Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-429/2021 06.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1964-cü il tarixdə Ağdam rayonu, Pərioğullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, 2-ci qrup əlilliyi olan, məhkum olunmamış, Ağdam rayonu, Pərioğullar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1, 310 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətin müqabilində özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə cinayətdən xəbərsiz tanışı Şahid2 vasitəsilə Şahid1 əlilliyə görə sosial müavinət almasında köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət etmiş sonuncuya 26 sentyabr 2019-cu il tarixdə ünvan 2 ünvanında yerləşən Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun qarşısında görüşləri zamanı özbaşına özünü vəzifəli şəxs, yəni Əlillərə və X1 Dəstək Fondunun sədri kimi təqdim edərək Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda işləyən həkim tanışının olduğunu yalandan bildirib, həmin tanış vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2.250 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Şahid1 əlilliyə görə sosial müavinət təyin olunacağını yalandan vəd edərək, istədiyi 2250 manat pul vəsaitini verməli olduğunu bildirib, görəcəyi işdə özünə inam yaradıb, bununla da alınacaq pulun müqabilində həmin məsələnin həll ediləcəyini yalandan deyib yaranmış etibardan sui-istifadə edib aldadaraq Şahid1la sövdələşib həmin görüşləri zamanı tələb etdiyi 2250 manat pulu sonuncudan qeyd olunan yerdə alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus həmin pul vəsaitini ələ keçirməklə dələduzluq etmiş, həmin hərəkətləri ilə Əlillərə və X1 Dəstək Fondunu əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2003-cü ildən onurğa sütununda olan fəqərə yırtığı ilə bağlı müddətsiz olaraq İİ qrup əlildir. Təxminən 2019-cu ilin sentyabr ayının ortalarında tanışı Şahid2 ona zəng edərək xahiş etmişdir ki, onun bir nəfər tanışının qüsuru var, yıxılıb qolunu sındırmışdır, əlillik dərəcəsi üçün müraciət etməsinə baxmayaraq onun xəsarətini nəzərə almırlar. Vüqar özüdə İ qrup əlildir və onlar 2008-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinin, Şağan kəndində yerləşən "Müharibə əlillərinin və ümumi əlillərin bərpa Mərkəzində” bir stol arxasında yemək yeyən zaman tanış olmuşlar və həmin vaxtdan da dostluq münasibətləri davam edir. Vüqar ondan həmin şəxsə kömək etməyini xahiş etdikdən sonra Vüqara etiraz etməmiş və lazımi sənədləri, xəstəliyi barədə epikrizləri götürüb Bakıya gəlmələrini bildirmiş və bu işin görülməsi müqabilində 2250 manat pul tələb etmişdir. Onlarda 26 sentyabr 2019-cu il tarixdə danışıqlarına əsasən Bakı şəhərinə, Travmotologiya və Ortopedoiya İnstitutunun qarşısına gəlmişlər və təxminən səhər saat 10 radələrində həmin İnstitutun qarşısında görüşmüşlər. Özü ilk olaraq Fəzailin qüsuru olan qoluna baxmış və sonra ona əlillik dərəcəsi alması üçün kömək edə biləcəyini bildirib əvvəlki telefon danışıqlarına əsasən 2250 manat pulu istəmişdir. Özü həmin puldan Travmatologiya və Ortopediya İnstitutunun həkimlərinə də çatacağını bildirmişdir. O həmin İnstitutun qarşı tərəf həyətində 2250 manat pulu götürüb saymış və onlar içəri keçib qəbul girişin qarşısındakı oturacaqlarda əyləşmişlər. Sonra o, həmin İnstitutun şöbə müdiri Eyvaz Hacıyevin qəbuluna girmiş və Fəzailin sənədlərini həmin həkimə göstərib xahiş etmişdir ki, “Fəzailin səbəbləri vardır, gəlin onun əlillik dərəcəsi almağına köməklik edək”. Eyvaz həkimə Fəzailin hazırlıqlı gəldiyini, yəni maddi hörmət edəcəyini bildirmiş, Eyvaz həkim razılıq vermiş və Fəzaili otağa dəvət etmişdir. Eyvaz həkim Fəzailin qoluna baxdıqdan sonra Fəzail çölə çıxmış, Eyvaz həkim sənədin qəbulu barədə göndərişin üstün yazmış və özü Eyvaz həkimə nə qədər pul verəcəyini demişdir. Eyvaz həkim 300 manat pul istəmiş, özü ona həmin məbləğin çox olduğunu bildirib 250 manat pul vermişdir. Sonra göndərişi götürüb qəbula yaxınlaşmış, Fəzailin adına karta açılmış, sənədləri həmin karta tikilmiş və ona travmotoloq Nadir həkimə müraciət etməkləri bildirilmişdir. O da, Nadir həkimin qəbuluna girmiş, Fəzailin sənədlərini ona təqdim etmiş və onun rayondan gəldiyini, xəstə olduğunu, qolunda xəsarət olduğunu, rayonda onun sənədlərinin qəbul edilmədiyini bildirib ona kömək etmələrini xahiş etmişdir. Nadir həkimə şöbə müdiri ilə də görüşüb hörmət etdiyini, ona da hörmət edəcəyini bildirmişdir. Nadir həkim də Eyvaz həkimin yanına gedib onunla danışdıqdan sonra otağa qayıtmış və sonra Fəzaili qəbul edib qolunu müayinə etmişdir. Sonra lazımi qeydlərini sənədlərə etdikdən sonra sənədlər kitaba qeyd olunub möhürləndirilmişdir. Bundan sonra özü yenə Nadir həkimin qəbuluna girib söz verdiyini, ona nə qədər pul verəcəyini soruşduqda Nadir həkim ondan 500 manat pul istəmiş, o, 500 manatın çox olduğunu bildirib Nadir həkimə 400 manat pul vermiş və sağollaşıb ayrıldıqdan sonra onlar xəstəxanadan çölə çıxmışlar. Həyətdə Vüqara da 100 manat pul vermişdir ki, yol pulu edib Fəzaillə birlikdə Tovuz rayonuna gedib oradakı sənəd işlərində Fəzailə köməklik etsin və sonuncular birlikdə rayona qayıtmışlar. Bir müddət sonra Fəzaillə Vüqar birlikdə müvafiq sənədləri əldə etmək üçün Tovuz Mərkəzi Rayon Xəstəxanasına getmiş və onlar orada Fəzailin qolunda xəsarət olmasını təsdiq edən tibbi sənədi poliklinikaya təqdim etmişlər. 2019-cu ilin noyabr ayında həmin sənəd “onlayn sistemə” vurulmuş və bir müddət gözlədikdən sonra 2019-cu ilin noyabr ayında tibbi sosial ekspertiza komissiyasında Fəzailin adına imtina gəlmiş və səbəb olaraq əlavə müalicə və müayinəyə ehtiyac olduğu göstərilmişdir. Fəzail ona zəng edib bu barədə bildirdikdən sonra özü onları Bakıya dəvət etmiş və 2019-cu ilin noyabr ayında Vüqarla Fəzail yenidən Bakıya gəlmişlər. Onlarla görüşüb 3-cü mikrorayon ərazisində yerləşən Respublika X2 getmiş və orada ümumi qəbula yazılmışlar. Orada onları travmotoloq İlkin adlı həkimin yanına göndərmişlər və İlkin həkim sənədlərə baxıb Fəzailin qolunu müayinə edərək epikrizə rentgen görüntüsü, qolun ətraflı müayinəsi və oynaqda hərəkət həcminin əlavə edilməsini bildirmişdir. Oradan çıxdıqdan sonra onlar Travmotologiya və Ortopediya İnstitutuna gedərək yenidən şöbə müdiri Eyvaz Hacıyevlə görüşmüş, özü ona Fəzailə imtina gəldiyini, özünün ortada qaldığını, Fəzailə köməklik etmələrini bildirib əlavə 250 manatda pul verərək qeyd oluran əlavələrin yazılmasını, onlara yeni epikrizin verilməsini tələb etmişdir. 19 noyabr 2019-cu il tarixdə əlavələr yazılmaqla onlara yeni epikriz verilmişdir. Həmin gün Nadir həkimin də yanında olmuş, lakin Nadir həkim heç nə istəməmiş, özü də ona heç nə verməmiş, Nadir həkim əlavələri yazıb sənədi ona vermişdir. Yenidən sənədlər möhürlənib təsdiqləndikdən sonra onlar sənədləri götürmüşdür. İmtina gəldiyi üçün ikinci dəfə sənədin “onlayn sistemə” vurulması üçün 1 ay vaxt keçməliymiş. Onlar da həmin müddəti gözləmiş və Yeni il bayramı ərəfəsinə düşdüyü üçün onlara bayramdan sonra müraciət etmələri Tovuz Mərkəzi Rayon Xəstəxanasının müvafiq həkimləri tərəfindən məsləhət görülmüşdür. Yeni il bayramından sonra 13 yanvar 2020-ci il tarixdə özü Tovuz rayonuna getmiş, Vüqarda yaşadığı Gədəbəy rayonundan Tovuza gəlmiş və orada onlar mərkəzi xəstəxananın poliklinikasının həyətində Fəzaillə görüşmüşlər. Onlar orada adlarını xatırlamadığı mərkəzi xəstəxananın baş həkiminin, müavininin, ekspertiza həkiminin yanlarında olduqdan sonra nəhayət travmotoloq Arif adlı həkimin yanına gəlmişlər. Əlillik dərəcəsinin alınması üçün Arif həkim rəy verdiyindən nəticədə rəyin verilməsi üçün mütləq onun imzası lazımdır. Özü Arif həkimdən də xahiş edərək Fəzailə kömək etmələrini bildirmiş və “şirinlik” kimi Arif həkimə öz yanından 100 manat pul vermişdir. Arif həkim sənədləri qəbul edib onlara gedib cavabı gözləmələrini bildirmiş və sonra o, qayıdıb Bakıya gəlmişdir. 2020-ci ilin yanvar-fevral aylarında Fəzailə ikinci dəfə imtina gəlmiş səbəb olaraq əlavə müalicə və müayinəyə ehtiyac olduğu göstərilmişdir. Bundan sonra özü X2 gedib Fəzailə iki dəfə imtina gəldiyini bildirmiş və oradan ona məlumat verilmişdir ki, iki dəfə imtina gəldikdə həmin şəxs mərkəzə dəvət olunur və burada həkim komissiya baxaraq rəy verir. Bundan sonra Fəzailə zəng edib onu Bakıya dəvət etsə də, Fəzail toyu olacağını bildirərək gəlməkdən imtina etmiş və ona verdiyi pulları tələb etməyə başlamışdır. O, Fəzailin verdiyi puldan 500 manat Eyvaz həkimə, 400 manat Nadir həkimə, 100 manat Arif həkimə, 100 manat da Vüqara vermişdir. Həmin puldan 50 manat Fəzail ikinci dəfə Bakıya gəldikdə yol pulu olmadığını bildirdiyi üçün ona vermiş, ümumi olaraq 1150 manat bu istiqamətlərə sərf edilmişdir. Qalan 1100 manatı qaytaracağını Fəzailə bildirib 12 mart 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov metro stansiyasının yanındakı poçt vasitəsilə Fəzailin adına 800 manat pul göndərmişdir. Ondan başqa Fəzailə pul göndərməmiş və ona yenidən şikayətlər edərək ona köməklik göstərə biləcəyini bildirməklə şikayətləri də hazırlamış, lakin Fəzail Bakıya gəlib işinin arxasınca getməmişdir. Onun Fəzailə qalan pulu qaytarmamağına səbəb pandemiyanın düşməsi, yolların bağlanması olmuşdur. Çünki onlar pandemiyadan sonra yarım qalan işləri davam etməliymişlər, lakin Fəzail səbrli olmayaraq barəsində şikayətlər vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, Fəzaildən aldığı 2250 manat məbləğində puldan 850 manatını sonuncuya qaytarmış, 500 manatını Eyvaz həkimə, 400 manatını Nadir həkimə, 100 manatını Arif həkimə və 100 manat isə Vüqara vermişdir. Eyvaz həkim vəfat etmiş və barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edildikdən sonra Eyvaz həkim öldüyü üçün onunla görüşə bilməmişdir. Lakin Nadir həkimin yanına gedib başına gələnləri ona danışmış və Nadir həkim də ona 400 manatı geri qaytarmışdır. Bundan başqa Vüqara verdiyi 100 manatı da sonuncu ona geri qaytarmışdır. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, Şahid1 aldığı pulun tamamilə ödənilməsini, ona qarşı heç bir şikayət, tələb və iddiasının olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, CD disklərdə olan məlumatlara və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, daimi iş yeri yoxdur, səhhəti ilə əlaqədar heç bir yerdə işləyə bilməmişdir. Uşaq yaşlarında 3 dəfə yıxılıb sol qolundan xəsarətlər almış, həmin qolu 3 dəfə sınmışdır və buna görə də, sol qolu yaxşı işəmir. Təqribən 2019-cu ilin sentyabr ayında qardaşı Ramizin evində hörgü işləri görülərkən o da onlarda olmuşdur. Evdə işləyən, hazırda adını xatırlamadığı usta ondan yük qaldırmağa köməklik etməyini xahiş etmiş, o, ustaya sol əlini göstərərək yük qaldırmaq iqtidarında olmadığını demişdir. Bundan sonra həmin usta ondan əlilliyə görə pensiya alıb-almamağı barədə soruşduqda, o, almadığını demişdir. Bundan sonra həmin usta öz növbəsində ona köməklik göstərə biləcəyini, Vüqar adlı tanışı olduğunu, onun öz oğlunada əlillik dərəcəsi almağa həmin Vüqar adlı şəxsin kömək etdiyini demişdir. Sonra həmin usta Vüqarla danışmış və Vüqarın nömrəsini ona verib özlərinində danışmağını bildirmişdir. Özü Vüqarla danışmış və bir neçə gün sonra, 2019cu ilin sentyabr ayında Vüqar Şəmkir rayonuna gəlmiş, o da Şəmkirə gedib Vüqarla görüşmüşdür. Sonra Vüqarın özünündə İ qrup əlil olduğunu bilmiş və sol əlində olan xəsarət barədə Vüqara məlumat vermişdir. Vüqar bu işləri, yəni əlillik dərəcəsi almağı Fuad adlı tanışının həll etdiyini, Fuadın isə pul ilə iş gördüyünü bildirmişdir. O da Vüqara Fuadla danışmasını, Fuadın nə qədər pul istədiyini deməsini, özünün maddi vəziyyətinin yaxşı olmadığ nı bildirmişdir. Özü heç bir yerdə işləyə bilmədiyinə görə özünə əlilliyə görə təqaüd düzəltməyə çalışmışdır ki, heç olmasa aylıq gəlir yeri olsun. Vüqarda Fuadla danışıb sonradan 2019-cu ilin sentyabr ayında onunla əlaqə saxlamış və onun əlillik dərəcəsi almaq üçün 2300 manat pul ödəməli olduğunu bildirmişdir. O da borc tapıb həmin məbləği düzəltdikdən sonra Vüqarla Tovuz rayonunda görüşmüşdür. Vüqar ondan işlərin görülməsi üçün, yol gəlib-getdiyinə görə 50 manat pul istəmiş və Fuadla 2250 manata danışdığını, həmin məbləğdən 50 manat ona verməyini bildirmişdir. O da, 50 manat Vüqara verdikdən sonra birlikdə Fuad adlı şəxsə qalan məbləği vermək üçün Bakı şəhərinə yola düşmüşlər. Onlar Bakıda Travmatalogiya və Ortopediya İnstitutunun yanında Fuadla görüşmüş, özünü Əlillər fondunun sədri Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra sonuncu ondan 2250 manat məbləği almış və qoluna baxıb niyə əvvəldən təqaüd almadığını soruşduqda o, müraciət etdiyini, lakin imtina gəldiyini bildirmişdir. Onlar hər üçü bərabər həmin xəstəxananın içərisinə daxil olub dəhlizdə dayanmış, sonra Fuad özü orada çalışan həkimlərdən birinin yanına getmiş və bir neçə dəqiqə sonra Fuad gəlib onu adını və vəzifəsini xatırlamadığı bir həkimin yanına aparmışdır. Fləmin həkimdə onun qoluna baxıo müayinə edib onda olan tibbi sənədlərə baxdıqdan sonra ona arayış yazb vermişdir və həmin vaxt Vüqar onları dəhlizdə gözləmişdir. Sonra onlar sağollaşıb ayrılmış və Vüqarla rayona qayıtmışlar. Bundan sonra Tovuz Rayon Mərkəzi Xəstəxanasında Arif adlı həkimə yaxınlaşıb həmin arayışı təqdim etdikdə Arif həkim sənədə baxıb ona təqaüd düşməyəcəyini bildirmişdir və sonra isə ona rəsmi olaraq imtina gəlmiş, yəni bu xəsarətinə görə əlillik təyin olunmayacağını bildirmişlər. Özü bu barədə Fuada bildirdik də, Fuad bir daha müraciət etməyini, əlində sənədlər olduğunu, bu işi özünün həll edə biləcəyini demiş və o, ikinci dəfə də müraciət etmişdir. Lakin ikinci dəfə də ona imtina gəlmişdir. Bütün bu proseslərdə Vüqar onunla birlikdə iştirak etdiyi üçün, yəni onunla birlikdə xəstəxanalara gedib gəldiyi üçün cndan yol xərci olaraq yenidən 200 manat məbləğində pul istəmiş, o da, Vüqara 200 manat pul vermişdir. Fuadla görüşüb danışdıqdan sonra ümumilikdə iki dəfə həkim məsləhət komissiyasında olmuş və hər dəfə ona bu xəsarətə əlilliyin təyin olunmayacağını bildirmişlər, hər dəfə də ona imtina gəlmişdir. İkinci dəfə imtina gəldikdən sonra Fuad ona yenidən müraciət etməyini dedikdə ona etiraz edib müraciət etməyəcəyini bildirmiş və 2020-ci ilin mart ayından etibarən mütəmadi olaraq ondan verdiyi məbləği geri istəməyə başlamışdır. Bundan sonra 2020-ci ilin mart ayında Fuad ona verdiyi məbləğdən ilk olaraq yol pulu olmadığını bildirdiyi üçün 50 manat bir, daha sonra isə həmin ayda 800 manatını bir geri qaytarmışdır. Bundan sonra ondan geri qalan 1400 manatı tələb etdikdə Fuad ona əlilliyi düzəldəcəyini, sadəcə olaraq onun artıq öz işinin arxasına düşmədiyi üçün işinin alınmadığını bildirmişdir. O, yenə də ondan pullarını təkləb etdikdə Fuad pulunun olmadığını, geridə qalan 1400 manat məbləğin 900 manatını həkimə verdiyini, qalan 500 manatını isə yol və digər məsrəflərə xərclədiyini bildirmişdir. Əvvəl pulunu istədikcə Fuad bir həkimə pul verdiyini, həmdə 1000 manat verdiyini bildirmiş, daha sonra isə iki həkimə pul verdiyini, həkimlərə 400 və 500 manat omaqla 900 manat pul verdiyini, həmin həkimlərdən birinin öldüyünü, digərindən isə pulu ala bilməyəcəyini bildirmişdir. Hazırki vaxta qədər Təqsirləndirilən şəxs 850 manatdan başqa ona pul qaytarmamışdır. Təqsirləndirilən şəxs ondan aldığı pulu etiraf etməsi barədə və geridə qalan 1400 manat məbləğində pulu verməyəcəyi barədə səs yazısını və həmçinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan verilən sənədləri və əlilliklə bağlı digər sənədlərini araşdırmaya təqdim etmişdir. Daha sonra Şahid1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələb və iddiasının olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Qəhraman oğlu ifadəsində göstərmişdir ki, o, 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatiriya fakültəsini bitirmişdir. 1982-ci ildən səhiyyə sahəsində işləyir və 1992-ci ildən etibarən Azərbaycan Respublikası Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda kiçik elmi işçi, həkim- travmatoloq vəzifəsində, təxminən son iki ildir ki, həmin İnstitutda baş həkimin müavini vəzifəsində işləyir. Şahid1 və Təqsirləndirilən şəxs əvvəldən tanımamış, hazırda da xatırlamır, kim olduqlarını bilmir və onlarla arasında heç bir ədavəti, düşmənçiliyi və ya qohumluq əlaqələri yoxdur. Gün ərzində ona onlarla xəstələr müraciət etdiklərinə görə onun bir-bir olaraq şəxslər yadında qalmır. Lakin tərəfinizdən verilmiş tibbi sənədlər əsasında deyə bilər ki, Şahid1 təxminən 2019-cu ilin sonlarında onun yanında 2 dəfə olmuşdur və onu müayinə edərək arayış yazmışdır. Belə ki, Şahid1 sol mil sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, antekurvasiya və valgus deformasiyası, dirsək sümjyünün bizvari çıxıntısının qopması, mil- bilək oynağının artozu və digər patologiyası olmuşdur. Bununla bağlı o, şəxsi müayinə edib hər dəfə arayışı yazmışdır. Bundan başqa onun onunla və ya digər şəxs Təqsirləndirilən şəxslə heç bir ünsiyyəti və münasibəti olmamışdır. Hər gün yanında çoxlu sayda xəstələr olduğundan həmin şəxslərin dəqiq olaraq hansı tarixdə, hansı formada ona müraciət etdikləri, onların kim olduqları yadında qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ali tibb təhsilli olmaqla 1981-ci ildə Rusiya Federasiyasında həkim kimi fəaliyyətə başlamış, 1991 -ci ildən 2020-ci ilin aprel ayınadək Tovuz rayon Mərkəzi xəstəxanasında Poliklinika şöbəsində travmotoloq ortopet işləmişdir. 2012-ci ildən hal-hazıradək Tibbi Sosial Ekspert komissiyasının sədri vəzifəsində işləyir. Şahid1 və Təqsirləndirilən şəxs əvvəldən tanımamışdır, kim olduqlarını bilmir, onlarla arasında heç bir ədavəti, düşmənçiliyi və ya qohumluq əlaqələri yoxdur. Şahid1 xəstə kimi əvvəllər ona 88 saylı formanın yazılması ilə bağlı müraciət etmiş, o da travmatoloq ortopet həkim kimi müayinə edib yazılmasını təmin etmişdir. İlk dəfə Fəzail onun yanına tək gəlmiş və onu müayinə etdikdə, onun qoluna əlillik düşmədiyini, lakin gətirdiyi sənədin əlillik dərəcəsinə uyğun olduğunu demişdir. Bundan bir müddət sonra Fəzail ikinci dəfə onun yanına gəlmiş və həmin vaxt ona tibbi sosial ekspert komissiyası tərəfindən imtina gəldiyini bilmişdir. İkinci dəfə Şahid1 yanında özünü Dövlət Sosial Müdafiə fondunun işçisi kimi təqdim edən tanımadığı bir nəfərlə gəlmiş, həmin vaxt Şahid1 Bakı şəhər Travmatologiya institutundan müayinə arayışları gətirmiş, özü Şahid1 müayinə edib arayışlara əsasən 88 saylı formanı yazıb vermişdir. Sonradan ona məlum olmuşdur ki, Şahid1la gələn tanımadığı həmin şəxs Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs də onunla çox mədəni davranıb, özünü Dövlət Sosial Müdafiə fondunun işçisi kimi təqdim etmiş, Fəzailin onun qohumu olduğunu bildirib onun sənədləri yazmağını xahiş etmişdir. Fləmdə Təqsirləndirilən şəxs sənədləri tez yazmağını, özünündə işləri olduğunu, hətta İrana gedəcəyini, buralarda olmayacağını bildirmişdir. Təqsirləndirilən şəxs çox səliqəli şəkildə geyinib, çox mədəni danışdığına görə özü onun davranışına, yaşına aldanıb onun həqiqətən də Dövlət Sosial Müdafiə Fondunun işçisi olduğunu düşünmüşdür. Bundan başqa onun olanlardan xəbəri olmamışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsini elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, özü anadan gəlmə iflic xəstəsi olduğundan təxminən 20 ildir İ qrup əlildir. Şahid1 şəxsən tanımır və onunla 2019-cu ilin sentyabr ayında Şəmkir rayon, Tatar kənd sakini Dilman adlı şəxs vasitəsi ilə tanış olmuşdur və Dilman isə tanışı, İ qrup əlil Niyaməddinin atasıdır. Belə ki, təxminən 2017-ci ilin payız aylarında Niyaməddin ilə birlikdə Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Şağan kəndində yerləşən əlillər üçün nəzərdə tutulmuş müalicə sanatoriyasında müalicə alarkən tanış olmuşdur. Təqsirləndirilən şəxslə də eyni ilə qeyd etdiyi sanatoriyada 2009-cu ildə tanış olmuşdur. Fuad ondan yaşca böyük olsa da, həmin vaxtdan aralarında dostluq münasibətləri yaranmışdır. 2019-cu ilin sentyabr ayında Niyaməddinlə görüşmək üçün Şəmkir rayon, Tatar kəndinə getmiş, Niyaməddingildə olarkən onun atası Dilman ona evində usta işlədiyi bir nəfərin qolunu işlədə bilmədiyini deyib əlillik dərəcəsi almaq istədiyini bildirib həmin şəxsə köməklik etməyini və necə əlillik ala biləcəyi barədə istiqamət verməyini xahiş etmişdir. Özü əlil kimi uzun müddət əziyyət çəkdiyindən Fəzailə kömək etmək qərarına gəlmiş, bundan sonra onlar telefon vasitəsilə danışmış və sonra özü Fəzaillə birbaşa danışmışdır. Fəzail hazırda əzbərdən yadında qalmayan nömrəsi ilə öz istifadəsində olan ***-***-**-** möbil nömrəsinə zəng vurmuş və bir daha ona kömək etməyini xahiş edərək, heç kəsi olmadığını bildirmişdir. Bundan sonra danışıqlarına əsasən Fəzail ilə Şəmkirdə görüşüb tanışı Təqsirləndirilən şəxs zəng edib danışmışdır. Təqsirləndirilən şəxs telefon danışığı zamanı Fəzailin xəstəliyi barədə epiqrizi və 2250 manat pulu Bakı şəhərinə aparıb ona vermələrini bildirmişdir. O, bu barədə Fəzailə bildirmiş, Fəzaildə onun onunla getməyini, onu tək qoymamağını bildirmişdir. O da Fəzailə İ qrup əlil olduğunu, imkanı olmadığı dedikdə Fəzail yol pulunuda verə biləcəyini bildirmişdir. O da özünə yol puİJ olaraq 50 manatda verəcəyini bildirib ümumi olaraq Fəzaildən 2300 manat pul istəmişdir. Fəzail də razılaşmış və bir neçə gün sonra Fəzail ilə birlikdə Bakı şəhərində Travmatalogiya və Ortopediya İnstitutunun qarşısında Təqsirləndirilən şəxslə görüşmüşlər və Fəzail 2250 manat pulu, habelə tibbi sənədlərini Fuada vermişdir. Fuad pulu və sənədləri Fəzaildən aldıqdan sonra İnstitutda çalışan həkimlərdən birinin yanına getdiyini deyib işin həll olunacağını bildirmişdir. Sonra onlar birlikdə ilk olaraq adı yadında qalmayan şöbə müdirinin yanına keçmişlər və sonuncu Fəzailin qoluna baxıb lazımi sənədləri yazıb verdikdən sonra onlar adı yadında qalmayan ikinci bir həkimin yanına getmişlər. Sonra Fəzaillə o, epikrizi götürüb Fuad ilə sağollaşıb rayona qayıtmışlar. Onlar rayona qayıdıb Tovuz Mərkəzi Rayon Xəstəxanasına getmiş, orada travmatoloq Arif həkimin yanında olmuş, lazımi tibbi sənədlər hazır olduqdan sonra sistemə vurulmuş, lakin bir müddət sonra Fəzailin adına imtina gəlmişdir. 2019-cu ilin noyabr ayında Fəzail mobil telefon nömrəsinə zəng edib növbəti dəfə tibbi sənədlərin hazırlamasında ona kömək etməyi üçün yanında olmağını xahiş etmişdir. O, İ qrup əlil olduğundan və hər yerdə ona əlilliyinə görə hörmət qoyulduğundan, istənilən yerdə növbə gözləmədən işi həll olunduğuna görə Fəzail onu özü ilə hər yerə aparmışdır. Bu səbəbdən taksi ilə Tovuza gedib Fəzail ilə birlikdə sənədlərin hazırlanmasına kömək etmişdir. Fəzailə əlillik dərəcəsi almaq üçün imtina verildikdən sonra Fəzail həmin qərardan narazı olduğundan ona izah etmişdir ki, Bakı şəhərində yerləşən tibbi-ekspertiza komissiyasına gedib yenidən müraciət edib müayinədən keçsin. Bununla əlaqədar özü Fəzail ilə yenə Bakı şəhərinə getmiş, Fəzailə ona kömək etdiyi üçün yol pulu verməsini, pulu olmadığını, onun işinə görə artıq neçənci dəfədir taksi ilə Gədəbəydən Tovuza, Bakıya gəlib getdiyini demiş və 200 manat pul verməsini bildirmişdir. Fəzail də ona kömək etdiyi üçün Tovuz şəhərində olarkən 200 manat yol pulu vermişmişdir. Onlar 2019-cu ilin noyabr ayında ikinci dəfə Bakıya gəlmiş, Bakıda Fuad ilə görüşmüş və bərabər tibbi sosial ekspertiza komissiyasına müraciət etmişlər. Orada qəbul olduqdan sonra çatışmazlıqlar qeyd olunmuş və onlar həmin çatışmazlıqları təkrarən yazdırmaq üçün Travmatologiya və Ortopediya İnstitutuna getmişlər. Oıada onlar ilk dəfə getdiklərində onları qəbul edər adını bilmədiyi travmatoloq həkimin yanında olmuş, ondan sonra yenə onlar əlavələr qeyd olunduqdan sonra sənədləri götürüb rayona qayıtmış və Tovuz Mərkəzi Rayon Xəstəxanasında Arif həkimin yanında olmuşlar. Yenədə lazımi işlər görülmüş və tibbi sənədlər hazır olub sistemə vurulmuş, lakin bir müddət sonra ikinci dəfə Fəzailə imtina gəlmişdir. Bundan sonra Fəzaillə danışdıqda ona bir daha tibbi sosial ekspertiza komissiyasına getməyi təklif etmiş, lakin Fəzail işinin alınmadığından narazılıq edib başqa işləri olduğunu, daha gələ bilməyəcəyini, toyuna hazırlaşdığını bildirmiş və daha sonra da Fuad əmi pandemiya dövrü olduğundan, habelə tanışı olan həkimin öldüyündən işin hələki alınmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 238-240-cı vərəqələrində olan qətimkan tədbiri seçmək haqqında 21 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 10-11-ci vərəqələrində edilmiş Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 102-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 182-206-cı vərəqələrində olan 21 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, telefon danışıqlarını əks etdirən audio səs yazısının yükləndiyi 1 ədəd CD disk, “Azercell Telekom” və "xxxx" MMCdən əldə olunmuş 2 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. Cinayət işinin 1-ci cild 109-cü vərəqəsində olan 16 mart 2021-ci il tarixli 448 nömrəli Ağdam Şəhər İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin arayışının surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu, Pərioğullar sahəsində qızı X3 ilə qeydiyyatdadırlar, ünvan 1 ünvanında məskunlaşmışlar. Cinayət işinin 1-ci cild 110-cü vərəqəsində olan 16 mart 2021-ci il tarixli Ağdam Şəhər İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xasiyyətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində nnümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Cinayət işinin 1-ci cild 74-cü vərəqəsində olan 09 fevral 2010-cu il tarixli 062139 nömrəli Xətai rayon ƏSMM-nin vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs müddətsiz İİ qrup əlildir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, CD disklərdə olan audio səs yazıları, məlumatları və digər iş materialları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə dələduzluq etmə, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətin müqabilində özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmə cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1, 310 və 32.4, 312.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinə əsasən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək törədildikdə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədildikdə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Həmin Məcəllənin 312.1-ci maddəsinə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi - beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə - islah işlərinin iki gününə bərabər tutulur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, Şahid1 aldığı pulun tamamilə ödənilməsini sonuncunun ona qarşı heç bir şikayət, tələb və iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları sonuncunun özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, Şahid1 aldığı pulun tamamilə ödənilməsini ona qarşı heç bir şikayət, tələb və iddiasının olmamasını, cəzanı ağırlaşdırıcı halların olmamasını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.1-ci və 312.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması cəzasına, həmin Məcəllənin 310-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasına məhkum olunmalı, həmin Məcəllənin 68.3.1-ci maddəsinə əsasən təyin edilmiş islah işləri cəzası 02 (iki) günə 01 (bir) gün hesablanaraq, sonuncuya azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübutlarla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış audio səs yazısının yükləndiyi 1 ədəd CD disk, telefon danışıqlarını əks etdirən “Azercell Telekom” və "xxxx" MMC-dən əldə olunmuş 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1, 310 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, həmin Məcəllənin 310-cu maddəsi ilə qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına, həmin Məcəllənin 32.4, 312.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin Məcəllənin 310-cu maddəsi ilə təyin edilmiş qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası 02 (iki) günə 01 (bir) gün hesablanaraq, 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No **********1100204111, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-429/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-429/2021
06.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver