Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-418/2025 02.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), işləməyən, Siyəzən rayonu, Balaca Həmyə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin cibindən çıxarmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 mart 2025-ci il tarixdə saat 23 radələrində Nəsimi rayonu, Moskva prospekti 90 ünvanında yerləşən tikilinin yanında əvvəlcədən tanış olduğu Zərərçəkmiş şəxs səmimi ünsiyyət əsnasında cinsi ehtirasını təmin etməsini təklif edib razılığını aldıqdan sonra qeyd olunan ünvanın qaranlıq hissəsinə keçib orada şalvarının düyməsini açaraq sonuncu ilə ağız boşluğu vasitəsilə cinsi ehtirasını təmin edən zaman Zərərçəkmiş şəxsiçin hiss etmədiyi şəraitdə sonuncunun əynində olan şalvarının cibindən içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 200 manat dəyərində “Redmi Note 12” markalı mobil telefonu çıxarıb guya kənar şəxslərin gəldiyini bildirməklə hadisə yerindən uzaqlaşaraq özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxsiçə ümumilikdə 210 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 10 mart 2025-ci il tarixdə axşam saatlarında spirtli içki qəbul etmişdir. Həmin gün saat təxminən 22:00-23:00 radələrində Şamaxinka deyilən ərazidə “Araz” marketin yaxınlığında olarkən təxminən 22-23 yaşlarında bir cavan oğlanın skamyada olurduğunu görmüş və o da əlində olan dönərlə yaxınlaşıb skamyada olurub yeməyə başlamışdır. Yedikdən sonra həmin oğlandan çəkmək üçün siqaret istəmiş və saatı soruşmuşdur. Həmin oğlan ona siqaret vermiş və saatın təxminən 22:00 və ya 23:00 olduğunu demişdir. Lakin dəqiq olaraq neçə dediyini xatırlamır. Bir qədər söhbət etdikdən sonra həmin oğlan ona durub gəzməyi təklif etmişdir. Onlar oğlanla gəzə-gəzə Nəsimi rayonu, Moskva prospektində yerləşən “Xan çinar” kafesinə getmişlər. Kafedə hərəsi bir şüşə pivə içmişlər, həmin şəxs ondan xoşu gəldiyini və ona ağız vasitəsilə cinsi əlaqədə olmaq istədiyini demişdir. O, onunla razılaşdıqdan sonra hesabı həmin şəxs ödəmiş və durub kafedən çıxmışlar. Kafedən çıxdıqdan sonra əlaqədə olmaq üçün gizli yer axtararkən gəzə-gəzə kafenin arxa hissəsində köhnə tikilinin həyətinə gəlmişlər. Orada həmin şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, bundan sonra o, həmin şəxsin şalvarının arxa cibində telefon olduğunu görüb oğurlamaq qərarına gəlmişdir. Bir-birlərini qucaqlayarkən əlini atıb həmin şəxsin əynində olan şalvarın arxa cibindəki telefonu xəbəri olmadan götürüb cibinə qoymuşdur. Telefonu götürdükdən sonra bir qədər kənara çəkilərək təbii ehtiyacını ödəmişdir. Bundan sonra yalandan guya kiminsə gəldiyini deyib qaçmışdır. Həmin şəxs də kiminsə onları görmüş olacağından qorxub qaçmağa başlamışdır. O, sürətlə qaçaraq Əcəmi metrostansiyasına, oradan da avtobusla Xırdalan şəhərinə getmişdir. Xırdalan şəhərindən isə avtobusla Sumqayıt şəhərinə getdikdən sonra oradan yoldan keçən taksilərdən biri ilə Siyəzən şəhərinə gedib xalasının evində qalmışdır. Səhəri gün Sumqayıt şəhərinə qayıdıb orada olan bazarın yanında olan telefon mağazalarından birində oğurladığı “Redmi” markalı mobil telefonu 80 manata sataraq həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. O, telefonunu oğurladığı şəxsə özünü “İlkin” adı ilə təqdim edib Yasamalda qaldığını demişdir. O, telefonu maddi ehtiyacı olduğundan oğurlamaq qərarına gəlmişdir. Telefonu oğurlayarkən həmin şəxsin xəbəri olmamışdır. O, kiminsə gəldiyini deyib qaçıb getmiş, həmin şəxs də qorxub bilmədiyi istiqamətə qaçmış, lakin onu səsləməmiş, nə də onun dalınca gəlməmişdir. Telefonu satdığı şəxsi tanımır. Həmin şəxsə satanda telefonun özünə məxsus olduğunu demişdir. Daha sonra əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, qardaşının Vətən müharibəsi iştirakçısı olmasını və medallarla təltif olunmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 10 mart 2025-ci il tarixdə saat təxminən 22:30 radələrində yaşadığı evin yaxınlığında yerləşən “Araz” supermarketin yanında skamyada oturarkən bir nəfər təxminən 27-28 yaşlarında bir oğlan ona yaxınlaşmışdır. Özünü İlkin kimi təqdim edən həmin şəxs ona salam vermiş və onunla söhbət etməyə başlamışdır. Bir qədər söhbət etdikdən sonra həmin şəxs durub gəzməyi təklif etmişdir. O, onunla birlikdə Nəsimi rayonu, Moskva prospektində yerləşən "Xan çinar” kafesinə getmişdir. Orada bir qədər pivə içdikdən sonra kafedən çıxıb kafenin arxasında yerləşən köhnə tikilinin həyətinə gəlmişlər. Orada həmin şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, sonra həmin şəxs tualetini edəcəyini bildirib 2- 3 metr kənara çəkilmişdir. Təbii ehtiyacını ödədikdən sonra qəfildən kiminsə gəldiyini deyib qaçmağa başlamışdır. O, kiminsə onları orada görməyindən qorxduğu üçün həmin şəxsin dalınca qaçıb həmin ərazidən uzaqlaşmağa başlamışdır. Qaçan zaman əli ilə ciblərini yoxladıqda telefonunun cibində olmadığını görmüş, telefonun cinsi əlaqədə olduğu yerdə düşə biləcəyini fikirləşib həmin yerə geri qayıtmış, telefonunun orada olmadığını gördükdə başa düşmüşdür ki, həmin şəxs telefonunu oğurlamışdır. Bundan sonra o, yaşadığı evə gedib DİN-in 102 xidmətinə məlumat vermiş və polis əməkdaşları gəldikdə hadisə yerinə qayıtmışdır. Hadisə 10 mart 2025-ci il tarixdə saat təxminən 23 radələrində Nəsimi rayonu, Moskva prospektində yerləşən “Xan Çinar” restoranının arxasında baş vermişdir. Telefonu həmin şəxs tərəfindən götürüldükdən sonra həmin şəxsin arxasınca qaçmamış və ya səsləyib dayanmasını tələb etməmişdir. Telefonu “Redmi Note 12” markalı telefon olmuş, telefonu təxminən 2023-cü ilin aprel ayında 500 manata almışdır. Hazırki qiyməti təxminən 200 manat olar. Oğurlanmış “Redmi Note 12” markalı telefonunda ***-***-**-** mobil nömrəsi olmuşdur və qiyməti 10 manat təşkil edir. Daha sonra ona dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hazırda Sumqayıt şəhərində 29-cu məhəllədə “Nizami” parkının yaxınlığında icarə əsasında işlətdiyi mağazada mobil telefonların təmiri ilə məşğul olur. 12 mart 2025-ci il tarixdə günorta saatlarında bir nəfər şəxs “Redmi Note 12” markalı mobil telefonu ilə mağazaya yaxınlaşıb telefonunun koda düşdüyünü və düzəltdirmək istədiyini bildişmişdir. O, həmin telefonun kodunu aça bilmədiyini demişdir. Həmin şəxs telefonun kodunu açdıracağı halda həmin telefonu ondan alıb-almıyacağını soruşmuşdur. O, telefonun kodu açılandan və vəziyyətinə baxdıqdan sonra danışa biləcəklərini demişdir. Həmin şəxs telefonu götürüb getmiş, təxminən 1 saat sonra telefonun kodunu açıb geri qayıtmış və satmaq istədiyini, satıb başqa bir telefon alacağını demişdir. O, həmin telefona baxıb 100 manata ala biləcəyini demiş və şəxsiyyət vəsiqəsini tələb etmişdir. Həmin şəxs anasının vəsiqəsi ilə telefonu sata bilib-bilməyəciyini soruşmuş, o isə öz şəxsiyyət vəsiqəsi olmadan telefonu almayacağını bildirmişdir. Bundan sonra həmin şəxs yenə getmiş və təxminən 1 saat sonra qayıdıb telefonu və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Şəxsiyyət vəsiqəsinə baxdıqda həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. O, şəxsiyyət vəsiqəsinin surətini çıxarıb telefonun markasını və İMEİ kodunu, Təqsirləndirilən şəxs nömrəsini yazdıqdan sonra həmin şəxs sənədin surətini imza etmişdir. Bundan sonra telefonu alıb həmin şəxsə 80 manat pul vermiş, qalan 20 manatı isə telefonun adapterini gətirdikdə verəcəyini bildirmişdir. Həmin şəxs onunla razılaşaraq 80 manatı alıb adapteri gətirəcəyini deyərək getmişdir. Lakin həmin şəxs adapteri gətirmədiyi üçün bir müddət keçdikdən sonra o, özü adapter alıb telefonu tanımadığı bir müştəriyə 150 manata satmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanda yerləşən tikilinin həyətidir və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.3-6); - “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim olunan şəxslərin arasından 1-ci sırada durmuş Təqsirləndirilən şəxs tanıyıb, həmin şəxsi xarici görünüşündən və sağ əlinin üstündə olan tatuirovkadan tanıdığını, hadisə günü məhz həmin şəxsin ona özünü İlkin kimi təqdim etdiyini, həmin şəxslə ağız vasitəsilə cinsi əlaqədə olduqdan sonra isə mobil telefonunu oğurladığını bildirmişdir (i.v.27-29); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.47); - “Əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsindən həmin Məcəllənin 177.2.5-ci maddəsinə tövsif edilmişdir (i.v.62); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v.64); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13 mart 2025-ci il tarixdən saat 14:00-dan hesablanmışdır (i.v.81-87); - “İfadənin yerində yoxlanılması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisəni harada və hansı qaydada törətdiyini və telefonu kimə satdığını hadisə yerində əyani olaraq göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v.110-114); - “Götürmə aparılması və baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli və “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokollardan görünür ki, Şahid təqdim etdiyi bir ədəd vərəqə baxış keçirilən zaman müəyyən edilmişdir ki, vərəqin üzərində Təqsirləndirilən şəxs məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti əks olunmuşdur. Vərəqin üzərində şəxsiyyət vəsiqəsinin surətinin üst hissəsində «Redmi not 12 (128), imei: **********10648, imei: **********10655» sözləri yazılmışdır. Vərəqin aşağı hissəsində isə «***-***-**-** 12.03.25, imza:» yazıları əks olunmuşdur. Baxışda iştirak edən Şahid təqdim etdiyi vərəq üzərində olan şəxsiyyət vəsiqəsini vərəq üzərinə özünün kopyaladığını, həmin şəxsiyyət vəsiqəsində əks olunmuş şəxsin, yəni Təqsirləndirilən şəxs 12 mart 2025-ci il tarixdə ona Redmi Note 12 markalı mobil telefon satdığını, həmin vaxt şəxsiyyət vəsiqəsinin surətini vərəqə çıxarıb həmin vərəqdə qeydlər apardığını, vərəqdə olan imzanın Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Qeyd olunan vərəqə Təqsirləndirilən şəxs iştirakı ilə də baxış keçirilən zaman sonuncu vərəq üzərində olan şəxsiyyət vəsiqəsinin surətinin onun şəxsiyyət vəsiqəsinin olduğunu, həmin vərəqdə olan imzanın ona məxsus olduğunu, həmin imzanı oğurladığı mobil telefonu satan zaman çəkdiyini bildirmişdir (i.v.125-126, 129); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X1 ambulator məhkəmə-psixiatrik ekspertizasının 14 mart 2025-ci il tarixli, 862 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərini ölçübbiçmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir (i.v.115-117); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şahid təqdim etdiyi üzərində şəxsiyyət vəsiqəsinin surəti və imza, əlyazmalar olan 01 ədəd vərəq maddi sübut kimi tanınmış və iş materiallarında saxlanması nəzərə alınmışdır (i.v.130-136); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Siyəzən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 il şərti sınaq müddəti ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 66.5ci maddəsinə əsasən 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixli hökm dəyişdirilmiş, 177.2.3-cü maddə ilə təyin edilmiş 03 il 09 ay azadlıqdan məhrum etmə cəzası 02 il 06 aya endirilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə çəkilməmiş 01 ay 27 gün cəzadan vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (i.v.91- 92). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.5-ci maddəsi isə zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və vurulmuş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən onun kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 13 mart 2025-ci il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış üzərində şəxsiyyət vəsiqəsinin surəti və imza, əlyazmalar olan 01 ədəd vərəq cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 13 mart 2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış üzərində şəxsiyyət vəsiqəsinin surəti və imza, əlyazmalar olan 01 ədəd vərəq cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-418/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-418/2025
02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver