Məhkəmə qərarları › İş №1(006)-42/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-42/2021

11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-42/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, məhkumluğu ödənilmiş, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Sultanova küçəsi, ev 64-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-və 177.2.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsi, 61 saylı ünvanın qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs3 etibarnamə əsasında idarə etdiyi “Toyota Prado” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edərək ön sol qapını açaraq salona daxil olub oradan sürətlər qutusunun yanından 120 manat dəyərində bir ədəd papağı, 30 manat dəyərində bir ədəd enerji daşıyıcısını, 140 manat dəyərində bir ədəd şərfi, 880 manat dəyərində xüsusi mənzil açarlarını, avtomobilin yük yerindən isə 1.200 manat dəyərində bir ədəd “Samsung S8 plus” markalı mobil telefon aparatını, 1.100 manat dəyərində bir ədəd “Gucci” markalı eynəyi və 300 manat dəyərində bir ədəd İsveçrə istehsalı suvenir bıçağını oğurlayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 3.770 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, eyni məqsədlə: - xx xxxxxx 2020-ci il tarixdə, saat 04:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Vaqif küçəsi, 05 saylı ünvanın qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edərək salona daxil olub oradan Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədavülə buraxılmış 3.400 manat dəyərində bir ədəd qızıl pul nişanını və 200 manat dəyərində bir ədəd dəri gödəkçəni; - xx xxxxxx 2020-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, 71 saylı ünvanın qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs4 etibarnamə əsasında idarə etdiyi “BMW 328 İ” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edərək salona daxil olub oradan 150 marat dəyərində bir ədəd “Black Orchid”, 170 manat dəyərində bir ədəd “One Million”, 130 manat dəyərində bir ədəd “CareGraph”, 80 manat dəyərində bir ədəd “Terre D'Hermes”, 150 manat dəyərində bir ədəd “Black Opium”, 160 manat dəyərində bir ədəd “Lacoste” markalı ətirləri, 400 manat dəyərində bir ədəd “RayBan” markalı eynəyi və 1.500 manat məbləğində nağd pulu; - xx xxxxxx 2020-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 22-28 saylı ünvanın qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs5 məxsus “Mitsubishi Pajero” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edərək salona daxil olub oradan 1.200 manat dəyərində bir ədəd “Pierre Cardin”, 270 və 320 manat dəyərində iki ədəd “NAVİFORCE”, 210 manat dəyərində bir ədəd “Diesel”, 400 manat dəyərində bir ədəd “Tissot”, 400 manat dəyərində bir ədəd “Tommy Hilfiger”, 250 manat dəyərində bir ədəd “Patek Philippe” markalı qol saatlarını, 200 manat dəyərində bir ədəd “Tom Ford”, 800 manat dəyərində bir ədəd “Chic” markalı ətirləri, qəpiklərlə 08 manat təşkil edən nağd pulu, 350 manat dəyərində saz vəziyyətdə “Mitsubishi Pajero” markalı avtomobilə aid əyləc yastıqlarını; - şəxsiyyəti istintaqa “Rəşad” kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx xxxx 2020-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu, N.B.Vəzirov küçəsi, 41 saylı ünvanın qarşısında saxlanılmış, Liviya Respublikasının vətəndaşı X3 məxsus “Mercedes-Benz E270 CDİ” markalı, 019-D-016 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol pəncərəsini daşla sındırıb qapısını açaraq salondan içərisində 150 manat nağd pul olan 05 manat dəyərində pul kisəsini, 75 manat dəyərində iki ədəd naqilsiz bağlanma üçün olan Wi-fi aparatlarını və 200 manat dəyərində bir ədəd Çin istehsalı olan mobil telefon aparatını gizli olaraq talayıb zərər çəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, pulu olmadığından 2020-ci ilin əvvəlində avtomobillərdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx xxxxxx 2020-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi ilə piyada hərəkət edərkən yaxınlıqdakı C.Hacıbəyli küçəsində olan “101 Dad” restoranın qarşısında saxlanılmış avtomobillərin qapılarını yoxlamış və bu zaman “Toyota Prado” markalı, **-AX- *** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olduğunu görmüşdür. Ətrafda heç kimin olmadığını müəyyən edib avtomobilin ön sol qapısını açıb salona daxil olmuş və sürətlər qutusunun yanından bir ədəd papaq, bir ədəd enerji daşıyıcısı, bir ədəd şərf və açarları götürmüşdür. Daha sonra avtomobilin yük yerini açaraq oradan qəhvəyi rəngli əl çantasını da götürərək cəld oranı tərk etmişdir. Həmin yerdən uzaqlaşdıqdan sonra çantaya baxdıqda onun içərisində bir ədəd “Samsung S8 plus” markalı mobil telefon aparatı, bir ədəd “Gucci” markalı eynək, bir ədəd suvenir bıçaq, nəqliyyat vasitələrinə aid texniki şəhadətnamələr, şəxsiyyət vəsiqəsi, müxtəlif avtomobillərə və evə aid olan açarlar və pult olduğunu görmüşdür. Sənədləri və açarları çanta ilə bərabər atmış, qalan əşyaları isə tanımadığı şəxslərə satmışdır. Bundan başqa o, xx xxxxxx 2020-ci il tarixdə, gecə saat 04:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Vaqif küçəsi, 05 saylı ünvanın qarşısında oğurluq etmək məqsədilə oradakı avtomobillərin qapılarının açıq olub-olmamasını yoxlaya-yoxlaya getmişdir. Bu zaman qara rəngli “Mitsubishi Pajero” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının tutacağına əl atıb özünə tərəf çəkdikdə, onun açıq olduğunu aşkar etmişdir. Salona daxil olub qiymətli əşya və pul axtararkən qoltuqaltıdakı yerdən Heydər Əliyevin yubileyi ilə əlaqədar tədavülə buraxılmış qızıl pul nişanını və avtomobilin yük yerindən dəri gödəkçəni görüb götürmüşdür. Səhəri günü qızıl pul nişanını itirmiş, gödəkçəni isə Rasim adlı şəxsə özünə aid əşya kimi satmışdır. Bundan əlavə o, xx xxxxxx 2020-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində gecə saatlarında küçələrdə piyada gəzərək yol kənarında və yaşayış binalarının həyətində saxlanılmış avtomobillərin qapılarının dəstəyini dartıb açıq olubolmamasını yoxlamış, bu zaman ağ rəngli “BMW” markalı avtomobilin qapısının kilidin açıq olduğunu görmüşdür. Ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olduqdan sonra avtomobilin sağ qapısını açaraq salona daxil olmuş, orada axtarış aparanda sol qapının içəri hissəsində olan saxlanc yerindən bir neçə ətir və bir ədəd günəş eynəyini, habelə ön oturacaqların arasındakı saxlanc yerindən də pul götürərək həmin ərazidən uzaqlaşmışdır. Bundan başqa o, xx xxxxxx 2020-ci il tarixdə, gecə saat 03 radələrində eyni qaydada oğurluq etmək üçün Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ilə piyada gəzərkən yaşayış binasının qarşısında saxlanılmış qızılı rəngli “Mitsubishi Pajero” markalı avtomobilin qapı dəstəyini dartıb çəkdikdə onun kilidin açıq olduğunu görmüş, ətrafda heçkimin olmamasında istifadə edib salona daxil olmuşdur. Ön oturacaqlarının arasındakı saxlanc yerini açdıqda oradan markalarını bilmədiyi təxminən 9-10 ədəd qol saatnıı, 06 ədəd ətir, çoxlu sayda qəpikləri və avtomobilə aid əyləc yastıqlarını götürüb getmişdir. Həmçinin, xx xxxx 2020-ci il tarixdə, gecə saatlarında yenidən oğurluq etmək üçün Türkiyə Respublikası Səfirliyinin yanındakı küçələrdə gəzib saxlanılmış avtomobillərlin qapılarını yoxlamış, bu vaxt tanışı Rəşad adlı tanışı da yanında olmuşdur. Aralarında olan razılığa əsasən Rəşad da oğurluq zamanı ona köməklik göstərmişdir. Saat 03 radələrində onlar N.Vəzirov küçəsindəki binaların arasında qırmızı rəngli, qırmızı rəngdə qediyyat nişanı olan “Mercedes-Benz” markalı avtomobili görüb onun içərisinə baxmış və orada mobil telefon qutusunun olduğunu müəyyən etmişlər. Rəşad ətrafı müşahidə etmiş, o isə yerdəki daşla ön pəncərəni sındıraraq avtomobilin qapısını açıb salona daxil olmuş, qoltuqaltı saxlanc yerindən markasını bilmədiyi bir ədəd mobil telefon, bir ədəd pul kisəsini və 02 ədəd Wi-fi aparatını götürüb oradan uzaqlaşmışlar. Sonra pul kisəsini açdıqda onun içərisində 150 manat pul, sürücülük vəsiqəsi və pasport var idi. Pulu götürümüş, kisəni və pasportu atmış, sürücülük vəsiqəsini isə özündə saxlamışdır ki, hansısa yolla sahibinə qaytarsın. Wi-fi və mobil telefon aparatını Yasamal rayonunda yerləşən “Əfsanə” restoranının yaxınlığında Rasim adlı şəxsə 100 manata satmışdır. Törətdiyi əməllərə görə peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcək. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobili adətən yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Vaqif küçəsi, 05 saylı binanın qarşısında saxlayır. 11 yanvar 2020-ci il tarixdə, saat 05 radələrində polis əməkdaşları ona zəng edib avtomobilindən oğurluq olduğunu bildirdirmişlər. O da dərhal avtomobilə yaxınlaşmış və bu zaman oradan ona məxsus bir ədəd 3.400 manata aldığı umumilli X8 90 illik yubileyi ilə əlaqədar buraxılmış qızıl pul nişanının və yük yerindən dəri gödəkçəsinin oğurlandığını aşkar etmişdir. Vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 15 radələrində yaşadığı Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, 71 saylı binanın qarşısında saxladığı, etibarnamə əsasında idarə etdiyi “BMW 328İ” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yaxınlaşanda onun qapılarının açıq olduğunu görmüşdür. Salona baxdıqda sol qapının içəri hissəsində olan saxlanc yerindən 150 marat dəyərində bir ədəd “Black Orchid”, 170 manat dəyərində bir ədəd “One Million”, 130 manat dəyərində bir ədəd “CareGraph”, 80 manat dəyərində bir ədəd “Terre D'Hermes”, 150 manat dəyərində bir ədəd “Black Opium”, 160 manat dəyərində bir ədəd “Lacoste” markalı ətirlərinin və 400 manat dəyərində bir ədəd “RayBan” markalı eynəyinin, ön oturacaqların arasındakı saxlanc yerindən isə 1.500 manat məbləğində pulunun oğurlandığını aşkar etmişdir. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 15 fevral 2020-ci il tarixdə, saat 11:15 radələrində yaşadığı Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 22-28 saylı binanın qarşısında saxladığı “Mitsubishi Pajero” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilində əyləşdikdə salonda bəzi əşyaların yerinin dəyişildiyini görmüşdür. Diqqətlə baxdıqda ona aydın olmuşdur ki, avtomobildə ön oturacaqların arasındakı saxlanc yerində olan 1.200 manat dəyərində bir ədəd “Pierre Cardin”, 270 və 320 manat dəyərində iki ədəd “NAVİFORCE”, 210 manat dəyərində bir ədəd “Diesel”, 400 manat dəyərində bir ədəd “Tissot”, 400 manat dəyərində bir ədəd “Tommy Hilfiger”, 250 manat dəyərində bir ədəd “Patek Philippe” markalı qol saatlarını, 200 manat dəyərində bir ədəd “Tom Ford”, 800 manat dəyərində bir ədəd “Chic” markalı ətirləri, qəpiklərlə 08 manat təşkil edən nağd pulu, 350 manat dəyərində saz vəziyyətdə “Mitsubishi Pajero” markalı avtomobilə aid əyləc yastıqları oğurlanmışdır. Vurulmuş zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə dindirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bütün zəruri tədbirlərin görülməsinə baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 və X4 məhkəmədə iştirak etməmişlər. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onların ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan olunmuşdur. Zərərçəkmiş şəxs3 ifadəsindən aydın olur ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 07 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsi, 61 saylı ünvanda olan “101 DAD” restoranının qarşısında saxladığı, özünə məxsus “Toyota Prado” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə minərkən özünə məxsus bəzi əşyaların yerində olmağını anlamışdır. Belə ki, sürətlər qutusunun yanından 120 manat dəyərində bir ədəd papağı, 30 manat dəyərində bir ədəd enerji daşıyıcısını, 880 manat dəyərində mənzil və bağ evinə, habelə kvadrasikl və maşına aid xüsusi açarlar və pultların, 140 manat dəyərində bir ədəd şərfi, avtomobilin yük yerindən isə 1.200 manat dəyərində bir ədəd “Samsung S8 plus” markalı mobil telefon aparatının, 1.100 manat dəyərində bir ədəd “Gucci” markalı eynəyinin və 300 manat dəyərində bir ədəd İsveçrə istehsalı olan suvenir bıçağının oğurlandığını aşkar etmişdir. Oğurluq hadisəsi zamanı ona 3.770 manat məbləğində maddi ziyan dəymişdir (İ cild, i.v.215-217, İİ cild, i.v.27-29). X2 ifadəsinə əsasən o, Liviya Respublikasının vətəndaşıdır, Livinanın Azərbaycandakı səfirliyində işləyir. xx xxxx 2020-ci il tarixdə, səhər saatlarında yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, N.B.Vəzirov küçəsi, 41 saylı binanın yaxınlığında saxladığı “Mercedes-Benz E270 CDİ” markalı, 019-D-016 dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşanda onun ön sol pəncərəsinin sındırıldığını görmüşdür. Salona baxdıqda ona məxsus, içərisində diplomatik və sürücülük vəsiqələri, habelə 150 manat nağd pul olan 05 manat dəyərində pul kisəsinin, 02 ədəd ümumilikdə 75 manat dəyərində naqilsiz bağlanma üçün olan Wi-fi aparatının və 200 manat dəyərində 01 ədəd Çin istehsalı olan mobil telefonun oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 430 manat məbləğində maddi ziyan dəymişdir (İ cild, i.v.30-31, 48-49). Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 04:45-də Bakı şəhəri, Nəsimi rayonu, Vaqif küçəsi, 05 saylı binada yaşadığı mənzilin eyvanında siqaret çəkərkən bir nəfərin binanın qarşısında saxlanılmış avtomobillərin içərisinə baxdığını görmüşdür. Bu şəxs həyətdə saxlanılmış “Mitsubishi Pajero” markalı avtomobilə yaxınlaşaraq heç bir müdaxilə etmədən onun qapısını açıb salonuna daxil olmuş, bir neçə dəqiqədən sonra isə avtomobildən düşüb yük yerini açmış və oradan gödəkçəyə bənzər bir əşya götürərək çıxıb getmişdir. Onun üzünü qaranlıq olduğundan dəqiqliklə görə bilməmiş, sadəcə təxmini 35-38 yaşlarında, hündür boylu, əynində qara gödəkçə, başında isə “çeçenka” tipli papaq olan birini xatırlayır. Bu hadisə ilə bağlı o, dərhal “102” xidmətinə zəng edərək məlumat vermişdir. İş materiallarında olan: - “İfadənin hadisə yerində yoxlanılması haqqında” xx.xx.2020-ci il tarixli protokol və fotoşəkillərə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllərin yerini göstərir (İ cild, i.v.123-129, İİ cild, i.v.6-9, 115-116, 197-198); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokol və diskə görə xx xxxx 2020-ci il tarixdə qeydə alınmış görüntülərə baxış keçirilən zaman müəyyən olunur ki, Bakı şəhəri, N.B.Vəzirov küçəsində yerləşən binanın qarşısında iki nəfər şəxs marka və modeli bilinməyən maşına yaxınlaşır, daha sonra kamerada görünməyən digər maşın istiqamətinə gedir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntü bitdiyi andan o, yanındakı Rəşad adlı tanışı ilə “Mercedes- Benz” markalı, qırmızı dövlət qeydiyyat nişanı olan avtomobilə yaxınlaşır və oradan Wi-fi aparatı, içərisində sənədlər və 150 manat pul olan pul kisəsini, markası bilinməyən mobil telefonu oğurlayır. Həmin vaxtı Rəşad ətrafı müşahidə edir (İ cild, i.v.131-132); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2020-ci il tarixli, 20/277R saylı rəyinə görə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif küçəsi, 05 saylı ünvanın qarşısında olan, Zərərçəkmiş şəxs2 məxsus “Mitsubishi Pajero” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 02 ədəd yapışqanlı lent kəsiklərinin üzərində olan 02 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs əl-barmaq və ovuc əksləri (daktiloskopik xəritə) müqayisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl izi xx.xx.1983-cü ildə anadan olmuş Təqsirləndirilən şəxs sağ və sol əllərinin böyük barmağının əksləri ilə eynilik müəyyən etmişdir (İİİ cild, i.v.28-36); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs könüllü istintaq təqdim etdiyi, Liviya Respublikasının vətəndaşı X3 məxsus AD 202349 nömrəli sürücülük vəsiqəsi və sonuncunun əmlakının oğurlanması görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, sürücülük vəsiqəsi saxlanılması üçün sahibinə qaytarılmış, DVD disk isə cinayət işi materiallarına əlavə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ilə qabaqcan cinayət əlaqəsinə girərək iştirak etmiş “Rəşad” adlı şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə material ayrılmışdır (İİİ cild, i.v.74-91); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(006)- 167/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.158-162); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli arayışı və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 234.1 və 29, 317-1.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 il 05 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur (İİ cild, i.v.36-38, İİİ cild, i.v.62-71). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Həsənov X6 Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər dəfərlərlə məhkum olunmasını və bununla da kriminal meyilli şəxs olaraq qalmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Liviya Respublikasının vətəndaşı X3 məxsus AD 202349 nömrəli sürücülük vəsiqəsi sahibinin istifadəsində, 01 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü“maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə“(vəkilə)“ödənilən haqq hər iş saatı üçün“6“manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Liviya Respublikasının vətəndaşı X3 məxsus AD 202349 nömrəli sürücülük vəsiqəsi sahibinin istifadəsində, 01 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 05 saylı Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 25 saat üçün nəzərdə tutulan 150 (yüz əlli) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar