Məhkəmə qərarları › İş №1(006)-430/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-430/2024

25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-430/2024 25.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1983-cü ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Cəlilabad rayonu, Dələli kəndində pasport qeydiyyatında olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-in) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, xx.xx.2024-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədilə xeyli miqdarda, təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən 1 konvalyutda 2 həb metadon narkotik vasitəsini əldə etmiş, sağ ayağına geyindiyi corabın içərisində gizlədib saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat idarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 5 radələrində Bakı şəhəri, Nəsimi rayonu X9 Əliyev küçəsi ilə Azər Əliyev küçəsinin kəsişməsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində “Kia Rio” markalı, 50ED267 dövlət qeydiyyat nişanlı minik avtomobilində sərnişin qismində gedərkən saxlanılaraq Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 23L ünvanında yerləşən Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində sağ ayağına geyindiyi corabın içərisində xeyli miqdarda üzərində “Methadone40” göstəricisi olan bir ədəd konvalyutda ümumilkdə 2 ədəd qəhvəyi rəngli, dairəvi formalı həbdə metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dövlət ittihamçısı X2 yazılı vəsatət verərək, məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, həmçinin ibtidai istintaqı aparan müstəntiq barəsində xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, cinayət işi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ƏİBİ-nin İstintaq İdarəsinin rəisi, gömrük xidməti polkovniki X4 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə, xx.xx.2024-cü il tarixdə - başlanılmış, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara ittiham elan edilmiş və barələsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə cinayət işi istintaq aidiyyəti üzrə Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, xx.xx.2024-cü il tarixdə ittiham aktı Yasamal rayon prokuroru tərəfindən təsdiq edilərək cinayət işi baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə məhkəmənin hazırlıq iclası keçirilmiş, cinayət işi məhkəmə baxışına təyin edilməklə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə məhkəməyə verilmişdir. Elan edilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədilə xeyli miqdarda, təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən 1 konvalyutda 2 həb metadon narkotik vasitəsini əldə etmiş, sağ ayağına geyindiyi corabın içərisində gizlədib saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat idarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 05 radələrində Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi ilə Azər Əliyev küçəsinin kəsişməsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində “Kia Rio” markalı, 50ED267 dövlət qeydiyyat nişanlı minik avtomobilində sərnişin qismində gedərkən saxlanılaraq Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 23L ünvanında yerləşən Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində sağ ayağına geyindiyi corabın içərisində xeyli miqdarda üzərində “Methadone40” göstəricisi olan bir ədəd konvalyutda ümumilkdə 2 ədəd qəhvəyi rəngli, dairəvi formalı həbdə metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli qərarı ilə cinayət işinin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli qərarı ilə cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olması əsas gətirilməklə cinayət işi məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul etmişdir. Cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CPM-in 303.3.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 18 mart 2024-cü il tarixli protokoldan Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, İnqilab prospektində tutulması görünür. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 18 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq İdarəsinin inzibati binasında (Yasamal rayonu ərazisində) aparılmışdır. Təqsirləndirilən şəxsə istinad edilən CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş əməl uzanan cinayətdir. Həmin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlər (əldə etməsi, üzərində saxlaması və daşıması) əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində (Nəsimi rayonu ərazisində) başa çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən istinad olunan əməl Bakı şəhərinin Nəsimi rayonu ərazisində törədilmişdir. Azərbaycan Respublikası CPM-nin 216.1-ci maddəsinə əsasən ibtidai araşdırma cinayətin törədildiyi yer üzrə (inzibati ərazi vahidi üzrə) aparılır. Beləliklə müstəntiq tərəfindən Azərbaycan Respublikası CPM-in 303.3.3-cü maddəsinin tələbləri pozulmuşdur. Yuxarıda şərh olunanlara əsasən ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı zamanı qeyd edilən kobud qanun pozuntu məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından, onun baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs aparılmış istintaqdan narazı olduğunu bildirərək, cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili X7 cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. ********* saylı cinayət işinin materiallarında olan: cinayət işinin icraata qəbul edilməsi haqqında 18 mart 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir (i.v. 2); Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ƏİBİ-nin İstintaq İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X5 tərəfindən “şübhəli şəxsin tutulması haqqında 18 mart 2024-cü il tarixli” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 06:10 radələrində tutulmuşdur.v. 22); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 19 mart 024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 81-82); Bakı şəhəri Yasaml Rayon Məhkəməsinin 4(004)-265/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 mart 2024-cü il tarixdən hesablanmışdır (i.v. 99-101); Yasamal RPİ-nin istintaq şöbəsinin polis mayoru X6 tərəfindən qəbul edilmiş cinayət işinin icraata qəbul edilməsi haqqında 06 aprel 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə başlanılmış ********* saylı cinayət işi icraata qəbul edilmişdir. (i.v. 113); Yasamal RPİ-nin istintaq şöbəsinin polis mayoru X6 tərəfindən qəbul edilmiş cinayət işinin icraata qəbul edilməsi haqqında 11 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə başlanılmış ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir.(i.v. 237); Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-415/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək və hazırlıq iclasının yekun qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-415/2024 saylı, 04 iyul 2024-cü il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə məhkəmə verilmiş, məhkəmə baxış iclası 11 iyul 2024-cü il tarixə təyin olunmuş və təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-415/2024 saylı, 06 avqust 2024-cü il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-430/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, məhkəmələr arasında yaranmış fikri ayrılığının həll edilməsi üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(006)- 430/2024 saylı cinayət işi Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2140/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. 74.4-cü maddəsinə əsasən cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. 213.4-cü maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatı istintaq aidiyyəti qaydasında almış təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində bu Məcəllənin 207, 209 və 210-cu maddələrində nəzərdə tutulmuş tədbirlər görməlidir. 216.1-ci maddəsinə əsasən ibtidai araşdırma cinayətin törədildiyi yer üzrə (inzibati ərazi vahidi üzrə) aparılır. 216.2-ci maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraatın hərtərəfli, tam, obyektiv və vaxtında aparılmasını təmin etmək məqsədi ilə ibtidai araşdırma Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində həmçinin Naxçıvan Muxtar Respublikası prokurorunun qərarı əsasında cinayətin aşkar olunduğu, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə şahidlərin əksəriyyətinin olduğu yer üzrə də aparıla bilər. Məhkəmə tərəfindən tərtib olunmuş cinayət işinin materialları araşdırılarkən müəyyən olmuşdur ki, Yasamal RPİ-nin istintaq şöbəsinin polis mayoru X6 tərəfindən başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmış ********* saylı cinayət işinin məhkəməyədək icraatı zamanı cinayət prosessual qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasına yol verilmişdir. Belə ki, iş materiallarında olan 18 mart 2024-cü il tarixli protokoldan Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, İnqilab prospektində tutulması görünür. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 18 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq İdarəsinin inzibati binasında (Yasamal rayonu ərazisində) aparılmışdır. Təqsirləndirilən şəxsə istinad edilən CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş əməl uzanan cinayətdir. Həmin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlər (əldə etməsi, üzərində saxlaması və daşıması) əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində (Nəsimi rayonu ərazisində) başa çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən istinad olunan əməl Bakı şəhərinin Nəsimi rayonu ərazisində törədilmişdir. Yuxarıda qeyd olunan ittiham aktının məzmunundan və cinayət işinin materiallarından məlum olduğu kimi Təqsirləndirilən şəxs tərəfindən sonuncu cinayət əməlinin Bakı şəhəri, Nəsimi rayonu ərazisində törədilməsinə baxmayaraq ibtidai araşdırma cinayətin törədildiyi yer üzrə aparılmamış, müstəntiq tərəfindən cinayət işi ibtidai istintaqın aparılması üçün istintaq aidiyyəti üzrə Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilməmiş və cinayət prosessual qanunvericiliyinin müddəaları pozulmaqla aparılmış məhkəməyədək icraatın nəticəsində tərtib edilmiş ittiham aktı ilə birlikdə cinayət işi məhkəməyə göndərilmişdir. Həmçinin, məhkəmə nəzərə çatdırmalıdır ki, ibtidai araşdırma Azərbaycan Respublikası Baş prokurorunun qərarı əsasında cinayətin aşkar olunduğu, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə şahidlərin əksəriyyətinin olduğu yer üzrə də aparıla bilərdi, lakin cinayət işinin materiallarında ibtidai araşdırmanın məhz Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən aparılmasına dair Azərbaycan Respublikası Baş prokurorunun qərarına rast gəlinməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 303.1-ci maddəsinə əsasən Məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.3-cü maddəsinə əsasən məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə verilmiş vəsatəti, proses iştirakçılarını dinləyərək və cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, məhkəməyədək icraat zamanı CPM-nin 303.3.3-cü maddəsində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən dövlət ittihamçısının və vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokuroruna qaytarılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbirinin müddəti 01 (bir) ay müddətinə uzadılmalıdır. Bundan başqa məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 300, 303-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri 01 (bir) ay müddətinə uzadılsın. Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesinin iştirakçılarına göndərilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar