Məhkəmə qərarları › İş №1(006)-420/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-420/2025

10.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-420/2025 10.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X6 və onun nümayəndəsi və vəkilləri Nümayəndə1 və Nümayəndə2, Müdafiəçilər “Medleks” Vəkil Bürosunun vəkili Müdafiəçi3, “LCG” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, “Mərcan Medicare” Klinikasında həkim otorinolarinqoloq vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vəzifəli şəxs olmaqla həkim-otorinolarinqoloq kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixli 024 nömrəli əmr, əmək müqaviləsi və elektron bildiriş əsasında ünvan 2 ünvanında yerləşən “X20” adı ilə fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində həkim-otorinolarinqoloq vəzifəsində işləməklə xx.xx.2024-cü il tarixdə ona müraciət etmiş Zərərçəkmiş şəxs “burun çəpərinin əyriliyi” diaqnozu qoymaqla rinoseptoplastika əməliyyatının xx.xx.2025-ci il tarixdə icra ediləcəyini planlaşdırıb əməliyyatdan bir həftəyə qədər müddətdə etməli olduğu əməliyyat önü müayinələri xx.xx.2024-cü il tarixdə etməklə əməliyyatın edilməsinə əks-göstəriş olmaması qənaətinə gəlib həmin klinikada Zərərçəkmiş şəxs üzərində xx.xx.2025-ci il tarixdə saat 14 radələrində rinoseptoplastika cərrahi əməliyyatı icra edən zaman vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək burun sümüyünün sındırılması məqsədilə istifadə edilən “Osteotom” adlı alətlə ehtiyatsız və diqqətsiz davranaraq sonuncuya burun, xəlbir və alın sümüklərinin ön kəllə çuxuru ilə əlaqəli sınığı xəsarəti yetirilməsinə səbəb olub qeyd edilən tibbi əməliyyatı kobud texniki icra etməklə Zərərçəkmiş şəxs vəziyyətinin medikamentoz təsir altında kafi qiymətləndirilməsi üçün yalnız vizual müayinə aparılmaqla qan təzyiqinin ölçülməsi, pulsometriya, xəstənin ürək nahiyəsinə X33 ilə baxılması, oksigen saturasiyasının normal olması, ayağa qaldırılaraq yeridilməsi, müvazinət pozğunluğunun olmaması, verilmiş suallara adekvat cavab verməsi kimi müayinə metodlarını yetərli hesab edərək əməliyyatın nəticələri haqqında mütləq tibbi tədbirlərin təyinatının dəqiqləşdirilməsi üçün xəstənin stasionar şəraitdə dinamik nəzarət altında qalmasını təmin etmədən xx.xx.2025-ci il tarixdə saat 09:00-da Zərərçəkmiş şəxs evə yazıb ev şəraitində vəziyyəti ağırlaşmış xəstə barədə əməliyyatı icra etmiş və klinik göstəriciləri bilən həkim kimi xəstəni vaxtında hospitalizasiya etməli olduğu halda xəstə barədə hər hansı məlumat əldə etməyərək xəstənin vəziyyətinin ağırlaşması ilə əlaqədar xx.xx.2025-ci il tarixdə “X34” hospitalına yerləşdirilməsi və Zərərçəkmiş şəxs qoyulmuş streptokokk meningiti, toksik şok sindromu, kəskin miokardit diaqnozuna uyğun düzgün müalicə, müayinə taktikası seçilməsi və icra edilməsinə baxmayaraq kobud texniki cəhətdən icra etdiyi rinoseptoplastika əməliyyatı nəticəsində Zərərçəkmiş şəxs burun, xəlbir və alın sümüklərinin ön kəllə çuxuru ilə əlaqəli sınığı nəticəsində inkişaf etmiş baş beyinin kəskin meninqoensefaliti, posttravmatik ensefalopatiyası nəticəsində xx.xx.2025-ci il tarixdə saat 00 radələrində Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov 2 ünvanında yerləşən “X34” adlı hospitalda ehtiyatsızlıqdan ölməsinə səbəb olan səhlənkarlıq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2002-ci ildə Azərbaycan Tibb Universitetinin cərrahiyyə fakültəsini bitirmişdir. 2003-cü ildən etibarən həkim lor cərrah kimi Respublika Klinik Xəstəxanasında, “Avrasiya” hospitalında işləmişdir. “Mərcan Medicare" Klinikasında isə 2023-cü ildən etibarən həkim lor cərrah kimi işləmişdir. Qeyd edilən xəstəxanada rinoplastika, rinoseptoplastika və s. lor əməliyyatlarını icra etmişdir. Bu əməliyyatın icra edilməsi üçün həkim lor cərrah üçün hər hansı lisenziya, şəhadətnamə tələb edilmir. Zərərçəkmiş şəxs və ailəsini əvvəllər tanımamışdır. Onunla hər hansı ədavəti və ya düşmənçiliyi yoxdur. Həmin xəstəni o, xx.xx.2024-cü il tarixdə bir pasiyenti kimi tanımışdır. Həmin xəstə onun qəbuluna yazılmışdır. Bütün xəstələrdə olduğu kimi həmin xəstə xx.xx.2024-cü il tarixdə burun müayinəsi üçün "Mərcan Medicare” Klinikasının 1111 nömrəli qəbul otağına gəlmişdir. Onun kiminlə gəlməsini xatırlamır. Həmin xəstə dəqiq yadında qalmasa da, xəstənin burnunu müayinə etmişdir. Həmin xəstənin müayinəsi zamanı onun burnunun donqarlığı, burun sümüklərinin enli olması və burun ucunun sallaq olması tərəfindən müəyyən edilmişdir. Həmin xəstə burnunun formasını dəyişdirmək istəmişdir. Onunla söhbət zamanı ona rinoseptoplastika əməliyyatı etdirməyi tövsiyə etmişdir. Zərərçəkmiş şəxs ona bu əməliyyatın nə vaxt ola biləcəyini, sağalma müddətini və s. kimi suallar vermişdir. O, onun bu suallarını cavablandıraraq bildirmişdir ki, əməliyyat ortalama 2,5-3 saat davam edir, sarğılar 14 gün ərzində açılır, standart olaraq bir gecə xəstəxanada yatış müddəti zəruridir, bir gecədən sonra isə xəstənin istəyinə görə xəstəxanadan gedə bilər. Bununla bağlı xəstənin ambulator nəzarətə buraxılmasının həyata keçirilməsi onun tibbi sənədlərində öz əksini tapmışdır. Bundan sonra Zərərçəkmiş şəxs rinoseptoplastika əməliyyatı etdirmək istədiyini ona bildirmişdir. Bununla bağlı həmin vaxt xx.xx.2025-ci il tarixdə əməliyyatın icra edilə biləcəyi ilə onunla razılaşmışlar. Qiymət 3000-4000 manat məbləği arasında danışılmışdır. Dəqiq məbləği xatırlamır, çünki hər bir insanın burun problemlərinə gorə qiymət dəyişir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə 1111 nömrəli otaqda əməliyyatla bağlı razılaşdıqdan sonra o, müvafiq olaraq analizləri vermək üçün otaqdan çıxmışdır. Klinikanın qeydiyyat hissəsinə yaxınlaşmışdır. Qanın ümumi analizi, qanda infeksiyalar, laxtalanma müddəti, qanda qlükozanın müddəti, qan qrupu, kreatin, ürəyin EKQ, döş qəfəsinin rentgen müayinələrindən keçmişdir. Bunun üçün ödəniş məbləği əməliyyat məbləğinə daxildir. Bu analizlər "Əməliyyat Paketi”nə daxildir. xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinə qədər o, Zərərçəkmiş şəxs görməmişdir. Bütün analizlərin cavablarına tərəfindən baxış keçirilmişdir və hər hansı mənfi hal müəyyən edilməmişdir. Analizlərin cavablarına əsasən Zərərçəkmiş şəxs əməliyyat edilməməsi üçün hər hansı əks göstəriş olmamışdır. Həmin xəstənin analizlərinin nəticələrinin onun özünə təqdim edilməsi barədə müzakirəni xatırlamır. Bütün xəstələr analizlərinin nəticələrini ŞV-i ilə “Mərcan Medicare” Klinikasına yaxınlaşaraq əldə edə bilər. O, analizlərin nəticələrini Zərərçəkmiş şəxs əldə edib-etməməsini bilmir, bu barədə məlumatı yoxdur. Yalnız xx.xx.2024-cü il tarixdən xx.xx.2025-cü il tarixinə qədər bir dəfə Zərərçəkmiş şəxs onun köməkçisi Mələkxanım xanıma zəng edərək əməliyyat gününü bir daha dəqiqləşdirmişdir. Bundan başqa onunla bağlı hər hansı məlumat eşitməmişdir. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs əməliyyatdan yarım saat əvvəl görmüşdür. Onunla əməliyyata hazır olub-olmadığını, istəklərini, əhvalını, umumi vəziyyətini soruşmuşdur. Həmin gün onun standartdan kənar qeyri-normal nəsə deməsinin şahidi olmamışdır. O, əməliyyata hazır olmuşdur. Bunu həm də onun əməliyyat günü aparılan hemoqramma nəticələri də təsdiq etmişdir. Zərərçəkmiş şəxs əvvəllər hər hansı əməliyyat edilməsi barədə ona məlumat verməmişdir. Yalnız 4-5 il əvvəl pnevmoniya keçirdiyini demişdir. Ancaq əməliyyatdan əvvəl yoxlama zamanı bu, müəyyən edilməmişdir. Risklərlə bağlı müvafiq sənədə Zərərçəkmiş şəxs imza çəkmişdir, lakin əməliyyatdan sonra müvafiq təlimatlandırma xəstənin imzası olmadan şifahi izahla xəstəyə bildirilmişdir. Əməliyyat 14:00-dan 17:00-dək davam etmişdir. Əməliyyatda Lalə xanım və o iştirak etmişdir. Digərləri isə tibb personalı olmuşdur. Lalə xanım həkim anestezioloqdur. Onun əməliyyat zamanı əsas fəaliyyəti xəstənin yatırılması, ona ümumi narkozun verilməsidir, o, əməliyyatı icra etmir. O, əməliyyata girməmişdən əvvəl narkoz verilib bitənə kimi gəlib xəstənin yanında dayanmışdır. Adəti üzrə xəstə narkoz halına salınır, sonra cərrah gəlir. O isə həmişə tələb etmişdir ki, o gələndən sonra xəstə narkoz halına salınsın. Videodan da görünür ki, o gəlib xəstənin yanında dayanmış, xəstəyə narkoz verilmiş, yatdıqdan sonra əməliyyata başlamışdır. Əməliyyatdan sonra getməmiş, gözləmişdir ki, xəstə oyansın, onun yaxşı olduğundan arxayın olduqdan sonra otağına düşmüşdür. Əməliyyatı bilavasitə onun özü həyata keçirmişdir. Əməliyyat zamanı Zərərçəkmiş şəxs burnunda əməliyyatın gedişinə mane ola biləcək gözlənilməz hal baş verməmişdir. Bundan sonra xəstə Zərərçəkmiş şəxs əməliyyatdan sonra ümumi vəziyyətlərinin yoxlanılması üçün əməliyyat otağında bir qədər saxlanıldıqdan sonra palatasına köçürülmüşdür. Xəstəni əməliyyatdan sonra təqribən 18- 19 radələrində müayinə etmişdir. Müayinə zamanı Zərərçəkmiş şəxs alın nahiyəsində şişkinlik normal olmuşdur. Bu da təbiidir ki, əməliyyatdan sonra burun ətrafı nahiyələr, o cümlədən alın, gözlər və üst dodaq şişir. İndividual olaraq bu şişkinlik çox və ya az ola bilər. Onun əməliyyatdan sonra vəziyyətində hər hansı mənfi yönə dəyişiklik izlənilməmişdir. Xəstəxananın gecə növbəsində olan tibb personalı tərəfindən stasionar palatada Zərərçəkmiş şəxs nəzarət edilmişdir. xx.xx.2025-ci il tarixinə keçən gecə Zərərçəkmiş şəxs vəziyyətinin pisləşməsi qeydə alınmamışdır. Belə olan halda ağırlaşma olmadıqda xəstə barəsində ona məlumat verilməmişdir. Növbəti gün, yəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında işə gələndə Zərərçəkmiş şəxs huşu aydın, adekvat, təzyiqi normal, tam sərbəst şəkildə gəzə bilməyə qadir olmuşdur. Onunla söhbət zamanı onun halı yaxşı olmuşdur. Onun üz cizgilərində şişmə cüzi olmuşdur. Xüsusi hal nəzərə çarpmamışdır. Bundan sonra onun vəziyyətində xüsusi qeyri-adekvat hal müəyyən etməmişdir. Yoxlanışdan sonra Zərərçəkmiş şəxs evə buraxılmışdır. xx.xx.2025-ci il tarixdə 13 radələrində xəstənin əri onu evə çağırılan təcili tibb yardım həkimi ilə danışdırmış, həmin vaxt telefonda olan X31 əməkdaşı ona bildirmişdir ki, xəstənin təzyiqi normaldır, baş ağrıları vardır, xəstəyə demoton t və ringer məhlullarını venadaxili köçürüb, analgin, dimedrol, deksametazon iynəsi vurduğunu bildirmişdir. O isə ona cavabında nəyə əsasən ev şəraitində bu dərmanları Zərərçəkmiş şəxs köçürdüyünü, anafilaktik şok verə bilmə riski olan dərmanları ev şəraitində köçürmə göstərişinin kimin verdiyini soruşmuşdur. O isə artıq bu dərmanları xəstəyə yeritdiyini bildirmişdir. O deməmişdir ki, xəstəni xəstəxanaya aparmayın, demişdir ki, vəziyyətini müşahidə etsinlər. Həmçinin onu da qeyd etmişdir ki, X31 xəstənin yanına iki dəfə gəlmişdir və bunların arasında 7-8 saat fərq olmuşdur. O, yalnız X31ın ikinci gəlişində təcili yardım həkimi ilə danışmışdır. Birinci çağırış gecə saat 2 radələrində olmuş və həmin vaxt ona zəng gəlməmişdir. Bildirilir ki, xəstənin xəstəxanaya aparılmasına o, icazə verməmişdir. Bəs X31ın birinci çağırışında xəstənin xəstəxanaya aparılmasına nə mane olmuşdur? O, dəfələrlə Fərid bəylə əlaqə saxlamış, sonuncu sadəcə demişdir ki, xəstə daim yatır, yatmağa meyillidir, başı ağrıyır, ürəyi bulanır. Bu hallar da burun əməliyyatı keçirmiş hər bir kəsdə olur, spesifik əlamətlərdir. Sonuncuda kəskin baş ağrısı, qusma, huşsuzluq və qeyri-adekvatlılıq əlamətləri müşahidə edilməsi barədə Fərid Mansurlu və X31 həkimi ona heç nə deməmişdir. X4 mesaj da göndərmiş və Nəzrinin vəziyyəti barədə məlumat verərkən onun səsində hər hansı bir təşviş, həyəcan hiss olunmamışdır. Heç bir həkim xəstəsinin vəziyyətinin pisləşməsini istəmir. Xəstənin vəziyyətində ciddi hər hansı halın olduğu ona bildirilməmişdir. Bundan sonra isə onunla heç bir əlaqə saxlanılmamışdır. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs əri ona zəng edərək Nəzrinin ağır vəziyyətdə “X34” xəstəxanasının reanimasiya şöbəsində olduğunu demişdir. “X34” xəstəxanasında olan zaman o, Zərərçəkmiş şəxs burnunda hər hansı irinləmə, iltihab prosesini aşkar etməmişdir. Zərərçəkmiş şəxs “X34” hospitalının reanimasiya şöbəsində görmək onun üçün gözlənilməz olmuşdur. Çünki, həmin xəstənin vəziyyəti əməliyyatdan sonra kafi olmuş və “X34” hospitalına normal vəziyyətdə gəlmişdir. Kamera görüntülərində göründüyü kimi “X34” hospitalına kritik ağır vəziyyətdə gəlməmişdir. Fərid Mansurlu ona zəng edərək Nəzrinin “X34” xəstəxanasının reanimasiya şöbəsində olduğunu, intubasiyaya qoşulduğunu demişdir. Ona görə də o, həmin xəstəxanaya getmişdir. Fərid Mansurludan nə üçün bu hospitala gəldiyini soruşduqda Fərid Mansurlu KT çəkmək üçün həmin hospitala gəldiyini demişdir. KT-dən əvvəl xəstəyə 40 dəqiqə qəbul şöbəsində sistem qoşulduğunu bildirmişdir. Sistemin 25-30cu dəqiqəsində xəstənin vəziyyətinin anidən ağırlaşdığını bildirmiş, buna görə də xəstənin reanimasiya şöbəsinə yerləşdirildiyini bildirmişdir. Həkimlərdən xahişinə əsasən onu reanimasiya şöbəsinə buraxmışlar və onu əməliyyat edən həkim olduğunu nəzərə alaraq buna şərait yaratmışlar. Bununla bağlı müvafiq sənədlərdə qeyd edilib-edilməməsini bilmir. O, heç yerdə qeyd aparmamışdır. O, reanimasiya şöbəsində xəstənin intubasiya edilmiş formada vəziyyətinin ağır olmasını görmüşdür. Adını xatırlamadığı həkimlərlə müzakirə edərək xəstənin burun daxilinin müayinəsini aparmışdır və likvoreya və hər hansı qanaxmanın inkar edilməsi üçün xəstənin burun nahiyəsində olan hemostatik tamponları xaric etmişdir. Bundan sonra xəstədə hər hansı qanaxma və likvoreya əlamətləri izlənilməmişdir. Bununla bağlı orada hər hansı yazı, qeyd, imza aparmamışdır. Bir neçə gün keçdikdən sonra Zərərçəkmiş şəxs vəfat etdiyini eşitmişdir. Zərərçəkmiş şəxs KT müayinəsinin nəticələrini “X34” hospitalının reanimasiya şöbəsində olan zaman xx.xx.2025-ci il tarixdə əldə etmişdir. KT müayinəsinin nəticəsindən görünür ki, həmin xəstənin beyninə nüfuz edən sınıq aşkar edilməmişdir. O, xəstə Zərərçəkmiş şəxs əməliyyat zamanı və ya sonra hər hansı dərman preparatlarının yeridilməsini həyata keçirməmişdir. Xəstəyə yeridilən dərman preparatlarinin adı və dozası sonuncunun adına olan xəstəlik tarixində qeyd edilmişdir. Xəstələrdə, o cümlədən Zərərçəkmiş şəxs onun özünün, həm də köməkçisinin mobil nömrəsi olmuşdur. Əgər ciddi bir məsələ olsaydı xəstə ona zəng edərdi. Onun telefonu 24 saat açıq olur. Ambulator qaydada evə buraxılan xəstələr, o cümlədən Zərərçəkmiş şəxs evə buraxıldıqdan sonra özü və ya yaxınları vasitəsilə ərazi üzrə poliklinikaya ambulator qaydada nəzarət üçün müraciət etməli idi. Vəziyyəti pisləşdikdə, narahatlıq hiss etdikdə həmin poliklinikanın qeyri-iş vaxtlarında X31 xidmətinə müraciət edə bilər. Onun və köməkçisinin mobil nömrəsinin xəstəyə verilməsi onun rahatlığı, məmnunluğu üçündür. İnstagram sosial şəbəkəsində olan hesabında Zərərçəkmiş şəxs ilə bağlı paylaşdığı video onun tərəfindən silinməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, X31 həkimi olan Anar həkim xəstəyə “Dematon T” dərmanı qoşduqdan sonra onunla əlaqə saxlamış və o, həkimdən nə üçün həmin dərmanı qoşduğunu irad bildirmiş, “Dematon T” dərmanının vitamin kompleksi olduğunu, onun təsirinin bir həftədən sonra başladığını, dərhal təsir göstərmədiyini bildirmiş, ondansa ringer qoşmasının daha doğru olacağını demişdir. Anar həkim ona bildirmişdir ki, xəstənin başı ağrıyır, halsızdır, ürəyi bulanır, yatmağa meyillidir, hətta ifadəsində də bildirmişdir ki, o, bu sistemi qoşduqdan sonra xəstənin vəziyyəti normallaşmışdır. Həmin gün axşam saat 22:30 radələrində zərərçəkmiş şəxsə zəng vurduqda Fərid bəy demişdir ki, “X34” klinikasındadırlar, KT çəkdirməyə getmişlər, KT-dan əvvəl isə Zərərçəkmiş şəxs sistem qoşmuşlar. O, KT-dan əvvəl sistem qoşulmadığını bildirmiş, nə üçün Nəzrinə sistem qoşduqları ilə maraqlandıqda, Fərid bunun səbəbini bilmədiyini demişdir. Hansı dərmanın qoşulduğunu soruşduqda Fərid demişdir ki, dərman kulokun içində idi. O, uzun müddət “X34” xəstəxanasının həkimləri ilə əlaqə saxlamağa, Nəzrinə qoyulan sistem barədə məlumat almağa çalışmış, lakin ona dəqiq cavab verilməmiş, gah ringer məhlulunun qoşulduğunu demişlər, X25nun bacısı bildirmişdir ki, ona natrium xlorid qoşulmuşdur, demişlər ki, sepsisdə, hemodinamik vəziyyətlərdə qoşulmalıdır. Lakin, sonradan məlum olmuşdur ki, ona natrium xlorid deyil, başqa dərman qoşulmuşdur. Ona bu cür məlumat verilmiş, o da məəttəl qalmışdır ki, KT-yə gəlmiş, ağır vəziyyətdə olan insana yanlış bir dərman qoşub uzun müddət vaxtı uzatmışlar, sonra da deyirlər ki, kömək etməyə çatdırmamışlar. Orada iki şeydən şübhələnmişlər, birinci sepsisdən, ikincisi meningitdən. Hər ikisinə təcili venadaxili antibiotik başlanılmalı idi. Lakin saat 20:30 olmasına baxmayaraq, xəstəyə hələ antibiotik başlanılmamışdır. Bütün xəstəlik tarixlərinə, videolarına baxanda çəkilişin saat 20:30-a qədər mövcud olduğu müəyyən olunmuş, ondan sonrakı vaxta dair videogörüntü təqdim edilməmişdir. Meningit diaqnozu gec qoyulsa belə, əgər onlar xəstəni mənşəyi məlum olmayan sepsis diaqnozu ilə qəbul etmişdirlərsə, ona da dərhal antibiotik vurmalı idilər. Ancaq qəbul otağında Rifah həkim zəng edib nevropatoloqla məsləhətləşmiş, o da şikayətlərə qulaq asıb, relanium və droperidol qarışığının infuziya daxili köçürülməsini məsləhət görmüşdür. Relanium və droperidol dərmanları stasionar şəkildə yanında süni aparat olan yerdə qoşulmalıdır, bunların ikisi də narkoza daxil olmaq üçün vurulan dərmanlardır. Bu dərmanların hər biri tənəffüsün dayanmasına səbəb ola bilər. Təəssüf ki, xəstə xəstəxananın qəbul şöbəsində 2 saat qalmış və həmin 2 saat ərzində nə baş verməsinin videogörüntüsü yoxdur. Fərid bəyin özü tərəfindən çəkilmiş videogörüntüdən görünür ki, xəstə nəfəs ala bilməmiş, nəfəs darlığı yaramışdır. Fərid bəy özü də qeyd etmişdir ki, sistem 40 dəqiqə getmiş, sonra xəstədə birdən-birə nəfəs darlığı yaranmağa başlamışdır. “Relanium” və “droperidol” dərmanlarının məlumat vərəqəsində də yazılmışdır ki, bu dərmanlar xəstənin tənəffüs mərkəzini iflic edə bilər. Bu dərmanlar aptekdə açıq satılan dərmanlar qrupuna aid deyil, narkotik tərkibli dərmanlarla eyni qrupa aiddir. Belə hala düşəndən sonra xəstəni təcili olaraq reanimasiyaya aparıb süni tənəffüs aparatına qoşmaq əvəzinə kompyuter tomoqrafiyasına aparmış, 15-20 dəqiqə kompyuter tomoqrafiyası etdikdən sonra xəstəni yuxarı qaldırmışlar. Saat 18:15-də daxil olan xəstəni saat 20:20-yə qədər hələ də süni tənəffüs aparatına qoşmamışlar. Xəstədə artıq hipoksiya getmiş, bu, xəstənin rəngindən, nəfəs almasından da görünmüşdür. Həmin günü xəstə ilə məşğul olan 2 həkim, biri Rifah həkim, digəri isə Məhsəti həkim olmuşdur. O, “X34” xəstəxanasına gedəndə görmüşdür ki, orada həmin vaxt başqa xəstə vəfat etdiyi, onun qohumları səs-küy saldıqları üçün Məhsəti xanımın başı o xəstəyə qarışmışdır. O, gedəndə Nəzrin artıq süni tənəffüs aparatına qoşulmuş və xəstənin göz bəbəklərinə baxdıqda, xəstədə bəbək refleksinin olmadığını görmüşdür. O, Məhsəti həkimlə məsləhətləşmiş, sonuncu şöbə müdiri Təranə xanıma zəng etmiş, o, Təranə xanıma başa salmışdır ki, əgər burnun içində infeksiya və ya qanaxma varsa, burnun içindəki vəziyyətin necə olduğunu müəyyən etmək üçün tamponları ləğv etməlidir. Belə qərarlaşdırmışlar ki, burundakı silikon tamponları çıxarsınlar. O, tamponları xaric etmiş və burnun içi tərtəmiz olmuş, içində nə selik, nə irin, nə də qanaxma əlamətləri olmamışdır. Burundan beyinə infeksiya keçməsi üçün birinci burun irinləməlidir, sonra beyinə keçməlidir. Belə şey ola bilməz ki, burunun içi tərtəmiz olsun, ancaq beyində irinləmə getsin. Birinci burunda infeksiya ocağı olmalı, artmalı, çoxalmalı və çıxmağa yer tapmamalıdır ki, yuxarı təbəqəyə vursun. Burun elə bir orqandır ki, orada olan irinin çıxmağa yeri var. Bundan başqa, bildirmişdir ki, onun fikrincə xəstənin ölümünə səbəb anafilatik şok və ya tənəffüs mərkəzinin iflici ola bilərdi. O, xəstəyə droperidol və relanium qoşulduğunu bilməmiş, bunu 5 aydan sonra, iş məhkəməyə gedən vaxtı cinayət işi ilə tanış olanda bilmişdir. Hətta orada xəstəyə haloperidrol vurulduğu da yazılmışdır. Halbuki bunların üçü də ağır dərmanlar, narkotik tərkibli dərmanlar sayılır, tənəffüs mərkəzini iflic etməyə malik olan dərmanlardır. Bunları da stasionarda, yanında süni tənəffüs aparatı olmadan qoşmaq olmaz. O, tibbi ekspertizanın daxili müayinə rəyi ilə tanış olmuş, orada anafilaktik şok istisna olunmuş, tənəffüs mərkəzinin iflici isə istina olunmamışdır. Anafilaktik şokun izləri bir həftə qalır. Xəstə ayın 5-i lumbar punksiya olunmuş və ona meningit diaqnozu qoyulmuşdur. Tibbi ekspert ayın 12-i yenidən sərbəst şəkildə punksiya edib meningit olub-olmamasını yoxlamalı idi. Meningit ölümcül xəstəlik deyil. Penisillin dərmanı çıxmamışdan əvvəl meningitdən ölüm halları olsa da, güclü antibiotiklər çıxdıqdan sonra meningitdən ölmə halları demək olar ki, yoxdur. Meningitin olması hələ onun ölməsinin səbəbinin bu olması demək deyildir, meningit xəstənin halının pis olmasına, ürəkbulanmasına, qusmasına səbəb ola bilər. Xəstə xəstəxanaya daxil olanda beyin əlamətləri normal olmuş, əllərini sinəsinə çarpazlaya bilmiş, ayaqlarını düz qoya bilmişdir. Videogörüntüdən də görünür ki, xəstənin əyləşdiyi arabanı sürətlə döndərəndə, xəstə müvazinətini itirməmiş, düz oturmuş, hətta barmağının ucu ilə burnunu silmişdir. Beynin yaxşı işləyib-işləməməsini bilmək üçün romberq sınağı aparılır ki, bu halda insan barmağının ucu ilə burnuna toxunmalıdır, hətta orta səviyyədə alkaqol qəbul etmiş adam bu manipulyasiyanı edə bilmir. Halbuki, Nəzrin deyilənə görə beynində ağır problem olduğu halda barmağının ucu ilə burnunu silir. O heç vaxt deməmişdir ki, bu xəstədə meningit yoxdur, heç vaxt olmayıb, lakin meningit ölümcül xəstəlik deyil, xəstə meningitdən ölməmişdir. Meningit beynin sərt qişasının iltihabıdır. Hətta, rəydə belə səhv yazılıb ki, sümük sınıbdır, sərt qişa zədələnməyibdir. Əgər sümük sınıbsa, lakin sərt qişa zədənməyibsə meningit ola bilməz. Sərt qişa sümük qədər möhkəmdir. Sərt qişa o qədər sərtdir ki, o zədələnməsə sümük sınsa belə infeksiya sərt qişanın yuxarı təbəqəsinə çıxa bilməz. Bu, hematogen yolla keçə bilər. Əgər sərt qişa zədələnməyibsə və sərt qişanın üstündə mikrob aşkarlanıbsa deməli o, ora qanla gəlmişdir, birbaşa kontaktla gəlməmişdir. Alın sümüyü yuxarıdan başlayır, buruna qədər davam edir. Alın sümüyü yuxarı hissədən sınarsa meningit verə bilər, aşağı hissədən sınarsa meningit ola bilməz. Yuxarı hissədə olan sınıq beyinə nüfuz edir, aşağı hissədən sınıq isə beyinə nüfuz etmir. Zərərçəkmiş şəxs KT müayinəsinin nəticələrinə dair İsrail Respublikasının mütəxəssis-rentgenoloqu həkim Yevgeniya Blanki tərəfindən verilmiş cavabda da yazılmışdır ki, alın sümüyünün sınığı qəlpələri alın cibinə nüfuz edir, heç yerdə yazmamışdır ki, beyinə nüfuz edir. Alın sümüyünün burun hissəsinə keçən sümüyü sınmışdır. Bu isə alın sümüyünün frontal cibinin boşluğuna düşmüşdür. Bu, meningit verə bilməz, bunun üçün xəlbir sümüyünün sınması lazımdır. Ekspertiza rəylərində yazılmışdır ki, xəlbir sümüyü sınmışdır, ancaq KT cavablarında, hətta İsrail Respublikasından təqdim olunmuş cavabda da bildirilməmişdir ki, xəlbir sümüyü sınmışdır. O, əməliyyatdan sonra xəstəyə antibiotik olaraq siprinol tabletkası təyin etmişdir. Lakin o, antibiotiki profilaktik məqsədlə təyin etmişdir, halbuki Nəzrin antibiotikə ehtiyacı olmayan xəstə olmuşdur. O, xəstədə bədən immuniteti düşdüyü üçün digər şərti patogen infeksiyalar aktivləşməsin deyə antibiotik təyin etmişdir. Ancaq “X34” xəstəxanasında reanimasiyada ona edilməli olan antibiotiklər isə sırf müalicə üçün başlanılmalı idi, profilaktika üçün deyil. Bundan başqa, əməliyyat zamanı xəstəyə siprinolun mayesini də venadaxili köçürmüşlər ki, belə olan halda onda meningitin yaranması qeyri-mümkündür. Çünki, onun bədəninə antibiotik getmişdir. Meningit o zaman yaran bilərdi ki, ya gərək antibiotik keyfiyyətsiz olsun, ya da onda virus mənşəli meningit olsun ki, antibiotik ona təsir etməsin. Həmçinin bildirmişdir ki, X31 gələn zaman Fərid Mansurlu ona xəstəni xəstəxanaya aparmaq istədiklərini bildirməmiş, sadəcə başı ağrıdığını, ürəkbulanması olduğunu və yatmağa meylli olduğunu demiş və KT etdirmək istədiklərini bildirmişdir. O da bildirmişdir ki, iki gündür əməliyyat olunmuş xəstəni sırf KT etdirmək üçün tərpətməyə dəyməz. Sonradan zərər çəkmiş tərəf demişdir ki, guya ona demişlər ki, xəstənin vəziyyəti ağır olmuş, lakin o, xəstəni xəstəxanaya aparmağa qoymamışdır. Daha sonra ittiham olunduğu cinayət əməlini törətmədiyini nəzərə alaraq məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi X14 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşı olmuşdur. Onunla xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan hazırda 3 yaşlı bir qızı var. Zərərçəkmiş şəxs ARDNF-da baş treyder işləmişdir. İş yerində o, müxtəlif təltiflərə layiq görülmüşdür. Zərərçəkmiş şəxs sağlığında burun çəpərinin əyriliyindən şikayətlənmişdir. O, gecələr yatan zaman burun çəpərinin əyriliyinə görə nəfəs almaqda çətinlik çəkmişdir. Buna görə də “instagram” sosial şəbəkəsi vasitəsilə tapdığı “dr_Təqsirləndirilən şəxs" adlı "Mərcan Medicare" klinikasında işləyən həkimlə xx.xx.2024-cü il tarixdə “***-***-**-**" mobil nömrəsi ilə telefon əlaqəsi saxlamışdır. Telefona cavab verən Təqsirləndirilən şəxs köməkçisi Mələkxanım adlı qadın xx.xx.2024-cü il tarixdə müayinə üçün Zərərçəkmiş şəxs “Mərcan Medicare" Klinikasına dəvət etmişdir. xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində o və Zərərçəkmiş şəxs “Mərcan Medicare" Klinikasına getmişlər. Onları 1111 nömrəli palataya yönləndirilmişlər. O, həmin vaxt 3 yaşlı övladı ilə klinikanın dəhlizində dayanmışdır. Həmin vaxt Nəzrin və Təqsirləndirilən şəxs 1111 nömrəli otaqda tək olmuş, Təqsirləndirilən şəxs otaqda Nəzrinin burnunu əl ilə müayinə edib, müvafiq analizlərinin götürülməsi üçün onu reseptiona yönləndirmişdir. Həmin vaxt Nəzrin 200 manat ödəniş edərək müvafiq analizlərdən keçmişdir. Analizlərdən əvvəl artıq Təqsirləndirilən şəxs Nəzrinə 02-03 yanvar 2025-ci il tarixlərdən birində burnun rinoplastika əməliyyatı edilə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs onunla razılaşmışdır. Təqsirləndirilən şəxs tapşırığı ilə xx.xx.2024-ci il tarixdə əməliyyatdan 35 gün əvvəl Zərərçəkmiş şəxs müayinələrdən keçməyə şübhə ilə yanaşmışdır. Çünki, müayinələr ilə əməliyyat günü arasında kifayət qədər müddət olmuşdur. Bana baxmayaraq, 200 manat ödədiyi üçün pulunun batmaması üçün və əvvəlcədən qurduğu plana uyğun olaraq müayinələrdən xx.xx.2024-cü il tarixdə keçmişdir. Bundan sonra o və Zərərçəkmiş şəxs klinikanı tərk etmişlər. 12 dekabr 2024-cü il tarixdə, 23 dekabr 2024-cü il tarixdə, 30 dekabr 2024-cü il tarixlərdə Zərərçəkmiş şəxs əməliyyat vaxtı və xx.xx.2024-cü il tarixdə verdiyi analizlərin cavabının əldə edilməsi üçün “Whatsapp” proqramı vasitəsilə Təqsirləndirilən şəxs köməkçisi ilə telefon əlaqəsi saxlamışdır. İsmarıclardan görünür ki, Nəzrin həmin vaxt analizlərin cavablarının ona elektron formada göndərilməməsindən şikayətçi olmuşdur. Təqsirləndirilən şəxslə telefon əlaqəsi zamanı Təqsirləndirilən şəxs hər şeyin qaydasında olduğunu demişdir. xx.xx.2024cü il tarixdən xx.xx.2025-ci il tarixədək Zərərçəkmiş şəxs səhhətində hər hansı dəyişiklik, qeyri-normal hal olmamışdır. xx.xx.2025-ci il tarixdə səhər saat 09 radələrində o və Zərərçəkmiş şəxs 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən “Mərcan Medicare" Klinikasına getmişlər. Həmin vaxt Nəzrin əvvəlcə 1111 nömrəli palataya, daha sonra isə əməliyyat otağına aparılmışdır. xx.xx.2025-ci il tarixdə saat 9 radələrində əməliyyatdan əvvəl sonuncu dəfə Nəzrin ona burnunun, üzünün şəklini göndərmişdir. Əməliyyat xx.xx.2025-ci il tarixdə saat 14:00-da başlamış, köməkçisinin deməsinə görə saat 17:00da başa çatmışdır. Bununla bağlı o, Mələkxanım adlı qadınla mesajlaşmışdır. Saat 19:51də Zərərçəkmiş şəxs ona üzünün şəklini göndərmişdir. Həmin şəkildə görünürdü ki, Nəzrinin üzünün əməliyyat edildiyi hissə ilə heç bir əlaqəsi olmayan hissəsi qeyri-normal şəkildə şişmiş, hətta Nəzrin telefon danışığı zamanı əməliyyatdan dərhal sonra alın hissəsinin şiddətli ağrıdığını ona demişdir. Saat 22:02-də Nəzrin bir daha ona üzünün şəklini göndərərək alnının şişdiyini, üzünün kəskin ağrıdığını bildirmişdir. Bundan sonra o, ona yatıb dincəlməsini, şikayətləri barədə həkimə bildirməsini tövsiyə etmişdir. Bundan sonra xx.xx.2025-ci tarixdə sübh tezdən o, yenidən Nəzrinlə telefon əlaqəsi saxlamışdır. Həmin vaxt Nəzrin xəstəxanadan çıxmaq istədiyini ona demişdir. Həkim ona demişdir ki, artıq evə buraxıla bilərsən, əməliyyat uğurlu olmuşdur. Nəzrini xx.xx.2025-ci il tarixdə səhər 09 radələrində Klinikadan evlərinə aparmışdır. Həmin vaxt nə Təqsirləndirilən şəxs, nə də onun köməkçisini görmüşdür. Evə çatdıqdan sonra Zərərçəkmiş şəxs gün ərzində ona demişdir ki, alın hissəsində kəskin dözülməz ağrıları vardır. Artıq bu ağrılara dözə bilmir. xx.xx.2025-ci il tarixdə axşam saat 23 radələrində Nəzrinin alın nahiyəsitıdə kəskin ağrılarının səbəbini, bunun normal olub-olmamasını müəyyən etmək üçün Təqsirləndirilən şəxs köməkçisinə, “***-***-**-**" nömrəsinə zəng etmişdir. Həmin vaxt Mələkxanım adlı qadın ona bildirmişdir ki, həkimə bu barədə məlumat verəcəkdir, lakin ağrıların normal olduğunu bildirmişdir. Həmin gün Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlaya bilməmişdir. Növbəti gün ağrılar daha da şiddətlənmişdir. xx.xx.2025-ci il tarixinə keçən gecə X31la əlaqə saxlamışdır. Həmin gecə evlərinə gələn “X26” tibb müəssisəsinin həkimi Anar adlı həkim burun əməliyyatından sonra Nəzrinin vəziyyətinin kəskin ağır olduğunu bildirərək burunu əməliyyat edən Təqsirləndirilən şəxslə əlaqə saxlamağı onlara tövsiyə etmişdir. Anar adlı həkim zəruri olan bütün tədbirləri gördükdən sonra Nəzrinin tibb müəssisəsinə çatdırılmalı olmasını onlara tövsiyə edərək ağrıkəsici vasitəsilə tətbiq etmişdir. Həmin vaxt Anar adlı həkim ikinci dəfə çağırış ünvanı olan ünvan 4n Nəzrinin vəziyyətinin kəskin ağır olmasını mobil telefon vasitəsilə Təqsirləndirilən şəxs izah etməyə çalışsa da, Təqsirləndirilən şəxs əməliyyatdan sonra ağrıların olduğunu təkidlə bildirərək qeyri-etik formada telefon əlaqəsini kəsmişdir. Növbəti gün Nəzrinin vəziyyətində kəskin ağırlaşma hiss olunmuşdur. O, komaya düşmüşdür. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlamışdır. Təqsirləndirilən şəxs əməliyyatdan sonra ağrı olmasının normal olmasını deyib, Nəzrinin dincəlməli olmasını ona tövsiyə etmişdir. O isə Nəzrinin ağır vəziyyətini görüb onu “X34” xəstəxanasına aparmışdır. Orada Azər adlı həkim ona bildirmişdir ki, Nəzrinin alın sümüyündə əməliyyat zamanı sınma baş vermiş, bu da onun vəziyyətinin ağırlaşmasına səbəb olmuşdur. Bütün tədbirlərə, göstərilən tibbi xidmətə baxmayaraq xx.xx.2025-ci il tarixdə Nəzrin dünyasını dəyişmişdir. Onun ölümünün bilavasitə səbəbi Təqsirləndirilən şəxs onu səhlənkarlıqla əməliyyat etməsi olmuşdur. Nəzrin əvvəllər heç vaxt tibbi əməliyyat edilməmişdir. Əməliyyatdan sonra həkim tərəfindən ona yalnız “Whatsapp” tətbiqi vasitəsilə şablon təlimat mesajı göndərilmişdir. Hər hansı sənədə imza çəkməsi barədə məlumatı olmamışdır. Əməliyyatdan sonra Zərərçəkmiş şəxs kəskin bədən istiliyinin artması, qusma, kəskin baş ağrı, kəskin huşsuzluq, yüksək təzyiq əlamətləri olmuşdur. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, Nəzrin xx.xx.2025-ci il tarixində bir az suallara cavab verə bilirmiş, onu tanıyırmış, sonra gecə saat 1-2 də qusmağa başlamış, xx.xx.2025-ci il tarixində isə heç kimi tanımamışdır. Ayın 5-də özündə olmamış, ora-bura fırlanmış, çağırışlara cavab verməmişdir. Dayanmadan başı ağrımış, heç bir dərman qəbul etməmişdir. X31 çağırmışlar və X31 həkimi gəlib ağrı kəsici iynə vurub getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs köməkçisinə zəng vurub bildirmişlər ki, Nəzrin möhkəm ağrıyır. X31 briqadası gedəndən sonra onların vurduğu dərman bir az təsir etmiş, ancaq yenə də Nəzrinin başı ağrımışdır. Sonra 2 dəfə qusmuş, bundan sonra isə halsız vəziyyətdə yatmışdır. Səhəri günü ayın 5-də vəziyyəti çox pis olmuş, gözünü aça bilməmişdir. Yerindən qaldırarkən durmamış, söz deyəndə sağa, sola baxmış, reaksiya verməmiş, qəribə-qəribə hərəkətlər etmiş, suallara cavab verməmişdir. İkinci dəfə səhər saat təxminən 11-12-də yenidən X31 çağırmış, təcili yardım çağırmamışdan əvvəl Təqsirləndirilən şəxs köməkçisi ilə danışmışlar. O, Sənan həkimə zəng vurmamış, həkim özü ona zəng vurmuşdur. İkinci dəfə təcili yardım gələndə artıq təcili yardım həkimi Anar həkim də narahat olmağa başlamış və bunun normal hal olmadığını bildirərək Nəzrini KT-yə aparmaq lazım olduğunu bildirmişdir. KT etməkdə məqsəd beyini yoxlatmaq olmuş, çünki Nəzrin həmin an şüursuz vəziyyətdə olmuş, beyni işləməmişdir. Anar həkim Sənan həkimə də Nəzrinin huşsuz, halsız olduğunu, reaksiya vermədiyini, baş ağrısı olduğunu demişdir. O, həmin vaxt otaqda Nəzrinin yanında olmuş, Anar həkim isə dəhlizdə söhbət etmiş, bu səbəbdən aralarında nə söhbət etdiklərini bilməmişdir. Sonra Anar həkim gəlib demişdir ki, mən nə deyirəm, o, başa düşmür, başa sala bilmirəm, lakin Nəzrini xəstəxanaya aparmaq lazımdır. Ondan sonra bir dəfə də Sənana zəng etmiş, Sənan isə Nəzrinin bu gecə də evdə qalmasını, ondan sonra qərar verəcəklərini bildirmişdir. Lakin onlar Nəzrini həmin gün öz maşınları ilə “X34” xəstəxanasına aparmışlar. Nəzrini maşına güclə oturtmuşdur, belə ki, Nəzrin özündə olmamışdır. O, Nəzrini tutmuşdur ki, tərpənməsin. Xəstəxanaya gəldikdən sonra onu arabaya otuzdurub içəri aparmış, oradan isə onu təcili yardıma salmışlar. Acilə gedəndə Nəzrinə sistem qoşmuşlar. Sonra KT çəkməyə aparmışlar, sonra eşitmişdir ki, KT zamanı Nəzrinin halı pisləşmiş, ürəyi dayanmış, elektroşokla ayıltmışlar, ondan sonra da reanimasiyaya qaldırmışlar. Xəstəxanada olanda Sənan həkim ona zəng edib nə etdikləri ilə maraqlanmış, o da Nəzrini “X34” xəstəxanasına apardıqlarını bildirmişdir. Axşam Nəzrini görmək üçün yuxarı qalxmış, bu zaman Sənan həkimi orada reanimasiyada olduğunu görmüşdür. Orada ona bildirmişlər ki, Nəzrinin vəziyyəti çox ağırdır, hazırlıqlı vəziyyətdə olsunlar. Bunu deyən vaxtı Sənan həkim reanimasiyadan çıxmış, tamponları çıxardığını demiş və həmçinin bildirmişdir ki, həkimlər həmişə ən pis ehtimalları deyir, yaxşı olacaq, özünə gələcək, çox fikir etməsinlər. Daha sonra Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək ona ən ağır cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun övladıdır. O, Fərid Mansurlu ilə birgə nikahda olmaqla Bakı şəhərində yaşamış, Neft Fondunda baş treyder vəzifəsində işləmişdir. xx.xx.2024-cü il tarixdə qızı Zərərçəkmiş şəxs ona zəng edərək telefonda məlumat vermişdir ki, nəfəs almaqda çətinlik çəkdiyi üçün burnundan əməliyyat olunmaq istəyir. O isə ona nə vaxt analizlərdən keçdiyini soruşduqda ona demişdir ki, 1 ay əvvəlcədən müayinələrdən keçmişdir. Əməliyyatın iki saat davam edəcəyini deyərək həkimin tanınmış həkim olduğunu bildirmişdir. Ona həkimin adı barədə heç bir məlumat verməmiş, yalnız əməliyyatın “Mərcan” adlı xəstəxanada olacağını demişdir. Ondan xahiş etmişdir ki, özü əməliyyat edildiyi üçün evdə olan qızına baxsın. O, Nəzrinlə razılaşmış və xx.xx.2025-ci il tarixdə Bakı şəhərinə qızıgilin yaşadığı Bakı şəhəri, Yasamal rayonuna gəlmişdir. X30, qızı və balaca nəvəsi yaşayır. xx.xx.2025-ci il tarixdə qızı Zərərçəkmiş şəxs əməliyyat üçün “Mərcan” adlı xəstəxanaya getmişdir. O, həmin vaxt nəvəsinə baxmışdır. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-cü il tarixədək qızında heç bir narahatlıq olmamışdır. O, özünü əməliyyat üçün hazırlamış, özünə diqqət yetirmişdir. xx.xx.2025-ci il tarixdə Nəzrin əməliyyat üçün əri Fərid Mansurlu ilə birlikdə xəstəxanaya getmişdir. Həmin gün əməliyyat edildikdən sonra növbəti gün yəni xx.xx.2025-ci il tarixdə X23 ilə evə qayıtmışdır. O, evə çatdıqda çox halsız olmuş, burnunda sarğı olmuşdur. Onun üzü çox şişmişdir. Ondan bu qədər şişin normal olub-olmamasını soruşduqda Nəzrin ona demişdir ki, həkim deyir ki, bu şişkinlik təbiidir, əməliyyatdan sonra belə hallar olur. Həmçinin, həkim ona demişdir ki, əməliyyatdan sonra qızdırma, halsızlıq normal haldır. Bu halların qısa və ya uzun müddət müşahidə edilməsi ilə bağlı heç nə deməmişdir. Nəzrin sadəcə olaraq halsız olmuş və evə gəldikdən sonra sup içib, uzanmışdır. Bir qədər sonra durub mətbəxə gəlmiş və ona demişdir kı, “başım çox sıxılır, dözülməz ağrı hiss edirəm". O, hətta onunla zarafat edərək başından əməliyyat edilmədiyini xatırlatmışdır. Bu hallar saat 15-16 radələrində baş vermişdir. Bundan sonra o, Fəriddən xahiş etmişdir ki, həkimlə əlaqə saxlasın, lakin Fərid birbaşa olaraq həkimlə əlaqə saxlaya bilməmişdir, onun köməkçisi ilə danışaraq həkimlə əlaqə saxlamaq istədiyini ona demişdir. Həkimin köməkçisi isə ağrıların əməliyyatdan sonra normal olmasını, həkimə dərhal məlumat verəcəyini demişdir. Bütün cəhdlərə baxmayaraq həmin gün həkimlə əlaqə saxlaya bilməmişlər. Həkimə zəng etdikdə o, telefona cavab verməmişdir. Həmin gün saat 15-16 radələrindən sonra qızı yenidən otağında uzanmışdır. Hər saat keçdikcə ağrılar güclənmişdir. Xüsusən də baş nahiyəsində ağrılar şiddətlənmişdir. Ona yalnız “Nurafen 4” həbi verilmişdir. Lakin buna baxmayaraq ağrılar daha da şiddətlənmişdir. Xüsusən də ağrılar baş və alın nahiyəsində müşahidə edilmişdir. xx.xx.2025-ci il tarixinə keçən gecə saat 01-02 radələrində X31dan əvvəl Zərərçəkmiş şəxs yatdığı çarpayıda qusmağa başlamışdır. Bundan sonra dərhal X31a zəng etmişlər. X31 gəldikdən sonra adını dəqiq xatırlamadığı dərman preparatları Nəzrinə vurulsa da, onun vəziyyətində dəyişiklik baş verməmişdir. Bundan sonra X31 həkimi Nəzrini görən kimi məsləhət görmüşdür ki, onu əməliyyat edən həkimlə əlaqə saxlasınlar. Əgər mümkünsə xəstəxanaya aparılsın. Lakin Fərid həkimlə əlaqə saxlamadan Nəzrini xəstəxanaya aparmaq istəməmişdir. O, qorxurdu ki, Nəzrinin vəziyyəti daha da pisləşər. Həm də Nəzrinin həkiminin köməkçisi Fəridə əməliyyatdan sonra belə halların normal olmasını demişdir. Buna baxmayaraq, Nəzrinin vəziyyəti getdikcə ağırlaşmışdır. Gecə boyu Nəzrin artıq danışıq qabiliyyətini itirməyə başlamışdır. Bir neçə dəfə qusmuşdur. Növbəti gün yəni xx.xx.2025-ci il tarixdə Nəzrinin vəziyyətinin getdikcə pisləşdiyini görüb yenidən X31a zəng etmişlər. Gecə gələn X31 həkimi yenidən evə gəlmiş, Nəzrinin vəziyyətinin ağır olmasını görmüş və onun xəstəxanaya aparılmalı olmasını şiddətlə tövsiyə etmişdir. Saat 11 radələrində nəhayət ki, Nəzrini əməliyyat edən Təqsirləndirilən şəxs telefona cavab vermişdir. Telefonda danışan zaman Fərid Təqsirləndirilən şəxs nə üçün gecə boyu telefona cavab vermədiyini soruşduqda, sonuncu "nə üçün məni narahat edirsiniz” deyərək cavab vermişdir. Fərid ona telefonda gecə boyu Nəzrinin qusduğunu, şiddətli baş ağrısının olmasını, hərarətinin yüksək olmasını desə də, Təqsirləndirilən şəxs təmkinlə sakit şəkildə belə halların əməliyyatdan sonra normal olmasını demişdir. Hətta Təqsirləndirilən şəxs Fəridə demişdir ki, Nəzrini heç yerə aparmayın, qoyun o, istirahət etsin. Fərid isə ona əsəbləşərək vəziyyətinin ciddiliyini izah etmək üçün telefonu X31 həkiminə vermişdir. X31 həkimi Təqsirləndirilən şəxs Fəridin dediklərini demiş, lakin yenə də Təqsirləndirilən şəxs ağrıların olmasının təbii olduğunu deyib telefon əlaqəsini kəsmişdir. Bundan sonra X31 həkimi Nəzrinin xəstəxanaya təcili aparılmalı olmasını onlara demişdir. Fərid isə X31 həkimini yola salaraq öz maşını ilə Nəzrini “X34” hospitalına aparacağını demişdir. Bundan sonra o, Nəzrin, Fərid və Cavad təcili olaraq Fəridin maşını ilə Nəzrini “X34” hospitalına aparmışlar. Maşını Cavad idarə etmiş, onun yanında o, arxada isə Nəzrin uzanıqlı olmuş, Fərid də onun yanında əyləşmişdir. Fərid arxada Nəzrini tutmuş, onu qucaqlamışdır. Buna səbəb isə Nəzrinin qeyri-təbii əl hərəkətləri etməsi, qeyriadekvat davranışı olmuşdur. Fərid onu sakitləşdirməyə çalışmışdır. Nəzrin koma vəziyyətinə yaxın vəziyyətdə olmuşdur. Maşından düşən kimi orada olan işçi Nəzrini dərhal əlil arabasına əyləşdirmişdir. Nəzrin yeriyə bilməmişdir. Bundan sonra o, tibb personalının köməkliyi ilə xəstəxanaya aparılmışdır. İçəri daxil olan kimi Nəzrini xəstə çarpayısına uzandırmışlar. 30-40 dəqiqə keçdikdən sonra Fərid Zərərçəkmiş şəxs vəziyyətinin ağır olduğunu, tənəffüs almaqda çətinlik çəkdiyini, reanimasiya şöbəsinə yerləşdiriləcəyini onlara demişdir. Bundan sonra Nəzrin Acil şöbəsində reanimasiya şöbəsinə yerləşdirilmişdir. xx.xx.2025-ci il tarixdə isə o, dünyasını dəyişmişdir. Zərərçəkmiş şəxs hər hansı allergiya olmamışdır, hər hansı soyuqdəymə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs və onun ailəsini əvvəllər tanımamışdır. Onunla və ya onun ailəsi ilə hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. xx.xx.2025-ci il tarixinə keçən gecə gecə növbəsində olarkən (növbə axşam 21:00-dan növbəti gün səhər saat 09:00dək) saat 02 radələrində ünvan 5 ünvanına X6 adına çağırış daxil olmuş və dərhal çağırış ünvanına getmişlər. Həmin ünvana çatdıqda mənzilin yataq otağında Fərid Mansurlu və onun həyat yoldaşı Zərərçəkmiş şəxs olmuşdur. Onlardan başqa evdə adam olmamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs şikayəti hərarət, kəskin baş ağrısı olmuşdur. Xüsusən də alın nahiyəsində kəskin ağrılar olmuşdur. Həmin vaxt onun huşu aydın olmuş, şikayətlərini əməliyyat ilə əlaqələndirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onun tərəfindən ağrıkəsici və hərarət salıcı diklofenak əzələ daxilinə təyin olunmuşdur. Onu da qeyd etmişdir ki, xəstə yaxınlarının deməsinə görə bu ağrıkəsici vasitəni Nəzrini əməliyyat edən Təqsirləndirilən şəxs tövsiyə etmişdir. Bu vasitə tətbiq edildikdən sonra Zərərçəkmiş şəxs vəziyyəti normallaşdıqdan sonra həmin ünvanı tərk etmişlər. Zərərçəkmiş şəxs deməsinə görə o, bir gün əvvəl rinoseptoplastika əməliyyatı edilmişdir. Şifahi sorğu-sual zamanı Zərərçəkmiş şəxs və Fərid Mansurlu həmin vaxt əməliyyatı icra edən Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlamağa çalışdıqlarını, lakin birbaşa əlaqə saxlaya bilmədiklərini bildirmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs ilə söhbət zamanı sonuncu yanakı heç bir xəstəliyinin olmamasını bildirmişdir. Müvafiq olaraq dərman vasitələri tətbiq edildikdən sonra çağırış ünvanını tərk etmişlər. Növbəti gün, yəni xx.xx.2025-ci il tarixdə saat 11 radələrində tibb müəssisəsinin daxili qaydalarına əsasən növbə ərzində xidmət göstərdikləri xəstələrin vəziyyətinin izlənilməsi ilə əlaqədar olaraq Fərid Mansurlu ilə telefon əlaqəsi saxlamışdır. Telefon əlaqəsi zamanı Fərid Mansurlu ona bildirmişdir ki, gecə boyu Zərərçəkmiş şəxs iki dəfə onlar ünvandan gedəndən sonra qusmuş, hərarəti yüksəlmişdir. Həmin vaxt Fərid Mansurlunun istəyi ilə onlar yenidən 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi 27A, mənzil 61 ünvanına getmişlər. Mənzilə daxil olduqda Zərərçəkmiş şəxs orada divanda uzanıqlı vəziyyətdə olmuşdur. Vəziyyəti bundan əvvəlki çağırışa nəzərən ağırlaşmışdır, vəziyyəti tərəfindən orta ağır qiymətləndirilmiş, huşu keyləşmiş, nitqi qarışıq, verilən suallara bir qədər ləng cavab vermişdir. Xəstədə ürəkbulanma və qusma əlamətləri davam etmişdir. Şikayətlərini təkrar dinləməyə çalışan zaman Zərərçəkmiş şəxs başında, xüsusən də alın nahiyəsində gecə boyu olan ağrıların daha da şiddətləndiyi bildirmişdir. Həmin vaxt xəstəyə vitamin köçürülmüşdür. Buna səbəb xəstədə iştahsızlıq, ümumi halsızlıq əlamətlərinin olması olmuşdur. O, Zərərçəkmiş şəxs vəziyyətinin ağırlaşdığını görüb xəstənin getdikcə koma vəziyyətinə düşə biləcəyini təxmin edib ailə üzvlərinə Zərərçəkmiş şəxs təcili olaraq tibb müəssisəsinə aparılmalı olmasını tövsiyə etmişdir. Həmin vaxt artıq Zərərçəkmiş şəxs “X26”ə aparılması üçün xəstəxana ilə danışan zaman Fərid Mansurlu həkim Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlaya bilmişdir. Təqsirləndirilən şəxslə danışıq zamanı Zərərçəkmiş şəxs ağır vəziyyətdə olduğunu, onun vəziyyətində qusma, kəskin hərarət olmasını, huşsuzluq, zəiflik əlamətlərinin olmasını Təqsirləndirilən şəxs nəzərinə çatdırmışdır. Telefon əlaqəsi zamanı sonuncu ona demişdir ki, bu hallar əməliyyatdan sonra normaldır. İlk üç gün ərzində belə hallar olur. Buna baxmayaraq, o, bir daha həkimə tövsiyə etmişdir ki, Zərərçəkmiş şəxs hospitalizasiya etmək lazımdır. Təqsirləndirilən şəxs isə ona xəstənin yerindən tərpədilməməsini tövsiyə etmişdir. Bundan sonra telefon əlaqəsi kəsilmişdir. O, bir daha ailə üzlərinə bildirmişdir ki, xəstə hospitalizasiya edilməlidir. Ailə üzvləri qərarsız olmuşlar. Bundan sonra o, 13 radələrində başqa çağırış ünvanına getmişdir. Həmin gün saat 17 radələrində Fərid Mansurlu onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs vəziyyətinin daha da ağırlaşdığını, qeyri-adekvat hərəkətlər etdiyini, hətta ailə üzvlərini tanıya bilmədiyini bildirmişdir. Buna görə də xəstəni “X34” xəstəxanasına aparmaq istədiyini bildirmişdir. O, etiraz etməmişdir. Bundan sonra mətbuatda görmüşdür ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs dünyasını dəyişmişdir. Ümumilikdə Zərərçəkmiş şəxs tibbi xidmət göstərən zaman birinci çağırışda xəstəyə yalnız əzələ daxilinə bir iynə “diklofenak” iynəsini vurmuşdur. Bu iynə xəstənin ağrılarının kəsməsi üçündür. Bunu hətta Təqsirləndirilən şəxslə danışıq zamanı sonuncu da ona tövsiyə etmişdir. Növbəti, yəni çağırış zamanı xəstəyə venadaxili “natrium xlorid” bir sistem, “zofran”, “analgin” və “dimedrol” olmaqla iki iynəni Zərərçəkmiş şəxs venasına yeritmişdir. Zərərçəkmiş şəxs tibbi xidmət göstərən zaman sonuncunun şok vəziyyətinə düşməsi, septik şok hallarının şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs və onun ailə üzvlərini əvvəllər tanımamış, onunla hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs barəsində ilk dəfə xx.xx.2025-ci il tarixdə həkim reanimatoloq anestezioloq Məhsəti xanım ona məlumat vermişdir. Sonuncu ona demişdir ki, xəstə digər tibb müəssisəsində rinoseptoplastika əməliyyatı edilmiş, bundan sonra vəziyyəti kəskin ağırlaşmışdır. Xəstədə qusma, kəskin baş ağrısı, şüur dəyişiklikləri, temperaturun yüksəlməsi müşahidə olunmuşdur. İlkin olaraq baş beyinin KT müayinəsi aparılmış, həkimlərlə konsilium keçirilmiş, xəstədə meningit şübhəsi yaranmışdır. Şübhə olduğu üçün lümbal punksiya (onurğa belindən maye götürülməsi) proseduruna başlanılması ilə bağlı reanimotoloqa tərəfindən göstəriş verilmişdir. Dərhal tərəfindən antibiotik müalicəsinə başlanılmışdır. Həmin mayenin iltihablı olmasından görünürdü ki, xəstədə kəskin meningit vardır. Bir neçə saat sonra ilkin müayinələrinə əsasən xəstədə kəskin meningit olması müayinə nəticələrində göründüyü üçün həmin xəstəyə meningit diaqnozu qoyulmuşdur. Bundan sonra tövsiyəsi ilə antibiotik müalicəsinə başlanılmışdır. xx.xx.2025-ci il tarixdə mobil telefonla reanimatoloq anestezioloq Məhsəti xanım telefonla danışıq zamanı ona xəstənin başının KT müayinəsinin ilkin nəticəsinə əsasən burun alın sümüyünün tamlığının pozulması barədə məlumat vermişdir. KT müayinəsinin ilkin nəticəsindən də görünür ki, “kontur davamsızlıqları" xəstədə müşahidə edilmişdir. Bu məlumatları əldə etdikdən sonra xəstədə meningitin yaranması və sürətlənməsinin bu sınıqla əlaqəli olması qənaətinə gəlinmişdir. Bununla bağlı antibiotik müayinəsinin başlanılması barədə reanimatoloq anestezioloqa göstəriş vermişdir. Növbəli gün, yəni xx.xx.2025-ci il tarixdə xəstənin reanimasiyası şöbəsində koma vəziyyətində olmasını görmüşdür. İşıq refleksi olmaması barədə ona məlumat verilmişdir. Sonrakı müayinələrlə artıq xəstədə beyin ölümünün baş verməsi öz təsdiqini tapmışdır. Bundan sonrakı günlərdə hər gün xəstəyə baxış keçirilmiş, lakin kliniki olaraq xəstənin vəziyyətində müsbət irəliləyiş aşkar edilməmişdir. Bir neçə gün sonra xəstə dünyasını dəyişmişdir. Zərərçəkmiş şəxs müayinə nəticələrini xüsusən baş beyinin KT müayinəsinin nəticəsini təhlil etmiş, KT müayinəsinin nəticəsində müəyyən etmişdir ki, xəstənin burun və alın sümüyündə sınıq vardır. Bu sınıq həmin xəstədə meningitin yaranmasına və sürətlənməsinə səbəb olan faktorlardan biri ola bilər. Buna görə də kəskin meningitin qarşısının alınması üçün antibiotik müalicəsinə başlanılmışdır. Zərərçəkmiş şəxs baş beyinin KT müayinəsinin nəticəsində kontur davamsızlığının olmasını, yəni burun və alın sümüyündə sınıq olmasını görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs o, əvvəllər tanımamış, onunla və ya onun ailəsi ilə hər hansı tanışlığı ədavəti və ya düşmənçiliyi olmamışdır. xx.xx.2025-ci il tarixdə axşam saat 20 radələrində Acil şöbəsinə digər bir xəstənin baxışını həyata keçirmək üçün aşağı düşən zaman Zərərçəkmiş şəxs Acil şöbəsində müayinələrdən keçirildiyini görmüşdür. Onu da qeyd etmişdir ki, o, həmin xəstəyə görə Acil şöbəsinə çağırılmamış, sadəcə təsadüfən onu görmüşdür. Bu zaman Zərərçəkmiş şəxs huşsuz vəziyyətdə olmaqla qeyri-adekvat vəziyyətdə olmuşdur. Acil şöbəsinin həkimləri tərəfindən vəziyyəti ağır qiymətləndirilmişdir. Həmin vaxt xəstədə meningit olması şübhəsi yaranmış, buna görə də xəstə təcili olaraq reanimasiya şöbəsinə verilmiş və meningit olması tərəfindən müayinə nəticələri ilə təsdiq edilmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs yanında onun ailə üzvləri olmuşdur. Əri də orada olmuşdur. Bundan sonra həmin xəstənin vəziyyətinin ağırlığı nəzərə alınaraq həmin xəstə dərhal Acil şöbəsindən növbətçi olduğu reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilmişdir. Reanimasiya şöbəsinə yerləşdirildikdən sonra həmin xəstəyə zəruri reanimasyon tədbirlər həyata keçirilmişdir. Bütün bunlar Zərərçəkmiş şəxs adına olan tibbi sənədlərə öz əksini tapmışdır. Həmin xəstəyə meningit diaqnozu qoyulduqdan sonra antibiotik müalicəsinə başlanılmışdır. Əlavə məlumat üçün onu da demişdir ki, xəstə Zərərçəkmiş şəxs burun nahiyəsində silikon olmuşdur. Ailə üzvlərinin məlumatına görə həmin xəstə rinoseptoplastika əməliyyatı edilmişdir. Əməliyyatın qüsurlu olub-olmaması ilə ailə üzvləri və Acil şöbəsinin həkimi ona heç bir məlumat verməmişdir. Ancaq Acil şöbəsində Zərərçəkmiş şəxs baş beyninin KT müayinəsi aparılmış, həmin KT müayinəsinin nəticəsində alnında sınıq aşkar edilmişdir. Bu müayinə nəticəsində “frontal burun kökü səviyyəsində sümükdə kontur davamsızlıqları” yazısı həmin xəstənin alın sümüyündə sınıq olmasını göstərir. Bu da həmin xəstədə meningit yaranmasına səbəb ola bilər. Bütün bunlar tərəfindən diqqətlə təhlil edildikdən və digər həkimlərlə konsilium həyata keçirildikdən sonra xəstədə meningitin aradan qaldırılması üçün beynəlxalq standartlara uyğun olaraq antibiotik müalicəsi tətbiq edilməyə başlanmışdır. Həmin xəstə növbədə olduğu müddətdə xx.xx.2025-ci il tarixinə keçən gecə saat 04-05 radələrində koma vəziyyətinə düşmüşdür. Buna səbəb həmin xəstənin komatoz vəziyyətinin dərinləşməsi, beyin ölümü şübhəsi yaranması halları xəstədə müşahidə edilmişdir. Onu da qeyd etmişdir ki, xəstə xx.xx.2025-ci il tarixdə hospitala ilk gəldiyi anda artıq soporoz vəziyyətdə (koma vəziyyətinə qədər) olmuşdur. Bütün reanimasyon tədbirlərə baxmayaraq həmin xəstə dünyasını dəyişmişdir. KT müayinəsinin nəticəsində “frontal burun kökü səviyyəsində sümükdə kontur davamsızları” aşkar edilmişdir ki, bu da Zərərçəkmiş şəxs alın sümüyündə sınıq olmasını göstərir. KT müayinəsinin nəticəsində xəstənin kəllə sümüklərində sınıq və destruksiya izlənilməməsi qeyd edilmişdir. Kəllə sümükləri dedikdə insanın baş təpə hissəsi, gicgah və ənsə nahiyələri nəzərdə tutulur. Zərərçəkmiş şəxs həmin nahiyələrdə heç bir sınıq olmamışdır. Yalnız alın sümüyü adlanan frontal burun sümükləri səviyyəsində olan sümükdə isə əməliyyat gedişində sınıq yaranması aşkar edilmişdir. Həmçinin bildirmişdir ki, hospitalın baş həkimi Cabir Gülmalıyev və direktor Taner Özbekin icazəsi ilə xx.xx.2025-cü il tarixdə gecə 23 radələrində Təqsirləndirilən şəxs reanimasiya şöbəsinə buraxılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs xəstənin barəsində ondan məlumat almış, Zərərçəkmiş şəxs burnuna baxış keçirmiş, daha sonra silikonların çıxarılmasını həyata keçirmişdir. Bir müddət xəstənin yanında gözlədikdən sonra həmin həkim reanimasiya şöbəsindən çıxarılmışdır. Təqsirləndirilən şəxslə hər hansı konsultasiya və ya konsilium həyata keçirilməmişdir. Tamponlar çıxarıldıqdan sonra da xəstənin vəziyyətində mühüm dəyişiklik baş verməmişdir. O, rəhbərliyin göstərişi ilə Təqsirləndirilən şəxs reanimasiyaya buraxmışdır. Təqsirləndirilən şəxs reanimasiya şöbəsində olan zaman təşviş içində olmuşdur. Nəzrinin ağır vəziyyətdə olmasından narahatlıq keçirmişdir. O, Təqsirləndirilən şəxs DTX-nin hospitalında əməliyyatları icra edən şəxs kimi təqribən 2019-2020-ci illərdə görmüşdür. Həmin vaxt o, həmin hospitalda həkim rezident kimi işləmişdir. Onu da qeyd etmişdir ki, onun əlavə iş yeri DTX-nin hospitalıdır. Hazırda iş üzrə Təqsirləndirilən şəxs qardaşı Vüsal Mehdiyev orada həkim ginekoloq kimi işləyir. X24 iş yoldaşı kimi münasibətləri var. O, Vüsal Mehdiyev və Təqsirləndirilən şəxslə xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs vəziyyəti barədə müzakirə aparmışdır. Həmin vaxt bu iki şəxs “X34" hospitalının reanimasiya şöbəsinin giriş qapısında olmuşdur. Onlar xx.xx.2025-ci il tarixdə axşam saat 23 radələrində hospitalın reanimasiya şöbəsinin qapısının qarşısında durmuşlar. Həmin vaxt onların yanında xəstə Nəzrinin ailə üzvlərindən heç kim olmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs xəstəni əməliyyat edən həkim olduğunu bildirərək xəstəni görmək istədiyini ona demişdir. Təqsirləndirilən şəxs yanında olan qardaşı Vüsal Mehdiyev onunla DTX-nin hospitalında işləyən həkim kimi hal-əhvalını soruşmuşdur. Bu zaman Təqsirləndirilən şəxs ondan şöbəyə keçməyə icazəsinin olub-olmadığını soruşmuş, o isə Təqsirləndirilən şəxs bir qədər gözləməsini bildirib həmin günün gecə müdiri X27 Mehdiyevin şöbəyə daxil olmaq istədiyini, xəstəyə baxış keçirmək istədiyini demişdir. Tolga Küçük isə direktorun buna icazə verdiyini demiş, bundan sonra o, Təqsirləndirilən şəxs şöbəyə buraxmışdır. Şöbəyə girənə qədər xəstənin burun silikonlarının çıxarılması Təqsirləndirilən şəxs istənilməmişdir. Şöbəyə daxil olduqdan sonra onun təklifi ilə xəstənin burun silikonları Təqsirləndirilən şəxs tərəfindən çıxarılmışdır. Təqsirləndirilən şəxs onunla birlikdə reanimasiya şöbəsinə daxil olaraq xəstənin vəziyyəti barədə məlumat almışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vəziyyətinin çox ağır olduğunu, hazırda toksik şokda olduğunu bildirmiş, müvafiq xəstənin monitor məlumatları ilə (təzyiqi, nəbz və satursiyası və s.) Təqsirləndirilən şəxs tanış etmişdir. Bununla bağlı xəstəlik tarixində hər hansı qeyd aparılmamışdır. Silikonlar çıxarılana qədər Zərərçəkmiş şəxs vəziyyətində hər hansı dəyişiklik olmadığı üçün və infeksiyon halların qarşısının alınması məqsədilə silikonların çıxarılmasını zəruri hesab etmişdir. Xəstənin müalicə həkimi Təqsirləndirilən şəxs olduğu üçün, həm də xəstənin burun silikonlarını çıxaracaq lor həkimi işdə olmadığı üçün məcburi olaraq Təqsirləndirilən şəxs bu proseduru icra etmişdir. Onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs burnunda olan silikonları “Neştər'' skalpel adlı alət vasitəsilə kəsərək çıxarmışdır. Bu kiçik manipulyasiyadan sonra Təqsirləndirilən şəxs xəstənin burun alın nahiyəsində hər hansı qanaxmanın olub-olmamasını yoxlamışdır. Lakin hər hansı qanaxma baş verməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs reanimasiya şöbəsini tərk etmişdir. Zərərçəkmiş şəxs adına olan “X34" hospitalına aid müayinə nəticələrini Təqsirləndirilən şəxs haradan əldə etməsini bilmir. Bunun şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun arvadının bacısıdır. xx.xx.2025-ci il tarixdə həyat yoldaşı ona demişdir ki, bacısı Zərərçəkmiş şəxs vəziyyəti ağırdır. Təqribən günorta saat 13 radələrində o, Zərərçəkmiş şəxs və həyat yoldaşı Fərid Mansurlunun olduğu ünvan 6 ünvanda olarkən orada X31 həkimi olmuşdur. Fərid ona həmin həkimin artıq ikinci dəfə evə gəldiyini bildirmişdir. Zərərçəkmiş şəxs evdə huşsuz vəziyyətdə qeyri-adekvat hərəkətlər edərək uzanılı vəziyyətdə olmuşdur. Xəstədə qusma, yüksək hərarət, baş gicəllənmə əlamətləri kəskin olmuşdur. Nəzrinin vəziyyətini ora gələn X31 həkimi ağır qiymətləndirmişdir. Həmin vaxt Anar adlı X31 həkimi xəstəyə sistem köçürmüşdür. Təcili olaraq xəstənin hospitalizasiya edilməsini tövsiyə elmişdir. Bu zaman Fərid Mansurlu mövcud vəziyyətlə əlaqədar olaraq Zərərçəkmiş şəxs burnunu rinoseptoplastika əməliyyatı edən Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlayaraq Nəzrinin vəziyyətinin kəskin ağır olduğunu bildirmişdir. O isə cavabında əməliyyatdan sonra ağrıların olmasının təbii olduğunu, kəskin qusmanın, temperaturun olmasının normal olduğunu israrla bildirmişdir. Təqsirləndirilən şəxs hospitalizasiyaya zərurət görməmiş, əksinə bir neçə gün də evdə qalmasını, vəziyyəti sonra dəyərləndirəcəyini bildirmişdir. Həmin vaxt Fərid ona əsəbləşmiş, Nəzrinin vəziyyətinin kəskin ağır olduğunu bildirmişdir. O, həmin vaxt bir həkim kimi Nəzrində kəskin qusma, temperaturunun yüksək olmasını, alın nahiyəsinin ödemi, yəni həddən artıq şişkinliyini müşahidə etmişdir. Bir həkim kimi Fəridə məsləhət görmüşdür ki, təcili olaraq Nəzrini xəstəxanaya çatdırmaq lazımdır. Bundan sonra o və Fərid Nəzrini “X34” adlı xəstəxanaya aparmışlar. Xəstəxanaya apardıqdan sonra Təqsirləndirilən şəxslə əlaqə zamanı sonuncu Fəridə əsəbləşərək nə üçün Nəzrinin reanimasiya şöbəsinə yerləşdirildiyini, ümumiyyətlə xəstəxanaya aparmamalı olmasını demişdir. Həmin xəstəxanaya Nəzrini çatdırdıqdan sonra Acil şöbəsində Nəzrin həkimlər tərəfindən qəbul edilmiş, müvafiq müayinələrdən keçdikdən sonra xəstəyə rinoseptoplastika əməliyyatından sonra dəqiqləşdirilməmiş infeksiya diaqnozu qoyulmuşdur. Daha sonra Nəzrinin vəziyyətinin ağırlığı ilə bağlı Nəzrin reanimasiya şöbəsinə yerləşdirilmişdir. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs “X34” xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişmişdir. Xəstənin ölümünün bilavasitə səbəbi “Mərcan Medicare” Klinikasında həkim Təqsirləndirilən şəxs tərəfindən səhlənkar rinoseptoplastika əməliyyatı edilməsi və bu əməliyyat zamanı Zərərçəkmiş şəxs əməliyyat edilən hissə ilə əlaqəsi olmayan beyin sümüyünün çatlaması, bundan irəli gələn meningitin və septik şokun baş verməsi olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında növbədə olan zaman Zərərçəkmiş şəxs “X34” xəstəxanasının Acil şöbəsinə gətirilmişdir. Həmin vaxt vəziyyəti deliruim formada, yəni huşunun tam aydın olmaması, qeyri-adekvat vəziyyətdə olması, sayıqlama, əlaqəsiz cümlələr kimi əlamətlərə malik olmuşdur. Ailə üzvlərindən toplanmış məlumatlara görə isə həmin xəstə iki gün əvvəl rinoseptoplastika əməliyyatı edilmiş, xəstə evə yazıldıqdan sonra evdə özünü narahat hiss etmiş, qusmuş, kəskin ağırlaşma olmuş, daha dəqiq qusduqdan sonra adekvatlılığını itirmişdir. Həmin xəstədə nevroloji əlamətlər olduğu üçün dərhal tərəfindən nevroloq Azər Quluzadə ilə telefon əlaqəsi saxlanılmışdır. Onunla konsultasiya etdikdən sonra qərara gəlmişlər ki, xəstə Zərərçəkmiş şəxs qan müayinəsi, beyin KT müayinəsi edilməlidir. Acil şöbəsində olan zaman xəstəyə droperidol, natrium xlorid fizioloji məhlul, relanium dərmanları yeridilmişdir. Bu dərman preparatları xəstənin vəziyyətinin ağırlaşmasına səbəb ola bilməz. Xəstənin ailəsindən əldə etdiyi məlumatlara görə xəstəyə ev şəraitində X31 həkimi dərman preparatları yeritmişdir. Həmin həkim tərəfindən xəstəyə diklofenak və Zofran dərman preparatları vurulmuşdur. Xəstə ilkin olaraq xəstəxanaya daxil olduqda xəstənin bu dərmanların səbəbindən şok vəziyyətinə düşməsinin əlamətləri xəstədə olmamışdır. Qan müayinəsi və KT müayinəsi aparıldıqdan sonra nevroloq Azər Quluzadə ilə konsultasiya aparılmış, xəstənin vəziyyətinin daha da ağırlaşmaması üçün həmin xəstə Acil şöbəsində sepsis, dəqiqləşdirilməmiş sayıqlama diaqnozu ilə reanimasiya şöbəsinə təhvil verilmişdir. Xəstə 1 saata yaxın Acil şöbəsində qalmışdır. Artıq xəstə Reanimasiya şöbəsində olan zaman müəyyən edilmişdir ki, həmin xəstədə kəskin meningit əlamətləri vardır. Çünki, həmin xəstə lumbal punksiya edilmiş və bədənindən alınmış maye tam iltihablı olmuşdur. Bu əlamət həmin xəstədə kəskin meningit olmasını göstərir. Həmin xəstəyə onun tərəfindən bütün zəruri ilkin tibbi yardım xidmətləri göstərilmişdir. Bütün səylərə baxmayaraq həmin xəstənin vəziyyəti getdikcə pisləşmiş və nəticədə xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs vəfat etmişdir. Təqsirləndirilən şəxs Aydın oğlunu tanımır. Onunla Zərərçəkmiş şəxs vəziyyəti barədə hər hansı müzakirəsi olmamışdır. Xəstəxanaya daxil olan zaman Zərərçəkmiş şəxs vəziyyəti onsuz da ağır vəziyyətdə olmuşdur. Həmin şəxs xəstəxanaya daha əvvəl gəlsəydi bəlkə də xəstəliyin qarşısı alına bilərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs o, əvvəllər tanımamış, onunla və ya onun ailəsi ilə hər hansı tanışlığı ədavəti və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs barəsində ona ilk dəfə xx.xx.2025-ci il tarixdə axşam saat 20 radələrində Şahid4 tərəfindən mobil telefon vasitəsilə məlumat verilmişdir. Xəstə barəsində ona deyilmişdir ki, digər tibb müəssisəsində rinoseptolastika edilmiş xəstə Zərərçəkmiş şəxs Acil şöbəsindən reanimasiya şöbəsinə gətirilmişdir. O, tapşırıq vermişdir ki, bütün müayinələr aparılsın və bir neçə saat ərzində ona dəqiq məlumat verilsin. Növbətçi həkimlə telefon danışığı zamanı əvvəl həmin xəstənin meningit olmasından şübhələnmişlər. Bu istiqamətdə tərəfindən müayinələr aparılmışdır. Sonra meningit diaqnozu öz təsdiqini tapmışdır. Bütün görülmüş reanimasyon tədbirlər Zərərçəkmiş şəxs adına olan xəstəlik tarixində təbii ki, öz əksini tapmışdır. Dərhal diaqnoz dəqiqləşdirildikdən sonra həmin xəstəyə antibiotik müalicəsinə başlanılmışdır. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə səhər saatlarında işə gələndə görmüşdür. Xəstənin vəziyyəti kritik ağır olmuşdur və təzyiqi dərmanların köməkliyi ilə saxlanılmış və beyin refleksləri qeyd edilməmişdir. Məhsəti xanımın ona verdiyi məlumata görə həmin əlamətlər xx.xx.2025-ci il tarixinə keçən gecə saat 04-05 radələrində baş vermişdir. Faktiki olaraq həmin xəstə koma vəziyyətində şöbədə saxlanılmışdır. xx.xx.2025-cı il tarixdə xəstə dünyasını dəyişmişdir. Bütün qeydlər xəstəlik tarixində qeyd edilmişdir. Zərərçəkmiş şəxs müayinə nəticələri, xüsusən baş beyinin KT müayinəsinin nəticələri barədə ilkin olaraq ona Şahid4 məlumat vermişdir. Bu barədə məlumatları sonuncuya radioloq vermişdir. Telefon vasitəsilə ona xəstənin burun nahiyəsində sınıqların olduğunu, həmçinin beyin ödeminin olduğunu demişlər. Bu isə meningitdən yaranmışdır, iltihablanma baş verməsindən xəbər vermişdir. xx.xx.2025-ci il tarixdə isə o, işə gələn zaman canlı müayinələrin nəticələrinə baxmış və onları təhlil etmişdir. Müəyyən etmişdir ki, xəstənin beyin refleksləri itmiş, təzyiqi dərmanlarla saxlanılmışdır. xx.xx.2025-ci il tarixdə KT müayinəsinin nəticəsində “frontal burun kökü səviyyəsində sümükdə kontur davamsızları” qeyd edilmişdir. Bu isə o deməkdir ki, həmin xəstənin alın sümüyündə sınıq vardır. Həmin sınığın necə yaranmasının müəyyən edilməsi onun ixtisas sahəsinə aid olmamışdır. Yəni ən son halda dəqiqləşdirilsə belə xəstənin müalicə planında hər hansı dəyişikliyə səbəb olmayacaqdır. Xəstə Zərərçəkmiş şəxs hospitala daxil olduqda onun ürəyinin atım gücü 20 % göstəricidə olmuş, bu, normal insanda 60% olmalı idi. Buna görə də həmin xəstədə ürək dayanması baş vermiş və dərhal reanimasiya şöbəsində həmin xəstəyə ürək masajı edilmiş və onun ürəyinin fəaliyyəti bərpa edilmişdir. Bütün bunlar həmin xəstənin meningitin fonunda toksiki şok və kəskin miokardit olmasından irəli gəlmişdir. Xəstə Zərərçəkmiş şəxs evdə hansı dərmanların yeridilməsindən məlumatsız olmuş, həmin xəstəyə xəstəxanada yeridilən dərmanlar isə xəstənin vəziyyətinin ağırlaşmasının səbəbi ola bilməz. İstintaq zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs rinoseptoplastika əməliyyatını həyata keçirən Təqsirləndirilən şəxs onun işlədiyi tibb müəssisəsində aparılmış Zərərçəkmiş şəxs başın KT müayinəsinin nəticəsində sınıq olmadığını bildirərək “İnsiagram" sosial şəbəkəsi vasitəsilə paylaşım həyata keçirmişdir. Təqsirləndirilən şəxs KT müayinəsinin nəticələrinin haradan, kimdən və nə vaxt əldə etməsini bilmir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun işlədiyi tibb müəssisəsinin reanimasiya şöbəsində müalicə olunan zaman həmin xəstəxanaya gələrək Zərərçəkmiş şəxs burnundan tamponları reanimasiya şöbəsində çıxarmış, həmin xəstənin vəziyyəti barədə məlumat almışdır. Qüvvədə olan təlimatlara əsasən hər bir tibb müəssisəsinin reanimasiya şöbəsinə yalnız südəmər körpələrin anaları daxil ola bilər. Təqsirləndirilən şəxs kimin icazəsi ilə daxil olması barədə məlumatsız olmuş, ona bu barədə heç kim heç nə deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs və onun ailə üzvlərini əvvəllər tanımamışdır. Onunla və onun ailə üzvləri ilə hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. Onun vəzifəsi texniki vasitələrlə xəstələrdə aparılan müayinələrin ( K T, Rentgen, USM, MRT) nəticələrini dəyərləndirib həmin dəyərləndirmə nəticəsində raporların hazırlanmasını həyata keçirməkdən ibarətdir. O, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs heç vaxt görməmişdir. Onun ailə üzvləri ilə hər hansı ünsiyyəti olmamışdır. xx.xx.2025-ci il tarixdə işdə olarkən “X34" hospitalının ümumi kompyuter sistemində adı sonradan ona məlum olan xəstə Zərərçəkmiş şəxs baş beyninin KT müayinəsinin görüntülərini dəyərləndirmişdir. Həmin görüntülərdə Zərərçəkmiş şəxs beynində ödem olması (beyində toxumasının şişməsi), rinoseptoplastika əməliyyatı edilmiş xəstə olması səbəbilə burun kökündə və burun sümüyü ilə alın nahiyəsinin kontur davamsızlıqları (alın nahiyəsində və burun kökü nahiyəsində sınıqlar olması), burun ətrafında bütün cipləri dolduran qanlar, havalar, maye sular, kəllə tabanında sınıq destruksiya olmaması müəyyən edilmişdir. KT müayinəsinin raporunda “Kəllə hissəsində sınıq və ya destruksiya izlənilməmişdir” ifadəsi burun və alın hissəsi ilə əlaqədar olmayan kəllə tabanında ənsə gicgah nahiyəsində hər hansı sınığın aşkar edilməməsinə görə yazılmışdır. Burun və alın nahiyəsində sınıqların izlənildiyi üçün nəticə hissəsində həmin hissədə kontur davamsızlıqlarının olması qeyd edilmişdir. KT müayinələrinin cavablarında əsas hissə nəticə hissəsi götürülür. Buna görə baş beyinin KT müayinəsinin nəticəsində aşkar edilmiş sınıqlar həmin müayinənin raporunun nəticə hissəsində qeyd edilmişdir. O, həmin xəstəni görməsə də, onun beynində ödem olmasından başa düşmüşdür ki, vəziyyəti kəskin ağır vəziyyətdədir. Həmin ödem bir çox hallarla (meningit və s.) əlaqədar yarana bilər. Həmin xəstənin baş beyninin KT müayinəsi hospitalda ümumilikdə 3 dəfə - xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə aparılmışdır. Hər bir müayinənin nəticəsində xəstənin alın nahiyəsində (sümükdə) deffektlərin olması qeyd edilmişdir. Tibb elmində deffektlər və davamsızlıqlar ifadələri sinonim ifadələr hesab olunur. Xəstə Zərərçəkmiş şəxs kəllə əsasında, tabanında, ənsə nahiyəsində hər hansı sınıq olmamış, yalnız burun və alın sümüyündə sınıq aşkar edilmişdir. Alın sümüyündə sınığı o görmüş, buna görə də KT müayinəsinin nəticəsində alın səviyyəsində kontur davamsızlıqları olmasını qeyd etmişdir. Həmçinin kəllə tabanında sınıq görmədiyi üçün o, KT müayinəsinin nəticəsində kəllə sümüyündə hər hansı sınıq olmamasını, destruksiya izləmədiyini qeyd etmişdir. Sonrakı KT müayinələrində də bu sınıqlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs müayinə nəticələrini haradan əldə etməsi barədə heç bir məlumatı yoxdur. Xəstənin burun hissəsində sınıqların çoxsaylı olmasını görmüşdür. Bundan əlavə həmin xəstənin alın sümüyündə sadəcə sınıq olmasını, həmin hissədə qan, maye, hava olmasını görmüşdür. Bütün bunları da KT müayinəsinin nəticəsində cəm halda kontur davamsızlıqları kimi qiymətləndirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs o, əvvəllər tanımamış, onunla və ya onun ailəsi ilə hər hansı tanışlığı ədavəti və ya düşmənçiliyi olmamışdır. xx.xx.2025-cü il tarixdə saat 18:15də Zərərçəkmiş şəxs kəskin ağır vəziyyətdə həyat yoldaşının idarə etdiyi avtomobilin arxa otaracağında huşsuz vəziyyətdə hospitalın Acil şöbəsinin qarşısına gətirilmişdir. Həmin vaxt Şahid6 hospitalın həyətində olmuşdur. Ağır vəziyyətdə xəstənin daxil olmasını görüb dərhal Zərərçəkmiş şəxs olduğu avtomobilə Acil şöbəsində olan əlil arabası ilə birlikdə yaxınlaşmışdır. Bu zaman Zərərçəkmiş şəxs əri və o, birlikdə huşsuz və qeyri-adekvat hərəkətlər edən Zərərçəkmiş şəxs avtomobildən çətinliklə əlil arabasına əyləşdirmişlər. Zərərçəkmiş şəxs üz nahiyəsində burnunda tampon olduğunu demişdir. Sonuncunu təcili olaraq Acil şöbəsinə aparmışdır. Ailə üzvlərinə isə qeydiyyat yerinə yaxınlaşması üçün göstəriş vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs ağır vəziyyətdə və huşsuz olmasını görüb daha çox əlil arabasında qalmaması üçün Acil şöbəsinin girişində daşınabilən çarpayıya uzatmışdır. Xəstəni bu halda Acil şöbəsinə təhvil vermişdir. O, Zərərçəkmiş şəxs avtomobildən düşürən zaman hospitalın girişində əlil arabası olduğu üçün o, xəstəni avtomobildən düşürüb Acil şöbəsinə qədər əlil arabası ilə gətirib daha sonra çarpayıya uzadılmasını həyata keçirmişdir. Həmin vaxt isə yanında ixtisaslı həkim olmadığını qeyd etmişdir. Məhkəmə istintaqı zaman dindirilmiş ekspert Şahid10 bildirmişdir ki, Nəsimi rayon prokurorluğunda Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə xx.xx.2025-ci il tarixli komisyon məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında və xx.xx.2025-ci il tarixli əlavə komisyon məhkəmə tibbi ekspertizasının təyin edilməsi haqqında qərarlar əsasında sədrliyi ilə ekspertiza tədqiqatı həyata keçirilmişdir. Ekspertiza zamanı mərhumə Zərərçəkmiş şəxs ölümünün səbəbi 04/MEŞ saylı ekspertiza rəyində göstərildiyi kimi sonuncunun burnunda icra edilmiş “rinoseptoplastika" əməliyyatının texniki icrası zamanı alın xəlbir sümüyünün sınması, bunun nəticəsində baş beyinin kəskin meninqoensefaliti, posttravmatik ensefalopatiyası olmuşdur. Toplanmış cinayət işinin sübutları, ifadələr, Zərərçəkmiş şəxs adına olan tibbi sənədlər və s. faktların geniş tədqiqi əsasında müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs “Rinoseptoplastika” əməliyyatını qüsurlu icra etməsi ilə Zərərçəkmiş şəxs ölümü arasında birbaşa olaraq səbəbli əlaqə mövcuddur. Həmin səbəbli əlaqə üzrə əsaslandırma tərəflərindən tərtib edilmiş 101 KEŞ və 307 KEŞ saylı ekspertiza rəylərində, xüsusən də 50-dən artıq suala cavab verilmiş 101 KEŞ saylı ekspertiza rəyində öz əksini tapmışdır. Səhiyyə Nazirliyinin Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş həkim otorinolarinqoloqun vəzifə öhdəliyinin müvafiq bəndlərində mövcud qaydalar və standartlar yazılı sənəddə öz əksini tapmamışdır. Standart və qayda dedikdə illərlə sınaqdan keçirilmiş metodlar, təcrübəyə əsaslanan qaydalar, bilik və bacarıqlar və s. nəzərdə tutulur. Ekspert komissiyasının üzvləri tədqiqatda iştirak edərkən qeyd edilənlərə, iş materiallarına, tibbi sənədlərin təhlilinə, müayinə nəticələrinin təhlilinə və s. əsaslanır. 307 KEŞ saylı xx.xx.2025-ci il tarixli ekspertiza rəyinin nəticə hissəsində komissiyada iştirak edən mütəxəssis və ekspertlər imza çəkmişdir. Təbii ki, onlar rəylə tanış olduqdan sonra rəyin nəticə hissəsinə imza çəkmişlər. Həmin mütəxəssis və ekspertlər rəyin bütün səhifələri ilə tanış olmuşlar. Qeyd edilən səhifələrə imza çəkilməməsinin səbəbi tərtibat səhvi olmuş, sonuncular qeyd edilən səhifələrdə imza çəkməyi unutmuşlar. 307 KEŞ nömrəli ekspertiza rəyi 101 KEŞ saylı ekspertiza rəyinə əlavə olaraq təyin edilmiş qərar əsasında tərtib edilmişdir. Həmin rəydə bütün səhifələr o da daxil olmaqla ekspert və mütəxəssislər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş ekspert “Etalon” Klinikasının direktoru, otorinolorinqoloq X9 verilən suallara cavab olaraq bildirmişdir ki, o, lor cərrahdır və bir çox əməliyyatlar həyata keçirmişdir. Lor cərrah olaraq onun praktikasında xəstə müayinə olunur, əməliyyat olunur və əməliyyatdan sonra xəstənin xəstəxanada saxlanma müddəti 12-24 saat ərzində nəzərdə tutulur. Kommersiya təşkilatı olduğu üçün vəziyyətindən asılı olaraq protokollara uyğun olaraq heç bir fəsad görünmürsə, xəstə müayinə olunub ambulator şəraitdə evə buraxılır. Xəstəyə təyinat verilir, evdə təyinatı alır. Xəstə evə gedən zaman əlavə heç bir müayinə aparılmır. Növbədə olan həkimin və tibb bacısının etdiyi təyinatın nəticəsindən xəstənin gecəni necə keçirməsi, temperaturun olub-olmaması, özünü necə aparması, parametrləri məlum olur, əlavə müayinə metodlarının aparılmasına ehtiyac olmur. Əgər xəstədə normativ qaydalardan kənar qusmalar varsa, qalxanda səndələyir, gözündə çəpləşmə varsa, göz torluğu yaranıbsa, başağrısı varsa, təzyiqi yuxarıdırsa, belə hallarda müayinələr aparılır. Əgər xəstənin saturasiyası, su içməsi, temperaturu normaldırsa, qusması yoxdursa, ayaqüstə dura bilirsə, səndələmə yoxdursa onu əlavə müayinə etməyə, heç qan analizinin alınmasına da ehtiyac yoxdur. Əgər xəstə ambulator evə buraxılırsa əgər işləyəndirsə xəstəlik tarixçəsinə də yazılır ki, poliklinikanın lor həkiminin nəzarətinə buraxılır. O, özü, ya da yaxınları lor həkiminə müraciət edərək bildirir ki, əməliyyat olunmuşdur, bülletenini göstərir, lazımdırsa bülletenini artırır. Ambulator nəzarət lor həkiminə tapşırılır. Lakin istənilən halda xəstə ilə əməliyyat həkimi də maraqlanmalıdır. Birbaşa onun evinə getməsə də, telefonla əlaqə saxlamaq olar. Xəstə evə gedərkən deyilir ki, əgər problem olarsa dərhal həkimi arasın. O, da aramışdır, həkim də cavablarını vermiş, aralarında dialoq olmuşdur. Ambulator nəzarəti poliklinika həkimi aparmalıdır, öz həkimi də nəzarətdə saxlamalıdır. Evdə baş verən hadisələri evdəkilər həkimə düzgün çatdırmalıdır ki, həkim bilsin. Əgər tavana baxır, cavab vermirsə, bu ciddidir, yoxsa adi bir adam da uzanan yerdən duranda huşu itir. Evdən düzgün deyilməlidir ki, həkim siz deyən kimi deyil, zəhmət olmasa gəlin baxın və götürüb aparın. Əgər onun özünün etdiyi əməliyyatla bağlı xəstənin ciddi simptomları – qusma, temperaturu olsa idi, o, xəstə ilə kontakta çıxardı, telefonla deyil, ən azından evinə gedərdi. Orada vəziyyəti qiymətləndirib stasionra götürərdi. Simptomların necə olması həkimə düzgün çatdırmalıdır. Ekspert rəyində yazılmış “müvafiq mayinələr aparılmamış”, “mövcud protokollara uyğun olmayıb” sözlərini o yazmamışdır. O, qarşısında olan suallara, məsələlərə dair yazılanlara imza etmişdir. O, rəydə ancaq otorinolorinqoloqa aid burun, boğaz ilə bağlı suallara cavab vermişdir, reanimotoloqun və anestezioloqun yazdıqlarına o, cavabdeh deyildir. Əməliyyatdan sonra xəstədə yüngül temperatur, ürək bulanma və baş ağrıları ola bilər. Narkoz alan xəstədə reflektor qusma da ola bilər. Əgər qusma baş verirsə, qusmanın forma və xarakteri var. Adi qusma ilə beyin əlamətinin qusması fərqli olur. Təcili yardım çağırılırsa onun işi yalnız iynə vurmaq deyil, əgər çağırılıbsa o, hərtərəfli təcili yardım göstərməlidir və xəstənin hazırkı statusunu qiymətləndirməli, lazım gəldikdə dərhal xəstəxanaya qaldırmalıdır. Əməliyyat etmiş həkim xəstənin vəziyyətinin ağırlaşmasını onun yanında olmasa deyə bilməz. Əməliyyat zamanı kobud icra dedikdə o nəzərdə tutulur ki, hansısa alət barmağın nəzarəti altından bir az çıxarsa ona kobud icra demək olur. Əməliyyatda istifadə olunan alətlər ona təqdim olunmuşdur. Osteotom adlı alətdə qoruyucu ola da bilər, olmaya da bilər. Əgər əməliyyat zamanı deffekt olarsa bundan heç bir cərrah, heç bir həkim sığortalanmamışdır. Burun sınması heç əməliyyat olmadan da, adi bir boks və avto qəza nəticəsində də yarana bilər ki, həmin vaxt xəstə ölmür. Çünki ona vaxtında X31 göstərilir. Qoruyucu təbəqəsi olan osteotomla hər hansı zədə hemotoma ola bilər, həmin hemotoma ölümə səbəb ola bilməz. Təşrihlə bağlı rəyi görmüşdür, orada göstərilən deffektlərlə tanış olmuşdur. Buruna təzyiq olursa, ola bilsin orda çat əmələ gəlsin, ona görə də dərhal onları əməliyyata götürmək olmaz, 6 aydan sonra əməliyyata götürülür, bu zaman infeksiyalar baş verə bilər. Sərt qişada zədə yoxdursa, zədələnmə yoxdursa meningit başqa yolla - kontakt, hemotogen və limfogen yolla keçə bilər. Həmçinin, xəstənin əməliyyat əvvəli və sonrası qrip viruslarının aktivləşməsi halında da keçə bilər. Adi əməliyyatdan sonra temperatur 37.4 olur, ancaq meningitdə 41 dərəcəyə yüksəlir. Meningit xəstəliyindən heç bir həkim sığortalanmamışdır. Bütün əməliyyatlarda hər an hər şey baş verə bilər, bütün xəstələrə fərdi qaydada yanaşmaq lazımdır. Meningitin olub-olmamasını rinoplastika əməliyyatı edən həkim bilə bilməzdi. Onu ancaq stasionar şəraitdə lumbar punksiya etməklə müəyyən etmək olar. Brudzinski deyilən əlamət var, əgər xəstədə onun əlamətləri vardırsa, onu evə heç kim buraxa bilməz. Meningitin yaranması birdən-birə əmələ gəlmir, onun əmələ gəlməsi üçün müəyyən vaxt lazımdır. Rinoplastikada alnın, burnun şişməsi, gözlərin qırağının göyərməsi hamıda olur. Bu normal haldır. “X34” xəstəxanasının materiallarından gördüyü qədər xəstə həmin xəstəxanaya ağırlaşmış formada getmişdir. Meningit bu tip əməliyyatlarda çox az rast gəlinən haldır. Əgər əməliyyat zamanı alın boşluğunun arxa divarı sındırılarsa meningit kontakt yolu ilə keçə bilər. Bütün əməliyyatlar, bütün müayinə metodları hamısı Səhiyyə Nazirliyinin əmri ilə protokollara əsaslanır. O, Sovet İttifaqı dövründə həmin dövrün səhiyyəsinin protokolları ilə işləmişdir, Səhiyyə Nazirliyinin lor cərrahın apardığı əməliyyatla bağlı kliniki protokolunu görməmişdir. Məcburi qaydada aparılan müayinələr və köməkçi müayinələr vardır. Həkimin özü xəstənin baxışına uyğun ilkin aparılacaq müayinəni mütləq aparmalıdır. Sual olunur ki, plastik əməliyyadan əvvəl niyə KT olunmayıb. Əgər xəstənin burnuna təzyiq olunubsa, xəstə bundan əvvəl cərrahiyyə əməliyyatı keçiribsə, burnuna hər hansı müdaxilə olunubsa, anadangəlmə hər hansı anomaliya varsa xəstə KT-yə göndərilir ki, bu əməliyyatda həkimə yol göstərsin. Amma adi hallarda əməliyyatdan əvvəl KT olunmaya da bilər. O, sənədlərə baxdığında 2 qan analizinin cavablarını, əməliyyatdan 35 gün əvvəlki, bir də əməliyyat günü olan qan analizlərini görmüşdür. Qan analizlərinin müayinəsi xəstənin əməliyyat aparılmasından maksimum 10 gün əvvəl müddətində olmalıdır. 10 gündən sonra onun bədənində hər hansı bir infeksiya olarsa üzə çıxır. Qan analizi verildikdən 2 saat sonra cavabı çıxır. Elə analizlər var bir saat ərzində çıxır. Qan analizlərinin də fərqi vardır. Elə analizlər var ki, o olmasa əməliyyat etmək olmaz. Osteotomu görmüşdür, stantarta uyğun olmuşdur. İnstrumentlər patenti olmamış onsuz da istifadə oluna bilməz. Onlar kifayət qədər sterilizasiya olunub götürülür. Xəstənin sağalması üçün birinci diaqnoz qoyulmalı idi. Meningit infeksiyasının, meninqoensefalitin qarşısı alınmalı idi. Onu lor həkimi bilə bilməzdi. Əgər meningitin əlamətləri varsa, Brudzinski və Kerniq simptomları, yüksək hərarət varsa, bunu təcili yardım həkimi də bilməli, onu xəstəxanaya aparmalı idi, hansı ki, həkim hospitalizasiyanı təklif etmişdi. Meningitin müalicəsini lor həkimi deyil, reanimasiyada reanimotoloqla birlikdə infeksionist etməli idi. Xəstə vaxtında müalicə olunsaydı, sağ qalardı. O, əməliyyatın qüsurlu olması barədə rəy verməmişdir. Burun cərrahı kimi onu deyə bilər ki, Təqsirləndirilən şəxs etdiyi əməliyyat rinoplastikaya uyğun olmuşdur. Kəllənin 3 qişası var, o, qişalar zədələnməsə infeksiya keçə bilmir. Ancaq burun divarında çat olanda ora maye gedir, xırda hematoma əmələ gəlir ki, bu da heç bir şeydir. İnfeksiya kontakt üsulu ilə keçməyib, qalıb orda, özünü büruzə verib, qusma, temperatur verib, xəbərdarlıq edib, o, müddətdə ona müdaxilələr vacib idi. Adi qulaqdan qan gələndə belə, istənilən burun sınanda belə və s. xəstə stasionara qoyulur. Güclü müdaxilə edilərək bir həftəyə, on günə çıxıb gedir. O, sənədlərə baxdığında müəyyən etmişdir ki, sümükdə çat var, xəstəni əvvəl birinci təcili yardım müayinə etmiş, sonra “X34” xəstəxanasına getmiş, oradan reanimasiyaya getmiş, orada hətta ürək təzyiqi də düşmüş, reanimasiyada bütün dünya səhiyyəsinə uyğun müayinələr, tədbirlər edilmişdir. Ona təqdim olunmuş sənədlərdə saatlar, ona uyğun müayinələr, ona uyğun lumbar punksiya, KT müayinələri hamısı düzgün səviyyədə olmuşdur. Huşun getməsi, verilmiş suallara adekvat cavab verməməsi, reaksiyalarının olmaması ciddi problemdir. Beyin 5 dəqiqə oksigensiz qaldıqda beyin ölümüdür. Ancaq o da ölüm demək deyil. Giriş qapısını nə yaradıb, nə olub deyə bilmir, ancaq deffekt baş verib deyə bu hadisə baş vermişdir. Sınıq ola bilsin ki, olsun, ancaq sınıq zamanı orada yaranan hematoma baş vermiş hadisənin nəticəsi ola bilməz. Burun boşluğunda olan adi maye, selik belə o deffektdən keçərsə, o da beyinə keçə bilməz, beyinin baryer funksiyası vardır. Sadəcə olaraq bunun ancaq limfogen və hematogen yolla itirilən vaxtdan sonra keçmə ehtimalı vardır. Hematogen yolla o deməkdir ki, qan dövr edən zaman gəlib yolda infeksiyanı götürüb gedir. Adi üzdə olan sızanağı sıxanda üz venaları durğunlamağa başlayır, çünki qan dövranı dayanır, sonra sinusa keçir, sinus iltihabı keçən kimi meningit başlayır və ölüm baş verir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş ekspert X32 PHŞin həkim radioloqu X7 verilən suallara cavab olaraq bildirmişdir ki, o, hazırkı cinayət işi üzrə keçirilmiş 101/KEŞ saylı komisyon məhkəmə-tibbi ekspertizasında ekspert kimi iştirak etmişdir. Əməliyyatdan sonrakı baş-beyin KT müayinəsi ona təqdim edilmiş və onun tərəfindən burun sümüyündə xəlbirəbənzər sümüyün zədələnməsini müşahidə etmişdir. Ona təqdim olunmuş diskin üzərində KT müayinəsinin hansı tarixə aid olduğu qeyd edilmişdir. Əməliyyatdan sonrakı sınıqları müşahidə etmiş, gördüyü sınıqlar rinoplastika əməliyyatına uyğun sınıqlar olmuşdur. O, bir ədəd diskə baxmış və meningitverici bir sınıq görməmişdir. Ekspert rəyində öz sahəsi ilə bağlı verdiyi rəyi təsdiq edir və yalnız öz rəyinə cavabdehdir. Meningit MRT müayinəsində və KT-də aşkar olunan bir xəstəlik deyil. Əməliyyat zamanı bir neçə sümüyün zədələnməsi normal bir hal kimi dəyərləndirilir. Alın cibində o franqmentlərin yerləşməsinin nə qədər düzgün olub-olmamasını lor həkimi özü bilir. Burun əməliyyatları barədə o, ümumiyyətlə o qədər məlumatlı deyildir. Ona görə də gördükləri əsasında deyə bilməz ki, burada mütləq meningit yaradan bir səbəb ola bilərdi. 101/KEŞ saylı ekspert rəyində qeyd olunmuşdur ki, alın sümüyündə kəllə əsasında keçən sınıq aşkar olunmuşdur, lakin o, həmin sınığı KT-də görməmişdir. Burun əməliyyatında xəlbir sümüyünün sınması mütləqdir, burun əməliyyatı olursa xəlbir sümüyü zədələnməlidir. Ona qaranlıq olan, alın cibinə xəlbirəbənzər sümüklərin keçə bilibbilməməsidir. O, alın cibində sağ tərəfdə sümük fraqmentləri görmüşdür. Lakin, onun nə dərəcədə təhlükə yaratdığını klinisistlər deyə bilər. O, alın sümüyünün ön divarında çatlar görmüşdür, arxa divarında görməmişdir. Alın sümüyünün arxa divarında çat yoxdursa kontakt yolu ilə meningitin yaranma ehtimalı azdır. Meningit limfogen, hematogen yolla yayıla bilər, bu, o demək deyildir ki, meningit sınıqdan keçmişdir. Rinoplastikada əməliyyatı nəticəsində meningitin əmələ gəlməsi hallarına çox az rast gəlinir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş ekspert AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X29 Birliyin Mərkəzi Məhkəmə- Tibb Ekspertizası şöbəsinin rəisi, məhkəmə-tibb eksperti X2 verilən suallara cavab olaraq bildirmişdir ki, o, hazırkı iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizası üzrə xx.xx.2025-ci il tarixli, 04/MEŞ saylı rəyini vermişdir. Bildirmişdir ki, meyitin təşrihinin aparılma qaydası belədir ki, ilkin olaraq xarici müayinə aparılır. Meyitin xarici müayinəsi paltarlardan başlayır. Paltarı yoxdursa meyitin boyu ölçülür. Onun bədən quruluş forması müəyyən olunur. Sonra meyitin soyuması əl ilə yoxlanılır, soyuyubmu, isti haldadır və yaxud hansı vəziyyətdədir, ondan sonra meyit qacıması yoxlanılır, əzələ daxilində, çənə və aşağı ətraflarda yoxlanılır, protokola qeyd olunur. Sonra meyit ləkələrinə baxılır, bədənin hansı hissəsində fiksasiya olunub, onun rəngi, intensivliyi qeyd olunur, barmaqla təzyiq olunur, onun avazıması və yaxud itməsi fiksasiya edilərək protokola qeyd olunur. Baş nahiyəsində baş tüklərinin ölçüləri, uzunluğu, sıxlığı, rəngi təyin olunur. Baş sümüklərinin, kəllə sümüklərinin palpasiyası, patoloji hərəkəti və yaxud da krepitasiyanın olub-olmaması fiksasiya olunur. Sonra xarici qulaq keçəcəklərində ifrazatın olub-olmamasına baxış keçirilir və fiksasiya edilir. Baş nahiyəsində müayinədə göz qapaqlarının forması, onun göz bəbəklərini örtməsi, bəbəklərin genişliyi, rəngi və orada olan qansızma və patoloji halların olub-olmaması protokolda qeyd olunur. Bundan sonra xarici burun nahiyəsində burunun deformasiyalı olub-olmaması, patoloji hərəkəti və krepitasiyası əllə yoxlanılır, ağız boşluğu, ağızın açıq və yaxud qapalı olması, dilin dişlərin arasında sıxılıb-sıxılmaması, dişlərin forması, dilin ağız boşluğunda sərbəst və hansı formada yerləşməsi fiksasiya olunur, ağız boşluğundan, burun dəliklərindən ifrazatın olub-olmamasına baxılır. Ondan sonra üz skeleti sümüklərində əl ilə çənə sümüklərinin hər hansı bir patoloji hərəkətinin olub-olmaması yoxlanılır, sonra boyun nahiyəsinə keçilir, boyunda patoloji hərəkətliliyin olub-olmaması, boyun nahiyəsində qansızmaların və yaxud da hər hansı bir mexaniki təsirdən dəridə patologiyaların, travmatik izlərin olub-olmaması fiksasiya edilir. Sonra döş qəfəsinin quruluş forması, qabırğaların patoloji hərəkətliliyi yoxlanılır, süd vəzilərinin forması, gilələrin rəngi göstərilir. Sonra qarın hissəyə keçirilir, qarının qabırğa qövsləri səviyyəsində və yaxud da ondan aşağıda olub-olmaması fiksasiya edilir, əllədikdə yumşaq və yaxud bərk olması yoxlanılır. Ondan sonra xarici cinsiyyət üzvlərində dəyişikliyin, ifrazatın olub-olmaması yoxlanılır. Sonra aşağı və yuxarı ətrafların forması, onların inkişafı, bədənə uyğun olub-olmaması, sümüklərin tamlığı yoxlanılır və protokolda qeyd edilir. Ondan sonra bədəndə hər hansı bir xəsarət varsa, onlar fiksasiya edilib protokola qeyd olunur. Ondan sonra daxili müayinəyə keçilir. İlkin olaraq baş nahiyəsində kəsik aparılır, sağ, sol qulaq arxası nahiyədən sağdan sola doğru qövsvari kəsik aparılır, başın yumşaq toxumaları önə və arxaya soyulur, tam soyulduqdan sonra onun vəziyyətinə qiymət verilir, ondan sonra gicgah əzələləri kəsilərək ayrılır, onun toxumasına baxış keçirilir, gicgah əzələlərində qansızmanın olub-olmaması haqqında qeydiyyat aparılır. Ondan sonra kəllə boşluğu mişarlanır, alnın qabaq nahiyəsindən aparılaraq ənsə qabaq nahiyəsinə kimi dairəvi şəkildə kəllə sümükləri açılır, kəllə sümüklərinin təpə və alın kəsikləri boyunca qansızmaların, hər hansı travmatik xüsusiyyətlərin olub-olmaması fiksasiya edilir, gicgah, alın, ənsə sümüklərinin kəsik mişarlama xətti üzrə qalınlığı yazılır, santimetrlə ölçülərək fiksasiya edilir və protokola qeyd edilir. Sonra beynin əsası ilə sərt qişa sümük toxumasına bitişməlidir, yoxsa bitişməli deyil, ona uyğun mümkün surətdə ayrılaraq soyulur, ondan sonra beyinin ön buynuzlarından tutularaq beyin soyulur, tam çıxarılaraq masa üzərinə qoyulur. Beyinin xarici səthində hər hansı bir qansızmanın, yəni yumşaq qişalarda qansızmanın, patoloji ərp və ya digər hər hansı bir görüntünün, doluqanlılığın, azqanlılığın və yaxud da şırımların dərinliyi, eləcə də sağ və sol yarımkürələrin simmetrikliyi ilə əlaqədar makroskopik görüntülər fiksasiya edilir. Ondan sonra beyinin müayinəsindən əvvəl kəllə əsasına baxış keçirilir, kəllə əsasından soyularaq sərt qişa xaric edilir, kəllə əsasında olan sümüklərin struktur formalarının normal qaydada olub-olmaması, onlarda hər hansı bir travmatik zədənin olub-olmaması və yaxud da hər hansı bir törəmənin və digər patoloji görüntülərin olub-olmamasına makroskop yolla baxılır, ondan sonra beynin müayinəsinə keçilir. Beyin yarımkürələrinin sağ və sol yan mədəcikləri təşrih bıçağı ilə açılır, yan mədəciklərdə olan beyin mayesinin miqdarı fiksasiya edilir, onun rəngi və miqdarı barədə protokolda qeyd aparılır, sonra üçüncü mədəcik və digər hissə ayrılaraq kəllə əsasına baxış keçirilir, beyin maddəsinin konsistensiyasına, onun toxumasında kəsik aparılaraq hər hansı bir qansızmaların və yaxud da hər hansı bir şiş törəməsinin, əvvəllər keçirdiyi bir patologiyanın olub-olmamasına baxış keçirilir. Dilimvari kəsiklər aparıldıqdan sonra beyin toxumasında doluqanlılıq və yaxud azqanlılığın olub-olmaması müəyyən olunur. Ondan sonra beyin maddəsindən biomateriallar kəsilərək götürülür, bura uzunsov beyin də daxildir. Boyun fəqərəsindən diş çıxıntısının tamlığı yoxlanılır, ondan sonra onurğa sütununda olan onurğa beyninin, uzunsov beyinin hissələri, həm beyinin sağ və sol yarımkürələrindən, bura eləcə də yumşaq qişa, sərt qişa, beyin maddəsi aiddir, histoloji tədqiqat üçün biomateriallar götürülərək qablaşdırılır. Ondan sonra döş qəfəsinə keçilir. Çənəaltı nahiyədən başlayaraq göbəyi soldan əhatə etməklə qasıq nahiyəsinədək orta xətt boyunca kəsik aparılır. Döş qəfəsi orqanlarından yumşaq toxumalar sağ və sol hissələrə ayrılır. Döş xaric edilir, ürək kisəsində sağ və sol boşluqlarına baxış keçirilir, yəni konsistensiyasına, içərisində hər hansı bir mayenin toplanıb-toplanmamasına fikir verilir, ondan sonra qabırğalara bir-bir, içəridən və öndən qabırğa səthlərinə bir daha baxış keçirilir, hər hansı bir travmatik və ya patoloji halların olub-olmamasına qiymət verilir. Sonra orqan kompleksinin kəsik aparılaraq əvvəlcə ağız boşluğuna yeridilmiş boşluqdan təşrih bıçağı ilə serkulyar şəkildə toxumalar ayrılır, toxumalar ayrıldıqdan sonra dil və yuxarı tənəffüs yolları, eləcə də ağciyərlər, ürək, bağırsaqlar, aşağı hissədə diafraqma, kəsilərək ayrılır, bağırsaqlar, eləcə də daxili üzvlər, üstündə ürək, ağciyərlər, mədəaltı vəz, dalaq və böyrəklər, eləcə də bağırsaqlarla birlikdə orqan kompleks çıxarılır və masa üzərinə qoyulur. Sonra ilkin müayinə başlanılır, dilə baxış keçirilir, kəsiklər aparılır, dildə olan hər hansı bir patologiyalar fiksasiya edilir, dildən hissələr götürülür. Sonra yuxarı tənəffüs yollarına keçilir, udlaq nahiyərləinə baxış keçirilir, yumşaq toxumalarda qansızmaların olub-olmaması, kənardan hər hansı bir təzyiqin olub-olmaması yoxlanılır. Sonra aortada kəsik aparılır, aortanın rənginə, içərisində maneənin, trombun olubolmamasına fikir verilir, aortanın iltihab qişasına bir daha baxış keçirilir və o soyularaq ayrılır. Sonra qida borusuna keçilir. Qida borusunun selikli qişasına baxış keçirilir, selikli qişasında rəng göstəriciləri, yansımanın olub-olmaması yoxlanılır. Sonra yuxarı tənəffüs yollarında kəsik aparılır, traxeya yoxlanılır, bronxlarda hər hansı bir patologiyanın, eləcə də qansızmaların olub-olmaması yoxlanılır. Ondan sonra ürəyin sağ mədəciyindən kəsik aparılır, həmin nahiyədən ağciyər arteriyalarının mənfəzlərinə girilir. Hər hansı bir patologiya aşkar olunarsa həmin nahiyə kəsilərək götürülür. Sonra ürək boşluqları sağdan sol istiqamətə açılır, dörd kameranın hamısı açılır, qansızmaların olub-olmamasına baxış keçirilir, aparılmış müayinə sahələrindən hissələr kəsilərək histoloji tədqiqata göndərilməsi üçün qaba qoyulur. Sonra ağciyərlərə keçilir. Konsistensiyası yoxlanılır, ödəmin olubolmaması, iltihabi proseslərin gedib-getməməsi yoxlanılır, aşağı hissələrdən, sağ və sol paydan kəsiklər götürülərək su dolu qaba qoyulur, təmiz suda hansı hissənin batıbbatmamasına qiymət verilir, pnevmoniyanın olub-olmaması müəyyən edilir və həmin hissələr histoloji tədqiqat üçün götürülür. Ağciyərlərdən sonra diafraqmanın vəziyyətinə baxılır, diafraqmaya baxış keçiriləndən sonra mədəaltı vəzə baxılır. Hər bir orqanın ölçüləri götürülür. Daha sonra qaraciyərin ölçüləri, forması, onun rəng göstəriciləri, təşrih kəsiyi aparılaraq orada post-op dövrə uyğun dəyişiklərin olub-olmaması yoxlanılır, öd kisəsinə baxış keçirilir, öd kisəsində patoloji halların olub-olmamasına qiymət verilir və hissələr götürülür. Sonra dalağın müayinəsi aparılır, ölçüləri götürülür, konsistensiyasına baxılır və hissələr götürülərək histoloji tədqiqat üçün fiksasiya edilib saxlanılır. Sonra böyrəklərə baxış keçirilir, sağ və sol böyrəklərin toxumasının konsistensiyası, bərkliyi yoxlanılır, içərisində olan morfoloji görüntülər qiymətləndirilir, hissələr götürülür. Sonra bağırsaqlara keçilir. Bağırsaqlar açılır, hissələr götürülür. Ondan sonra uşaqlığa baxılır, forması, ölçüsü, konsistensiyası yoxlanılır, uşaqlıq boşluğu açılır, hamiləliyin olub-olmaması müəyyən olunur, oradan hissələr götürülür. Sonra meyitin boşluqlarına tam baxış keçirilir, patoloji qoxunun gəlib-gəlməməsinə fikir verilir, daha sonra meyit tikilərək transportirovkası üçün hazırlanır. Ondan sonra təqdim olunmuş tibbi sənədlərə baxış keçirilir, tibbi sənədlərdə aparılmış hər hansı müalicənin və müayinənin nəticələri oxunur, nəticələrə uyğun olaraq meyitdə aşkar olunmuş patoloji görüntülərin və tibbi sənədlərdə olan uyğunsuzluqların klinik və anatomik diaqnostikası ilkin olaraq yazılır. Ondan sonra aşkar olunmuş post-op dəyişikliklər yazılır, qiymətləndirilir, ilkin diaqnoz kimi çıxarılır. Zərərçəkmiş şəxs meyitinin təşrihi tərəfindən aparılmış və ekspert rəyində gəldiyi nəticəni qeyd etmişdir. Ekspert rəyini təsdiq edir və verdiyi rəyə tam cavabdehdir. Zərərçəkmiş şəxs ölümünün bilavasitə səbəbi Təqsirləndirilən şəxs tərəfindən aparılmış rinoseptoplastika cərrahiyyə əməliyyatının kobud texniki icrası, yəni mexaniki təsir zamanı burun, xəlbir və alın sümüklərinin ön kəllə çuxuru ilə əlaqəli sınığı nəticəsində inkişaf etmiş kəskin meninqoensefalit, posttravmatik ensefalopatiya olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild l, i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:17 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur (cild ll, i.v.67-68); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild ll, i.v.108-109); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-49/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 13 aprel 2025-ci il tarixədək müəyyən edilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 21 yanvar 2025-ci il tarixdən, saat 15:17-dən hesablanmışdır (cild ll, i.v.126-131); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild lV, i.v.89-90); - “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elşən Abbasov tərəfindən Bakı şəhəri Nəsimi rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay, yəni 13 iyun 2025-ci il tarixədək uzadılmışdır (cild lV, i.v.158-159); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-205/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay müddətinə, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır (cild lV, i.v.171-178); - “Mərcan Medicare” Klinikasından Nəsimi rayon prokurorluğuna göndərilmiş xx.xx.2025-ci il tarixli 024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs rəsmi əmək müqaviləsi əsasında həkim otorinolarinqoloq vəzifəsində işləmişdir. Fəaliyyəti ilə bağlı lisenziyası var. Müsbət xarakterizə edilmişdir. Həmin məktuba əlavə edilmiş xəstəlik tarixindən görünür ki, Zərərçəkmiş şəxs “Mərcan Medicare” Klinikasında Təqsirləndirilən şəxs tərəfindən rinoseptoplastika əməliyyatı edilmişdir. Zərərçəkmiş şəxs qeydə alan kamera görüntüləri (cild l, i.v.81-158); - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer ünvan 7 ünvanında yerləşən “X34” Hospitalın 2-ci mərtəbəsində yerləşən reanimasiya şöbəsinin 7 nömrəli palatasıdır. Baxış zamanı meyitin xx.xx.1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məxsus olduğu müəyyən edilmiş. Meyit üzərində gözlə görülə bilən xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Meyit ətraflı xarici və daxili müayinə olunması üçün MTE və PAETT birliyinə göndərilmişdir. Baxış zamanı hər hansı əşya və ya predmet götürülməmişdir (cild l, i.v.9-13); - “Meyitə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs meyitinə MTE və PA Birliyinin Mərkəzi ekspertizalar şöbəsinin rəisi, məhkəmə-tibbi eksperti Ceyhun Allahverdiyevin iştirakı ilə keçirilən baxış zamanı meyitin bədən səthində tibbi manipulyasiya nahiyələri istisna olmaqla digər xəsarət aşkar edilməmişdir. Meyitə baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild l, i.v.18-19); - “Mobil telefon vasitəsilə “İnstagram” və “Facebook" sosial şəbəkələrində Təqsirləndirilən şəxs adlı hesablara baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, “İnstagram” sosial şəbəkəsində “dr_sanan_mehdiyev” adlı hesaba baxış keçirilən zaman 96.000-dən artıq izləyicinin qeyd edilən hesabı izləməsi, həmin hesabda çoxsaylı şəxslərin üz burun hissəsinin fotoşəkillərinin çəkilməsi, həmin hesaba yerləşdirilməsi müəyyən edilmişdir. “Facebook” sosial şəbəkəsində “Burun plastikası_Təqsirləndirilən şəxs” adı hesaba baxış keçirilən zaman həmin hesabda mobil nömrələrin yerləşdirilməsi, çoxsaylı şəxslərin üz və burun hissəsinin fotoşəkillərinin çəkilməsi, həmin hesaba yerləşdirilməsi görünür. “İnstagram” sosial şəbəkəsində “dr_sanan_mehdiyev” adlı hesaba baxış keçirilən zaman Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs burun əməliyyatından əvvəl və sonra vəziyyəti, analizlərin cavablarının olması, həmin cavabların Təqsirləndirilən şəxs tərəfindən ictimaiyyətə göstərilməsi, Zərərçəkmiş şəxs kəllə beyninin sümüyündə heç bir deformasiyanın, sınığın olmamasını bildirməsi aşkar edilmişdir. Video yerləşdirildikdən sonra həmin videonu silməsi müəyyən edilmişdir. Bundan başqa baxışda iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. 01 ədəd kompakt disk və fotoşəkillər protokola əlavə edilmişdir (cild l, i.v.24- 27); - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs və X6 mobil telefonlarına baxış keçirilmiş və Zərərçəkmiş şəxs istifadəsində olan “İphone” markalı mobil telefonun “Whatsap” tətbiqinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs “Dr Təqsirləndirilən şəxs Asistan” adlı “***-***-**-**” mobil nömrəsinə xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə səsli mesajlaşmalar, mətn yazışmaları göndərmişdir. WhatsApp Audio 2025-01- 16 at 12.28.42 adlı faylda olan səs yazısında həkim Təqsirləndirilən şəxs köməkçisi Mələkxanım adlı qadının Zərərçəkmiş şəxs müraciət edərək analizlərin cavablarını “Mərcan Medicare” Klinikasına yaxınlaşaraq əldə edə biləcəyini deməsi, WhatsApp Audio 2025-01-16 at 12.28.43 adlı faylda olan səs yazısında Zərərçəkmiş şəxs Mələkxanım adlı qadına müraciət edərək analizlərin cavablarının elektron qaydada göndərilməməsindən narazı olduğunu, işi ilə bağlı vaxtının məhdud olmasını deməsi, WhatsApp Audio 2025-01- 16 at 12.28.43 adlı faylda olan səs yazısında X5 Mansurluya cavab olaraq analizlərin cavablarının onun özündə olmadığını deməsi öz əksini tapmışdır. Digər səsli ismarıclarda əməliyyat vaxtının müəyyənləşdirilməsi, müvafiq təlimatlandırma aparılması öz əksini tapmışdır. MG_4244, İMG_4245, İMG 4246 adlı fayllarda olan şəkillərdə əməliyyatdan sonra təlimatlandırma öz əksini tapmışdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs hüquqi varisi Fərid Mansurlu bildirmişdir ki, qeyd edilən yazışmalar Zərərçəkmiş şəxs ilə Mələkxanım Axundzadə arasında olmuş, yuxarıda qeyd edildiyi kimidir. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 istifadəsində olan “İphone 16 pro max” markalı mobil telefonun “Whatsap” tətbiqinə baxış keçirlən zaman “Senorita” adı ilə qeyd etdiyi arvadı Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə saat 09:03-də əməliyyatdan əvvəl fotoşəklini çəkərək ona göndərməsi, həmin tarixdə əməliyyatdan sonra saat 22:02-də Zərərçəkmiş şəxs yenidən fotoşəkilini çəkərək ona göndərməsi görünür. Baxış zamanı iştirak edən X14 əməliyyatdan sonra Zərərçəkmiş şəxs əməliyyat edildiyi burun nahiyəsi ilə əlaqəsi olmayan hissənin kəskin şişdiyini, fotoşəkli çəkdikdən sonra Nəzrinlə həmin gün telefon əlaqəsi zamanı sonuncunun alın nahiyəsində dözülməz ağrılar olmasını dediyini qeyd etmişdir. Hər iki mobil telefonda olan məlumatlar 01 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir (cild l, i.v.70-76); - ““Mərcan Medicare" Klinikasından təqdim edilən fləşkartdakı məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, fləşkartın yaddaşında 9 ədəd fayl mövcuddur. 03.01 - əməliyyatxana adlı faylda olan Camera 15_172.16.50.21_172.16.50.21_ **********2152_**********0459_265204 adlı görüntülərdə Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə saat 13:31-də əməliyyata daxil olması, Camera15_172.16.50.21_ 172.16.50.21_**********0459_**********4758_335713 adlı görüntülərdə Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə saat 17:40-da həkim Təqsirləndirilən şəxs əməliyyat otağından çıxması görünür. Həmin görüntülərə baxış keçirilən zaman Namiq adlı həkimin Zərərçəkmiş şəxs anesteziologiyadan oyandırması görünür. 17:55-də əməliyyat tam başa çatır, Zərərçəkmiş şəxs əməliyyat otağından palataya köçürülür. 03.01 - Stansionar adlı faylda olan Camera14_172.16.50.20_172.16.50.20_ **********3545_**********3659_24686524 adlı görüntülərdə xx.xx.2025-ci il tarixdə saat 17:35-də Zərərçəkmiş şəxs palataya tibb bacısının köməkliyi ilə köçürülməsi görünür. 04.01 - Yoldaşi maşinnan giriş faylda olan Camera15_172.16.50.22_172.16.50.22_ **********1405_**********1600_24278597 adlı görüntülərdə xx.xx.2025-ci il tarixdə saat 08:14-də Zərərçəkmiş şəxs əri Fərid Mansurlunun avtomobili ilə “Mərcan Medicare” Klinikasının avtomobil dayanacağına gəlməsi, klinikaya daxil olması görünür. 04.01 - 2 MERTEBE STANCİONAR çıxış adl faylda olan Camera9_172.16.50.21_ 172.16.50.21_**********0500_**********0759_172806302 adlı görüntülərdə xx.xx.2025-ci il tarixdə 09:05-də Zərərçəkmiş şəxs tibb bacısının köməkliyi ilə xəstəxanadan əri Fərid Mansurlu ilə yola salınması görünür. 04.01 - 2 MERTEBE LİFT çıxış adlı faylda olan Camera 31_172.16.50.22_172.16.50.22_ **********5848-**********0159_171846978 görüntülərdə Zərərçəkmiş şəxs əri Fərid Mansurlu ilə birlikdə klinikanın ikinci mərtəbəsində liftə daxil olması görünür. 04.01 - 1 MERTEBE LİFT çıxış adlı faylda olan Camera 1_172.16.50.21_172.16.50.21_ **********0622_**********0859_172386061 görüntülərdə Zərərçəkmiş şəxs əri Fərid Mansurlu ilə xəstəxananın 2-ci mərtəbəsindı liftdən çıxması görünür. 04.01 - 1 MERTEBE CİXİS adlı faylda olan Camera 3_172.16.50.22_172.16.50.22_ **********0000_**********0200_172170744 görüntülərdə Zərərçəkmiş şəxs əri Fərid Mansurlu ilə klinikanı tərk etməsi görünür. 04.01 - 1 MERTEBE RECEPSİON çıxış adlı faylda olan Camera 5_172.16.50.22_ 172.16.50.22_**********0000_**********0200_172079626 görüntülərdə Zərərçəkmiş şəxs klinikanı tərk etməsi görünür. 04.01 - 1 MERTEBE PARKİNG çıxış adlı faylda olan Camera 15_172.16.50.22_ 172.16.50.22_**********0008_**********0259_172556090 görüntülərdə xx.xx.2025-ci il tarixdə saat 09:06-da Zərərçəkmiş şəxs əri Fərid Mansurlu ilə birlikdə avtomobilə əyləşərək klinikanı tərk etməsi görünür (cild l, i.v.162-163); - ““X34" Hospitalında olan kamera görüntülərinə baxış keçirilməsi barədə” xx.xx.2025-cü il tarixli protokoldan görünür ki, “X34” xəstəxanasının 7-ci mərtəbəsində yerləşən və xüsusi şəkildə mühafizə olunan nəzarət otağında 3 monitor vardır. xx.xx.2025ci il tarixli saat 06:15 radələrində Zərərçəkmiş şəxs əlil arabasında qeyri- adekvat hərəkətlərlə oturmuş halda tibb qardaşının köməkliyi və həyat yoldaşı Fərid Mansurlu və qayınanasının iştirakı ilə “X34” xəstəxanasının Acil şöbəsinə gəlirilmişdir. Acil şöbəsində aparılan tibbi xidmətlərdən sonra digər kamera görüntüsünə baxdıqda müəyyən edilmişdir ki, həmin tarixdə saat 07:53 radələrində Zərərçəkmiş şəxs reanimasiya şöbəsinə huşsuz vəziyyətdə gəlirilmişdir. Daha sonra müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 01:22-də Zərərçəkmiş şəxs ağ rəngli örtüyə bükülmüş halda “X34” xəstəxanasının reanimasiya şöbəsindən çıxarılaraq morqa təhvil verilmişdir. 01 ədəd kompakt disk cinayət işinə əlavə edilmişdir (cild l, i.v. 166-167); - ““X34" Hospitalında olan kamera görüntülərinə əlavə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, “X34” xəstəxanasının 7-ci mərtəbəsində yerləşən və xüsusi şəkildə mühafizə olunan nəzarət otağında 3 monitor vardır. xx.xx.2025ci il tarixli saat 06:15 radələrində Zərərçəkmiş şəxs əlil arabasında qeyri-adekvat hərəkətlərlə oturmuş halda tibb qardaşının köməkliyi və həyat yoldaşı Fərid Mansurlu və qayınanasının iştirakı ilə “X34" xəstəxanasının Acil şöbəsinə gətirilmişdir. Acil şöbəsində aparılan tibbi xidmətlərdən sonra digər kamera görüntüsünə baxdıqda müəyyən edilmişdir ki, həmin tarixdə saat 07:53 radələrində Zərərçəkmiş şəxs reanimasiya şöbəsinə huşsuz vəziyyətdə gətirilmişdir. 08:20-də Zərərçəkmiş şəxs həkimlərin köməkliyi ilə reanimasiya şöbəsində çarpayıya uzadılması görünür. Görüntülərin hamısında Zərərçəkmiş şəxs alın nahiyəsinin kəskin şişməsi, huşsuz qeyri-adekvat vəziyyətdə olması görünür. 01 ədəd kompakt disk cinayət işinə əlavə edilmişdir (cild ll, i.v.209-210); - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X1 istifadəsində olan “İphone 14 pro” markalı mobil telefona sonuncunun iştirakı ilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə nə Zərərçəkmiş şəxs tərəfindən, nə də ki, zərərçəkmiş şəxsin əri Fərid Mənsurlu tərəfindən Mələkxanım Axundzadənin istifadəsində olan “***-***-**-**” mobil nömrəsinə zəng daxil olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə sonuncu danışıq “Ev” adlı şəxslə saat 21:45-də baş tutmuşdur. Daha sonra xx.xx.2025-ci il tarixə aid olan zənglərə baxdıqda müəyyən edilmişdir ki, saat 12:14-də “Nəzrin xx.xx.2025" adlı istifadəçi (Nəzrlin Mansurlunu bu adla qeyd etmişdir) tərəfindən zəng daxil olmuş və 1 dəqiqə danışılmış, həmin tarixdə saat 12:29-da Fərid Mansurlunun istifadəsində olan “**********" mobil nömrəsindən Mələkxanım Axundzadənin istifadəsində olan mobil nömrəyə zəng daxil olmuş və 2 dəqiqə danışılmış, ardınca həmin tarixdə saat 12:32-də “Senan Dr” adlı şəxsə (Təqsirləndirilən şəxs bu adla qeyd etmişdir) zəng edilmiş və 52 saniyə danışılmış, bir qədər keçdikdən sonra saat 12:35-də “Senan Dr" adlı şəxs tərəfindən zəng daxil olmuş və 14 saniyə danışılmış, yenidən xx.xx.2025-ci il tarixdə saat 13:46 və saat 14:10-da Mələkxanım Axundzadə tərəfindən Fərid Mansurlunun istifadəsində olan mobil nömrəyə 2 dəfə zəng edilmiş və 2 dəqiqə danışılmış, son olaraq isə xx.xx.2025-ci il tarixdə Mələkxanım Axundzadə tərəfindən “Senan Dr” adlı istifadəçiyə saat 16:34 və saat 16:37də 2 dəfə zəng edilmiş və ümumilikdə 2 dəqiqə danışılmışdır. Mobil telefonda olan məlumatlar 01 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir (cild lll, i.v.1); - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X6 istifadəsində olan “İphone 16 pro max” markalı mobil telefona sonuncunun və onun nümayəndəsi Nümayəndə1 iştirakı ilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə “Dr. X19” adlı istifadəçiyə (Mələkxanım Axundzadəni bu adla qeyd etmişdir) saat 23:36-da zəng etmiş və 1 dəqiqə danışmış, növbəti gün xx.xx.2025-ci il tarixdə saat 11:12-də yenidən Mələkxanıma zəng edilmiş və 1 dəqiqə danışılmış, 11:13-də isə X8 zəng edərək 38 saniyə danışmışdır. Həmin tarixdə saat 11:36-da yenidən Mələkxanıma zəng etmiş və 2 dəqiqə danışmış, daha sonra saat 12:29-da bir daha Mələkxanıma zəng edərək 2 dəqiqə danışmış, bir müddət sonra saat 12:36-da X13 zəng edərək 18 saniyə danışdıqdan sonra saat 12:37-də “**********" mobil nömrəsinə (Təqsirləndirilən şəxs istifadəsindədir) Fərid Mansurlu zəng etmiş və 10 dəqiqə danışmışlar, həmin tarixdə saat 13:46-da Təqsirləndirilən şəxs köməkçisi Mələkxanım Axundzadə zəng etmiş və 2 dəqiqə danışmış, bir qədər sonra Mələkxanım Axundzadə saat 14:10-da yenidən zəng edərək 18 saniyə danışmışlar, daha sonra saat 16:29-da X28 Mehdiyevə zəng edərək 1 dəqiqə danışmış, bundan sonra saat 21:38 və 21:41-də 2 dəfə Təqsirləndirilən şəxs Fərid Mansurluya zəng vurmuş və ümumilikdə 3 dəqiqə danışmışlar, son olaraq isə saat 21:45-də X28 Mehdiyevə zəng vurmuş və 2 dəqiqə danışmışlar. Növbəti gün xx.xx.2025-ci il tarixdə saat 00:26-da Təqsirləndirilən şəxs Fərid Mansurluya zəng vurmuş və 6 dəqiq danışdıqdan sonra saat 00:40-da bir daha zəng vuraraq 5 dəqiqə danışmışlar. Mobil telefonda olan məlumatlar 01 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir (cild lll, i.v.2-3); - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunana diskə baxış zamanı müəyyən olunmuşdur ki, ********** saylı nömrə Təqsirləndirilən şəxs adına qeydiyyatda olmaqla onun istifadəsində olmuşdur. ********** saylı nömrəyə dair məlumatlara baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən sms aşkar edilməmişdir. Baxış zamanı ********** saylı nömrə ilə X1 istifadəsində olmuş ********** saylı nömrə arasında olmuş zənglərə baxış keçirdikdə müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə heç bir danışıqları olmamış, lakin xx.xx.2025-ci il tarixdə mütəmadi olaraq zəngləşmişlər. Baxış zamanı ********** saylı nömrə ilə X6 istifadəsində olmuş ********** saylı nömrə arasında olmuş zəngələrə baxış keçirdikdə müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə heç bir danışıqları olmamış, lakin xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə mütəmadi olaraq zəngləşmişlər (cild lll, i.v.170-171); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Fərid Mansurlu tərəfindən Nəsimi rayon prokurorluğuna təqdim edilmiş 01 ədəd diskə baxış zamanı diskdəki 01 ədəd fayldakı görüntüdə mərhum Zərərçəkmiş şəxs çətinliklə nəfəs alması görünür. Baxışda iştirak edən Fərid Mansulu bildirmişdir ki, həmin görüntülər onun özü tərəfindən öz mobil telefonu vasitəsilə xx.xx.2025-ci il tarixdə saat 18:25-də qeydə alınmışdır. Həmin görüntüləri “X34" hospitalının təcili yardım şöbəsində çəkmişdir (cild lll, i.v.257-258); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Fərid Mansurlu tərəfindən Nəsimi rayon prokurorluğuna təqdim edilmiş 01 ədəd diskə baxış zamanı diskdəki 01 ədəd fayldakı görüntüdə mərhum Zərərçəkmiş şəxs çətinliklə nəfəs alması, qeyri-adekvat hərəkətlər etməsi görünür. Baxışda iştirak edən Fərid Mansulu bildirmişdir ki, həmin görüntülər onun özü tərəfindən öz mobil telefonu vasitəsilə xx.xx.2025-ci il tarixdə saat 11:51-də qeydə alınmışdır. Həmin görüntüləri yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşən mənzilində çəkmişdir. Bu görüntüləri “X34" hospitalına getmədən bir neçə dəqiqə əvvəl çəkmişdir (cild lll, i.v.186- 187); - xx.xx.2025-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, X14 və X3 arasında üzləşdirmə istintaq hərəkəti zamanı Fərid Mansurlu xx.xx.2025-ci il tarixdə gecə saat 23 radələrində Zərərçəkmiş şəxs vəziyyəti ilə bağlı Mələkxanım Axundzadəyə zəng etdiyini sonuncunun üzünə qarşı demişdir (cild lll, i.v.4-6); - xx.xx.2025-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X14 Təqsirləndirilən şəxs ilə keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı ifadəsini bir daha təsdiq etmişdir (cild lll, i.v.206-211); - “Mərcan Medicare” Klinikasında Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs burnunun rinoseptoplastika əməliyyatı zamanı istifadə edilmiş əməliyyat alətlərinə (osteotom və raşpir) baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Sterilizasiya otağı “Mərcan Medicare” Klinikasının “-1”-ci mərtəbəsində yerləşir. Həmin otaqda müxtəlif əməliyyat alətləri sterilizasiya olunaraq yenidən qablaşdırılır. Zərərçəkmiş şəxs burun əməliyyatı zamanı Təqsirləndirilən şəxs tərəfindən istifadə olunmuş 2 ədəd əməliyyat aləti, yəni burun çəpəri sümüyünün sındırılması üçün istifadə olunan osteotom və yonmaq üçün istifadə edilən raşpir adlı əməliyyat aləti həmin klinikada əməliyyat tibb bacısı işləyən Fəxrəndə Məmmədova tərəfindən təqdim edilmiş və əməliyyat alətlərinin funksiyaları barədə məlumat verilmişdir. Belə ki, onlardan biri “osteotom” adlanan, burunun sağ və sol sümüklərini sındırmaq üçün istifadə olunan, uc hissəsi oval formasında olan alətdir. Digəri isə “raşpir” adlanan və burun sümüklərini yonmaq üçün istifadə olunan alətdir. Hər iki alət Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs əməliyyatı zamanı istifadə edilmişdir və həmin alətlərdən “osteotom” müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şəkillər və 01 ədəd kompakt disk cinayət işinə əlavə edilmişdir (cild lll, i.v.33-35); - “X26” tibb müəssisəsindən Nəsimi rayon prokurorluğuna göndərilmiş məktubdan görünür ki, dərhal ünvana gedərək xəstəyə baxış keçirilmiş vitalları yoxlanılmış, xəstə 1 gün əvvəl Mərcan klinikasında əməliyyat olduğunu bildirmişdir. Əməliyyatdan sonra temperatur, ağrıları olduğunu “Paracetamol” və “Kaptopril” qəbul etdiyini demişdir və 1 saat əvvəl yemək yediyini, yanaşı xəstəliyi olmadığını, hər hansı qida və dərmana allergiyanı inkar elmiş, şikayətinin səbəbini əməliyyat ilə əlaqələndirmişdir. Huşu aydın ümumi vəziyyəti qənaətbəxş olmuşdur. Pasientin yoldaşı ilə xx.xx.2025 saat 11 radələrində əlaqə saxlanılmış xəstənin halsız olduğunu, təzyiqi qalxdığını, qusma baş verdiyini bildirmiş, təzyiqi 130/100 mm.c.süt olduğunu demişdir. Saat 11:38 radələrində yoldaşı ilə təkrar əlaqə saxlanıldı, həmin ünvana çağırış verilmişdir. Xəstəyə baxış keçirilərək vitalları yoxlanılmış, deməsinə görə gecə 2 dəfə qusub, həkimi ilə əlaqə saxlaya bilməyiblər. Ümumi vəziyyəti orta ağır, huşu keyləşmiş, verilən suallara bir qədər ləng həvəssiz cavab verir. Xəstə yaxınlarına xəstənin hospitalizasiyası, beyin KT müayinəsi, həmçinin digər ətraflı müayinələr üçün LMC təklif olunmuşdur. LMC-ya aparılması ilə bağlı dispeçerlə əlaqə saxlanılmış, xəstəni apararkən həmin əsnada əməliyyat həkimi yoldaşı ilə danışaraq Hospitalizasiya gərəkli olmadığını bildirmişdir. Xəstənin vəziyyəti ilə bağlı həkiminə ətraflı məlumat verilmiş, hospitalizasiyanın lazım olduğu bildirilmişdir. Həmçinin Beyin KT müayinəsinin lazım olduğunu bildirdikdə həkimi qapalı üsulla əməliyyat etdiyini və heç bir kəllədaxili ağırlaşma ola bilməz demişdir. Halsızlıq ümumi zəiflik və huşu narkozla və zəif olduğu ilə əlaqələndirmişdir. Həkimi əməliyyatdan sonra 3 gün ərzində belə halların normal olduğunu, hospitalizasiyaya ehtiyac olmadığını bildirmişdir. Xəstə yaxınları Sənan həkim ilə danışığa əsasən hospitalizasiyadan imtina etmişlər. xx.xx.2025 saat 17:44 radələrində yoldaşı ilə əlaqə saxlanılmış, xəstənin halsız olduğunu, danışmadığını, hərəkət zamanı evdəki əşyalara dəydiyini bildirmişdir. Dərhal hospitalizasiya vacibliyi LMC təklif olunmuşdur, xəstənin yoldaşı “X34” hospitala getmək istədiyini və ora ilə danışaraq geridönüş edəcəyini bildirmişdir. Təkrar əlaqə saxlanıldıqda yoldaşı öz maşını ilə “X34” hospitala aparacağını demişdir. xx.xx.2025 tarixində xəstənin yoldaşının verdiyi məlumata əsasən "X34” hospitala hospitalizasiya olunduğuna görə müşahidə nəzarətdən çıxarılmışdır (cild lll, i.v.45-47); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X29 04/MEŞ saylı xx.xx.2025-ci il tarixli məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs meyitində tibbi manipulyasiya ilə əlaqədar baş vermiş burun nahiyəsinin, hər iki gözün üst və alt qapaqlarının qansızması, üst və alt dodağın səthi yaraları, boyunun sağ yan səthinin inyeksiya yaracıqları, burun, xəlbir və alın sümüklərinin ön kəllə çuxuru ilə əlaqəli sınığı istisna olmaqla hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. 2.9. Zərərçəkmiş şəxs ölümünün bilavasitə səbəbi “rinoseptoplastika” cərrahiyyə əməliyyatının kobud texniki icrası (mexaniki təsir) zamanı burun, xəlbir və alın sümüklərinin ön kəllə çuxuru ilə əlaqəli sınığı nəticəsində inkişaf etmiş kəskin meninqoensefalit, posttravmatik ensefalopatiya olmuşdur. 3-8-ci sualların cavablandırılması komisyon məhkəmə-tibbi ekspertizanın səlahiyyətlərinə aiddir (cild ll, i.v.80-94); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X29 komisyon məhkəmə-tibbi ekspertizasının 101/KEŞ saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs tətbiq edilmiş rinoseptoplastika əməliyyatının kobud texniki icrası (mexaniki təsir) zamanı burun, xəlbir və alın sümüklərinin ön kəllə çuxuru ilə əlaqəli sınığı həyat üçün təhlükəli olan irinli septik vəziyyətlə müşayət olunmuşdur. 2. Zərərçəkmiş şəxs “X34” hospitalında aparılmış kliniki, laborator və instrumental müayinələr nəticəsində təyin olunmuş diaqnoza uyğun düzgün müayinə və müalicə taktikası seçilmiş və icra edilmişdir. Qəbul olunmuş dərman preparatları ilə ölüm arasında səbəbli əlaqə yoxdur. 3. Zərərçəkmiş şəxs aşkar edilmiş baş-beyinin kəskin meninqoensefaliti, posttravmatik ensefalopatiyası ilə alın-xəlbir sümüyünün sınması arasında (açıq qapı) birbaşa səbəbli əlaqə vardır. 4. Zərərçəkmiş şəxs kəllə sümüklərində aşkar edilmiş sınıq burunun rinoseptoplastika əməliyyatı zamanı istifadə edilmiş “Ostietom” aləti ilə yetirilməsi nəticəsində yarana bilərdi. 5. Mövcud qüvvədə olan təlimatlara və tibbi praktikaya əsasən adətən xəstə bir gün sonra kliniki vəziyyəti qiymətləndirilməklə ambulator qaydada evə buraxıla bilər. 6. Mövcud təlimatlara əsasən Zərərçəkmiş şəxs əməliyyatdan sonra vəziyyətinin medikamentoz təsir altında kafi qiymətləndirilməsi üçün yalnız vizual müayinə aparılaraq qan təzyiqinin ölçülməsi, pulsometriya, xəstənin ürək nahiyəsinə EKQ ilə baxılması, oksigen saturasiyasının normal olması, ayağa qaldırılaraq yeridilməsi, müvazinət pozğunluğunun olmaması, verilmiş suallara adekvat cavab verməsi kimi müayinə metodları yetərli hesab edilmir. Belə ki, aparılmış Rinoseptoplastika əməliyyatının nəticələri haqqında mütləq tibbi tədbirlərin təyinatının dəqiqləşdirilməsi üçün stasionar şəraitdə dinamik nəzarəti zəruri olmuşdur. 7.8. Zərərçəkmiş şəxs ev şəraitində vəziyyəti ilə bağlı onu əməliyyat edən və kliniki göstəricilərini bilən Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə xəstə hospitalizasiya olunmaqla və düzgün diaqnostika aparılmaqla ixtisaslı tibbi xidmət göstərilsə idi, onun həyatda qalması mümkün ola bilərdi. Belə ki, bu halda tibbi xidmət ilə əlaqədar vaxt itirmək olmaz. 9. Zərərçəkmiş şəxs ev şəraitində yeridilmiş (diklofenak, dermaton t, natrium xlor, zofran və analgin, dimedrol) dərman preparatlarının təsiri ilə əlaqədar anafilaktik şok baş verməmişdir və ölümü ilə həmin dərman preparatları arasında səbəbli əlaqə yoxdur. 10. Təlimatlara və tibbi praktikaya uyğun olaraq Zərərçəkmiş şəxs evə buraxıldıqdan sonra xx.xx.2025-ci il tarixdə ixtisaslı mütəxəssislər tərəfindən stasionar şəraitdə təxirəsalınmaz tibbi tədbirlər həyata keçirilməli idi. 11.12. Mövcud təlimatlara əsasən Zərərçəkmiş şəxs əməliyyatdan təxminən 1 həftəyə qədər müddətdə müvafiq müayinələrdən (kranial KT, EKQ, Döş qəfəsinin rentgen müayinəsi, qanın ümumi analizi və s.) keçirilməli idi. Bundan sonra əməliyyat günü təyin edilə bilərdi. Əməliyyatdan əvvəl burun və burunətrafi ciblərin radioloji müayinəsinin aparılması zəruri hesab edilir, belə ki, burun ətrafı ciblərdə infeksion xarakterli patoloji yığıntıların aşkarlanması rinoseptoplastika əməliyyatının aparılmasına əks göstərişdir. 13. Mövcud təlimatlara əsasən əməliyyatdan əvvəl xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs aparılan qan analizi müayinələrinin nəticələri müəyyən edilmədən əməliyyat edilməsi düzgün deyildir. 14. Zərərçəkmiş şəxs ölümünün bilavasitə səbəbi “rinoseptoplastika” cərrahiyyə əməliyyatının kobud texniki icrası (mexaniki təsir) zamanı burun, xəlbir və alın sümüklərinin ön kəllə çuxuru ilə əlaqəli sınığı nəticəsində inkişaf etmiş kəskin meninqoensofalit, posttravmatik ensefalopatiya olmuşdur. 15. Sənədlərə əsasən Zərərçəkmiş şəxs üzərində icra edilmiş “rinoseptoplastika" cərrahiyyə əməliyyatı onun məruz qaldığı ilk cərrahiyyə əməliyyatıdır.

16. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs üzərində keçirilmiş rinoseptoplastika cərrahiyyə əməliyyatı mövcud protokollara və normalara uyğun seçim olsa da, qüsurlu icra edilmişdir. 17. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs üzərində keçirilmiş rinoseptoplastika cərrahiyyə əməliyyatından sonra onun kəllə beyninin tomoqrafik çəkilişləri və bu zaman hər hansı sınıq və destruksiya əlamətlərinin aşkar edilməməsi barədə “X34” Klinikası tərəfindən təqdim edilmiş tibbi müayinə sənədi məhkəmə-tibbi ekspertizası tərəfindən verilmiş rəydə nəzərə alınmış və meyitdə aşkar edilmiş morfoloji dəyişikliklərə və meyitdən götürülmüş biomaterialların məhkəmə-histoloji tədqiqatlarının cavablarına əsasən müvafiq elmi əsaslı rəyi tərtib edilmişdir. 18. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci ii tarixli rəyində göstərilmiş burun xəlbir və alın sümüklərinin ön kəllə çuxuru ilə əlaqəli sınığının olması meyitin təşrihi zamanı kəllə boşluğunun açılmasından, baş beyinin xaric edilməsindən və sərt qişanın beyin əsasından ayrılmasından sonra makroskopik olaraq təyin edilmişdir. 19. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli rəyində göstərilmiş burun, xəlbir və alın sümüklərinin ön kəllə çuxuru ilə əlaqəli sınığının olmasının mərhum Zərərçəkmiş şəxs üzərində xx.xx.2025-ci il tarixdə aparılmış rinoseptoplastika əməliyyatı ilə əlaqəli olması stasionar şəraitə aparılmış kontraslı kranial KT qrafik müayinələrin nəticələri və makroskopik olaraq sınıq nahiyələrində qansızmanın, qanlı yığıntının olması ilə müəyyən edilmişdir. 20. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli rəyində göstərilmiş burun, xəlbir və alın sümüklərinin ön kəllə çuxuru ilə əlaqəli sınığın olması posttravmatik patomorfoloji dəyişikliklərin kəskin dövrə uyğun təzə sınıq xarakteri ilə təyin edilmişdir. 21. Məhkəmətibbi ekspertizasının xx.xx.2025-ci il tarixli rəyində göstərilmiş burun, xəlbir və alın sümüklərinin ön kəllə çuxuru ilə əlaqəli sınığı həm tibbi sənədlərdə kranial KT müayinələrin nəticələrinə, həm də meyitin daxili müayinəsi zamanı başın yumşaq toxumalarının iç səthinə qaş qövsləri nahiyəsində qansızmanın, ön kəllə çuxurunda alın sümüyünün xəlbir sümüyü ilə birləşən nahiyəsində xəlbir sümüyünün beyin hissəsinin sağ üfüqi səfhəsində 1,4 sm uzunluqda, ön və yuxarı tərəfində soldan şaquli istiqamətli 1,8 sm uzunluqda sınıq xəttinin, həmçinin xəlbir sümüyünün aşağı tərəfdən burun arakəsməsi ilə əlaqəli sınıq xəttinin olması, xəlbir sümüyünün burun arakəsməsi ilə alın sümüyünü birləşdirən perpendikulyar səfhəsində sınıq xətti ətrafında qansızma və inbibisiya aşkarlanması ilə təsdiq edilmişdir. 22. Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş burun-alın-xəlbir sümüklərinin sınıqları ilə əlaqədar alının qaşlararası nahiyəsinin yumşaq toxumalarının iç səthinə qansızma (hematoma) olması “Mərcan Medicare” Klinikasında “rinoseptikoplastika” əməliyyatının taktiki və texniki qüsurlu icrası ilə bağlı olmuşdur. 23. Burun, xəlbir və alın sümüklərinin ön kəllə çuxuru ilə əlaqəli sınığı olan şəxslərin ayaq üsiə durmaları və sərbəst hərəkət etmələri mümkündür.

24. Zərərçəkmiş şəxs “Mərcan Medicare" Klinikasından evə buraxılarkən və “X34” Klinikasına daxil olarkən video müşahidə kameraları vasitəsilə çəkilmiş vəziyyəti (davranışı, hərəkətləri) burun, xəlbir və alın sümüklərinin ön kəllə çuxuru ilə əlaqəli sınığı olan şəxslər davranış və hərəkətlərinə uyğun məqsədyönlü hərəkətlər edə bilərlər. 25. Zərərçəkmiş şəxs vəziyyətinə görə Dematon-T və Dexamethazon təyini düzgün seçimdir və bu dərman preparatları xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olmayıb. 26. Təcili yardımın işçiləri tərəfindən Zərərçəkmiş şəxs evdə göstərilən tibbi tədbirlər soptomatik xarakterli yardımlardır və bu prosedurdan sonra xəstənin vəziyyətinin kəskin pisləşməsi baş verməmişdir. 27. “X34” Klinikasında müayinə və müalicə prosedurları təyin olunmuş diaqnoza uyğun adekvatdır. Zərərçəkmiş şəxs ölümünün baş verməsi üçün proqressiv effektə malik deyildir. 28. “X34” Klinikasında reanimasiyon tədbirlər düzgün aparılmış və təyin olunmuş diaqnoza uyğun həcmdə icra edilmişdir. 29. “X34” Klinikasında xəstənin vəziyyətinə adekvat reaksiya verilərək təxirəsalınmaz tibbi tədbirlər planı düzgün həyata keçirilmişdir. 30. Təyin olunmuş dərman preparatlarının infuziyası zamanı doza artıqlığı əlamətləri və medikamentoz ağırlaşma halları müəyyən edilməmişdir. 31. Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı sepsis, septik intoksikasiya ilə əlaqədar septiki trombozlar aşkar edilmişdir. Emboliya qeyd edilməmişdir. 32. Stasionar şəraitdə müayinə və müalicə dinamikasında xəstənin kliniki əlamətlərinin dəqiqləşdirilməsi üçün kranial KT qrafiya zəruridir. Burun, xəlbir və alın sümüklərinin ön kəllə çuxuru ilə əlaqəli sınığı meyitin təşrihi zamanı makroskopik olaraq təyin edilir. 33. Zərərçəkmiş şəxs ölümünün səbəbi ilə əlaqəli dərmanlara qarşı anafilaksiya (allergik) reaksiyasının əlamətləri mövcud olmamışdır və belə bir diaqnostik əlamətlər müəyyən edilməmişdir. 34. Zərərçəkmiş şəxs evə buraxıldıqdan sonra istifadə olunan dərman preparatlarının medikamentoz toksiki təsir elementlərinin obyektivləşdirən klinik əlamətlər haqqında tibbi sənədlərdə qeydiyyat yoxdur, eləcə də meyitin müayinəsi zamanı morfogenetik və məhkəmə-kimyəvi tədqiqat zamanı terapevtik dozadan artıq konsentrasiyalı maddələr aşkar edilməyib. 35. Meyitin müayinəsi zamanı makroskopik olaraq sümükdə sınıq təsdiq edildikdən sonra sümük toxumasının histoloji tədqiqatı aparılmır. 36. Burun sümüklərinin sınığı zamanı ilk sağalma prosesi və sümüklərin bitişməsi travmanın 2-ci həftəsindən başlayaraq, 4-6-cı həftəsində bitir. Bu qısa müddətdə, yəni xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək sınıq nahiyəsində bərpa prosesini izləmək qeyri mümkündür. 37. Burun və burun ətrafı ciblərdə, travma zonasında patoloji yığıntılar toplusunda likvoreyanı təyin etmək mümkün olmamışdır. Həmçinin nəzərə almaq lazımdır ki, ön kəllə çuxurunda sınıq nahiyəsində olan beyinin sərt qişasının tamlığı pozulmadığından bu hal təyin edilməmişdir. 38.39. “X34” hospitalında xəstənin kliniki nəzarəti dinamikada müşayiət altında olmuş və seçilmiş antibakterial preparatlar terapevtik dozada xəstəliyin diaqnostikasına uyğun olmuş və allergik reaksiya təsiri göstərməmişdir. 40. Mərhum Zərərçəkmiş şəxs “X34” klinikasında xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək stasionar şəraitdə qalmışdır. 41. “X34” klinikasında Zərərçəkmiş şəxs xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə dinamikada kranial tomoqrafik müayinələri aparılmışdır. 42. Mərhum Zərərçəkmiş şəxs üzərində xx.xx.2025-ci il tarixdə aparılmış rinseptoplastika cərrahiyyə əməliyyatı zamanı istifadə edilmiş “osteotom” alətinin həkim tərəfindən ehtiyatla və diqqətlə istifadə edilməli, ətraf orqan və toxumaların konstruksion zədələnmələrinə yol verilməməlidir. Həmin alət kəllənin beyin əsasına nüfuz etməmişdir.

43. Mərhum Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə çəkilmiş kranial KT müayinəsində əməliyyat sahəsindən dərində konstruksion sınıq ətrafında qarışıq yığıntı və qeyrihomogen elementlərin radioloji görüntüləri müfəssəl informasiyaları məhdudlaşdıra bilər və bu hallar dinamik müşahidədə daha dəqiq biruzə olunur. Baxmayaraq ki, xx.xx.2025-ci il tarixdə çəkilmiş kranial KT müayinəsinin diaqnostikasında obyektiv çətinliklər mövcüd olub, lakin bu hal səhv diaqnoz qoyulmasının qaçılmaz olduğu demək deyildir. Nəzərə almaq lazımdır ki, qeyd edilən sınıqlar post-op xarakterli, yəni cərrahi müdaxilə ilə əlaqədardır. Qeyd olunan sınıqlar ön kəllə çuxuru nahiyəsində burunun arxa hissəsində yerləşdiyindən, şəxsin öz boyu hündürlüyündən yıxılması zəminində, baş və sifət nahiyəsinə yetirilən zərbələrdən yaranması mümkün deyildir. 44. Meyitin autopsiyası zamanı kəllə boşluğunu açmaq üçün qabırğa bıçağı ilə sağ gicgah sümüyünün məməvari çıxıntısından başlayaraq təpə qabarlarından keçməklə, sol gicgah nahiyəsinin məməvari çıxıntısınadək yumşaq toxumalar qövs formasında kəsilir, kəsilmiş yumşaq toxumalar öndən qaşa qədər, arxadan isə böyük ənsə dəliyinə qədər soyulur, sonra mişar vasitəsilə kəllə qapağı dairəvi mişarlanır, beyin toxuması kəsilərək yoxlandıqdan sonra, sərt qişa soyularaq kəllə əsasında sınığın lokalizasiyası müəyyən edilərək xarakteri, irradiyasiyası, həyatiliyi yoxlanılaraq təsbit edilir. 45. “Rinoseptoplastika” əməliyyatının icrası zamanı kəllə əsası ilə əlaqəli sümük sınığı və deffektləri yarandığı üçün bu cərrahi əməliyyat taktiki və texniki icra nöqteyi nəzərindən kobud müdaxilə kimi qiymətləndirilir. Bu hal tibbi müdaxilədə yol verilməzdir. 46. Zərərçəkmiş şəxs “X34” klinikasına daxil olarkən klinik ağır vəziyyətdə olmuş, taxipnoe, septik şok əlamətləri ilə septik intoksikasiya fonunda reanimasiya şöbəsinə yerləşdirilmiş, reanimasyon tədbirlər icra edilərək beyin KT-si, lumbar punksiya olunmuşdur. 47. Stasionar şəraitdə kliniki, laborator, instrumental müayinələrin və meyitin müayinəsi zamanı patohistoloji tədqiqatların nəticələri ilə beyin ölümünün baş verməsinin septik şok, irinli meninqoensefalitin diaqnostikası ilə təsdiq edilmişdir. 48. “X34” klinikasında aparılan tibbi yardımlar baş-beyin toxumasında patoloji proseslərin proqressivləşməsinin qarşısının alınmasına xidmət elmiş, lakin geri dönməz dəyişikliklərin inkişafı baş beyin dekortikasiyasına səbəb olmuşdur. 50. Təcili və təxirəsalınmaz tibbi tədbirlər kəskin gedişli xəstəliklər zamanı həkim tərəfindən dərhal venadaxili infuziya aparılması məqsədəmüvafiq olmaqla, xəstənin ixtisaslı xəstəxanaya hospitalizasiyası labüddür. 52. “X34” hospitalına daxil olduqda xəstəyə qoyulmuş ilkin diaqnoz öz təsdiqini tapmış və sepsis nəticəsində meninqoensefalit inkişaf etimişdir (cild lV, i.v.1-28); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X29 307/KEŞ saylı xx.xx.2025-ci il tarixli əlavə komisyon məhkəmə-tibbi ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, 1. Zərərçəkmiş şəxs adına tərtib edilmiş xx.xx.2025-ci il tarixli 101/KEŞ saylı komisyon məhkəmə-tibbi ekspertiza rəyinin nəticə hissəsində 50-dən artıq suallara cavab verilmişdir. İlkin rəyin nəticə hissəsində 49-cu sualın cavablandırılması kənarda qalmış və bu da texniki səhv olmuşdur. Həmin sualın cavabı olaraq konkret halda baş vermiş beyin dekortikasiyasının inkişafı zədələnmiş burun xəlbir-alın sümüklərinin sınıqları nahiyəsindən infeksiyanın “Giriş qapısı" olmaqla, cərrahi yaranın yerli iltihabi prosesin, hematogen yolla yoluxması nəticəsində letallıqla müşayət olunmuşdur. 2. Zərərçəkmiş şəxs adına tərtib edilmiş xx.xx.2025-ci il tarixli 101/KEŞ nömrəli komisyon məhkəmə-tibbi ekspertiza rəyinə əsasən, xx.xx.2025-ci il tarixdə həkim otorinolarinqoloq Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs üzərində “Rinoseptoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş və o, xx.xx.2025-ci il tarixdə ambulator nəzarət altında evə yazılmışdır. İş materiallarına əlavə edilmiş tibbi sənədlərə əsasən Zərərçəkmiş şəxs əməliyyatdan sonra şiddətli baş ağrıları, ürəkbulanma və yüksək hərarət halları ilə bağlı onun adına xx.xx.2025-ci il tarixdə saat 0215-də “X26”in TTY şöbəsinə çağırış daxil olmuşdur. Ünvana gələn həkim briqadası tərəfindən Zərərçəkmiş şəxs obyektiv müayinəsi aparılmış və daha ətraflı müayinə üçün “X26”ə hospitalizasiyası təklif edilmişdir. Lakin əməliyyat həkimi hospitalizasiyanın gərəkli olmadığını bildirmişdir. Müalicə həkimi (əməliyyatı icra edən) eyni zamanda əməliyyat qapalı üsulla aparıldığı üçün kəllədaxili ağırlaşmaların ola bilməməsini söyləmişdir. Bu səbəbdən xəstə yaxınları hospitalizasiyadan imtina etmişlər. X31 həkimi tərəfindən xəstənin vəziyyəti ilə əlaqədar ona adekvat tibbi yardım göstərilmişdir. X31 həkimi tərəfindən həkim otorinolarinqoloq Təqsirləndirilən şəxs şifahi göstərişlərini yerinə yetirməsi səhiyyə sistemində qüvvədə olan təlimatlarda nəzərdə tutulmayıb. TTY tərəfindən hospitalizasiya zəruri olduğu halda xəstə yaxınlarına və gəldiyi tibb müəssisəsinə bildirir. Son qərar isə xəstə və xəstə yaxınları tərəfindən verilir. Sözügedən işdə Zərərçəkmiş şəxs zəruri olan hospitalizasiya Təqsirləndirilən şəxs göstərişi əsasında baş tutmamışdır və mövcud olan patoloji vəziyyətin daha da dərinləşməsinə gətirib çıxarmışdır. Müalicə həkimi (cərrahi əməliyyatı icra edən) tərəfindən xəstəyə aparılmış əməliyyatdan sonra yanaşma düzgün olmamışdır. Bu da səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin 24.1-ci, yəni “həkim otolarinqoloqa həvalə edilmiş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli icra etməməsi” bəndi pozulmuşdur. Zərərçəkmiş şəxs üzərində icra edilmiş cərrahiyyə əməliyyatından sonra onda şiddətli baş ağrıları, ürəkbulanma və yüksək hərarət halları meningitin ilkin əlamətləri kimi dəyərləndirilə bilər. Daha ətraflı müayinə isə ixtisaslı tibb müəssisəsində aparılmaqla (KT) dəqiqləşdirilə bilərdi. Patologiya erkən vaxtda aşkar olunaraq adekvat ixtisaslı tibbi yardımlara və müalicələrə başlanılsa idi, geridönməz prosesin qarşısı alına bilərdi. 3. Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, “X34” Hospitalına hospitalizasiya edilmiş və vəziyyətinin ağırlığı ilə əlaqədar ona infuziya şəklində “droperidol” və digər dərman preparatları yerinə yetirilmişdir. Bu dərman preparatlarının təyinatı və icrası ilə əlaqədar xəstədə mövcud olan patoloji halın dərinləşməsinə səbəb ola bilməzdi. Xəstəyə venadaxili infuziyanı tamamlanmadan onu KT müayinəsinə aparılması mümkündür. Adekvat tibbi yadımların icrası üçün diaqnozun dəqiqləşdirildikdən sonra aparılması daha məqsədə müvafiq hesab edilir. Xəstəyə reanimasion tibbi tədbirlər gecikdirilməmiş və “X34” hospitalında ümumilikdə aparılmış tibbi yardımlarla baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır (cild V, i.v.2-30); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, “Mərcan Medicare" Klinikasından götürülmüş “Osteotom" adlı alət maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi rayon prokurorluğunun saxlanc yerinə verilmiş, xx.xx.2025-ci il tarixli baxış protokoluna əlavə edilmiş 01 ədəd disk, xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd disk, “Mərcan Medicare” Klinikasından rayon prokurorluğuna göndərilmiş məktuba əlavə edilmiş 01 ədəd fləşkart, xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd disk, xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd disk, xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd disk, xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd disk, "Azercell MMC-dən rayon prokurorluğuna göndərilmiş 01 ədəd disk, “Azerfon" MMC-dən rayon prokurorluğuna göndərilmiş 01 ədəd disk, zərərçəkmiş şəxsin hüquqi varisi Fərid Mansurlu tərəfindən ərizə ilə rayon prokurorluğuna göndərilmiş, xx.xx.2025-ci il tarixdə baxış keçirilmiş 01 ədəd disk, xx.xx.2025-ci il tarixli KEŞ-101 nömrəli ekspertiza rəyinə qoşma kimi əlavə edilmiş 02 ədəd disk, zərərçəkmiş şəxs X14 tərəfindən istintaqa təqdim edilmiş xx.xx.2025-ci il tarixdə baxış keçirilmiş 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (cild lV, i.v.44-86); - “xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarın qüvvədə saxlanılması və ona əlavələr edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərar qüvvədə saxlanılmışdır (cild V, i.v.43-46); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 3-28/2-5302/2025 nömrəli məktubdan görünür ki, həkim-otorinolarinqoloqun nümunəvi vəzifə təlimatı “Tibb müəssisələrinin nümunəvi əsasnamələrinin və bu müəssisələrdə çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2012-ci il 19 sentyabr tarixli 70 nömrəli Əmri ilə tənzimlənir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixində "xxxx" MMC adlı klinikada Təqsirləndirilən şəxs tərəfindən qanunda nəzərdə tutulmuş ixtisaslaşdırılmış tibbi yardım göstərilməməsi faktı aşkar edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir; - “X26” MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş xx.xx.2025-ci il tarixli məktuba əlavə olunmuş 60 nömrəli arayışdan, AT №007186 nömrəli diplomun və əmək müqaviləsinin surətindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Şahid3 xx.xx.2024-cü il tarixindən “X26” MMC Ambulans proyektində X31 həkimi vəzifəsində çalışır. Azərbaycan Tibb Universitetinin Dövlət Attestasiya Komissiyasının 19 iyun 2021-ci il tarixli qərarı ilə Şahid3 Səyyaf oğluna Hərbi həkim işi ixtisası üzrə həkim ali peşə-ixtisas dərəcəsi verilmişdir; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsi ilə 08 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həbsdə, ev dustaqlığında qaldığı müddət nəzərə alınaraq cəzasını çəkmiş hesab edilmişdir (cild lll, i.v.25); - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-227/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 27 iyul 2017-ci il tarixdən 28 iyul 2017-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün, 28 iyul 2017-ci il tarixdən 23 aprel 2018-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 08 (səkkiz) ay 25 (iyirmi beş) gün, ümumilikdə 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddət nəzərə alınaraq cəzası çəkilmiş hesab edilmişdir (cild ll, i.v.9-49); - Doğum haqqında şəhadətnamələrin surətindən ki, Təqsirləndirilən şəxs xx.xx.2008ci il və xx.xx.2012-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan iki uşağı vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.1-ci maddəsi səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda, həmin Məcəllənin 314.2-ci maddəsi isə eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda məsuliyyət yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi işin həqiqi halları ilə uyğunluq təşkil etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyləri, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin və ekspertlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun təqsirli olması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirkarın şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Bundan başqa məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində göstərilənləri rəhbər tutaraq, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini nəzərə alaraq, onun dövlət və qeyri-dövlət səhiyyə sistemində rəhbər, təşkilati-sərəncamverici və maddi məsul vəzifə tutmaq, həmçinin hər hansı tibb fəaliyyəti, o cümlədən həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququnun saxlanılmasını qeyri-mümkün sayır və bu səbəbdən ona Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmadığına baxmayaraq, ona əlavə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, əlavə cəzalar – müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi cinayət qanununun Xüsusi hissəsində nəzərdə tutulduğu, həm də nəzərdə tutulmadığı hallarda da tətbiq edilə bilər. Lakin sonuncu halda bu cəzanın əlavə cəza kimi tətbiqi zamanı mütləq CM-in 46-cı maddəsinə istinad edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla, dövlət və qeyri-dövlət səhiyyə sistemində rəhbər, təşkilati-sərəncamverici və maddi məsul vəzifə tutmaq, həmçinin hər hansı tibb fəaliyyəti, o cümlədən həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 21 yanvar 2025-ci il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Nəsimi rayon prokurorluğunun maddi sübutların saxlanılma yerində saxlanılan xx.xx.2025-ci il tarixli protokolla “Mərcan Medicare” klinikasından götürülmüş “Osteotom” adlı alət hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut kimi tanınmış 12 ədəd disk və 01 ədəd fləşkart cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla, 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və qeyri-dövlət səhiyyə sistemində rəhbər, təşkilati-sərəncamverici və maddi məsul vəzifə tutmaq, həmçinin hər hansı tibb fəaliyyəti, o cümlədən həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 12 ədəd disk və 01 ədəd fləşkart cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Nəsimi rayon prokurorluğunun maddi sübutların saxlanılma yerində saxlanılan xx.xx.2025-ci il tarixli protokolla “Mərcan Medicare” klinikasından götürülmüş “Osteotom” adlı alət hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar