Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-429/2023 01.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Gülhüseyin qızının Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1991-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, ev 125-də qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanılmış materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:06-da ünvan 1 ünvanda yerləşən “Bravo” marketin qarşısında Zərərçəkmiş şəxs 140 manat dəyərində “Adidas” markalı velosipedi mağazanın divarına söykəyib və əlində olan 380 manat dəyərində “Xiaomi 11 Lite 5G” markalı mobil telefonu velosipedin üstündəki telefon qabına qoyub mağazaya daxil olmasından istifadə edərək həmin velosipedi və mobil telefonu gizli olaraq talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 520 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində ünvan 1 ünvanda yerləşən “Bravo” marketin qarşısında dayanan zaman “Wolt” şirkətində işləyən bir nəfər şəxsin velosipedi sürərək gəlib həmin marketin qarşısında saxlamasını və əlindəki telefonu velosipedin üstündəki telefon qabına qoyub marketə daxil olmasını görmüşdür. Həmin şəxsin marketdən gec çıxdığını anlayıb velosipedi və üzərindəki mobil telefonu oğurlmaq qərarına gəlmişdir. Ətrafa boylanıb həmin şəxsin və digərlərinin onu görmədiklərinə əmin olub gizlicə olaraq velosipedi sürüb həmin yerdən uzaqlaşmışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində bu velosipedlə metronun “28 may” stansiyasının yaxınlığına gələrək oğurladığı telefonu bir neçə mağazada satmaq istəsə də, sənədi olmadığına görə onu sata bilməmişdir. Daha sonra velosipedin yanına yaxınlaşanda orada iki nəfər şəxsin dayandığını görmüş, lakin onlara əhəmiyyət verməyib velosipedə əyləşib sürmək istəyərkən, bu şəxslər onu saxlayıb özlərini polis əməkdaşları kimi təqdim edərək onu 22-ci polis şöbəsinə aparmışlar. Polis şöbəsində ondan “Xiaomi 11 Lite 5G” markalı mobil telefon və “Adidas” markalı velosiped götürülmüşdür. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 23:06-da Nəsimi rayonu, Bülbül prospekti, 30A saylı ünvanda yerləşən “Bravo” marketə su almaq üçün gəlmişdir. Bu zaman idarə etdiyi “Adidas” markalı velosipedi marketin qarşısında divara söykəmiş, eyni zamanda “Xiaomi 11 Lite 5G” markalı mobil telefonunu velosipedin üzərindəki telefon qabına qoyub marketə daxil olmuşdur. Təxminən 5 dəqiqə sonra marketdən çıxdıqda velosipedinin yerində olmadığını aşkar etmişdir. Dərhal hadisə barədə polisə məlumat vermiş, növbəti gün isə ona velosipedlə telefonunun tapıldığını, onları oğurlayan şəxsin isə məlum olduğu deyilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan: • “Təqdim olunan əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs oğurluq etdiyi bir ədəd “Xiaomi 11 Lite 5G” markalı mobil telefon və bir ədəd “Adidas” markalı velosiped götürülmüşdür (İ cild, i.v.17); • “Maddi sübutun tanınması haqqında” 09 sentyabr 2023-cü il tarixli qərarla 01 ədəd **********93103 və **********93111 İMEİ kodlu “Xiaomi 11 Lite 5G” markalı mobil telefon və 01 ədəd “Adidas” markalı velosiped maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmişdir (İ cild, i.v.35); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7009 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Xiaomi 11 Lite 5G” markalı mobil telefonun 2023-cü ilin sentyabr ayına orta bazar qiyməti təxminən 380,00 manat, 01 ədəd az istifadə olunmuş “Adidas” markalı, böyük ölçülü velosipedin isə qiyməti 140,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.40-42); • “Elektron daşıyıcıda olan videogörüntüyə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokola görə Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:02-də üzərində mobil telefon olan velosipedi Nəsimi rayonu, Bülbül prospekti, 30A saylı ünvanda yerləşən “Bravo” marketin qarşısında saxlayır. TŞ3-058.1 kamerasına baxdıqda xx.xx.2023-cü il tarixdə, saat 23:05:40-da velosiped həmin yerdə olur, lakin saat 23:06:28-də Təqsirləndirilən şəxs velosipedi götürüb sürməklə həmin ərazidən uzaqlaşır, daha sonra TŞ3-009 baxdıqda saat 23:07-də digər küçə ilə çıxıb getdiyi məlum olur (İ cild, i.v.81); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonra bu cəzanın çəkilməmiş hissəsi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 02 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş və o, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (İ cild, i.v.77-78). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onun cəzasının yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirən halın olmasını, eyni zamanda onun şəxsiyyətini xarakterizə edən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan 01 ədəd “Xiaomi 11 Lite 5G” və “Adidas” markalı velosiped zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsini də nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, ev 125-i hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan 01 ədəd “Xiaomi 11 Lite 5G” və “Adidas” markalı velosiped zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-429/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-429/2023
01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver