Məhkəmə qərarları › İş №1(006)-421/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-421/2021

21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-421/2021 21.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxxx 1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində dörd azyaşlı uşağı olan, Yardımlı rayonu, Bozayran kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, Qurd dərəsi massivində yaşayan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2021ci il tarixli, 1(101)-117/2021 saylı hökmü ilə qəti olatraq 01 (bir) il 01 (bir) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhrum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 182.1 və 221.2.1-ci maddələri ilə, 16 noyabr 1998-ci il tarixdə Yardımlı rayonu, Bozayran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Yardımlı rayonu, Bozayran kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, Qurd dərəsi massivində yaşayan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 1(101)-117/2021 saylı hökmü ilə qəti olatraq 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhrumetmə cəzasına məhrum edilmiş və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə, xx xxxx 1996-cı il tarixdə Yardımlı rayonu, Bozayran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmayan, Yardımlı rayonu, Bozayran kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, Qurd dərəsi massivində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə, 10 avqust 1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmək hədəsi ilə özgənin əmlakını hədə - qorxu ilə tələb edərək, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 2020-ci ilin noyabr ayında tanışı X4 ilə söhbət zamanı sonuncunun ona Zərərçəkmiş şəxs ilə “Ford Transit” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilə sahibliklə bağlı aralarında yaranmış mübahisəni danışaraq Zərərçəkmiş şəxs pul verməli olduğunu və qeyd olunan pulun qaytarılmasında köməklik edəcəyi halda ona da pul veriləcəyini bildirməsindən sonra o, həmin məsələdə R.X5 hər hansı borcunun olmadığını öyrənib özünü Zərərçəkmiş şəxs qeyd olunan məsələni həll edən şəxs kimi göstərərək özgənin əmlakını ələ keçirmək məqsədilə 09 fevral 2021-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng edib artıq E.Əkbərova pul ödənilməsinin lazım olmadığını, məsələnin özü tərəfindən həll edildiyini və buna görə ona pul verilməli olduğunu deyib 500 manat pul tələb etmiş, Zərərçəkmiş şəxs ona veriləcək pulunun olmadığı dedikdə o, 09 fevral 2021-ci il tarixdən 2021-ci ilin mart ayının ortalarınadək olan müddət ərzində müxtəlif vaxtlarda “whatsapp” mobil tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna və “whatsapp” mobil tətbiqinə zəng edib ismarıc yazaraq pulun verilməyəcəyi, habelə tələb olunan pul barədə hüquq mühafizə orqanlarına müraciət edəcəyi halda şəxsiyyəti üzərində zor tətbiq edəcəyi ilə hədələmiş, həmçinin 16 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan “whatsapp” mobil tətbiqinə özünə məxsus **********340374 nömrəli “Albalı” bank kartının fotoşəkilini göndərərək tələb etdiyi pulu həmin bank kartına köçürməsini bildirmiş, daha sonra 17 mart 2021-ci il tarixdə saat 17:45-də Sumqayıt şəhəri 51-ci məhəllə İsmət Qayıbov küçəsində olarkən istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən sonuncu dəfə Zərərçəkmiş şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng edərək pulun karta göndərilməyəcəyi təqdirdə ona qarşı zor tətbiq edəcəyi ilə hədələyib sonuncudan hədə-qorxu ilə 500 manat pul tələb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 18 mart 2021-ci il tarixdə saat 17:39-da Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” dairəsinin yanında yerləşən “Kral Dönər” adlanan iaşə obyektinin qarşısından keçən zaman Zərərçəkmiş şəxs həmin ünvanın qarşısında görüb yaxınlaşaraq söhbət etmək adı ilə Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi ilə M.Cəfərov küçələrinin kəsişməsindəki “Sürücü” adlanan kafenin arxa tərəfinə aparıb orada cinayətin törədilməsi üçün əlverişli şəraitin yaranmasından istifadə edərək yanında olan tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 oğlu ilə bir qrup şəxs halında uzun müddətə ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına, təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı pozaraq, ətrafdakı şəxslərə və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin qanuni mənafelərinə toxunan hərəkətlər və özünün şəxsiyyətini digər şəxslərin fövqündə qoyub cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edib Zərərçəkmiş şəxs onun mobil zənglərinə əvvəllər cavab verməməsini, habelə yüksək səslə danışmasını özünə qarşı hörmətsizlik kimi qəbul edib zor tətbiq etmə hədəsi göstərdikdə Təqsirləndirilən şəxs3 həmin hörmətsizliyi özünə mühüm səbəb kimi qəbul edib Zərərçəkmiş şəxs zor tətbiq edərək sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi endirmiş, daha sonra eyni səbəblə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs zor tətbiq edib sifət və bədən nahiyəsinə çoxsaylı sillə və təpik zərbələri vurararaq zərərçəkmiş Zərərçəkmiş şəxs başın alın nahiyəsinin qançır-şişkinliyi, üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarası, boynun sol yarsınm qançır-şişkinliyi, sol burun-dodaq büküşüniin sıyrığı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətləri və burun nahiyəsinin burun sümüyünün natamam xətti sınığı ilə müşayiət olunan qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, konkret olaraq tarixini xatırlamasa da, onun icarədarı olduğu avtomobil yuma məntəqəsinin yanında yerləşən digər avtomobil yuma məntəqəsində yuyucu kimi fəaliyyət göstərən Elmin Əkbərov onun yanma gələrək bildirmişdir ki, Zərərçəkmiş şəxslə arasında “Ford Transit” markalı avtomobilin alqı-satqısı ilə bağlı mübahisə yaranmışdır. Belə ki, Zərərçəkmiş şəxs “Ford Transit” markalı avtomobili lizinq şərtləri altında gündəlik 33 manat ödəniş etməklə Elminə vermiş, Elmin isə təxminən 6 ay müddətində Rəfailə gündəlik olaraq 33 manat ödəniş etmişdir. Lakin 6 aydan sonra pandemiya şəraiti olduğundan maddi durumunda problemlər yarandığı üçün “Ford Transit” markalı avtomobili Rəfail Elmindən almışdır. Ona görə də Elmin ondan Rəfaillə danışmasını, ya avtomobili, ya da Rəfailə verdiyi 5000 manat pulu qaytarmasında yardım etməsini xahiş etmişdir. O da Rəfaili tanıyırmış, belə ki, Rəfaillə o, ikisi də Bakı- Sumqayıt yolunda “Ford” avtomobilini idarə edirmişlər. Həmin vaxtdan bir-birlərini tanıyırmışlar. Daha sonra o, baş vermiş hadisə barədə tanışları, yəni onunla Sumqayıt şəhərində əlaqə saxladığı uşaqlar Mahir, Qədir, Yunis və Turana baş verənlər barədə danışmışdır. Lakin həmin şəxslərə Elminlə Rəfailin arasında pul məsələsinin olduğunu deyil, Rəfailin ona borclu olduğunu demişdir. Mahir onun xalaoğlu, Yunis və Turan isə onun əmisi oğlanlarıdır. Qədir isə ailəvi tanışıdır. Belə ki, həmin şəxslərə Rəfailin ona borclu olduğunu, lakin borcunu hələ də vermədiyini bildirmişdir. Çünki onlar hamısı Sumqayıt şəhərində yaşayır, birlikdə qazanaraq ailələrini dolandırırmışlar. Ona görə də pul məsələsi olanda maddi ziyan hər birinə dəyirmiş. Onun tanışları isə ona söhbəti anladıqlarını və Rəfaili çağıraraq bu barədə danışacaqlarını bildirmişlər. Konkret olaraq vaxtını xatırlamasa da, 2021-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs3 və Qədir onunla telefonla əlaqə saxlayaraq 2021-ci ilin yanvar ayının sonlarında Rəfaillə Sumqayıt şəhəri Qurd dərəsi adlanan ərazidə görüşdüklərini, kafedə Rəfaillə söhbət etdiklərini və Rəfaildən ona olan borcunu tələb etdiklərini bildirmişlər. Mahir və Qədir söhbət əsnasında ona demişlər ki, Rəfaili söhbətə çağırmış və Rəfaildən ona olan borcunu tələb etdiklərində Rəfail ona borcunun olmadığını demişdir. Bu zaman o məcbur olub həmin şəxslərə həqiqəti danışmış və Elminin ona borcu olduğunu, lakin Elminin pulunu Rəfailə verdiyini, lakin Rəfail Elminə pul vermədiyi üçün ona olan borcunu qaytara bilmədiyini demişdir. Bundan sonra onun tanışları Rəfaildən Elminə olan borcunu qaytarmağı tələb etmiş, Rəfail isə hazırda üstündə pulunun olmadığını 2000 manat pulu evdə saxladığını və Rəfaillə yaşadığı Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisindəki evinə dəvət etmişdir. Belə ki, həmin vaxt Rəfail yaşadığı mənzilə girərək sonuncunu həyətdə gözləyən Mahir və Qədirə pulu düşürüb verməli imiş. Daha sonra Rəfail yaşadığı mənzilə girmiş, Mahir və Qədir Rəfaili yaşadığı evin həyətində gözləyərkən Mahirin mobil telefonuna tanımadığı şəxs tərəfindən zəng gəlmiş, bundan sonra X7 yaşadığı mənzilin qarşısından çıxıb getmişdirlər. Konkret olaraq vaxtını xatırlamasa da Qədir onun istifadəsində olan mobil telefona zəng edərək bildirmişdir ki, Elmin və Rəfail arasında olan söhbət bir az qarışıq məsələdir, belə ki, Rəfail “Ford Transit” markalı avtomobilin cəriməsini ödəmiş, habelə həmin avtomobilə Elmindən sonra xərc qoymuşdur. Məhz elə buna görə də qeyd olunan məsələdə kimin səhv, kimin düzgünlük tərəfdarı olduğunu aydınlaşdırmaq bir az qəliz məsələdir. Buna görə də Rəfaildən 5000 manat pulu tələb etmək haqsızlıq olarmış. Ona görə də həmin borc məsələsi zamanı onun Rəfaildən borc pulunu tələb etməyi haqsızlıq olarmış. Bundan sonra o konkret olaraq xatırlamadığı vaxtda Rəfailin istifadəsində olan mobil telefona zəng edərək söhbətin artıq həll olunduğunu, bundan sonra uşaqlara, yəni yuxarıda adlarını qeyd olunan şəxslərə əziyyət çəkdikləri üçün, yəni məsələdə Rəfaili haqlı olduğunu aydınlaşdırdıqları üçün pul vermək lazım olduğunu bildirmişdir. Lakin Rəfail isə hazırda pulunun olmadığını və pulu olacağı təqdirdə yaxın zamanlarda pul verəcəyini bildirmişdir. Lakin o adlarını çəkdiyi şəxslərə bu barədə məlumat vermədən həmin şəxslərin adından Rəfaildən pul tələb etməyə başlamışdır. Ardınca isə o dəfələrlə Rəfailin mobil telefonuna zəng edərək pulu nə vaxt verəcəyini soruşduqda Rəfail yenə də yaxın zamanlarda pulu verəcəyini söz verirmiş. 16 mart 2021-ci il tarixdə saat 20:22-də o “whatsapp” mobil tətbiqindən Rəfailin telefonuna ismarıc yazaraq Rəfailə bu günün son gün olduğunu deyib adına olan **********340374 nömrəli “albalı” bank kartını ataraq həmin karta 500 manat pul ödəməyini tələb etmişdir. 17 mart 2021-ci il tarixdə saat 01:04-də o Rəfailə bir daha mesaj yazaraq pulun bank kartına köçürülməyəcəyi təqdircə Rəfailə qarşı zor tətbiq edəcəyini bildirmişdir. 17 mart 2021-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri 51-ci məhəllə Rəfailin telefonuna zəng edərək bir daha zəng etməyəcəyini, daha sonra Rəfailə zor tətbiq edəcəyilə bağlı hədələmişdir. Elə oldu ki, həmin gün Rəfail pulu onun Rəfailə göndərdiyi bank hesab kartına göndərməmişdir. Bundan sonra sabahı gün, yəni 18 mart 2021-ci il tarixdə o ,Turan, Yunis və Mahir Bakı Ağır Cinayətlər Məhkəməsindən Sumqayıt şəhərinə getmək üçün Bakı şəhəri Nəsimi rayonu “20 Yanvar” dairəsinə gəlmiş, orada adlarını çəkdiyi şəxslərə Rəfaillə söhbət etməli və işinin olduğunu bildirmişdir. Həmin şəxslər də onunla birlikdə Sumqayıta gedəcəkləri üçün onun xahişini yerə salmayıb onunla birlikdə Rəfaili axtarmışlar. O 18 mart 2021-ci il tarixdə saat 17:30-da Bakı şəhəri, Nəsimi rayonu “20 Yanvar” dairəsinin yaxınlığında Alı Mustafayev küçəsi yaxınlığında olan “Kral dönər” adlı kafenin arxasında Rəfaili görmüşdür. Bu zaman Mahir, Turan, Yunis də onun yanında olmuşdur. O oraya gəlib Rəfailin qolundan tutaraq kənara çəkmişdir. Rəfaili “Sürücü” kafesinin sanitar qovşağının sağ tərəfinə aparmışdır. Həmin vaxt Rəfailin yanında Mahir də var imiş. O və Mahir öndə getmişlər. Söhbət zamanı Rəfailə onun zənglərini nə səbəbə götürmədiyini və ona qarşı hörmətsizlik etdiyini deyib kənara çəkmişlər. Bu zaman onların arxasıyca Yunis, daha sonra isə Turan da oraya gəlmişdir. Turan gələn kimi bir daha Rəfailə nalayiq ifadələr işlədib nə səbəbə onun zənglərinə Rəfailin cavab vermədiyini, hörmətsizlik etdiyini dedikdə Rəfail bu zaman kobud danışdıqda Mahir yumruqla Rəfailin sifət nahiyəsinə zərbə endirmişdir. Həmin vaxt Rəfail onlardan kənara çəkilmiş olsa da, Yunis və Turan Rəfailə bir qədər kənarda ağacın yanında yaxınlaşıb Rəfailin sifət nahiyəsinə sillə və ayaq nahiyəsinə təpik zərbələri vurmuşlar. O daha sonra isə Rəfailin başqa bir söz demədiyini görüb bir daha hörmətsizlik etməməsini və zəng edəcəyi təqdirdə zənglərinə cavab verməsini bildirmişdir. Daha sonra ailəli olmaqla himayəsində özünün bir övladının və qardaşı rəhmətə getdiyi üçün onunda üç övladının onun himayəsində olmasını, Zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını, ona yüngül cəza verilməsini xahiş etməsini nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 18 mart 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər məhkəməsində olan məhkəmə baxışına çağırılmış, həmin vaxt onunla həmin məhkəmə baxışına qardaşı Təqsirləndirilən şəxs4, əmisioğlu Təqsirləndirilən şəxs1 və tanışları Təqsirləndirilən şəxs3 da çağırılmışdır. Belə ki, aralarında olan razılaşmaya əsasən onlar məhkəmə baxışından sonra çıxaraq Bakı şəhəri, Nəsimi rayonu, “20 yanvar” adlanan əraziyə getməli və oradan isə Sumqayıt şəhərinə yola düşməli imişlər. Bundan sonra onlar həmin gün “20 Yanvar” dairəsinə çatdıqda Elşad orada əvvəllər tanıdığları Zərərçəkmiş şəxs gördükdə sonuncu ilə bir sıra məsələni həll etməli olduğunu bildirmiş, o, Elşaddan Rəfaillə hansı məsələyə görə görüşmək istəyini soruşduqda sonuncu onlara heç bir söz demədən ona qarşı Rəfailin hörmətsizlik, elədiyini, onun zənglərinə cavab vermədiyini, habelə Rəfailin Elşada zəng etməsini digər şəxslərə desə də, Rəfailin Elşada bir daha zəng etmədiyini bildirmişdir. Həmin vaxt o, Yunis, Mahir də Elşadın Rafaillə olan görüşünə getmiş, Yunis və X6 konkret olaraq görüşünün səbəbi barədə məlumatları olmamışdır. Elşad Rəfailin yanına gedənə qədər sonuncunu döyəcəyini, təhqir edəcəyini, Rafailin Elşada qarşı hörmətsizlik etdiyini qeyd edirmiş. Onlar 18 mart 2021-ci il tarixdə, saat 17:30-da Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” dairəsinin yaxınlığında yerləşən “Kral dönər” adlı iaşə obyektinin arxasında Rəfailə yaxınlaşmış, həmin vaxt Elşad oraya gəlib Rəfailin qolundan tutaraq sonuncunu kənara, həmin ərazidə yerləşən “Sürücü” kafesinin yaxınlığında olan tualetin yanına aparmışdır. Elşad Rəfailə qarşı hirsli olduğundan Rəfaili döyüb camaatın gözü qarşısında vuracağını demişdir. Lakin səbəbi barədə soruşduqda isə onlara heç bir söz deməmiş, Rafailin Elşada qarşı hörmətsizlik etdiyini dəfələrlə təkrarlayırmış, Elşad Mahirlə birlikdə Rəfailin qolundan tuaraq “Sürücü” kafesinin yanıda olan sanitar qovşağın sağ tərəfınə aparmış, həmin vaxt Yunis də onların arxasıyla getmişdir. Yunisin ardınca isə o da Elşadgilin yanına gəlmişdir. Bu zaman o Rəfailə nə səbəbə hörmətsizlik edib Elşadın zənglərini götürmədiyini və Elşada qarşı xoş davranmadığını dedikdə Rəfail bir daha kobud cavab verdiyi üçün həmin vaxt Mahir Rəfailin belə danışığından əsəbləşib Rəfailin sifət nahiyəsinə yumruq zərbəsi vurmuş və Rəfail arxaya çəkilərək orada ağacın yanına tərəf getmişdir. Bundan sonra o və Yunis Rəfailin sifət və ayaq nahiyələrinə çoxsaylı sillə və təpik zərbələri vurmuşlar. Ardınca oradan uzaqlaşmış, Elşad isə bir daha Rəfailə hörmətsizlik etməməyi və zənglərinə cavab verməsini deyib oradan uzaqlaşmış və taksiyə minərək Sumqayıt şəhərinə qayıtmışlar. Daha sonra isə baş verənlər barədə polis əməkdaşları məlumatlı olduğundan Elşad saxlanılmış və 26 mart 2021-ci il tarixdə polis əməkdaşlarının müşayiəti ilə onu Nəsimi RPİ-yə gətirmişlər. Daha sonra əməlindən peşman olmasını, gənc olmasını və Zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını, ona yüngül cəza verilməsini xahiş etməsini nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 18 mart 2021-ci il tarixdə Bakı Ağır Cnayətlər məhkəməsində olan məhkəmə baxışına çağırılmış, həmin vaxt onunla həmin məhkəmə baxışına qardaşı Təqsirləndirilən şəxs2, əmisioğlu Təqsirləndirilən şəxs1 və tanışları Təqsirləndirilən şəxs3 da çağırılmışdır. Belə ki, aralarında olan razılaşmaya əsasən onlar məhkəmə baxışından sonra çıxaraq Bakı şəhəri, Nəsimi rayonu, “20 yanvar” adlanan əraziyə getməli və oradan isə Sumqayıt şəhərinə yola düşməli imişlər. Bundan sonra onlar həmin gün “20 Yanvar” dairəsinə çatdıqda Elşad orada əvvəllər tanıdıqları Zərərçəkmiş şəxs gördükdə onunla bir sıra məsələni həll etməli olduğunu bildirmiş, Elşaddan Rəfaillə hansı məsələyə görə görüşmək istəyini soruşduqda Elşad onlara heç bir söz demədən ona qarşı Rəfailin hörmətsizlik etdiyini, onun zənglərinə cavab vermədiyini, habelə Rəfailin Elşada zəng etməsini digər şəxslərə desə də, Rəfailin Elşada bir daha zəng etmədiyini bildirmişdir. Həmin vaxt o, Turan, Mahir də Elşadın Rafaillə olan görüşünə getmişdir. Belə ki, o, Turan və X6 konkret olaraq görüşünün səbəbi barədə məlumatları olmamışdır. Elşad Rəfailin yanma gedənə qədər Rəfaili döyəcəyini, təhqir edəcəyini, Rafailin Elşada qarşı hörmətsizlik etdiyini qeyd edirmiş. Onlar 18 mart 2021-ci il tarixdə saat 17:30-da Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” dairəsinin yaxınlığında yerləşən “Kral dönər” adlı iaşə obyektinin arxasında Rəfailə yaxınlaşmış, həmin vaxt Elşad oraya gəlib Rəfailin qolundan tutaraq Rəfaili kənara, həmin ərazidə yerləşən “Sürücü” kafesinin yaxınlığında olan tualetin yanına aparmışdır. Elşad Rəfailə qarşı hirsli olduğundan Rəfaili döyüb camaatın gözü qarşısında vuracağını deyirmiş. Lakin səbəbi barədə soruşduqda isə onlara heç bir söz demir, Rafailin Elşada qarşı hörmətsizlik etdiyini dəfələrlə təkrarlayırmış. Elşad Mahirlə birlikdə Rəfailin qolundan tuaraq “Sürücü” kafesinin yanıda olan sanitar qovşağın sağ tərəfinə aparmış, həmin vaxt o da Elşadla Rəfailin arxasıyla getmişdir. Onun arxasıyca isə Turan da yanlarına gəlmişdir. Bu zaman Turan Rəfailə nə səbəbə hörmətsizlik edib Elşadın zənglərini götürmədiyini və Elşada qarşı xoş davranmadığını dedikdə Rəfail bir daha kobud cavab verdiyi üçün həmin vaxt Mahir Rəfailin belə danışığından əsəbləşib Rəfailin sifət nahiyəsinə yumruq zərbəsi vurmuş və Rəfail arxaya çəkilərək orada ağacın yanına tərəf getmişdir. Bundan sonra o və Turan Rəfailin sifət və ayaq nahiyələrinə çoxsaylı sillə və təpik zərbələri vurmuşlar. Ardınca Elşad isə bir daha Rəfailə hörmətsizlik etməməyi və zənglərinə cavab verməsini demiş, daha sonra isə oradan uzaqlamışlar və taksiyə minərək Sumqayıt şəhərinə qayıtmışlar. Daha sonra isə baş verənlər barədə polis əməkdaşları məlumatlı olduğundan Elşad saxlanılmış və 26 mart 2021-ci il tarixdə polis əməkdaşlarının müşayiəti ilə onu Nəsimi RPİ-yə gətirmişlər. Daha sonra əməlindən səmimi peşman olmasını, gənc olmasını və Zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını, ona yüngül cəza verilməsini xahiş etməsini ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 18 mart 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər məhkəməsində olan məhkəmə baxışma çağırılmışlar. Həmin vaxt onunla məhkəməyə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 da çağırılmışdır. Belə ki, aralarında olan razılaşmaya əsasən onlar məhkəmədən sonra çıxaraq Bakı şəhəri, Nəsimi rayonu “20 yanvar” adlanan əraziyə getməli və oradan isə Sumqayıt şəhərinə yola düşməli idilər. Bundan sonra onlar həmin gün “20 Yanvar” dairəsinə çatdıqda Elşad orada əvvəllər tanıdıqları Zərərçəkmiş şəxs gördükdə onunla bir sıra məsələni həll etməli olduğunu bildirmiş, onlar Elşaddan Rəfaillə hansı məsələyə görə görüşmək istəyini soruşduqda Elşad onlara heç bir söz demədən ona qarşı Rəfailin hörmətsizlik etdiyini, Elşadın zənglərinə cavab vermədiyini, habelə Rəfailin Elşada zəng etməsini digər şəxslərə desə də, Rəfailin Elşada bir daha zəng etmədiyini bildirmişdir. Həmin vaxt o, Yunis, Turan da Elşadın Rafaillə olan görüşünə getmişlər. Belə ki, o, Turan, X8 konkret olaraq görüşünün səbəbi barədə məlumatları olmamışdır. Elşad Rəfailin yanma gedənə qədər Rəfaili döyəcəyini, təhqir edəcəyini, Rafailin Elşada qarşı hörmətsizlik etdiyini qeyd edirmiş. 18 mart 2021-ci il tarixdə saat 17:30-da Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” dairəsinin yaxınlığında yerləşən “Kral dönər” adlı iaşə obyektinin arxasında Rəfailə yaxınlaşmışlar. Həmin vaxt Elşadın yanında oraya gəlib Rəfailin qolundan tutaraq onu kənara, həmin ərazidə yerləşən “Sürücü” kafesinin yaxınlığında olan tualetin yanına aparmışlar. Elşad hirsli olduğundan Rəfaili döyüb camaatın gözü qarşısında sonuncunu vuracağını demişdir. Lakin səbəbi barədə soruşduqda isə onlara heç bir söz deməmiş, Rafailin Elşada qarşı hörmətsizlik etdiyini dəfələrlə təkrarlamışdır. Elşad Rəfailin qolundan tutaraq nə səbəbə onun zənglərinə cavab vermədiyini, hörmətsiz davrandığını bildirdikdə Rəfail Elşadla xoş danışmamış və səsinin tonunu qaldıraraq hörmətsizlik göstərdikdə həmin vaxt Yunis və ardınca da Turan oraya gəlmişdir və Turan nə səbəbə belə danışıb hörmətsizlik etdiyini dediyi zaman o, əsəbləşib Rəfailin sifət nahiyəsinə yumruq zərbəsi vurmuş və Rəfail bir daha arxaya çəkilərək orada olan şam ağacının yanına tərəf getmiş, orada Turan və Yunis Rəfailin sifət və bədənin müxtəlif nahiyələrinə çoxsaylı sillə və təpik zərbələri vurmuşlar. Ardınca oradan uzaqlaşmışlar, Elşad isə Rəfailə bir daha telefon zəngələrini götürməsini və hörmətsizlik etməməsini tapşırmışdır. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, gənc olmasını, Zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını, ona yüngül cəza verilməsini xahiş etməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 təqsirli olmaları, onların özlərinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdə **-MN-*** dövlət qeydiyyat nişanlı, “Ford” markalı “Transit” modelli mikro avtobus avtomobilini lizinq şərtləri altında 15.000 manata almışdır. Şərtlər ümumilikdə belə imiş ki, hər ay “Vüqar” adlı şəxsə 1.000 manat pul ödəniş etməli və 15 aydan sonra avtomobil ona qalmalı imiş. O da öz növbəsində “Vüqar” adlı şəxsdən həmin avtomobili aldıqdan sonra avtomobili tanışı Xaçmaz rayon sakini X2 vermişdir. Elmin isə həmin avtomobilə görə ona gündəlik 33 manat pul ödəyirmiş. Bu məqsədlə Elmin ona ayda 1000 manat pul ödənişi etmiş, Elminlə arasında olan razılıq isə belə olmuşdur ki, sonuncu 15 ay ona hər gün 33 manat pul ödəniş edəcək, 15 aydan sonra isə avtomobil Elminin mülkiyyətinə keçmiş olacaqmış. Bu işdə onun qazancı olmasa da, Elminin adına avtomobili keçirməkdə məqsədi o olmuşdur ki, Elmin həmin mikroavtobusla onun işlərini görməkdə də ona yardımçı olurmuş. O, Vüqar adlı şəxsdən lizinq şərtləri altında aldığı yuxarıda qeyd edilən avtomobili özü alsa da, Elminlə arasında olan şifahi razılığa əsasən sonuncu ona gündəlik 15 ay ərzində 33 manat ödəməklə 15 aydan sonra o “Vüqarın” onun üçün verdiyi avtomobili Elminin adına keçirmiş olacaqmış. Təxminən Elmin ona aralarında olan şifahi razılığa əsasən 5-6 ay ərzində gündəlik 33 manatdan pul ödəniş etmişdir. Lakin sonrakı aylarda Elmin ödənişi etməkdən imtina etdiyinə görə o da “Vüqar” adlı şəxsə pul verə bilmədiyi üçün avtomobil lizinq şərtlərinin pozulmasına görə “Vüqar” ondan avtomobili geri qaytarmasını tələb etmişdir. Habelə, avtomobilin idarə edilməsi zamanı çoxsaylı cərimələr yarandığından həmin avtomobil 2020-ci ilin mart ayında yol patrul xidmətinin əməkdaşları tərəfindən Xaçmaz rayonu ərazisində yerləşən cərimə meydançasına yerləşdirilmişdir. 2020-ci ilin noyabr ayında o “Vüqar” adlı şəxslə oraya gedərək avtomobilin cərimələrini öz maddi vəsaiti hesabına ödəmiş və 10-MN-75C dövlət qeydiyyat nişanlı, “Ford Transit” markalı avtomobili “Vüqar” adlı şəxsə təhvil vermişdir. Beləliklə, Vüqarla onun arasında olan lizinq müqaviləsi məsələsi bağlanmış, sonuncu ilə onun arasında hər hansı maddi mübahisə qalmamışdır. 2020-ci ilin dekabr ayında Elmin yenidən onun yanına gələrək etdiyi əməllərdən peşman olduğunu və ona yardımçı olmağını, maddi durumunun zəif olduğunu, ona kömək etməsini istəmiş, o, da Elminə yardım etmək məqsədilə özünə məxsus **-FP-*** dövlət qeydiyyat nişanlı, “Ford Transit” markalı avtomobili sonucuya idarə etmək üçün vermişdir. 27 dekabr 2020-ci il tarixdə Elmin ona məxsus avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, lakin kimsə xəsarət almamışdır. Lakin avtomobilinə ziyan dəymişdir. Bundan sonra o Elminlə işləməkdən imtina etmiş, yəni ona məxsus avtomobilin idarə edilməsi üçün Elminə avtomobilini verməmişdir. Elmin isə bu hadisədən sonra onun yanından çıxaraq 2021-ci ilin yanvar ayından etibarən Sumqayıt şəhəri 11-ci mikrorayonda “Arxa yol” adlanan ərazidə Təqsirləndirilən şəxs1 məxsus avtomobil yuma məntəqəsində yuyucu işləməyə başlamışdır. Orada işləyərkən Elmin Təqsirləndirilən şəxs1 yuxarıda qeyd etdiyi hadisəni təhrif edərək Elşada bildirmişdir ki, guya Elmin avtomobil üçün ona 5000-6000 məbləğində pul vermiş, lakin onun Elminin əlindən heç bir səbəb olmadan avtomobili aldığını demişdir. Elşad isə danışıq əsnasında Elminə, Elminin ona 5-6 ay ərzində verdiyi pulu “dirildəcək”, yəni Elminin özünə qaytaracağını söz vermişdir. Bu söhbət əsnasında ona hazırda xatırlamadığı mobil nömrədən “Qədir” adlı şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək onunla görüşüb söhbət etmək istədiyini bildirib Sumqayıt şəhəri ərazisində yerləşən “Qurd Dərəsi” adlanan əraziyə dəvət etmişdir. O ilk növbədə çağırılma səbəbini bilməsə də, görüşməkdən imtina etməmişdir. Hətta mobil telefonda söhbətin nə olduğunu maraqlandıqda ona telefon söhbəti olmadığını deyib görüşə dəvət etmişdir. Telefon danışığı zamanı aralarında olan razılaşmaya uyğun olaraq o, tarixi dəqiq yadında qalmasa da, 2021-ci ilin yanvar ayının sonlarında saat 20 radələrində “Qədirin” dediyi Sumqayıt şəhəri “Daş bazarının” yanında yerləşən “Qurd Dərəsi” adlanan yerdə yerləşən adını xatırlamadığı kafeyə getmişdir. O, kafeyə daxil olduqda orada Qədir və Mahiri görüb onlara yaxınlaşmış, hətta Qədirlə Mahiri əvvəllər tanıdığını bildirmişdir. Belə ki, o dispetçer işləyərkən Qədirlə Mahir də Sumqayıt şəhərində avtobus sürücülüyü ilə məşğul olur, habelə 20 yanvar dairəsinə gəlirmişlər. O, kafeyə daxil olduqda Qədir ayağa qalxaraq kafenin qapısını bağlamışdır. Söhbətə başlayanda Qədir birbaşa olaraq ona 5000 manat pul verməli olduğunu, 5000 manat pul verilməsinin səbəbi kimi isə yuxarıda qeyd etdiyi Elminin məsələsini ona danışmışdır. Bu zaman onlar Elşada zəng etmiş və məlum olmuşdur ki, Elşadın onlara dediyi pul əslində onun Elminlə arasında olan məsələdir və bundan sonra o Elminlə məsələnin özü aydınlaşdıracağını deyərək yaşadığı ünvana getmişdir. Bir müddət sonra Elşad onun mobil telefonuna zəng edərək Elminlə məsələni qaydasına qoyduğunu və buna görə əziyyət çəkdiyi üçün ona pul verməli olduğunu demişdir. Elşad isə ondan dəfələrlə pul tələb etmək üçün müxtəlif vaxtlarda onun istifadəsində olan mobil telefona zəng etmiş və pul tələb etmişdir, O isə Elşada pulunun olmadığını dedikdə Elşad hədə-qorxu gələrək verməyəcəyi təqdirdə onu döyəcəyi və şəxsiyyətini alçaldacağı ilə hədələmişdir. O, Elşadı tanıyır və Elşadın onu döymək imkanının real olduğunu bilmişdir. Belə ki, Elşad Sumqayıt şəhərində də müəyyən nüfuza malikdir. 09 fevral 2021-ci il tarixdə Elşad onun istifadəsində olan mobil telefona özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng edərək söhbəti həll etdiyini, Elminlə danışdığını, habelə Qədir və Mahirlə razılığa gəldiyini, hər bir məsələni özü həll edəcəyini deyərək ondan “Vnimaniya” göstərməyini tələb etmiş, vnimaniya, yəni Elşada kifayət edəcək qədər pul verməyini istəyirmiş. O isə Elşada hazırda pulunun olmadığını dedikdə, Elşad konkret bir vaxt deməyini və pulu verdikdən sonra məsələni “rasxod” edəcəyini, yəni Qədir və Mahirlə həll edəcəyini, artıq bu məsələnin bağlanacağını demişdir. Daha sonra isə Elşad dəfələrlə ondan pulu tələb etmiş, verməyəcəyi təqdirdə ona zor tətbiq edəcəyini demişdir. Habelə “whatsapp” mobil telefon tətbiqindən onun telefonunda olan “whatsapp” mobil tətbiqinə zəng edərək dəfələrlə pul tələb etmiş, habelə ismarıclar yazaraq pulu verməsini istəmişdir. 16 mart 2021-ci il tarixdə, saat 20:22-də onun “whatsapp” mobil telefon tətbiqinə ismarıc yazaraq bu günün son gün olduğunu deyib adına olan **********340374 nömrəli “albalı” bank kartını ataraq həmin karta 500 manat pul ödəməsini tələb etmişdir. O isə pulunun hazırda olmadığını, çalışaraq həmin pulu ödəyəcəyini, yəni bank kartına göndərəcəyini demişdir. O, Elşadla olan mesajlaşmasını izahatına əlavə etmişdir. 17 mart 2021-ci il tarixdə, saat 01:04-də Elşad ona bir daha mesaj yazaraq pulun bank kartına köçürülməyəcəyi təqdirdə ona qarşı zor tətbiq edəcəyi ilə hədələmişdir. 17 mart 2021-ci il tarixdə saat 18 radələrində onun mobil telefonuna zəng edərək ona bir daha zəng etməyəcəyini və pulu verməyəcəyi təqdirdə ona qarşı zor tətbiq edəcəklərini bildirmişdir. 18 mart 2021-ci il tarixdə, saat 17:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” dairəsinin yaxınlığında yerləşən “Kral dönər” adlı iaşə obyektinin arxasında olarkən Mahir, Turan, Yunis daha sonra isə Elşad oraya gəlmiş, Elşad onun qolundan tutaraq onu kənara çəkmişlər. Həmin vaxt Elşad ona irad bildirirək nə səbəbə onun zənglərinə cavab vermədiyini və hörmətsizlik göstərdiyini dedikdə həmin vaxt Mahir onun sifət nahiyəsinə yumruq vurmuşdur. Bundan sonra isə insanların gözü qarşısında Turan və Yunis onun sifət və ayaq nahiyələrinə sillə və təpik zərbələri vurmuşdur. Ardınca isə onlar hadisə yerindən çıxıb getmişlər. O isə baş verənlər barədə hüquq mühafizə orqanlarına məlumat vermişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmamasını və sonunculara yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 uzun müddətdir ki tanıyır, heç biri ilə arasında şəxsi ədavəti və düşmənçiliyi olmamışdır. 2021-ci ilin mart ayının 18-də Bakı şəhəri Nəsimi rayonu 20 yanvar adlanan dairə yaxınlığında idarə etdiyi **-BO-*** dövlət qeydiyyat nişanlı Ford markalı avtomobilə müştəri gözləyidi vaxt, saat 18 radələrində o, Elşadın Rəfailin qolundan tutaraq sonuncunu “Sürücü” kafesinin arxa həyətində yerləşən ayaqyolunun yanma apardığını görmüş, bu zaman Elşadın yanında Mahir də olmuşdur. Bundan sonra Elşadla Rəfail yüksək səslə bir-birlərinə qışqırmağa başladıqda səs-küyə ətrafda olan sürücülər də toplaşmağa başlamış, Elşad Rəfailə telefon zənglərini nə səbəbdən götürmədiyini və özünə qarşı nəyə görə hörmətsizlik etdiyini soruşduqda, Rəfail zəngini görmədiyini və üstünə qışqırmamağı bildirmiş, aralarında sözlü mübahisə daha da qızışmışdır. Bu zaman Elşadgilin yanına Turan və Yunis də gəlmişdir. Turan Rəfailin sifət nahiyəsinə, Yunis də üz və baş nahiyəsinə zərbələr vurmuşdur. Daha sonra isə Mahir Rəfailin sifət nahiyəsinə yumruqla möhkəm zərbələr vurduqda Rəfailin burun nahiyəsi qanamışdır. Bundan sonra isə Elşadla Rəfailin mübahisələrinə son qoyulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 onlardan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin 1-ci cild 56-57-ci vərəqələrində olan 20 mart 2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 105-107-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 20 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 20 mart 2021-ci il tarixdən hesablanmaqla 03 ay 29 gün müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 195-ci vərəqəsində olan 26 mart 2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 62-ci vərəqəsində olan Nəsimi Rayon Məhkəməsinin 27 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 26 mart 2021-ci il tarixdən hesablanmaqla 19 iyul 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 4-cü cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, o dərhal məhkəmə iclas zalından azad edilmiş və ev dustaqlığı qətimkan tədbirinin müddəti təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmışdır. Cinayət işinin 1-ci cild 145-ci vərəqəsində olan 26 mart 2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 61-ci vərəqəsində olan Nəsimi Rayon Məhkəməsinin 27 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində 26 mart 2021-ci il tarixdən hesablanmaqla 19 iyul 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 4-cü cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 26 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, o dərhal məhkəmə iclas zalından azad edilmiş və ev dustaqlığı qətimkan tədbirinin müddəti təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmışdır. Cinayət işinin 1-ci cild 170-ci vərəqəsində olan 26 mart 2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 63-cü vərəqəsində olan Nəsimi Rayon Məhkəməsinin 27 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 26 mart 2021-ci il tarixdən hesablanmaqla 19 iyul 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 4-cü cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 26 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, o dərhal məhkəmə iclas zalından azad edilmiş və ev dustaqlığı qətimkan tədbirinin müddəti təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmışdır. Cinayət işinin 4-cü cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilinədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 4-cü cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinin 3-cü cild 26-31-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2021-ci il tarixli, 4/386-4/387 saylı ekspertiza rəyindən görünür ki, 1. Ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli DVD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlarda qeydə alınan danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Mübahisəli fonoqramlardakı danışıqlar 2 (iki) nəfər kişi cinsinə məxsus şəxs tərəfindən aparılmışdır. 2. Ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli DVD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs1, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs məxsusdur. 3. Ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli DVD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramların qeydə alındığı fayllar ilkin olmayın yazılışdan sonra mesencer proqram vasitəsilə emal olunmuşdur. Mübahisəli fonoqramlardakı danışıqlarda məntiqi rabitənin pozulması, diktorlarının sayının və emosional vəziyyətinin situasiya ilə əlaqəli olmayan şəkildə kəskin dəyişməsi kimi montaj əlamətləri müəyyən olunmadı. Mübahisəli fonoqramların qeydə alındığı fayllar ilkin olmadığından fonoqramların qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından və yazılışından sonra emal olunduğundan digər dəyişiklərin olubolmadığını müəyyən etmək mümkün olmadı. Cinayət işinin 3-ci cild 27-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 300 (üç yüz) manat təşkil edir. Cinayət işinin 3-cü cild 17-18-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin ambulator məhkəmə psixiatrik ekspertizasının 06 aprel 2021-ci il tarixli, 722 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri AR CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 3-cü cild 23-25-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin ambulator məhkəmə psixiatrik ekspertizasının 20 aprel 2021-ci il tarixli, 847 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri AR CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 3-cü cild 13-14-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin ambulator məhkəmə psixiatrik ekspertizasının 06 aprel 2021-ci il tarixli, 720 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri AR CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs4 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 3-cü cild 15-16-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin ambulator məhkəmə psixiatrik ekspertizasının 06 aprel 2021-ci il tarixli, 721 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri AR CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 3-cü cild 19-21-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin sağlamlığa zərər vurmanın təyini ekspertizasının 19 aprel 2021-ci il tarixli 185 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – başın alın nahiyəsinin qançır-şişkinliyi, üst dodağın selikli qişasının səthi əzilmiş-cırılmış yarası, boynun sol yarısının qançır-şişkinliyi, burun nahiyəsinin burun sümüyünün natamam xətti sınığı ilə müşayiət olunan qançırı, sol burun-dodaq büküşünün sıyrığı küt əşyanın (əşyaların) təsirindən müayiənədən bir gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 18.03.2021-ci il tarixdə əmələ gələ bilərdilər. Qeyd edilən xəsarətlərdən burun sümüyünün natamam xətti sınığı dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, əl barmaqları, dırnaq, ayaq və s) təsirindən əmələ gələ bilərdilər, şəxsin özü tərəfindən yetirilməsi, Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi və beşbarmaqla yetirilən zərbə nəticəsində əmələ gələ bilməsi az inandırıcıdır. Cinayət işinin 3-cü cild 93-123-cü vərəqələrində olan 22 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd videogörüntülərin yazıldığı DVD disk və 01 ədəd səs yazılarının yazıldığı DVD disk sübut qismində tanınmış və iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 2-ci cild 172-174-cü vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən tərtib edilmiş 20 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1: 1) Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Prezidentinin 14.10.2013-cü il tarixli, 3186 saylı «ƏFV» Fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş; 2) Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 28.04.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, 23.05.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 2-ci cild 175-176-cı vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən tərtib edilmiş 20 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 4-cü cildinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli hökmündən görünür ki, 1) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 26 sentyabr 2019-cu il tarixdə tutulub 05 fevral 2020-ci il tarixədək fasiləsiz olaraq həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 04 (dörd) ay 10 (on) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş 05 fevral 2020-ci il tarixli “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunmuş və o, məhkəmə iclas zalından dərhal həbsə alınmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməmiş, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli məhkəmə hökmünün çıxarıldığı 16 sentyabr 2021-ci il tarixdən hesablanmış və Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. 2) Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs2 03 sentyabr 2019-cu il tarixdə tutulub 03 fevral 2020-ci il tarixədək fasiləsiz olaraq həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 05 (beş) ay ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş 03 fevral 2020-ci il tarixli “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməmiş, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, faktiki yaşadığı Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuş, Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış və hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilmişdir. Cinayət işinin 2-ci cild 178-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən tərtib edilmiş 20 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cild 177-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən tərtib edilmiş 20 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 4-cü cildinə əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 28 sentyabr 2021-ci il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı hər hansı şikayət, tələb və mülki iddiasının yoxdur və sonunculara yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Cinayət işinə əlavə edilmiş DVD (27.03.2021-ci il tarixli protokol, 1-ci cild, i/v 227- 228) diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 18.03.2021-ci il tarixdə saat 17:39-da Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi ilə M.Cəfərov küçəsinin kəsişmələrində yerləşən sanitar qovşağın qarşısında baş vermiş hadisə öz əksini tapır və göstərilən ünvanda yerləşən “Sürücü” kafesinin müşahidə kameralarında qeydiyyata alınmışdır. Diskə baxış zamanı müəyyən edilir ki, hadisə 18.03.2021-ci il tarixdə saat 17:39-da baş verir və görüntünün ümumi müddəti 1 dəqiqə 33 saniyədir. Belə ki, hadisə yerinə gəlmiş Təqsirləndirilən şəxs4 Rəfailə bir-neçə dəfə sillə zərbəsi vurur. Həmin vaxt Rəfail yenidən hadisə yerindən kənarlaşmaq istəyir və bu zaman hadisə yerinə sonuncu gəlmiş Təqsirləndirilən şəxs2 onun boyun nahiyəsindən sillə və ayaq nahiyəsindən təpik zərbələri vurur. Bundan sonra mühabisədə iştirak edən şəxslər müxtəlif istiqamətlərdə hərəkət edərək, hadisə yerindən uzaqlaşırlar. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmək hədəsi ilə özgənin əmlakını hədə - qorxu ilə tələb etmə, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmə cinayətini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onların təqsirli olması tamamilə sübuta yetirilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının CM-nin 182.1 və 221.2.1-ci maddələri ilə, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 əməli isə həmin Məcəllənin 221.2.1-ci maddəsi ilə tövsif edilməli və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 məhkəmə iclasında verdikləri ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə də uyğunluq təşkil etmir və özlərini müdafiə xarakteri daşıyır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən hədəqorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında geyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən az ağır zərər vurma isə təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmada ifadə olunur. Həmin Qərarının 11-ci maddəsinə əsasən xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyəti nəzərdə tutan 221.3-cü maddəsilə tövsüf olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən özünün bir övladının və qardaşı rəhmətə getdiyi üçün onunda üç övladının onun himayəsində olmasını, Zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını, ona yüngül cəza verilməsini xahiş etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-nin 182.1 və 221.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 1(101)-117/2021 saylı hökmü ilə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 (bir) il 01 (bir) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1 və 221.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza təyin ediməli və hazırkı iş üzrə cinayət əməlinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 1(101)-117/2021 saylı hökmü çıxarılmazdan əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökmlə təqsirləndirilən şəxsin üzərində qəti olaraq saxlanılmış 01 (bir) il 01 (bir) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrumetmə cəzası, hazırki hökmlə ona təyin ediləcək cəza ilə həmin Məcəllənin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə qismən toplanılmaq yolu ilə ona qəti cəza təyin edilməli, çəkilən cəza qəti cəza müddətinə hesablanmalı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 1(101)-117/2021 saylı hökmünə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığı faktiki 20 mart 2021-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, gənc olmasını və Zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını, ona yüngül cəza verilməsini xahiş etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 1(101)-117/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1 (bir) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, hazırkı iş üzrə cinayət əməlinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 1(101)-117/2021 saylı hökmü çıxarılmazdan əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökmlə sonuncunun barəsində təyin olunmuş 1 (bir) il 2 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə ona təyin ediləcək cəza ilə həmin Məcəllənin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə qismən toplanılmalı, Təqsirləndirilən şəxs2 26 mart 2021-ci il tarixdən 01 iyul 2021-ci il tarixədək həbsdə saxlama müddətinin və 01 iyul 2021-ci il tarixdən 21 dekabr 2021-ci il tarixədək ev dustaqlığında saxlanılma müddətinin, yəni cəmi 08 (səkkiz) ay 25 (iyirmi beş) gün 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 01 (bir) il 05 (beş) ay 20 (iyirmi) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2021ci il tarixli, 1(101)-117/2021 saylı hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs4 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs4 cəza təyin edərkən səmimi peşman, gənc olmasını və Zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını, ona yüngül cəza verilməsini xahiş etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni əməlindən səmimi peşman olmasını, gənc olmasını, Zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını, ona yüngül cəza verilməsini xahiş etməsini ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və 26 mart 2021-ci il tarixdən 26 iyun 2021-ci il tarixədək həbsdə saxlama müddətinin və 26 iyun 2021-ci il tarixdən 21 dekabr 2021-ci il tarixədək ev dustaqlığında saxlanılma müddətinin, yəni cəmi 08 (səkkiz) ay 25 (iyirmi beş) gün 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 01 (bir) il 05 (beş) ay 20 (iyirmi) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 üzərinə Bakı və Sumqayıt şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs3 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 cəza təyin edərkən özünü təqsirli bilməsini, törətdiyi əməldən səmimi peşman olmasını, gənc olmasını və Zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını, ona yüngül cəza verilməsini xahiş etməsini ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, törətdiyi əməldən səmimi peşman olmasını, gənc olmasını və Zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını, ona yüngül cəza verilməsini xahiş etməsini ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və 26 mart 2021-ci il tarixdən 26 iyun 2021-ci il tarixədək həbsdə saxlama müddətinin və 26 iyun 2021-ci il tarixdən 21 dekabr 2021-ci il tarixədək ev dustaqlığında saxlanılma müddətinin, yəni cəmi 08 (səkkiz) ay 25 (iyirmi beş) gün 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 01 (bir) il 05 (beş) ay 20 (iyirmi) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə Bakı və Sumqayıt şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materillarında saxlanılmalı iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 300 (üç yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdikləri 42 saata görə 252 (iki yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 il (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş 03 il (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 1(101)-117/2021 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 01 (bir) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq, Təqsirləndirilən şəxs1 qəti olaraq 03 il (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınsın. Cəzaçəkmə müddətinin başlanğıcı 20 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 1(101)-117/2021 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılaraq, Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 26 mart 2021-ci il tarixdən 01iyul 2021-ci il tarixədək həbsdə saxlama müddətinin və 01 iyul 2021-ci il tarixdən 21 dekabr 2021-ci il tarixədək ev dustaqlığında saxlanılma müddətinin, yəni cəmi 08 (səkkiz) ay 25 (iyirmi beş) gün 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 01 (bir) il 05 (beş) ay 20 (iyirmi) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 26 mart 2021-ci il tarixdən 26 iyun 2021-ci il tarixədək həbsdə saxlama müddətinin və 26 iyun 2021-ci il tarixdən 21 dekabr 2021-ci il tarixədək ev dustaqlığında saxlanılma müddətinin, yəni cəmi 08 (səkkiz) ay 25 (iyirmi beş) gün 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 01 (bir) il 05 (beş) ay 20 (iyirmi) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 üzərinə Bakı və Sumqayıt şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 26 mart 2021-ci il tarixdən 26 iyun 2021-ci il tarixədək həbsdə saxlama müddəti və 26 iyun 2021-ci il tarixdən 21 dekabr 2021-ci il tarixədək ev dustaqlığında saxlanılma müddətinin, yəni cəmi 08 (səkkiz) ay 25 (iyirmi beş) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 01 (bir) il 05 (beş) ay 20 (iyirmi) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 üzərinə Bakı və Sumqayıt şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 300 (üç yüz) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 42 saata görə 252 (iki yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No **********1100204111, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 42 saata görə 252 (iki yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar