Məhkəmə qərarları › İş №1(006)-425/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-425/2021

15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-425/2021 15.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxx 1990-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxx 1998-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə acıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işinin ibtidai istintaq materiallarına görə, Təqsirləndirilən şəxs1 12 may 2021-ci il tarixdə saat 04:40 radələrində qohumu Təqsirləndirilən şəxs2 və tanışı, yetkinlik yaşına çatmayan, xx.xx.2008-ci il təvəllüdlü Şahid ilə ünvan 3 ünvanda fəaliyyət göstərən Zərərçəkmiş şəxs işlətdiyi «Medical City» aptekin qarşısından keçən zaman yetkinlik yaşına çatmayan Şahid ona və Təqsirləndirilən şəxs2 qeyd olunan aptekdən oğurluq etmələri barədə təklifindən sonra o, özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Şahidla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında vəzifə bölgüsü apardıqdan sonra o, kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə kənarda dayanıb müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, yetkinlik yaşına çatmayan Şahid özündə olan istintaqa məlum olmayan alətlə «Medical City» aptekin giriş qapısının qıfılını sındırdıqdan sonra Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan Şahidla birlikdə oraya qanunsuz daxil olub ümumi zalda qoyulmuş kassa aparatının içərisindən 4.500 manat nağd pulu və kassa aparatının qoyulduğu masanın üzərindən 1 ədəd 130 manat dəyərində “Xiaomi” markalı, MDG 2 modelli mobil telefon aparatını gizli olaraq talayıb zərəçəkmış şəxs Zərərçəkmiş şəxs ümumilkdə 4.630 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Cinayət işinin ibtidai istintaq materiallarına görə, digər Təqsirləndirilən şəxs2 12 may 2021-ci il tarixdə saat 04:40 radələrində tanışları Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Şahid ilə ünvan 3 ünvanda fəaliyyət göstərən Zərərçəkmiş şəxs işlətdiyi «Medical City» aptekin qarşısından keçən zaman yetkinlik yaşına çatmayan Şahid ona və Təqsirləndirilən şəxs1 qeyd olunan aptekdən oğurluq etmələri barədə təklifindən sonra o, özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Şahid qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında vəzifə bölgüsü apardıqdan sonra Təqsirləndirilən şəxs1 kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə kənarda dayanıb müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, yetkinlik yaşına çatmayan Şahid özündə olan istintaqa məlum olmayan alətlə «Medical City» aptekin giriş qapısının qıfılını sındırdıqdan sonra o, yetkinlik yaşına çatmayan Şahidla birlikdə oraya qanunsuz daxil olub ümumi zalda qoyulmuş kassa aparatının içərisindən 4.500 manat nağd pulu və kassa aparatının qoyulduğu masanın üzərindən 1 ədəd 130 manat dəyərində “Xiaomi” markalı, MDG 2 modelli mobil telefon aparatını gizli olaraq talayıb zərəçəkmış şəxs Zərərçəkmiş şəxs ümumilkdə 4.630 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, həmin gün Şahidla və Təqsirləndirilən şəxs2la şəhərdə olmuş, onlarla dolaşmış sonradan isə onlardan ayrılaraq evinə qayıtmışdır. Oğurluqda iştirak etməmiş və ümumiyyətlə məlumatı olmamışdır. Polis əməkdaşları onu saxlayıb Polis bölməsinə apardıqdan sonra qarşısına narkotik vasitə qoyaraq ya bunu etiraf edəcəksən ya da ki oğurluğu bildirmişlər. İlkin olaraq heç nəyi qəbul etməsə də, sonradan ona qarşı edilmiş fiziki zorakılıq və təziqdən sonra oğurluğu qəbul etmiş və sənədləri oxuma yazma qabiliyyəti olmadığı halda imzalatdırılmışdır. Bundan sonra polis əməkdaşları onu hadisə yerinə baxış keçirməyə apararaq əlini bu istiqamətə tut şəkilini çəkəcəyik deyəndə o razılaşmamış, lakin maşında da onu təkrar döyərək məcbur etmişlər ki, dediklərini etsin. Ona qarşı olan fiziki təzyiqlərə və ağrılara dözə bilmədiyi üçün polis əməkdaşlarının dediklərini etmişdir. Lakin bundan sonra o, bu qanunsuzluqlara dözə bilməmiş və istintaqın gedişinə etiraz əlaməti kimi, özünə xəsarət yetirərək qolunu doğramışdır. Həmçinin istintaq orqanı qeyd edib ki, guya oğurlanmış telefon onda olub və o bunu polisə təqdim etmişdir. Lakin, bu belə deyil, belə ki, Surac həmin qırıq və içərisində nömrə olmayan telefonu onun uşaqlarına oyun oynamaq üçün vermiş, tutulduqdan sonra Surac polisdə telefonun onun uşaqlarında olduğunu bildirmiş və o da polislə birlikdə evə gedərək telefonu götürüb polisə təqdim etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun barəsində Yevlax Rayon Məhkəməsinin icratında başqa cinayət işi olduğu üçün o, heç bir halda yenidən cinayət törədə bilməzdi. Həmçinin kameralar bütün şəhərdə və küçələrdə hər yerdə var və cinayət işinin materiallarına diqqətlə baxılsa onlar kameranı görmədən getdikləri istiqamətdən anidən geriyə dönüb qayıtmışlar. Göstərilən halları, yəni törədilmiş əməldə təqsirli olmamasını nəzərə alaraq məhkəmədən bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12.05.2021-ci il tarixdə saat 03-04 radələrində o, qohumu Təqsirləndirilən şəxs1 və tanışları Şahid ilə birlikdə evdən siqaret almağa çıxmışlar. Sonradan Tural və Rəhman “Bravo” marketdən siqaret almış və onlar Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ilə üzü şəhərə tərəf hərəkət edirmişlər. Biraz gəzdikdən sonra Şahid ona yaxınlaşaraq oğurluq etməyi təklif etmiş, onun da maddi vəziyyəti yaxşı olmadığı üçün Rəhman ilə razılaşmışdır. Sonradan onlar Turaldan ayrılmaqdan ötrü Yasamal rayonunda işlərinin olduğunu sonuncuya bildirərək ondan ayrılmışlar. Tural isə “Qış parkın” yanında onlardan ayrılaraq evə getmişdir. Daha sonra o, və Rəhman S.Vuğun küçəsi 69 ünvanına çatan zaman 18 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində “Medical City” aptekinin oğlduğunu görmüşlər. Rəhman həmin aptekdən oğurluq edə biləcəklərini ona demiş o, da razılaşmışdır. Onlar əvvəlcə aptekin qarşısı ilə piyada hərəkət edərək ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olmuş və sonra onlar aptekin şüşədən olan əsas giriş qapısına yaxınlaşmışlar. Rəhman üzərində olan burğacla aptekin giriş qapısının qıfılını sındırmış, qapı açıldıqdan sonra isə onlar içəri daxil olmuşlar. Onlar içəri daxil olanda içəri qaranlıq imiş. O dərhal içəridəki dolabların süyürmələrini bir-bir açaraq pul axtarmağa başlamışdır. Rəhman sağ tərəfdəki dolaba yaxınlaşaraq birinci süyürməni açıb oradan sayını bilmədiyi pulu, həmçinin masanın üzərindəki qara rəngli “Xiomi” markalı mobil telefonu oğurlamışdır. Onlar təxminən 15 dəqiqə aptekin içərisində olmuşlar. Sonra onlar aptekdən çıxıb birlikdə Nəsimi rayonu “Kubinka” adlanan ərazidə Təqsirləndirilən şəxs1 ailəsi ilə kirayədə yaşadığı mənzilə getmişlər. Mənzildə gələrkən Rəhman az öncə oğurladıqları pulu aralarında bölmüş və telefonuda ona vermişdir. Bu zaman Turalda onlarda pul olduğunu görmüş və onlardan borc istəmişdir. O, da Turala 1.200 manat borc vermiş, sonuncu isə həmin ayın 25-nə kimi qaytaracağını bildirmişdir. Həmçinin o, mobil telefon ekranı sınıq olmaqla demək olar ki, yararsız olduğu üçün Turalın uşaqlarına oyun oynamaq üçün vermişdir. Onun maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluqdan pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 21.05.2021-ci il tarixdə Nəsimi rayonu “Kubinka" adlanan ərazidə o, Tural və Rəhman piyada hərəkət edərkən Nəsimi RPl-nin 21-ci PB-nin əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onları PB-nə dəvət etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis idarəsində telefonun harada olması barədə sorğu sual zamanı onu Turalın uşaqlarına verdiyini bildirmiş və bu səbəbdən də, Tural polislə birlikdə evə gedərək telefonu götürüb polisə təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 törətdiyi əməli səmimi etiraf etməsini və gənc olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, sonuncunun qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgəsinin əmlakını gizli olaraq talama cinayətinin törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmiş, digər Təqsirləndirilən şəxs2 isə yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş binaya qanunsuz daxil olmaqla özgəsinin əmlakını gizli olaraq talama cinayətinin törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o 2020-ci ildən Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 69 ünvanında yerləşən “Medical City” aptekini işlədir. Aptek 18 mərətəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Aptekin iş saatı səhər saat 08:00-da başlayır və axşam saat 22:00-da bitir. 11 may 2021-ci il tarixdə iş saatı bitən zaman o, kassa aparatının yanındakı dolaba 4.500 manat pulu sayaraq süyürməyə qoymuşdur. 12.05.2021-ci il tarixdə səhər saat 08:00-da işə gəldiyi vaxt, şüşədən olan əsas giriş qapısının qıfılını açarla açmaq istəmişdir. Lakin həmin vaxt qıfılın sınıdırıldığını və qapının açıq vəziyyətdə olduğunu aşkar etmişdir. O aptekin içərisinə daxil olub ətrafa nəzər yetirdikdə, sağ tərəfdə kassaya baxmışdır. Kassaya baxdıqda, oradan 4.500 manat nağd pulun və kassa aparatının yanındakı aptekin ümumi istifadəsi üçün nəzərdə tutulmuş 200 manat dəyərində “Xiaomi” markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Belə olan halda o dərhal aptekin təhlükəsizlik kamerasını açıb baxmışdır. Kamerada 12.05.2021-ci il tarixdə saat 04:44-də 2 nəfər tanımadığı şəxsin aptekə yaxınlaşaraq, əsas giriş qapısının qıfılını sındırıb içəri daxil olduğunu görmüşdür. O belə olan halda dərhal Nəsimi RPİ-nin 21-ci PB-nə zəng edərək hadisə barədə məlumat vermişdir. Sonra hadisə yerinə Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları gələrək araşdırma aparmağa başlamışlar. Həmçinin Zərərçəkmiş şəxs bildirmişdir ki, qeyd etdiklərindən başqa heç bir əşyası oğurlanmamış və “Xiomi” markalı mobil telefonun üzərində GSM nömrəsi olmamışdır. Cinayət işi üzrə əlavə olaraq dindirlmiş Zərərçəkmiş şəxs ifadəsində əlavə olaraq göstərmişdir ki, ƏN-nin MEM-nin 10 iyun 2021-ci il tarixli 9/3804 saylı rəyində özünə məxsus 1 ədəd qara rəngli, ‘‘Xiaomi” markalı, MDG 2 modelli, **********54316/00, **********54324/00 İMEİ kodlu mobil telefonun işlək vəziyyətdə olduğu halda satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin may ayına olan orta bazar qiymətinin təxminən 130,00 manat olmasına etirazı yoxdur. Həmçinin Zərərçəkmiş şəxs bildirmişdir ki, mobil telefonun ekranının sınması ilə bağlı olaraq mülki iddiası yoxdur. Bundan başqa Zərərçəkmiş şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, fəaliyyət göstərdiyi aptekin həm içəridən, həm də çölündən çəkən 4-5 kamerası var, həmin kameraların bütün görüntülərini müstəntiqə təqdim etmiş, həmçinin özü də həmin kameralara baxış keçirmiş və yalnız 2 nəfər tanımadığı şəxsin aptekə yaxınlaşaraq, əsas giriş qapısının qıfılını sındırıb içəri daxil olduğunu görmüş, həmin vaxt üçüncü şəxsin kamera görüntülərinə düşməsini görməmişdir. Lakin, üçüncü şəxsin görüntüsünü isə onların aptekindən 100-200 metrə aşağıda olan “Elif” aptekin yanında olan kamerada görmüşdür. Hadisə zamanı onun aptekində faktiki olaraq iki nəfər olmuş, çöldə isə hər hansı bir şəxs görməmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan şahid Şahid ifadəsində göstərmişdir ki, 12.05.2021-ci il tarixdə saat 03-04 radələrində o, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə evdən siqaret almağa çıxmışlar. Sonradan o, və Tural “Bravo” marketdən siqaret almış və onlar Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ilə üzü şəhərə tərəf hərəkət edirmişlər. Biraz gəzdikdən sonra o, Suraca yaxınlaşaraq oğurluq etməyi təklif etmiş, sonuncu da maddi vəziyyətləri yaxşı olmadığı üçün onunla razılaşmışdır. Sonradan onlar Turaldan ayrılmaqdan ötrü Yasamal rayonunda işlərinin olduğunu sonuncuya bildirərək ondan ayrılmışlar. Tural isə “Qış parkın” yanında onlardan ayrılaraq evə getmişdir. O və Surac S.Vuğun küçəsi 69 ünvanına çatan zaman 18 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində “Medical City” aptekinin oğlduğunu görmüş, Suraca həmin aptekdən oğurluq edə biləcəklərini demiş, sonuncu da razılaşmışdır. Onlar əvvəlcə aptekin qarşısı ilə piyada hərəkət edərək ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olmuş və sonra aptekin şüşədən olan əsas giriş qapısına yaxınlaşmışlar. O, üzərində olan burğacla aptekin giriş qapısının qıfılını sındırmış, qapı açıldıqdan sonra isə onlar içəri daxil olmuşlar. İçəri daxil olanda qaranlıq olmuş, o, sağ tərəfdəki dolaba yaxınlaşaraq birinci süyürməni açıb oradan sayını bilmədiyi pulu, həmçinin masanın üzərindəki qara rəngli "Xiomi” markalı mobil telefonu götürmüşdür. Surac isə içəridəki dolabların süyürmələrini bir-bir açaraq pul axtarmağa başlamışdır. Onlar təxminən 15 dəqiqə aptekin içərisində olmuş sonra isə aptekdən çıxıb birlikdə Nəsimi rayonu "Kubinka” adlanan ərazidə Təqsirləndirilən şəxs1 ailəsi ilə kirayədə yaşadığı mənzilə getmişlər. Mənzilə gələrkən o, az öncə oğurladıqları pulu Suracla aralarında bölmüş və telefonu da sonuncuya vermişdir. Bu zaman Tural onlarda pul olduğunu görmüş və borc istəmişdir. Surac da Turala 1.200 manat borc vermiş, sonuncu isə həmin ayın 25-nə kimi borcunu qaytaracağını bildirmişdir. Həmçinin Surac 01 ədəd qara rəngli “Xiaomi” markalı mobil telefonunu yararsız olduğu üçün Turalın uşaqlarına oyun oynamaq üçün vermişdir. O oğurladıqları pulları şəxsi ehtiyaclarına xərcləmişdir. 21.05.2021-ci il tarixdə Nəsimi rayonu “Kubinka" adlanan ərazidə o, Tural və Rəhman piyada hərəkət edərkən Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onları PB-nə dəvət etmişlər. Cinayət işinin 1-ci cild 55-56-cı vərəqəsində olan 21 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 142-145-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 23 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 21 may 2021-ci il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 82-83-cü vərəqəsində olan 21 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 146-149-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 23 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 21 may 2021-ci il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 159-161-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat Statistik İnformasiya Məlumatları İdarəsi tərəfindən 04.06.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 1) Yevlax Rayon Məhkəməsinin 12 sentyabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzalarına məhkum edilmiş, 03.04.2009-cu il tarixdə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 2 ay 23 gün vaxtından əvvəl şərti azad olunmuşdur, 2) Yevlax Rayon Məhkəməsinin 13 sentyabr 2010cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 237.1 maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3 və 67.1-ci maddələrinə əsasən ona 04 il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 3.000 manat miqdarında cərimə cəzası təyin edilmiş, 18.09.2014-cü il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum etmə cəzasından vaxtından əvvəl şərti azad olunmuş, 20.05.2016-cı il tarixli Aministiya Qərarının 1.8-ci bəndinə əsasən 3000 manat cərimə cəzasından azad edilmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 18 may 2021ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 1-ci cild 164-165-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat Statistik İnformasiya Məlumatları İdarəsi tərəfindən 04.06.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Xətai Rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 03 üç il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 13.06.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 1-ci cild 167-175-ci vərəqələrində olan hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Xətai Rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 03 üç il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 1-ci cild 181-184-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 iyun 2021-ci il tarixli, 9/3804 saylı rəyindən görünür ki, təqdim edilmiş 1 ədəd qara rəngli, ‘‘Xiaomi” markalı, MDG 2 modelli, **********54316/00, **********54324/00 İMEİ kodlu mobil telefonun işlək vəziyyətdə olduğu halda satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 130,00 manat, hazırki ekranı sınmış vəziyyətdə 40,00 manat müəyyən edilir. Cinayət işinin 1-ci cild 182-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 187-ci vərəqəsində olan 10 iyun 2021-ci il tarixli qərardan görünür ki, bir ədəd 1 ədəd qara rəngli, ‘‘Xiaomi” markalı, MDG 2 modelli, **********54316/00, **********54324/00 İMEİ kodlu mobil telefon maddi subut kimi tanınaraq sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Azərbaycan Respublikası DİN BİKİ tərəfindən Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış 10 noyabr 2021-ci il tarixli 020- 15759-1221 saylı məktubundan görünür ki, İdarədə arxivlərin saxlama müddəti bir ay olduğundan 12 may 2021-ci il tarixdə S.Vuğun küçəsi 69 ünvanına 18 mərtəbəli yaşayış binasının ətrafında olan videogörüntülər avtomatik olaraq sistem rərəfidən silinir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi RPİ-nin 21-ci PB tərəfindən Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış 15 noyabr 2021-ci il tarixli 085-13801-1221 saylı məktubdan görünür ki, S.Vuğun küçəsi 69 ünvanına yerləşən “Medikal Citi” aptekin qarşısını və ətrafını müşahidə edən 5 ədəd ticarət obyektində quraşdırılmış video kameralara aid video görüntüləri əldə etmək mümkün olmamışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi RPİ tərəfindən Nəsimi Rayon Məhkəməsinə tərəfindən ünvanlanmış 16 noyabr 2021-ci il tarixli ********* saylı məktubdan görünür ki, S.Vuğun küçəsi 69 ünvanına yerləşən “Medikal Citi” aptekin videogörüntüləri götürülüb CD diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Hazırda məktubda qeyd olunan S.Vuğun küçəsi 69 ünvanına yerləşən “Medikal Citi” aptekin yerləşdiyi yerin digər video görüntülərini əldə etmək mümkün olmamışdır. Cinayət işinin 1-ci cild 191-ci vərəqəsində olan Nəsimi Rayon Prokurorunun 14 iyun 2021-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası ƏN PX Bakı İstintaq Təcridxanasından Nəsimi RPİ-nin X8 köçürülmüşdür. Cinayət işinin 2-ci cild 148-150-ci vərəqələrində olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Baş Prokuroruna unvanladığı və Nəsimi Rayon Prokurorluqdan Məhkəməyə göndərilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 istintaq orqanının apardığı istintaq hərəkətlərindən ciddi narazıdır, o, özünü təqsirli bilmir, müstəntiq tərəfindən istintaq aparılarkən onun hüquqları kobud şəkildə pozulur, onun hüquqlarını bərba edilməsini, cinayət işinin qanuna müvafiq və ədalətli aparılmasını xahiş edir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Azərbaycan Respublikası ƏN PX Bakı İstintaq Təcridxanasının 22 iyun 2021-ci il tarixli Aktından görünür ki, həmin tarixdə təxminən saat 16-55 radələrində Nəsimi RPİ-nin Müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Təcridxanaya təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman sonuncunun sol saidin ön və baldır nahiyəsində bir neçə yerdən kəsilmiş qətməkli yaralar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin xəsarətləri Nəsimi RPİ-nin Müvəqqəti saxlama yerində olarkən istintaqın gedişinə etiraz əlaməti olaraq alışqanın dəmiri ilə özü-özünə xəsarət yetirməsi nəticəsində olmuşdur. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Azərbaycan Respublikası ƏN PX Bakı İstintaq Təcridxanasının 03 dekabr 2021-ci il tarixli 17/38-8517 saylı məktubundan və əlavə edilmiş x/o: 20-10/490 saylı 23 iyun 2021-ci il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs1 23 iyun 2021-ci il tarixdə Təcridxananın Tibbi-sanitar hissəsində ilkin tibbi müayinədən keçmiş və müəyyən edilmişdir ki, sonuncunun sol saidin ön və bayır nahiyəsində bir neçə yerdən kəsilmiş qətməli yaralar aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs1 Nəsimi RPİ-nin Müvəqqəti saxlama yerində olarkən istintaqın gedişinə etiraz əlaməti olaraq özü-özünə yetirmişdir. Cinayət işinin 2-ci cildinə müdafiə tərəfinin vəsatəti əsasında əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət hadisəsinin baş verdiyi yerdə yəni, S.Vuğun küçəsi 69 ünvanında yerləşən “Medikal Citi” aptekin özünün və digər obyektlərin müxtəlif istiqamətlərdən video çəkiliş aparan video kameraları mövcuddur. Cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, bir ədəd “DVD” diskdə 08 ədəd videoformatlı fayl görünür: Belə ki: (Whats App 2021-06-24 at 16.08.01)video görüntüdə görünür ki, 12 may 2021-ci il tarixdə saat 04:28-də Şahid, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 küçədə irəli istiqamətdə hərəkət edir sonra geri qayıdırlar, (Whats App 2021-06-24 at 16.08.01) video görüntüdə görünür ki, 12 may 2021-ci il tarixdə saat 04:44-də Şahid və Təqsirləndirilən şəxs2 aptekin şüşədən olan əsas giriş qapısına yaxınlaşıb qarşısında dayanırlar. Sonra Şahid əsas giriş qapısının alt hissəsindəki qıfılı sındırır. Sonra onlar oradan uzaqlaşır və bir neçə saniyə sonra gəlib içəri daxil olurlar. Şahid sağ tərəfdəki kassadan pulu oğurlayır. Təqsirləndirilən şəxs2 isə aptekin içərisində hərəkət edərək süyürmələri açır. Sonra Şahid dolabın üzərindəki 01 ədəd “Xiaomi” markalı mobil telefonu oğurlayır. Daha sonra hər ikisi çıxışa doğru hərəkət edir və oradan uzaqlaşıb gedirlər. Cinayət işinin 2-ci cild 64-73-cü vərəqələrində olan 18 iyun 2021-ci il tarixli subutların qiymətləndirilməsi haqqında Qərardan görünür ki, Şahid cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadığından barəsində olan cinayət təqibinə xitam verilmiş, 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 37-ci vərəqəsində olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid xx xxxx 2008-ci ildə Yevlax şəhərində anadan olmuş atası X7, anası isə X2r. Cinayət işinin 2-ci cild 111-ci vərəqəsində olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 27 sentyabr 2010-cu il tarixdə Yevlax şəhərində anadan olmuş atası Təqsirləndirilən şəxs1 Arıf oğlu, anası isə X6r. Cinayət işinin 2-ci cild 112-ci vərəqəsində olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 10 iyun 2015-ci il tarixdə Yevlax şəhərində anadan olmuş atası Təqsirləndirilən şəxs1 Arıf oğlu, anası isə X6r. Cinayət işinin 2-ci cild 110-cu vərəqəsində olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 27 yanvar 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş atası Təqsirləndirilən şəxs1 Arıf oğlu, anası isə X6r. Məhkəmə hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxsin özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin, digər təqsirləndirilən şəxsin və şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, DVD diskdəki olan videogörüntülər, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgəsinin əmlakını gizli olaraq talama cinayətini törətməsi sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 51.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokolda və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audioyazılarda, fonoqrammalarda, video və kinoçəkiliş lentlərində, planlarında, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən məhkəmə icraatı halları istisna edilməklə, prosessual hərəkətin aparılması haqqında protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanır. Bundan sonra protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş bütün şəxslərə oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. Əgər bu şəxslərdən hər hansı biri fiziki qüsurlar və sair səbəblər üzündən protokolu şəxsən imzalamaq imkanından məhrumdursa, onun əvəzinə protokolu müdafiəçisi, qanuni nümayəndəsi və ya nümayəndəsi imzalayır. Prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxs protokolu imzalamaqdan imtina edirsə, bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 261-ci maddəsinə əsasən 261.1. İfadələrin yerində yoxlanılması qurtardıqdan sonra müstəntiq protokol tərtib edir və həmin protokolda aşağıdakılar göstərilir: 261.1.1. ifadələrin yerində yoxlanılmasının aparıldığı tarix, vaxt və yer; 261.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 261.1.3. ifadələrin yerində yoxlanılmasında iştirak edən digər şəxslərin (müdafiəçilərin, tərcüməçilərin, mütəxəssislərin, qanuni nümayəndələrin, nümayəndələrin, müəllimlərin, həkimlərin və digərlərinin) soyadı, adı və atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer; 261.1.4. ifadələri yerində yoxlanılan şəxsin soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün və yer, iş yeri və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer; 261.1.5. ifadələri yerində yoxlanılan şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi barədə qeyd; 261.1.6. ifadələrin yerində yoxlanılmasının xüsusiyyətləri, o cümlədən ifadələrin yerində yoxlanılması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd; 261.1.7. şəxs tərəfindən yerində verilmiş və mümkün qədər hərfi şəkildə yazılmış ifadələr; 261.1.8. ifadələrin yerində yoxlanılması zamanı müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar. Lakin, cinayət işinin 1-ci cild 94-96-cı vərəqələrində olan 22 may 2021-ci il tarixli, 1ci cild 150-152-ci vərəqələrində, həmçinin 153-156-cı vərəqələrində olan 24 may 2021-ci il tarixli ifadələrin yerində yoxlanılması haqqında protokollardan görünür ki, həmin istintaq hərəkətlərinin protokolları Azərbaycan Respublikasının CPM-nin 261-ci maddəsinin tələblərinin kobud şəkildə pozulmaqla tərtib edilmişdir. Belə ki, ifadələrin yerində yoxlanılması haqqında protokollarda ifadələri yerində yoxlanılan şəxslərin, həmçinin ifadələrin yerində yoxlanılmasında iştirak edən digər şəxslərin doğulduqları il, ay, gün və yer, vətəndaşlıqları, təhsili, iş yerləri, məşğuliyyət növləri və ya vəzifələri, faktiki yaşadıqları və qeydiyyatda olduqları yer qeyd edilməmişdir. Həmçinin 1-ci cild 51-ci vərəqəsində olan “şübhəli şəxsə müdafiəçi tutmaq hüququnun izah olunması və müdafiəçinin təqdim edilməsi haqqında” 21 may 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X9 oğlu şübhəli şəxs Təqsirləndirilən şəxs1 həmin tarixdə təqdim edilmişdir. Lakin həmin protokolda müdafiəçinin şübhəli şəxsə təqdim edilməsi vaxtı (saatı, dəqiqəsi) göstərilməmişdir. Bundan əlavə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisə yerində məcburi, fiziki təzyiq altında onun fotosonu çəkmişlər. Polis əməkdaşları onu məcbur etmişlər ki, əli ilə oğurluq hadisəsi baş verən aptekin qarşısını göstərsin ki, onun həmin şəkildə fotosunu çəksinlər. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 yuxarıda verdiyi ifadəsi yalan olmaqla özünü müdafiə xarakteri daşımış olsa belə, istintaq orqanı həmin halı təsdiq edəcək digər mötəbər sübutları da, yəni S.Vuğun küçəsi 69 ünvanına yerləşən “Medikal Citi” aptekin qarşısını və ətrafını müşahidə edən 5 ədəd ticarət obyektində, həmçinin həmin küçədə olan TŞK-nın qeydə aldığı video görüntüləri əldə edərək iş materiallarına əlavə etməli idi. Qeyd edilən hallar isə hadisə yerinə baxş keçirilməsi istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 tərəfindən hadisə yerini könüllü olaraq göstərmədiyi, ona hər hansı formada təsir və təzyiqlərin olması barədə məhkəmədə əsaslı şübhələr yaradır. İfadənin yerində yoxlanılması zamanı baş verən hadisələr barədə Təqsirləndirilən şəxs1 dediklərinin həqiqəti əks etdirib-etdirməməsini məhkəmə istintaqı zamanı müəyyən etmək mümkün olmasa da, məhkəmə iş üzrə digər çox saylı ziddiyətli məqamların olmasını müəyyən etmişdir. Belə ki, cinayət işinin ibtidai istintaq materiallarından Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işi üzrə heç bir etiraz və şikayəti olmadığı görünsə də, iş məhkəmənin icraatına daxil olduqdan sonra, yəni məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istintaq dövründə Azərbaycan Respublikasının Baş Prokuroruna şikayət məktubu ünvanlayaraq istintaq orqanının apardığı istintaq hərəkətlərindən ciddi narazılığını, özünü təqsirli bilmədiyini, müstəntiq tərəfindən istintaq hərəkətləri aparılarkən onun hüquqlarının kobud şəkildə pozulmasını və hüquqlarını bərpa edilməsini, istintaq dövründə verdiyi vəsatətlərin təmin edilməməsini, cinayət işinin qanuna müvafiq və ədalətli aparılmasını xahiş edir. Həmçinin, məhkəmə tərəfindən verilmiş sorğulara Bakı İstintaq Təcridxanasından alınmış cavablarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 özünə xəsarətlər yetirmiş, həmin xəsarətlər istintaq zamanı Təcridxanada qeydə alınmış və həmin zaman Təqsirləndirilən şəxs1 istintaqın gedişindən narazı olduğu üçün özünə xəsarət yetirməsini bildirmişdir. Bütün bunlar isə belə qənaətə gəlməyə əsas verir ki, istintaqın gedişi zamanı Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməmiş, şikayət və etirazları olmuş, lakin bu şikayət və narazılıqlar sadəcə olaraq istintaq materiallarına daxil edilməmişdir. Azərbaycan Respublikasının CPM-nin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinəəsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş cinayət işinin 1-ci cild 94-96-cı vərəqələrində olan 22 may 2021-ci il tarixli, 1-ci cild 150-152-ci vərəqələrində, həmçinin 153-155-ci vərəqələrində olan 24 may 2021-ci il tarixli ifadələrin yerində yoxlanılması haqqında protokollar mümkün olmayan sübut kimi qiymətləndirilərək Azərbaycan Respublikasının CPM-in 125.2.2, 125.2.7 və 125.3-cü maddələrinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilməlidir. Bundan əlavə məhkəmə istintaq zamanı müstəntiq tərəfindən tərtib edilmiş cinayət işinin 1-ci cild 97-ci vərəqəsində olan 22 may 2021-ci il tarixli, 1-ci cild 157 və 158-ci vərəqələrində olan 24 may 2021-ci il tarixli videogörüntüyə baxış keçirilməsinə dair protokollardan görünür ki, həmin protokollar hadisə zamanı qeydə alınmış videogörüntülərə baxış keçirilməsi barədə tərtib edilmişdir. Müstəntiq protokollarda qeyd edir ki, baxış zamanı görünür ki, “Təqsirləndirilən şəxs1 kiminsə aptekə yaxınlaşacağı halda xəbər vermək üçün aptekin çölündə gözləyir.” Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarının 1-ci cild 18-20-ci vərəqələrində olan zərərçəkmiş şəxsin 21.05.2021-ci il tarixdə verdiyi ilkin ifadəsindən görünür ki, o, aptekin təhlükəsizlik kamerasına baxarkən 12.05.2021-ci il tarixdə saat 04:44-də 3 nəfər tanımadığı şəxsin aptekə yaxınlaşaraq ikisinin əsas giriş qapısının qıfılını sındırıb içəri daxil olduğunu bildirmişdir. Lakin, qeyd edilən videogörüntülərin olduğu bir ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edildi ki, həmin diskdə 08 ədəd videoformatlı fayl görünür: birinci - (Whats App 2021-06-24 at 16.08.01)video görüntüdə 12 may 2021-ci il tarixdə saat 04:28-də Şahid, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 küçədə irəli istiqamətdə hərəkət edir sonra geri qayıtmaları, ikinci (Whats App 2021-06-24 at 16.08.01) video görüntüdə 12 may 2021-ci il tarixdə saat 04:44-də Şahid və Təqsirləndirilən şəxs2 aptekin şüşədən olan əsas giriş qapısına yaxınlaşıb qarşısında dayanmaları görünür. Sonrakı görüntülərdə Şahid əsas giriş qapısının alt hissəsindəki qıfılı sındırması, sonra onların oradan uzaqlaşması, bir neçə saniyədən sonra gəlib içəri daxil olmaları, Şahid sağ tərəfdəki kassadan pulu oğurlaması, Təqsirləndirilən şəxs2 isə aptekin içərisində hərəkət edərək süyürmələri açması, sonra Şahid dolabın üzərindəki 01 ədəd “Xiaomi” markalı mobil telefonu oğurlaması, daha sonra hər ikisinin çıxışa doğru hərəkət etməsi və oradan uzaqlaşıb getmələri görünür. Göründüyü kimi müstəntiq diskdə olan görüntülər əsasında deyil, özündən əlavələr etməklə, faktiki olaraq video görüntüdə Təqsirləndirilən şəxs1 olmadığı halda onun video görüntüdə olması barədə protokolda əsassız qeydlər aparmışdır. Həmin görüntüləri müstəntiqə təqdim etmiş zərərçəkmiş şəxs də məhkəmə iclasında bildirmişdir ki, fəaliyyət göstərdiyi aptekin həm içəridən, həm də çölündən çəkən 4-5 kamera var, həmin kameraların görüntülərinin hamısını müstəntiqə təqdim etmişdir, həmçinin özü də həmin kameralara baxış keçirmiş və yalnız 2 nəfər tanımadığı şəxsin aptekə yaxınlaşaraq, əsas giriş qapısının qıfılını sındırıb içəri daxil olduğunu görmüş, həmin vaxt üçüncü şəxsin kamera görüntülərinə düşməsini görməmişdir. Zərərçəkmiş şəxs qeyd etmişdir ki, üçüncü şəxsin görüntüsünü oğurluqdan xeyli əvvəl onların aptekindən 100-200 metrə aşağıda olan “Elif” aptekin yanında olan kamerada görmüşdür. Hadisə zamanı orada faktiki olaraq iki nəfər olmuş, çöldə hər hansı şəxs olmamışdır. Azərbaycan Respublikasının CPM-nin 51.1-ci maddəsinin mənasına görə, istintaq hərəkətinin aparılması haqqında protokol tərtib edilərkən həmin istintaq hərəkətinin növü protokolun adında, aparılması qaydası və ardıcıllığı, istintaq hərəkətinin aparılmasında iştirak edən şəxslər haqqında məlumat isə protokolun təsviri hissəsində əks olunmalıdır. Həmçinin istintaq hərəkətlərinin aparılması haqqında protokolda həmin istintaq hərəkətləri zamanı müəyyən edilmiş hallar obyektiv əks etditilməlidir. Lakin, indiki halda iş materiallarında olan video görüntülərdə Təqsirləndirilən şəxs1 olmadığı halda onun da görüntülərdə olmasının qeyd edilməsi əsassızdır və istintaq hərəkətlərinin nəticələrini obyektiv əks etdirmədiyi üçün həmin protokollar Təqsirləndirilən şəxs1 münasibətdə əhəmiyyətsiz sübut növü kimi qiymətləndirilməlidir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı zamanı müdafiə tərəfi cinayət hadisəsinin baş verdiyi yerdə yəni, S.Vuğun küçəsi 69 ünvanında yerləşən “Medikal Citi” aptekin özünün və digər obyektlərin müxtəlif istiqamətlərdən video çəkiliş aparan çoxsaylı video kameraların mövcud olması barədə fotoşəkilləri məhkəməyə təqdim edərək həmin kamera görüntülərinin götürülməsi barədə vəsatət vermişdir. Vəsasətə əsasən məhkəmə qeyd edilən kamera görüntülərinin götürülməsi ilə bağlı sorğular vermiş və sorğulara Azərbaycan Respublikası DİN BİKİ, Nəsimi RPİ-nin 21-ci PB və Nəsimi RPİ tərəfindən cavablar verilmişdir. Həmin cavablarda isə videogörüntlüərin əldə edilməsinin hazırda mümkün olmadığı, həmin görüntülərin bir müddət sonra sistem tərəfindən avtomatik olaraq silindiyi qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş məhkəmənin icraatına verələndək, yəni istintaq dövründə həmin görüntülər silinmədyi vaxtda götürülə bilərdi və bu zaman iş üzrə istintaq daha obyektiv nəticəyə gələ bilərdi. Həmçinin nəzərə almaq lazımdır ki, digər obyeklərdə olan kameralardan və həmin küçədə olan TŞK kamerasından görüntülər götürülməsə də zərərçəkmiş şəxsin aptekinin çöl hissəsini, yəni ittiham tərəfinin Təqsirləndirilən şəxs1 dayandığı yeri iddia etdiyi hissəni çəkən kamera da mövcuddur və zərərçəkmiş şəxs məhkəmədə bildirmişdir ki, həmin görüntüləri də müstəntiqə şəxsən təqdim etmişdir. Lakin, məhkəməyə göndərilmiş iş materiallarından həmin video görüntlər çıxarılmışdır. Bundan əlavə məhkəmə zəruri olaraq qeyd etməyi vacib hesab edir ki, ittihamda nəzərdə tutulduğu kimi Təqsirləndirilən şəxs1 digər şəxslərlə birgə hadisəni törətmişdirsə, çoxsaylı kameralar olan küçədə həm hadisə zamanı, həm də hadisədən sonra onların birgə, yaxud ayrı-ayrılıqda hərəkətləri barədə görüntülər götürülərək iş materiallarına əlavə edilməli idi. Hadisədən bir müddət əvvəl şəxsin həmin küçənin yaxınlığında görünməsi hadisə zamanı və ya sonra onun həmin ərazidə olmasını təsdiq edən mütləq sübut sayıla bilməz. Lakin, şəxs bilavasitə hadisə zamanı orada olmuşdursa bundan sonra onun hadisə yerindən çıxışı, küçədə hərəkəti mütləq haldır. Qeyd edildiyi kimi çoxsaylı kameraların olduğu küçədə həmin görüntülər əldə edilərək sübut qismində istifadə edilmirsə bu hal istintaqın şəxsə əsassız ittiham elan etməsi və bunun üçün də görüntüləri əldə etməkdə maraqlı olmaması barədə məhkəmədə əsaslı şübhələr yaradır. Bütün bunlar isə həmin videogörüntülərin istintaq orqanında olması və görüntülərdə Təqsirləndirilən şəxs1 olmaması səbəbindən ona elan edilmiş ittihamın üzərindən götürülməməsi üçün iş materiallarından qərəzli olaraq çıxarılması barədə məhkəmədə əsaslı şübhələr yaradır. Belə ki, oğurluq hadisəsinin baş verdiyi aptekin çöl hissənin görüntüsünün əldə edilərək iş materiallarına əlavə edilməsi istintaq zamanı mümkün və çox da çətin olmayan bir proses idi, hansı ki, bu mütləq olmalı idi. Bundan əlavə məhkəmə istintaqı zamanı digər Təqsirləndirilən şəxs2 və hadisəni onunla birlikdə törədən azyaşlı Şahid bildirmişlər ki, hadisə günü onlar həqiqətən də, Təqsirləndirilən şəxs1 ilə birlikdə olmuşlar, qeyd edilən hadisəni Təqsirləndirilən şəxs1 xəbəri olmadan onunla ayrıldıqdan sonra törətmişlər. İş materiallarında olan videogörüntülərlə də həmin şəxslərin ifadələri üst-üstə düşür. Belə ki, videogörüntülərdə Təqsirləndirilən şəxs1 həqiqətən də digər şəxslərlə hadisədən əvvəl saat 04:28 radələrində birlikdə olması, lakin hadisə zamanı, yəni saat 04:44 radələrində isə orada olmaması müəyyən edilir. Məhəkəmə istintaqı zamanı həmçinin müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslərin təhsili yoxdur, özləri sərbəst oxuyub-yaza bilmirlər, bu hal istintaq zamanı da müəyyən edilmişdir, belə ki, həmin şəxslərin hər birinin ifadə və izahatları alınarkən sadəcə Azərbaycan dilində danışa bilmələri müstəntiq tərəfindən qeyd edilmişdir. Bu səbəbdən də, iş materiallarında olan bütün istintaq hərəkətlərinin protokollarında olan qeydlər (yazılar) müstəntiq tərəfindən yazılmış, təqsirləndirilən şəxslər isə sadəcə imzalamışlar. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı oğurlanmış mobil telefonun Təqsirləndirilən şəxs1 evdən götürərək təqdim etməsini oğurluq hadisəsinin onun da iştiakçılığı ilə törədilməsi əsaslarından biri kimi göstərməyə çalışmışdır. Lakin, qeyd edilən hala digər Təqsirləndirilən şəxs2 aydınlıq gətirərək bildirmişdir ki, o, həmin qırıq və içərisində nömrə olmayan telefonu Turalın uşaqlarına oyun oynamaq üçün vermiş, tutulduqdan sonra Surac polisdə telefonun onun uşaqlarında olduğunu bildirmiş və Tural da polislə birlikdə evə gedərək telefonu götürüb polisə təqdim etmişdir. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının CPM-in 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. CPM-in 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikasının CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə də, cinayət işi üzrə istintaq materiallarından və məhkəmə iclasında ittihamı müdafiə edən dövlət ittihamçısının mövqeyindən görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittihamı cinayət işi üzrə ibtidai istintaq zamanı verilmiş ifadələr və videogörüntülərə baxış protokolu əsasında (hansı ki, görüntülərdə Təqsirləndirilən şəxs1 yoxdur) sübuta yetrilmiş hesab edir. Lakin, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, həmçinin azyaşlı şəxs R.A.Əmirasalanov fərqli ifadə verərək istintaq zamanı da məhkəmədəki kimi ifadə verdiklərini, ifadələrinin təhrif edilməsini bildirmişlər. Onların qeyd etdikləri xüsusatlar yəni, istintaq zamanı təqsirləndirilən şəxslərin əsl mövqelərinin cinayət işinin matreriallarında düzgün ifadə edilməməsi məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi təqsirləndirilən şəxs istintaqın gedişinə etiraz əlaməti olaraq hətta özünə xəsarət yetirir, bu hallar Bakı İstintaq Təcridxanasında da qeyd edilir, lakin bunlar iş materiallarına daxil edilmir. Digər sübut olan videogörüntülərə baxış zamanı isə hadisə zamanı Təqsirləndirilən şəxs1 orada olması görünmür. Beləliklə də, tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi sübut edilməmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 barəsində tərtib edilmiş və iş üzrə ittihamın əsası kimi çıxış edən sənədlərin hadisənin konkret hallarını və real mexanizmini əks etdirməməsi və həmin sənədlərin tərtibi zamanı yol verilmiş prosessual pozuntular, eləcə də ibtidai araşdırma zamanı sübutların toplanması üçün aparılan prosessual hərəkətlərin qanunvericiliyin tələblərinin pozulması ilə icra edilməsi səbəbindən - ittihamın istinad etdiyi sübutların mötəbərsizliyini təsdiq edir. Azərbaycan Respublikasının CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının CPM-nin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının CPM-nin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dərhal ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Azərbaycan Respublikasının CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs1 bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə digər təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs2la bağlı qeyd edir ki, onun törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi, DVD diskdə olan videogörüntülərlə və digər iş materialları ilə onun binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi cinayəti tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi xaric edilməlidir. Belə ki, ona həmin maddə ilə ittiham elan edilərkən Təqsirləndirilən şəxs2la qabaqcan əlbir olaraq bir qrup şəxs halında cinayət törətmələri əsası ilə ittiham elan edilmiş, lakin, hazırda Təqsirləndirilən şəxs1 bəraət verildiyi və digər şəxs Şahid isə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadığı yəni cinayətin subyekti olmaması səbəbindən onun barəsində cinayət təqbinə xitam verildiyi üçün təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs2 əməli yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə əhatə edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 20ci bəndinin 3-cü abzasına əsasən yaşayış sahəsi dedikdə yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Xətai Rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 03 üç il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 13.06.2020-ci il tarixdə cəzasının sonu azad edilməsinə baxmayaraq iki il keçmədən, yəni 12 may 2021-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq 21 may 2021-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut 01 ədəd qara rəngli “Xiaomi” markalı, MDG 2 modelli, **********54316/00, **********54324/00 İMEİ kodlu mobil telefon Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 36 saata görə 216 (iki yüz on altı) manat Bakı şəhəri 19 saylı Vəkil Bürosunun və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 36 saata görə 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan əlavə, fəaliyyətində kobud qanun pozuntularına yol vermiş Nəsimi RPİ-nin İŞ-nin polis baş leytenantı X3 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarımalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4, 55, 197, 198, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün ona həmin maddələrlə bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs1 izah edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi xaric edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 may 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli “Xiaomi” markalı, MDG 2 modelli, **********54316/00, **********54324/00 İMEİ kodlu mobil telefon Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 36 saata görə 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun “Beynəlxalq Bankın” Mingəçevir şəhər filialındakı hesablaşma hesabına (hesab No AZ03NABZ013501**********2944 bankın kodu 805272, VÖEN – **********1) köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 36 saata görə 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar