Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-43/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X14 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X8 iştirakları ilə xx xxxxxx 1957-ci ildə Ermənistan Respublikasında anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, 8 MKR, H.Hüseynov ev 11 A, mənzil 5də qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 8 MKR, H.Hüseynov ev 11 A, mənzil 34-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tanışı Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib onun oğlu X3 Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə işləyən yaxın tanışları vasitəsi ilə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə təyin olunmuş 03 il müddətində azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad olunmasına köməklik göstərəcəyinə vəd verib aldadaraq 2019-cu ilin yanvar ayından həmin ilin fevral ayının sonuna kimi olan müddət ərzində bir neçə dəfəyə ünvan 1 ünvanda 12500 manat və ünvan 2oala” parkında 500 manat pulunu vahid niyyəti ilə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 13000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, arvadı Şücaət Məmmədova ilə nikahından 1983-cü il tarixdə X37 və 1985-ci il tarixdə qızı Rəna Əhmədova anadan olmuşdur. 1994-1997-ci illərdə Milli Bankın əməliyyat idarəsinin rəisi, 1997-2004-cü illərdə «Nikoyl» şirkətinin rəhbəri olmuş və həmin şirkət investisiya şirkəti olmuşdur. 2004-2012-ci il tarixlərində Kənd Təsərrüfatı Nazirliyində İnvestisiya şirkətinin müdiri olmuşdur. Şahid3 2017-ci il tarixdə bacısının əri olan Məhərrəm vasitəsi ilə tanımışdır. X30 Rzayevanın ofisinin qonşuluğunda yaşamışdır. Şahid3 həmin ünvanda olan ofisində 2 dəfə olmuşdur. Məhərrəm Yusifov Şahid3 onun yanına 2017-ci ilin təxminən iyun ayında gətirərək demişdir ki, Astara rayonu Maşxan kəndində Şahid3 bacısı Briliant adlı qadının kərpic zavodu vardır və həmin zavodu satmaq lazım olmasını bildirmişdir. Nazənimlə həmin vaxtı tanış olmuş və aralarında hər hansı bir ədavət düşmənçilik olmamış və həmin tanışlıq zamanı Şahid3vanın yanında onun əri kimi bildiyi Bahadır adlı sonradan əsl adı isə ona Ələddin kimi məlum olan şəxs də olmuşdur. Görüş zamanı Nazənim bir daha həmin zavodu satmaq istədiyini bildirmiş və o isə həmin zavodun əlbəəl satmağın mümkün olmadığını yalnız zavodu bank vasitəsi ilə satmanın mümkün olmasını bildirmişdir. Sonra o zavoda dair sənədləri Nazənim Əskərovadan istəmişdir ki, sənədlərlə tanış olsun. Nazənim ona sənədləri verəcəyini bildirmiş, lakin ona məlum olmayan səbəblərdən Nazənim ona zavodun sənədlərini verə bilməmiş və maraqlanan zaman ona bildirmişdir ki, bacısı Briliantın ərindən və qardaşından zavodun sənədlərini alıb ona verə bilmir. Hətta o, Nazənimın ona zavod barəsində deməsindən sonra ona guya sənədləri gətirdiyi müddətə kimi o, 4-5 dəfə Astara rayonuna getmiş və orada Ədalət adlı zavod müdriyyətinin əsl sahibinin qardaşı olmaqla həm də zavodun təssçisi olan şəxs sənədləri ona verməmişdir və zavodun sənədlərini ona zavodun sahibinin qardaraşı olan Tələtin Rusiyadan gələndən sonra verəcəyini bildirmişdir. Bu münvalla Ədalətlə yaxın münasibəti yaranmış və o Ədalətlə Bakı və Astara şəhərində bir neçə dəfə görüşmüş və hətta telefonla zəngləşmişlər. Sonra bilmişdir ki, Briliantın qaynanası və həmdə Ədalətin və zavodun sahibi kimi ona məlum olan həmin vaxta kimi tanımadığı Tələtin anası Astara rayonunda ölmüş və həmin vaxtı yas mərasimi ilə əlaqədar olaraq Astara rayonuna getmiş və orada Briliantın əri və Ədalətin qardaşı olan Tələt adlı Rusyanın Novasibrsiki şəhərindən olan iş adamı ilə tanış olmuşdur. O yas mərasiminə gedən zaman və ondan öncə zavodla bağlı Astarada olan zaman Nazənimin təlimatına uyğun olaraq həmin zavod barədə ona Nazənimin məlumat verməsi barədə bir kəlmə olsun ki, danışmamışdır. Çünki Nazənim özü ondan bunu xahiş etmiş və həmin vaxtı onun həmin xahişi nə səbəbə etməsini bilməmiş və ondan maraqlanmamışdır. Yas mərasimi zamanı Tələt və onun qardaşları ilə zavod barəsində danışmış və orda bir daha bəlli olmuşdur ki, Nazənimin həmin zavoda hər hansı aidiyyatı olmamışdır, lakin zavod barədə o ilk dəfə Nazənimə məlumat vermiş, lakin özü həmin zavoda olan aidiyyətsizliyi ilə bağlı ona bir söz deməmişdir. Yalnız yas mərasiminə gedən zaman Nazənimi xəbərdar etmişdir ki, bacısı onun əri və ailə üzvləri ona zavod barəsində deməsindən bir kəlmə söz deməmişdir. O da Tələt və onun qardaşlarına Nazənim barədə bir kəlmə söz deməmiş və söhbət əsasında müəyyən olunmuşdur ki, X26 Teymurova külli miqdarda borcu vardır. Həmin borcun nə üçün olmasını ona da deməmiş və Tələt ona bildirmişdir ki, bəs Nazənim həmin zavodun alqı-satqı prossesini bilsə onlara satışa imkan verməyəcəkdir. Tələt bildirmişdir ki, bəs ona zavodun sənədlərini onun kiçk qardaşı olan Ədalət tam olaraq gətirib verəcəkdir. Nazənim onun Tələtlə görüşməsi, qardaşının sənədini gətirib ona verməsini bilsə belə onlar arasında olan söhbətin mahiyyətini tam olaraq bilməmişdir. Ədalət taksi ilə zavodun çıxarışını, balansını və digər hüquqi sənədlərini tam olaraq ona göndərmiş və o da həmin sənədlər üzərində işləmiş və banka vermək üçün həmin sənədləri tam olaraq hazırlamışdır. Belə ki, həmin zavod sahibkarlığa kömək milli fondu vasitəsi ilə uzun müddətə kreditləşdərilib sonra satışı həyata keçirməli idi ki, bəs alan şəxs bank vasitəsilə həmin zavodu ala bilsin. Artıq bankda bütün sənədləşmə işləri hazır olan zaman Ədalət zavodun kredit yolu ilə Turan Banka girov qoyulması yolu ilə satmasını istəməsini demiş və bundan sonra artıq layihə başa çatmışdır. Tələt və Ədalət bu barədə hər hansı təsir etməmiş və onlar arasında nə kimi artıq münasibət olmasını o bilməmişdir. Təxminən 2018-ci ilin aprel may aylarında qohumu Məhərrəm ona zəng etmiş və harda olmasını xəbər almış və o ona yaşadığı evin yaxınlığında 8-ci MKR-da Çuda Peçkanın yanında olan Qoşa YDM-nin yaxınlığında olan kafedə olduğunu bildirmişdir. Bir neçə dəqiqədən sonra Məhərrəm, Nazənim və Ələddin birlikdə onun yanına gəlmiş və onlar birlikdə çöldə Kəlbəcər kafesində oturmuşlar. Şahid3 görüşün məqsədi barədə onunla danışmağa başlayaraq bildirmişdir ki, onun bir nəfər Əlihüseyn Salahzadə adlı tanışı vardır və həmin şəxsin Azərsunun əməkdaşı ilə dalaşmasını və barəsində olan cinayət işinin hazırda Nəsimi Rayon Məkməsində baxışda olmasını və həmin işin həlli məqsədi ilə ona kömək etməsini demişdir. Həmin işlə maraqlanan zaman müəyyən olunmuşdur ki, məhkəmə Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə hökm çıxarmış və hökmə əsasən Əlihüseyn Salahzadə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin görüşdən təxminən bir həftə 10 gün sonra Şahid3, Ələddin Rzayev və Məhərrəm onun yanına eyni kafeyə gəlmişlər və Nazənim 5.000 manat müqabilində Əlihüseyin Salahzadənin vaxtından öncə məhkəmə yolu ilə buraxılmasının mümkün olubolmadığını xəbər almışdır. O isə onlara bildirmişdir ki, Əlihüseyin Salahzadə bir ildən sonra cəzasının ən azı 3/1 çəkdikdən sonra onu vaxtından qabaq məhkəmə yolu ilə azad etməsi ilə bağlı söhbət edə bilərlər. Növbəti ilin dekabr ayında yəni, bir ildən sonra nəsə etmək olar. Nazənim Rzayev birmənalı olaraq bildirmişdir ki, onlar 5.000 manatı gətirib ona vermək istəyirlər ki, o işi həll etsin. O isə hələ işin bir ildən sonra həll oluna biləcəyini və bir ildən sonra pulu gətirib verməsini bildirmişdir. Şahid3 isə ona bildirmişdir ki, o pulunu götürüb işini görsün. O isə etiraz etməmiş amma bir ildən sonra işi həll edəcəyini bildirmişdir. Bir il müddətində o bu işlə əlaqədar olaraq bir nəfərin onu narahat etməməsini, onun yalnız bir ildən sonra həmin işlə məşğul olacağını bildirmişdir. Nazənim isə bu işdə onun adının olmayacağını bildirmişdir. Şahid3 oğlu həbs olunmuş qadınla onu tanış edib onun iş görən adamla vasitəçi olaraq təqdim edəcəyini və iş görənin yalandan naməlum saxlayacağını bildirmişdir ki, qadının da işin onun tərəfindən həll olunmasını bilməyəcəyini bildirmiş və həmdə onun hər hansı bir orqanın əməkdaşı olaraq təqdim etməsi ilə bağlı hər hansı söz söhbət olmamışdır. Bundan sonra o görüşə razılıq vermişdir. Dəqiq xatırlamadığı tarixdə qeyd olunan görüşlərinin səhəri günü Şahid3 yoldaşı Ələddin Rzayev və ilk dəfə görmüş olduğu Zərərçəkmiş şəxs ilə birlikdə onun evinin yaxınlığında olan kafeyə gəlmişlər və Şahid3 özü ona bildirmişdir ki, onu vasitəçi olaraq tanış edəcəyi Penitensiar Xidmətin rəhbərliyində işləyən şəxslərlə yaxın qohumluq yəni qudalıq əlaqəsi olan şəxs kimi təqdim edəcəyini və vasitəçi olduğu şəxsin Məsmənin oğlunun tez CÇMdən buraxdırmasına görə köməklik edəcəyini bildirmişdir. 8-ci MKR-da yerləşən Çuda Peçkanın yaxınlığındakı poçtun ətrafında olan kafedə təxminən 2019-cu ilin yanvar ayında o ilk dəfə Nazənim və Ələddinin iştirakı ilə Məsmə adlı şəxslə tanış olmuşdur. Onun yanında penitensiar xidmətin rəhbərləri ilə onun əlaqələri olması barədə hər hansı söhbət olmamış, işin halları ilə bağlı Məsmə ilə danışmamışdır. Məsməylə oğlu ilə bağlı onlar arasında hər hansı söz söhbət olmamış, yalnız oğlunun CÇM-dən tez buraxılması üçün ona köməklik edəcəyini bildirmişdir. 2019-cu ilin yanvar ayında o Nazənim və Ələddin 8 MKR-da kafedə olan görüş zamanı Məsmə onun və Ələddinin iştirak ilə Nazənimə konverti uzatmış və Nazənim də həmin şəxslərin gözləri önündə konverti kafedə ona vermiş və o onlara bir daha bir ildən sonra oğlunun 3\1-lə azad olunacağını bildirmişdir. Sonra onlar kafeni tərk etmişlər. Həmin gündən 2 gün son yenə Nazənim ona zəng etmiş və bildirmişdir ki, Məsmənin oğlunun işi ilə bağlı ona sözü vardır əgər vaxtı varsa yaşadığı evin yanına gəlsin. O etiraz etməmiş və eyni ünvanda olduğunu bildirmiş və Məsmə Nazənim və Ələddinlə birlikdə 8-ci MKR-da olan eyni ünvana gəlmişlər və o həmin vaxtı evinin qarşısında olan dayanacaqda olmuşdur. X27 və Ələddin gəlmiş, Məsmə salonda sükan arxasından düşməmiş, Nazənim və Ələddin Rzayev avtomobildən düşüb ona yaxınlaşmışlar və Şahid3 əlində olan konverti ona uzatmış və həmin anı avtomobilində olan Məsmə də görmüşdür. Dərhal Şahid3 sorğu edib həmin konvertin nə konverti olduğunu xəbər almış və o isə onluq olmadığını Məsmənin onlara borcu olduğunu və həmin pulu ala bilmədiklərini onun pulu götürməsini bildirmişdir. O isə Nazənimə həmin pulun onluq olmadığını bildirərək Məsmənin ona borcu olmasını və bu yolla ondan borucunu aldığını bildirmiş və birlikdə qoşa YDM-nə doğru Məsmənin müşahidə dairəsindən çıxmaqla 10-15 metr hərəkət etmiş və əri Ələddin də onların yanında olmuşdur. Artıq onlar hərəkət edən zaman Məsmənin müşahidə darəsindən çıxan kimi Nazənim əl atıb onun əlində olan konverti ona verməsini bildirmiş və ondakı konverti götürüb əl çatasının içərisinə qoymuş və Məsməyə doğru hərəkət etmişdir. Konvertin içərisində nə qədər pul olması barədə ona bir kəlmə söz deməmişdir. Məsmənin Şahid3 həmin konverti dərhal ondan alıb əl çantasına qoymasını görməmiş və görməsi də mümkün olmamış, çünki Məsmə avtomobilini üzü Gənclik istiqamətində saxlamışdır. Onlar isə əks istiqamətdə YDM istiqamətində hərəkət etmişlər. Sonra Nazənim və X19 avtomobilinə doğru gedib avtomobilə əyləşməklə həmin ünvanı tərk etmişlər. Həmin günün səhəri o Şahid3 ofisinə zəng etmiş və nə iş olmasını, niyə Məsmənin gözləri önündə ona kovert verib pulu ona vermiş kimi göstərib oyun oynamasına görə ona irad bildirmişdir. Nazənim isə bir daha ona bildirmişdir ki, bəs onsuz da həmin qadın işin kimin tərəfindən görülməsini bilməmiş, onu vasitəçi olaraq tanımış və onu həmin iş görənin qudası olaraq təqdim etmişdir. O, yenə Şahid3 inanmış və niyə onun əli ilə belə bir iş görməsində ona təkid etməmiş və o, 5.000 manatı şəxsi xərclərinə və həmin pulun verilməsindən sonra həmin ilin fevral ayında Nazənimə Məsmənin oğlunun işləri ilə bağlı 500 manat lazım olmasını bildirmişdir. Şahid3 ona Məsmənin istifadəsində olan mobil nömrəni vermiş və özünün zəng edib ondan 500 manat istəməsini bildirmişdir. O da Məsmənin istifadəsində olan mobil nömrəyə zəng etmiş, işlərin qaydasında olmasını və işləri görən penitensiar xidmətin əməkdaşlarına qonaqlıq vermək üçün 500 manat pul gətirməsini bildirmişdir. Məsmə 2-3 saata həmin pulu Nazənim Rzayevdan götürməklə həll edəcəyini və onunla zəngləşib görüşəcəyini bildirmiş və o ona Kuala parkda olacağını demişdir. Təxminən 2-3 saatdan sonra Şahid3 və Məsmə sonuncunun idarə etdyi avtomobillə parkın qarşısına gəlmişlər və Məsmə 2019-cu ilin fevral ayında 500 manat pulu Şahid3 iştirakı ilə ona verib getmiş və həmin pulu oğlunun işini görən şəxslərə qonaqlıq üçün verəcəyini bildirmişdir. O Məsmə ilə artıq hər hansı söhbət etməmiş yalnız bütün işlərin həlli olunmasını və oğlunun çıxacağını bildirmişdir. Artıq müddət keçmiş və Nazənim Məsmənin iştirakı ilə ona zəng etmiş və işin nə yerdə olmasını xəbər almış və o da hələ ilin tamam olmadığını və ona bu barədə söz verdiyini bildirmişdir. Həmin zənglər mütəmadi hal almış və artıq Nazənim bir dəfə də ona zəng edib bildirmişdir ki, Məsmə vəkil tutmuş və təcili olaraq Məsməyə pul verməlidir ki, həmin vəkilə versin. Məsmənin özünün işi həll etməsini bildirmişdir. Həmin vaxtı o, Tovuz rayonunda olduğundan və Bakı şəhərinə gəlib çatması qeyri mükün olmasını Nazənimə bildirmiş və «Unibank»ın Tovuz filialından 3.000 manat Şahid3 əri Ələddin Rzayevin adına pulu dərhal göndərmişdir. Həmin pul da qeyd edilən tarixdə bankdan çıxarılmış və o Nazənim Razayeva tərəfindən ona verilmiş 5.000 manat puldan 3000 manatını göndərmiş və həmin puldan artıq Şahid3 nə qədərini Məsməyə verməsini bilməmiş və ona maraqlı olmamışdır. Onda cəmi 2500 manat pul qalmış və artıq Məsmə özü onunla telefon əlaqəsi saxlamış və Nazənimin 13.000 manat pulu əl-bə-əl ona verməsini və həmin pulu onun gözləri önündə verməsini demişdir. O telefonda Məsməyə Nazənim tərəfindən oğlunun işinin həll olunması üçün 5000 manat pul verilməsini və özünün 500 manat vermiş olduğu puldan başqa artıq bir manat verilmədiyini bildirmişdir. Bu zaman Məsmə ona bildirmişdir ki, bəs 2-ci dəfə dayanacaqda olan zaman içərisinə 7500 manat pul qoymuş olduğu konverti Şahid3 onun gözləri önüdə ona verməsini bildirdikdə o artıq həqiqəti ona danışmış və bildirmişdir ki, bəs həmin konverti Şahid3 ona verdikdə, həmin konvertin nə olmasını və içərisində olan məbləğdən xəbəri olmadığını və ona niyə onun gözləri qarşısında verməsini bildirdikdə Nazənimin ona borcu olmasına yalnız bu yolla ondan pulun alınmasının mümkün olduğunu deməsini bildirmişdir. Bu zaman Məsmə ona haqlı olaraq bildirmişdir ki, bəs onda niyə ona həmin vaxtı və sonra olan danışıqlar zamanı həqiqəti deməmişdir. O isə Nazənimin ona yalvarmasını bildirmişdir. O Nazənimə zəng edib dəqiqləşdirməsini və konvertdə olan pulun miqdarından xəbəri olmadığını bildirmişdir. Bundan sonra o Nazənimə zəng etmiş və onun başına gətirdiklərinin nə müsibət olmasını xəbər almış və o həmin vaxtı Məsmə də onun yanında olmuşdur və Nazənim onun yerdə qalan 2000 manatı verməsini və 8.000 manatı isə sonra Məsmə ilə araşdırmağı bildirmişdir. Məsmə də bunu bildirmiş və artıq məlum olmuşdur ki, Şahid3 onunla danışan zaman bir söz, Məsmə ilə danışan zamanı onun arxasınca bir başqa söz demişdir. O, 7500 manat olan konverti vaxtında Məsməyə deməməklə səhf etmiş və əgər vaxtında desəydi yəqin ki, Məsmə də bu gün onu qınamazdı və Şahid3 oyunlarına gəlməzdilər. Məsmə ilə o telefonla əlaqə saxlayan zaman 7.500 manatı Nazənimə qaytarmasını bildirmiş və hətta Məsmə Nazənimə hər hansı borcu olmadığını demiş və onların arasında borc söhbəti olmadığını və Nazənim isə hər dəfə Məsmənin təkidi ilə ona zəng edən zaman Məsmə ilə arasında borc olması barədə bir kəlmə söz deməmişdir. 500 manatı isə son zamanlar Məsmə ilə zəngləşib Elmlər Akademiyasının yanında görüşməklə əlbəəl ona vermişdir. O bir daha ondan niyə onun başına belə oyun açmasını xəbər almış və o ona Nazənimin ona yalvarıb bir söz deməməyini bildirmişdir. Artıq Məsmə sonradan ona bildirmişdir ki, bəs Şahid3 onun oğlunun məsuliyyətdən azad etdirmək və vaxtından öncə CÇM-dən buarxdırmaq adı ilə 54.000 manata yaxın pulun almışdır. Həmin puldan guya 13.000 manatını ona, yerdə qalan pulu isə kimin verməsini bilməmişdir. Adil adlı şəxsi o bir dəfə Nazənim və Ələddin Məsmə ilə birlikdə evinin yanında ola çay evinə gələn zaman görmüşdür, guya Adili Məsmə vəkil olaraq tutmuşdur ki, bəs oğlunu azad etirsinlər və ona görə Adilə vermək üçün pul lazım olmasını bildirmişdirlər və bundan sonra o, 3000 manatı göndərmişdir. Adilin və qeyrilərin Məsmədən nə qədər pul almasım bilməmişdir. Məhərrəmə o bu barədə öz iradlarını bildirmişdir ki, bəs belə bir problemli insanlarla onu tanış etmişdir. Hal-hazırda əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini bildirərək, ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 14 sentyabr 2017-ci il tarixdə oğlu Azərsunun əməkdaşını söyməsinə görə arasında mübahisə olmuş və həmin əmələ görə Nəsimi RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanmış və cinayət işi aidiyyəti üzrə Nəsimi Rayon Prokurorluğuna göndərilmiş və orada oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə cinayət işinin istintaqı davam etdirilmişdir. Həmin cinayət işinin istintaqı zamanı onun uzaq qohumu olan Nazənim Əskərova ona yaxınlaşıb bildirmişdir ki, oğlunun həbsdən azad olunmasında ona köməklik etməyə hazırdır. Nəsimi rayonu ərazisində olan hüquq mühafizə orqanları və məhkəmə ilə yaxın münasibətləri olmasını və hətta Nəsimi məhkəməsində tanışları olmasını bildirməklə Bakı şəhərində iş görən adamları olmasını və həmin şəxslər vasitəsi ilə ona kömkəlik edəcəyini bildirmişdir. O artıq bundan sonra bir neçə dəfə onun Azadlıq propekti 72 saylı ünvanda olan alqı-satqı ofisinə getmiş və o ofisə gedən zaman ofisdə əri Ələddin və sonradan Nazənimin makler tanışı kimi bildiyi Şahid1 adlı şəxs olmuşdur. Artıq baş verən hadisə barəsində ona məlumat vermiş və həmin ərəfədə cinayət işinin X7 Rayon Məhkəməsinə göndərilmə ərəfəsi olmuş və oğlu həmin vaxtı Bakı İstintaq Təcridaxanasında həbsdə olmuşdur. Belə ki, Nazənim onunla söhbət zamanı bildirmişdir ki, bəs oğlunun Nəsimi Rayon Məhkəməsində olan cinayət işini həll etmiş və oğlunu cərimə cəzası ilə buraxdırmaqla onun məsuliyyətdən kənar saxlayacağını və həmin işlə bağlı prokurorluq və məhkəmə əməkdaşları ilə danışacağını demiş və həmin işə görə tələb olunacaq məbləği ondan işlə bağlı tanışlarından xəbər alıb danışdıqdan sonra ona məlumat verəcəyini bildirmişdir. Təxminən 2018-ci ilin oktyabr ayında ona bildirmişdir ki, bəs həmin işə 20.000 manat pul lazımdır, o isə bildirmişdir ki, dediyi məbləğ hal-hazırda yoxdur, lakin bankdan həmin məbləği götürməklə ona verə bilər. Bundan sonra ona evini banka girov qoymaqla həmin məbləği bankdan götürəcəyini bildirmiş və o evinin təmiri ilə əlaqədar olaraq «Aksses» bankdan əvvəl də pul götürdüyündən kredit xətti olmuş və bu barədə Nazənimə bildirmiş və həmçinin sonuncuya ona əlavə xətt açılması üçün zamin durmasını xahiş etmişdir. O, 11 oktyabr 2018-ci il tarixdə «Aksses» bankın Nərimanov filialına getmiş və ona 20.000 manat pul vermişlər. Həmin pulu bankdan götürüb dərhal da bankın içərisində Nazənimə vermiş və o pulu götürüb ən qısa müddət ərzində işi həll edəcəyini bildirmişdir. Həmin vaxtdan artıq onların nömrələri bir-birlərində olmuşdur. Onun istifadəsində ***-***-**-** nömrəsi olmuş və Nazənimin istifadəsində isə ***-***-**-** nömrəsi olmuşdur. O artıq Şahid3 ilə zəngləşmiş və onun ofisinə getmiş və o ona narahat olmamasını işləri danışmasını və oğlunun barəsində cərimə cəzası və ya işi xitam verdirəcəyini və ya yüngül cəza verdirəcəyini bildirmişdir. Bu barədə prokurorluq və məhkəmə ilə daşınacağını demiş, nə lazımdırsa etdiyini, oğlunun 7-8 il azadlıqdan məhrumetmə cəzasına məhkum etməsi göstərilsə belə oğlu üçün 3 il müddətində azadlıqdan məhrumetmə cəzası aldığını bildirmişdir. Bundan sonra Nazənim bildirmişdir ki, bəs oğlu barəsində cəza çəkmə rejimi olaraq Qızıldaş qəsəbəsini seçdiklərini bildirmişlər, o isə oğlunu 16 saylı CÇM-də cəza çəkmək üçün göndəriləcəyinə kömək edəcəyini bildirmişdir. Onu həmin ofisdə işləyən Şahid1lə tanış etmiş və Adilin onun tanışı olmasını və yaxın əlaqələri olduğunu bildirmişdir. Adil də bu işi həll edəcəyini bildirmiş və Nazənim oğlunun 16 saylı CÇM-nə saldırılması adı ilə ondan ofisində təklikdə 4.500 manat pul almış və həmin vaxtı ofisdə tanımadığı bir neçə şəxs olmuş və 5.000 manat pulu düzəltmək üçün o qızıllarını Gənclikdə Töhfə adlı qadına satmışdır. Hətta Adil ondan işlərin arxasınca getmək üçün taksi pulu və çörək pulu istəmişdir. Ondan 4.500 manat pulu Nazənim, 500 manatı isə Adil ondan almışdır. Sonra o Adildən 500 manat pulu geri almışdır. Sonra Nazənimin deməsindən bilmişdir ki, bəs həmin 4.500 manatdan 1500 manatını Adilə vermişdir. Artıq həmin ərəfdə oğlunun işlərini xəbər almış və hər dəfə o ona işlərin qaydasında olmasını və oğlunun artıq 16 saylı CÇM-də olduğunu, işlərin getdiyini və hətta bir nəfər Penitensiar Xidmətdə işləyən şəxslərin adını çəkib oğlunun işlərinin düzəlməsi üçün həmin ərəfədə yəni noyabr ayından yanvar ayına kimi olan müddət ərzində oğlunun işi ilə məşğul olan şəxslərə qonaqlıq vermək adı ilə 6.000 manat hissəhissə ondan pul almışdır. Sonra onu bir nəfər Vaqif adlı şəxslə tanış etmiş və həmin şəxsin Penitensir Xidmətin rəhbərliyində işləyən şəxslərinin yaxın qohumu kimi təqdim etmişdir. Vaqif adlı tanışı onun oğlunu CÇM-dən buraxdırmasına görə ona kömək edəcəyini bildirmişdir. O ilk dəfə Nazənim və əri Ələddin ilə birlikdə Vaqif adlı şəxslə görüşmək adı ilə onu 8-ci MKR olan Çüda peçkanın yaxınlığındakı poçtun ətrafında olan kafeyə aparmış və 2019-cu ilin yanvar ayında o ilk dəfə Nazənim və Ələddinin iştirakı ilə Vaqif adlı istifadəsində ***-***-**-** nömrəsi olan şəxslə tanış olmuş və Nazənim Vaqifin iştirakı ilə bir daha Vaqifin penitensiar xidmətin rəhbərləri ilə yaxın əlaqəsi olmasını bildimiş və Vaqif də bunları təsdiq edərək bildirmişdir ki, oğlunu CÇM-dən tez buraxılması üçün ona kömkəlik edəcəkdir. Artıq o onunla görüşə gedən zaman Nazənim yolda ona bildirmişdir ki, bəs onunla hər hansı qiymət söhbət etməsin və özünün Vaqiflə danışmasını və onun yalnız oğlu ilə bağlı söhbət etməsini bildirmişdir. Vaqif görüş zamanı Nazənimin dediklərini təsdiq etmiş və onun oğlunun azad olunması üçün nə lazımdır ona köməklik edəcəyini bildirmişdir. Nazənim həmin işin həll olunması üçün Vaqifə vermək üçün 13.000 manat lazım olmasını lakin pulun hissə-hissə veriləcəyini bildirmiş və o yenə özünə məxsus qızıldan satmış 9.000 manat hissə-hissə olmaqla pul götürmüş və 2019-ci ilin yanvar ayında o Nazənim və Ələddin yenə 8 MKR-da olan kafedə Vaqiflə görüşmüş və görüş zamanı özü tərəfindən Nazənimə verilmiş içərisində 5000 manat pul olan konverti Nazənim gözləri önündə Vaqifə kafedə vermiş və həmin gündən 2 gün son yenə Nazənim bildirmişdir ki, bəs Vaqifə əlavə olaraq 7.500 manat pul lazımdır. O yenə pulu konvertə qoymuş və Nazənim və Ələddin ilə birlikdə 8-ci MKR-da olan eyni ünvana getmiş və avtomobilin salonunda pulu Nazənimə vermiş və o pulu ondan götürüb əri ilə birlikdə Vaqifə yaxınlaşıb həmin konverti ona vermişdir. Sonra həmin ünvandan uzaqlaşmış və hər dəfə Nazənim ona danışmamağını, sonuncu dəfə avtomobildən düşməməyini əks halda Vaqifin onlardan çox pul istəyəcəyini və onun söhbət etmək qabiliyyəti olmadığını demişdir. Həmin pulun verilməsindən 01 ay sonra Vaqif ona istifadəsində olan mobil nömrədən zəng etmiş, işlərinin qaydasında olmasını bildirmiş və ondan işləri görən penitensiar xidmətin əməkdaşlarına vermək üçün 500 manat pul gətirməsini bildirmiş və o həmin ünvana getmişdir. O Nazənimə bu barədə demiş və o Vaqifə 500 manat verməsini demiş və o onun ofisinə gəlmiş və Kuala parkda Vaqiflə görüşmüşdür. Vaqif qonaqlıq üçün iş görən şəxslərə həmin pulu verməsini bildirmiş və o 2019-cu ilin fevral ayında 500 manat pulu əlbəəl Vaqifə vermiş və Vaqif ona bütün işlərin həlli olunmasını və oğlunun 1-2 ay müddətində azadlığa çıxacağını bildirmişdir. Artıq müddət keçmiş və o Nazənimdən işlərin nə yerdə olmasını xəbər alan zaman o, ona Mirələkbər adlı şəxsin adını çəkib keçmiş prokurorluq işçisi olmasını və pulu onun vasitəsi ilə prokurorluq əməkdaşlarına verməsini, Vaqifin isə onu da aldatmasını bildirmişdir. Nazənimin onun iştirakı ila Vaqifə zəng etməsini və pulu göndərməsini bildirmiş və Nazənimin deməsinə görə Vaqif poçtla Ələddinin adına 3.000 manat pul göndərmiş və Nazənim də ona çeki göstərməmiş və həmin puldan ona 2500 manat verib 500 manat da ölkə rəhbərliyinin adına oğlu ila bağlı yazılmış məktuba görə verəcəyini bildirmiş və həmin pulu qeyd olunan məktuba görə saxlamasını demişdir. Vaqiflə sonra telefonla əlaqə saxlayıb pulunu tələb etmiş və o ona 3.000 manat Nazənimə qaytarmasını və 500 manatı isə onunla zəngləşib Elmlər Akademiyasının yanında görüşüb əlbəəl ona vermişdir. O Vaqifdən onun başına niyə belə oyun açmasını xəbər almış və o ona Nazənimin ona yalvarıb ona bir söz deməməsini bildirdiyini demişdir. Nazənimin isə ona guya borcu olduğunu və həmin borcun əvəzində onunla əvəzləşdirdiyini bildirmişdir. Sonra bilmişdir ki, Vaqifin bacısı onun bacısının qonşusu olmuşdur. 54.000 manatdan Nazənim hər hansı məbləğ qaytarmamışdır, Vaqif ona Nazənimin deməsinə görə 3.000 manat qaytarmış lakin ona Nazənim 2500 manat verib Vaqif isə ona 500 manat, Adil isə ona həmçinin 500 manat qaytarmışdır. Sonra Nazənim ondan yayınmış hər dəfə bəhanə etmişdir. Böyük adamlara pul verməsini və həmin pulu geri ala bilmədiyini və özünün tutulmasından qorxduğunu və o şikayət etsə oğluna və ərinə pislik edəcəyini demişdir. Oğlunun CÇM-nə salınması üçün ondan alınmış pullar faktiki olaraq yalandan alınmış və oğlu hər hansı pul verilmədən 16 saylı CÇM-nə salınmışdır. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Notarial qaydada təsdiq olunmuş ərizəni məhkəməyə təqdim edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində olan dələduzluq cinayəti ilə bağlı məhkmə prosesi davam edir. Ailəlidir, ailəsi əri X38 və oğlu X13 ibarətdir. 2010-cu il tarixdən ünvan 3 ünvanda olan ofisində evlərin alqı-satqı işləri ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs qohumudur və aralarında hər hansı ədavət düşmənçilik olmamışdır. 2018-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs həmişə olduğu kimi ofisinə gəlib-getmişdir və həmin ərəfədə onun oğlunun həbs olunmasını və barəsində olan cinayət işinin Nəsimi rayon məhkəməsində olmasını və həmin işin məhkəmə istintaqı zamanı oğluna yemək aparmasını ondan xahiş etmişdir. O isə səbəbini xəbər alan zaman oğlunun onun məhkəməyə gəlməsini qadağan etdiyini və ərinin deputat olmasına görə onun fotoşəkilini çəkib xəbər portallarında paylaşacağından ehtiyyat etdiyini bildirmişdir. O isə buna görə razılıq vermiş və məhkəmə iclası zamanı o Məsmə və onun bacısı ilə məhkəməyə getmiş və Ədliyyə işçilərindən Salahzadə Əlhüseynə dönər göndərmişdir. Artıq sonradan Əlhüseyn Salahzadənin atası onun həmin işlə bağlı məhkəməyə gəlməsinə razılıq vermədiyini və atasının da məhkəməyə gəlməməsini bildirmişdir. Cəmi 3 dəfə məhkəmədə olmasını onun birini Məsmənin bacısı ilə digər 2 dəfə isə Məsmənin özü ilə birlikdə məhkəməyə gəlmişdir. Artıq bundan sonra o məhkəmədə hər hansı bir işə qarışmamış və Məsmənin oğlu barəsində məhkəmə tərəfindən 3 il müddətində azdılıqdan məhrumetmə cəzasının verilməsini bilmişdir. O, məhkəmə zamanı hüquq mühafizə orqanlarının işçilərinə işin həll olunması zamanı və iş görən şəxslərə qonaqlıq vermək adı və xərclər üçün hər hansı miqdarda pul almamışdır. Artıq Məsmə demək olar ki, bütün gün onun ofisində olur hər kəsdən ona köməklik etməsini xahiş etmiş və oğlunu Qızıldaşda olan CÇM-nə aparmasını və onu daha yaxında olan CÇM-nə gətirməsini xahiş etmişdir. Adilə də bu barədə müraciət etmiş və Adilin onun oğlunun Ramanıda olan 16 saylı CÇM-nə salınmasına köməklik edib-etməməsini bilməmişdir. Onu bilmişdir ki, Məsmənin oğlu təsadüfən düşməmişdir və Adil isə pul verib verməməsini bilməmişdir. O, Məsmənin oğlunun salınacağı CÇM-nin dəyişdirilməsi ilə bağlı pul almamışdır. Təqsirləndirilən şəxs 2017-2018-ci il tarixlərində qaynının qonşusu olan Məhərrəm vasitəsi ilə tanımış və Vaqif bir neçə dəfə Məhərrəm ilə birlikdə onun ofisinə gəlmişdir. Belə ki, onun bacısıgilin Astarada kərpic zavodları olmuş, həmin zavodun satışı zamanı o Vaqifin sənədləşmə işləri və satışa dair ona köməklik etməsini bildirmişdir. Çünki Vaqif ona bildirmişdir ki, zavodun belə satışı mümkün olmadığından zavodu banka qoyub pul çıxarmaq yolu ilə alqısatqısının mümkün olmasını bilmiş və hətta zavodla maraqlanmaq üçün bir neçə dəfə Astaraya getmişdir. Bu münvalla onların münasibəti yaranmışdır. Vaqif onun ofisində olan zaman Məsmə də ofisdə olmuş və bu zaman Məsmə Vaqifə bildirmişdir ki, bəs oğlu həbs olunmuş və onun tez azadlığa çıxması üçün köməklik etməsini bildirmişdir. Vaqif bildirmişdir ki, oğlunun işlərinə öz yaxınları vasitəsi ilə köməklik edə bilər və həmin vaxtı onlar bir birlərinin istifadəsində olan mobil nömrələri götürmüşlər və telefon əlaqəsi saxlamışlar. Sonra Məsmə bildirmişdir ki, Vaqif ondan onun işlərinin həll olunması, yəni 3/1-lə azadlığa çıxmağı üçün 5.000 manat pul istəmiş və həmin pulun verilməsi üçün birlikdə getməyi bildirmişdir. O Məsmə ilə birlikdə Vaqifin yaşadığı evin yaxınlığına getmiş orda kafedə oturan Vaqifə yaxınlaşmış və Məsmə əlində olan konverti Vaqifə vermiş və Vaqif həmin konverti götürmüş və işi həll edəcəyini bildirmişdir. Hətta Məsməyə bildirmişdir ki, onun da Vaqiflə işi olmuş və Vaqif işlərini həll etmədiyinə görə hər hansı kişi cinsindən olan şəxslə həmin pulu verməyi təklif etmişdir. Məsmə etiraz etmiş özü kişi kimi qadın olmasını bildirmişdir. Məsmə bir dəfə onsuz Vaqiflə görüşə getmiş həmin ünvanda ona pulu vermiş və həmin pulun miqdarını o bilməmişdir. Məsmə bildirmişdir ki, bəs Vaqif ona zəngə edərək işini görən şəxslərə qonaqlıq vermək adı ilə 500 manat istədiyini və həmin pulu aparıb birlikdə verməyi təklif etmişdir. O isə birmənalı olaraq onunla getməyi və ona həmin pulu verməməsini bildirmişdir. Sonradan onun həmin pulu Vaqifə verib-verməməsini bilməmişdir. Bundan sonra onun işindən hər hansı məlumatı olmamış və Məsmənin özünün ona 68.000 manat borcu olmasını və həmin pul o ona ünvan 4 ünvanda olan yeni tikilinin yəni «Caspian Plazanın» 18 mərtəbəli binanın orta girişindən 8 mərtəbədə olan 3 otaqlı evə görə ondan 68.000 manat almışdır ki, adına sənədləşdirib ona satacaq. Bu günə kimi o vədinə əməl etməmiş və o bu günə kimi onun barəsində şikayət etməmişdir. O həbs olunmamışdan öncə hətta Məsmə ondan 200 manat pul almışdır. Məsmənin ev təmiri ilə məşğul olmaqla yanaşı öz anasını döyməsi və buna görə anasının özünü dənizə atmaq istəməsini və bu fakta görə Səbail Prokurorluğunda araşdırma aparılmasını bildirmişdir. X1 da yenə hər kəs kimi onun işlədiyi ofisə gəlməsini və hər dəfə oğlunun həbs olunaraq 10 saylı CÇM-də saxlanmasını və barəsində 10 il müddətində azadlıqdan məhrumetmə cəzasının verilməsini və oğlunun vaxtından öncə azadlığa buraxılmasına köməklik edəcək şəxs axtarmasını bildirmişdir. Belə ki, 2017-ci ilin aprel ayında Gülsabah təsadüfən onun ofisinə tez-tez gələn X21 görmüş və ona oğlunun barəsində olanları demiş və Azad ondan oğlu barəsində olan məhkəmə hökmünü istəmiş və hətta həmin vaxtı onlar bir-birlərinin istifadəsində olan mobil telefon nömrələrini götürmüşlər. Hətta onların söhbətində bir dəfə o olmuşdur. Gülsabah bir gün oğlu ilə birlikdə onun ofisinə gəlmiş və orada Azad Əliyevlə görüşüb söhbət aparan zamanı X44 Allahverdiyevdən 5000 manat pul istəmiş və sonra Gülsabahın deməsindən bilmişdir ki, bəs onlar görüşmüşlər və həmin gündən bir həftə sonra Gülsabah Allahverdiyev 5.000 manat Azad Əliyevə pul vermişdir. Sonra X44 Allahverdiyevə vədlər vermiş və Gülsabah Allahverdiyeva sonra ona bildirmişdir ki, bəs Azad onu aldadır və pulunu da vermir. X4 Azadın onu Penitesiar Xidmətin dəniz kənarında olan mərkəzinə aparmış və Fariz adlı şəxslə tanış etmişdir. X12 bildirmişdir ki, bəs Azad Əliyev həbs olunacaq ondan pulunu tez almasını bilmişdir. Zərərçəkmiş şəxs oğunun məhkəmədə olan işinin həlli ilə əlaqədar hakim, vəkil sədr və CÇM-nin dəyişdirilməsi adı ilə hər hansı miqdarda pul almamış və Adilin ondan pul alıb-almamasını bilməmişdir. Məsmə ilə danışıqlar zamanı onun Vaqifə əlbəəl 5.000 manat pul verməsini bildirmişdir. Sonradan bilmişdir ki, bəs əlavə olaraq Vaqifə Məsmə 500 manat pul vermişdir. Vaqif ərinin adına ona olan bank işləri ilə əlaqədar aldığı 14.500 manat borcu müqabilində ərinin adına bank vasitəsi ilə 3.000 manat pul göndərmiş və Məsmə həmin pulun özünə aid olmasını bildirmiş və 3.000 manatı tam olaraq götürmüş və bir manat ondan pul almamış və hər hansı sənədi tərtib etmək adı ilə ondan həmin vaxtı 500 manat pul almamışdır. Həmin ərizədən xəbəri olmamış və 7500 manat puldan xəbəri olmamışdır. Vaqifin göstərdiklərinin tamamilə yalan olmasını və o onun iştirakı ilə Məsmədən 500 manat pul almış və digər pulları nə zaman kimin iştirakı ilə alıb-almamasını o bilməmiş və 7500 manatla bağlı göstərilənlər tamamilə yalan olmuş və o ona verilmiş hər hası konverti geri almamış və bütün işlər onun öz razılığı ilə olmuşdur. Vaqifin qudasının Penitensiar Xidmətədə işləyəb işləməməsini bilməmişdir. Gülsabah ona hər hansı miqdara pul verməmiş və sonra ona bildirmişdir ki, bəs Azada 2.000 manat pul vermişdir və Azad həmin pulu qaytarmışdır. Ələddini o Gülsabahdan pul almaq üçün onun evinə göndərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 20 ilə yaxın müddət olar ki, X15 Demokratik Azərbaycan Dünyası Partiyasının sədri olaraq tanımış və o da həmin partiyada 7-8 il müddət olar ki, təşkilati məsələr üzrə müşavir olaraq işləyir. Fatma ilə arasında işgüzar və həmyerli olaraq onunla münasibət olmuş və aralarında hər hansı ədəavət düşməçilik olmamışdır. 2015-ci il tarixdə həmin partiyanın Nərimanov rayonu, Təbriz küçəsində olan ofisinə X22 və onun həmyerlisi kimi X9 həmin partiyaya üzv olmuşdur və o da həmin şəxləri qeyd edilən vaxtdan tanımış və onların hər ikisi demək olar ki, həmyerliləri olmuşdur. Artıq partiyada olan zaman yerli kimi Nazənimlə yaxın münasibəti yaranmış və Nazənim ona bildirmişdir ki, bəs Azadlıq pospektində alqısatqı ofisi vardır və makler fəaliyyəti ilə məşğul olur. Belə ki, Şahid3 ilə münasiəbəti yaxın olduğundan artıq o ofisə gəlmiş və hətta ofisdə oturub onunla söhbətləşmişdir. Hətta Nazənimin ona ev alqı-saqtısı olsa ona müraciət etməsini və onada hörmət edəcəyini bildirmişdir. Belə ki, partiya sədri olan Fatma Əliyeva ona bildirmişdir ki, bəs o şəhərdə ev almaq istəyir Nazənim isə ona bildirmişdir ki, bəs onlarla həmyerli həm də onun partyasının üzvü olan Şahid3 Azadlıq porspektində ev alqı-staqısı ilə məşğul olur və ona bu işdə yaxından köməklik edər. Bir müddətdən sonra ona məlum olmuşdur ki, bəs Fatma Əliyeva ev almaq üçün Şahid3 müraciət etmiş, sonuncu Fatma Əliyevadan ona ev almaq adı ilə pul almış və daha sonra evləri dair öz adına çıxarış almışdır. Bir müddət sonra X45 şəhərində olmuş və Bakı şəhərinə qayıdan zaman həmin evləri Şahid3 öz adına alması müəyyən olunmuş və ofisdə o Fatma Əliyeva ilə Şahid3 arasında mübahisə olmasını görmüş və ona məlum olmuşdur ki, Fatmanın adından öz adına etibarnamə almış və Nazənim həmin evlərə dair özadına çıxarış almışdır. Sonra Şahid3 öz adına almış olduğu evləri Fatma Əliyevanın adına keçirilməsini bilmiş çünki ona da bildirmişlər ki, bəs həmin evlər faktiki olaraq Fatma Əliyevanın pulu ilə alınmış lakin evlərin sənədləşmə və tapılması işləri ilə Şahid3 məşğul olmasına görə onun adına etibarnamə vermişdir və Şahid3 həmin etibarnamədən istifadə etməklə evləri adına sənədləşdirmişdir. Sonra isə evləri Fatma Əliyevaya qaytarmışdır. Belə ki, ona məlum olmuşdur ki, bəs X29 prospektində olan evini Şahid3 onun üçün kiçik plana düşməli olan evlərdən almaq adı ilə birgə işə dəvət etmək üçün onun Azadlıq prospektində olan evini Zemfıra İmanovaya girov qoydurmaq yolu ilə 50.000 manat faizə pulu götürmüş və daha sonra isə həmin pulun üzərindən sonradan bildiyinə görə özü götürmüş və girov olaraq götürmüş olduğu puldan isə X20 rayonu, Nurəddin Süleymanov küçəsi 1 saylı üvanda olan həyət evi almışdır. Sonra isə artıq Zemfira İmanverdiyevanın pulu qayıtmadığına və faizləri ödəmədiyinə və Nazənim tərəfindən Sevilə verilməli olan pulların arxasına keçməsinə görə artıq Azadlıq prospektində olan evini Şahid3 öz tanışının evinə qeydiyyata saldırmış və evi hərbiçi tanışı olan Etibarın bacısı oğlu ilə alqı-satqı etdirməklə bankdan girov olaraq goymaqla ipoteka yolu ilə satdırmışdır. Sonradan o həmini evin Şahid3 tərəfində qeyri rəsmi ofisdə işləyən və hətta Şahid3 evində qalan Sitarə adlı Yeganə deyə müraciət olunan qadına satmasını və həmin evinin pulunun Yeganə tərəfindən 3.000 manat hissə-hissə Eynur adlı evin sahibinə verilməsini bilmişdir. Lakin sonra Eynur arvadı Sevil Səfərova ilə mütəmadi olaraq ofisə gəlir və evin pulunu tələb edən zaman 3.000 manata daxil olan 20 manat 30 manat pullar vermiş bu isə qarşı tərəfi qane etməmiş ona görə artıq Nazənim evi Sitarə tərəfindən ödənə bilmədiyini görüb evi ofisində qeyr-rəsimi olaraq işləyən və bildiyinə görə Nazənimlə arasında kirvəlik münasibəti olan Afis Sərdarov və onun anasına satmışdır. Belə ki, onda olan məlumata və ofisdə olan söhbətlərdən bilmişdir ki, X33 anası Laçın adlı qadından təxminən 10.000 manat borc olaraq pul götürmüş və həmin pulu ödəyə bilmədiyinə görə həmin evi onlara satmasını bildirmiş və Afis Sərdarovun sonra deməsindən bilmişdir ki, bəs Şahid3 həmin evi onun adına sənədləşdirməsi üçün Nazənim ondan 5.000 manat pul almışdır. Afis həmin pulun alınması zamanı onların yanında olmamışdır. Sonra Yeganə artqı öz əcəli ilə ölmüşdür. Sonradan ona məlum olmuşdur ki, bəs evin əsl sahibi olan həmin evi Şahid3 vasitəsi ilə alqı-satqı müqaviləsi əsasında almış, evin fakti və hüquqi sahibi olan Sevil Səfərova həmin evi Fatma Əliyevaya satmışdır, lakin həmin evi neçəyə satmasını bilməmiş, sonra ona məlum olmuşdur ki, Fatma Əliyeva evə görə Sevil Səfərovaya 26.000 manat pul vermişdir. Belə ki, Şahid3 evin əsl sahibi Sevil Səfərova olaola evi müstəqil olaraq Afis və anasına daha sonra isə həmin evi onun tanımış olduğu və onun vasitəsi ilə Şahid3 tanışı Azad Əliyev adlı şəxsə, onun vasitəsi ilə tanış olmuş sonra onun X34 Süleymanov küçəsində olan evi ona satmaq adı ilə otuz beş min manat daha sonra isə həmin evi onun adına sənədləşdirmək adı ilə yeddi min manat olmaqla cəmi qırx iki min manat pul alması müəyyən olunmuşdur və hətta Azad onun yanına gəlib problemləri olması və Nazənimin ev alıb sənədləşdirmək adı ilə ondan pul almasını bildirmiş və hətta Azad Əliyevin pulunu qaytarmaq adı ilə Lalə Məmmədova adlı qadınla tanış etməsini və həmin qadından özü pul alıb gözü qarşısında Azada verməklə Lalə ilə Azad arasında mübahisə yaratmış və sonra isə Azadın evini Lalə Məmmədovaya alqısatqı etmiş və Azada isə iyirmi min manatdan bir qədər artıq pul verməsi müəyyən olunmuşdur. Daha sonra nə baş verməsini bilməmiş, çünki həmin ərəfədə Azad Əliyevin də başqa əməlləri olmuşdur və sonra həbs olunmuşdur. Həmçinin 2014-cü il tarixdə DADP partiyasında X16 və onun əri İsmayıl Qarayevlə tanış olmuş və onların deməsindən bilmişdir ki, Tovuz rayonu, Qovlar şəhərində hektarlarla torpaq sahələri, dəyirmanları, üzüm bağları, Ceyran çölündə mal-qara, qoyun yataqları, Tovuz rayonu, Qovlar şəhəri, H.Əliyev prospektində ona və ailə üzvlərinə məxsus "BƏRƏKƏT” fermer təsərrüfatı ilə məşğul olan “ARSENAL” firmalarının olduğunu bildirmişdir. “BƏRƏKƏT” fermer təsərrüfatında əkinçilik və heyvandarlıqla məşğul olurlar. Bundan hətta Zema ilə Lətifənin yaxın münasibətlər yaranmasını bilmiş və hətta Lətifənin Zemanın təsərrüfatına baxmaq adı ilə onlara qonaq getməsini bilmişdir. Bir müddət sonra söhbətlərdən belə anlamışdır ki, təsərrüfatı genişləndirmək üçün yəni 400000-600000 manat civarında məbləğ lazım olmuşdur. Həmin məbləğin çıxarılması üçün yəni “Aqrokredit” verə biləcək tanışının olduğunu bildirmişdir. X42 Rzayevanın Azadlıq prospektində yerləşən «alqı-satqı» ofisinə gətirməklə onları tanış etmişdir. O həmin vaxtı ofisdə olmuş və danışıqlar zamanı bilmişdir ki, Rzayeva X24 üçün “xxxx”dan 400000-600000 manat civarında pulun çıxarılmasına köməklik edəcəyini bildirmiş və həmçinin “xxxx” ASC-də kredit şöbəsinin müdiri ilə tanış edəcəyini və kredit xətti açılmasına köməklik edəcəyini demişdir. Həmin kreditin aqro kredit olmaqla aşağı faizə ayrılacağını bildirmişdir. Onların banka getməsini və bankda işləyən Nazənimin tanışı olan Fazil adlı şəxslə tanış olmasını bilmişdir. Şahid3 da Zema ilə birlikdə Lətifənin təsrrüfatı ilə tanış olmasını bilmişdir. Nazənimin qeyd edilən miqdarda pulun çıxarılması üçün banka şapka pulu və girov qoyulması üçün obyekt alınması üçün Lətifədən 70.000 manat pul almasını və Lətifənin isə həmin pulu Zemadan 5% olmaqla 70.000 manat almasını bilmişdir. Lakin pul verilən zaman onların yanında və ya ofisdə olmamışdır. Artıq noyabr ayı qurtarmaq üzrə olsa da, “Aqrokredit” dən səs-soraq olmamışdır və o ofisdə olan zaman Lətifə tək və ya əri ilə birlikdə gəlir və hər dəfə bankdan çıxmalı olan krediti xəbər almışdır. Artıq həmin pulun verilməsindən etibarən Zema da ofisə gəlir və Lətifə də partiyada və digər ünvanlarda faizlərini tələb edirdi. Zema hər dəfə ofisdə faiz pulunu Lətilədən tələb edən zaman Lətifə də ona verilmiş vədə əməl olunmadığını və ona bankdan kredit xətti açılmadığını deyir, Nazənim isə hər dəfə növbəti günlərlə bağlı vədlər verir və pulu Fazilə verməsini deyirdi. Həmin mübahisəni ofisə gələn digər partiya işçiləri və partiyada işləyən digər şəxslər o cümlədən Fatma, Fəridə adlı qadınlar da görmüşdürlər. Artıq Zema pulu verilmədiyinə görə şikayət edəcəyini deyirdi və nəticədə Lətifənin adından ölmüş əri tərəfindən ərizə yazdırıb BMCQMİ-nə müraciət etmişdir. Bundan başqa Nazənim ofisində bilmişdir ki, Məsmənin oğlunun Nəsimi rayon Mməhkəməsində olan işini həll etmək üçün oğlu barəsində cərimə cəzası və ya işi xitam verdiyəcəyini və ya yüngül cəza verdirəcəyi adı ilə o cümlədən vəkillərə hakimə vermək adı ilə Məsmədən 40.000 manata yaxın pul almışdır. Bundan sonra Nazənim Məsmənin oğlu barəsində seçilmiş cəza çəkmə rejimini dəyişdirmək adı ilə yəni Qızldaş qəsəbəsindən 16 saylı CÇM-də cəza çəkməsinə kömək edəcəyi adı ilə 4.500 manat pul almışdır. Həmin 4.500 manatdan Şahid3 bir manat olsun ki, ona pul verməmişdir. Ona taksi və.s xidmətlərə görə 500 manata yaxın hissə-hissə pul vermişdir və o da həmin pulu Məsməyə qaytarmışdır. Onun tərəfindən Məsməyə hər hansı vəd verilməmişdir. Nazənim tərəfindən Vaqif adlı şəxsə nə qədər pul verilməsini bilməmişdir. Onun Penitensiar Xidmətə hər hansı tanışı olmamış və hər hansı şəxsdən o cümlədən Məsmədən pul almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, əri 1983-cü il tarixdə öz əcəli ilə ölmüş və həmin vaxtdan oğlu Səbuhi Abışov və qızı İranə Abışovaya o baxmışdır. Səbuhi Abışov 2 il müddət olar ki, rəsmi nikaha daxil olmuş və onunla eyni həyətdə kirayə yaşayır və o isə evində qızı ilə birlikdə yaşamışdır. 1988-ci il tarixdən məcburi köçkün olaraq həmin ünvanda yaşayır. Təxminən 2 il müddət olar oğluna kirayə mənzil axtaran zaman Şahid3 tanımış və o, Azadlıq prospekti 72 saylı ünvanda yəni onun yaşadığı küçənin digər tərəfində alqı-satqı ofisində makler olaraq fəaliyyət göstərmişdir. Şahid3 oğlu üçün onun qonşuluğunda kirayə mənzil tapmış və bundan sonra onunla Şahid3 arasında tanışlıq münasibəti yaranmışdır. O ofisə gedən zaman onun yanında Adil, Tofiq, Məsmə, Gülüş, aldatdığı şəxslər və tanımadığı bir neçə şəxslər olmuşdur. 2018-ci ilin yay aylarında Şahid3 artıq onun evinə gəl-get etməyə başlamış və bildirmişdir ki, onun barəsində Sevil Səfərova adlı qadın Nərimanov RPİ-nə ərizə ilə müraciət etmişdir ki, ona məxsus olan Nərmanov rayonu, Nurəddin Süleymanov küçəsi 1 saylı ünvanda olan fərdi yaşayış evini Nazənim satmışdır. Həmçinin ondan həmin evə görə Fatma Əliyeva adlı qadınında Nərimanov RPİ-də şikayətçi olmasını bildirmişdir. Şahid3 həmin evin nə evi olmasını xəbər almış, Şahid3 isə Nərimanov RPİ-nə ifadə vermək üçün getmədiyini, özünün axtarışda olmasını və ona görə evində qalmaq istədiyini bildirmiş və artıq gündüzlər onun evində oturmuşdur. Axşamlar isə onun hara getməsini bilməişdir. Nazənim vəkil lazım olmasını bildirdikdə isə ona Mirzə adlı vəkilin nömrəsini vermiş və onlar birlikdə müqavilə bağlanması üçün Mirzənin ofisinə getmişlər və orada hüquqi yardımla bağlı müqavilə bağlanmışdır. Həmin vaxtı Nazənim ona bildirmişdir ki, bəs evinin sahibi Sevildir və onun barəsində Sevil şikayət etmişdir və onda bildirmişdir ki, Sevilin yanına getmək istəyir, onun evə görə Fatmadan almış olduğu pulu ona versin və o şikayətini geri götürsün və evin sahibi Sevilin olmasını bildirmişdir. O Nazənim və Nazənimin taksi stirücsü olan tanımadığı şəxslə birlikdə Sevlinin Bayıl qəsəbəsində olan evinə getmiş və o, ilk dəfə Sevili həmin ünvanda görmüş və əri kimi ona təqdim olunmuş Eynur adlı şəxsi və övladlarını görmüşdür. Onlarla hər hansı bir ədavət və düşmənçiliyi olmamışdır. Onun iştirakı ilə Şahid3 Sevil Səfərova ilə söhbətə aparmışlar və artıq söhbət zamanı Sevil və Eynur Şahid3 bildirmişlər ki, evə görə Fatma Əliyeva nə qədər pul vermişdir. Həmin pulun 17.000 manat olmasını bildirmişdirlər. Şahid3 isə Sevil Səfərova və əri Eynura Fatmanın pulunu qaytarmalarını və özünün evi Sevil Səfərova və Eynurdan alacağını bildirmişdir. Eynur artıq Fatma tərəfindən evin alınmasını və evə görə pullarının verilməsini bildirmişdir. Nazənim isə evi özünün almaq istədiyini bildirmiş və Şahid3 Sevil Səfərovaya əri Eynura 6.000 manat pul təklif etməklə pulun yerdə qalan hissəsinidə verəcəyini bildirmişdir. Eynur isə artıq evi Fatmaya satmalarını ona görə pulu götürməyə razı olmadığını bildirmişdir. Şahid3 isə özünündə həmin evi satmasını bildirdikdə Eynur və Sevil bildirmişdir ki, bəs bilsinlər ki, ev onundur və özünə həmin evi öz pulu ilə almasını və o olmaya-olmaya kimdir ki, onun evini satmasına görə irad bildirmişdir. Nazənim isə qışqır bağır salmışdır. Hətta ev söhbətindən başqa Sevil Səfərova ilə Şahid3 arasında qızıl söhbəti də olmuş və X39 Rzayevadan qızıllarını tələb etmişdir. Şahid3 isə Sevil Səfərovaya qızıllarını faiz müqabilində Zenfıra adlı qadına verməsini bildirmişdir. Artıq onlar arasında mübahisə olmuş və söhbətləri baş tutmamışdır. Nazənim Rzyava bildirmişdir ki, bəs sonra görüşərlər. Artıq evdə olan zaman o özünü Sevil və ərinə Hava kimi təqdim etmiş və ofisin yaxınlığında yaşadığını bildirmişdir. Həmin gündən 2-3 gün sonra o Şahid3 ilə evdə olan zaman Sevil Səfərova əri ilə birlikdə onun evinə gəlmiş və əri evə keçmədən Sevil Səfərovanı evə yola salıb həyətdən həmin ünvanı tərk etmişdir. Evdə onun iştirakı ilə Sevil və Şahid3 arasında Nazənimin onun razılığı olmadan evi niyə satması və qızıllarını gətirib verməməsi ilə bağlı söhbətlər olmuş və həmin qızılların qaynanasından miras qalmasını bildirmişdir. Həmin vaxtı Sevil bildirmişdir ki, bəs çörək pulları belə yoxdur uşaqları orucdur və o evdən bir qədər tədarük yığmış və 20 manat da pul vermişdir. Artıq bundan sonra Sevil evi tərk etmiş və 1-2 gündən sonra Şahid3 ona zəng edərək bildirmişdir ki, Sevil Səfərova evlərinin yaxınlığında olan kuala parka gəlir və birlikdə parka getməyi bildirmişdir. O Şahid3 ilə birlikdə həmin parka getmiş və Sevil Səfərovanın onları gözləməsini görmüş və Sevil qızıllarını və pullarını tələb etmiş və evini niyə satmasını bildirmişdir. Səhəri günü Şahid3 yenə onun evinə gələrək bildirmişdir ki, bəs Sevillə görüşüb ona pul verəcəkdir. O isə Sevilin vəziyyətinin yaxşı olmadığını və ona kömək etməsini bildirmişdir. O isə Nazənimlə getməmiş və Nazənimlə birlikdə evində olan zaman qardaşı onlara qonaq gəlmişdir. Nazənimə bildirmişdir ki, bəs Fatma, əri və Sevilin ərinin avtomobillə satılmış ev istiqamətində getdiklərini bildirmişlər. Həmin vaxtı Nazənim taksisinə zəng etmiş və evi tərk etmişdir. Məhərrəm isə ofisinə getmiş və bir neçə saatdan sonra Sevil onun yaşadığı evə gəlmişdir. Şahid3 harda olmasını bildirmiş və o ona Şahid3 evində olmadığını və bir neçə saat əvvəl onun evini tərk etməsini bildirmişdir. Sevilin ona inanması üçün onu evinə aparmış və o şahid olmuşdur ki, Nazənim evində deyildir. Sevil Səfərova ona Şahid3 onu başına açmış olduğu oyunlardan danışmış və bildirmişdir ki, bəs qızıllarını evinin sənədlərinin əslini qaytarmaq üçün almasını və Fatmaya satmış olduğu evi Şahid3 özbaşına olaraq satmasını bildirmişdir. Bir daha Fatmanın onun pulunu ödəməklə evini almasını bildirmişdir. Sonra o bilmişdir ki, bəs Şahid3 həmin evi Hafis və anası Nargilə Sərdarovaya satmış və onlardan 10.000 manat pul almasını və hətta onlara borcu olmasını bildirmişdir. Artıq o ofisin yanından keçən zaman Gülüş adlı qonşuluğunda kirayə yaşayan şəxsin Şahid3 ofisinin qarşısında qışqırmasını eşitmiş və ora yaxınlaşaraq nə baş verməsini xəbər alan zaman o bərk ağlayaraq ona bildirmişdir ki, bəs Şahid3 ondan həbsdə olan oğlunu azadlığa çıxarmaq adı ilə 7.000 manat pul almasını və bu günə kimi oğlunun həbsdə olmasını bildirmiş və hər dəfə Şahid3 tərəfindən ona bəhanələr edilməsini və artıq bezməsini bildirmişdir. O artıq Nazənimlə görüşən zaman o Gülüşün onunla söhbət etməsini gördüyünü və Gülüşün onun barəsidə nə deməsini xəbər almış o isə Gülüşün ondan şikayətçi olduğunu, oğlunu CÇM-dən azad etdirmək adı ilə pul aldığını və niyə onun pulunu almasını və əgər iş alınmırsa niyə pulunu qaytarmadığını xəbər almışdır. Nazənim isə pulun onda olmadığını bildirmişdir. Hətta Nazənim bildirmişdir ki, bəs Gülüş oğlu tərəfindən oğurlanmış qızılları aparıb satsın və özünü qurtarsın. Ofisə gedən zaman o Məsumə adlı Nazənimin qohum kimi bildiyi qadınla mübahisə edib dalaşmalarını görmüş və ofisə daxil olmuşdur. Məsmədə bir mənalı olaraq oğlunun həsdə olmasını ondan həsdə olan oğlunun məsuliyyətdən azad etdirmək adı ilə pulunu almasını və niyə pulunu qaytarmadığını və oğlunun hələ də həbsdə olmasını bildirmiş və hətta həmin pulu düzəltmək üçün bankdan pulları götürməsini və özünün külli miqdarda qızıllarını satmasını demişdir. Nazənim isə pulun bir hissəsini özünün və bir hissəsinin isə sonradan Təqsirləndirilən şəxs tərəfindən alınmasım demişdir. Hətta Nazənim və onun yaxınları ondan xahiş etmişlər ki, o Fatma Əliyeva ilə barışıq üçün getsin. O Fatmanın evinin yaxınlığına getmiş və Nazənimin əri Ələddin tərəfindən verilmiş pulu ona təklif etmişdir. O hər hansı bir şəxsə qarşı hədə qorxu gəlməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X17 ifadə verərək göstərmişdir ki, işi ilə bağlı Rusiya Federasiyasına getmiş, qayıtdıqdan sonra eşitmişdir ki, bacısı oğlunun uşağı həbs olunmuşdur. Bununla bağlı tanışı Vaqifə müraciət edərək uşağa kömək etməsini xahiş etmiş, o da kömək edəcəyini bildirmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs 5000 manat pul verilmişdi ki, bacısı oğlunun uşağının CÇM-dən azad olunmasına köməklik etsin. Həmin vaxt Nazənim evlərin alqı-satqı ofisində makler işləmişdir, o sonuncuya da bildirmişdir ki, bu məsələ ilə bağlı kömək etmək lazımdır. O, Vaqif və Nazənim üçü oturaraq birlikdə qohumunun cəzadan azad olunması ilə bağlı söhbət etmişlər. Vaqifə verilən 5000 manatdan başqa Nazənim əlavə olaraq 8000 manat verilməsini də istəmişdir. Bundan sonra həmin 8000 manatı düzəldərək gətirib vermişdir. Pulu Vaqifə verən zaman Nazənimin əri də orada olmuşdur. Pulu Vaqifə verdikdən sonra Nazənim əri ilə maşına oturaraq getmişdirlər. Sonra isə Koala parkın yanında Vaqif ona xoş xəbər verdiyi üçün sonuncuya əlavə olaraq 500 manat da vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 01.10.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.07.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 10 (on) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərək, 02 il sınaq müddəti təyin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 31.10.2012-ci il tarixli qərarı ilə 04.07.2012-ci il tarixli hökm dəyişdirilib CM-nin 70-ci maddəsi xaric edilmiş, CM-nin 178.3.2, 62.1-ci maddəsinə əsasən 01 il 10 ay 27 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 07.06.2013-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilmiş 07 il cəza 06 il 10 ay 27 günə endirilmiş, Ali Məhkəmənin 11.12.2013-cü il tarixli qərarı ilə CM-nin 62-ci maddəsi tətbiq edilərək cəzası 02 il 10 ay 27 günə endirilmiş, 28.09.2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur (i.v. 147-149, 157-167); İş materiallarında olan «UNİ transfer»lə köçürmənin göndərilməsi haqqında 15 noyabr 2018-ci il tarixli bildirişdən görünür ki, X23 adına 3000 manat pul göndərilmişdir (i.v. 178.179); zərərçəkmiş şəxs qismində tanınma haqqında 02 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.109); 02 mart 2020-ci il tarixli Təqsirləndirilən şəxs və Şahid3 üzləşdirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsini təsdiq edərək Şahid3 5000 manat pul aldığını və həmin puldan 3000 manatını bank vasitəsilə qaytardığını və Zərərçəkmiş şəxs oğlunun işini görən şəxslərə qonaqlıq vermək üçün aldığı 500 manat pulu əlbəəl Zərərçəkmiş şəxs qaytardığını bildirmişdir (i.v. 192-199); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 iyul 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 143); İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 20 dekabr 2017-ci il tarixli hökmündən görünür ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur (i.v. 204-210); Qətimkan tədbirinin seçilməsi barədə 01 iyul 2020-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 246); Məhkəməyə təqdim olunmuş 07.04.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir iddia və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xeyli miqdarda ziyan vurmaqla törədildikdə– dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-635/2012 saylı, 04 iyul 2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs özgənin küllü miqdarda - 27500 manat pulunu öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə dələduzluq etdiyindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsili bilinərək məhkum edilmişdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinə dəyişiklik edilmiş və həmin Qanunun 1.61.7-ci bəndində göstərilmişdir ki, “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3- 2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Qeyd” hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 8-ci bəndinə əsasən, heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunun qəbulundan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-635/2012 saylı, 04 iyul 2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl üzrə ziyanın miqdarı 50000 manatdan yuxarı olmadığından həmin əməl Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə tövsif edilməkdədir. Təqsirləndirilən şəxs qeyd edilən Qanunun tətbiqi barədə ərizə verməməsi və həmin Qanunun onun barəsində tətbiq edilməməsi təqsirləndirilən şəxsin ziyanına şərh edilməməli, bu səbəbdən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-635/2012 saylı, 04 iyul 2012-ci il tarixli hökmü üzrə təqsirli bilindiyi əməli hazırda Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edildiyindən, məhkum olunduğu maddə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi kimi, yəni az ağır cinayət kimi nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs 28.09.2015-ci il tarixdə cəzanın sonu ilə azad olunduğunu və həmin vaxtdan iki ildən artıq müddət keçdiyindən hesab edir ki, hal-hazırda Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə görə cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla müəyyən olunur. Məhkəmə cərimənin həddini müəyyən edərkən təqsirləndirilən şəxsin maddi vəziyyətini də nəzərə alır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-259/2020 nömrəli, 23.07.2020-ci il tarixli qərara əsasən 30.07.2020-ci il tarixdən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X18 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs oğluna göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-43/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-43/2021
29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver