.000 manat, 19 oktyabr 2023-cü il tarixdə 1.500 manat və 01 noyabr 2023-cü il tarixdə 350 manat məbləğində pul vəsaiti göndərməsinə nail olduqdan sonra həmin pul vəsaitlərini göndərildikləri tarixlərdə ünvan 3 ünvanın yaxınlığında yerləşən bankomatdan çıxarıb nağdlaşdıraraq ümumilikdə 2.850 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Qeyd olunanlarla bağlı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri üzrə ittiham irəli sürülmüşdür. Məhkəmədə dövlət ittihamçısı çıxış edərək cinayət işinin aidiyyəti üzrə düzgün olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərildiyini, iş üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, eyni zamanda cinayət işi üzrə qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların müəyyən olunmadığını bildirərək təqsirləndirilən şəxsin məhkəməyə verilməsini, cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs və onun müdafiəçisi də cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etdilər, eyni zamanda təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı”nın tətbiq olunmasına dair vəsatət verdi. Məhkəmə tərəflərin çıxışlarını dinləyib və cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, cinayət işi ərazi aidiyyət qaydaları pozulmaqla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, ittiham aktının nəticəvi hissəsindən aydın olur ki, Təqsirləndirilən şəxs müxtəlif şəxslərə qarşı törətmiş olduğu 04 dələduzluq əməlinin başa çatdığı yer Bakı şəhərinin Yasamal və Nəsimi rayonları, sonucu – 5-ci epizod üzrə isə Masallı rayonu hesab olunur. Eyni zamanda, cinayət işi üzrə məhkəməyədək icraat Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsi tərəfindən aparılmış və orada tamamlanmışdır. İbtidai istintaq orqanı tərəfindən bu cinayət əməlləri təkrar törədilən əməllər kimi Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə yanaşı, Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilməklə onların hər biri ittiham aktında davam edən vahid cinayətin epizodları kimi deyil, hər biri müstəqil cinayət kimi qiymətləndirilmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında formaladırılmış hüquqi mövqeyə görə əgər bir icraatda birləşdirilmiş müxtəlif yurisdiksiyalarda baş vermiş cinayətlərə dair işlər eyni səviyyəli birinci instansiya məhkəmələrinə, məsələn hər biri ağır cinayətlər məhkəməsinə aiddirsə, məhkəmə aidiyyəti məsələsi Cinayət-Prosessual Məcəlləsinin 74.8-ci maddəsində təsbit edilmiş qaydaya müvafiq surətdə həll edilməli, yəni cinayət işinə məhkəməyədək icraatın başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.8-ci maddəsinə əsasən eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiyanın 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Göstərilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraatın tamamlandığı yerdə fəaliyyət göstərən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırki məsələnin Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin 11 iyun 2024-cü il tarixli, 1-8/1-708/2024 saylı qərarında da bu qaydada tənzimlənməsi göstərilmişdir. Cinayət-Prosessual Məcəlləsinə əsasən: • Cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir (75.1-ci maddə); • Məhkəmənin hazırlıq iclasında digər məsələlərlə yanaşı, həmçinin məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə məsələyə baxılır (299.3-cü maddə); • Məhkəmənin hazırlıq iclasında cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir (300.1.4-cü maddə). Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərildiyindən, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunması məqsədəuyğun hesab edilməyərək həmin qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74-75, 159, 299 və 300-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin “ev dustaqlığı” ilə əvəz olunmasına dair verilmiş vəsatət rədd edilsin və məhkəmə hazırlıq iclası keçirilənədək bu qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-417/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-417/2024
29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver