Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-42/2020 17.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər şöbəsinin prokuroru x1, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Tumaslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında yerləşən Səbail RPİ-nin inzibati binasında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, ev 18 ünvanında yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki,Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmək yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Xətai rayon polis idarəsinin post patrul bölüyünün polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs hal-hazırda işlədiy vəzifədən azad etdirib, DİN-nin Baş Dövlət x3 inspeklor vəzifəsinə işə düzəldilməsində köməklik göstərəcəyini yalan vəd verib aldadaraq 31.07.2019-cu il tarixdə saat 14 radələrində ünvan 4 ünvanında yerləşən ‘İmprotex Motors" servisin qarşısında, milli məzzənə ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları və 6600 manat olmaqla ümümilikdə 10000 manat pulunu ondan alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxsona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tanışı Şahidla görüşən zaman sonuncu, Aqil adlı şəxsi DİN-nin PPXB-dən YPXA-nə inspektor vəzifəsinə keçməsini ondan xahiş etmişdir. O da bu işdə 15000 manatın müqabilində kömək edəcəyini yalandan vəd verərək görüş etmişdir. 31.08.2019-cu il tarixdə saat 14 radələrində Nəsimi rayonu, A.Salamzadə küçəsi 33 ünvanında yerləşən İmprotex Motors servisin qarşısında Şahid iştirakı ilə Zərərçəkmiş şəxs ilə görüşmüşdür. Görüş zamanı sonuncu milli məzənnə ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları və 6600 manat olmaqla ümümilikdə 10000 manat pulu ona vermişdir. O da öz növbəsində həftə ərzində onun işinin alınacağını və Yol Patrul Xidməti Alayına inspektor kimi işə bərpa təyini yalandan vəd verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs verdiyi 10000 manat pulu isə “ağciyər vərəm” xəstəliyindən əziyyət çəkən uşağının müalicəsinə və eyni zamanda öz digər acılarına xərclədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində onu da qeyd etmişdir ki, ağciyər xəstəliyindən əziyyət çəkən oğlunu müalicəsi üçün pul əldə etmək məqsədi ilə ilk gündən etibarən niyyəti Zərərçəkmiş şəxs aldatmaq və pulunu ələ keçirmək olmuşdur. Daha sonra özünü təqsirli bilməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxstəqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxs, şahid ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2010-cu il tarixdə DİN-nin BDYP-nin Ekoloji nəzarət postunda YPX inspektoru vəzifəsində xidmət etmişdir. 09.12.2016-cı il tarixdə DİO-dan xaric edilmişdir. 12.2017-ci il tarixdə DİN-nə bərpa edilmiş və hazırda Xətai RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantıdır. 30.07.2019-cu il tarixdə özünə məxsus Mercedes E 240 markalı avtomobilin mühərrikinin yağını dəyişdirmək üçün Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 33 ünvanında yerləşən “İmprotex Motors” servisə aparmışdır. “İmprotex Motors”da mühasib işləyən Teymur Abdullayev ilə söhbət əsnasında YPX-yə xidmətə qayıtmaq arzusunda olmasını bildirdikdə o atası Seymurun bu işdə köməklik göstərə biləcəyini demişdir. Bundan sonra onu atası Seymurla tanış etmişdir. Seymur ona bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs onu YPX-yə işə qaytara bilər. Daha sonra o, Seymur və Sadiq ilə birgə Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən “Şah” restoranında görüşdükdə Sadiq, onun YPX-yə qayıtmağı üçün 15000 manat istəmişdir. O, 31.07.2019cu il tarixdə saat 14 radələrində Nəsimi rayonu, A.Salamzadə küçəsi 33 ünvanında yerləşən “İmprotex Motors” servisin qarşısında, Təqsirləndirilən şəxsla görüşmüşdür. O, Sadiqə 3400 manatı 2000 ABŞ dolları və 6600 manat olmaqla, ümumilikdə 10000 manat verdikdə Sadiq, 15000 manatı tam şəkildə ödəməyini təklif etdi. O, isə işim düzəldikdən sonra qalan 5000 manatı verəcəyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2016-cı ildən tanıyır. Sadiq bildirmişdi ki, onun DİN-də yüksək rütbəli tanışları var və əgər iş düzəlmə məsələləri olarsa ona müraciət edə bilərik. Belə ki, Sadiq, onun torpaq məsələləri olan zaman BT-də və sair idarələrdə bizim sənədlərimizi düzəldirdi. Zərərçəkmiş şəxs əvvəlcədən tanımamışdır. Təxminən 2019-cu ilin iyul ayında improtex Servisdə işləyən Elşən adlı şəxs onun oğlu Teymura bildirmişdir ki, Aqil PPXB-dən YPX-nə işə keçmək istəyir. Oğlu da bu barədə ona dedi və Aqilin sənədlərini vatsap vasitəsi ilə ona göndərdi. O da öz növbəsində həmin sənədləri Sadiqə göstərdi, Sadiq bildirdi ki, DİN-də işləyən yüksək rütbəli şəxsin əli ilə Aqili YPX-nə bərpa edə bilər. Bundan sonra onlar üçü birlikdə görüşdülər və o, Sadiqlə Aqili tanış etdi. Söhbət zamanı Sadiq Aqilə də vəd etdi ki, 15000 manat müqabilində Aqili YPX-nə bərpa edəcək. Bundan bir gün sonra Yasamal rayonun ərazisində İmprotex Servisin qarşısında o, Sadiq, Aqil və Aqilin yanında gələn iki nəfər tanımadığı şəxs görüşdülər. Görüş zamanı Aqil 10000 manat pulu ona vermək istədikdə o bildirdi ki, ona deyil, işi düzəldən Sadiqə versin. Sadiq bildirdiki, 15000 manat pul tam şəkildə verilməsə bu iş alınmayacaq. Həmin vaxt o, Aqilə və Sadiqə bildirdi ki, 5000 manat pulu o özü Sadiqə verəcək və iş alındıqdan sonra həmin 5000 manat pulu Sadiq Aqildən alıb ona qaytarar və hamı razılaşdı. Sadiq söz verdi ki, bir həftə ərzində bu iş həll olunacaq. Bundan sonra o, Sadiqə bildirdi ki, Sadiqin ona olan 14000 manat pul borcundan 5000 manatını da 10000 manatın üstünə qoyub versin lazım olan adama. Beləliklə, bu işin üstündən bir neçə gün keçsə də iş alınmadı və o, iş barədə maraqlandıqda Sadiq müxtəlif yalanlar danışaraq vaxtı uzatmağa başladı. Həmin ərəfələrdə Aqil özü də ona zəng edərək işi barədə maraqlanırdı, nəticədə Aqilə məlum oldu ki, Sadiqin Aqili işə düzəltmək məqsədi olmamışdır. Cinayət işinin 53-cü vərəqəsində olan 04 sentyabr 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdəAzərbaycan Respubliksı CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 80-81-ci vərəqələrində olan 06 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 205-206-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 248-250-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli qərarından görünür ki, məhkəmə iclaslarından yayındığı üçün Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş və cinayət işinin icraatı dayandırılmişdir. Cinayət işinin 256-cı vərəqəsində olan Bakı İstintaq Təcridxanasının 26 may 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 21 may 2020-ci il tarixdə Nəsimi RPİnin CAB-nın əməkdaşları tərəfindən tutulmuş və 22 may 2020-ci il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılır. Cinayət işinin 259-260-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmişdir. Cinayət işinin 92-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 08 avqust 2019cu il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsSabail Rayon Məhkəməsinin 08.05.2001-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və amnistiya qərarına əsasən 20.05.2003-cü il tarixdə cəzadan azad edilmişdir. Cinayət işinin 138-139-ci vərəqələrində olan video diskin sübut növü kimi tanıma haqqında qerardan görünür ki,baş vermiş cinayət hadisəsinin video görüntüsü olan 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Beləliklə,Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxs və şahidin məhkəmə iclasında verdikləri ifadələri, DVD diskindəolan sonuncunun zərərçəkmiş şəxsdən aldığı pulun görüntüləri və digər iş materialları ilə onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 04 sentyabr 2019-cu il tarixdən 06 sentyabr 2019-cu il tarixədək, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasınıümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə,Təqsirləndirilən şəxs azadlığının 21 may 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsTəqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakışəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 27 saata görə 162 (bir yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 04 sentyabr 2019-cu il tarixdən 06 sentyabr 2019-cu il tarixədək, yəni 02 (iki) gün müddət nəzərə alınmaqla, sonuncununüzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 may 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakışəhəri 05 saylı VəkilBürosunun vəkiliMüdafiəçi məhkəmədə iştirak etdiyi 27 saata görə 162 (bir yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabındanBakı şəhəri 5 saylı Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-42/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-42/2020
17.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver