Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-42/2023 01.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: “Kamandar Nəsibov və Partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, ev 13-də qeydiyyatda olan, məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayında istintaqa məlum olmayan vaxtda və yerdə X1 məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 10,412 qram, 7,666 qram və 1,453 qram, ümumi çəkisi 19,531 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - asetilə edilən tiryəki əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə, saat 16:20-də ünvan 1 ünvanda polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə gətirilmiş və orada şəxsi axtarış aparılan zamanı əynindəki açıq boz rəngli şalvarın sol yan cibindən üç bükümdə həmin narkotik vasitə və şalvarın arxa sağ cibindən bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Lakin məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxsin təqsirliyinə dair dəlillər Məhkəmə istintaqında şahid qismində ifadə verən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, saat 16:20 radələrində bölmənin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ilə birlikdə xidməti ərazidə, yəni ünvan 2 ünvanın qarşısında olan vaxtı bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş və ondan özünü, həmçinin şəxsiyyətini təsdiq edən sənədin təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, lakin üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədin olmamasını bildirdiyinə görə onu 20-ci polis bölməsinə dəvət etmişlər. Həmin şəxs etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Bundan sonra orada xidməti otaqların birində Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunaraq üzərində qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın, maddənin olub-olmaması və əgər varsa təqdim etməsi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli şalvarın sol yan cibindən şəffaf rəngli kiçik polietilenin içərisində tünd qəhvəyi rəngli maddə olan 03 ədəd bükümü, şalvarın sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, şalvarın arxa sağ cibindən 01 ədəd gümüşü rəngli elektron tərəzini, əynində olan açıq yaşıl rəngli qısa qol köynəyin üst cibindən içərisində 01 ədəd 50 manatlıq, 23 ədəd 20 manatlıq pul əsginazları, 01 ədəd nəqliyyatda istifadə etmək üçün kart olan qara rəngli, üzərində “Giorgio Armani” sözləri həkk olunmuş pul kisəsini çıxardaraq təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs əynində olan geyiminə baxış keçirilmiş, lakin heç bir əşya aşkar olunmamışdır. Həmin bükülülər və tərəzi barədə Təqsirləndirilən şəxs soruşduqda, o, 03 ədəd bükümdə olan maddələrin el arasında “qara” kimi adlanan, narkotik vasitə tiryək olmasını, elektron tərəzinin özünə məxsus olmasını, həmin narkotik vasitələri 2022ci ilin sentyabr ayının sonunda Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov küçəsi, dalan 05, ev 01-də yaşayan İlqar Əliyev adlı şəxsdən 200 manata almasını, üzərində saxlayaraq daşımasını bildirmişdir. Bundan sonra aşkar olunmuş bükümlər və elektron tərəzi ekspertiza müayinəsinə göndərilməsi üçün qablaşdırılaraq zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, sonra da digər iştirakçılar kimi o, da protokolu imzalarla təsdiq etmişlər. Məhkəmə istintaqında şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportda qeyd olunur ki, həmin günü saat 16:20 radələrində ünvan 2 ünvanın qarşısında xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs özünü şübhəli apardığından və üzərində şəxsiyyətini müəyyən edən sənəd olmadığından onu polis bölməsinə dəvət etmişlər. Bölmədə müəyyən olundu ki, həmin şəxs xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı narkotik vasitə aludəçisi olduğunu söylədiyindən onun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya narkotik vasitə olmasında şübhə yaranmışdır. Odur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə göstəriş verilməsi xahiş olunur (İ cild, i.v.03); • “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 01 sentyabr 2022-ci il tarixli protokolda Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin inzibati binasında xidməti otaqda videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılmasının başlanılması göstərilir. Protokol 6 səhifədən ibarətdir, 1-5-ci səhifələrin sonunda 4 imza əks olunub. Protokolun 1-ci səhifəsində “Başladı: saat” qrafasında qələmlə “21:00” rəqəmləri, “qurtardı: saat” qrafasında karandaşla “23:00” rəqəmləri qeyd olunub. Protokolun 5-ci səhifəsinin sonuncu iki abzasında aşağıdakılar qeyd olunub: “İndi isə şəxsi axtarış başlanılır və şübhəli şəxs Təqsirləndirilən şəxs öncə Sizə üstünüzdə, paltarınızda və paltarlarınızın ciblərində, əşyalarınızda və bədəninizdə ola biləcək əşyaları təqdim etməyiniz təklif edilir. Xahiş olunur təqdim edəsiniz. Şübhəli şəxs Təqsirləndirilən şəxs ayağa qalxaraq üzərindəki, açıq boz rəngli şalvarının sol yan cibindən, şəffaf rəngli sellofan torbanın içərisində olan, şəffaf rəngli sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli maddə olan 3 (üç) ədəd bükümü, sağ yan cibindən 1 ədəd redmi markalı, 865 200 041 137 753, 865 200 041 137 746 imei kodlu mobil telefonu, arxa sağ cibindən 1 ədəd gümüşü rəngli elektron tərəzini və üzərində olan açıq yaşıl rəngli qısaqol köynəyin döş cibindən, içərisində 1 ədəd 50 manatlıq, 23 ədəd 20 manatlıq əskinas, 1 ədəd 01809-56949-1 nömrəli “BakıKart” kartı olan qara rəngli, üzərində “Giorgia Armani” yazılan pul kisəsini çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs, təqdim etdiyi maddənin “Heroin” olmasını və həmin maddəni 2022-ci ilin iyul ayının sonlarında, Namiq Məlikov küçəsi, dalan 05, ev 01-də yaşayan İlqar Əliyevdən 200 manata aldığını bildirdi. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan paltarlara”. Protokolun 6-cı səhifəsinin məzmunu aşağıdakı kimidir: “Baxış keçirildi, hər hansı qeyri-qanuni əşya və ya maddə aşkar olunmadı. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər və elektron tərəzi zərfə qoyularaq qablaşdırıldı. Həmin zərf iştirakçılar tərəfindən imzalandı və PB-nın 188 saylı möhürü ilə möhürləndi. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirildi. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmadı və vəsatət qaldırılmadı. Şəxsi axtarış zamanı “Sony” markalı videokameradan istifadə edildi. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmadı və vəsatət qaldırılmadı (bu cümlə təkrarlanır). Ona görə də protokol tərtib olundu, ucadan oxundu, protokolun düzgünlüyünü imzalarla təsdiq edirik. “Şübhəli şəxs” qrafasında “Təqsirləndirilən şəxs” sözlərinin qarşısında, “İştirak etdilər” hissəsində “Şahid1” və “Rahim Bəhmanov” sözlərinin qarşısında, “Mütəxəssis” qrafasında “Anar Hüseynzadə” sözlərinin qarşısında, “Protokolu tərtib etdi” hissəsində “Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı, polis kapitanı” qrafasında “Şahid3” sözlərinin qarşısında və sonda “İmza” qrafasından sonra imzalar, habelə “Vəsatəti yoxdur” sözləri əks olunmuşdur (İ cild, i.v.40-45); • “Baxış keçirilməsi barədə” 01 sentyabr 2022-ci il tarixli protokolda qeyd olunur ki, diskdə olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilərkən əynində olan açıq boz rəngli şalvarının sol yan cibindən, şəffaf rəngli sellofan torbanın içərisində olan, şəffaf rəngli sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli maddə olan 03 ədəd bükümü təmiz çəkiləri 10,412 qram, 7,666 qram, 1,453 qram, ümumi təmiz çəkisi 19,531 qram olan tünd qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitənin - asetilə edilən tiryək olduğu müəyyən edilmişdir. Protokolda “Şübhəli şəxs” qrafasında “Təqsirləndirilən şəxs” sözlərinin qarşısında, “Müdafiəçi” qrafasında “Q.Cavadov” sözlərinin qarşısında, “Nəsimi RPİnin 20-ci PB-nin təhqiqatçısı, polis kapitanı” qrafasında “Şahid3” sözlərinin qarşısında imzalar əks olunmuşdur. (İ cild, i.v.46); • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin təhqiqatçısı Şahid3 tərəfindən qəbul edilmiş “Kimyəvi ekspertiza təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarda ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: “Təqsirləndirilən şəxs təqdim etdiyi ümumilikdə 03 (üç) bükümdə olan kütlələrin narkotik vasitə və ya psixotrop maddə olub-olmadığı, əgər narkotik vasitə və ya psixotrop maddədirsə növü, ayrı-ayrılıqda və ümumi təmiz çəkiləri, kütlələrin bir-biri ilə eyni tərkibli olub-olmaması, 01 ədəd elektron tərəzi üzərində narkotik və psixotrop maddə qalıqlarının olub-olmaması, əgər varsa növü, digər bükümlərdə eyni tərkibli olub-olmaması müəyyən edilsin” (İ cild, i.v.48); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 02 sentyabr 2022-ci il tarixli, 6/4714 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №188” dairəvi möhür əksi və “...Şübhəli şəxs Təqsirləndirilən şəxs - imza,..iştirakçılar: iki imza;Qablaşdırdı: Şahid3imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 03 (üç) ədəd bükümlərdəki təmiz çəkiləri -10,412 qram, 7,666 qram, 1,453 qram, ümumi təmiz çəkisi 19,531 qram olan tünd-qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - asetilə edilən tiryəkdir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №188” dairəvi möhür əksi və “...Şübhəli şəxs Təqsirləndirilən şəxs - imza,..iştirakçılar: iki imza; Qablaşdırdı: Şahid3imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 ədəd elektron tərəzinin üzərində asetilə edilən tiryəkə məxsus izlər vardır. İz şəklində olduğu üçün çəkisini və asetilə edilən tiryəklə eyni kimyəvi tərkibli olub- olmamasını müəyyən etmək mümkün deyildir. Tədqiqatdan sonra asetilə edilən tiryəkin ümumi qalıq çəkisi 19,381 qram (qalıqlar - 10,362 qram, 7,616 qram, 1,403 qram), aparılmış tədqiqatın dəyəri 92 manat təşkil edir (İ cild, i.v.53-56); • Təqsirləndirilən şəxs adından verilmiş xx.xx.2022-ci il tarixli izahatda “.....Sonuncu dəfə 2022-ci ilin iyul ayının sonlarında mən, Namiq Əliyevin yaşadığı ünvana gedərək həmin şəxsdən 200 manata narkotik vasitə olan heroin aldım və həmin heroini istifadə etməyə başladım. xx.xx.2022ci il tarixdə axşam saatlarında mən, yaşadığım ünvanın qarşısında olan zaman 2 nəfər şəxs mənə yaxınlaşaraq polis əməkdaşları olmasını bildirdilər və mənimlə sorgu-sual etməyə başladılar. Həmin zaman, yuxarıda sözünü etdiyim İlqar Əliyevdən aldığım narkotik vasitə üzərimdə olduğundan mən özümü itirdim və mənə yaxınlaşan şəxslər məni polis bölməsinə dəvət etdilər.......Mən narkotik vasitələrin satışı ilə məşğul olmamışam........Mən həmin tərəzini narkotiklərdən şəxsi istifadə zamanı dozanı müəyyən etmək üçün istifadə edirəm” kimi ifadələr əks olunub, sonda “izahat vəkilim Qeybulla Cavadov tərəfindən ucadan oxundu, düzgün tərtib edilmişdir, doğruluğunu imzamla təsdiq edirəm”, “İmza”, “Təqsirləndirilən şəxs” sözləri Azərbaycan dilinin kiril qrafikasında əl yazması ilə icra olunmuşdur (İ cild, i.v.51-52); • “Şübhəli şəxsin dindirilməsi haqqında” xx.xx.2022-ci il tarixli və “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollarda Təqsirləndirilən şəxs əks olunmuş ifadələrinə əsasən o, 2022-ci ilin iyul ayında Nəsimi rayonu, Namiq Məlikov küçəsi, dalan 5, ev 1-də yaşayan İlqar Əliyevdən üç bükümdə tiryəki 200 manata almış, həmin tiryəki istifadə edirdi. 2022-ci ilin sentyabrın 01-də yaşadığı ünvan 3 ünvanda olan zamanı polis işçiləri ona yaxınlaşmış............., o şifahi sorğu zamanı üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Polislər onu polis bölməsinə dəvət etmişlər, o da onlarla razılaşıb ora getmişdir..........O üç ədəd bükümdə olan tiryəki əynində olan açıq boz rəngli şalvarın sol yan cibindən, sağ yan cibindən elektron tərəzini..... təqdim etmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixli protokolda Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış zamanı üzərində aşkar edilmiş narkotik vasitənin heroin olduğunun bildirilməsinə dair sualına sonuncunun həmin zamanı həyacanlı olduğu üçün belə söylədiyi göstərilmişdir (İ cild, i.v.62-64, 74-75); • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin xx.xx.2022-ci il tarixli, 455 saylı məktubu ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə ünvanlanmış cavabda qeyd olunur ki, aparılan əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəki xx.xx.1963-cü ildə anadan olmuş, xx.xx.2022ci ildə vəfat etmiş X5 əldə etmişdir (İ cild, i.v.66); • Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli, xx/xx-6199 saylı məktubunda qeyd olunur ki, 05 sentyabr 2022-ci il tarixdə, təxminən saat 14:00 radələrində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən təcridxanaya təhvil verilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 10:55 radələrində müəssisənin tibb-sanitar hissəsində üzərində baxış keçirilən zaman onun kürəyinin sol tərəfində və sağ bazu nahiyyəsində qərtməkli yara xəsarətləri aşkar olunmuşdur. Həbs olunmuş şəxs Təqsirləndirilən şəxs fakt ilə əlaqədar olaraq həmin xəsarətləri həbs olunmamışdan əvvəl aldığını bildirmişdir (İ cild, i.v.112a); • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə ünvanlanmış Bakı şəhəri Nəsimi rayon prokurorluğunun 12 oktyabr 2022-ci il tarixli, 312-xid-22 saylı məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində istintaq olunan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin icrası ilə bağlı olaraq həmin təcridxanaya qəbul edilib tibbi müayinədən keçirilərkən bədəni üzərində xəsarətlərin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında sonuncunun izahatı alınarkən polis əməkdaşları tərəfindən tutularkən və tutulduqdan sonra fiziki və ya psixi zorakılığa məruz qalmadığını bildirmişdir (İ cild, i.v.112); • Nəsimi rayon prokurorluğuna Təqsirləndirilən şəxs adından Azərbaycan dilinin latın qrafikasında icra olunmuş izahatda onun polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmadığı, üzərində olan xəsarətlərin həbs olunmamışdan əvvəl həyətdə işlədiyi zaman ehtiyatsızlıq nəticəsində aldığı göstərilmişdir. Eyni zamanda “İzahatınıza əlavəniz vardırmı?” sualına Azərbaycan dilinin kiril qrafikasında əl yazması ilə “Mənim sözlərimlə düz yazılıb, doğruluğunu imzamla təsdiq edirəm” sözləri yazılmışdır. “İzahatı alınan” qrafasında “Təqsirləndirilən şəxs” sözlərinin qarşısında və “İzahatı aldı: Müstəntiq” qrafasında “Mətləb Məmmədov” sözlərinin qarşısında imzalar əks olunmuşdur (İ cild, i.v.113); • “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi Mətləb Məmmədzadənin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki-psixi təsirlərə məruz qalması barədə şikayəti ilə bağlı toplanılmış 95-c-23 saylı araşdırma materialı üzrə cinayət işinin başlanılması rədd edilmişdir (İİ cild). • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X21 Ambulator X3 haqqında xx.xx.2022-ci il tarixli, 5682 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.147-148); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)- 449/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 sentyabr 2022-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.81-84); • “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 19,381 qram (qalıqlar 10,362 qram, 7,616 qram, 1,403 qram) narkotik vasitə asetilə edilən tiryək və 01 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir (İ cild, i.v.109); • Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan və ondan çıxan zənglərin, habelə SMS-lərin siyahısı, mətnləri, vaxtı, müddəti, nömrə sahibləri və onların yaşayış ünvanları barədə məlumatların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsindən ələ keçirilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə qərar qəbul olunmuşdur (İ cild, i.v.102); • “Baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 ***-**-** saylı nömrədən digər nömrələrə, digər nömrələrdən həmin nömrəyə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində edilən zənglərin, habelə SMS-lərin siyahısı, mətnləri, vaxtı, müddəti barədə diskdəki olan məlumatlara baxış keçirilən zamanı xx.xx.2022-ci il tarixdə, saat 03:02-də 055 ***-**-** saylı mobil nömrədən göndərilən “sms”də “Qaqa səhər 1:30- 8:00-da gələcəm. 60 amma brat çəkisini denən baxsın’’, xx.xx.2021-ci il tarixdə saat 04:23-də 055 ***-**-** saylı mobil nömrədən göndərilən “sms”də “Samirdi Qədeş 3 manat biraz patı ver kakos verdə imkan varsa” kimi yazıların aşkar olunduğu göstərilir (İ cild, i.v.117-136, disk); • “Telefon danışıqları haqqında” xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli protokollarda qeyd olunur ki, müstəntiq tərəfindən 055 ***-**-** və 055 ***-**-** saylı mobil telefon nömrələrinə zəng edilmiş, lakin həmin nömrələr söndürülmüş vəziyyətdədir və zənglərə cavab verilmir (İ cild, i.v.137, 149); • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin xx.xx.2022-ci il tarixli, 17533-m saylı məktubu ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə ünvanlanmış cavabda qeyd olunur ki, 055 ***-**-** və 055 ***-**-** saylı mobil nömrələri istifadə edən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir, bu barədə müsbət nəticə olunarsa məlumat veriləcəkdir (İ cild, i.v.175); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.107). Təqsirləndirilən şəxsin təqsirsizliyinə dair dəlillər Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hazırkı iş üzrə ona qarşı əsassız ittiham irəli sürülmüş, aradabir narkotik istifadə etsə də, hadisə günü onun üzərində heç bir narkotik vasitə və tərəzi olmamış, polis əməkdaşları tərəfindən döyülərək bu cinayət onun boynuna qoyulmuşdur. Belə ki, o, xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı Nəsimi rayonu, Namiq Məlikov küçəsi, 13 saylı evinin həyətində olarkən bir nəfərin mülki geyimdə hasardan aşıb həyətə girdiyini görüb onun kimdənsə qaçdığını düşünmüşdür. Sonra bu şəxs həyətinin giriş qapısında olan cəftəni geri çəkməklə qapını açmış, bu zaman çoxsaylı mülki geyimdə adamlar həyətə daxil olmuşlar. O da onların polis olduqlarını başa düşmüş və onu aparıb döyüb boynuna nəsə qoymasınlar deyə ayaqyoluna daxil olmuşdur. Çünki, narkotik istifadəçilərinə qarşı polisin belə hərəkətləri barədə çox eşitmişdir. Lakin, kimsə onun ora girdiyini deyəndə, polislər oranın qapısını döyüb onun bayıra çıxmasını tələb etmişlər. O isə qorxudan çıxmamış, polislər də qapını təpiklə döyməyə başlamışlar. Hətta kiminsə onun çıxmayacağı təqdirdə içəri atəşin açmasının söylədiyini eşitmişdir. Bu vaxtı qızının səsini eşitmiş və buna görə məcbur qalıb oradan çıxmışdır. Bu zaman qızına tapança tuşlanıldığını görmüş və sonra qızını buraxıb hamısı onun üstünə töklüşüb onu yerə yıxıb əlləri və ayaqları ilə onu döyməyə başlamışlar. Bu vaxtı qızı araya girəndə polislərdən biri tapançanı qızına tuşlamış, o da qızından əl çəksinlər deyə stəkanı divara vurmuşdur. Bu səsdən onlar qızından çəkilib onun tərəfə gəlmiş, qızı isə bərkdən ağlamağa başlamışdır. Onu yerə yıxıb döyəndə oğlu Saleh çölə çıxmış və onu onların əlindən almağa cəhd göstərmişdir. Həmin vaxtı polislərdən biri fənd işlədib oğlunu yerə çırpmış, oğlu da polisin ayağından dartıb yıxmışdır. O da vəziyyətin mürəkkəbləşməsini görüb polislərə demişdir ki, hara lazımda onlarla gedəcək, təki uşaqlarına əl vurulmasın. Bundan sonra onlar onun qoluna qandal vurub həyətdən çıxartmışlar. Sonra xeyli sayda polis onun evinə qayıdıb axtarış aparmış, lakin heçnə tapa bilməyib onu ev geyimidə və ayağında ayaqqabısı olmadan 20-ci polis bölməsinə aparmışlar. Daha sonra polis əməkdaşları bir neçə bükümdə narkotiki və tərəzini verərək onları ciblərinə qoymasını və çəkiliş zamanı bu əşyaları təqdim edərək guya ona məxsus olmasının, İlqar Əliyev adlı şəxsdən bir neçə müddət əvvəl almasının söyləməsini tələb etmişlər. O isə buna etiraz etdikdə, işgəncəyə məruz qalaraq döyülmüş, xəsarətlər almış və nəticədə bunlara dözə bilməyib onlarla razılaşmışdır. Onun üzərində axtarış 4-5 saatdan sonra aparılmış, bu zaman dövlət hesabına təyin olunan müdafiəçisi olmamış, sonuncunu yalnız barəsində həbs seçilərkən məhkəmədə görmüşdür. Özünün də müdafiəçinin iştirakı olmadan axtarış aparılmasına etiraz etməməsi barədə ərizədən məlumatı olmamış, latın qrafikasında yazıb-oxuya bilmədiyi üçün ona həmin anda təqdim olunan sənədlərin məzmumunu anlamamışdır. Ümumiyyətlə tutulduğu andan ona özünə müstəqil müdafiəçi seçmək imkanı yaradılmamışdır. Qarşılaşdığı bu hadisə barədə ilkin olaraq heç yerə şikayət etməmiş, hətta barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmədə olarkən bunu hakimə söyləməmişdir. Lakin, Bakı İstintaq Təcridxanasına daxil olanda müayinə zamanı bunu bildirmiş, daha sonra prokurorluğun müstəntiqi onun yanına gəlib şifahi izahatını alanda o, bir daha həyətində və polis bölməsində döyüldüyünü söyləmiş və onun adından yazılan izahata Azərbaycan dilinin kiril qrafikasında qeyd verərək imzalamışdır. Ancaq sonradan bilmişdir ki, o həmin izahatda guya həbs olunmamışdan əvvəl həyətdə işlədiyi zaman xəsarət aldığını deyib. Eyni zamanda, qeyd edir ki, o, ümumiyyətlə İlqar Əliyev adlı şəxsi tanımamış, heç vaxt narkotikin satışı ilə məşğul olmamış və bu səbəbdən də onun telefon nömrəsinə narkotiklə bağlı göndərilən “sms”ləri polisin quraması hesab edir. Əks halda bu nömrələr bəlli olduğu halda, nədən istintaq orqanı onların məxsus olduğu operatora müraciət edib istifadəçilərin kim olmasını və bu şəxslərin onunla hansı münasibətdə olmasını müəyyən etmək üçün real tədbirlər görməmiş, müstəntiq formal protokollar tərtib edib guya bu nömrələrə zənglərin çatmadığını göstərməklə, polis bölməsi isə istintaqın sorğularına nəticəsiz cavablar verməklə kifayətlənmişlər. Bundan əlavə bildirir ki, o, polis bölməsində olduğu müddət ərzində orada ondan başqa digər saxlanılan şəxslər də olmuş və onların hamısı bir neçə saat ərzində dəhlizdə nəzarətsiz hərəkət etmiş, hətta sanitar qovşağına da getmişlər. Belə vəziyyətdə isə əgər onun üzərində hansısa narkotik və tərəzi olmuşsa, onları tullamaq üçün onun çox yaxşı fürsət var idi. Göstərilənlərdən başqa onu da vurğulayır ki, cinayət işinin materiallarında olan sənədlərin bir qismi saxtalaşdırılmışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə müstəntiq tərəfindən ibtidai istintaqın qurtarması barədə ona və müdafiəçisinə məlumat verilmiş və elə həmin günü onlar cinayət işinin materialları ilə tanış olaraq bir sıra sənədlərin surətlərini əldə etmişlər. Nədənsə bundan 16 gün sonra müstəntiq ittiham aktını tərtib etmiş və Nəsimi rayon prokuroru onu xx.xx.2022-ci il tarixdə təsdiq etmişdir. Sonradan məlum olmuşdur ki, təhqiqatçı Şahid3 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokolun məzmununda dəyişkiliklər edilmiş və digər yazılar əlavə edilmiş, protokolda onun yerindən imza çəkilmişdir. Həmçinin, buna “Baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokolda da yol verilib, halbuki onun iştirakı ilə heç bir görüntüyə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq ədalətli qərarın verilməsini xahiş edir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatətinə əsasən ibtidai istintaq dövründə dindirilmiş, lakin ittiham aktında ifadələri əks olunmamış təqsirləndirilən şəxsin övladları qanuni nümayəndənin iştirakı ilə dindirilmişlər. X7 ifadəsində qeyd etmişdir ki, Dilavər onun atasıdır. Atasının bəzən narkotikdən istifadə etməsini bilirdi. 01 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində yaşadığı evdə olan zamanı həyətdə səs eşitmiş, evdən çıxıb həyətə düşəndə 5-6 nəfər şəxsin atasının döydüyünü görmüşdür. O da onların arasına girmişdir ki, atasını döyməsinlər. Onlardan biri onu yerə yıxmış, o da polisin ayağından çəkib onu yerə yıxmışdır. Sonra polislər yenə atasını döyməyə davam etmişlər. İkinci dəfə də o atasını onların əlindən almaq istəyəndə, polislər onun qollarını burub yerə yıxmış, atasının qollarına isə qandal vurub aparmışlar. Az sonra təxminən 15-20 nəfər polis geri qayıdıb həyəti axtarmış, lakin heçnə tapa bilməyib getmişlər. O, döyülməsi ilə bağlı heç bir orqana müraciət etməmişdir ki, atasının işi ağırlaşmasın. X6 ifadəsində göstərmişdir ki, Dilavər onun atasıdır. Bildiyinə görə atası aradabir narkotik qəbul edirdi. 01 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində yaşadığı evdə olan zamanı atası da evdə idi. Həmin vaxtı bir neçə nəfər mülki geyimli şəxslər həyətə daxil olub polis olduqlarını bildirdilər. Sonra həyətda olan tualetin qapısını döydülər, çünki atası orada idi. O polislərə yaxınlaşıb belə hərəkətin etməməsini deyəndə, onlardan biri onun qolundan tutub kənara itələdi, digəri isə tapança çıxardıb tualetə tuşladı. O da atasını vurmasınlar deyə onların qabağına keçdi. Bu vaxtı polis silahı onun sinəsinə söykədi. Sonra atası çıxdı və əlindəki stəkanı divara vuraraq onun buraxılmasını istədi. O kənarə çəkiləndə polislər atasını yerə yıxıb döydülər. Həmin vaxtı qardaşı Saleh evdən həyətə çıxıb atasının döyülməməsi üçün araya girdi, lakin polislərdən biri qardaşını yerə yıxdı, sonuncu da polisin ayağından çəkib ona qarşı eyni hərəkəti etdi. Qardaşı ikinci dəfə atasını polislərin əlindən almaq istəyəndə, onlar onun qollarını burub yerə yıxdılar, atasının isə qollarına qandal vurub apardılar. Bir müddət sonra 15-20 nəfər polis həyətə qayıdıb axtarış aparmış və heçnə tapa bilməmişlər. Yuxarıdakı ifadələrdə qeyd olunan xüsusatlarla bağlı məhkəmədə şahid kimi dindirilən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 sorğu-sual zamanı göstərmişlər ki, onlar Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olmamış, onun övladlarını görməmiş, ümumiyyətlə nə Dilavərə, nə də ki uşaqlarına zor tətbiq etməmiş, Təqsirləndirilən şəxs saxladıqları yerdən apararkən üzərlərində silah olmamışdır. Bunu onlar ibtidai istintaq zamanı təkrar dindirilərkən də söyləmişlər. Bundan əlavə müdafiə tərəfinin vəsatəti əsasında aşağıdakı şəxslərin də məhkəmədə ifadələri alınmışdır. Məhkum Şahid5 ifadəsində göstərmişdir ki, o, 01 sentyabr 2022-ci il tarixdə günorta radələrində polis əməkdaşları onu Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 4, 332 saylı yaşadığı evdən götürərək 20-ci polis bölməsinə aparmışlar. Orada ondan başqa Dilavər, Ədalət, Rauf və Zülfəli adlı şəxslər də olmuş, 4-5 saat bölmədə saxlanılmışlar. Onlara nəzarət edən olmamış, dəhlizdə sərbəst hərəkət etmişlər. Ona verilmiş ittihama əsasən guya onun üzərindən aşkar olunmuş tiryəki o, İlqar adlı şəxsdən almışdır. Halbuki, o bu ittihamı qəbul etməmiş, polis əməkdaşlarının təzyiqi nəticəsində sənədlərə qol çəkmişdir. İşinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən də ittihamla razı olmamış, lakin məhkəmənin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Şahid4 ifadəsində bildirmişdir ki, o, 01 sentyabr 2022-ci il tarixdə, günorta radələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov küçəsi, 26 saylı evdə təmir işləri görən zaman təxminən 10-12 nəfər polis əməkdaşı evə daxil olmuş, onun üstünü və evini axtarmış, lakin qanunsuz heç bir əşya aşkar etməmiş, daha sonra onu 20ci polis bölməsinə aparmışlar. Orada ən azı 3-4 saat olmuş, həmin günü ondan başqa qonşuluqda yaşayan Dilavər və Murad da bölməyə gətirilmişlər. Bu müddət ərzində onlar bölmədə dəhlizdə olmuş, tualetə getmək istədikləri zaman polis əməkdaşları buna icazə vermiş, hətta bölmənin həyətində siqaret də çəkmişlər. Dilavərin narkotik vasitələrdən istifadə etdiyini eşitmiş, lakin satdığı barədə məlumata malik deyil. Bölmədə işgəncəyə məruz qalınaraq onun da üzərinə tiryək qoyulmuş və guya bu narkotiki o, İlqar adlı şəxsdən almışdır. Məhkəmədə özünü təqsirli bilməsə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin təhqiqatçısı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18 radələrində şübhəli şəxs kimi tutmuş, həmin vaxtı icraatına bir çox materialların verilməsi ilə əlaqədar onun üzərində şəxsi axtarışı saat 21 radələrində aparmışdır. Təqsirləndirilən şəxs bu müddət ərzində tutuma protokoluna əsasən 20-ci polis bölməsinin müvəqqəti saxlanılma yerində saxlanılmışdır. O, bölməyə gətirildikdən sonra ona dövlət hesabına müdafiəçi təyin edilməsi üçün vəkil bürosuna məlumat vermiş, təxminən 01 saat sonra növbətçi vəkil gəlmiş və o, onu Təqsirləndirilən şəxs təqdim edilmişdir. Onun üzərində şəxsi axtarış keçirilərkən videoçəkilişdən istifadə edilmiş, bununla bağlı protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı vəkil iştirak etməmişdir. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 01 sentyabr 2022-ci il tarixli protokolun 6-cı vərəqinin sonunda “Protokolu tərtib etdi” hissəsində “Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı, polis kapitanı” qrafasında “Şahid3” sözlərinin qarşısında olan imza ona məxsus deyil, bu vərəqdə olan “vəsatəti yoxdur” qeydi onun tərəfindən yazılmamış, ümumiyyətlə o, belə qeydləri şübhəli şəxslərin özlərinə yazdırır. Bundan əlavə, cinayət işində olan “Baxış keçirilməsi barədə” 01 sentyabr 2022-ci il tarixli protokolu da o tərtib etməmiş, ümumiyyətlə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişə dair diskə baxış haqqında heç vaxt protokol tərtib etmir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi X10 ifadəsində göstərmişdir ki, cinayət işinin materiallarında olan heç bir sənəd saxtalaşdırılmamış, təhqiqat zamanı təhqiqatçı tərəfindən tərtib edilmiş bütün sənədlər iş materiallarına əlavə edilmişdir. Sadəcə olaraq bəzi zəruri sənədlərdə texniki səhvlərə yol verilsə də, bu ittihamın mahiyyətində hər hansı dəyişikliyə səbəb olmamışdır. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolda Təqsirləndirilən şəxs əks olunmuş ifadəsinə əsasən o, əvvəllər verdiyi ifadələrini təsdiq etməyərək göstərir ki, onda nə narkotik vasitə, nə də ki tərəzi aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı Nəsimi rayonu, Namiq Məlikov küçəsi, 13 saylı evinin həyətində olarkən bir nəfərin mülki geyimdə hasardan aşıb həyətə girdiyini görüb onun kimdənsə qaçdığını düşünmüşdür. Sonra bu şəxs həyətinin giriş qapısında olan cəftəni geri çəkməklə qapını açmış, bu zaman çoxsaylı mülki geyimdə adamlar həyətə daxil olmuşlar. O da onların polis olduqlarını başa düşmüşdür. Onu aparıb döyüb boynuna nəsə qoymasınlar deyə ayaqyoluna daxil olmuşdur. Lakin, kimsə onun ora girdiyini deyəndə, polislər oranın qapısını döyüb onun bayıra çıxmasını tələb etdilər. O isə qorxudan çıxmayanda, polislər qapını təpiklə döyməyə başlamış, hətta kimsə demişdir ki, çıxmasa içəri atəş açacaq. Bu vaxtı qızının səsini eşidib məcbur olub çölə çıxmış və görmüşdür ki, kimsə qızına tapança tuşlayıb. Sonra qızını buraxıb hamısı onun üstünə töklüşüb onu yerə yıxdılar, əlləri və ayaqları ilə onu döyməyə başladılar. Bu vaxtı qızı yenə onların əlindən onu almaq istəyəndə onlardan biri tapançanı qızına tuşlamış, o da vəziyyəti belə görüb qızından əl çəksinlər deyə stəkanı divara vurmuşdur. Bu səsdən onlar qızından çəkilib onun tərəfə gəlmiş, qızı isə bərkdən ağlamışdır. Onu yerə yıxıb döyəndə oğlu Saleh çölə çıxmış və onu onların əlindən almağa cəhd göstərmişdir. Həmin vaxtı polislərdən biri fənd işlədib oğlunu yerə çırpmış, oğlu da polisin ayağından dartıb yıxmışdır. O da vəziyyətin mürəkkəbləşməsini görüb polislərə demişdir ki, hara lazımda onlarla gedəcək, təki uşaqlarına əl vurulmasın. Bundan sonra onlar onun qoluna qandal vurub həyətdən çıxartmış və xeyli polis onun evinə qayıdıb axtarış aparmış, lakin heçnə tapa bilməmişlər. Sonra onu 20-ci polis bölməsinə aparıb döyərək müəyyən sənədlərə qol çəkməyi tələb etmişlər. O da ağrılara dözməyib təqdim edilmiş sənədlərə imza atmış, guya ondan tiryək və tərəzi aşkar olunmuşdur. O da onlara demişdir ki, hərdən narkotik qəbul edir, ancaq tiryək onluq deyil. Polis əməkdaşları da demişlər ki, yazıya əsasən guya o bunu rəhmətə gedən İlqar Əliyevdən alıb,o da qorxduğundan videoçəkiliş zamanı buna etiraz edə bilməmişdir. O heç vaxt narkotikin satışı ilə məşğul olmamış, İlqar Əliyev adlı əxsi də tanımır. Əgər o narkotikin satışı ilə məşğul olsa idi, polislər ondan narkotik alan şəxslərin birini müəyyən edib onun üzünə duraraq ifadə verdirərdi. Döyülməsi barədə də ona görə şikayət etməmişdir ki, ilkin vəkili dövlət hesabına işə buraxılmış vəkildir, onunla bağlı aparılan istintaq hərəkətlərində ona hüquqlarını izah etməyib, habelə onu qanunsuz tutduqları kimi əvəz çıxmaq üçün oğlunun da üzərinə narkotik qoyub tuta bilərdilər. Müqavilə ilə işə çıxan vəkili ilə görüşən zamanı bədənində döyülmə izləri qalmadığı üçün bu barədə şikayət verməkdən daşınmışdır (İ cild, i.v.172-174); • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin təhqiqatçısı Şahid3 tərəfindən tərtib edilmiş “Müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7.7-ci maddəsinin tələbləri izah olunaraq vəkil siyahısının ona təqdim edilməsi göstərilmiş, protokolun sonunda “istənilən vəkilin hüquqlarımı müdafiə etməsinə etiraz etmirəm” sözləri Azərbaycan dilinin kiril qrafikasında əl yazması ilə icra olunmuşdur (İ cild, i.v.06-07); • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin təhqiqatçısı Şahid3 tərəfindən tərtib edilmiş “Müdafiəçini təqdim etmək barədə” xx.xx.2022-ci il tarixli protokolun çap edilmiş “Material üzrə hüquqlarının müdafiəsi üçün təqdim olunmuş müdafiəçi X4” sözlərindən sonra “etirazım yoxdur” sözləri Azərbaycan dilinin kiril qrafikasında əl yazması ilə icra olunmuşdur (İ cild, i.v.14); • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin təhqiqatçısı Şahid3 tərəfindən qəbul edilmiş “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərarda onun Təqsirləndirilən şəxs həmin günü saat 17:55-də elan edilməsi göstərilmiş, eyni zamanda qərarda “tələb və vəsatətim yoxdur” sözləri Azərbaycan dilinin kiril qrafikasında əl yazması ilə icra olunmuşdur (İ cild, i.v.15-16); • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin təhqiqatçısı Şahid3 tərəfindən tərtib edilmiş “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokolda “Şübhəli şəxsin izahatı” qrafasında “tələb və vəsatətim yoxdur” sözləri və “İmza” qrafasında “Qasımov” sözü Azərbaycan dilinin kiril qrafikasında əl yazması ilə icra olunmuşdur (İ cild, i.v.17-18); • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin təhqiqatçısı Şahid3 tərəfindən tərtib edilmiş “Şübhəli şəxsə təhqiqatçıya və prokurora etiraz etmək hüququnun izah edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolda çap edilmiş “Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqları izah olunduqdan sonra o, bildirdi ki,” sözlərindən sonra “etirazım yoxdur” sözləri və “İmza” qrafasında “Qasımov” sözü Azərbaycan dilinin kiril qrafikasında əl yazması ilə icra olunmuşdur (İ cild, i.v.32); • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin təhqiqatçısı Şahid3 tərəfindən tərtib edilmiş “Şübhəli şəxsə mütəxəssisə etiraz etmək hüququnun izah edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolda “etirazım yoxdur” sözləri və “İmza” qrafasında “Qasımov” sözü Azərbaycan dilinin kiril qrafikasında əl yazması ilə icra olunmuşdur (İ cild, i.v.33); • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin təhqiqatçısı Şahid3 tərəfindən qəbul edilmiş “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2022-ci il tarixli qərarda onun Təqsirləndirilən şəxs və müdafiəçi X4 həmin günü saat 20:30-da elan edilməsi göstərilmiş, “tələb və vəsatətim yoxdur” sözləri Azərbaycan dilinin kiril qrafikasında əl yazması ilə icra olunmuşdur (İ cild, i.v.34-35); • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin təhqiqatçısı Şahid3 tərəfindən tərtib edilmiş “Ekspertiza təyin edilməsi haqqında qərarı şübhəli şəxsə elan etmək haqqında” xx.xx.2022-ci il tarixli protokolda “tələb və vəsatətim yoxdur” sözləri və “Şübhəli şəxs” qrafasında “Qasımov” sözü Azərbaycan dilinin kiril qrafikasında əl yazması ilə icra olunmuşdur (İ cild, i.v.49); • Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən təqdim edilmiş “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 01 sentyabr 2022-ci il tarixli protokolun surətinə əsasən bu sənəd 6 səhifədən ibarətdir, 1-5-ci səhifələrin sonunda 3 imza əks olunub, 6-cı səhifənin məzmunu isə aşağıdakı məzmundadır: “baxış keçirildi, hər hansı qeyri-qanuni əşya və ya maddə aşkar olunmadı. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər və elektron tərəzi zərfə qoyularaq qablaşdırıldı, həmin zərf iştirakçılar tərəfindən imzalandı və PB-nin 188 saylı möhürü ilə möhürləndi. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırıldı. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirildi. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmadı və vəsatət qaldırılmadı. Şəxsi axtarış zamanı “Sony” markalı videokameradan istifadə edildi. Şəxsi axtarış və götürmə zamanı sübhəli şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmadı və vəsatət qaldırılmadı. Ona görə də protokol tərtib olundu, ucadan oxundu, protokolun düzgünlüyünü imzalarla təsdiq edirik.” “Şübhəli şəxs” qrafasında “Təqsirləndirilən şəxs” sözlərinin qarşısında, “İştirak etdilər” hissəsində “Şahid1” və “Rahim Bəhmanov” sözlərinin qarşısında, “Mütəxəssis” qrafasında “Anar Hüseynzadə” sözlərinin qarşısında, “Protokolu tərtib etdi” hissəsində “Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı, polis kapitanı” qrafasında “Şahid3” sözlərinin qarşısında və sonda “İmza” qrafasından sonra imzalar əks olunmuşdur (nəzərə alınmalıdır ki, protokolun belə məzmunda olması bu istintaq hərəkətini əks etdirən videogörüntüdə də əks olunub); • xx.xx.2022-ci il tarixdə aparılan şəxsi axtarış və maddi sübutun götürülməsi istintaq hərəkətini əks etdirən videogörüntüdə Təqsirləndirilən şəxs əynində olan açıq rəngli qısaqol köynəyin sol döş cibində və digər hissələrində, habelə açıq boz rəngli şalvarın üzərində qırmızımtıl ləkələrin olması, köynəyin düymələrinin bir çoxunun açıq olması, onun ayaqlarında çəkələyin olması müşahidə olunur (İ cild, i.v.47) • Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin xx.xx.2023-cü il tarixli, 3-13-51-2/2-2733 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2022-ci il tarixdə, saat 16:20 radələrində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında saxlanılaraq bölməyə gətirilmiş, barəsində tədbir görülməsi ilə bağlı tərtib olunmuş sənədlər əsasında araşdırma bölmənin sabiq təhqiqatçısı Şahid3 həvalə edilmişdir. Araşdırma bölmənin sabiq təhqiqatçısı Şahid3 tərəfindən aparıldığından məktubda qeyd olunan müddət ərzində (saat 16:20 radələrindən saat 21 radələrinədək) Təqsirləndirilən şəxs onun sərancamında olmuşdur (İİ cild). Bundan başqa, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə hazırki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və bununla bağlı verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1010 saylı rəyində qeyd olunur ki, ekspertizaya təqdim edilmiş, 1(006)-42/2023 nömrəli cinayət işinin 1-ci cildinin 40-45-ci səhifələrində xx.xx.2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolun 1-5-ci səhifələrində Təqsirləndirilən şəxs adından olan soldan 1-ci imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, 1(006)-42/2023 nömrəli cinayət işinin 1-ci cildinin 40-45-ci səhifələrində olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolun 6-cı səhifəsində “Təqsirləndirilən şəxs” qrafasındakı imzanın və həmin imzadan aşağıda “İmza” qrafasındakı imzanın, 46-cı səhifəsində olan xx.xx.2022-ci il tarixli baxış keçirilməsi barədə protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imzanın Təqsirləndirilən şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. Belə ki, tədqiq olunan imza, 1(006)-42/2023 nömrəli cinayət işinin 1-ci cildinin 40-45-ci səhifələrində olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolun 6-cı səhifəsində “Təqsirləndirilən şəxs” qrafasındakı imzadan və həmin imzadan aşağıda “İmza” qrafasındakı imzadan, 46-cı səhifəsində olan xx.xx.2022-ci il tarixli baxış keçirilməsi barədə protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imzadan ibarət olub, göy rəngli rəngləyici maddə ilə icra olunmuşdur. Tədqiq olunan imzaları Təqsirləndirilən şəxs imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, qaralamaların və həşiyələnmələrin olması, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması müqayisə vaxtı imkan vermir ki, qəti bir (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir (İİ cild). Həmin rəylə bağlı məhkəmədə izahatı alınmış ekspert X15 ifadəsində göstərmişdir ki, onun veridiyi rəy iki hissədən ibarətdir. Cinayət işinin 40-45-ci səhifələrində olan imzalar Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş, təqdim edilmiş imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, imzaların oxşadılmaqla icra olunması səbəblərindən, habelə üzərində qaralamalar aparıldığından 46-cı səhifədə olan imzanın kimin tərəfindən icra edildiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə hazırki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və bununla bağlı verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023cü il tarixli, 4/1548 saylı rəyində qeyd olunur ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 6-7-ci vərəqlərində xx.xx.2022-ci il tarixli “Müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında” protokolun 2-ci vərəqinin sonunda, 8-9-cu vərəqlərində xx.xx.2022-ci il tarixli “Dövlət hesabına təyinatla müdafiəçi dəvət etmək haqqında” qərarın 2-ci vərəqinin sonunda, 10-cu vərəqində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, ünvan 7 ünvanlanan xx.xx.2022-ci il tarixli, 474 nömrəli məktubda, 14-cü vərəqində xx.xx.2022-ci il tarixli “Müdafiəçini təqdim etmək barədə” protokolda, 15-16-cı vərəqlərində xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərarın 2-ci vərəqində, 17-18-ci vərəqlərində xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokolun 2-ci vərəqində, 19cu, 22-ci və 38-ci vərəqlərində Nəsimi rayon prokuroru, baş ədliyyə müşaviri Həsən Hənifəyevə ünvanlanan xx.xx.2022-ci il tarixli 084-14443 nömrəli məktublarda, 20-21-ci və 39-cu vərəqlərində Nəsimi Rayon Məhkəməsinin sədri İlham Cəfərova ünvanlanan xx.xx.2022-ci il tarixli, 084-14443 nömrəli məktublarda, 23-24-cü vərəqlərində xx.xx.2022ci il tarixli “Şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında” bildirişdə, 25-ci vərəqində xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsə hüquq və vəzifələrinin, nədə şübhəli olduğunun, şübhənin mahiyyəti və məzmunun izah edilməsi, tutma protokolunun və bildirişin surətlərinin verilməsi barədə” protokolda, 28-29-cu vərəqlərində xx.xx.2022-ci il tarixli “Mütəxəssis dəvət edilməsi haqqında” qərarda və qərarın mütəxəssisə elan edilməsi haqqında qərada, 30-31-ci vərəqlərində “Mütəxəssisə hüquq və vəzifələrinin izah edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolda, 32-ci vərəqində “Şübhəli şəxsə təhqiqatçıya və prokurora etiraz etmək hüququnun izah edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolda, 33-cü vərəqində “Şübhəli şəxsə mütəxəssisə etiraz etmək hüququnun izah edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolda, 34-35-ci vərəqlərində xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” qərarda, 48-ci vərəqində xx.xx.2022-ci il tarixli “Kimyəvi ekspertiza təyin edilməsi haqqında” qərarda, 49-cu vərəqində xx.xx.2022-ci il tarixli “Ekspertiza təyin edilməsi haqqında qərarı şübhəli şəxsə elan etmək haqqında” protokolda, 50-ci vərəqində Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini Rahim Rəhimova ünvanlanan xx.xx.2022-ci il tarixli, 481 nömrəli məktubda, 51-52-ci vərəqlərində xx.xx.2022-ci il tarixli izahatda, 57-ci vərəqdə xx.xx.2022-ci il tarixli “Ekspertiza rəyini şübhəli şəxsə elan edilməsi haqqında” protokolda, 59-cu vərəqində xx.xx.2022-ci il tarixli raportda “Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı polis kapitanı Şahid3” qrafalarındakı imzalar - eyni bir şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 6-7-ci vərəqlərində xx.xx.2022-ci il tarixli “Müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında” protokolun 2-ci vərəqinin sonunda, 8-9-cu vərəqlərində xx.xx.2022-ci il tarixli “Dövlət hesabına təyinatla müdafiəçi dəvət etmək haqqında” qərarın 2-ci vərəqinin sonunda, 10-cu vərəqində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, ünvan 7 ünvanlanan xx.xx.2022-ci il tarixli, 474 nömrəli məktubda, 14-cü vərəqində xx.xx.2022-ci il tarixli “Müdafiəçini təqdim etmək barədə” protokolda, 15-16-cı vərəqlərində xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərarın 2-ci vərəqində, 17-18-ci vərəqlərində xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokolun 2-ci vərəqində, 19-cu, 22-ci və 38-ci vərəqlərində Nəsimi rayon prokuroru, baş ədliyyə müşaviri Həsən Hənifəyevə ünvanlanan xx.xx.2022-ci il tarixli 084-14443 nömrəli məktublarda, 20-21-ci və 39-cu vərəqlərində Nəsimi Rayon Məhkəməsinin sədri İlham Cəfərova ünvanlanan xx.xx.2022-ci il tarixli, 084-14443 nömrəli məktublarda, 23-24-cü vərəqlərində xx.xx.2022-ci il tarixli “Şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında” bildirişdə, 25-ci vərəqində xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsə hüquq və vəzifələrinin, nədə şübhəli olduğunun, şübhənin mahiyyəti və məzmunun izah edilməsi, tutma protokolunun və bildirişin surətlərinin verilməsi barədə” protokolda, 28-29-cu vərəqlərində xx.xx.2022-ci il tarixli “Mütəxəssis dəvət edilməsi haqqında” qərarda və qərarın mütəxəssisə elan edilməsi haqqında qərada, 30-31-ci vərəqlərində “Mütəxəssisə hüquq və vəzifələrinin izah edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolda, 32-ci vərəqində “Şübhəli şəxsə təhqiqatçıya və prokurora etiraz etmək hüququnun izah edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolda, 33-cü vərəqində “Şübhəli şəxsə mütəxəssisə etiraz etmək hüququnun izah edilməsi haqqında” xx.xx.2022ci il tarixli protokolda, 34-35-ci vərəqlərində xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” qərarda, 48-ci vərəqində xx.xx.2022-ci il tarixli “Kimyəvi ekspertiza təyin edilməsi haqqında” qərarda, 49-cu vərəqində xx.xx.2022-ci il tarixli “Ekspertiza təyin edilməsi haqqında qərarı şübhəli şəxsə elan etmək haqqında” protokolda, 50-ci vərəqində Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini Rahim Rəhimova ünvanlanan xx.xx.2022ci il tarixli, 481 nömrəli məktubda, 51-52-ci vərəqlərində xx.xx.2022-ci il tarixli izahatda, 57ci vərəqdə xx.xx.2022-ci il tarixli “Ekspertiza rəyini şübhəli şəxsə elan edilməsi haqqında” protokolda, 59-cu vərəqində xx.xx.2022-ci il tarixli raportda “Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı polis kapitanı Şahid3” qrafalarındakı imzalar ilə 40-45-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokolda “Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı polis kapitanı Şahid3” qrafasındakı imza, 46-cı vərəqində “Baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokolda, 58-ci vərəqdə xx.xx.2022-ci il tarixli “Cinayət işinin istintaq aidiyyət üzrə göndərilməsi haqqında” qərarda “Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı polis kapitanı Şahid3” qrafalarındakı imzalar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 40-45-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokolda “Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı polis kapitanı Şahid3” qrafasındakı imzanın, 46-cı vərəqində “Baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokolda “Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı polis kapitanı Şahid3” qrafasındakı imzanın, 58-ci vərəqində xx.xx.2022-ci il tarixli “Cinayət işinin istintaq aidiyyət üzrə göndərilməsi haqqında” qərarda “Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı polis kapitanı Şahid3” qrafasındakı imzanın öz aralarında - eyni bir şəxs tərəfindən və ya müxtəlif şəxslər tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəbləri görə müəyyən etmək mümkün olmadı. Belə ki, tədqiq olunan imzalar, ekspertizaya təqdim edilmiş, cinayət işinin 40-45-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokolda “Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı polis kapitanı Şahid3” qrafasındakı imzadan, 46-cı vərəqində “Baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokolda “Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı polis kapitanı Şahid3” qrafasındakı imzadan və 58-ci vərəqində xx.xx.2022-ci il tarixli “Cinayət işinin istintaq aidiyyət üzrə göndərilməsi haqqında” qərarda “Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı polis kapitanı Şahid3” qrafasındakı imzadan ibarət olub qara rəngli rəngləyici maddə ilə icra olunmuşdur. Tədqiq olunan imzaları öz aralarında bir-biri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, imzaların oxşadılmaqla icra olunması səbəblərəindən müqayisəedici tədqiqat zamanı imkan vermir ki, müəyyən bir qəti (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzaların eyni bir şəxs tərəfindən və ya müxtəlif şəxslər tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 112 manat təşkil edir (İİ cild). Sübutların qiymətləndirilməsi və məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə ittiham və müdafiə tərəfinin gətirdiyi dəlilləri əlaqəli şəkildə təhlil edərək aşağıdakıları qeyd edir:
1. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin təhqiqatçısı Şahid3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında”, “Müdafiəçini təqdim etmək barədə”, “Şübhəli şəxsin tutulması haqqında”, “Şübhəli şəxsə təhqiqatçıya və prokurora etiraz etmək hüququnun izah edilməsi haqqında”, “Şübhəli şəxsə mütəxəssisə etiraz etmək hüququnun izah edilməsi haqqında”, “Ekspertiza təyin edilməsi haqqında qərarı şübhəli şəxsə elan etmək haqqında” protokollarda, habelə onun tərəfindən həmin tarixdə qəbul edilmiş “Şübhəli şəxsin tutulması haqqında” və “Şəxsi axtarış və götürmə haqqında” qərarlarda Təqsirləndirilən şəxs tərəfindən icra olunmuş qeydlər (“istənilən vəkilin hüquqlarımı müdafiə etməsinə etiraz etmirəm”, “etirazım yoxdur”, “tələb və vəsatətim yoxdur”, “Qasımov” və s.) Azərbaycan dilinin kiril qrafikasında icra olunmuşdur. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs Azərbaycan dilinin latın qrafikası ilə yaza bilmir. Həmin məqamı o, məhkəmədə də vurğulamış, hətta latın qrafikasında tərtib olunmuş yazıları oxuya bilmədiyini də söyləmişdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26-cı və 96-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin təyinatı cinayət törətmiş şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən etməkdir. Cinayət- Prosessual Məcəlləsi bu prosedurları müəyyən edərək cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb etmə prosesində tarazlı (balanslı) imkanların olmasını təmin edir. Müdafiə hüququnun həyata keçirilməsi üçün Cinayət-Prosessual Məcəllədə təqsirləndirilən şəxsin cinayət işinin materiallarında olan sənədlərlə bilavasitə tanışlığını nəzərdə tutan bir sıra hüquqları müəyyən edilmişdir (91.5.2-ci, 91.5.3-cü, 91.5.18-ci, 91.5.20 - 91.5.23-cü və s. maddələr). Bu hüquqların bilavasitə (şəxsən) həyata keçirilməsi yalnız şübhəli və ya təqsirləndirilən şəxsin cinayət mühakimə icraatının aparıldığı dili bilməsindən, habelə həmin dildə icra olunmuş sənədləri oxuyaraq tanış olmaq bacarığından asılıdır. Cinayət prosesində şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şəxsə dövlət dilində tərtib olunan sənədlərin məzmununun çatdırılması zəruridir. Cinayət prosesində şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxsə rəsmi dövlət dilində tərtib olunan sənədlərin məzmununun çatdırılması məsələsinə müdafiənin həyata keçirilməsi üçün faydalı vasitələr baxımından yanaşılmalıdır. Cinayət ədalət mühakiməsində şübhəli və ya təqsirləndirilən şəxsə öz müdafiəsini lazımı səviyyədə qurması üçün kifayət qədər vasitələr ayrılmalıdır. Bu vasitələrə aşağıdakıları aid etmək olar: işin materialları ilə tanış olmaq, şəxsin ona qarşı irəli sürülən ittihamı aydın başa düşmək, hər hansı prosessual tələbi irəli sürmək və s. Şəxsin cinayət mühakimə icraatının aparıldığı dili bilməsinə baxmayaraq, prosessual sənədlərin yazıldığı Azərbaycan dilinin latın qrafikalı əlifbasını bilməməsi səbəbindən həmin sənədlərlə bilavasitə onları oxumaqla tanış olmaq imkanından məhrum olması onun prosessual hüquqlarını məhdudlaşdırır. Bu baxımdan cinayət prosesini həyata keçirən orqan şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxsi ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ilə təmin etməlidir. Göründüyü kimi, ibtidai araşdırmanın ilkin mərhələsində və iş üçün sübut əhəmiyyəti kəsb edən şəxsi axtarışın keçirilməsi məqamında Təqsirləndirilən şəxs şübhəli şəxs kimi müdafiə hüququ pozulmuş, cinayət mühakimə icraatının aparıldığı dili bilməsinə baxmayaraq, prosessual sənədlərin yazıldığı Azərbaycan dilinin latın qrafikalı əlifbasını bilməməsi səbəbindən həmin sənədlərlə bilavasitə onları oxumaqla tanış olmaq imkanından məhrum olmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 90.7-ci maddəsinə görə tutulduğu andan şübhəli şəxs müdafiəçiyə malik olmaq və müstəqil olaraq müdafiəçi seçmək hüququna malikdir. Həmçinin, bu Məcəllənin 153.2-ci maddəsinin tələblərinə görə tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, cinayət prosesini həyata keçirən orqan ona dövlət hesabına ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmalıdır. Lakin, Təqsirləndirilən şəxs məhkəmədə bildirmişdir ki, tutulduğu andan ona özünə müstəqil müdafiəçi seçmək imkanı yaradılmamış, dövlət hesabına təyin olunan müdəfiəçini isə ancaq barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə görmüşdür. Tutularkən Təqsirləndirilən şəxs üzərində 500 manatdan yuxarı pulun olduğu təqdirdə, nədən ondan öz hesabına vəkilin tutmamasının soruşulmaması və bu barədə hansısa sənədin tərtib edilməməsi məhkəmə üçün əsaslı sual doğurur. Halbuki, istintaqın sonrakı mərhələsində o artıq özünün dəvət etdiyi vəkillə iştirak edir.
2. İttiham tərəfinin təqdim etdiyi dəlillərə əsasən polis əməkdaşları Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:20 radələrində ünvan 2 ünvanın qarşısında saxlayaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə gətirmiş, həmin bölmənin təhqiqatçısı Şahid3 tərəfindən o, saat 18:00-da tutulmuş və onun üzərində saat 21:00-da şəxsi axtarışın keçirilməsinə başlanılmışdır. Lakin, məhkəmə üçün Təqsirləndirilən şəxs saxlanıldığı yerdə dərhal onun üzərində şəxsi axtarışın keçirilməməsi ciddi sual doğurur, onun saxlanılması zamanı polis əməkdaşlarının hansı maneə ilə rastlaşması və bu tədbirin dərhal yerində keçirilməsini qeyri-mümkün edən hallara dair ittiham tərəfinin tutarlı dəlili olmamışdır. Yəni cinayət işində Təqsirləndirilən şəxs üzərində axtarışın onun saxlanılmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər-hansı xüsusi halın (məsələn, onun qaçması, tədbirin həyata keçirilməsinə digər şəxslər tərəfindən müdaxilələrin olması və s.) olmasını güman etməyə əsas verən heç bir fakt yoxdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı” iş üzrə qərarında vurğulayır ki, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq azadlığı məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərində axtarışın keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Belə ki, bu müddət ərzində şəxsin tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın onun saxlanılmasından dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hərhansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır.
3. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs 01 sentyabr 2022-ci il tarixdə, saat 16:20 radələrindən saat 21:00 radələrinədək olan müddət ərzində polis bölməsində harada saxlanılması, onun kimin sərancamında olmasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə göndərilmiş sorğuya cavab olaraq bu şəxsin 01 sentyabr 2022-ci il tarixdə, saat 16:20 radələrindən saat 21:00-dək olan müddət ərzində bölmənin sabiq təhqiqatçısı Şahid3 sərancamında olduğu göstərilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 153.2-ci maddəsinə görə tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşları tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli və s. hərəkətlər aparmalıdır. Məhkəmədə ifadə vermiş təhqiqatçı Şahid3 Təqsirləndirilən şəxs saat 18:00-da tutduqdan sonra saat 21:00-a kimi polis bölməsinin müvəqqəti saxlama yerinə yerləşdirilməsini bildirsə də, cinayət işinin materiallarında buna dair hər-hansı sənədə rast gəlinmir. Halbuki, əgər Təqsirləndirilən şəxs belə yerə yerləşdirilmişdirsə, o zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”nın 2.12-ci bəndinin tələblərinə uyğun olaraq onda qadağan olunmuş əşyaların hazırlanmasının, saxlanılmasının, gəzdirilməsinin, daşınmasının və ya istifadəsinin müəyyən edilməsi üçün onun üstü axtarılmalı və yanlarında olan əşyalar yoxlanılmalı idi. Belə olan təqdirdə də onun üzərində hazırki ittihamda qeyd olunan narkotik vasitə və tərəzi elə həmin anda aşkar oluna bilərdi. Eyni zamanda, məhkəmədə həm təqsirləndirilən şəxs, həm də müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş məhkumlar Şahid5 və Şahid4 ifadələrində xx.xx.2022-ci il tarixdə polis bölməsində olarkən müvəqqəti saxlama yerinə yerləşdirilməsini söyləməmişlər.
4. xx.xx.2022-ci il tarixdə şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi ilə bağlı aparılan videoçəkilişi əks etdirən diskdəki görüntüdə Təqsirləndirilən şəxs əynində olan açıq rəngli qısaqol köynəyin sol döş cibində və digər hissələrində, habelə açıq boz rəngli şalvarının üzərində qırmızımtıl ləkələrin olması, köynəyinin düymələrinin bir çoxunun açıq olması müşahidə olunur. Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli, xx/xx-6199 saylı məktubunda göstərilmişdir ki, 05 sentyabr 2022-ci il tarixdə, təxminən saat 14:00 radələrində təcridxanaya təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində xx.xx.2022-ci il tarixdə, saat 10:55 radələrində müəssisənin tibb-sanitar hissəsində baxış keçirilən zaman onun kürəyinin sol tərəfində və sağ bazu nahiyyəsində qərtməkli yara xəsarətləri aşkar olunmuşdur. Nəsimi rayon prokurorluğuna Təqsirləndirilən şəxs adından Azərbaycan dilinin latın qrafikasında icra olunmuş izahatda onun polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmadığı, üzərində olan xəsarətlərin həbs olunmamışdan əvvəl həyətdə işlədiyi zaman ehtiyatsızlıq nəticəsində aldığı göstərilmişdir. Bu izahatda onun kiril qrafikasında əl yazması ilə “Mənim sözlərimlə düz yazılıb, doğruluğunu imzamla təsdiq edirəm” sözləri əks olunmuş, sənəddə də yalnız Təqsirləndirilən şəxs və müstəntiqin imzaları mövcuddur. Göründüyü kimi, izahat Təqsirləndirilən şəxs bilmədiyi qrafikanın əlifbasında tərtib edilmiş, bu zaman onun müdafiəçisi də iştirak etməmişdir. Bu hal da özü-özlüyündə onun tərəfindən həqiqətən də belə məzmunda izahatın verilməsini inandırıcı etmir və o, artıq təqsirləndirilən şəxs qismində cəlb edildiyindən bu izahatın hansı səbəbdən müdafiəçinin iştirakı olmadan ondan alınması da növbəti suallar yaradır.
5. Verilmiş ittihamda Təqsirləndirilən şəxs qanunsuz olaraq təmiz çəkisi 10,412 qram, 7,666 qram və 1,453 qram, ümumi çəkisi 19,531 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - asetilə edilən tiryəki satış məqsədi ilə əldə edib özündə saxlamaqla daşıması göstərilmişdir. Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokolda Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 ***-**-** saylı nömrədən digər nömrələrə, digər nömrələrdən həmin nömrəyə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində edilən zənglərin, habelə SMS-lərin siyahısı, mətnləri, vaxtı, müddəti barədə diskdəki olan məlumatlara baxış keçirilən zamanı xx.xx.2022-ci il tarixdə, saat 03:02-də 055 ***-**-** saylı mobil nömrədən göndərilən “sms”də “Qaqa səhər 1:30- 8:00-da gələcəm. 60 amma brat çəkisini denən baxsın’’, xx.xx.2021-ci il tarixdə saat 04:23-də 055 ***-**-** saylı mobil nömrədən göndərilən “sms”də “Samirdi Qədeş 3 manat biraz patı ver kakos verdə imkan varsa” kimi yazıların aşkar olunduğu göstərilsə də, istintaq orqanı tərəfindən bu nömrələrin istifadəçilərinin real olaraq müəyyən edilməsi üçün müvafiq mobil operatora müraciət edib onların kim olmasının və bu şəxslərin Təqsirləndirilən şəxsla əlaqəsinin aşkara çıxarılması üzrə real tədbirlərin görülməməsi, sadəcə olaraq müstəntiq tərəfindən bu nömrələrə zənglərin çatmamasına dair protokolların tərtib edilməsi bu işdə obyektiv həqiqətin aşkara çıxarılmasında həmin orqanın maraqlı olmamasına dəlalət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). Göründüyü kimi, Plenum qərarında narkotik vasitənin miqdarının və yaxud nə cür qablaşdırılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Qeyd edilən izaha görə aşkar edilmiş narkotik vasitənin bir neçə bükümdə olması narkotikin məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz.
6. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın ən əsas sübutu onun üzərində keçirilmiş şəxsi axtarışla bağlı istintaq hərəkəti üzrə tərtib edilmiş, cinayət işinin 40-45-ci vərəqlərində olan 01 sentyabr 2022-ci il tarixli protokol çıxış edir. Lakin, məhkəmə istintaqında müəyyən olunur ki, 6 səhifədən olan bu protokolda sonradan dəyişikliklər edilmiş, ilkin variantda onun sonuncu səhifəsində olan və video çəkiliş zamanı görüntüyə düşən, “baxış keçirildi, hər hansı qeyri-qanuni əşya və ya maddə aşkar olunmadı. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər və elektron tərəzi zərfə qoyularaq qablaşdırıldı, həmin zərf iştirakçılar tərəfindən imzalandı və PB-nin 188 saylı möhürü ilə möhürləndi. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırıldı. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirildi. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmadı və vəsatət qaldırılmadı. Şəxsi axtarış zamanı “Sony” markalı videokameradan istifadə edildi. Şəxsi axtarış və götürmə zamanı sübhəli şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmadı və vəsatət qaldırılmadı. Ona görə də protokol tərtib olundu, ucadan oxundu, protokolun düzgünlüyünü imzalarla təsdiq edirik” kimi təsbit edilmiş 03 abzasdan ibarət yazıların məzmunu “Baxış keçirildi, hər hansı qeyri-qanuni əşya və ya maddə aşkar olunmadı. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər və elektron tərəzi zərfə qoyularaq qablaşdırıldı. Həmin zərf iştirakçılar tərəfindən imzalandı və PB-nın 188 saylı möhürü ilə möhürləndi. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirildi. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmadı və vəsatət qaldırılmadı. Şəxsi axtarış zamanı “Sony” markalı videokameradan istifadə edildi. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmadı və vəsatət qaldırılmadı. Ona görə də protokol tərtib olundu, ucadan oxundu, protokolun düzgünlüyünü imzalarla təsdiq edirik” kimi yazılarla 02 abzasda verilmiş, habelə ilkin variantda bu səhifənin sonunda heç bir qeyd olmadığı halda, sonradan orada “Vəsatəti yoxdur” sözləri əks olunmuşdur. Həmçinin, məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1548 saylı rəyinə əsasən cinayət işinin materiallarında olan bu protokolun sonuncu səhifəsində, 46-cı vərəqində olan “Baxış keçirilməsi barədə” 01 sentyabr 2022-ci ilin protokolda və 58-ci vərəqində xx.xx.2022-ci il tarixli “Cinayət işinin istintaq aidiyyət üzrə göndərilməsi haqqında” qərarda “Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı, polis kapitanı Şahid3” qrafasındakı imzaların cinayət təqibi üzrə təhqiqatı aparan şəxs kimi Şahid3 tərəfindən icra olunmaması müəyyən edilmişdir. Habelə, Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1010 saylı rəyinə görə həmin protokollarda “Şübhəli şəxs” qrafasında “Təqsirləndirilən şəxs” və “Təqsirləndirilən şəxs” sözlərinin qarşısında olan imzaların da bilavasitə bu şəxs tərəfindən icra olunması ekspert tədqiqatı yolu ilə müəyyən oluna bilinməmiş və bunun səbəbi kimi imzanın üzərində qaralamaların və həşiyələnmələrin, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması göstərilmişdir. Halbuki, elə bu rəydə cinayət işinin materiallarında olan “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 01 sentyabr 2022-ci il tarixli protokolun 1-5-ci səhifələrində olan Təqsirləndirilən şəxs aid imzaların onun tərəfindən icra olunduğu vurğulanmışdır. Bundan başqa, “Baxış keçirilməsi barədə” 01 sentyabr 2022-ci il tarixli protokolda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən 3 ədəd bükümdə 10,412 qram, 7,666 qram və 1,453 qram olmaqla ümumi təmiz çəkisi 19,531 qram olan tünd qəhvəyi rəngli maddələrin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitənin - asetilə edilən tiryəkin olduğunun Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/4714 saylı rəyi əldə edilmədən onun çəkisi və adının bir gün əvvəlki tarixdə göstərilməsi artıq bu sənədin saxta olduğuna birbaşa işarə edir (o da nəzərə alınmalıdır ki, şəxsi axtarış zamanı götürülmüş narkotik vasitənin çəkisi protokolda təsvir olunmamış, həmçinin bu vasitənin “kakos”, yəni heroin olduğu deyilmişdir). Ümumiyyətlə, göstərilən hallardan başqa o da xüsusi vurğulanmalıdır ki, şəxsi axtarışın videoçəkilişi olan görüntülərə məhkəmədə baxılarkən təhqiqatçı tərəfindən protokolun artıq əvvəlcədən kompüterdə tərtib olunaraq çap edilməsi və onun üzündən oxunması, sonda da iştirakçıların imzalanması artıq bu istintaq hərəkətinin nəticəsinin əvvəlcədən bəlli olmasına və bu prosesin sadəcə formallıq naminə aparılmasına dəlalət edir. Halbuki, belə protokol Cinayət-Prosessual Məcəlləsinin 247.1-ci maddəsinin tələblərinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra tərtib olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: • Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir (124.1-ci maddə); • Cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər (124.2-ci maddə); • Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (125.1-ci maddə); • İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda və müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (125.2ci maddə); • Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz (125.3-cü maddə). Məhkəmə qanunvericiliyin tələblərinə uyğun yuxarıda qeyd olunan bütün halları tədqiq edərək belə nəticəyə gəlir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməsi ilə bağlı təqdim etdiyi sübutlar əsaslı şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə imkan verən dəlillərə aid edilə, bununla da həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul oluna bilməz. Ona qarşı irəli sürülmüş ittihamın əsası kimi qoyulmuş və məhkəmə istintaqında tədqiq edilmiş sübutların hüquqi qüvvəsini şübhə altına alan kifayət qədər hallar mövcuddur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Zayidov Azərbaycana qarşı” iş üzrə qərarında qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, təqsirləndirilən şəxsin təqsirinin sübutu yalnız keçirilmiş bir istintaq və ya əməliyyat-axtarış tədbiri üzrə götürülmüş maddi sübutdan və tərtib edilmiş müvafiq protokoldan ibarətdirsə, yəni bu sübut növü olmadığı halda belə nəticəyə gəlmək qeyri-mümkündürsə, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd edir ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan anoloji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı məhkəmə istintaqında tədqiq olunmuş dəlillər daha ətraflı, məntiqli və ardıcıl olmaqla bir-biri ilə uzlaşaraq öz təsdiqini tapır. Həmin sübutlar onun təqsirsizliyi ilə bağlı işin faktiki hallarına uyğundur, tam qanuni və əsaslıdır. Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Bu Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə şəxsin təqsirli olunduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə görə: • Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (21.2-ci maddə); • Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (21.3-cü maddə); • Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (28.5-ci maddə); • İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (145.3-cü maddə); • Məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır (42.1.4-cü maddə); • bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır (42.2.4-cü maddə); • Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir (55.1-ci maddə); • Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır (350.2-ci maddə). “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxstəqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməli, Cinayət-Prosessual Məcəlləsinin 357-ci maddəsinə əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri də ləğv edilərək o, həbsdən azad olunmalıdır. Habelə, Təqsirləndirilən şəxs cinayət üzrə keçirilmiş məhkəmə ekspertizası xərclərinə görə məhkəmə məsrəflərindən azad olunmalı, Cinayət-Prosessual Məcəlləsinin 133.2-ci maddəsinə uyğun olaraq 314 manat təşkil edən bu xərclər Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Eyni zamanda, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ilkin çəkisi 19,531 qram narkotik vasitə olan asetilə edilən tiryəkin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilməsi faktının araşdırılması və ona hüquqi qiymət verilməsi üçün zəruri materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nəsimi rayon prokuroruna göndərilməli, qalıq çəki 19,381 qram asetilə edilən tiryək və üzərində həmin narkotik vasitəyə məxsus izlər olan elektron tərəzi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 133, 344-347, 349-350, 352-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən o, təqsirsiz hesab edilsin və ona həmin maddə üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, həbsdən azad olunsun. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərclərinə görə Təqsirləndirilən şəxs məhkəmə məsrəflərindən azad olunsun, 314 (üç yüz on dörd) manat təşkil edən bu xərclər Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və ilkin çəkisi 19,531 qram narkotik vasitə olan asetilə edilən tiryəkin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilməsi faktının araşdırılması və ona hüquqi qiymət verilməsi üçün zəruri materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nəsimi rayon prokuroruna göndərilsin, qalıq çəki 19,381 qram asetilə edilən tiryək və üzərində həmin narkotik vasitəyə məxsus izlər olan elektron tərəzi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən,
Hakim Babək Pənahov BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ ____________________________________________________________________________________ AZ 1102, Bakı şəhəri Tel.: (+99412) 431-14-77 A.Məhərrəmov küçəsi, 15 Faks: (+99412) 431-02-05 https://courts.gov.az/az/nasimi Elektron ünvan
03 noyabr 2023-cü il № 1(006)-42/2023
Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin
Təqsirləndirilən şəxs (Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, ev 13)
Vəkil Müdafiəçi (“Kamandar Nəsibov və Partnyorları” Vəkil bürosu)
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 noyabr 2023-cu il tarixli, 1(006)-42/2023 saylı hökmünün surəti məlumat üçün göndərilir.
Qoşma: __ vərəq, 1 nüsxə
Hakim Babək Pənahov