Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-428/2021 06.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2001-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Xıncab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Xıncab kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 16.06.2021-ci il tarixdə, saat 11 radələrində, ünvan 2 ünvanında yerləşən məhəllədə, Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı, əli ilə sonuncunun bədəninin müxtəlif nahiyələrindən cırmaqlamış və saçından tutub dartaraq yerə yıxıb qəsdən vuraraq ona başın alın-təpə, ənsə nahiyələrinin qançır- şişkinlikləri (dərialtı hematomaları), həmin nahiyələrdə baş tüklərinin travmatik qopması və tük diblərinə qansızma, sağ bazu oynağı, sağ mil-bilək qəfəsinin ön və arxa səthlərinin, sol bazunun, hər iki saidin, hər iki əlin sıyrıqları, sağ budun, hər iki baldırın qançırları ilə müşaiyət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2019-cu ildə X3 ilə ailə qurmuş və rəsmi nigahlarından bir övladı anadan olmuşdur. Rəsmi nihaga düşməyinə baxmayaraq, şəxsiyyət vəsiqəsini dəyişmədiyi üçün, ailə vəziyyətim subay gedir. Ailə qurduqdan sonra, ünvan 3 ünvanına gəlin köçmüş və hazırda orada yaşayır. Yaşadığı mənzil ümumi həyət tiplidir və köhnə tikili olduğundan, qonşuluqda olan evlər iç-içə tikilmişdir. Azyaşlı övladının oksigen çatışmamaziığı olduğu üçün, onu tez-tez həyətə çıxardır və evin qarşısında oturmaq üçün köhnə divan qoymuşdur. 16.06.2021 -ci il tarixdə saat təxminən 11 radələrində, həyətə düşmüş və bu zaman aşkar etmişdir ki, evin qarşısında olan həmin divan sökülərək kənara qoyulub. O bundan əsəbiləşdiyi üçün, divanın kim tərəfindən söküldüyünü müəyyən etmək üçün həyətdə soraqlaşmağa başlamış və buna görə etirazını bildirmişdir. Bu zaman, qonşuluqda kirayə yaşayan Zərərçəkmiş şəxs evdən çıxmış və ona tərəf gələn zaman, ondan divanın kim tərəfindən sökülməsini soruşmuşdur. Yaqut ona kobud cavab verdiyindən, ondan kirayə yaşadığı evin sahibinə, mənzildə səs-küy saldıqları üçün şikayət edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs onun ünvanına nəlayiq söz işlədib namusuna söz atdığı üçün əsəbiləşib onun sinəsindən itələmiş, sonra onlar birgə yıxılmış və aralarında saç yolma davam etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, Yaqutun boynunda olan sepin qırılması səbəbi, sonuncunun onu itələyərkən əlinin qabağa verməsi və sepin barmaqlarına ilişməsi səbəbindən baş vermiş, hadisə zamanı nə qaynı Elşən nədə ki Nəzrin orada olmamış yalnız hadisə bitdikdən sonra Elşən ora gəlmişdir, onları isə qonşu Emin əmi aralamışdır. Özünü qismən təqsirli bilməsini, bir az yaşlı övladının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May metro stansiyası yaxınlığında qadın paltar mağazasında satıcı işlədiyi üçün, 2021-ci ilin fevral ayından ünvan 4 ünvanında müvəqqəti kirayə yaşayır. Həmin mənzildə ondan başqa digər qızlarda kirayə yaşayır. Yaşadığı mənzil ümumi məhəllə tipli olduğundan qonşuluqda çoxlu iç-içə evlər var. 16.06.2021-ci il tarixdə saat təxminən 11 radələrində evdən çıxıb işə gedən zaman, divar qonşusu Fatmanın həyətdə uca səslə səs-küy salıb narazılıq etdiyini görmüşdür. Fatma ona yaxınlaşıb, guya evdə səs-küy saldığını bildirib şikayət edəcəyini söyləmişdir. Həmin anda Fatmanın qaynıda orada idi. O, Fatmaya baş qoşmayıb yoluna davam etmək istəyən zaman, sonuncu onun qarşısına keçib və əl-qol uzadaraq onunla mübahisə etməyə başlamışdır. Bu zaman onun boynuna əl ataraq boyunbağını qırmış sonra isə dırnağı ilə boğazını cırmış, o, Fatmanı özündən kənarlaşdırmaq üçün itələmiş və oradan qaçmaq istəyən zaman Fatma onun saçından tutub dartaraq yerə yıxmışdır. Sonradan bildiyinə görə onunla birlikdə yaşayan otaq yoldaşı İsayeva Nəzrin ora gəlmiş, onu Fatma və qaynının əlindən alıb onları ayırmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, aldığı zərbədən yerə yıxılmış, huşunu itirmiş və orada həmin anda kimlərin olmasını xatırlamır. Yalnız Nəzrin onu qaldırarkən hadisəni dərk etmiş, hadisədən aldığı olduğu xəsarətlərdən bir neçə gün evdə qalmaq məcburiyyətində olmuş və bu səbəbdən işə gedə bilməmiş, sonra da onu da işdən çıxartmışlar. Hadisədən sonra həmin ünvandan köçmüşlər və hazırda işsizdir. Təqsirləndirilən şəxs ona həm maddi və həmdə mənəvi zərər vurmuşdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayından ünvan 4 ünvanında müvəqqəti digər qızlarda kirayədə yaşayırlar. Yaşadığı mənzil ümumi məhəllə tipli olduğundan qonşuluqda çoxlu iç-içə evlər var. 16.06.2021-ci il tarixdə saat təxminən 11 radələrində evdə olan zaman məhəllədən səsküy gəldiyini eşitmiş və eyvana çıxan zaman qonşuları Fatmanın ev yoldaşı Yaqutun boynuna əl atmasını görmüş və dərhal çölə çıxmışdır. Həmin vaxt Yaqutun yerdə olduğunu Fatmanın və qaynı Elşənin Yaqutun saçından dartaraq yerdə sürüdüklərini və ona zərbə yetirdiklərini görmüş, ora yaxınlaşaraq Yaqutu onların əlindən almışdır. Bu zaman Yaqut özündə olmamışdır. Məhkəmə iclasında N.Ə.İsayeva verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı Yaqutun üzünə və boğazına müxtəlif qızartılar və sair xəsarətlər yetirilmiş, orada çoxlu adamlar olmuş, həmçinin onlarla yaşayan Əfsanədə hadisə zamanı orada olmuş və o, da həyacandan huşunu itirərək yerə yıxılmışdır. Həmçinin hadisədən sonra Fatmanın əri gələrək sonuncudan burada nə baş verməsini soruşduqda Fatma ərinə qaynı Elşənlə birlikdə fəxrlə Yaqutu yerdə sürüdüklərini bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 16.06.2021-ci il tarixdə saat təxminən 11 radələrində balkonda siqaret çəkməyə çıxmış, həmin gün evlərini kirayə verən qonşusu Lətif kişinin gəldiyi görmüş və Fatma ilə həyətdə qoyulmuş divanla bağlı söhbət etdiklərini eşitmişdir. Həmin vaxt oradan keçən Yaqut Fatma ilə söhbət zamanı mübahisə etməyə başlamış əvvəlki Fatmaya söz atmış bu zaman Fatma Yaqutun sinəsindən itələmiş və onlar yerə yıxılmışlar. Aralarında dava-dalaş başlamış, sonradan ora Nəzrin adlı qız gəlmiş və onları aralamışdır. Məhkəmə iclasında E.V.Abdinova verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı Fatmanın qaynı Elşəndə orada olmuşdur. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 16.06.2021-ci il tarixdə saat təxminən 11 radələrində qonşusu Lətiflə həyətdə olan divanın hansı səbəbdən götürülməsi ilə bağlı söhbət etdikdə Fatma həmin vaxt uşağını orada gəzdirirdi. Yaqut evdən çıxaraq onların yanından keçəndə Fatmanı təhqir etmiş sonuncu da ona eyni tərzdə qarşılıq vermiş daha sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı onların ikisidə yerdə uzanılmış vəziyyətə biribirinin saçını yolurmuşlar. Bu zaman həmin evdən 3-4 nəfər qız çıxmış Yaquta köməklik etmişlər. Yaqutla Fatmanı isə Lətif kişi aralamışdır. Sadələşdirilmiş icraat materialının 37-39-cu vərəqələrində olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Yasamal rayon MTE şöbəsinin məhkəmə tibb ekspertizasının 06 iyul 2021-ci il tarixli 483 saylı rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- başın alın-təpə, ənsə nahiyələrinin qançır-şişkinlikləri (dərialtı hematomaları), həmin nahiyələrdə baş tüklərinin travmatik qopması və tük diblərinə qansızma, sağ bazu oynağı, sağ mil-bilək qəfəsinin ön və arxa səthlərinin, sol bazunun, hər iki saidin, hər iki əlin sıyrıqları, sağ budun, hər iki baldırın qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl qərarın təsviri hissəsində göstərilən 16.06.2021 -ci il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər aşkar edilmişdir Cinayət işinin 79-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 06 iyul 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, Yaqutun boynunda olan sepin qırılmasının səbəbi, sonuncunun onu itələyərkən əlinin qabağa verməsi və sepin barmaqlarına ilişməsinə görə baş vermiş, hadisə zamanı nə qaynı Elşən nədə ki Nəzrin orada olmamış yalnız hadisə bitdikdən sonra Elşən ora gəlmişdir, onları isə qonşusu Emin əmi aralamışdır. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş N.Ə.İsayevanın ifadəsindən görünür ki, hadisə zamanı Yaqut yerə yıxılmış Fatma və qaynı Elşən Yaqutun saçından dartaraq yerdə sürüdüklərini və ona zərbə yetirdiklərini görmüş, o, isə ora yaxınlaşaraq Yaqutu onların əlindən almışdır.Yaqutun üzündə və boğazında müxtəlif qızartılar və sair xəsarətlər və orada çoxlu adamlar olmuşdur. Həmçinin onlarla yaşayan Əfsanədə hadisə zamanı orda olmuş və həyacandan huşunu itirərək yerə yıxılmış, Fatmanın əri sonradan ora gəldikdə isə Fatma ərinə fəxrlə qaynı Elşənlə Yaqutu sürüdüklərini bildirmişdir. Həmçinin məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş E.V.Abdinovun ifadəsindən görünür ki, hadisə baş verərkən Fatmanın qaynı Elşəndə orada olmuş, sonradan ora Nəzrin gəlmiş və onları aralamışdır. Bundan başqa məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş E.N.Qəmbərovun ifadəsindən görünür ki, mübahisə zamanı onların ikisidə yerdə uzanılmış vəziyyətə biri-birinin saçını yolmuş, həmçinin Fatma ilə Yaqutu Lətif kişi aralamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin və müdafiə tərəfin vəsatəti əsasında dindirilmiş şahidlərin ifadələrində biri-birini tamamlanmayan ziddiyətlər müvcuddur. Bu səbəbdəndə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirini səmimi olaraq qismən etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində bir az yaşlı övladının olmasını və əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nın 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə və islah işləri növündə cəzası təyin edildiyi halda onun heç yerdə işləməməsi, bir az yaşlı övladının olması və ödəniş etmə qabiliyyətinin olmaması onun həyat şəraitini daha da ağırlaşdıra bilər. Həmçinin Təqsirləndirilən şəxs üç yaşınadək uşağının olması səbəbindən ictimai işlər növündə cəza ona təyin edilə bilməz. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası X4 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. X4 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-428/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-428/2021
06.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver