Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-427/2024 11.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1974-cü il tarixdə Qubadlı rayonu, Əliquluuşağı kəndində anadan olmuş, (FİN: xxxxxxx) Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Qubadlı rayonu, Əliquluuşağı kəndində qeydiyyatda olan, məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncuya İİ qrup əlillik dərəcəsi ilə bağlı dövlət tərəfindən verilən təqaüdün bərpa edilməsi məsələsini həll edəcəyinə dair yalan vəd verib etibardan sui-istifadə etməklə aldadaraq 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs onun istifadəsində olan 5239 1515 1133 2259 nömrəli karta göndərdiyi 1.600 manat pulu və 18 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən “Maxara” restoranında ondan 9.800 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda - 11.400 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhərində yaşayan tanışı X1 2022-ci ilin yay aylarında telefon vasitəsilə onunla əlaqə saxlayaraq uzun müddət əlillik dərəcəsinə görə pensiya alan tanışının əlillik dərəcəsinin bərpa olunması üçün köməlik lazım olduğunu demişdir. O da bu işdə köməklik edə biləcəyini deyib həmin şəxsin onunla əlaqə saxlaya biləcəyini demişdir. Daha sonra Zərərçəkmiş şəxs ona zəng edib məsələni danışmış, o da 10.000 manat pulun müqabilində köməklik edə biləcəyini deyib Bakıda görüşməyi qərara almışlar. Ertəsi günü o, Nəsimi rayonu ərazisində yerləşən “Maxara“ restoranında Dilqəm və onun oğlu Aqil ilə görüşmüş, Dilqəm ona 9.800 manat pul və xəstəliyi ilə bağlı sənədləri vermişdir. O da pulu və sənədləri alıb onun işinə köməklik göstərəcəyinə söz vermiş, məsələ ilə bağlı tanışına müraciət edib pulu ona vermiş, lakin iş alınmamışdır. Zərərçəkmiş şəxs aldığı 9.800 manat pulu birdəfəyə qaytarmağa maddi imkanı yoxdur. O, əvvəllər zərər çəkmiş şəxsə öz pensiya kartını təklif etsə də, sonuncu onunla razılaşmamışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, müharibə iştirakçısı olmuş və İİ qrup əlildir. 2021-ci ilin dekabr ayında onun əlilliklə bağlı pensiya ödənişi dayandırılmışdır. 2022-ci il tarixdə qonşusu Şahid1 ilə söhbət edərkən sonuncu ona Bakı şəhərində Mikayıl adlı tanışının olduğunu, həmin şəxsin onun işini həll edəcəyini demiş və mobil telefon nömrəsini vermişdir. O, Mikayıl ilə telefon vasitəsilə əlaqə saxlamış və sonuncu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin işçisi olduğunu demişdir. O, həmin şəxsə inanıb əvvəllər əlillik təqaüdü aldığını, lakin bir neçə müddətdir onun dayandırıldığını demişdir. Mikayıl da ondan əlilliklə bağlı sənədlərini istəmiş, o da “WhatsApp” proqramı vasitəsilə həmin sənədlərin şəklini göndərmişdir. Bir neçə gündən sonra Mikayıl onunla əlaqə saxlayaraq sənədərinin qaydasında olduğunu və bu işin həll olunması üçün 10-11 manat pul alacağını bildirib ondan pul istəmişdir. O da 2022-ci ilin noyabr ayında onun verdiyi 5239 1515 1133 2259 nömrəli "xxxx" ASC-yə aid karta yaşadığı Göy-Göl rayonundan 1.600 manat pul göndərmişdir. 2023-cü ilin yanvar ayının əvvəllərində Mikayıl ona işin düzəlməsi üçün qalan pulu da təcili hazırlamağını demişdir. O da buna görə oğlu Aqillə danışıb sonuncunun adına "xxxx" ASC-dən kredit götürmüş və 9.800 manatı 18 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən “Maxara” restoranında Mikayıla oğlu Aqilin iştirakı ilə vermişdir. Lakin bir neçə ayın keçməsinə baxmayaraq Mikayıldan xəbər çıxmamış, o, hər dəfə onunla əlaqə saxlayanda sonuncu müxtəlif bəhanələr gətirib işi həll etməmişdir. Vurulmuş ziyan ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 zərər şəkmiş şəxsin ifadəsinə oxşar məzmunda izahat verdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Mobil telefonda olan yazışmalara baxış keçirilməsi haqqında” 21 iyun 2024cü il tarixli protokola əsasən zərər çəkmiş şəxs X3 təqdim etdiyi mobil telefon yazışmalarına Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** saylı mobil telefon nömrəsindən N.Mirzəyevin istifadəsində olan mobil telefon nömrəsinə 2022-ci ilin noyabr ayında 5239 1515 1133 2259 nömrəli "xxxx" ASC-yə məxsus kartın fotoşəkili və Zərərçəkmiş şəxs əlilliklə bağlı təqaüdünün bərpa edilməsi ilə əlaqədar mesajlar göndərilmişdir. Təqsirləndirilən şəxs həmin kartın onun istifadəsində olduğunu və Zərərçəkmiş şəxs mesajların onun tərəfindən yazıldığını təsdiq etmişdir (İ cild, i.v.73-76); • xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsi əlavə dindirmə protokolu”nda Təqsirləndirilən şəxs əks olunmuş ifadəsinə əsasən o, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, Şahid1 bir neçə ildir tanıyır və bir dəfə sonuncunu onun qızının imtahanı ilə bağlı ona köməklik etmişdir. 2022-ci ilin oktyabr-noyabr aylarında Aygün ona müharibədə iştirakına görə ikinci qrup əlil olmuş və uzun müddət əlillik dərəcəsinə görə pensiya alan bir nəfər şəxsin əlillik dərəcəsinin bərpa olunması üçün köməlik lazım olduğunu demişdir. Aygün ona həmin şəxsin əlilliklə bağlı pensiyasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilməsinin dayandırıldığını bildirmişdir. O, 2022-ci ildə həmin şəxslə telefonla danışmış, həmin şəxsin Zərərçəkmiş şəxs olduğunu öyrənmiş və ondan bəzi sənədləri götürmüşdür. O, Dilqəmin pensiya işinin həll olunması üçün həmin dövrdə bu nazirlikdə işləyən bir neçə nəfərə müraciət etmiş, lakin konkret cavab ala bilməmişdir. Ümumi olaraq bu işlə maraqlanmış, ona əlillik təqaüdünün bərpa olunması üçün təxminən 10-11 min manat pulun lazım olduğunu demişlər. Bundan sonra o, Dilqəmlə danışıb bu barədə ona məlumat vermişdir. Dilqəm də həmin məbləğin ilkin olaraq bir hissəsini ona verə biləcəyini demişdir. 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs onun "xxxx" ASC-yə aid 5239 1515 1133 2259 saylı hesabına 1.600 manat pul göndərmişdir. O, 2023-cü ilin yanvar ayının 18-də Zərərçəkmiş şəxslə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Maxara“ restoranında görüşmüşdür. Orada Dilqəm ona 9.800 manat pul vermişdir. O, həmin pulu bir qədər özündə saxladıqdan sonra şəxsi ehtiyaclarına xərcləmişdir. O, Dilqəmdən aldığı pulu daha sonar toplayıb ya geri qaytaracağını, ya da işini həll edəcəyini düşünmüşdür. Hər dəfə Dilqəm və oğlu Aqil ona zəng edəndə vaxtı uzatmaq üçün başqa bəhanələr uydurmuşdur. Bir neçə dəfə isə Dilqəm və onun oğlu Aqil onun yaşadığı Sumqayıt şəhərinə gəlmiş, aralarında narazılıq yaranmışdır. O, pulu qaytara bilməmişdir. 2024-cü ilin ilk aylarında o, Dilqəmin onun barəsində Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinə ərizə yazmasını bilmişdir. Vaxt uzandıqca onu Nəsimi rayon polis idarəsindən istintaqa çağıranda həbs olunacağından qorxduğu üçün polisə getməmişdir. Ümumilikdə o, Dilqəmdən 11.400 manat pul almışdır. Həmin pulu onun pensiyasının, yəni əlillik dərəcəsinə görə verilən müavinətin bərpa olunması üçün almış, aldığı puldan başqa adama, həmçinin onu Dilqəmlə tanış edən İmamvediyeva Aygünə verməmişdir (İ cild, i.v.66-68); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)- 315/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 iyun 2024-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.83-86); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.89); • “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs İİ dərəcəli əlildir (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsdən 11.400 manat deyil, 9.800 manatı alıb keçirməsini bildirsə də, məhkəmədə tədqiq olunmuş ifadələr, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi və digər mötəbər dəlillərlə onun tərəfindən verilmiş ittiham üzrə məbləğin ələ keçirilməsi tam sübuta yetirilir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə əlil olmasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 20 iyun 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 20 iyun 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-427/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-427/2024
11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver