Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-427/2021 25.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X8 hüquqi varisi X2, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1994-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hərəkət qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş, həmçinin digər zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 21 aprel 2020-ci il tarixdə saat 23:45-də etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Opel Astra ininik» markalı 99- GY-5Ü3 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu Dövlət ittihamçısı küçəsi 30/14 saylı Ünvanın qarşısı ilə üzü Salam Adil dairəsinə 60 km/saat sürətlə hərəkətdə olan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” tələbini pozmuş və nəticədə yolun sol hissəsindən sağ hissəsinə yolu adi yerişlə keçən piyada X9 avtomobilin ön hissəsi ilə vurub ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 İİİ qabırğanın sınığı, qabırğaarası əzələlərə qansızma, hemopnevmatoraks, baş beyin toxumasına, qişalarına, mədəciklərinə, başın yumşaq toxumaları altına, hər iki gicgah əzələsinə qansızmalar, beyinciyin, Varol körpüsünün və uzunsov beyinin toxumasına qansızmalar, kəllə sümüklərinin sınıqları, sağ qaşın səthi əzilmiş-cırılmış yarası, alın nahiyəsinin sol yarısında sol göz orbitasına keçən qançırı, burun nahiyəsinin qapalı-yerdəyişmiş sınığı ilə müşayiət olunan sıyrığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirərək ölümünə səbəb olmuş, «Opel Astra minik» markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin zodolənməsi nəticəsində isə sahibi Zərərçəkmiş şəxs 300 manat maddi ziyan vuraraq yol hərəkəti qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 20 gündür ki, Bakı şəhərində ‘‘BOLT” şirkəti ilə əməkdaşlıq edərək həmin şirkətdə sürücü kimi fəaliyyət göstərir. O, 21.04.2021-ci il tarixdə günü 25 manata icarəyə götürdüyü “Opel Astra” marklı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobildə taksi fəaliyyəti ilə məşğul olan zaman saat təxminən 23:45 radələrində müştərini Adil Məmmədov küçəsi 77 ünvanından Ə.Məmmədəliyev 4 ünvanına aparmaq üçün Nəsimi rayonu Dövlət ittihamçısı küçəsi ilə hərəkət etmişdir. O, avtomobillə hərəkətdə olduğu zaman Nəsimi rayonu, 3-cii mikrorayon bazarı adlanan yerin yaxınlığında Alı Mustafayev küçəsində bir nəfər təxminən 35-40 yaşlı bir kişinin yolu diqqətsizcə keçmək istədiyini və özünü yola atdığını görmüşdür. Bu zaman o əyləci bassa da, maşının idarəetməsini itirmişdir. Bu zaman ona məxsus avtomobillə həmin şəxs toqquşmuş və həmin şəxsin baş nahiyəsi icarə əsasında idarə etdiyi “Opel Astra” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsinə dəymiş və həmin şəxs yerə yıxılmışdır. Bu zaman o, dərhal avtomobildən düşmüş və həmin adama yaxınlaşmışdır. Onun vəziyyətinin necə olması ilə maraqlanan zaman onun huşsuz vəziyyətdə yerdə uzandığını görmüşdür. Bu zaman həmin şəxsi dərhal idarə etdiyi “Opel Astra” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilə qoymuş və Respublika Klinik Xəstəxanasına getmişdir. Orada həkimlər ona həmin şəxsi qəbul edə bilməyəcəkləriııi demişdirlər. Bu zaman o vaxt itirməmək üçün 1 saylı Şəhər Klinik Xəstəxanasına getmişdir. Ölkədə mövcud olan pandemiya şəraiti ilə əlaqədar olaraq xəsarət almış şəxsin həmin xəstəxanada da yoxlanması mümkün olmamışdır. Bundan sonra o adamı yenidən maşına qoyaraq Sabunçu rayon, 3 saylı şəhər klinik xəstəxanasına aparmışdır. Orada şəxsi müayinəyə təqdim etdikdən sonra orada yerləşən dəhlizdə onun səhhətinin nəticəsi ilə əlaqədar maraqlanmışdır. Bundan sonra polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş və onu Nəsimi RPİ-yə dəvət etmişdirlər. Verilən suallara cavab olaraq o, bildirmişdir ki, hadisə 21.04.2021-ci il tarixdə saat təxminən 23:45 radolərində Nəsimi rayonu, Alı Mustafayev küçəsi 30/14 ünvanın qarşısında yerləşən yolda baş vermişdir. Həmin yol Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən 3-cü mikrorayon bazarının qarşısıdır. Hadisə zamanı o, X5 məxsus olmaqla etibarnamə əsasında “OPEL ASTRA” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. O, “BC” kateqoriyalı AE 314992 seriya nömrəli sürücülük vəsiqəsinə sahibdir, spirtli içki, narkotik vasitə, psixotrop maddələrdən istifadə etmir və hadisə zamanı tam ayıq vəziyyətdə olmuşdur. Hadisə zamanı o təhlükəzilik kəmərindən istifadə etmişdir və o tam şəkildə bağlı vəziyyətdə olmuşdur. Onun idarə etdiyi “OPEL ASTRA” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobildə videomüşahidə qurğusu olmamışdır. Hadisə zamanı o, avtomobili təxminən 60-70 km/s surətlə idarə etmişdir. Məlum hadisə zamanı o yolda irəliləyən zaman təxminən 10-15 metr məsafədə şəxsin yolun sol hissəsində dayandığını görmüşdür. Piyadanı görən zaman maşının sükanını ehtiyat məqsədilə bir qədər sağa çəkib avtomobili sağa tərəf meyl etdirmiş, həmin dayanmış şəxsə çatmağına təxminən 1-2 metr məsafə qaldıqda onun yola çıxdığını və yolu qarşıya keçmək istədiyini görmüş və əyləcə basmağa başlamışdır. İdarə etdiyi avtomobil texniki cəhətdən tam saz vəziyyətdədir, vaxtında texniki baxışdan keçmişdir və “Xalq Sığorta ASC” tərəfindən icbari qaydada sığortalanıb. Hadisə zamanı o xəsarət almamışdır və buna görə də məhkəmə-tibbi ekspertizadan keçmək istəməmişdir. Hadisə zamanı hava quru olmaqla yağıntı olmamışdır. Hadisə zamanı o idarə etdiyi avtomobilin yaxın görmə işıqlarını yandırmış, həmin yolun işıqlandırma sistemi zəif olmuşdur və demək olar ki, yol yaxşı görünməmişdir. Hadisə baş verdiyi yer piyada keçidi, işıqfor və ya hansısa yol hərəkəti iştirakçılarının hərkətini tənzimləyən yol nişanı, nişanlama xətti olmayan birtətəfli yol olmuşdur. O, yolun kənarında piyadanın dayandığını təxminən 30-40 metr qabaqcadan görmüş, lakin onun yola çıxacağını və yolu keçmək istəyəcəyini düşünməmiş və həmin vaxt o piyadanı idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə vurmuşdur. Məlum hadisə zamanı Bakı şəhəri, Nəsimi rayonu, Ah Mustafayev küçəsi ilə üzü Salam Adil dairəsi istiqamətində getdiyi yol zolaqla ayrılmış yol olmamışdır. O, yolun sağında avtomobillər dayandığı üçün yolun solu ilə hərəkət etmişdir. Hadisə zamanı adını bilmədiyi lakin 055- ***-**-** GSM nömrəli telefonla ona zəng edən müştəri onun yanında olmuş və olanların real şahididir. Lakin hadisə olduqdan sonra o çox güman ki qorxduğundan avtomobildən düşüb qaçaraq uzaqlaşmışdır. Həmçinin Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsi tibbi yardım göstərərək xəstaxanaya aparmasını, ölmüş zərərçəkmiş şəxsin ailəsinə maddi köməklik etməsini, onlarla barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, digər zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini və ona qarşı şikayətinin, tələbinin olmamasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin, digər zərərçəkmiş və şahidin ifadəsi, məhkəmə-tibbi, məhkəmə yolnəqliyyat hadisələri ekspertizalarının rəyləri, iş materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntülər və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X8 hüquqi varisi A.M.Abbasov ifadəsində göstərmişdir ki, o, 22.04.2021-ci il tarixdə evdə oturduğu zaman oğlu X3 əl telefonuna polisdən zəng gəlmişdir. Telefondakı şəxs bildirmişdir ki, böyük oğlu M.A.Abbasov avtonəqliyyat hadisəsinin baş verməsi nəticəsində dünyasını dəyişmişdir və hal-hazırda onun meyiti Nəsimi rayonu, 1 saylı şəhər klinik xəstəxanasının içərisində yerləşən morqdadır. Onlar həmin ünvana getmiş və o, həmin ölən şəxsin həqiqətən də oğlu M.A.Abbasov olduğunu görmüşdür. Bundan sonra o, Nəsimi RPİ-də İstintaq şöbəsinə yaxınlaşmışdır. Orada müstəntiq ona oğlu M.A.Abbasov 21.04.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən 3-cü mikrorayon bazarının qarşısında yolun sol hissəsindən sağ hissəsinə keçmək istəyərkən xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən idarə etdiyi “OPEL ASTRA ” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulduğunu və xəsarət aldığını bildirmişdir. Müstəntiq həm də ona izah etmişdir ki, hadisə baş verdikdə sürücü Təqsirləndirilən şəxs onun oğlu Mahir Abbasovu cəld maşına qoyaraq ilkin tibbi yardım göstərilinəsi üçün xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs ilk öncə, 1 saylı şəhər klinik xəstəxanasına daha sonra isə 3 saylı şəhər klinik xəstəxanasına getmişdir. 3 saylı şəhər klinik xəstəxanası olan zaman Təqsirləndirilən şəxs oğlu Mahir Abbasovun müalicəsi üçün əlindən gələni əsirgəməmişdir. Lakin hadisə nəticəsində aldığı xəsarətlərdən onun oğlu Mahir Abbasov 22.04.2021-ci il tarixdə səhər saatlarında vəfat etmişdir. Təqsirləndirilən şəxs və qardaşı X13 onların evinə getmiş, onlara başsağlığı verib üzrxahlıq etmiş və oğlunun dəfn mərasimində bütün maddi öhdəlikləri öz üzərinə götürmüşlər. Odur ki, o, hadisənin ehtiyatsızlıqdan olduğunu və Təqsirləndirilən şəxs hələ gənc uşaq olduğunu, səhvən belə bir hadisəni törətdiyini, hadisə yerindən qaçmadığını, oğlu Mahir Abbasovun xəstəxanada müalicəsi üçün çalışdığını və onun cəzalandırılmasının oğlu Mahir Abbasovu geri qaytarmayacağını nəzərə alaraq sürücü Təqsirləndirilən şəxs barəsində onun və ailəsinin heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi A.M.Abbasov məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin və tələbinin olmamasını, onunla barışdıqlarını, cəza məsələsini məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş digər Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, tanışı X4 adına rəsmiləşdirdiyi özünə məxsus “Opel Astra minik” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik 25-30 manat müqabilində nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxslərə taksi fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə vermişdir. Emin adlı şəxsi təxminən 2-3 ay müddətində məhz həmin avtomobili icarəyə verdiyi şəxs kimi tanımışdır. Emin ondan gündəlik 25 manat müqabilində “Opel Astra minik” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili taksi fəalyyəti ilə məşğul olmaq üçün icarəyə götürmüşdür. 22.04.2021 -ci il tarixdə Təqsirləndirilən şəxs ona məxsus mobil telefona zəng edərək həmin avtomobil ilə qəza törətdiyini və qəza nəticəsində Mahir adlı bir 40-45 yaşlarında kişinin öldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, həmin şəxsi avtomobilin ön hissəsi ilə vurmuşdur, avtomobilin ön alın şüşəsində və ön qapaq hissəsində hadisə nəticəsində yaranmış zədələr vardır. Hadisə nəticəsində maddi ziyan birbaşa ona dəymişdir.O, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olduğunu bilmiş və məhz bu səbəbdən, taksi fəaliyyəti ilə məşğul olmaq üçün onunla nəqliyyat vasitəsindən istifadə edilməsinə dair 25 aprel 20231-ci il tarixdə 8 ay 26 günlük yəni, 31 dekabr 2021-ci il tarixədək qüvvədə olan etibarnamə imzalamışdır. Hadisə zamanı həmin avtomobilin ön alın şüşəsinin sınmasını və ön qapaq hissəsindəki əzikləri nəzərə alaraq, sonuncuya ümumi 300 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını, ona dəymiş zərərin ödənildiyini bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 21.04.2021 -ci il tarixdə o, bacısıgilin yaşadığı Binəqədi rayonu, Adil Məmmədov küçosi 44 ünvanından Binəqədi ərazisində yerləşən, Ə.Məmmədəliyev 4 ünvanına gedib oracan ona məxsus rayondan gələn sənədi götürmək üçün “BOLT” tətbiqi vasitəsilə taksi sifariş vermişdir. Bu zaman ona “OPEL ASTRA” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil taksi kimi təyin olunmuşdur. Saat 23:30 radələrində o həmin taksiyə minərək ön oturacaqda əyləşmişdir. Yol getdikləri zaman o telefonla oynamış, lakin sürücünün hər hansısa bir diqqətini yayındıracaq hərəkət etməsini aşkar etməmişdir. O, taksiyə əyləşdiyindən təxminən 10-15 dəq sonra avtomobillə hərəkətdə olduqları zaman Nəsimi rayonu, 3-cü mikrorayon bazarı adlanan yerin yaxınlığında Alı Mustafayev küçəsində bir nəfər təxminən 35-40 yaşlı bir kişinin yolu diqqətsizcə keçmək istədiyini və özünü yola atdığını görmüşdür. Bu zaman o, sürücünün əyləci bassa da, maşının dayanmadığını və həmin şəxsin maşının ön alm şüşəsinə dəyib yerə yıxıldığını görmüşdür. O, həyəcanlı olduğundan dərhal maşından düşmüş və orada şok vəziyyətində 2-3 dəqiqə dayanıb qalmışdır. Bundan sonra o, həmin ünvandan uzaqlaşaraq başqa bir taksiyə yaxınlaşıb getməli olduğu Ə.Məmmədəliyev küçəsi 4 ünvanına getmişdir. Həmin ünvanda özünə məxsus olan sənədi götürdükdən sonra yenidən bacısıgilin yaşadığı ünvan 5 ünvanına qayıtmışdır. Hadisə zamanı o, “OPEL ASTRA” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacağında oturmuş və təhlükəsizlik kəmərindən istifadə etmiş, həmçinin sürücünün də təhlükəsizlik kəmərindən istifadə etdiyini görmüşdür. O, spirtli içki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etmir və hadisə zamanı tam ayıq vəziyyətdə olmuşdur. Hadisə zamanı sürücü avtomobili təxminən 60-70 km/saat surətlə idarə etmişdir. O, hadisə zamanı xəsarət almadığını və buna görə də məhkəmə-tibbi ekspertizadan keçmək istəmədiyini bildirmişdir.Hadisə zamanı hava quru olmaqla yağıntı olmamış və hərəkət etdikləri yol qaranlıq olmuşdur. O bildirmişdir ki, hadisə baş verdiyi yer piyada keçidi, işıqfor və ya hansısa yol hərəkəti iştirakçılarının hərəkətini tənzimləyən yol nişanı, nişanlama xətti olmayan bir tələfili yol olmuş və Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi ilə üzü Salam Adil dairəsi istiqamətində getdiyimiz yol zolaqla ayrılmış yol olmadığından sürücü yolun sağında avtomobillər dayandığı üçün yolun solu ilə hərəkət etmişdir. Cinayət işinin 141-142-ci vərəqələrində olan 11 iyun 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinin 18-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Tovuz RQİTBŞ tərəfindən 02 mart 2015-ci il tarixdə verilmiş AE seriyalı 314992 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2025-ci il tarixədək qüvvədə olan “BC” dərəcəli sürücülük hüququ vardır. Cinayət işinin 15-ci vərəqəsində olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 22 aprel 2021-ci il tarixli, 2/10754 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 19-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 26 avqust 2020-ci il tarixdə verilmiş AD seriyalı 845568 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2005-ci il, «Opel Astra minik» markalı, **-GY-*** dövlət qeydiyat nişanlı avtomobilin sahibi X6r. Cinayət işinin 19b vərəqəsində olan X11 tərəfindən verilmiş etibarnamədən görünür ki, Azərbaycan Respublikası ərazisində 05 aprel 2021-ci il tarixindən 31 dekabr 2021-ci il tarixinədək idarə edilməsi üçün Təqsirləndirilən şəxs etibar edilmişdir. Cinayət işinin 37-ci vərəqəsində olan 23 aprel 2021-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs mərhum M.A.Abbasovun atası A.M.Abbasov zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 49-cu vərəqəsində olan 23 aprel 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 80-85-ci vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və X17- Təcrübi Birliyinin 22 may 2021-ci il tarixli 54 nömrəli meyidin ekspertizası rəyindən görünür ki, X8 meyitində soldan İİİ qabırğanın sınığı, qabırğaarası əzələlərə qansızma, hemopnevmatoraks, baş beyin toxumasına, qişalarına, mədəciklərinə, baçın yumşaq toxumaları altına, həriki gicgah əzələsinə qansızmalar, beyinciyin, Varol körpüsünün və uzunsov beyinin toxumasına qansızmalar, kəllə sümüklərinin sınıqları, sağ qaşın səthi əzilmiş-cırılmış yarası, alın nahiyəsinin sol yarısında sol göz orbitasına keçən qançırı, burun nahiyəsinin qapalı-yerdəyişmiş sınığı ilə müşayiət olunan sıyrığı kimi xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, törəıımə müddətləri qərarın təsviri hissəsində göstərilən 21 aprel 2021-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Cinayət işinin 87-90-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 09 iyun 2021-ci il tarixli 8/1127 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel Astra” markalı, 99-GY- 503 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 88-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyərləri 100 (bir yüz) manat müəyyən edilmişdir. Cinayət işinin 74-76-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 15 may 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Füzuli Hərbi Məhkəməsinin 25 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.1, 62-ci maddələri ilə təqsirli bilinərək 150 manat cərimə cəzasına məhkum edilmiş; 2) Şəmkir Rayon Məhkəməsinin 14 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 69.4-cü maddələri ilə təqsirli bilinərək, 2000 manat cərimə cəzasına məhkum edilmiş, 20.07.2016-cı il tarixdə cərimə tam ödənilmişdir; 3) Şəmkir Rayon Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 69.4-cü maddələri ilə təqsirli bilinərək, 800 manat cərimə cəzasına məhkum edilmiş və 16.09.2018-cı il tarixdə cərimə tam ödənilmişdir. Cinayət işinin 92-103-cü vərəqələrində olan Şəmkir Rayon Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 4000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən əsasən Təqsirləndirilən şəxs 04.09.2017-ci il tarixdən 05.09.2017-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı və 11.09.2017-ci il tarixdən 22.12.2017-ci il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 800 manat cərimə cəzası saxlanılması hökm edilmişdir. Cinayət işinin 104-112-ci vərəqələrində olan 19 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə DİN-nin X12 Xidmətindən 003- 5822-1221 nömrəli 04.05.2021-ci il tarixli məktubla daxil olmuş TŞ 032-3.mp4 formatlı videofaylda olan 21.04.2021-ci il tarixli, saat 23:35-dən 23:59-dək olan müddətdəki videogörüntülərdə olan 01 (beş) ədəd DVD disk sübut növü olaraq qiymətləndirilərək cinayət işi materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi A.M.Abbasovun təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır, cəza məsələsini məhkəmənin mülahizəsinə verir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş zərər ödənilmişdir və nəzərə alınmasını xahiş edir. Cinayət işinin materiallarında olan DVD disklərinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 21 aprel 2021-ci il tarixdə qeydə alınmışdır. Görüntülərə əsasən ünvan 6 ünvanının qarşısına düşən yol hissəsini müşahidə edir. Görüntünün 06:55-ci dəqiqəsində gümüşü metal rəngli “Opel Astra” markalı avtomobilin yolun hərəkət hissəsi ilə hərəkətdə olması görünür. Həmin avtomobil hərəkət edən zaman yolun sol hissəsindən qara paltar geyinmiş 40-45 yaşlarında kişi yolu həmin avtomobilin ön hissəsindən keçməyə başlayır. Bu zaman “Opel Astra” markalı avtomobilin sürücüsü avtomobilin surətini azaltmağa çalışsa da, idarəetməni itirir və həmin şəxsi avtomobilin ön sağ hissəsi ilə vurur. Zərbə nəticəsində şəxs havaya qalxaraq yolun sağ hissəsinə yıxılır. Videogörüntünün sonuna qədər həmin yerə başqa şəxslər və avtomobillər toplaşır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və digər zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskində olan video görüntülərlə və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin İ hissəsinə əsasən sürücühərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini vəvəziyyətini, yol vəmeteorolojişərati, xüsusən hərəkət istiqamətindəgörməşəraitini nəzərəalmaqla, nəqliyyat vasitəsini müəyyən olunmuşsürət məhdudiyyətindənçox olmayan sürətləsürməlidir. Sürücühərəkətüçün təhlükəyarandığınıgördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinəqədər azaltmaqüçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsi tibbi yardım göstərərək xəstaxanaya aparmasını, ölmüş zərərçəkmiş şəxsin ailəsinə maddi köməklik etməsini, onlarla barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, digər zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini və ona qarşı şikayətinin, tələbinin olmamasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkumun qətimkan tədbiri kimi həbsdə saxlanma vaxtı, cəzaçəkmə müəssisələrindən gətirilmə vaxtı cəzanın icrası müddətinə hesablanır. Məhkumun bir gündən artıq icazəsiz məntəqə tipli cəzaçəkmə müəssisəsinin ərazisində olmaması cəzanın icrası müddətinə hesablanmır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (beş) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, “Opel Astra” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Opel Astra” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X7, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa getməmək haqqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-427/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-427/2021
25.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver