Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-430/2022 08.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, X1, Zərərçəkmiş şəxs9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1 -ci maddələri ilə təqsirli bilinərək 01 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 03 sentyabr 2021-ci il tarixdə, saat 16 radələrində “Rahat” supermarketlər şəbəkəsinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən mağazasının qarşısında quraşdırılmış "xxxx" ASC-nin bankomatının qarşısına gəlib həmin vaxt bankomatdan pul çıxarılması üçün növbədə gözləyən Zərərçəkmiş şəxs7 xəbərsiz sonuncunun əlində saxladığı "xxxx" ASC tərəfindən verilmiş əmək haqqı kartının üzərindəki 16 rəqəmli nömrəsini və Zərərçəkmiş şəxs7 bankomatdan pul çıxaran zaman istifadə etdiyi identifikasiya nömrəsi olan 4 rəqəmli pin kodunu mobil telefonunun yaddaşına qeyd edib oradan uzaqlaşdıqdan sonra həmin məlumatları özünə məxsus mobil telefonda «Birbank» mobil tətbiqinə daxil etməklə Zərərçəkmiş şəxs7 elektron məlumat daşıyıcısı hesab olunan 4169 7332 2964 0631 nömrəli “Birkart Kredit” kartı hesabında olan pul vəsaiti barədə məlumatlar əks olunan bölməsinə daxil olub mobil telefonunun “NFC” ödəniş sistemindən istifadə etməklə kart hesabından vahid niyyətlə əhatə olunan qəsdlə 03 sentyabr 2021-ci il tarixdə saat 16:26-da istintaqa məlum olmayan yerdə 55 manat 50 qəpik, 04 sentyabr 2021-ci il tarixdə saat 15:34-də 68 manat 58 qəpik, həmin gün saat 15:45-də 2 manat pulu nağdsız məxaric etməklə, həmin gün Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində ümumilikdə 100 manat pulu, həmin gün Abşeron rayonu ərazisində yerləşən “Meta Oil” yanacaq doldurma məntəqəsində ümumilikdə 1000 manat pulu, həmin gün Abşeron rayonu ərazisində yerləşən “Petrol Lukoil” yanacaq doldurma məntəqəsində ümumilikdə 100 manat pulu, 06 sentyabr 2021-ci il tarixdə Abşeron rayonu ərazisində yerləşən “Meta Oil” yanacaq doldurma məntəqəsində 100 manat pulu istintaqa məlum olmayan üsulla nağdlaşdıraraq və həmin gün Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Oba Market” mağazasında 72 manat 70 qəpik məbləğində nağdsız ödənişlə alış-veriş etməklə ümumilikdə 1498 manat 78 qəpik məbləğində pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 04 sentyabr 2021-ci il tarixdə, saat 12 radələrində “Rahat” supermarketlər şəbəkəsinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən mağazasının qarşısında quraşdırılmış "xxxx" ASC-nin bankomatının qarşısına gəlib həmin vaxt bankomatdan pul çıxarılması üçün növbədə gözləyən Zərərçəkmiş şəxs8 xəbərsiz sonuncunun əlində saxladığı "xxxx" ASC tərəfindən verilmiş əmək haqqı kartının üzərindəki 16 rəqəmli nömrəsini və Zərərçəkmiş şəxs8 bankomatdan pul çıxaran zaman istifadə etdiyi identifikasiya nömrəsi olan 4 rəqəmli pin kodunu mobil telefonunun yaddaşına qeyd edib oradan uzaqlaşdıqdan sonra həmin məlumatları özünə məxsus mobil telefonda «Birbank» mobil tətbiqinə daxil etməklə Zərərçəkmiş şəxs8 elektron məlumat daşıyıcısı hesab olunan 4169 7377 0239 3063 nömrəli “Birkart Kredit” kartı hesabında olan pul vəsaiti barədə məlumatlar əks olunan bölməsinə daxil olub kart hesabından vahid niyyətlə əhatə olunan qəsdlə 05 oktyabr 2021-ci il tarixdə saat 16:16-da qohumu Şahid8 adına "xxxx" ASC tərəfindən verilmiş 416973******6203 nömrəli bank kartının hesabına 447 manat, 06 oktyabr 2021-ci il tarixdə saat 16:29-da həmin kart hesabına 250 manat köçürmə edib istintaqa məlum olmayan vaxtda və yerdə nağdlaşdırmaqla, həmin gün Mingəçevir şəhərində yerləşən “Oba market”, “Araz Supermarket” “5+” mağazalarında mobil telefonunun “NEC” ödəniş sistemindən istifadə etməklə ümumilikdə 413 manat 52 qəpik məbləğində nağdsız ödənişlə alış-veriş etməklə, 07 oktyabr 2021-ci il tarixdə Hacıqabul rayonunda yerləşən “Muğan Market”, istintaqa məlum olmayan ərazidə yerləşən “Bal Telecom”, “City Market” mağazalarından eyni üsulla ümumilikdə 784 manat məbləğində nağdsız ödənişlə alış-veriş etməklə və 09 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri “20 yanvar metrostansiyası” ərazisində yerləşən “Qadiroğlu” mağazasından ümumilikdə 772 manat 60 qəpik məbləğində eyni üsulla nağdsız ödənişlə alış-veriş etməklə ümumilikdə 2667 manat 12 qəpik məbləğində pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 oktyabr 2021-ci il tarixdə Mingəçevir şəhərində yerləşən “5+” mağazasının qarşısında quraşdırılmış "xxxx" ASC-nin bankomatının qarşısına gəlib həmin vaxt bankomatdan pul çıxarılması üçün növbədə gözləyən X2 xəbərsiz sonuncunun əlində saxladığı qohumu Zərərçəkmiş şəxs5 "xxxx" ASC tərəfindən verilmiş əmək haqqı karlının üzərindəki 16 rəqəmli nömrəsini və Şahid5 bankomatdan pul çıxaran zaman istifadə etdiyi identifikasiya nömrəsi olan 4 rəqəmli pin kodunu mobil telefonunun yaddaşına qeyd edib oradan uzaqlaşdıqdan sonra həmin məlumatları özünə məxsus mobil telefonda «Birbank» mobil tətbiqinə daxil etməklə Zərərçəkmiş şəxs5 elektron məlumat daşıyıcısı hesab olunan 4169 7377 0651 5174 nömrəli “Birkart Kredit” kartı hesabında olan pul vəsaiti barədə məlumatlar əks olunan bölməsinə daxil olub kart hesabından vahid niyyətlə əhatə olunan qəsdlə 18 oktyabr 2021-ci il tarixdə qohumu Şahid8 adına "xxxx" ASC tərəfindən verilmiş 416973******6203 nömrəli bank kartının hesabına 610 manat köçürmə edib istintaqa məlum olmayan vaxtda və yerdə nağdlaşdırmaqla, 21 oktyabr 2021-ci il tarixdə Gəncə şəhərində yerləşən “Prestij” mağazasından mobil telefonunun “NFC” ödəniş sistemindən istifadə etməklə ümumilikdə 1600 manat dəyərində, həmin gün Gəncə şəhərində yerləşən “Bazarstore” mağazasından 144 manat dəyərində, 23 oktyabr 2021-ci il tarixdə Qax rayonunda yerləşən “Kristina” mağazasından ümumilikdə 800 manat dəyərində, həmin gün Şəki şəhərində yerləşən “Oba Market” mağazasından 144 manat dəyərində, həmin gün Şəki şəhərində yerləşən “Ekonom Market” mağazasından 145 manat dəyərində nağdsız ödənişlə alış-veriş etməklə, 26 oktyabr 2021-ci il tarixdə qohumu Şahid8 adına "xxxx" ASC tərəfindən verilmiş 416973******6203 nömrəli bank kartının hesabına 636 manat köçürmə edib istintaqa məlum olmayan vaxtda və yerdə nağdlaşdırmaqla ümumilikdə 4079 manat məbləğində pulu gizli olaraq talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 2021-ci ilin oktyabr ayının sonrlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Hüseyn Cavid” adına parkın yaxınlığında quraşdırılmış "xxxx" ASC-nin bankomatının qarşısına gəlib həmin vaxt bankomatdan pul çıxarılması üçün növbədə gözləyən Zərərçəkmiş şəxs6 xəbərsiz sonuncunun əlində saxladığı "xxxx" ASC tərəfindən verilmiş təqaüd kartının üzərindəki 16 rəqəmli nömrəsini və sonuncunun bankomatdan pul çıxaran zaman istifadə etdiyi identifikasiya nömrəsi olan 4 rəqəmli pin kodunu mobil telefonunun yaddaşına qeyd edib oradan uzaqlaşdıqdan sonra həmin məlumatları özünə məxsus mobil telefonda «Birbank» mobil tətbiqinə daxil etməklə Zərərçəkmiş şəxs6 elektron məlumat daşıyıcısı hesab olunan 4169 7416 5434 8117 nömrəli bank kartı hesabında olan pul vəsaiti barədə məlumatlar əks olunan bölməsinə daxil olub mobil telefonunun “NFC” ödəniş sistemindən istifadə etməklə kart hesabından vahid niyyətlə əhatə olunan qəsdlə 17 noyabr 2021-ci il tarixdə Goranboy rayonunda yerləşən “Azercell” mağazasında 720 manat nağdsız ödəniş etməklə “Samsung A52” markalı mobil telefonu və həmin gün Goranboy rayonu Goran qəsəbəsində yerləşən “Optimal Elektroniks” mağazasında 719 manat 99 qəpik nağdsız ödəniş edib “Samsung A52” markalı mobil telefonu almaqla ümumilikdə 1439 manat 99 qəpik məbləğində pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 2022-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dairəsi yaxınlığında yerləşən "xxxx" ASC-nin bankomatının qarşısına gəlib həmin vaxt bankomatdan pul çıxarılması üçün növbədə gözləyən Zərərçəkmiş şəxs9 xəbərsiz sonuncunun əlində saxladığı "xxxx" ASC tərəfindən verilmiş təqaüd kartının üzərindəki 16 rəqəmli nömrəsini və sonuncunun bankomatdan pul çıxaran zaman istifadə etdiyi identifıkasiya nömrəsi olan 4 rəqəmli pin kodunu mobil telefonunun yaddaşına qeyd edib oradan uzaqlaşdıqdan sonra həmin məlumatları özünə məxsus mobil telefonda «Birbank» mobil tətbiqinə daxil etməklə Zərərçəkmiş şəxs9 elektron məlumat daşıyıcısı hesab olunan 6768 6753 2456 7120 nömrəli bank kartı hesabında olan pul vəsaiti barədə məlumatlar əks olunan bölməsinə daxil olub kart hesabından vahid niyyətlə əhatə olunan qəsdlə 10 fevral 2022-ci il tarixdə 150 manat avans götürməklə, 11 fevral 2022-ci il tarixdə Bakı şəhərində yerləşən “Azercell” mağazasından mobil telefonunun “NFC” ödəniş sistemindən istifadə edib 650 manat nağdsız ödəniş etməklə markası istintaqa məlum olmayan mobil telefonu, həmin gün Bakı şəhəri, Nizami rayonu, “Laçın Univermağı”nda yerləşən “Koçaq Gold” mağazasında 618 manat nağdsız ödəniş etməklə kişi boyunbağısını, 14 fevral 2022ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Memar Əcəmi metrostansiyası yaxınlığında yerləşən «Rodriqo» geyim mağazasında 16 manat nağdsız ödəniş etməklə kişi geyimini, 15 fevral 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən aptekdə 6 manat 10 qəpik nağdsız ödəniş etməklə dərman və həmin gün ünvan 3 ünvanında yerləşən «Texnomart Arçelik» mağazasında 719 manat nağdsız ödəniş etməklə məişət əşyası alıb ümumilikdə 2159 manat 10 qəpik məbləğində pulu gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakım gizli olaraq talama məqsədilə 2022-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Mircəlal küçəsində yerləşən “Favorit Market” mağazasının qarşısında quraşdırılmış "xxxx" ASC-nin bankomatımn qarşısına gəlib həmin vaxt bankomatdan pul çıxarılması üçün növbədə gözləyən Zərərçəkmiş şəxs1 xəbərsiz sonuncunun əlində saxladığı "xxxx" ASC tərəfindən verilmiş təqaüd kartının üzərindəki 16 rəqəmli nömrəsini və sonuncunun bankomatdan pul çıxaran zaman istifadə eldiyi identifikasiya nömrəsi olan 4 rəqəmli pin kodunu mobil telefonunun yaddaşına qeyd edib oradan uzaqlaşdıqdan sonra həmin məlumatları özünə məxsus mobil telefonda «Birbank» mobil tətbiqinə daxil etməklə Zərərçəkmiş şəxs1 elektron məlumat daşıyıcısı hesab olunan 6768 6753 3530 5916 nömrəli bank kartı hesabında olan pul vəsaiti barədə məlumatlar əks olunan bölməsinə daxil olub kart hesabından vahid niyyətlə əhatə olunan qəsdlə 10 mart 2022-ci il tarixdə Bakı şəhəri, Moska prosektində yerləşən «Meyxoş» mağazasından mobil telefonunun “NFC” ödəniş sistemindən istifadə etməklə 149 manat 40 qəpik, 11 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsində yerləşən «Megastore» mağazasından cəmi 268 manat məbləğində nağdsız ödənişlə alış-veriş etməklə ümumilikdə 417 manat 40 qəpik məbləğində pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 fevral 2022-ci il tarixdə ünvan 4 ünvanda yerləşən «Yeganə» şadlıq sarayının yanında quraşdırılmış "xxxx" ASC-nin bankomatının qarşısına gəlib həmin vaxt bankomatdan pul çıxarılması üçün növbədə gözləyən Zərərçəkmiş şəxs2 xəbərsiz sonuncunun əlində saxladığı "xxxx" ASC tərəfindən verilmiş əmək haqqı kartının üzərindəki 16 rəqəmli nömrəsini və sonuncunun bankomatdan pul çıxaran zaman istifadə etdiyi identifikasiya nömrəsi olan 4 rəqəmli pin kodunu mobil telefonunun yaddaşına qeyd edib oradan uzaqlaşdıqdan sonra həmin məlumatları özünə məxsus mobil telefonda «Birbank» mobil tətbiqinə daxil etməklə Zərərçəkmiş şəxs2 elektron məlumat daşıyıcısı hesab olunan 6768 6753 5766 1162 nömrəli bank kartı hesabında olan pul vəsaiti barədə məlumatlar əks olunan bölməsinə daxil olub kart hesabından vahid niyyətlə əhatə olunan qəsdlə 23 fevral 2022-ci il tarixdə ünvan 5 ünvanda yerləşən “Star Market” mağazasında mobil telefonunun “NFC” ödəniş sistemindən istifadə etməklə ümumilikdə 474 manat 40 qəpik məbləğində, həmin gün Bakı şəhəri, Nəsimi rayonu, A.İsgəndərov küçəsində yerləşən “Oba Market” mağazasında 222 manat məbləğində, 24 fevral 2022-ci il tarixdə ünvan 6 ünvanında yerləşən ATM vasitəsilə 4 manat məbləğində, həmin gün Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Al Market” mağazasında 179 manat məbləğində nağdsız ödənişlər etməklə ümumilikdə 879 manat 40 qəpik məbləğində pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 mart 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Nizami metrostansiyası yaxınlığında yerləşən "xxxx" ASC-nin bankomatımn qarşısına gəlib həmin vaxt bankomatdan pul çıxarılması üçün növbədə gözləyən Zərərçəkmiş şəxs3 xəbərsiz sonuncunun əlində saxladığı "xxxx" ASC tərəfindən verilmiş təqaüd kartının üzərindəki 16 rəqəmli nömrəsini və sonuncunun bankomatdan pul çıxaran zaman istifadə etdiyi identifikasiya nömrəsi olan 4 rəqəmli pin kodunu mobil telefonunun yaddaşına qeyd edib oradan uzaqlaşdıqdan sonra həmin məlumatları özünə məxsus mobil telefonda «Birbank» mobil tətbiqinə daxil etməklə Zərərçəkmiş şəxs3 elektron məlumat daşıyıcısı hesab olunan 4169 7416 5078 3887 nömrəli bank kartı hesabında olan pul vəsaiti barədə məlumatlar əks olunan bölməsinə daxil olub kart hesabından vahid niyyətlə əhatə olunan qəsdlə mobil telefonunun “NFC” ödəniş sistemindən istifadə etməklə 16 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan ərazidə yerləşən “Grandmart” mağazasından cəmi 463 manat məbləğində, 17 mart 2022-ci il tarixdə ünvan 13 ünvanında yerləşən "Baqqal" marketdən 300 manat məbləğində nağdsız ödənişlə alış-veriş etməklə ümumilikdə 763 manat məbləğində pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 mart 2022-ci il tarixdə istintaqa məlum olmayan ərazidə yerləşən "xxxx" ASC-nin bankomatının qarşısına gəlib həmin vaxt bankomatdan pul çıxarılması üçün növbədə gözləyən Zərərçəkmiş şəxs4 Sələralı oğlundan xəbərsiz sonuncunun əlində saxladığı "xxxx" ASC tərəfindən verilmiş əmək haqqı kartının üzərindəki 16 rəqəmli nömrəsini və sonuncunun bankomatdan pul çıxaran zaman istifadə etdiyi identifıkasiya nömrəsi olan 4 rəqəmli pin kodunu mobil telefonunun yaddaşına qeyd edib oradan uzaqlaşdıqdan sonra həmin məlumatları özünə məxsus mobil telefonda «Birbank» mobil tətbiqinə daxil etməklə Zərərçəkmiş şəxs4 elektron məlumat daşıyıcısı hesab olunan 5103 0714 2736 7665 nömrəli bank kartı hesabında olan pul vəsaiti barədə məlumatlar əks olunan bölməsinə daxil olub kart hesabından vahid niyyətlə əhatə olunan qəsdlə mobil telefonunun “NFC” ödəniş sistemindən istifadə etməklə 28 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsində yerləşən “M Market” mağazasında 59 manat 70 qəpik məbləğində, həmin gün Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən “Çinar market” mağazasında 216 manat 59 manat məbləğində, həmin gün Bakı şəhəri, Nəsimi rayonu, N.B.Yusifbəyli küçəsində yerləşən “Araz Supermarket” mağazasında cəmi 72 manat məbləğində nağdsız ödənişlə alış-veriş etməklə ümumilikdə 348 manat 29 qəpik məbləğində pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə elan olunmuş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər işləsə də, sonradan “Covid-19” virusunun yayılmasına görə işsiz olmuş və maddi sıxıntıları yaranmağa başlamışdır, həmçinin azyaşlı övladı xəstə olduğundan övladının müalicəsi üçün pula ehtiyacı olmuşdur. 03 sentyabr 2021-ci il tarixdə, saat 17 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən «Rahat» marketin qarşısına gələrək, orada quraşdırılmış "xxxx" bankomatının qarşısında dayanmış şəxslərin arasında növbədə dayanmışdır. Növbədə dayandığı müddətdə qarşısında dayanmış qadının əlində saxladığı kartın üzərindəki rəqəmləri gizli müşahidə etməklə yadda saxlayıb telefonuna qeyd etmişdir. Daha sonra həmin şəxs kart vasitəsilə əməliyyat etmək üçün kartı bankomata daxil etmiş və 4 rəqəmli gizli şifrəni bankomatın düymələrinə basarkən yenə də gizli müşahidə etməklə yadda saxlayaraq telefonuna qeyd etmişdir. Həmin şəxsə aid kart məlumatlarını ələ keçirdikdən sonra oradan uzaqlaşmışdır. Sonradan özünə məxsus olan mobil telefonda Kapital bankın ««Birbank»» mobil tətbiqini yükləmiş və proqramda həmin şəxsə aid kartın nömrəsini və gizli şifrəsini daxil edərək məlumatlarını görməyə imkan əldə etmişdir. «Birbank» mobil tətbiqini açdıqdan sonra həmin qadının Zərərçəkmiş şəxs7 olması ona məlum olmuşdur. Həmin şəxsin maaş kartından əlavə «Birkart» kredit kartı olduğunu və hesabında 1500 manat pul olduğunu aşkar etmişdir. Həmin kartlar onda olmadığı üçün bankomat vasitəsilə nağdlaşdıra bilməmiş, lakin mobil tətbiqdən istifadə edərək onlayn qaydada alış-veriş etmişdir. Belə ki, 04 sentyabr 2021-ci il tarixdə, saat 21 radələrində taksi sifariş edərək Bakı-Sumqayıt yolundan kənarda yerləşən «Xırdalan» dairəsindəki «Lukoyl» yanacaqdoldurma məntəqəsinə getmişdir. Artıq saat 22 radələrində oraya çatdıqda taksidən düşüb məntəqəyə yaxınlaşmış və işçilərdən birinə kartının üzərində olmadığını, təcili pula ehtiyacı olduğunu bildirmiş və kartında olan pulu mobil telefonda olan məlumatlara əsasən «post terminal» qurğusu vasitəsilə nağdlaşdırmasını xahiş etmişdir. Həmin işçi onunla razılaşmış və kartın hesabından ümumilikdə 200 manat pul silinmişdir. Həmin pullar müqabilində yanacaq alınması qeyd edilsə də, o, həmin pulu yanacaq deyil, pul şəklində əldə etmişdir. Daha sonra həmin taksiyə minərək, saat 22:30 radələrində Bakı-Sumqayıt şossesinin kənarında yerləşən «MetOil» yanacaq doldurma məntəqəsinə gəlmişdir. Həmin məntəqədə də eyni üsulla 1100 manat pul əldə etmişdir. Oradan həmin taksiyə minərək «Şamaxinka» adlanan yerdə taksi sürücüsünün onun sonuncu gedəcək yerini bilməməsi üçün düşmüşdür. Daha sonra özünün yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsinə gəlmişdir. Daha sonra 06 sentyabr 2021-ci il tarixdə günorta saatları olmuş, Biləcəri qəsəbəsinə gəlmiş və orada «Oba» marketə daxil olaraq ərzaq məhsulları almışdır. Yekunda 72 manat pulu kassada ödənişi mobil telefonu vasitəsilə kartın məlumatlarına əsasən həyata keçirmişdir. Daha sonra Zərərçəkmiş şəxs7 aid kartın məlumatlarını mobil telefonundan silmişdir. Bundan başqa, 2021-ci ildə adına hesab kartı açdırmaq məqsədilə "xxxx"a məxsus filialına müraciət etməyə qərar vermişdir. O, həmin ərəfələrdə ailə üzvləri ilə birlikdə Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən beşmərtəbəli binada yerləşən mənzillərin birində kirayə qalmış, həmçinin orada dükanların birində satıcı olaraq işləmişdir. Kirayə qaldığı müddətdə o, adına hesab kartı açdırmaq məqsədilə Mingəçevir şəhərində yerləşən “Asan Xidmət” mərkəzinə yaxınlaşıb şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq rüsum ödəyib adına "xxxx"a məxsus olan debit hesab kartı gələcəkdə müxtəlif vətəndaşlara məxsus olan hesab kartlarındakı pul məbləğlərini onlayn qaydada köçürmə əməliyyatlarını həyata keçirməklə əldə etməsi üçün açdırmışdır. Müəyyən vaxt keçdikdən sonra o, ailə üzvləri ilə birlikdə Bakı şəhərinə gələrək qohumunun yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən fərdi nömrəsiz evdə yaşamağa başlamışdır. 2021-ci ilin oktyabr ayının əvvəllərində yeznəsinin yaşadığı mənzildən çıxıb "xxxx"a məxsus olan bankomatların birinin qarşısında dayanıb kartdan oğurluq etməyə qərar vermişdir. Belə ki, o, 04 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində qaldığı evdən çıxıb yaşadığı evə yaxın olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində “Rahat” marketdə yerləşən "xxxx"a məxsus bankomatı görüb həmin bankomata yaxınlaşmış, həmin bankomatın qarşısında bir kişi və bir qadının dayandığını görüb onlara tərəf yaxınlaşmışdır. Həmin vaxt onun qarşısında adını sonradan bildiyi Zərərçəkmiş şəxs8 adlı qadın ikinci sırada dayanmış, o da qadının arxasında dayanmışdır. Həmin vaxtı o, Zərərçəkmiş şəxs8 əlində tutduğu "xxxx"a məxsus maaş kartının üzərində olan 16 rəqəmli seriya nömrəsini vaxt itirmədən özünə məxsus üzərində “Samsung 45” markalı mobil telefonda olan «Birbank» tətbiqetmə proqramındakı “kartlar” bölümünə daxil olub orada müvafiq bölümlərdə 16 rəqəmli seriya nömrəsi və 4 rəqəmli pin kodu əlavə etdikdə həmin vaxt qeyd olunan mobil tətbiqetmə proqramında Zərərçəkmiş şəxs8 adına maaş kartı və “Birkart” olmaqla ümumilikdə 2 ədəd kartlarının olduğunu, həmçinin də “Birkart” hesab kartında ümumilikdə 2740 manat məbləğində pulun olduğunu görmüş və daha sonra oradan uzaqlaşmışlar. Daha sonra Zərərçəkmiş şəxs8 aid “Kapital Bank“a məxsus hesab kartındakı 16 rəqəmli seriya nömrəsini və 4 rəqəmli pin kodu əlavə olaraq mobil telefonunun “Kontakt” olan bölümündə yaddaşda saxlamışdır. O, Zərərçəkmiş şəxs8 məxsus olan “Birkart” hesab kartındakı ümumi məbləği nağdlaşdıra bilmədiyi üçün Yevlax şəhərində yaşayan əmisi oğlu olan Şahid7 ilə mobil telefon əlaqəsi saxlayıb “sənə pul göndərəcəm onu bankomatların birindən çıxarıb adıma olan hesab kartına atarsan” demiş, daha sonra mobil telefonun «Birbank» tətbiqetmə proqramına daxil olub online qaydada Şahid7 yoldaşı olan Şahid8 məxsus “Birkart” hesab kartına iki dəfə olmaqla ümumilikdə 727 manat məbləğində pul köçürmüş, daha sonra həmin məbləğ Şahid7 tərəfindən onun adında olan "xxxx"a məxsus debit karta yüklənmişdir. O, kartda təxminən 2000 manat məbləğində pulu isə alış-veriş edərək müxtəlif vaxtlarda və müxtəlif ünvanlarda yerləşən marketlərdən “post terminal” vasitəsilə ödənişlər etməklə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərində evə ərzaq almaq üçün özünə məxsus kapital bank kartından pul çıxarmaq üçün “5+” adlanan marketin yaxınlığında olan bankomata yaxınlaşan zaman tanımadığı iki nəfər şəxsin bankomatın qarşısında olduqlarının, birinin bankomatdan pul çıxardığını, digərinin isə əlində kartla dayanıb pul çıxaran şəxsi gözlədiyini görmüşdür. O da həmin tanımadığı şəxsin yanında dayanıb onları gözləməli olmuşdur. Həmin vaxt orta yaşlı şəxsin əlində olan kartın üzərində 16 rəqəmini oxuyub telefonuna yazmışdır. Daha sonra həmin şəxs bankomata yaxınlaşıb əlində olan kartı bankomata daxil edərək dörd rəqəmli məxfi kodu yazaraq pul çıxarmışdır. O, həmin şəxsin xəbəri olmadan kartın dörd rəqəmli kodunu bankomata yazarkən həmin kodu da onun xəbəri olmadan götürüb telefonuna yazmışdır. Həmin ərəfələrdə az yaşlı övladı xəstə olduğuna görə maddi sıxıntıları olmuşdur. Bu səbəbdən, kodunu götürdüyü kartı mobil telefonunda olan «Birbank» proqramına yükləmiş, kartın 16 rəqəmli kodu ilə dörd rəqəmli məxfi kodunu «Birbank» proqramına yüklədikdən sonra şəxsin bütün anket məlumatları, bütün kart hesabları və anket məlumatları mobil telefonuna yüklənmişdir. O, kartı mobil telefonuna yüklədikdən sonra kartın Zərərçəkmiş şəxs5 məxsus olması müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs5 məxsus maaş kartında pul olmasada sonuncunun birkart kartında 4.600 manat məbləğində pul olmasını görmüşdür. Bu səbəbdən, Zərərçəkmiş şəxs5 «Birbank» kartından pul çıxarmaq qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə şəxsi işləri ilə əlaqədar Bakı şəhərində alış-veriş edərkən müxtəlif məbləğlərdə onlayın qaydada ödənişlər etmişdir. Bundan bir neçə gün sonra Gəncə şəhərinə getmiş, orada olan zaman üzərində nağd pul olmadığından məcbur qalıb qızıl-zinət əşyaları satılan mağazalardan birinə gedib 1.800 manat dəyərində kişi üçün qızıl boyunbağı almışdır. Boyunbağının pulunu onlayın qaydada mobil telefonuna yüklədiyi Zərərçəkmiş şəxs5 «Birbank» kartından onlayın qaydada ödəniş etmişdir. Ödəniş edən zaman mobil telefonunu mağazada olan “post terminal”a yaxınlaşdırdıqda Zərərçəkmiş şəxs5 “Birkart” kart hesabından ödəniş etmişdir. Boyunbağı aldıqdan sonra Gəncə şəhərində tanımadığı şəxsə 900 manata satmışdır. Şəki şəhərində olarkən xərcləməyə pulu olmadığından “Şəki mərkəzi bazarı”na gedib orada yerləşən hazırda xatırlamadığı qızıl-zinət əşyaları satılan mağazaya daxil olmuşdur. Bir qədər qızıl-zinət əşylarına baxdıqdan sonra dəyəri 600 manat olan kişi qızıl boyunbağı almışdır. Həmin boyunbağını da Şəki şəhərində tanımadığı şəxsə 250 manata satıb nağd pul əldə etmişdir. xx.xx.2021-ci il tarixdə gecə saatlarında şəxsi işləri ilə əlaqədar təcili Bakı şəhərinə getməli olmuşdur. Bakı şəhərində olarkən yenə Zərərçəkmiş şəxs5 məxsus «Birbank» kartından müxtəlif məbləğlərdə onlayın qaydada ödənişlər etmişdir. İşlərini qaydasına qoyduqdan sonra yenidən Şəki şəhərinə qayıtmışdır. Şəki şəhərində olan zaman alış-veriş etdiyi yerlərdə Zərərçəkmiş şəxs5 məxsus «Birbank» kartından onlayın qaydada ödənişlər etmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən “Ekonom” adlı marketdən nağd pul əldə etmək üçün 145 manat dəyərində siqaret almışdır. Bundan sonra bir neçə gün Şəki şəhərində qaldıqdan sonra Mingəçevir şəhərinə getmişdir. Son dəfə Zərərçəkmiş şəxs5 məxsus «Birbank» kartından 145 manat dəyərində alış-veriş edərək onlayın qaydada ödəniş etdikdən sonra bir daha həmin kartdan ödənişlər etməmişdir. O, “Ekonom” marketdən aldığı siqaretləri Bakı şəhərinə aparıb orada tanımadığı şəxslərə satmışdır. Zərərçəkmiş şəxs5 məxsus «Birbank» kartından ümumilikdə 4079 manat məbləğində pulu gizli yolla çıxarmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs6 tanımır, onunla heç bir münasibəti olmamışdır. O, asan qazanc əldə etmək üçün Bakı şəhəri və digər yerlərdə bankomatların yanına gedərək orada bankomat vasitəsi ilə plastik kartlarından pul çıxaran şəxslərin özlərinə məxsus plastik kartın elektron daşıyıcı məlumatlarını ələ keçirib sonradan mobil telefonuna bir bank sistemi yükləməklə ələ keçirdiyi plastik kart hesablarının elektron daşıyıcı məlumatları ilə qeydiyyatdan keçib kart hesablarında olan pulları çıxarıb şəxsi işlərində istifadə etmişdir. 2021-ci ilin oktyabr ayının 20-dən sonra Bakı şəhəri, Yasamal rayonu ərazisində “Elmlər” metrosundan çıxdıqdan sonra yaxınlıqda yerləşən “Hüseyn Cavid” parkına getmişdir. Həmin parkın yanında isə "xxxx" ASC-yə məxsus bankomat olmuşdur. Həmin bankomatın qarşısında dayanmış sonradan Zərərçəkmiş şəxs6 olduğunu bildiyi şəxsin plastik kart hesabının üzərində olan elektron daşıyıcı məlumatlarını kənardan dayanıb baxaraq həmin məlumatları ələ keçirib mobil telefonuna yüklədiyi “bir bank” mobil proqramı vasitəsi ilə qeydiyyatdan keçərək bundan sonra həmin kart hesabından pul çıxarmaq qərarına gəlmişdir. Bundan bir neçə gün sonra o, şəxsi işi ilə əlaqədar olaraq Mingəçevir şəhərinə getmişdir. Mingəçevir şəhərində bir neçə gün qaldıqdan sonra 16 noyabr 2021-ci il tarixdə səhər saatlarında şəxsi işi ilə əlaqədar olaraq Goranboy rayonuna getmişdir. Goranboy rayonunda olan zaman isə mobil telefonuna yüklədiyi “bir bank” mobil proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs6 məxsus 416974******8117 nömrəli "xxxx" ASC-yə məxsus plastik kart hesabına pul köçdüyünü müəyyən etmişdir. Odur ki, Zərərçəkmiş şəxs6 ələ keçirdiyi kart hesabından istifadə etməklə mobil telefon alıb sonradan isə həmin mobil telefonu satmaq qərarına gəlmişdir. Bunun üçün isə Goranboy şəhəri ərazisində fəaliyyət göstərən “Azercell” mağazasına getmiş və həmin mağazadan yeni “Samsung A 52” markalı mobil telefonu 700 manat pul qarşılığında almışdır. Həmin mobil telefonu alan zaman isə mobil telefonuna yüklədiyi “Bir bank” mobil proqramı vasitəsi ilə məlumatlarını ələ keçirdiyi Zərərçəkmiş şəxs6 məxsus 416974******8117 nömrəli "xxxx" ASC-yə məxsus plastik kart hesabından onlayn ödəniş etmişdir. Bununla da, onlayn olaraq Zərərçəkmiş şəxs6 kart hesabından 700 manat pulu onlayn olaraq ələ keçirmişdir. Bundan sonra isə Goranboy rayonu, Goran qəsəbəsinə gedib orada yerləşən “Optimal Elektroniks” mağazasına daxil olub yenidən 719 manat 99 qəpik pul qarşılığında mobil telefonuna yüklədiyi “bir bank” mobil proqramı vasitəsi ilə məlumatlarını ələ keçirdiyi Zərərçəkmiş şəxs6 məxsus 416974******8117 nömrəli "xxxx" ASC-yə məxsus plastik kart hesabından onlayn ödəniş etmiş, yeni “Samsung A 52” markalı mobil telefon almışdır. Bununla da, Akif Hobibova məxsus kart hesabından onlayn olaraq 719 manat 99 qəpik pulu ələ keçirmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs6 məxsus kart hesabı bank tərəfindən blok edildiyi üçün həmin kart hesabı ilə heç bir əməliyyat apara bilməmişdir. Goranboy şəhəri və Goranboy rayonu Goran qəsəbəsində aldığı iki ədəd “Samsung A 52” markalı mobil telefonları həmin gün Mingəçevir şəhərinə gedərək orada iki telefon mağazasına satmışdır. Mobil telefonları Mingəçevir şəhərində satan zaman özünə məxsus şəxsiyyət vəsiqəsinin surətlərini telefon alan şəxslərə təqdim etmişdir. Hər iki mobil telefonu ayrı-ayrılıqda Mingəçevir şəhərində mağazalara satan zaman ümumilikdə 1200 manat pul əldə etmişdir. Lakin mobil telefonları satdığı şəxslər həmin mobil telefonları cinayət yolu ilə ələ keçirdiyi kart hesabından istifadə etməklə aldığını bilməmişlər. Mobil telefonu almış şəxslərə telefonların özünə məxsus olmasını demişdir. Bundan başqa, təxminən 2022-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dairəsi yaxınlığında yerləşən "xxxx" ASC-nin bankomatının qarşısında olarkən həmin vaxt bankomatdan pul çıxarılması üçün növbədə gözləyən Zərərçəkmiş şəxs9 xəbərsiz sonuncunun əlində saxladığı "xxxx" ASC tərəfindən verilmiş təqaüd kartının üzərindəki 16 rəqəmli nömrəsini və sonuncunun bankomatdan pul çıxaran zaman istifadə etdiyi identifikasiya nömrəsi olan 4 rəqəmli pin kodunu mobil telefonunun yaddaşına qeyd edib oradan uzaqlaşdıqdan sonra həmin məlumatları özünə məxsus mobil telefonda «Birbank» mobil tətbiqinə daxil etməklə Zərərçəkmiş şəxs9 elektron məlumat daşıyıcısı hesab olunan bank kartı hesabında olan pul vəsaiti barədə məlumatlar əks olunan bölməsinə daxil olaraq 10 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs9 kartından 150 manat avans götürməklə, 11 fevral 2022-ci il tarixdə Bakı şəhərində yerləşən “Azercell NLT” mağazasından mobil telefonunun “NFC” ödəniş sistemindən istifadə edib 650 manat nağdsız ödəniş etməklə markası istintaqa məlum olmayan mobil telefonu, həmin gün Bakı şəhəri, Nizami rayonu, “Laçın Univermağı”nda yerləşən “Koçaq Gold” mağazasında 618 manat nağdsız ödəniş etməklə kişi boyunbağısını, 14 fevral 2022ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyası yaxınlığında yerləşən «Rodriqo» geyim mağazasında 16 manat nağdsız ödəniş etməklə kişi geyimini, 15 fevral 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən aptekdə 6 manat 10 qəpik nağdsız ödəniş etməklə dərman və həmin gün ünvan 3 ünvanında yerləşən «Texnomart Arçelik» mağazasında 719 manat nağdsız ödəniş etməklə məişət əşyası alıb ümumilikdə 2159 manat 10 qəpik məbləğində pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, 2022-ci ilin fevral ayının əvvəllərində Binəqədi rayonu, Mircəlal küçəsində “Favorit” marketin yanında yerləşən “Kapital Banka” məxsus bankomatın qarşısında dayanmış, həmin vaxt bankomatda bir nəfər pul çıxarmış, adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs1 isə həmin şəxsin arxasında əlində “Kapital Banka” məxsus bank kartını tutaraq dayanmışdır. O, növbədə dayanan Zərərçəkmiş şəxs1 əlində olan karta sonuncunun xəbəri olmadan boylanaraq baxıb 16 rəqəmli şifrəni öz mobil telefonuna yazaraq, həmin şəxs əlində olan kart ilə bankomatdan pul çıxarmaq üçün pin kodu yığdıqda, o, pin koduda yaddaşında saxlayaraq, mobil telefonuna yazmışdır. Bundan sonra o, kənara keçərək “Kapital Banka” məxsus bir kart mobil tətbiqini yükləyərək, oradan öz mobil nömrəsi ilə qeydiyyatdan keçərək, oğurladığı kartın 16 nömrəli hesabını və pin kodunu əlavə etmişdir. Sonra isə Nəsimi rayonu, Moskva prospektində yerləşən “Meyxoş” marketdən mobil telefonuna yüklədiyi bir kart mobil tətbiqi vasitəsi alış-veriş etmişdir. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə gündüz saatlarında Nəsimi rayonu, “Yeganə” şadlıq sarayının yaxınlığında yerləşən “Kapital Banka” məxsus bankomatın qarşısında dayanmış, həmin vaxt bankomatda bir nəfər pul çıxarmış, adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs2 isə həmin şəxsin arxasında əlində “Kapital Banka” məxsus bank kartını tutaraq dayanmışdır. O, növbədə dayanan Zərərçəkmiş şəxs2 əlində olan karta onun xəbəri olmadan boylanaraq baxıb 16 rəqəmli şifrəni öz mobil telefonuna yazmış, Zərərçəkmiş şəxs2 əlində olan kart ilə bankomatdan pul çıxarmaq üçün pin kodu yığdıqda, o, pin koduda yaddaşında saxlayaraq, mobil telefonuna yazmışdır. Bundan sonra o, kənara keçərək “Kapital Banka” məxsus bir kart mobil tətbiqini yükləyərək, oradan öz mobil nömrəsi ilə qeydiyyatdan keçərək, oğurladığı kartın 16 nömrəli hesabını və pin kodunu əlavə etmişdir. Sonra isə Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən müxtəlif mağazalardan blok ilə siqaret alaraq, ödənişini isə mobil telefonuna yüklədiyi “Birkart” mobil tətbiqi vasitəsi ilə edərək, əldə etdiyi siqaretləri Bakı şəhərində yerləşən müxtəlif köşklərə ucuz qiymətə sataraq nağd pul əldə etmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə gündüz saatlarında Bakı şəhəri, “Nizami” metrostansiyası yaxınlığında yerləşən "xxxx"a məxsus bankomatın qarşısında dayanmış, həmin vaxt bankomatda bir nəfər pul çıxarmış, adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs3 isə həmin şəxsin arxasında əlində “Kapital banka” məxsus bank kartını tutaraq dayanmışdır. O, növbədə dayanan Zərərçəkmiş şəxs3 əlində olan karta onun xəbəri olmadan boylanaraq baxıb 16 rəqəmli şifrəni öz mobil telefonuna yazaraq, həmin şəxs əlində olan kart ilə bankomatdan pul çıxarmaq üçün pin kodu yığdıqda, o, pin koduda yaddaşında saxlayaraq, mobil telefonuna yazmışdır. Bundan sonra, o, kənara keçərək "xxxx"a məxsus “Birkart” mobil tətbiqini yükləyərək, oradan öz mobil nömrəsi ilə qeydiyyatdan keçərək, oğurladığı kartın 16 nömrəli hesabını və pin kodunu əlavə etmişdir. Sonra isə Bakı şəhərində yerləşən müxtəlif mağazalardan blok ilə siqaret alaraq, ödənişini isə mobil telefonuna yüklədiyi “Birkart” mobil tətbiqi vasitəsi ilə edərək, əldə etdiyi siqaretləri Bakı şəhərində yerləşən müxtəlif köşklərə ucuz qiymətə sataraq nağd pul əldə elmişdir. Bunlardan başqa, təxminən xx.xx.2022-ci il tarixdə ünvanını xatırlamadığı yerdə "xxxx"a məxsus bankomatın qarşısında adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs4 məxsus "xxxx" bank kartının üzərində olan 16 rəqəmli hesab nömrəsini sonuncunun xəbəri olmadan boylanaraq baxıb öz mobil telefonuna yazaraq kart ilə bankomatdan pul çıxarmaq üçün pin kodu yığdıqda, o, pin koduda yaddaşında saxlayaraq, mobil telefonuna yazaraq, “Kapital Banka” məxsus “Birkart” mobil tətbiqini telefonuna yükləyərək, oradan öz mobil nömrəsi ilə qeydiyyatdan keçərək, oğurladığı kartın 16 nömrəli hesabını və pin kodunu əlavə etmişdir. Həmin vaxt kartda pul olmamışdır. Sonradan karta pul köçdükdən sonra isə Bakı şəhərində yerləşən müxtəlif mağazalardan blok ilə siqaret alaraq, ödənişini isə mobil telefonuna yüklədiyi “Birkart” mobil tətbiqi vasitəsi ilə edərək, əldə etdiyi siqaretləri Bakı şəhərində yerləşən müxtəlif köşklərə ucuz qiymətə sataraq nağd pul əldə etmişdir. İfadəsinin sonunda əməllərindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə, saat 20:30 radələrində ünvan 8 ünvanda yerləşən "xxxx"a məxsus bankomata gələrək oradan kartında olan təqaüd pulunu çıxarmaq istəmişdir. O, müəyyən məbləğdə pulu bankomatdan çıxartmış, lakin bank kartında olan pulu bankomatda olan problemə görə tam olaraq çıxara bilməmiş və balansda 879 manat pul qaldığını görmüşdür. Həmin gün bir neçə saatdan sonra o, yenidən kartından pul çıxarmaq üçün bankomata daxil etdikdə balansda 879 manat pulun olmadığını müəyyən etmişdir. Vəziyyətin belə olduğunu görüb, “Kapital Bankın” operatoru ilə əlaqə saxlamış, oradan ona məxsus "xxxx" kartını yoxlayaraq, balansında olan 879 manat pulun mobil tətbiq vasitəsilə onlayn yolla müxtəlif mağazalarda alış-verişə xərcləndiyini ona bildirmişlər. O, əvvəlcə deyilənlərə inanmamış, sonradan 879 manat pulunun oğurlanması barədə DİN-nin 102 xidmətinə zəng edərək 879 manat pulunun oğurlanması barədə məlumat vermiş, daha sonra, Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Sonradan onlayn yolla bank kartında pulun Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını öyrənmiş və həmin zərərdən 740 manat pul ona ödənilməmişdir. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmədiyindən ona qarşı şikayətçidir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Ona təyin olunmuş təqaüdü "xxxx"a məxsus kart vasitəsilə almışdır. xx.xx.2022-ci il tarixdə Səbail rayonu, ünvan 9 ünvanında alış-veriş edərkən kartda cəmi 38 manat pul qaldığını aşkar etmişdir. Bundan sonra, "xxxx"ın “Sahil” filialına yaxınlaşmış və orada bank tərəfindən verilmiş çıxarışda onun kart hesabından Nəsimi rayonu, 20 Yanvar küçəsi ərazisində yerləşən mağazalarda 763 manat məbləğində pulla alış veriş olunduğu müəyyən edilmişdir. Hadisə nəticəsində ona maddi ziyan dəydiyindən DİN-nin 102 xidmətinə zəng edərək "xxxx"a məxsus kartından pulunun oğurlanması barədə məlumat vermişdir. Sonra isə bankdan alınmış çıxarışla birlikdə Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Sonradan onlayn yolla bank kartında pulun Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını öyrənmiş və dəymiş zərər ona ödənilməmişdir. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməsə də, ona qarşı şikayətçi deyil. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə onun işlədiyi "xxxx" MMC-dən maaş kartı olan "xxxx"a aid bank hesabına 348.62 manat məvacib köçürülmüşdür. O, bank kartından pulu götürmək üçün bankomatın yanında olarkən Təqsirləndirilən şəxs onun arxa trərəfində olmuş, lakin o, kodlaşdırmanı səhv etdiyinə görə Təqsirləndirilən şəxs kömək istəmişdir. Təqsirləndirilən şəxs onun bank kartını bankomata yerləşdirdikdən sonra kartında pul vəsitinin olmadığını bildirmiş, o da, həqiqətən, kartında pul olmadığını düşünərək uzaqlaşmışdır. 18 mart 2022-ci il tarixdən etibarən o, kartında olan pulu çıxartmaq istəsə də, balansında pulun olmaması göstərildiyindən və həmin ərəfədə “Novruz bayramı” münasibətilə banklar işləmədiyindən o, bu barədə heç bir məlumat əldə edə bilməmişdir. xx.xx.2022-ci il tarixdə o, "xxxx"a müraciət edərkən ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə onun hesabına 348.62 manat məvacib köçürülmüş və həmin gündə qeyd olunan məbləğdə pul naməlum şəxs tərəfindən naməlum üsulla Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsində yerləşən “M” adlı marketdə 2 dəfə 56 manat və 3.7 manat olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən “Rahat” marketdə 1 dəfə 216.59 manat, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsində yerləşən “Araz” marketdə 2 dəfə olmaqla 35 manat və 37 manat alış-verişdə oğurlanaraq xərclənmişdir. Hadisə nəticəsində ona maddi ziyan dəydiyindən DİN-nin 102 xidmətinə zəng edərək "xxxx"a məxsus kartından pulunun oğurlanması barədə məlumat vermişdir. Sonra isə Nəsimi RPİ-nin 20-ci PB-nə ərizə ilə müraciət etmişdir. Sonradan onlayn yolla bank kartından pulun Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını öyrənmiş və dəymiş zərər ona ödənilməmişdir. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 2021-ci ilin təxminən aprel-may ayında əldə etdiyi bank kredit kartında 2700 manat pul olmuşdur. O, kartı təhvil alarkən kart ona açıq şəkildə təqdim olunmuşdur. Bundan sonra, kartı yaşayış ünvanına gətirib qoymuş və heç vaxt ondan istifadə etməmişdir. xx.xx.2021-ci il tarixdə həmin kartı Biləcəri qəsəbəsində yaşadığı ünvana qoymuş və həmin tarixdə yaşadığı ünvanda olan zaman "xxxx"dan ona zəng gəlmiş və banka borcu olduğu bildirilmişdir. O, kartdan istifadə etmədiyini bildirəndə bankdan ona müxtəlif vaxtlarda 2740 manat pul çıxarıldığı bildirilmişdir. Pulların çıxarılması ilə bağlı ona mesajlar gəlsə də, evində xəstə olduğu üçün həmin mesajlara baxa bilməmişdir. Bundan sonra banka müraciət etmişlər və bankdan ona pulların çıxarıldıqları ünvanları siyahı vasitəsilə təqdim etmişlər. Kartın onda olması barədə yalnız o və həyat yoldaşının məlumatı olmuşdur. Kartdan pul çıxarılması barədə ona mesajlar gəlmiş və borcu olduğu barədə ona zənglə məlumat verilmişdir. Oğurluq nəticəsində ona 2667 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. "xxxx"a məxsus kart hesabına hər ay 268 manat təqaüd köçürülmüş, o isə hər ay aldığı təqaüdü çıxarmayaraq kartda toplamaqla müalicəsi üçün pul yığmışdır. xx.xx.2022-ci il tarixdə qızı ilə birlikdə həkimə müraciət edərək, orada xidmət haqqını özünə məxsus kart vasitəsi ilə ödəniş etmək istədikdə ona həmin kartda pul olmaması bildirilmişdir. O, qızı ilə oradan dərhal "xxxx"ın Nəsimi filialına müraciət etmişdir. Kapital Bankdan ona məxsus kartdan xx.xx.2022-ci il tarixdə saat 08:59 radələrində onlayn yolla “Azərcell NLT”dən 650 manatlıq alış-veriş olunduğu, xx.xx.2022-ci il tarixdə saat 09:53 radələrində ona məxsus kartı vasitəsi ilə "xxxx"dan onlayn yolla 150 manat avans götürülməsi, həmin gün Nizami rayonu, “Laçın Univermağı”nda yerləşən “Koçaq gold” mağazasından 618 manatlıq qızıl zinət əşyaların onlayn yolla alınması, xx.xx.2022-ci il tarixdə saat 11:38 radələrində bank kartı vasitəsilə onlayn yolla Nəsimi rayonu, Memar Əcəmi metrostansiyası yaxınlığında yerləşən “Rodriqo” geyim mağazasından onlayn yolla 16 manatlıq alış-veriş olunduğu, xx.xx.2022-ci il tarixdə saat 11:29 radələrində bank kartı vasitəsilə onlayn yolla ünvan 10 ünvanında yerləşən Aptekdən 6,10 manat dəyərində alış-veriş olunduğu, xx.xx.2022-ci il tarixdə 10:54 radələrində bank kartı vasitəsilə onlayn yolla Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 24 ünvanında yerləşən “Texnomart Arçelik” mağazasından 719 manat dəyərində alış-verişlə pul oğurlanaraq xərclənməsi barədə məlumat verilmişdir. Hadisə nəticəsində ona maddi ziyan dəydiyindən DİN-nin 102 xidmətinə zəng edərək "xxxx"a məxsus kartından pulunun oğurlanması barədə məlumat vermişdir. Sonra isə Binəqədi RPİ-nin 6cı PB-nə ərizə ilə müraciət etmişdir. Sonradan onlayn yolla bank kartından pulun Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını öyrənmiş və dəymiş zərər ona ödənilməmişdir. Ona ümumilikdə 2159 manat maddi ziyan vurulmuşdur. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 2021-ci ilin may ayında balansında 1500 manat olan «Birkart» kredit kartı götürmüşdür. 08 sentyabr 2021ci il tarixdə həmin kartın hesabından pul çıxarmaq üçün Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən "xxxx" filialına getmişdir. Belə ki, onun həmin kartdan anlayışı olmadığı üçün oraya müraciət etmişdir. Lakin orada kartında pul yoxdur və hissə-hissə çıxarılmışdır. Bu barədə ona sms bildirişlər gəlsə də, mobil telefondan anlayışı olmadığı üçün bilməmişdir. Daha sonra şikayət ərizəsi ilə 6-cı polis bölməsinə müraciət etmişdir. Onda "xxxx"a aid kart olduğunu yalnız, həyat yoldaşı və Şahid6 bilmişdir. Ona məxsus kart hesabından Xırdalan şəhərində yerləşən «Lukoyl», Abşeron rayonu ərazisində yerləşən «Meta Oil», Bakı şəhərində yerləşən «Lukoyl» yanacaq doldurma məntəqələrində və Biləcəri qəsəbəsində yerləşən «Oba» marketdə alış-veriş edilərək pul vəsaitlərinin silinməsi barədə bankdan çıxarış əldə edərkən məlumatı olmuşdur. Həmin ünvanlarda olmamış və kim tərəfindən çıxarılmasını bilməmişdir. Sonradan onlayn yolla bank kartından pulun Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını öyrənmiş və dəymiş zərər ona ödənilməmişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməsə də, onu bağışlayır ona qarşı şikayətçi deyil. Məhkəmədə iş üzrə Zərərçəkmiş şəxs5 nümayəndəsi X5 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Zərərçəkmiş şəxs5 həyat yoldaşının müalicəsi üçün “Birkart” kredit kartı götürmüşdür. Maaş kartının vaxtı bitdiyinə görə Ağdam rayonunda yerləşən "xxxx" ASC-nin Ağdam rayon filialına yaxınlaşmış, oradan maaş kartı ilə birlikdə içərisində 4600 manat olan Birkart kartı almışdır. Həmin Birkart kartını yaşadığı evə qoymuş və kartdan oğurluq olana kimi istifadə edilməmişdir. Kart Zərərçəkmiş şəxs5 həyat yoldaşının mobil nömrəsinə bağlı olmuş və kartdan pul çıxarıldıqda həmin nömrəyə SMS gəlmiş, lakin Zərərçəkmiş şəxs5 həyat yoldaşı xəstə olduğu üçün buna baxmamış, yəni kartdan pul çıxarılan zaman məlumatsız olmuşlar. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 həyat yoldaşı ona kartından pul çıxarılması ilə bağlı SMS gəldiyini bildirdikdə, həmin SMS mətnini ona göndərmiş, o da SMS-ə baxıb kartdan pul oğurlandığını bildirmişdir. Buna görə də, "xxxx" ASC-nin Ağdam filialına yaxınlaşdıqda bankdan oğurluq olmasını bildirmişlər və müvafiq çıxarış vermişlər. O da kartından oğurluq olması ilə bağlı polis şöbəsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs5 həyat yoldaşının telefonuna gələn SMSlərdən müəyyən olunmuşdur ki, ona ümumilikdə 4079 manat maddi ziyan dəymişdir. Sonradan onlayn yolla bank kartından pulun Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını öyrənmiş və dəymiş zərər ödənilməmişdir. Hal-hazırda dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, sosial yardım kimi dövlət tərəfindən hər ay müəyyən məbləğdə yardım almış və həmin yardımı "xxxx" tərəfindən verilmiş kart vasitəsi ilə əldə etmişdir. xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu, Mircəlal küçəsində yerləşən “Favorit” marketin çıxışında yerləşən bankomatdan "xxxx" kartına hər ay köçürülmüş yardımı çıxarmaq üçün kartı bankomata daxil etdikdə, onun hesabında 1 manat pulun olduğunu görmüşdür. Bundan sonra kartına niyə 1 manat pul köçürüldüyünü aydınlaşdırmaq üçün Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən "xxxx"ın filialına yaxınlaşmışdır. Oradan ona məxsus bank kartından çıxarış təqdim edilərkən, ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə ona məxsus karta 268 manat pul köçmüşdür, bundan əlavə, "xxxx" kartı vasitəsi ilə əməliyyat olunaraq, 150 manat avans "xxxx"dan ona məxsus kartına yüklənərək, ümumilikdə balansında olan 417 manat 40 qəpik pulun mobil tətbiq vasitəsilə onlayn yolla müxtəlif mağazalarda alış-verişə xərclənmişdir. Hadisə nəticəsində ona maddi ziyan dəydiyindən DİN-nin 102 xidmətinə zəng edərək "xxxx"a məxsus kartından pulunun oğurlanması barədə məlumat vermişdir. Sonra isə Nəsimi RPİ-nin 20-ci PB-nə ərizə ilə müraciət etmişdir. Sonradan onlayn yolla bank kartından pulun Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını öyrənmiş və dəymiş zərər ona ödənilməmişdir. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Məhkəmədə iş üzrə şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olarkən müştəri qismində tanımış, lakin zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, etibarnamə ilə idarə etdiyi avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olarkən, işlədiyi taksi şirkətindən sifariş qəbul etmiş və saat təxminən 21:00 radələrində həmin tanımadığı müştərini Biləcəri qəsəbəsi, 300 nömrəli orta məktəbin yanına gətirmişdir. Həmin ünvanda təxminən 5 dəqiqə sifariş gözləyərkən həmin müştəri yenidən ona yaxınlaşmış və onu Bakı-Sumqayıt yolunda yerləşən “Socar” yanacaqdoldurma məntəqəsinə aparmağını xahiş etmişdir. O, həmin şəxsin bu xahişini qəbul etmiş və ünvana getmişlər. Həmin sərnişin ona avtomobili Abşeron rayonunda yerləşən “Qafqaz Universiteti”nin yanında yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinə sürməyini bildirmişdir. Onlar yolda olan zaman söhbət əsnasında həmin şəxs anasının xəstə olduğunu bildirib özünə məxsus kartın telefondakı şəkili vasitəsilə vəsait nağdlaşdırmaq istədiyini bildirmişdir. Onlar Bakı-Sumqayıt yolunda yerləşən “Meta-Oil” qaz yanacaqdoldurma məntəqəsinə gəlmişlər. Həmin sərnişin avtomobildən düşərək yanacaqdoldurma məntəqəsinin işçilərinə yaxınlaşmışdır. Onların arasında nə söhbət aparılmasını eşitməmişdir. Bir neçə dəqiqə sonra həmin müştəri avtomobilə əyləşmiş və sonda onu Şamaxinka adlanan ərazidə avtomobilindən düşürmüşdür. Bundan sonra həmin şəxsin hara getdiyi barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə iş üzrə şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs7 onun həyat yoldaşıdır, lakin, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Həyat yoldaşı Zərərçəkmiş şəxs7 2021-ci ilin may ayında "xxxx"dan 2000 manat məbləğdə nağd pul krediti götürmüşdür. Kredit götürən zaman həyat yoldaşına əlavə olaraq balansında 1500 manat pul olan «Birkart» kredit kartı təklif edilmiş, onlar da razılaşmışlar və 2000 manat nağd pul ilə birlikdə balansında 1500 manat olan «Birkart» kredit kartı götürmüşlər. Həmin kart və kredit həyat yoldaşı Rəsmiyənin adına rəsmiləşmişdir. 08 sentyabr 2021-ci il tarixdə həmin kartın hesabından pul çıxarmaq üçün Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən «Kapitaİ» bank filialına getmişlər. Belə ki, onların həmin kartdan anlayışları olmadığı üçün oraya müraciət etmişlər ki, pulun çıxarılmasında onlara köməklik olunsun. Lakin orada kartda pulun olmaması və hissəhissə pulun çıxarılması bildirilmişdir. Bu barədə həyat yoldaşına sms bildirişlər gəlsə də, mobil telefondan anlayışı olmadığı üçün bilməmişdir. Daha sonra şikayət ərizəsi ilə 6-cı polis bölməsinə müraciət etmişlər. Həyat yoldaşı Zərərçəkmiş şəxs7 məxsus kart hesabından Xırdalan şəhərində yerləşən «Lukoyl», Abşeron rayonu ərazisində yerləşən «Meta Oil», Bakı şəhərində yerləşən «Lukoyl» yanacaq doldurma məntəqələrində və Biləcəri qəsəbəsində yerləşən «Oba» marketdə alış-veriş edilərək pul vəsaitləri silinməsi barədə bankdan çıxarış əldə edərkən məlumatı olmuşdur. Məhkəmədə iş üzrə şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs7 tanısa da, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Binəqədi rayon Mərkəzi Kommunal Təsərrüfat Birliyində Zərərçəkmiş şəxs7 ilə birlikdə işləmişlər və əvvəllər münasibətləri yaxşı olmuşdur. Sonradan onların arasında olan münasibət yaxşı olmasa da, 2021-ci ilin sentyabr ayında Rəsmiyə ona zəng vuraraq bildirmişdir ki, ona məxsus kartın hesabından 1500 manat pul oğurlanmış, lakin hansı şəraitdə və kim tərəfindən oğurlanmasını bilmir. Rəsmiyənin kartının olması barədə heç bir məlumatı olmamışdır. O, Zərərçəkmiş şəxs7 ondan şübhələnməsinə görə polisə müraciət etməsini istəmiş, lakin Zərərçəkmiş şəxs7 həmin vaxt polisə müraciət etməmişdir. Şahidlər Şahid8 və Şahid7 xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmədə iştirak edə bilməyəcəklərini, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiklərini bildirmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən şahidlər Şahid8 və Şahid7 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan 20 iyun 2022-ci il tarixli “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi 20 iyun 2022-ci il tarixdə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Ağabala Cəfərov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə başlanmışdır (cild 1, i/v 1). İş materiallarında olan 19 mart 2022-ci il tarixli “Cinayət işi başlama və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi 19 mart 2022-ci il tarixdə Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi Zəfər Cəlilov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə başlanmışdır (cild 1, i/v 184). İş materiallarında olan 12 yanvar 2022-ci il tarixli “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi 12 yanvar 2022-ci il tarixdə Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Ramil Qabulov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə başlanmışdır (cild 2, i/v 40). İş materiallarında olan 29 oktyabr 2021-ci il tarixli “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi 29 oktyabr 2021-ci il tarixdə Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Ramil Qabulov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə başlanmışdır (cild 2, i/v 148). İş materiallarında olan 12 may 2022-ci il tarixli “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi 12 may 2022-ci il tarixdə Goranboy RPŞ-nin İB-nin müstəntiqi Zülfüqar Arif tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə başlanmışdır (cild 3, i/v 63). İş materiallarında olan 02 aprel 2022-ci il tarixli “Cinayət işi başlamaq və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi 02 aprel 2022-ci il tarixdə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Ağabala Cəfərov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə başlanmışdır (cild 1, i/v 265). İş materiallarında olan 29 iyun 2022-ci il tarixli “Materialın cinayət işinə birləşdirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs9 ərziəsi əsasında toplanmış 1/317 nömrəli araşdırma materialı istintaqı aparılması üçün ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaqı ********* nömrəsi altında davam etdirilmişdir (cild 3, i/v 13). İş materiallarında olan 25 iyun 2022-ci il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi və bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, 25 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair istintaqı aparılmış ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrə altında davam etdirilməklə iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir (cild 1, i/v 40). İş materiallarında olan 27 may 2022-ci il tarixli “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, 27 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaqı aparılmış ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrə altında davam etdirilmişdir (cild 1, i/v 182). İş materiallarında olan 25 iyun 2022-ci il tarixli “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, 25 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaqı aparılmış ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrə altında davam etdirilmişdir (cild 2, i/v 147). İş materiallarında olan 25 iyun 2022-ci il tarixli “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, 25 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaqı aparılmış ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrə altında davam etdirilmişdir (cild 2, i/v 39). İş materiallarında olan 02 aprel 2022-ci il tarixli “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi 02 aprel 2022-ci il tarixdə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Ağabala Cəfərov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə başlanmışdır (cild 1, i/v 42). İş materiallarında olan 26 iyul 2022-ci il tarixli “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, 26 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaqı aparılmış ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrə altında davam etdirilmişdir (cild 3, i/v 61). İş materiallarında olan 25 fevral 2022-ci il tarixli “Video görüntülərin qeydə alındığı məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokola əsasən Zərərçəkmiş şəxs2 təqdim etdiyi diskə baxış zamanı müəyyən edilmişdir ki, ünvan 12 ünvanda yerləşən «Star Market» adlı mağazada qara rəngdə geyimi olan, üzü maskalı bir nəfər şəxsin mobil telefon vasitəsilə onlayn qaydada alış-veriş etməsi müşahidə edilmişdir (cild 1, i/v 51). İş materiallarında olan 22 mart 2022-ci il tarixli “Video görüntüyə baxış keçirilməsi haqqında” protokola əsasən Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış material üzrə hadisə yerinə baxış zamanı müşahidə kameralarından götürülmüş videogörüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, bir nəfər şəxs ünvan 13 ünvanında yerləşən «Baqqal» marketdə əvvəlcə 5-10 dəqiqə marketdə gəzişdikdən sonra xeyli miqdarda tütün məmulatlarını sifariş edərək kassada ödənişi mobil telefonuna yüklədiyi proqram vasitəsilə edərək dərhal mağazadan uzaqlaşır (cild 1, i/v 66). İş materiallarında olan 30 mart 2022-ci il tarixli “Video görüntülərin qeydə alındığı məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokola əsasən Zərərçəkmiş şəxs4 müraciəti əsasında toplanmış material üzrə hadisə yerinə baxış zamanı müşahidə kameralarından götürülmüş videogörüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, bir nəfər təxminən 25-30 yaşlarında, orta bədən quruluşuna malik, əynində qara rəngli gödəkcə, mavi rəngli cins şalvar və üzündə tibbi maska olan oğlan Zərərçəkmiş şəxs4 məxsus bank kartı hesabından informasiya texnologiyasından istifadə etməklə alış-veriş etmişdir (cild 1, i/v 88). İş materiallarında olan 28 iyun 2022-ci il tarixli qəbzdən görünür ki, X3 ********* nömrəli cinayət işi üzrə Səbinə Allahverdiyeva tərəfindən 100 manat pul ödənilmişdir (cild 3, 11). İş materiallarında olan 28 iyun 2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə Səbinə Allahverdiyeva tərəfindən 100 manat pul ödənilmişdir (cild 3, 11). İş materiallarında olan 19 iyul 2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə Səbinə Allahverdiyeva tərəfindən 50 manat pul ödənilmişdir (cild 3, 197). İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-187/2022 saylı qərarı ilə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 29 iyun 2022-ci il tarixli, 4(006)-344/2022 saylı qərarına əsasən onun barəsində seçilmiş həbs qətimkan tədbiri 25 avqust 2022-ci il tarixədək uzadılmış, həmin Məhkəmənin 18 avqust 2022-ci il tarixli, 4(006)-421/2022 saylı qərarına əsasən onun barəsində seçilmiş həbs qətimkan tədbiri 02 sentyabr 2022-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 4(006)- 442/2022 saylı qərarına əsasən onun barəsində seçilmiş həbs qətimkan tədbiri 20 sentyabr 2022-ci il tarixədək uzadılmışdır. (cild 1, i/v 134, 175-177, cild 3, 8-10, 234-238, cild 4, 1-7). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 1(004)-130/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad olunmuşdur (cild 2, 265-266, cild 3, i/v 185- 193). İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 yanvar 2021-ci il təvəllüdlü X4 ad və soyadlı bir azyaşlı uşağı vardır (cild 1, i/v 166). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın qismən ödənilməsi və himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 02 aprel 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-430/2022 saylı, 30 sentyabr 2022-ci il tarixli qərara əsasən 03 oktyabr 2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-430/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-430/2022
08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver