Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-426/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, qanuni nümayəndələr X5, Qanuni nümayəndə1, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 və X4 iştirakları ilə, xx.xx.2007-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Yevlax şəhəri, Nizami prospekti, mənzil 249-da qeydiyyatda olmaqla, ünvan 4-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 üçün Penitensiar Müəssisədə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx.xx.2008-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Yevlax şəhəri, Neftkəməri ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 üçün Penitensiar Müəssisədə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Şahid Amin oğlu və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 17 fevral 2025-ci il tarixdə saat 04:00-da ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs işlətdiyi «Yaşıl şərab evi» mağazasının qarşısına gəlib orada aralarında olan rolların bölgüsünə əsasən o, kənar şəxslərin gələcəyi təqdirdə məlumat vermək məqsədilə mağazanın yaxınlığında müşahidə mövqeyi tutaraq ətrafı nəzarət etmiş, Təqsirləndirilən şəxs2 və Şahid isə mağazanın şüşədən olan giriş qapısını təpiklə vurub sındıraraq oraya qanunsuz daxil olub kassa aparatından 3981 manat nağd pulu gizli olaraq talayaraq, birlikdə hadisə yerindən uzaqlaşıb cinayət yolu ilə ələ keçirdikləri pul vəsaitini aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Şahid Amin oğlu və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 17 fevral 2025-ci il tarixdə saat 04:00-da ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs işlətdiyi «Yaşıl şərab evi» mağazasının qarşısına gəlib orada aralarında olan rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 kənar şəxslərin gələcəyi təqdirdə məlumat vermək məqsədilə mağazanın yaxınlığında müşahidə mövqeyi tutaraq ətrafı nəzarət etmiş, o isə Şahid ilə birlikdə mağazanın şüşədən olan giriş qapısını təpiklə vurub sındıraraq oraya qanunsuz daxil olub kassa aparatından 3981 manat nağd pulu gizli olaraq talayaraq, birlikdə hadisə yerindən uzaqlaşıb cinayət yolu ilə ələ keçirdikləri pul vəsaitini aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamla razı olduğunu bildirərək verdiyi ifadəsində göstərdi ki, o, hadisə vaxtı özü rəsmi olaraq heç yerdə işləməmiş, əmisi oğlu Təqsirləndirilən şəxs2 və uzaq qohumu Şahid ilə birikdə Bakı şəhərində energetik içkilərin qablarını yığıb satmaqla pul qazanmışlar. 16 fevral 2025-ci il tarixdə səhər saatlarından başlayaraq Nicat və Namiqlə birlikdə Bakı şəhər ərazisində energetik içkilərin qablarını yığmışlar və sonradan onları satıb axşam saatlarında birlikdə parkda oturmaqla adama təxminən 8 ədəd spirtli energetik içki olan «Go» adlı içki içməyə başlamışlar. 17 fevral 2025-ci il tarixə keçən gecə saat 04 radələrində Namiq və Nicatla birlikdə Bakı şəhəri Nəsimi rayonu Həsən Əliyev küçəsi ilə hərəkət edən zaman Namiq və Nicat marketə daxil olmuşlar və bir neçə dəqiqə sonra çölə çıxmışlar və onlar yollarına davam etmişlər. Onlar Nəsimi rayonu Həsən Əliyev küçəsində olarkən «şərab evi» adlı mağazanın qarşısından keçən zaman mağazanın qapısının şüşədən olduğunu görmüşlər və içəri boylandıqda orada kassa aparatının olduğunu görmüşlər. Onlar həmin mağazaya daxil olub oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra o, kənarda durmuş və hər hansı bir şəxs gələcəyi təqdirdə məlumat vermək üçün pusquda dayanmış, Namiq və Nicat isə mağazanın qapısını açmaq üçün qapıya güc tətbiq etməyə başlamışlar. Həmin vaxt Namiqin əynində ağ rəngli gödəkçə, Nicatın əynində isə «Volt» kuryerlərinin geyindiyi, qara-mavi rəngli gödəkçə olmuşdur. Namiq və Nicat bir qədər qapıya güc tətbiq etsələr də qapı açılmamış və Nicat qapıya təpik zərbələri vurub qapının şüşəsini sındırmış və hər ikisi mağazaya daxil olub, bir neçə saniyə sonra çölə çıxmışlar. Daha sonra onlar oradan qaçıb uzaqlaşmışlar. Onlar birlikdə 20 Yanvar metrostansiyasının yanına gəlmişlər və orada saydıqda pulların 2100 manat olduğunu görmüşlər. Pulu aralarında böldükdə ona təxminən 600-700 manat pul düşmüş və bundan sonra səhərin açılmağını gözləmişlər. Səhər açıldıqdan sonra 20 Yanvar metrostansiyası ərzisindən özlərinə pal-paltar almışlar və üçü birlikdə Yevlax şəhərinə getmişlər. Ona verilmiş pulların hamısını Yevlax şəhərində xərcləmişdir. O həmin mağazaya əvvəllər daxil olmamış, müştəri kimi də orada olmamışdır. Mağazadan isə yalnız pul oğurlamışlar. Onlar mağazanın qarşısından keçən zaman şüşə qapıdan içəri baxdıqda kassa aparatının yerini müəyyən etmişlər. Lakin əvvəlcədən kassa aparatında pul olub-olmaması barədə heç kimdən məlumat almamışlar. Yevlax şəhərində öz qohumlarının evində qalmış, polis əməkdaşları da onu, Namiq və Nicatı Yevlax şəhərində saxlamışlar. İfadəsinin sonunda əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənildiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı qanuni nümayəndə X1 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs2 oğlu ona qarşı irəli sürülmüş ittihamla razı olduğunu bildirərək verdiyi ifadəsində göstərdi ki, o, hadisə vaxtı özü rəsmi olaraq heç yerdə işləməmiş, qohumu Təqsirləndirilən şəxs1 və dostu Şahid ilə birlikdə Bakı şəhərində energetik içkilərin qablarını yığıb satmaqla pul qazanmışlar. 16 fevral 2025-ci il tarixdə səhər saatlarından başlayaraq Nicat və İnamla birlikdə Bakı şəhər ərazisində energetik içkilərin qablarını yığmışlar və sonradan onları satıb axşam saatlarında birlikdə parkda oturmaqla adama təxminən 8 ədəd spirtli energetik içki olan «Go» içməyə başlamışlar. 17 fevral 2025-ci il tarixə keçən gecə saat 04 radələrində İnam və Nicatla birlikdə Bakı şəhəri Nəsimi rayonu Həsən Əliyev küçəsi ilə hərəkət edən zaman o və Nicat marketə daxil olmuşlar, İnam isə çöldə qalmışdır. Marketdə Nicat özünə 01 ədəd dırnaqtutan almış və onlar oradan çıxıb yollarına davam etmişlər. Nəsimi rayonu Həsən Əliyev küçəsində olarkən «şərab evi» adlı mağazanın qarşısından keçən zaman mağazanın qapısının şüşədən olduğunu görmüşlər və içəri boylandıqda orada kassa aparatının olduğunu görmüşlər. Onlar həmin mağazaya daxil olub oğurluq etmək qərara gəlmişlər. Bundan sonra İnam kənarda pusquda durmuş, o və Nicat isə mağazanın qapısını açmaq üçün qapıya güc tətbiq etməyə başlamışlar. Həmin vaxt onun əynində ağ rəngli gödəkçə, Nicatın əynində isə «Volt» kuryerlərinin geyindiyi, qara-mavi rəngli gödəkçə olmuşdur. O və Nicat bir qədər qapıya güc tətbiq etsələr də qapı açılmamış və Nicat qapıya təpik zərbələri vurub qapının şüşəsini sındırmış və hər ikisi mağazaya daxil olmuşlar. Mağazaya daxil olan kimi o və Nicat kassa aparatına yaxınlaşmışlar və Nicat kassa aparatını açıb içərisində olan pulları götürmüş, həmin vaxt o, tez mağazadan çıxmış, dalınca isə Nicat mağazadan çıxmış və onlar oradan İnam və Nicatla birlikdə qaçıb uzaqlaşmışlar. Onlar birlikdə 20 Yanvar metrostansiyasının yanına gəlmişlər və orada saydıqda pulların 2100 manat olduğunu görmüşlər. Pulu aralarında böldükdə ona təxminən 600-700 manat düşmüş və bundan sonra səhərin açılmağını gözləmişlər. Səhər açıldıqdan sonra 20 Yanvar metrostansiyası ərzisindən özlərinə pal-paltar almışlar və üçü birlikdə Yevlax şəhərinə getmişlər. Pulların hamısını Yevlax şəhərində xərcləmişdir. O həmin mağazaya əvvələr daxil olmamış, müştəri kimi də orada olmamışdır. Mağazadan isə yalnız pul oğurlamışlar. Onlar əvvəlcədən kassa aparatında pul olub-olmadığını bilməmişlər və məlumat verən də olmamışdır. Mağazaya daxil olduqdan sonra kassa aparatından pulları Nicat götürüb cibinə qoymuş, həmin vaxt pulların nə qədər olmasını bilməmişdir. Mağazadan çıxdıqdan və oradan qaçdıqdan sonra isə Nicat cibindən pulları çıxarmış və saydıqda 2100 manat olduğunu görmüşdür. Onlar həmin mağazadan təsadüfən oğurluq etmişlər, hadisə vaxtı sərxoş olmuşlar. Daha sonra Yevlax şəhərində öz qohumlarının evində qalmış, polis əməkdaşları onu, İnamı və Nicatı Yevlax şəhərində saxlamışlar. İfadəsinin sonunda əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənildiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2025-ci ilin yanvar ayının 10-dan etibarən ünvan 3 ünvanda yerləşən tanışına məxsus mağazanı götürüb, oranı təmir edərək «şərab evi» kimi işlətmişdir. Həmin mağazada müxtəlif növ spirtli və energetik içkilər satılmışdır. Mağazada 3 nəfər işçi olmuş, onlar hər biri ilə müqavilə bağlamış, həmçinin VÖEN-i də vardır. Mağaza saat 08:30-dan gecə saat 02:00-a kimi işləmişdir. 16 fevral 2025-ci il tarixdə səhər saatlarından gecə saatlarına kimi mağazada olmuş, həmin gün kənarda işləri olduğu üçün mağazadan günorta saatlarında çıxmış və 17 fevral 2025-ci il tarixdə saat 02:00-da Rəşad adlı işçisi mağazanı bağlayıb evə getmişdir. Mağazada olan gündəlik alverin pulu isə mağazada olan kassa aparatında olmuş, mağazadakı aparatın açar yeri xarab olduğu üçün açarsız açılıb bağlanmışdır. 17 fevral 2025-ci il tarixdə saat 04 radələrində evdə olarkən mağaza olan ərazidə mühafizə işini təşkil edən adını xatırlamadığı şəxs ona zəng vuraraq mağazasının qapısının sındırıldığını bildirmişdir. O, dərhal evdən çıxaraq mağazaya gəlmiş və mağazanın qapısının sındırıldığını görmüş, içəri daxil olduqda mağazadakı kassa aparatına baxmış və orada olan pulların yerində olmadığını müşahidə etmişdir. Kompyuter sistemi ilə yoxladıqda mağazanın kassa aparatından 3981 manat pulun oğurlandığını müəyyən etmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və mağazada olan müşahidə kameralarına baxdıqda 3 nəfər şəxsin mağazanın qapısını sındırmaqla mağazaya daxil olub, kassa aparatındakı pulları oğurlamaları müəyyən olunmuşdur. Mağazanın qapısının sındırılması nəticəsində ona 400 manat ziyan dəymişdir. Mağazadan yalnız kassa aparatındakı 3981 manat puldan başqa həçnə oğurlanmamışdır. Mağazada kassa aparatı olmuş və gün ərzində satılan malların hər biri kompyuter sisteminə vurulmuşdur. Oradan gün ərzində hansı məbləğdə alver və kassa aparatında nə qədər pul olmasını müəyyən etmək mümkün olmuşdur. Hal-hazırda ona dəymiş maddi ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona təyin olunacaq cəzanı isə məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan cinayət işinin başlanması və icraat qəbul edilməsi haqqında 17 fevral 2025-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsininin baş müstəntiqi Kənan Əhədzadə tərəfindən fakta görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq istintaqı aparılmışdır. (i/v 1). İş materiallarında olan cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 24 fevral 2025ci il tarixli qərardan görünür ki, Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsininin baş müstəntiqi Kənan Əhədzadə tərəfindən ********* saylı cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. (i/v 107). İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 17 fevral 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanda yerləşən «Yaşıl» adlı şərab obyektdir (i/v 8-11). İş materiallarında olan “Götürmə aparılması və baxış keçirilməsi haqqında” 18 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi diskdə 04 ədəd videogörüntü vardır. Videogörüntülər ardıcıllıqla açılıb içərisində olan görüntülərə baxıldıqda müəyyən edilmişdir ki, 1-ci videogörüntü 12 saniyə müddətindədir, videogörüntüdə 17 fevral 2025-ci il tarixdə saat 03:25-də 3 nəfər, birinin əynində açıq maviqara rəngli «Volt» şirkətinin işçilərinin geyindiyi gödəkçə, başında ağ rəngli «panama» tipli papaq olan şəxs, birinin əynində ağ rəngi gödəkçə, başına gödəkçənin altında olan köynəyin papağı taxılmış vəziyyətdə olan şəxs və birinin əynində qara rəngli gödəkçə olan şəxs Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi ilə hərəkət edirlər. 2-ci videogörüntü açıldıqda videogörüntünün 25 saniyə müddətində olması, videogörüntüdə 17 fevral 2025-ci il tarixdə saat 04:00-da əynində ağ rəngli gödəkçə olan şəxs və əynində açıq mavi-qara rəngli «Volt» şirkətinin işçilərinin geyindiyi göcəkçə olan şəxsin «Şərab evi»nin giriş qapısını güc tətbiq etməklə açmağa çalışmaları, həmin vaxt əynində açıq mavi-qara rəngli «Volt» şirkətinin işçilərinin geyindiyi gödəkçə olan şəxsin əlində hansısa əşya olması və həmin əşya ilə qapını açmağa səy göstərməsi müşahidə olunur. 3-cü videogörüntü açıldıqda videogörüntünün 37 saniyə müddətində olması, videogörüntüdə 17 fevral 2025-ci il tarixdə saat 04:00-da əynində ağ rəngli gödəkçə olan şəxs və əynində açıq mavi-qara rəngli «Volt» şirkətinin işçilərinin geyindiyi gödəkçə olan şəxsin «Şərab evi»nin giriş qapısını güc tətbiq etməklə açmağa çalışmaları mağazanın daxilində olan müşahidə kamerasından görüntülənməsi müşahidə olunur. 4-cü videogörüntü açıldıqda videogörüntünün 25 saniyə müddətində olması, videogörüntüdə «Şərab evi» mağazasının giriş qapısının şüşəsinin sındırılması, həmin vaxt əynində ağ rəngli gödəkçə olan şəxs və əynində açıq mavi-qara rəngli «Volt» şirkətinin işçilərinin geyindiyi gödəkçə olan şəxsin mağazaya daxil olaraq kassa aparatının yerləşdiyi yerə gəlmələri və kassa aparatından nəsə götürüb mağazadan qaçaraq çıxmaları müşahidə olunur. (i/v 22). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 22 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-129/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində 22 fevral 2025-ci il tarixdən hesablanmaqla 02 ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i/v 47, 170-174). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 22 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-128/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində 22 fevral 2025-ci il tarixdən hesablanmaqla 02 ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i/v 72, 175-179). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 203). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 202). İş materiallarına əlavə olunmuş sübutların qiymətləndirilməsi barədə 07 may 2025-ci il tarixli qərardan görünür ki, hadisə üzrə video görüntüləri özündə əks elətdirən 1 ədəd CD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i/v 253-264). İş materiallarına əlavə olunmuş 01 may 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ona dəymiş 3981 manat ziyandan Şahid valideyni tərəfindən 1300 manat və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 valideynləri tərəfindən 1400 manat pulun ödənildiyini və ümumilikdə ona dəymiş ziyandan 2700 manat pulun ödənildiyini təsdiq etmişdir (i/v 241). Məhkəməyə Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən dəymiş ziyanın tam olaraq ödənildiyini bildirərək şikayətçi olmadığını qeyd etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri özlərinin ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar törətdikləri cinayətlərə görə cəzalanmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməklə peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməklə peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay 09 (doqquz) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay 09 (doqquz) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhər ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Yevlax şəhər İcra və probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməli, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 yaşadığı Yevlax şəhəri, Neftkəməri ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhər ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Yevlax şəhər İcra və probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməli, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 və X2 vəkil işlədikləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlar Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)- 426/2025 saylı, 26 may 2025-ci il tarixli qərara əsasən 29 may 2025-ci il tarixdən təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri X7 və X6 tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı dövründə göstərilmiş 14 (on dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 və X2 vəkil işlədikləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına hər birinə ayrı-ayrılıqda 154 (yüz əlli dörd) manat olmaqla ümumilikdə 308 (üç yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 04 (dörd) ay 09 (doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) ay 18 (on səkkiz) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Yevlax şəhər İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 04 (dörd) ay 09 (doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) ay 18 (on səkkiz) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Yevlax şəhəri, Neftkəməri ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Yevlax şəhər İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 və X2 vəkil işlədikləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına hər biri üçün ayrı-ayrılıqda 154 (yüz əlli dörd) manat olmaqla ümumilikdə 308 (üç yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-426/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-426/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver