Məhkəmə qərarları › İş №1(006)-42/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-42/2024

09.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-42/2024 09.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X10 Tərcüməçi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxsin Zərərçəkmiş şəxs hüquqi varisi: Zərər çəkmiş şəxsin Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili hüquqi varisinin nümayənəsi: Nümayəndə Müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1974-cü il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ucar rayonu, Qaracallı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 18, mənzil 23-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə Təqsirləndirilən şəxs 2019-cu ilin sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 18, mənzil 23-də yaşayan və uzun müddət hipertoniya, serebral ateroskleroz və digər növ xəstəliklərdən əziyyət çəkən 1942-ci il təvəllüdlü xəstə X5 ömrünün sonuna kimi baxacağına və qulluq göstərəcəyinə dair üzərinə öhdəlik götürüb bununla bağlı R.Muxtarovaya vəd verdikdən sonra həmin öhdəliyin qarşısında R.Muxtarovadan onun adına olan bütün daşınar və daşınmaz əmlaklarla bağlı 41 saylı notariat kontorunda rəsmiləşdirilmiş 15 fevral 2020-ci il tarixli vəsiyyətnaməni əldə etdikdən sonra öz ailəsi ilə birlikdə R.Muxtarovaya məxsus mənzilə köçərək həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan ahıl R.Muxtarovanı bilə-bilə köməksiz qoyaraq birlikdə yaşadıqları dövr ərzində qayğısına qalmalı olduğu halda lazımi və mütəmadi qulluq göstərməyib təhlükədə qoymaqla Ruşanya Muxtarovanın yuxarı ətrafın qanqrenası və bədənin çoxsaylı iri ölçülü infeksiyalaşmış trofik yaraları və piodermiyası səbəbindən inkişaf edən orqanizmin septiki intoksikasiyası səbəbindən 11 dekabr 2022-ci il tarixdə vəfat etməsinə səbəb olmuşdur. Lakin məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. İşin halları və dəlilləri Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 7-8 il bundan öncə dolanışığı çətin olduğuna görə o, əri və uşağı ilə birlikdə yaşadığı Ucar rayonu Qaracallı kəndindən Bakıya köçüb kirayədə qalmış, əri fəhləliklə məşğul olmuş, özü isə fədi evlərdə işləmişdir. Daha sonra hər ikisi kağız-karton, boş plastik qablar toplayıb "xxxx" ASC-yə təkrar emal üçün təhvil verməklə məşğul olmağa başlamışlar. Onlara lazım olan malların şəhərin mərkəzində çox olduğunu nəzərə alıb ünvan 1 ünvanda olan köhnə binanın mənzillərinin birində kirayədə yaşamağa başlamışlar. Həmin binada 23 saylı mənzildə yaşayan Ruşanya Muxtarovanı bir qonşu kimi tanımışdır. 2019-cu ilin noyabr ayının sonlarında Ucar rayonu, Qaracallı kəndində yaşayan baldızının oğlunun toy məclisindən şəhərə təzəcə qayıtmışlar ki, gecə saat 02 radələrində kirayədə qaldığı mənzilin qapısını kimsə bərk döymüşdür. O, qapını açanda binanın ikinci mərtəbəsində yaşayan Ruşanyanı görmüşdür. Ruşanya işığını kəsdiklərini, evinin soyuq olduğunu, bir az da soyuqdəyməsinin olduğunu deyib səhərə kimi onlarda qalmaq istəmişdir. O da Ruşanyanı evə dəvət etmiş və sonuncu gecə onlarda qalmışdır. Həmin vaxtdan münasibətləri daha da yaxın olmuş və Ruşanya arada gəlib onlarda qalmış, hətta dekabr ayından mənzilində istilik olmadığına görə Ruşanya təxminən 03 ayadək onun evində qalmağa başlamışdır. O, bacardığı qədər Ruşanyaya yardım etmiş, hətta qonşular da ona “Ruşanyadan pis qoxu gəlir, sən ona necə yaxınlaşa bilirsən” deyib soruşanda o, Ruşanyanın yaşlı və xəstə olduğunu, ona yazığının gəldiyini bildirmişdir. Bir müddət sonra Ruşanya ömrünün sonuna kimi qulluq etmək şərti ilə evini ona vermək istədiyini bildirmişdir. O isə onun baldızı Raisanın buna razı olmayacağını deyəndə, Ruşanya evin öz adına olduğunu, baldızının sadəcə olaraq həmin evdə qeydiyyatının olduğunu bildirmişdir. O, Ruşanyanın bundan əvvəl başqa şəxsi evinə qeydiyyata aldığını və Raisanın bunu biləndən sonra onu qeydiyyatdan çıxardığını və evin bütün sənədlərini Ruşanyadan alıb özü ilə götürdüyündən məlumatlı olmuşdur. Eləcə də Raisa Ruşanyanın pensiya kartını götürmüş və arada sonuncuya ərzaq alsa da, son zamanlar Raisa onun yanına gəlməmişdir. Hətta qonşular Ruşanyanın yaşadığı mənzili baxımsızlıqdan pis vəziyyətdə olduğu barədə Raisaya məlumat versələr də, sonuncu buna əhəmiyyət verməmiş, evin təmizliyi üçün heç bir tədbir görməmişdir. 2020-ci ilin fevral ayının əvvəllərində o, Ruşanya ilə 41 saylı notariat kontoruna getmiş və Ruşanya ömürlük qulluq edib baxmaq şərti ilə mənzilini ona bağışlamaq barədə müqavilə bağlamaq istədiyini demişdir. Orada notarius işçisi mənzilin sənədlərinə baxmış və həmin mənzildə yaşayan Raisanın icazəsinin lazım olduğunu demişdir. Bu zaman Ruşanya evi ona vermək üçün nə edə biləcəyini soruşanda, notariusda işləyən həmin şəxs Ruşanyaya vəsiyyətnamə verməyi məsləhət görmüş və Ruşanyanın yazıb-oxumağı bacarmadığı üçün vəsiyyətnaməni iki nəfər qonşunun iştirakı ilə yazmalı olduğunu demişlər. Ona görə də onlar evə qayıtmış, o, Ruşanyanı aparıb evin sənədlərinin dublikatını toplamışdır. xx.xx.2020-ci il tarixdə iki nəfər qonşusu - X16 və Şahid1 da götürüb həmin notariusa gəlmişlər. Orada Ruşana ona vəsiyyətnamə yazmışdır. Bundan sonra Raisa hər gələndə Ruşanyanı onun evində görüb burada nə işi olduğunu soruşanda, vəsiyyətnamə barədə Raisaya heç nə deməmiş və sadəcə olaraq Ruşanyaya qulluq etmək məqsədilə həmin evdə olduğunu demişdir. Lakin Raisa ona inanmadığını bildirib ondan Ruşanyanı aldadıb evində saxladığı haqqında polisə şikayət etmişdir. Sahə müvəkkili onlara gəlib Ruşanya ilə söhbət etmiş və Ruşanyanın baldızının şikayət etdiyini demişdir. O da Ruşanyaya ölənə kimi baxmaq şərti ilə ona vəsiyyətnamə verdiyini demişdir. Bundan sonra Ruşanya Raisanı qeydiyyatdan çıxarmaq qərarına gəlmiş və bu barədə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin vaxt Ruşanya xəstə olmuş və pandemiyaya görə məhkəməyə getməmişdir. Sonra Raisa gəlmiş, onu məhkəməyə çağırdıqlarını, yaşayış yerinin bura olduğunu və başqa evinin olmadığını bildirmiş və ərizəni geri götürmələrini xahiş etmiş, eyni zamanda evi satıb ona pul verəcəkləri təqdirdə qeydiyyatdan çıxacağını bildirmişdir. Onlar da razılaşıb ərizəni geri götürmüşlər. Eyni zamanda Ruşanya hipertoniyadan əziyyət çəkdiyindən, habelə gözündə bəzi problemləri və qolunda xırda səpkiləri olduğundan onu 2020-2021-ci illər ərzində bir neçə dəfə həkimə aparmış, reseptlər üzrə yazılmış dərmanları almış, “sistem”də köçürmüşdür. 2022-ci ildə onlar evi təmir edib Ruşanyanın mənzilinə köçüb yaşamaq qərarına gəlmişlər. Eyni zamanda təmir başlayanda o, Ruşanyanı Ucar rayonunda yerləşən evlərinə aparıb onunla birgə qalıb ona baxmış, orada onu xəstəxanaya aparıb müayinələrdən keçirmiş və lazımi dərmanlarını alıb müalicəsini aparmışdır. Həmin ilin sentyabr ayından Bakıya qayıdıb ailəsi ilə Ruşanyanın mənzilində yaşamağa başlamışlar. Ruşanyaya hər zaman lazımi qulluğu göstərmiş, mütəmadi olaraq sahə həkimi ilə əlaqə saxlayıb sonuncunun dediklərinə uyğun hərəkət etmiş, qan təzyiqi qalxanda təcili tibbi yardım da çağırmışdır. Bununla belə, ölümündən 2-3 ay əvvəl Ruşanya artıq yeriməkdə çətinliklər çəkmiş, evdən bayıra çıxmamışdır. O onun qolundan tutaraq hər zaman sanitar qovşağına aparmış, yataqda olanda isə əyninə bez taxmış, yatdığı yer daima təmiz və quru olmuşdur. Son bir neçə gün ərzində isə onun səhhətində halsızlıq yaranmış, yemək yeməmiş, o da bununla bağlı sahə həkiminə zəng vurub məlumat vermiş, sonuncu da bunun yaşla bağlı olduğunu demişdir. Dekabrın 10-da Ruşanyanın vəziyyəti pisləşmiş və o da təcili tibbi yardım çağırmışdır. Həkim gəlib ona baxmış, təzyiqi və nəbzini ölçüb ona iynə vurub növbəti gün sahə həkiminə aparmağı məsləhət bilmişdir. Lakin səhərisi gün Ruşanya ayağa qalxa bilmədiyinə görə onu həkimə apara bilməmiş, günorta vaxtı isə onun vəziyyəti pisləşdiyi üçün yenidən təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardım da gəlib Ruşanyaya ilkin yardım göstərmiş, o da həkimə onu xəstəxanaya aparmağını desə də, sonuncu onun vəziyyətinin elə də ağır olmadığını və yaşlı olduğu üçün xəstəxananın onu qəbul etməyəcəyini bildirib çıxıb getmişdir. Lakin, həmin günü axşam Ruşanyanın vəziyyəti yenidən pisləşmiş və o, təkrar təcili tibbi yardım çağırsa da, bu yardım gəlincə Ruşanya artıq vəfat etmişdir. Qeyd edir ki, o, bilə-bilə Ruşanyanı köməksiz vəziyyətdə qoymamış, hər zaman onun qayğısına qalaraq təmiz saxlamış, vaxtı-vaxtında yeməyini vermiş, onun qolunda olan səpki və yaralarla bağlı həkimlərin verdiyi məsləhətə uyğun dərman və kremləri almış, bilikləri daxilində ona tibbi qulluq etmişdir. Ruşanya ölənə qədər onun qolunda heç bir qanqrena olmamış və bunu təcili tibbi yardımın həkimləri də qeyd etməmişlər. Məhkəmə istintaqında zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X8 mərhum qardaşının arvadı olmuşdur. Qardaşı vəfat etdikdən sonra anası qardaşının ailəsinə Süleyman Rüstəm küçəsi, ev 18, mənzil 23-ü vermişdir. Uşaqları öldükdən sonra Ruşanyanın səhhətində problemlər yaranmış və tək qaldığı üçün ondan yanına köçüb onunla yaşamağı xahış etmişdir. O da Ruşanyaya baxmaq üçün onun yanına köçmüş və həmin mənzilə qeydiyyata düşüb yaşamağa başlamışdır. Ruşanya spirtli içkilərdən istifadə etməyə başladığına görə o, məcbur qalıb onunla yaşamamış, özü üçün kirayə mənzil tutmuş, lakin gəlib Ruşanyaya baxmış və kömək etmişdir. Bir müddət sonra Ruşanya bir nəfər şəxsin onu aldadıb mənzilə dair vəsiyyətnamə yazdırdığını demiş və o, həmin şəxsin fırıldaqçı olduğunu öyrənib bu vəsiyyətnaməni ləğv etdirmişdir. Bundan sonra qonşuluqda kirayədə yaşayan Ahilə adında qadının Ruşanyaya arada yardım etdiyini görmüş, həmin qadına köməyinə görə pul təklif etsə də, sonuncu razılaşmayıb bir qonşu kimi ona baxdığını demişdir. 2022-ci ilin əvvəlində o, Ruşanaya baş çəkməyə gedəndə Ruşanyanın xəstə olduğunu və huşunun özündə olmadığını görmüşdür. Həmin vaxt Ahilə Ruşanyanın ona ömrünün sonunadək quluq etmək şərti ilə mənzilə dair vəsiyyətnamə verdiyini demişdir. O, Ahiləyə bunun düzgün olmadığını, Ruşanyanın alsqeymer xəstəliyndən istifadə edib vəsiyyətnaməni saxtalaşdırdığı barədə şikayət edəcəyini bildirib həmin mənzildə qeydiyyatda olduğunu, Ruşanya xəstə olduğu üçün evin sənədlərini gütürüb özündə saxladığını demişdir. O, Ahilədən vəsiyyətnaməni hansı sənədlər əsasında yazdırması barədə soruşduqda, sonuncu sənədləri arxivdən yenidən toplayıb düzəltdiyini, mənzilin çıxarışının dublikatını götürüb notariusa təqdim etdiklərini bildirmişdir. Ahilə faktiki Ruşanyaya baxdığını, vəsiyyətnamənin də ona verildiyini bildirib Ruşanyaya baxacağını və ona da pul verəcəyini vəd edib qeydiyyatdan çıxmağı təklif etmişdir. O, əvvəlcə təklifi rədd etsə də, sonradan 20.000 manat pula bununla razılaşmışlar. Lakin Ahilə pul vermədiyi üçün o, otaqlarıdan birinin ona məxsus olduğunu, gəlib orada yaşamaq istədiyini bildirib ondan oranın boşaltmasını tələb etmişdir. Bir müddətdən sonra o, Ruşanyaya baş çəkməyə gələndə, artıq Ahilənin öz ailəsi ilə birlikdə qaldıqları kirayə mənzildən çıxıb Ruşanyanın mənzilini təmir edib ora köçüb yaşadıqlarını görmüşdür. Həmin vaxt Ruşanya artıq danışmamış, xəstəliyi ilə əlaqədar ətrafda baş verənləri anlamamışdır. O, Ahilədən mənzildən çıxmalarını tələb etmiş, Ahilə qalmağa yerlərinin olmadığını, həm də qadına baxdığını, bu yaxınlarda binanın söküləcəyini və mənzilə görə onlara 70.000 manat pul veriləcəyini, həmin pula ev alıb Ruşanyanı da özü ilə aparacağını, ona da bu məbləğdən 20.000 manat pul verəcəyini demişdir. O da Ahilənin təklifi ilə Ruşanaya baxmağı öhdəsinə götürdüyü üçün razılaşmışdır. 2022-ci ilin oktyabr ayında Ahilə evin sökülməsinin qeyri-müəyyən vaxta təxirə salındığını bildirəndə, o ayı 300 manata kirayədə qaldığını, kirayə pulunu verməkdə çətinliyini olduğunu, ona görə də mənzildən çıxmalarını və gəlib Ruşanyaya özünün baxacağını bildirmişdir. Ahilə ev sökülənədək kirayə haqqını ödəməsində kömək edib ayda ona 200 manat pul verəcəyini, özü də evdə qalıb Ruşanyaya baxacağını demişdir. 2022-ci ilin noyabr ayında Ahilə ona oktyabr ayı üçün 200 manat, dekabr ayında isə noyabr ayı üçün 200 manat pulu bank kartına göndərmişdir. xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Ahilə ona zəng vurub Ruşanyanın vəziyyətinin ağırlaşdığını, təcili tibbi yardım çağırdığını, saat 22 radələrində isə zəng vurub Ruşanyanın vəfat etdiyini bildirmişdir. Səhərisi gün meyitxanaya gəlib cəsədi götürəndə həkim Ahiləyə “bu qadına niyə baxmamısınız, bütün bədəni yara və çirk içindədir, qanqrenadan əli çürüyüb, vaxtında həkimə aparılmadığı üçün əli çürüməyə başlayıb” deyib iradını bildirmişdir. O əvvəllər Ahilədən şikayətçi olsa da, hazırda onunla barışmış və işin xitam olunmasını istəyir. Məhkəmə istintaqında şahid X13 ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanda yerləşən binanın ikinci mərtəbəsində 25 saylı, Ruşanya isə 23-cü mənzildə oğlu İlham və baldızı Raisa ilə birlikdə yaşamışlar. İlham rəhmətə gedəndən sonra baldızı Raisa bir müddət onunla yaşamış, sonra isə aralarında olan narazılığa görə Raisa evdən çıxıb başqa yerdə yaşamağa başlamışdır. X19 evinə gəlib-gedərək ərzaq gətirmişdir. Təxminən 2019-cu ildə o, qonşulardan eşitmişdir ki, yaxınlıqda dönər satan bir şəxs və onun anası Ruşanyaya yemək gətirir və sonuncu da evini ona bağışlayıb, Raisa da bunu bilən kimi həmin sənədi ləğv etdirib. Daha sonra binanın birinci mərtəbəsində olan mənzildə Ahilə adında qadın ailəsi ilə birlikdə kirayədə yaşamışdır. 2019-cu ilin sonları 2020-ci ilin əvvəlləri Ahilə Ruşanyaya baxmağa başlamışdır. Ruşanyanın mənzilində tualet və hamam olmamış, binanın ikinci mərtəbəsində yerləşən ümumi tualetdən istifadə etmişdir. Ancaq Ahilənin kirayədə qaldığı mənzildə hamam, tualet var idi. Ruşanya tualetə gedib-gəlməyə çətinlik çəkdiyi üçün Ahilənin yanında qalmağa başlamışdır. Bunu biləndə Raisa narazılıq etmiş, Ruşanyaya özünün baxdığını bildirmiş və onu öz yanına aparmaq istəsə də, sonuncu getməmiş və ona Ahilənin baxdığını demişdir. Daha sonra Ahilə kirayə pulu verə bilməmiş və ev sahibi onları evdən çıxartmışdır. O, Ahiləgilin bir müddət başqa yerdə kirayədə qaldığını eşitmişdir. 2022-ci ilin yayında Ahilənin qardaşı Ruşanyanın mənzilində təmir işləri aparmış, mənzildə hamam-tualet düzəltmişdir. Həmin vaxtlarda Ahilə Ruşanyanı özü ilə aparıb qaldığı evdə saxladığını, bir müddət isə rayona öz kəndlərinə apardığını demişdir. Təmir qurtarandan sonra 2022-ci ilin yayında Ruşanya və Ahilənin ailəsi onun mənzilində yaşamağa başlamışlar. Təmirdən sonra Raisa gəlmiş və qeydiyyatda olduğu üçün mənzilin otaqlarından birinə köçmək istədiyini bildirmişdir. Lakin sonradan aralarında hansısa razılaşmaya görə Raisa köçəsi olmamış və Ruşanyaya Ahilə baxmağa davam etmişdir. Ruşanya son zamanlar bərk xəstə olmuş və yeriməkdə çətinlik çəkmişdir. O, təmirdən sonra Ruşanyanı bayırda görməmiş, Ahilə isə onun yaxşı olduğunu demişdir. Eyni zamanda, Ruşanyanın Ahilədən narazılıq etdiyini eşitməmişdir. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, o, 1990-cı ildən 2019-cu ilədək ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 18, mənzil 30A-da yaşamış, 2019-cu ildən isə Plotnikov küçəsində yaşayır. 2005-ci ildən Süleyman Rüstəm küçəsi, 18 saylı ünvanda yerləşən həyətdə “Elvin market” adlanan mağazanı işlədir. Onların həyətində “Toma” kimi tanıdıqları Ruşanya Muxtarova adında qadın oğlu ilə yaşamışdır. Sonra Ruşanyanın oğlu ölmüşdür. Ruşanyanın Raisa adında qohumu da vardır. Ruşanya spirtli içki aludəçisi olmuş və çoxlu siqaret çəkmiş, baxımsız vəziyyətdə olmuş, hər zaman üzərindən çox pis qoxu gəlirdi. Təxminən 2019-cu ilin sonundan Ruşanyaya həmin həyətdə kirayədə qalan Ahilə adında qadın baxmağa başlamış və bundan sonra o, Ruşanyanı görəndə onun səliqəli vəziyyətdə və üzərindən pis qoxu gəlmədiyini görmüşdür. Bir gün Ahilə ona demişdir ki, Ruşanya öz evini ona bağışlamaq istəyir və buna görə notariusda şahid kimi iştirak etməyi ondan xahiş edir. Bu səbəbdən də o və qonşu olmuş mərhum X4 və Ruşanya ilə birlikdə X22 alt tərəfində yerləşən notariusa getmişlər. Notarius Ruşanyadan mənzili hansı şərtlə Ahiləyə vermək istədiyini soruşmuş, sonuncu da ona ömrünün sonuna kimi baxmaq şərti ilə yaşadığı mənzili Ahiləyə vermək istədiyini bildirmişdir. Notarius onlardan Ahilənin doğurdanmı Ruşanyaya baxıb qulluq etdiyini soruşmuş, onlar da bunu təsdiq etmişlər. Bundan sonra notariusda onlar təqdim olunan sənədə imza atmışlar. Həmin vaxt Ruşanya notariusun verdiyi suallara aydın şəkildə cavab vermişdir. Ahilə bir müddət kirayədə qala-qala Ruşanyaya baxmış, hətta eşitdiyiə görə onu özü ilə rayona aparmış, sonra Ruşanyanın evini təmir edib ailəsi ilə birlikdə ora köçüb Ruşanya ilə yaşamağa başlamışdır. Əvvəllər Ruşanyanı tez-tez həyətdə görsə də, ölümündən bir neçə ay qabaq onu görməmiş və qonşulardan Ruşanyanın xəstə olduğunu və artıq bayıra çıxa bilmədiyini öyrənmişdir. Ahilənin Ruşanyaya pis baxması barədə heç nə eşitməmiş, Ahilənin bir neçə dəfə təcili tibbi yardım çağırdığını görmüşdür. Məhkəmədə Şahid5 ifadəsində göstərdi ki, yaşadığı binanın ikinci mərtəbəsində Toma kimi çağırdıqları Ruşanya adlı qadın tək yaşamışdır. Onunla əvvəllər baldızı Raisa da yaşamış, Ruşanya spirtli içki içib siqaret çəkmiş, bir neçə il əvvəl Raisa evdən çıxmış və başqa yerdə yaşamağa başlamışdır. X19 evinə gəlib-getmiş, sonuncuya ərzaq gətirmişdir. 2019-cu ilin sonlarında binanın birinci mərtəbəsində kirayə qalan Ahilə adlı qadın Ruşanya xəstə olduğundan ona baxmağa başlamışdır. Bir müddət sonra Ahilə kirayə pulunu verə bilməmiş və ev sahibi onları evdən çıxartmışdır. O, Ahilənin bir müddət başqa yerdə kirayədə qaldığını eşitmiş, 2022-ci ildə Ahilənin qardaşı Ruşanyanın mənzilində təmir işləri aparmışdır. O, həmin vaxtlarda Ruşanyanı görməmişdir. Ahilənin Ruşanyanı özü ilə aparıb qaldığı evdə saxladığını eşitmişdir. O, Ahilənin Ruşanyanı yaşadıqları mənzilin həyətində gəzdirdiyini, ona ərzaq və siqaret aldığını görmüşdür. Ruşanya və Ahilənin ailəsi təmir qurtarandan sonra Ruşanyanın mənzilində yaşamağa başlamışlar. Eşitdiyinə görə Ahilə Ruşanyaya yaxşı baxmış, sonuncunun ondan şikayəti olmamışdır. Məhkəmədə Şahid6 ifadəsində göstərdi ki, yaşadığı binanın ikinci mərtəbəsində Toma kimi çağırdıqları Ruşanya oğlu İlhamla yaşamış, sonra oğlu vəfat etmiş, Toma tək qalmışdır. Onunla əvvəllər baldızı Raisa yaşamış, bir neçə il əvvəl Raisa evdən çıxmış və başqa yerdə yaşamağa başlamışdır. X19 evinə gəlib-getmiş, Ruşanyaya ərzaq gətirmiş, yemək vermişdir. Bir qonşu kimi Ruşanyaya hamı yardım etmişdir. Raisa ilə Toma arasında ev məsələsi ilə əlaqədar mübahisələri olmuşdur. 2019-cu ilin sonlarından həyətdə kirayə qalan Ahilə Ruşanyaya baxmağa başlamış, sonuncu onun evində qalmışdır. Sonra Ahilə kirayə pulu verə bilməmiş və ev sahibi onları evdən çıxartmışdır. O, Ahiləgilin bir müddət başqa yerdə kirayədə qaldığını eşitmişdir. 2022-ci ildə Ahilənin qardaşı Ruşanyanın mənzilində təmir işləri aparmış, mənzildə tualet-hamam düzəltmişdir. Həmin vaxtlarda Ruşanyanı Ahilə özü ilə aparıb qaldığı evdə saxladığını, bir müddət isə rayona öz kəndlərinə apardığını eşitmişdir. Təmir qurtarandan sonra 2022-ci ilin yayında Ahilə ailəsi ilə birlikdə Ruşanyanın evində qalmağa başlamışlar. Təmirdən sonra Raisa gəlmiş, mənzilə köçmək istədiyini demiş və bununla bağlı Ahilə ilə mübahisə etmişlər. Toma həmin vaxtlar xəstə olmuş, çölə çıxa bilməmişdir. Ruşanya ölməmişdən təxminən iki ay əvvəl Raisa onlara gəlmiş və Ahilənin Ruşanyanın xəstəliyindən istifadə edib evə dair vəsiyyətnamə yazdırdığını demişdir. Ruşanya son zamanlar bərk xəstə olmuş, sərbəst gəzə bilməmiş, yaddaşında problemləri olmuşdur. Toma siqaret çəkən olmuş və tez-tez ondan da siqaret istəmişdir. Ruşanya ölməmişdən bir-iki gün əvvəl və öldüyü gün ona təcili tibbi yardım çağırılmışdır. Birinci dəfə təcili yardım gələndə Ahilə onlara gəlmiş və borca pul istəmiş, Ruşanyanın vəziyyətinin pis olduğunu, həkimə aparacağını demişdir. O da Ahiləyə pul vermiş, lakin onun Ruşanyanı həkimə aparıb-aparmadığını bilməmişdir. Ruşanyanın Ahilədən narazı olduğunu eşitməmişdir. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, Ruşanya Muxtarova yaxın rəfiqəsi Zərərçəkmiş şəxs qardaşı arvadıdır. O, Raisanı 30 ildir tanıyır. Raisa əvvəllər öz evində yaşamış, sonra Ruşanyanın yanına köçmüş və orada yaşamağa başlamışdır. Belə ki, Ruşanya tək qalmış və sonuncuya baxmaq üçün Raisa Ruşanyanın yanında yaşamağa başlamışdır. Ruşanya Raisanı yaşadığı mənzilə qeydiyyata salmışdır. O, tez-tez onlara gedib-gəlmişdir. Onlar bir neçə il birlikdə yaşamış, Ruşanya içki içməyə başlamış, ona görə də Raisa kirayə çıxmışdır. X23 baxmış, yemək gətirmiş, qulluq etmişdir. 2019-cu ildə Raisa Ruşanyanın spirtli içkilərdən istifadə etdiyini, “ağdamlıların” onu aldadıb evə qeydiyyata aldığını demiş, sonra isə Raisa onu qeydiyyatdan çıxartdırmışdır. Daha sonra Raisa Ruşanyaya bir nəfər Ahilə adında qonşuluqda kirayədə qalan qadının qulluq etdiyini, Ahilənin ailəsi ilə Ruşanyanın mənzilinə köçüb yaşadığını, Ruşanyanı da heç kimə göstərmədiyini demişdir. Bundan əlavə Raisa Ruşanyanın ağır xəstə olduğuna görə ona baxmaq üçün evinə köçüb yaşamaq istəsə də, Ahilənin ailəsi ilə orada məskunlaşdığı və evə dair Ruşanyanın vəsiyyatnamə qoyduğu üçün buna imkan vermədiklərini bildirmişdir. Raisa bu barədə hətta sahə müvəkkilinə şikayət etmişdir. Bundan sonra Raisa mənzilə köçmək üçün otaqların birini boşaltmasını tələb etdikdə Ahilə ayda 200 manat olmaqla cəmi iki ay, ümumilikdə 400 manat pul Raisaya vermiş, Ahilə mənzili satdıqdan sonra 20.000 manat pul verib Raisanı da mənzildən qeydiyyatdan çıxacağını, Ruşanyaya isə ömrünün sonunadək baxacağını demişdir. 2022-ci ilin dekabr ayının 11-də, saat 23 radələrində Raisa ona zəng vurub Ruşanyanın öldüyünü demişdir. Ruşanyanı ölməmişdən qabaq şəxsən görməmiş, onun vəziyyəti haqqında Raisadan eşitmişdir. Məhkəməyə çağırılmasına baxmayaraq Şahid3 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadədən aydın olur ki, o, 2005-ci ildən Bakı şəhəri 41 saylı notariat kontorunda notarius işləyir. 2020-ci ilin fevral ayında X8, sonuncunun baxıcısı Təqsirləndirilən şəxs və bir nəfər vəkil kimi özünü təqdim edən şəxs notariat kontoruna gəlmişlər. X15 ömrünün sonunadək qulluq etmək şərti ilə yaşadığı mənzili bağışlamaq istədiyini demişlər. O, onlara mənzildə qeydiyyatda olan şəxslərin buna razılığının olması barədə sənəd gətirməli olduqlarını izah etmişdir. Lakin onlar həmin mənzildə Ruşanyanın baldızının qeydiyyatda olduğunu və hansısa səbəbdən razılıq ərizəsini təqdim edə bilmədiklərini demişlər. O, razılıq ərizəsini gətirməsələr ömürlük renta müqaviləsinin bağlamaq mümkün olmadığını bildirmişdir. Bir neçə müddət sonra Ruşanya, Ahilə və onların yanında bir nəfər özünü hüquqşünas kimi təqdim edən bir nəfər şəxs gəlmiş və Ruşanyanın Ahiləyə vəsiyyətnamə vermək istədiyini bildirmişlər. O, yenə Ruşanyadan övladının olub-olmadığını soruşmuşdur. Ruşanya uşaqlarının da, ərinin də vəfat etdiyini, heç bir yaxın qohum-əqrabasının olmadığını, Ahilənin ona ömrünün sonuna kimi baxacağını və mənzilin Ahiləyə qalmasını istədiyini demişdir. O, Ruşanyaya öz xətti ilə vəsiyyətnamə blankında vəsiyyətnamə yazmasını təklif etmiş, lakin Ruşanya yazı yaza bilmədiyini demişdir. Buna görə də o, Ruşanyanın öz iradəsi ilə vəsiyyətnamə verdiyinin təsdiqi məqsədilə iki nəfər qonşulardan şahid gətirmələrini demişdir. 15 fevral 2020-ci il tarixdə onlar iki nəfər - X16 və Şahid1 şahid kimi gətirmişlər. Vəsiyyətnaməni Ruşanya imzalayandan sonra şahidlər də öz imzalarını atmışlar. Bir müddət sonra Ahilə bir nəfər vəkili kimi özünü təqdim edən cavan oğlanla kontora gəlmiş və vəsiyyətnaməni təqdim edib vərəsəlik işi açılmasını tələb etmişlər. O, vəsiyyətnaməni götürüb onun qüvvədə olubolmamadığını yoxlamış və şəxsin ölüm haqqında şəhadətnaməni təqdim etmələrini tələb etmişdir. Onlar ölüm haqqında şəhadənaməni itirdiklərini demiş, sistemdə onun mövcud olduğunu bildirmişlər. O, sistemin onlar üçün olduğunu, gedib şahadətnamənin əslini gətirmələrini onlara izah etmişdir. Bir neçə gündən sonra onlar yenidən gəlmiş və təkrar alınmış 29 mart 2023-cü il tarixli, AZ-İT №30619 nömrəli ölüm haqqında şəhadətnaməni ona təqdim etmişlər. Bundan əlavə mənzildə Təqsirləndirilən şəxs Ruşanya Muxtarova ilə birlikdə həmin mənzildə faktiki yaşaması barədə, eləcə də Zərərçəkmiş şəxs qeydiyyatda olması barədə arayışları təqdim etmişlər. O, Təqsirləndirilən şəxs 06 aprel 2023-cü il tarixdə rəsmi qaydada vəsiyyətnamə ilə bağlı vərəsəliyi faktiki qəbul etməsi haqqında ərizəsini qəbul edib vərəsəlik işini açmışdır. Həmin ərizəsində Təqsirləndirilən şəxs özündən başqa vərəsənin olmadığını bildirmişdir (İ cild, i.v.147-149). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” X27: • 11.01.2023-cü il tarixli, 130 saylı rəyində qeyd olunur ki, 1942-ci il təvəllüdlü X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı xəsarət aşkar edilməmiş, onun ölümünün səbəbi sağ yuxarı ətrafın qanqrenası və bədənin çoxsaylı iri ölçülü infeksiyalaşmış trofiki yaraları və piodermiyası nəticəsində inkişaf edən orqanizmin septiki intoksikasiyası (sepsisemiyası) olmuşdur. R.S.Muxtarovnanın ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2022-ci il tarixdə, saat 12:15-də) 24-36 saat əvvəl olmuş, bədənində olan çoxsaylı iri ölçülü infeksiyalaşmış trofiki yaraları, piodermiyanı nəzərə alaraq demək olar ki, R.S.Muxtarovnanın sağlığında mütəmadi və sistematik şəkildə lazımi qulluğun olunması az inandırıcıdır (İ cild, i.v. 63-69). • 31.03.2023-cü il tarixli, KEŞ-121 saylı rəyinə əsasən 1942-ci il təvəllüdlü X2 ölümünə səbəb sağ yuxarı ətrafın qanqrenası və bədənin çoxsaylı iri ölçülü infeksiyalaşmış trofiki yaraları və piodermiyası nəticəsində inkişaf edən orqanizmin septiki intoksikasiyasının (sepsisemiyası) olduğu müəyyən edilmişdir. Meyitin bədəni üzərində olan yaralar sağlığında lazımi qulluğun olmaması, eləcə də baxımsızlıq ilə əlaqədar olmuşdur (İ cild, i.v. 94-100). Məhkəmənin təşəbbüsü ilə sonuncu rəyi vermiş ekspertlər məhkəmədə dindirilmişlər. Məhkəmədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X24 eksperti X11 izahatında göstərmişdir ki, X2 meyiti müayinə olunmuş və onun ölümünə səbəb sağ yuxarı ətrafın qanqrenası və bədənin çoxsaylı iri ölçülü infeksiyalaşmış trofiki yaraları onun sağlığında lazımi qulluğun olmaması, eləcə də baxımsızlıq ilə əlaqədar olmuşdur. Bu yaralar tez və ya bir neçə gün ərzində yarana bilər. Yaranın yaranmasının ilkin halı orqanizmin fərdi xüsusiyyətlərindən, yaşından və s. faktorlardan asılıdır. Belə yaraya qulluq üçün xüsusi məhlullar var və onun müalicəsi həm ev şəraitində, həm də stasionar qaydada aparıla bilər. İnsan öldükdən sonra onun bədənində qanqrenanın əmələ gəlməsi mümkün deyil. Məhkəmədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X24 eksperti X14 izahatında göstərdi ki, X2 ölümünə səbəb sağ yuxarı ətrafın qanqrenası və bədənin çoxsaylı iri ölçülü infeksiyalaşmış trofiki yaralarıdır və bu da onun sağlığında lazımi qulluğun olmaması ilə bağlıdır. Yataq xəstəsində yaranın əmələ gəlməsinin səbəbləri bunlardır: dərinin səthi, dərinin alt təbəqəsinin piy toxuması, əzələ və qanqrena. Yataq xəstələrində yaranın neçə günə əmələ gəlməsi, xəstənin yaşından, qidalanmasından, yanakı xəstəliklərindən, immunitet sistemindən və s. asılıdır. Belə olan halda xəstəyə lazımi qulluq tələb edilir. Bundan əlavə, cinayət işinin materiallarında olan Bakı şəhəri Təcili və X9 Stansiyasının 8 saylı bölməsinin: • xx.xx.2022-ci il tarixli sahə həkiminin xəbərdarlıq vərəqəsində qeyd olunur ki, saat 21:05-də S.Rüstəm küçəsi, ev 18, mənzil 23-də X2 yanına gəlmiş, sonuncuda arterial təzyiq 130/80, nəbz 100, hərarət 38 olmuş, aparılmış müalicə tədbirləri nəticəsində ona analgin, dimedrol və novakain vurulmuşdur. “Səyyar həkimin tövsiyyələri (məsləhəti)” hissəsində isə heç bir qeyd aparılmamışdır (İ cild, i.v.32); • xx.xx.2022-ci il tarixli sahə həkiminin xəbərdarlıq vərəqəsində qeyd olunur ki, saat 13:02-də S.Rüstəm küçəsi, ev 18 ünvanında X2 yanına gəlmiş, sonuncuda arterial təzyiq 120/80, nəbz 78, hərarət 36 olmuş, aparılmış müalicə tədbirləri nəticəsində ona analgin, dimedrol və novakain vurulmuşdur. “Səyyar həkimin tövsiyyələri (məsləhəti)” hissəsində isə “poli.“ sözləri qeyd olunmuşdur (İ cild, i.v.34); • xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsində qeyd olunur ki, saat 21:21-də S.Rüstəm küçəsi, ev 18, mənzil 23-də X2 həkimə qədər ölümü aşkar edilmişdir (İ cild, i.v.33). Məhkəmənin təşəbbüsü ilə X8 üçün 10-11 dekabr 2022-ci il tarixlərdə çağırılmış və ona yardım göstərmiş təcili tibbi yardım xidmətinin əməkdaşları da məhkəmədə dindirilmişlər. “Respublika Təcili və X9 Mərkəzi” X27 8 saylı bölməsinin həkimi Şahid11 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə çağırışla bağlı S.Rüstəm küçəsi, ev 18, mənzil 23-ə getmişlər. Ünvana gedəndə ev təmiz vəziyyətdə idi. Bu zaman Ahilə xanımı görmüş və onun xəstəyə baxdığını bilmişlər. Xəstə ilə bağlı onu xatırlayır ki, sonuncu çarpayıda uzanıqlı vəziyyətdə idi, lakin hərəkət edirdi. Xəstə bədənində ağrıların olduğunu bildirmişdir. O, xəstənin nəbzini, təzyiqini ölçmüş, hərarəti olduğundan ona iynə vurmuş, bədəninin digər yerlərinə baxmışdır. Bir müddət sonra xəstə ağrılarının keçdiyini demişdir. Xəstədə qanqrena izləri görməmiş və bunu xatırlamır, əks halda onu xəstəxanaya yerləşdirərdi. “Respublika Təcili və X9 Mərkəzi” X27 8 saylı bölməsinin feldşeri Şahid9 ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə həkim Şahid11 ilə birlikdə çağırışda olsa da, hadisəni tam xatırlamır, sadəcə olaraq həkimin göstərişi ilə xəstəyə iynə vurmuşdur. “Respublika Təcili və X9 Mərkəzi” X27 8 saylı bölməsinin həkimi Şahid10 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə çağırışla bağlı S.Rüstəm küçəsi, ev 18, mənzil 23-ə getmişlər. Mənzil təmiz və səliqəli vəziyyətdə idi. O, xəstəyə baxıcısının olub-olmamasını soruşmuş, orada bir xanım ona baxdığını söyləmişdir. Yataq xəstəsi olan yaşlı qadının əlləri açıq, hər iki qolları eyni vəziyyətdə idi. Lakin əllərdə şişkinliklər var idi. Xəstənin qolunda yara izləri var idi, lakin qanqrenanın olub-olmamasını xatırlamır. Bu izlərə trofik yazva deyilir, adətən bu izlər ayaqlarda olur, o bunu birinci dəfə əllərdə görürdü. Bu yaralar əsasən şəkərli diabet xəstələrində olur. O, xəstənin bədəninə baxmış, onu müayinə etmişdir. Qadın yaşlı olduğundan onu xəstəxanaya aparmamış, çünki belə xəstələri qəbul etmirlər. Sadəcə olaraq xəstənin poliklinakada sahə həkiminə göstərilməsini məsləhət bilmişdir. “Respublika Təcili və X9 Mərkəzi” X27 8 saylı bölməsinin feldşeri Şahid7 ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə həkim Şahid10 ilə birlikdə çağırışa getsə də, hadisəni tam olaraq xatırlamır. “Respublika Təcili və X9 Mərkəzi” X27 8 saylı bölməsinin həkimi Şahid8 ifadəsində göstərdi ki, hadisədən çox vaxt keçmişdir. Ancaq onu xatırlayır ki, çağırışa getdikləri ünvanda onları bir kişi və qadın qarşılamış, sonuncunu xəstənin yaxını kimi tanımışdır. Onlar gələndə xəstə artıq ölmüşdür. Xəstə çarpayıda uzanıqlı vəziyyətdə olmuşdur. Xəstənin bədəni açıq vəziyyətdə idi və o, xəstəni yoxlamış, onda xəsarət görməmişlər. Lakin xəstənin bir qolunda ləkələr var idi. Eyni zamanda, məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • xx.xx.2020-ci il tarixli vəsiyyətnaməyə əsasən X8 ölən günədək ona məxsus olan bütün daşınmaz və daşınar əmlakını Təqsirləndirilən şəxs vəsiyyət edir (İ cild, i.v.21); • 14.02.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli resept blanklarına əsasən X5 müxtəlif dərmanlar yazılmışdır (İ cild, i.v.23-29); • Bakı şəhəri Təcili və X9 Stansiyasının 8 saylı bölməsinin xx.xx.2020-ci il tarixli sahə həkiminin xəbərdarlıq vərəqəsində qeyd olunur ki, saat 18:45-də S.Rüstəm küçəsi, ev 18, mənzil 23-də Muxtarova R.S. yanına gəlmiş, sonuncuda arterial təzyiq 160/90, nəbz 84, hərarət 36 olmuş, aparılmış müalicə tədbirləri nəticəsində ona analgin, papaverin və dimedrol vurulmuşdur. “Səyyar həkimin tövsiyyələri (məsləhəti)” hissəsində “sahə pol.“ sözləri qeyd olunmuşdur (İ cild, i.v.53); • Bakı şəhəri Təcili və X9 Stansiyasının 2 saylı bölməsinin xx.xx.2021-ci il tarixli sahə həkiminin xəbərdarlıq vərəqəsində qeyd olunur ki, saat 04:40-da Ş.Əzizbəyov küçəsi, ev 217, mənzil 04-də X2 yanına gəlmiş, sonuncuda arterial təzyiq 180/110, nəbz 90, hərarət 36,5 olmuşdur (İ cild, i.v.30); • 1 saylı şəhər poliklinikasının tibbi kartasından olan çıxarışa əsasən X8 24-27 iyul 2020-ci il və 22 aprel 2021-ci il tarixlərdə terapevtin, kardioloqun, oftalmoloqun müayinələrindən keçmiş, “hipertoniya”, “konyuktivit”, “qocalıq psixozu” və sair kimi diaqnozlar qoyulmuş, ona zəruri müalicə və dərmanlar yazılmışdır. Qəbula ona baxıcı qadınla gəldiyi göstərilmişdir (İ cild, i.v.52-58); • Göyçay Rayon Poliklinikası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tibbi sənədə görə Ruşanya Muxtarovada qaraciyərin, öd kisəsinin, mədəaltı vəzin, dalağın, böyrəklərin, sidik kisəsinin, ürəyin və aö ciyərlərin müayinələri aparılmış, qan nümunələri götürülmüşdür (İ cild, i.v.35-38); • Ölüm haqqında şəhadətnaməyə görə X8 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində “digər dəqiqləşdirilmiş sepsis” səbəbindən ölmüşdür (İ cild, i.v. 91); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.155). Sübutların qiymətləndirilməsi və məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə tədqiq edilmiş dəlillərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 18 saylı binanın birinci mərtəbəsində ailəsi ilə birlikdə kirayə qalarkən həmin binanın ikinci mərtəbəsində yerləşən mənzil 23-də tək və tənha yaşayan yaşlı X5 2019-cu ilin sonlarından baxmağa başlamış və bunu onun ömrünün sonuna qədər edəcəyinə söz vermiş, sonuncu da bunun müqabilində ona öz mənzilini vəsiyyət etmişdir. Tibbi sənədlərdən də görünür ki, A.X6 2020-2022-ci illər ərzində tibbi müayinələrdən keçirmiş, onun səhhəti pisləşəndə ona bir neçə dəfə təcili tibbi yardım çağırmışdır. Hətta sonuncunun 10-11 dekabr 2022-ci il tarixlərində halının yaxşılaşmadığını görüb Təqsirləndirilən şəxs onun üçün üç dəfə təcili tibbi yardım xidmətini dəvət etmiş, ilk iki çağırışa gələn tibb heyəti R.Muxtarovanı müayinə edərək ona iynələr vurmuş və sonuncunu xəstəxanaya yerləşdirilməsini zəruri olmadığını bildirərək onu poliklinikaya aparılmasını məsləhət bilmişlər. Hər iki halda tərtib edilmiş sahə həkiminin xəbərdarlıq vərəqələrində X2 bədənində xəsarətin, qaralmaların, o cümlədən qanqrenanın olmasına dair qeydlər mövcud deyil. Bununla belə, məhkəmədə tədqiq edilmiş ekspert rəylərində X2 ölümünə səbəb sağ yuxarı ətrafın qanqrenası və bədənin çoxsaylı iri ölçülü infeksiyalaşmış trofiki yaraları və piodermiyası nəticəsində inkişaf edən orqanizmin septiki intoksikasiyasının (sepsisemiyası) olduğu göstərilmiş və bu yaraların sağlığında lazımi qulluğun olmaması, eləcə də baxımsızlıq ilə əlaqədar olması vurğulanmışdır. Lakin, rəylərdə bu yaraların yaranma vaxtı müəyyən edilməmiş, habelə heç bir elmi mənbəyə istinad olunmadan hansı üsulların tətbiq edilməsi və onların etibarlılıq dərəcəsi göstərilməmişdir. Bununla əlaqədar məhkəmədə izahatları alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X24 ekspertləri Cavid Cahangirli və Rafik Nuriyev öz izahatlarında belə yaraların əmələ gəlməsinin şəxsin sağlığında lazımi qulluğun olmaması, eləcə də baxımsızlığı ilə əlaqələndirərək bu yaraların xəstənin yaşından, qidalanmasından, yanakı xəstəliklərindən, immunitet sistemindən, orqanizmin fərdi xüsusiyyətlərindən və s. faktorlardan asılı olmasını bildirsələr də, onların şəxsin ölümündən əvvəl hansı müddət kəsiyində (daha tez və ya bir neçə gün ərzində) yarana biləcəyinə dair sualları qəti şəkildə cavablandıra bilməmiş, ancaq qanqrenanın ölümdən sonra əmələ gəlməsinin adətən mümkün olmadığını söyləmiş, lakin ətrafda gedən trofiki pozğunluğun durğunluqla bağlı yarandığından mikrobların inkişafı üçün ölüm baş verdikdən sonra belə qanqrenanın yaranması üzrə real şəraitin yaranmasını da inkar etməmişlər. Beləliklə aydın olur ki, yaşlı olan şəxslərdə qidalanmanın pozulması, immunitet zəifliyi, durğunluq və s. faktorlar nəticəsində bədəndə trofiki yaralar əmələ gələ bilir və onları müalicə edərək tam sağalması da qeyd olunan əlamərlətdən asılıdır, bununla bağlı da toxumanın, orqanın və ya bədənin bir hissəsinin çürüməsi (qanqrena) həm şəxsin ölümündən bir və ya bir neçə gün əvvəl, habelə ətrafda gedən trofiki pozğunluğun durğunluqla bağlı yarandığından mikrobların inkişafı üçün ölüm baş verdikdən sonra da yarana bilər. Ancaq, hazırki işdə məsələ ondan ibarətdir ki, Təqsirləndirilən şəxs tibb işçisi olmadığından və bu sahədə təcrübəyə yiyələnmədiyindən X1q etmiş, onun səhhətində problemlər olarkən mümkün qədər onu həkimlərə aparıb müayinə etdirmiş, təxirəsalınmaz hallarda təcili tibbi yardım çağırmışdır. Hətta son günlərdə çağırışa gələn təcili tibbi yardım xidməti R.Muxtarovaya müvafiq köməklik göstərsələr də, onu xəstəxanaya yerləşdirməsini məsləhət bilməmiş və beləliklə prosesin qarşısını almaq mümkün olmayaraq yaşla əlaqədar inkişaf edən bu patoloji proses nəticəsində ölüm baş vermişdir. Belə olan halda isə X2 ölümünü birbaşa tibbi biliyi və təcrübəsi olmayan Təqsirləndirilən şəxs ilə əlaqələndirilməsi düzgün olmazdı. Çünki, o, bacardığı və düşündüyü qədər lazımi tədbirləri görmüş və ya görməyə çalışmışdır. Bu səbəbdən də ekspert rəylərində göstərilənlərin mötəbər sübut kimi qəbul edilməsi mümkün deyil. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etməməyə görə cinayət məsuliyyətini müəyyən edir. Göründüyü kimi, bu cinayətin subyektiv cəhəti birbaşa qəsddən ibarətdir. Yəni, təqsirkar zərər çəkmiş şəxsin həyat və sağlamlıq üçün təhlükəli vəziyyətdə olduğunu və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olduğunu, ona qayğı göstərməyə borclu olduğunu və bunun üçün real imkana malik olduğunu dərk edir, lakin onu belə köməksiz vəziyyətdə qoymağı arzu edir. Şərh edilən cinayətin obyektiv cəhəti isə təqsirkar şəxsin hərəkətsizliyini - həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan şəxsə kömək göstərməməsini nəzərdə tutmuşdur. Təfsir edilən normanın dispozisiyası təqsirkarın zərərçəkmiş şəxsə kömək göstərmək vəzifəsinin mövcudluğunun iki əsasını nəzərdə tutmuşdur: 1) təqsirkarın köməksiz vəziyyətdə qalan şəxsə qayğı göstərmək vəzifəsinin əvvəlcədən olması. Belə vəzifə təqsirkarla zərərçəkmişin qohumluq münasibətindən (məsələn, valideynin azyaşlı uşağa, yetkinlik yaşlı övladın isə imkansız valideynə qayğı göstərmək vəzifəsi) və ya hüquqi xarakterli digər münasibətlərdən (məsələn, dayənin azyaşlı uşağa qayğı göstərmək vəzifəsi, qocaya qulluq etmək öhdəliyi götürmüş şəxsin ona qayğı göstərmək vəzifəsi, xilasedicinin və ya yanğınsöndürənin fəlakətə uğramış şəxsə kömək göstərmək vəzifəsi və s.) irəli gələ bilər; 2) təqsirkarın zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduğuna görə ona qayğı göstərmək vəzifəsinin yaranması. Belə vəziyyət təqsirkarın zərərçəkmiş barəsində etdiyi müxtəlif hərəkətlərlə, o cümlədən cinayət yolu ilə yaradıla bilər (məsələn, valideynin öz azyaşlı uşağını təhlükəli vəziyyətdə baxımsız qoyması, özü sərbəst hərəkət edə bilməyən qoca və ya xəstə şəxsin hərəkətin intensiv olduğu və ya qəza vəziyyəti olan yerə gətirilərək orada qoyulması və s.). Məhkəmədə tədqiq edilmiş dəlillərlə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs X7 biləbilə köməksiz vəziyyətdə qoyması və ya ona qayğı göstərmək vəzifəsinin əvvəlcədən olmamasını təsdiq edən heç bir mötəbər və təkzibedilməz sübut müəyyən edilməmişdir. Əksinə olaraq, məhkəmədə şahid qismində dindirilmiş qonşular, habelə zərər çəkmiş şəxsin hüquqi varisi öz ifadələrində Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə baxmasını, ona qulluq etməsini və s. digər müsbət halları göstərmiş, onunla pis rəftara dair fikirlər söyləməmişlər. Məhkəmə belə nəticəyə gəlir ki, əgər Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə baxmamaq və təhlükədə qoymaq niyyəti olsa idi, o, qeyd olunan heç bir hərəkəti, xüsusilə koronavirus pandemiyası dövründə etməzdi, hətta onu özü ilə başqa yaşadığı evə, o cümlədən rayona aparıb baxmazdı, həkimlərə aparıb müayinədən keçirməzdi. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 143-cü maddəsinin tərkib əlamətlərinin olması aşkar edilmir. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflər öz aralarında barışıq əldə etdikləri üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə və Cinayət- Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə uyğun iş üzrə icraata xitam verilməsini xahiş etsələr də, zərər çəkmiş şəxsin hüquqi varisi onun yaxın qohumu olmadığından (baldızı olduğu üçün) məhkəmə bu barışığı Cinayət-Prosessual Məcəlləsinin 106.6-cı maddəsinin tələblərinə müvafiq olaraq qəbul etməmiş və şəxsə bəraət verilməsini zəruri bilmişdir. Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Bu Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasına görə: • Şəxsin təqsirli olunduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz (63-cü maddə); • Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir (125-ci maddəsinin Vİİ bəndi); • Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır (129-cu maddəsinin İİİ bəndi). “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Bu Məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messegue və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, “X25rşı” işində Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə görə: • Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (21.2-ci maddə); • Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (21.3-cü maddə); • Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (28.5-ci maddə); • İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (145.3-cü maddə); • Məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır (42.1.4-cü maddə); • Bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır (42.2.4-cü maddə); • Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir (55.1-ci maddə); • Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır (350.2-ci maddə). “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxstəqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri də ləğv edilməli, eyni zamanda, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 50 saat üçün nəzərdə tutulan 300 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 133, 344-347, 349-350, 352-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən o, təqsirsiz hesab edilsin və ona həmin maddə üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 50 saat üçün nəzərdə tutulan 300 (üç) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar