Məhkəmə qərarları › İş №1(006)-424/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-424/2025

29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-424/2025 29.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1978-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşıyaraq satmışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1,651 qram çəkidə narkotik vasitə heroini və 0,141 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 13 fevral 2025-ci il tarixdə saat 18 radələrində ünvan 3 ünvanın qarşısında narkotik vasitə heroinin 0,275 qram hissəsini 5 manat pul müqabilində tanışı X4, narkotik vasitə heroinin 0,313 qram hissəsini isə digər tanışı Şahid2 5 manat pul müqabilində satmış, Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 fevral 2025-ci il tarixdə saat 18:40-da ünvan 3 ünvanın qarşısında tutularaq saxlanılmış və orada üstündə yoxlanılma aparılan zaman əynində olan gödəkçənin cibindəki kibrit qutusunun içərisindən 11 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,023 qram, 0,226 qram, 0,098 qram, 0,124 qram, 0,095 qram, 0,083 qram, 0,038 qram, 0,103 qram, 0,121 qram, 0,050 qram, 0,102 qram olmaqla ümumi təmiz çəkisi 1,063 qram təşkil edən eyni tərkibli kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və 04 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,043 qram, 0,029 qram, 0,037 qram, 0,032 qram olmaqla ümumi təmiz çəkisi 0,141 qram təşkil edən kustar üsulla hazırlanmış eyni tərkibli həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. 13 fevral 2025-ci il tarixində Xaqani və Fikrət adlı tanışları onlara gəlmişlər. Belə ki, onlar birlikdə narkotik vasitə almağa gedəcəkdilər. Əvvəl Xaqani gəlmiş, bir qədər sonra Fikrət gəlmiş, Fikrət içəri girəndən sonra arxasınca polis əməkdaşları evə daxil olub onları polis şöbəsinə aparmışlar. Evə daxil olarkən polis əməkdaşı bir ədəd kibrit qutusu çıxardıb kimə məxsus olmasını soruşmuş, o da onun olmadığını bildirmişdir. Polis şöbəsində ona təzyiq edilmiş, alçaldıcı hərəkətlər olunacağı ilə onu hədələmişlər. Bu səbəbdən də o, kibrit qutusundakı bükümlərin ona məxsus olduğunu və narkotik vasitələrin satışı ilə məşğul olduğunu demişdir. Halbuki o, narkotik vasitələrin satışı ilə məşğul olmamış, Xaqaniyə və Fikrətə narkotik vasitə satmamışdır. Onlar pul qoyub bir yerdə narkotik vasitə alıb istifadə etsələr də, o, onlara heç vaxt narkotik vasitə satmamışdır. Polis əməkdaşları daha sonra onları Mir Cəlal küçəsi 20 ünvanının qarşısına gətirmiş və orada videoçəkiliş aparmaqla üzərilərinə baxış keçirmişlər. Çəkilişdən sonra isə yenidən polis şöbəsinə getmişlər və orada təhqiqatçının otağında videoçəkiliş aparılmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, onları evdə tutandan sonra polis şöbəsinə gətirəndə onu şöbənin rəisi və rəis müavini qəbul etmiş və narkotik vasitə ona onların yanında verilmişdir. Həmin vaxt otaqda başqa iki nəfər polis əməkdaşı da olmuşdur. Lakin narkotik vasitəni kimin verdiyi yadında deyil. Onları evdən tutub apardıqdan təxminən bir saat, saat yarım sonra binanın qarşısına gətirib çəkiliş aparmışlar. O, Fikrəti uzun müddətdir ki, tanıyır, Xaqanini isə Fikrətə görə tanımışdır. Daha sonra narkotik vasitələrin satışı ilə məşğul olmadığını, saxlanılan zaman üzərində narkotik vasitə olmadığını bildirərək barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞnin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində bildirmişdir ki, 13 fevral 2025-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, «Anar» adlı şəxs qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib özündə saxlamaqla daşıyır və satışı ilə məşğul olur. Keçirilmiş əməliyyat tədbirləri ilə «Anar» adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Sonra qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o, 19-cu polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid4, əməliyyat müvəkkilləri Şahid5, Şahid6, kiçik inspektor Şahid7 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə əldə etdikləri məlumat əsasında Bakı şəhəri, ünvan 4 ünvanın qarşısında olarkən Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yanında Şahid1 və Şahid2 da olmuşdur. Onlar Təqsirləndirilən şəxs və yanında olan Şahid1 ilə Şahid2 Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, üzərilərinə yoxlama aparılacağını bildirmişlər. Həmçinin onlara hüquq və vəzifələrini, o cümlədən saxlanıldıqları andan müdafiəçinin yardımından istifadə etmək hüquqlarının olmasını izah etmişlər. Bu proses videoçəkilişlə aparılmışdır. Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 də üzərilərinə yoxlama aparılmasına etiraz etməmişlər. Bundan sonra ilk öncə Təqsirləndirilən şəxs təklif etmişlər ki, əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə varsa onları təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, həmin kibrit qutusu açıldıqda içərisində kibrit dənələri, 15 ədəd xırda bükümlərin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərdə narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmış, lakin 01 ədəd mobil telefon, 01 ədəd təsbeh, pul, 01 ədəd alışqan və 01 ədəd cib dəsmalından başqa hər hansı bir əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusundakı 15 ədəd bükümlər qablaşdırılmış və götürülmüş, digər əşyalar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, onları satmaq üçün «Rza» adlı İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Daha sonra Şahid1 təklif etmişlər ki, əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə varsa onları təqdim etsin. Bu təklifdən sonra Şahid1 əynində olan tünd göy rəngli şalvarının yan cibindən 01 ədəd büküm çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra Şahid1 üzərində yoxlama aparılmış, lakin 01 ədəd siqaret, pul, qulaqcıq və 01 ədəd mobil telefondan başqa hər hansı bir əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra Şahid1 təqdim etdiyi 01 ədəd büküm qablaşdırılmış və götürülmüş, digər əşyalar isə Şahid1 qaytarılmışdır. Verilən şifahi suallara cavab olaraq Şahid1 üzərindən aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğunu, onu istifadə etmək üçün Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Daha sonra Şahid2 təklif etmişlər ki, əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə varsa onları təqdim etsin. Bu təklifdən sonra Şahid2 əynində olan qara rəngli şalvarının yan cibindən 01 ədəd büküm çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra Şahid2 üzərində yoxlama aparılmış, lakin pul və 01 ədəd mobil telefondan başqa hər hansı bir əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra Şahid2 təqdim etdiyi 01 ədəd büküm qablaşdırılmış və götürülmüş, digər əşyalar isə Şahid2 qaytarılmışdır. Verilən şifahi suallara cavab olaraq Şahid2 üzərindən aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğunu, onu istifadə etmək üçün Şahid1 aldığını bildirmişdir. Sonra videoçəkiliş dayandırılaraq Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 onlarla birlikdə 19-cu polis şöbəsinə gəlmələri təklif olunmuş, onlar da razılaşaraq onlarla birlikdə 19-cu polis şöbəsinə gəlmişlər. Polis şöbəsinə gəldikdən sonra videoçəkilişlə bağlı protokol tərtib olunmuş və hər bir iştirakçı həmin protokola imza etdikdən sonra Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 barəsində raport tərtib olunmuş və şöbənin təhqiqatçısı tərəfindən onlar şübhəli şəxs qismində tutulmaqla hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid4, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5, əməliyyat müvəkkili, polis leytenantı Şahid6 və şöbənin cinayət axtarışı üzrə kiçik inspektoru, polis baş serjantı Şahid7 Şahid3 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifaçisi olmuşdur və saxlanılan zaman onun üzərində bir büküm narkotik vasitə olmuşdur. Belə ki, 13 fevral 2025-ci il tarixində Təqsirləndirilən şəxs zəng edərək onun üçün narkotik vasitə təşkil etməsini xahiş etmişdir. O, Anarı narkotik vasitə istifadəçisi kimi tanımış, satan kimi bilməmişdir. Sadəcə Anarın əli çatdığı üçün ondan onun üçün də narkotik vasitə təşkil etməsini xahiş etmiş, Anar da ona “bizə gəl, düzüb qoşaram” demişdir. O, Anarın evinə getdikdə Şahid1 da orada olmuşdur. Şahid1 o qədər də yaxşı tanımamış, onu bir neçə dəfə Anarın yanında görmüşdür. O, içəri daxil olduqdan sonra Anardan narkotik vasitəni götürmüş, həmin narkotik vasitə üçün ona 10 manat verməli olsa da, o evə daxil olduqdan 3-5 dəqiqə sonra polis əməkdaşları evə daxil olmuşlar, polis əməkdaşları tərəfindən tutulduqları üçün pulu verə bilməmişdir. Evdə stolun üstündə kibrit qutusunun içərisində bir neçə bükümdə narkotik vasitə olmuş, lakin həmin bükümlərin kimə məxsus olduğunu bilməmişdir. Polis əməkdaşları həmin kibrit qutusunun içərisini açıb orada narkotik vasitə olduğunu bildikdən sonra “elə bunu axtarırdıq” deyərək onları polis şöbəsinə aparmışlar. Daha sonra onları Mir Cəlal küçəsi 20 ünvanının qarşısına gətirmişlər və orada videoçəkilişlə üzərilərinə baxış keçirilmişdir. Şöbədə olarkən Anar kibrit qutusunun içərisində olan bükümlərin ona məxsus olduğunu etiraf etmiş, Xaqani də üzərində narkotik vasitə olduğunu və onu Anardan aldığını təsdiq etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, Anar ilə onun üçün narkotik vasitə alması üçün razılaşmış və bunun üçün Anara 10 manat pul verməli olmuşdur. Anarın evinə narkotik vasitəni götürmək üçün getdikdə evdə stolun üstündə kibrit qutusunun içərisində bir neçə bükümdə narkotik vasitə olmuş, lakin bükümlərin sayını bilməmişdir. Yalnız polis şöbəsinə gəldikdən sonra kibrit qutusunun içərisində 15 büküm narkotik vasitə olduğunu bilmişdir. Həmçinin Anardan bundan əvvəl də bir neçə dəfə narkotik vasitə almış, eyni zamanda Anar və Xaqani ilə bir yerdə bir neçə dəfə narkotik vasitə istifadə etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 3-4 ay idi ki, tanıyırdı. Şahid2 isə 3-4 dəfə Anarın yanında görmüşdür. O, 13 fevral 2025-ci il tarixində Anarın yaşadığı evə getmişdir. Belə ki, onlar birlikdə onun üçün avtomobil seçməyə, həmçinin narkotik vasitə almağa gedəcəkdilər. O gələndə Anar yuxudan yeni qalxmış və ona paltarını geyindikdən sonra gedə biləcəklərini bilidirmişdir. Təxminən 5 dəqiqə sonra Fikrət də gəlmiş, lakin sonuncu heç oturmağa imkan tapmamış arxasınca polis əməkdaşları içəri daxil olmuşlar. Bundan sonra polis əməkdaşları onları 19-cu polis şöbəsinə aparmışlar. Şöbədə olarkən o, Təqsirləndirilən şəxsla ayrı-ayrı otaqlarda olmuş, ona fiziki təzyiq verilməsini gözü ilə görməsə də, Anarın qışqırdığını eşitmişdir. Daha sonra polis əməkdaşları onları Mir Cəlal küçəsi 20 ünvanının qarşısına gətirmiş və orada videoçəkiliş aparmaqla üzərilərinə baxış keçirmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, saxlanıldıqları gün Anarla bir yerdə narkotik vasitə almağa gedəcəkdi. O, Anar ilə bir yerdə 1-2 dəfə narkotik vasitə qəbul etsə də, ondan heç vaxt narkotik vasitə almamış, həmçinin onun üçün narkotik vasitə alması üçün Anara heç vaxt pul verməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır (l cild, i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:40 dəqiqədə şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir (l cild, i.v.30); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (l cild, i.v.153-154); - Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 4(006)-112/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 13 fevral 2025-ci il tarixdən, saat 18:40-dan hesablanmışdır (l cild, i.v.230-233); - “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir (l cild, i.v.291-306); - “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ayrıca icraata başqa cinayət işi ayrılmış və ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir (l cild, i.v.308-309); - “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ayrıca icraata başqa cinayət işi ayrılmış və ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir (l cild, i.v.314-315); - “Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxslərin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, Şahid1 və Rzayev X9 RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən 13 fevral 2025-ci il tarixdə saat 18:40-da ünvan 3 ünvanın qarşısında saxlanıldıqda Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisində 11 ədəd xırda bükümlərdə narkotik vasitə heroinə bənzər maddə, 04 ədəd xırda bükümlərdə psixotrop maddə metamfetaminə bənzər maddələr, 01 ədəd mobil telefon, 01 ədəd təsbeh, pul, 01 ədəd alışqan və 01 ədəd cib dəsmalı aşkar olunmuşdur. Şahid1 üstü yoxlanılan zaman əynində olan tünd göy rəngli şalvarının yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd siqaret, pul, qulaqcıq və 01 ədəd mobil telefon aşkar olunmuşdur. Fkrət Rzayevin üstü yoxlanılan zaman isə əynində olan qara rəngli şalvarının yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, pul və 01 ədəd mobil telefon aşkar olunmuşdur (l cild, i.v.10- 14); - “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, Şahid1 və Rzayev X9 RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən 13 fevral 2025-ci il tarixdə saat 18:40-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq üstləri yoxlanılan zaman Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 üzərindən aşkar olunmuş bükümlərə və 01 ədəd DVD diskinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən 13 fevral 2025-ci il tarixdə saat 18:40-da ünvan 3 ünvanın qarşısında saxlanıldıqları, həmin vaxt Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisində 11 ədəd xırda bükümlərdə narkotik vasitə heroinə bənzər maddə, 04 ədəd xırda bükümlərdə psixotrop maddə metamfetaminə bənzər maddələr, 01 ədəd mobil telefon, 01 ədəd təsbeh, pul, 01 ədəd alışqan və 01 ədəd cib dəsmalının, Şahid1 üstü yoxlanılan zaman əynində olan tünd göy rəngli şalvarının yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd siqaret, pul, qulaqcıq və 01 ədəd mobil telefonun, Şahid2 isə üstü yoxlanılan zaman isə əynində olan qara rəngli şalvarının yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, pul və 01 ədəd mobil telefonun aşkar olunması videogörüntüdə öz əksini tapmışdır (l cild, i.v.16-19); - “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş mobil telefona baxış zamanı «X15 C6» markalı, «2310FPCA4G» modelli, 2.0.3.0.VGPMİXM seriyalı, arxa tərəfi qara rəngli, plastmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, foto kameralı mobil telefon aparatı olduğu müəyyən edilir. Həmin mobil telefon cihazı iki - **********51344 və **********752064612 İMEİ kodludur. Təqdim edilmiş mobil telefon hazırda normal vəziyyətdədir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs mobil telefonun kodunu açmaqla müvafiq bölmələrə daxil olaraq mobil telefonun daxil olmuş zənglər bölməsinə baxılmış və orada 13 fevral 2025-ci il tarixdə 15:20-dən başlayaraq "XƏQANİ” adı ilə qeyd olunmuş şəxs tərəfindən bir neçə dəfə zəng daxil olması müəyyən edilmişdir. Həmin zənglərdən üçündə əlaqə yaradılsa da, doqquzu isə buraxılmış zəng olaraq qeydə alınmışdır. Təqsirləndirilən şəxs bununla bağlı bildirmişdir ki, "XƏQANİ” adı ilə qeydə alınmış şəxs məhz birlikdə saxlanıldığı X5r və o, həmin zəngləri saxlanıldıqları gün, yəni 13 fevral 2025ci il tarixdə narkotik vasitə almaq üçün etmişdir (l cild, i.v.151-152); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/678 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs...» sözləri olan zərfdəki on bir ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,023 qram, 0,226 qram, 0,098 qram, 0,124 qram, 0,095 qram, 0,083 qram, 0,038 qram, 0,103 qram, 0,121 qram, 0,050 qram, 0,102 qram, ümumi təmiz çəkisi 1,063 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,043 qram, 0,029 qram, 0,037 qram, 0,032 qram, ümumi təmiz çəkisi 0,141 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir (l cild, i.v.108-114); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 6/679 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «...Şahid1...» sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,275 qram olan qəhvəyi rəngli maddə kustar üsulla nazırlanmış narkotik vasitə heroindir, üzərində «..Təqsirləndirilən şəxs...» sözləri olan bir ədəd zərfdəki ümumi on bir ədəd bükümdə ümumi təmiz çəkisi 1,063 qram olan narkotik vasitə heroinlərlə və üzərində «...Şahid2....» sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,313 qram olan narkotik vasitə heroinlə kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir (l cild, i.v.115-119); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 6/683 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «...Şahid2...» sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,313 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və üzərində «..Təqsirləndirilən şəxs...» sözləri olan bir ədəd zərfdəki ümumi on bir ədəd bükümdə ümumi təmiz çəkisi 1,063 qram olan narkotik vasitə heroinlərlə, üzərində «...Şahid1....» sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,275 qram olan narkotik vasitə heroinlə kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir (l cild, i.v.121-125); - İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli 855 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (l cild, i.v.147-148); - “Üzləşdirmə aparmaq haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmiş, Təqsirləndirilən şəxs da üzləşdirmə zamanı həqiqətən də narkotik vasitəni Şahid1 satdığını bildirmişdir (l cild, i.v.191-192); - “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,063 qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 0,141 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş “X15 C6” markalı mobil telefon maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı narkotik vasitə heroinin 0,953 qram qalığı və psixotrop maddə metamfetaminin 0,091 qram qalığı saxlanılması üçün Nəsimi rayon polis idarəsinin maddi sübutları saxlama otağına verilmiş, 01 ədəd “X15 C6” markalı mobil telefonun cinayət işi materiallarına əlavə edilərək saxlanılması nəzərə alınmış, narkotik vasitə və psixotrop maddələrin aşkar olunması faktını əks etdirən 02 ədəd DVD disk sübut növü kimi qiymətləndirilmişdir (l cild, i.v.291-306); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixdə AR Prezidentinin xx.xx.2007-ci il tarixli 558 nömrəli “Əfv” fərmanına əsasən azad olunmuşdur. Bundan başqa, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Salyan Rayon Məhkəməsinin qərarına əsasən AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2024cü ildə Binəqədi rayon Məhkəməsinin qərarı ilə 02 ay 13 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır (l cild, i.v.245-247); - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-242/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (l cild, i.v.253-260); - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-339/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 13 (on üç) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (l cild, i.v.261-266); - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il və xx.xx.2018-ci il təvəllüdlü iki azyaşlı övladı vardır; Məhkəmə iclasında əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması ilə bağlı video görüntüləri əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 13 fevral 2025-ci il tarixdə saat 18:40 dəqiqədə ünvan 5 ünvanının qarşısında Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq ilk əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim edir. Kibrit qutusunun içərisinə baxış zamanı içərisində kibrit dənələri və 15 ədəd büküm olduğu müəyyən olunur. Təqsirləndirilən şəxs həmin bükümdəki maddələrin “kakos” adlanan narkotik vasitə olduğunu bildirir. Həmin bükümlər boş zərfə qoyulur. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılır və əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd mobil telefon, sağ yan cibindən bir ədəd təsbeh, qara rəngli şalvarın sol yan cibindən bir ədəd alışqan və pul, sol arxa cibindən bir ədəd cib dəsmalı aşkar olunur. Həmin əşyalar iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılır. Bundan sonra saxlanılan digər şəxs Şahid1 paltarında, əşyalarında və ya bədənində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları təqdim etməsi təklif olunur. Şahid1 əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümü təqdim edərək içərisində “kakos” adlanan narkotik vasitə olduğunu və həmin maddəni yanında dayanmış Təqsirləndirilən şəxs əldə etdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunan bükümlərin qoyulduğu zərf sonuncu tərəfindən imzalanır. Şahid1 təqdim etdiyi büküm də polis əməkdaşı tərəfindən boş zərfə qoyularaq zərfin ağzı bağlanır və daha sonra Şahid1 üstü yoxlanılır. Üstü yoxlanılan zaman Şahid1 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaret, şalvarının sağ yan cibindən pul, şalvarının sol arxa cibindən bir ədəd qulaqcıq, sağ arxa cibindən isə bir ədəd mobil telefon aşkar olunur. Həmin əşyalar iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılır, üzərindən aşkar olunun bükümün qoyulduğu zərfin üstü Şahid1 tərəfindən imzalanır. Bundan sonra Şahid2 üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif olunur. Bu zaman Şahid2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü təqdim edir. Həmin bükümün içərisində “kakos” adlanan narkotik vasitə olduğunu və həmin maddəni Şahid1 aldığını bildirir. Həmin büküm boş zərfə qoyulub zərfin ağzı bağlanır. Bundan sonra Şahid2 üstü yoxlanılır və əynində olan şalvarın sağ yan cibindən pul və bir ədəd mobil telefon aşkar olunur. Həmin əşyalar iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən şəxsin özünə qaytarılır. Daha sonra Şahid2 aşkar olunmuş bükümün qoyulduğu zərfin üstü sonuncu tərəfindən imzalanır. Verilən suallara cavab olaraq Şahid2 üzərindən aşkar olunmuş bükümə 10 manat verdiyini, Şahid1 Təqsirləndirilən şəxs 20 manat müqabilində 02 büküm narkotik vasitə aldığını, Təqsirləndirilən şəxs isə narkotik vasitələri Rza adlı İran İslam Respublikasının vətəndaşından aldığını, həmçinin saxlanılan zaman onlara polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq və təsir olunmadığını bildirir. Bundan sonra həmin şəxslərin üzərindən aşkar olunan bükümlərin qoyulduğu zərflər möhürlənir və zərflərin üstü iştirakçılar tərəfindən imzalanır. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi ilə bağlı video görüntüləri əks etdirən DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı polis mayoru Nicat Abdullayev özünü təqdim etdikdən sonra 19-cu PŞ-nin əməkdaşları tərəfindən 13 fevral 2025-ci il tarixdə saat 18:40 dəqiqədə ünvan 5 ünvanında saxlanılmış və üstü yoxlanılmış Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 üzərindən aşkar edilmiş bükümlərin qablaşdırıldığı 03 ədəd zərfə baxış keçirilir. Zərflərə baxış keçirilməmişdən əvvəl baxışda iştirak edən şəxslər özlərini təqdim edir, şübhəli şəxslərə hüquq və vəzifələrinin izah olunduğu və onlara müdafiəçi dəvət olunduğu elan olunur. Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 saxlanılan, 19-cu polis şöbəsinə gətirilən və polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təsirə və ya təzyiqə məruz qalmadıqlarını bildirirlər. Bundan sonra təhqiqatçı tərəfindən zərflərin içərisindəki bükümlərə baxış keçirilir. Birinci zərf açıldıqda içərisində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 15 ədəd büküm olması, təhqiqatçı tərəfindən həmin bükümlərin içərisinə baxış keçirildikdə isə 11 ədəd bükümün içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər maddənin, 04 ədəd bükümün içərisində isə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlənin olduğu müəyyən olunur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, həmin bükümləri “İnstagam” sosial şəbəkəsi vasitəsilə İran İslam Respublikasının vətəndaşından alır. Aldığı maddələri satmaq müqabilində İran İslam Respublikasının vətəndaşı ona şəxsi istifadəsi üçün narkotik vasitə verir. Narkotik vasitələrin satışından əldə etdiyi pulu isə İran İslam Respublikasının vətəndaşının kart hesabına köçürür. Bundan sonra həmin bükümlər təhqiqatçı tərəfindən yenidən zərfə qoyularaq qablaşdırılır, möhürlənir və zərfin üstü iştirakçılar tərəfindən imzalanır. Həmçinin Təqsirləndirilən şəxs məxsus bir ədəd zərfə qoyularaq götürülür. Bundan sonra təhqiqatçı tərəfindən ikinci zərf açılır və zərfin içərisində Şahid1 üzərindən aşkar olunmuş 01 ədəd büküm olması müəyyən olunur. Təhqiqatçı tərəfindən həmin bükümün içərisinə baxış keçirildikdə bükümün içərisində daha bir ədəd bükümün olması, onun içərisində isə rəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən olunur. Verilən suallara cavab olaraq Şahid1 həmin bükümdəki maddənin “kakos” adlanan narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs əli ilə işarə edərək həmin gün ondan şəxsi istifadəsi üçün aldığını, narkotik vasitəni satmaq və ya bağışlamaq niyyətinin olmadığını bildirir. Daha sonra təhqiqatçı tərəfindən həmin büküm ekspertiza tədqiqatına göndərilməsi üçün boş zərfə qoyularaq möhürlənir və zərfin üstü iştirakçılar tərəfindən imzalanır. Həmçinin Şahid1 məxsus mobil telefon da götürülərək zərfə qoyulur. Bundan sonra təhqiqatçı tərəfindən üçüncü zərf açılır və zərfin içərisində Şahid2 üzərindən aşkar olunmuş 01 ədəd büküm olması müəyyən olunur. Təhqiqatçı tərəfindən həmin bükümün içərisinə baxış keçirildikdə bükümün içərisində daha bir ədəd bükümün olması, onun içərisində isə rəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən olunur. Verilən suallara cavab olaraq Şahid2 həmin bükümdəki maddənin heroin olmasını, həmin narkotik vasitəni onunla birlikdə saxlanılmış Şahid1 əli ilə işarə edərək həmin gün ondan şəxsi istifadəsi üçün aldığını bildirmiş, Şahid1 da həmin bükümü Firkət Rzayev üçün aldığını bildirir. Təhqiqatçı şübhəli şəxslərdən aşkar olunmuş bükümlərin ekspertiza tədqiqatına göndəriləcəyini bildirdikdən sonra çəkiliş dayandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 8 və 9-cu bəndlərində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. CMin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa, qeyd olunan qərarın 28-ci bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməməsi və saxlanılarkən üzərində narkotik vasitə və psixotrop maddə olmaması, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olmaması, Şahid1 və Şahid2 narkotik vasitə satmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 1,063 qram narkotik vasitə heroini və 0,141 qram psixotrop maddə metamfetamini ümumilikdə 15 ədəd bükümlərə ayırmaqla üzərində gəzdirmişdir. Narkotik vasitənin və ya psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi təqsirkarın həmin maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı nəzərə alınır. Bundan başqa, Təqsirləndirilən şəxs Şahid1 və Şahid2 ilə birlikdə saxlanılan zaman Şahid1 üzərindən aşkar olunan narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmiş, sonuncu isə buna etiraz etməmişdir. Həmçinin təhqiqatçı tərəfindən təqdim olunan əşyaya baxış keçirilən zaman Təqsirləndirilən şəxs kibrit qutusunun içərisindəki bükümlərin ona məxsus olduğunu, həmin bükümləri “İnstagram” sosial şəbəkəsi vasitəsilə İran İslam Respublikasının vətəndaşından aldığını, aldığı maddələri satmaq müqabilində İran İslam Respublikası vətəndaşının ona şəxsi istifadəsi üçün narkotik vasitə verdiyini, narkotik vasitələrin satışından əldə etdiyi pulu isə İran İslam Respublikasının vətəndaşının kart hesabına köçürdüyünü bildirməklə ətraflı izahat vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsində də Şahid1 və Şahid2 narkotik vasitə satdığını etiraf etmişdir. Həmçinin, Şahid1 da saxlanılarkən və üzərlərindən aşkar olunan bükümlərə təhqiqatçı tərəfindən baxış keçirilən zaman üzərindən aşkar olunan 01 ədəd bükümdəki narkotik vasitə heroini Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Bundan başqa, Şahid2 üzərindən aşkar olunan narkotik vasitəni Şahid1 aldığını bildirmiş, Şahid1 isə həmin narkotik vasitəni Təqsirləndirilən şəxs Fikrət üçün aldığını etiraf etmiş, Təqsirləndirilən şəxs isə deyilənlərə etiraz etməmişdir. Məhkəmə iş üzrə şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs ona narkotik vasitə satmaması ilə bağlı verdiyi ifadəsinə münasibətdə qeyd edir ki, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə aludəçisidir. Belə ki, əsasən "kakos" adlandırılan narkotik vasitə heroin və “patı” adlandırılan psixotrop maddə metamfetamini inyeksiya üsulu ilə qəbul edir. Həmin maddələri adətən Təqsirləndirilən şəxs müxtəlif qiymətlərə şəxsi istifadəsi üçün əldə etmişdir. Belə ki, son vaxtlar Təqsirləndirilən şəxs adında şəxsin Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olduğunu bildiyi üçün bir müddət əvvəl narkotik vasitə istifadəçisi kimi tanıdığı Şahid2 ilə birlikdə narkotik vasitə əldə etmək üçün Anara müraciət etmişdir. Bu qaydada sonuncu dəfə 13 fevral 2025-ci il tarixdə günorta saatlarında Şahid2lə danışarkən istifadə etmək məqsədi ilə narkotik vasitə əldə etmək fikrində olduqları üçün Təqsirləndirilən şəxs müraciət edib sonuncudan hərəsinə bir büküm olmaqla heroin əldə etməyi qərarlaşdırmışlar. Bu məqsədlə Şahid2lə görüşüb Təqsirləndirilən şəxs yaşadığı yerin yaxınlığına Nəsimi rayonu, Mir Cəlal küçəsi 20 ünvanının qarşısına getmişlər. Orada gözlədikdən bir qədər sonra Təqsirləndirilən şəxs danışdıqları qaydada qeyd olunan yerə gəlib ona 02 ədəd bükümdə narkotik vasitə heroin vermişdir. O, həmin bükümlərin birini Şahid2 üçün əldə etdiyindən sonuncunun özünə vermiş, birini isə öz şalvarının cibinə qoymuşdur. Bundan sonra Şahid2lə birlikdə həmin maddələrin qarşılığı olan 20 manat pulu çıxarıb Təqsirləndirilən şəxs vermək istədikdə, həmin vaxt mülki formada olmaqla 5 nəfər şəxs onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşları kimi təqdim etmiş və Anarın narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu söyləmişlər. Həmçinin saxlanılan zaman və təhqiqatçı tərəfindən üzərindən aşkar olunmuş bükümlərə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərdən də görünür ki, Şahid1 üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan narkotik vasitə heroini Təqsirləndirilən şəxs aldığını bildirmiş, həmçinin bir büküm də Şahid2 üçün aldığını etiraf etmişdir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Şahid1 barəsində eyni fakt əsasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi açıldığından və Nəsimi Rayon Məhkəməsində həmin cinayət işinin məhkəmə istintaqı aparıldığından onun yuxarıda qeyd olunan məzmunda ifadə verməsi öz barəsində olan cinayət işi üzrə məsuliyyətdən yayınmaq məqsədi daşıyır və məhkəmə tərəfindən özünümüdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə dindirilmiş Şahid1 hazırkı iş üzrə məhkəmə istintaqı zamanı verdiyi ifadənin mötəbərliyi və sübuti əhəmiyyəti şübhə altına düşür. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs və iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid1 onların Nəsimi rayonu, Mir Cəlal küçəsi 20 ünvanının qarşısında deyil, Təqsirləndirilən şəxs evində saxlanılmaları ilə bildirdiklərinə münasibətdə qeyd edir ki, bu hal hər hansı bir sübuta əsaslanmır, əksinə iş materialları ilə təkzib olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, himayəsində iki azyaşlı övladının olmasını, o cümlədən təqsirləndirilən şəxsin kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2025-ci il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 855 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,953 qram narkotik vasitə heroin və 0,091 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “X15 C6” markalı markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalı, sübut növü kimi tanınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 440 (dörd yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 13 fevral 2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə sübut növü kimi qiymətləndirilmiş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,953 qram narkotik vasitə heroin və 0,091 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və cinayət işinin materiallarında saxlanılan “X15 C6” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81 (səksən bir) manat manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 440 (dörd yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar