Məhkəmə qərarları › İş №1(006)-430/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-430/2025

07.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-430/2025 07.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxıamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0.742 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 09 yanvar 2025-ci il tarixdə saat 11:30-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın cibindən 01 büküındə təmiz çəkisi 0,742 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək, lakin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, narkotik vasitədən istifadə edir. O, əvvəllər məhkum olunmuşdur. 08 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3cü mikrorayon ərazisində yerləşən hostelə daxil olmuş, orada ona qalmaq üçün otaq verilmişdir. Həmin otaqda 4 nəfər olmuşlar. Gecə hosteldə qalmış, səhər saat 09:30 radələrində qaldığı otağa əvvəllər tanıdığı Rüstəm adlı polis əməkdaşı daxil olmuşdur. Rüstəm onu və hosteldə onunla eyni otaqda qalan Azad Cəfəzadəni 19-cu Polis Şöbəsinə dəvət etmişdir. O, Rüstəmdən bunun səbəbini soruşduqda isə, Rüstəm bildirmişdir ki, onunla işi var. O, Rüstəmdən xahiş etmişdir ki, yerində onun üzərinə axtarış keçirsin, lakin sonuncu onunla razılaşmayaraq buna ehtiyac olmadığını bildirmişdir. O, Rüstəm ilə razılaşmış, Rüstəm onu və otaq yoldaşı X10 Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə aparmışdır. Orada Rüstəm onu öz otağına aparmışdır. Orada onun üzərinə baxış keçirilmiş, üzərində kartları, sürücülük vəsiqəsi və mobil telefonu olmuşdur. Polis əməkdaşları ona bank kartı barədə sorğu-sual etmiş, o bank kartının bütün məlumatlarını yanlış demişdir. Bundan sonra Rüstəm ona bir büküm narkotik vasitə təqdim edərək, videoçəkilişdə həmin narkotik vasitənin ona məxsus olması barədə etirafedici ifadə verməsini, narahat olmamasını, inzibati ilə məhkəməyə veriləcəyini bildirmişdir. O, Rüstəmə bildirmişdir ki, 3 aydır ki, cəzaçəkmə müəssisəsindən çıxmışdır, əgər yenidən barəsində cinayət işi olarsa, residiv sayılacaqdır. Rüstəm adlı polis əməkdaşı isə ona narahat olmamasını bildirmişdir. Polis əməkdaşları ona bildirmişdir ki, əgər həmin narkotik vasitənin ona məxsus olması barədə etirafedici ifadə verməsə, onu külli miqdarda narkotik vasitə ilə yekləyəcəklər. Buna görə də o, məcbur olaraq Rüstəm adlı polis əməkdaşının təqdim etdiyi narkotik vasitəni cibinə qoymuş və təhqiqatçının otağında aparılmış videoçəkilişdə həmin narkotik vasitəni cibindən çıxararaq ona məxsus olması barədə etirafedici ifadə vermişdir. Ona fiziki olaraq hər hansı zor tətbiq edilməsə də, mənəvi olaraq ona təzyiq edilmişdir. Həmin narkotik vasitə ona məxsus olmamışdır. O, əvvəllər narkotik vasitədən istifadə etsə də, lakin tuutlan zaman üzərində narkotik vasitə olmamış, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Sonda Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkum edilmiş və 06 yanvar 2025-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Həmin gün 3-cü mikrorayon ərazisinə gedərək, qalmaq üçün hosteldə otaq tutmuşdur. Həmin otaqda dörd nəfər olmuşlar. Onlardan biri də Təqsirləndirilən şəxs olmuşdur. 09 yanvar 2025-ci il tarixdə, səhər saatlarında hosteldə otağında o və Təqsirləndirilən şəxs olmuş, bu zaman üç nəfər polis əməkdaşı otağa daxil olaraq, onu və Təqsirləndirilən şəxs adlı otaq yoldaşını sorğu-sual etmişlər. Həmin vaxt polis əməkdaşları Təqsirləndirilən şəxs tanımış, sonuncu isə polis əməkdaşlarına bildirmişdir ki, onu tanıyırlar və xahiş etmişdir ki, onu yükləməsinlər. Rüstəm adlı polis əməkdaşı Raminə bildirmişdir ki, narahatçılıq üçün əsas yoxdur. Polis əməkdaşları onları 19-cu Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində olan zaman onları Rüstəm adlı polis əməkdaşının otağına aparmışlar və orada polis əməkdaşları ona psixotrop maddə metamfetamin, Raminə isə narkotik vasitə heroin təqdim edərək həmin psixotrop maddənn və narkotik vasitənin onlara məxsus olması barədə etirafedici ifadə vermələrini tələb etmişlər. Polis əməkdaşları ona və Təqsirləndirilən şəxs qarşı hədə-qorxu gələrək onları külli miqdarda narkotik vasitə satan olaraq rəsmiləşdiriləcəyi bildirmişlər. Buna görə də, onlar məcbur qalaraq polis əməkdaşlarının təqdim etdikləri psixotrop maddənin və narkotik vasitənin onlara məxsus olması barədə etirafedici ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Nəsimi rayonu ərazisində “Ramin" adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etibarlı və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə 09 yanvar 2025-ci il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-də əməliyyat qrupu yaradılmış, özü və qrupun digər iştirakçısı Şahid2 tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.1979-cu ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan. ünvan 5 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan X5 adlı şəxsi 09 yanvar 2025-ci il tarixdə saat 11:30 raddələrində ünvan 6 ünvanının qarşısında saxlayaraq 11:55 raddələrində Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs 19-cu Polis Şöbəsinə gətirdikdən sonra şöbəyə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salmış, daha sonra narkotik vasitə saxlaması və ya qəbul etməsində şübhəli olması ehtimal edildiyindən onun üstünə şəxsi axtarış keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmiş və həmin raportun icrası Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Elxan Qasımova həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Elxan Qasımovun xidməti iş otağına aparmışlar. Təqsirləndirilən şəxs hüquqlarım müdafiə etmək üçün vəkil dəvət edilmiş, üzərinə şəxsi axtarış aparılacağı ona bildirilmiş, vəkilin və onun öz istəyi ilə şəxsi axtarışda vəkil də iştirak etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, həmin şəxsi axtarışda özü də iştirak etmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə o, əynindəki tünd göy rəngli cins şalvarın yan cibindən bır ədəd gümüşü rəngdə olan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli bükümün içərisinə baxış keçirildikdə ağ rəngli, tozşəkilli narkotik vasitə heroine bənzər kütlə aşkar edilərək ekspertiza tədqiqatına təqdim etmək üçün qablaşdınlaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu, onu harada və kimdən aldığı soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə olan Kakos kimi tanıdığı heroin olduğunu, onu xx.xx.2025-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda Papanin adlanan ərazidən tanımadığı şəxsdən, şəxsi istifadəsi məqsədi ilə 10 manat müqabilində aldığını bildirdi. Bundan əlavə X12 ona verilən suallara cavab olaraq ifadəsində, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə saat 11:30 raddələrində ünvan 6 ünvanın qarşısında saxlayaraq Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə gətirdiklərini. Təqsirləndirilən şəxs ifadəsində həmin narkotik vasitəni Nəsimi rayonunda Papanin adlanan ərazidən 09 01.2025- ci il tarixdə tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirdiyini, lakin həmin şəxsin şəxsiyyətini müəyyən etməyin mümkün olmadığını, Təqsirləndirilən şəxs psixotrop maddələrin və ya narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatlarının olduğunu, həmin şəxsin özünün istifadə etməsindən əlavə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul clduğunu. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması faktının öz təsdiqini tapdığını, lakin həmin narkotik vasitə və psixotrop maddələri əldə etdiyi mənbəni və satdığı şəxsləri müəyyən etməyin mümkün olmadığım, bu istiqmətində tərəflərindən əməliyyat-axtarış tədbirlərinin davam etdirilirdiyini və nəticə barədə istintaqa əlavə məlumat veriləcəyini, Təqsirləndirilən şəxs çox güman ki, özünü müdafiə etmək və barəsində həbs qətimkan tədbirinin seçilməməsi üçün bu cür yalan ifadələr işlətdiyini, özü və şöbənin baş əməliyyat müvəkkili Şahid2 həmin şəxsi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün xx.xx.2025-ci il tarixdə ünvan 8 ünvanının qarşısında təkbaşına saxlayaraq 19-cu Pş-yə gətirdiklərini və orada təhqiqatçı onların və müdafiəçisinin iştirakı ilə çəkiliş apanlmaqla həmin şəxsə üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmet varsa çıxarıb təqdim etməsin təklif etdikdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd gümüşü bükümü çıxarıb təqdim etdiyini, həmin bükümdə nə olduğu soruşulduqda bükümün içərisində narkotik vasitə olan Kakos yəni heroin olduğunu, həmin narkotik vasitəni Nəsimi rayonunda Papanin adlanan ərazidən şəxsi istifadəsi üçün aldığını və özünə məxsus olmasım bildirdiyini, həmin vaxt və ya ondan əvvəl Təqsirləndirilən şəxs heç bir formada təzyiq göstərilmədiyini, Təqsirləndirilən şəxs öz əməlini etiraf edərək özünü təqsirli bildiyini bildirdiyini və saxlanılan zaman və şöbəyə gətirilərkən həmin şəxsin yanında nə Azad adlı şəxs, nə də başqa hər hansı bir şəxsin olmadığım, çəkiliş aparılanadək həmin şəxsin üzərinin yoxlanmadığım və çəkiliş zamanı Təqsirləndirilən şəxs özünün cibindən narkotik vasitəni çıxararaq təqdim etdiyini, ona görə Təqsirləndirilən şəxs Azad adlı şəxlə oteldə saxlanması, özünün narkotik vasitə, Azad adlı şəxsin isə psixotrop maddə metamfetaminlə yüklənməsi barədə dediklərinin hər birinin yalan oldqğunu və heç birinin həqiqəti əks etdirmədiyini, həmçinin Təqsirləndirilən şəxs qeyd etdiyi ünvanda saxlayaraq üzərinə baxış keçirmədən birbaşa polis şöbəsinə gətirdikləri üçün onun üzərində olan mobil telefona fikir vermədiklərindən həmin mobil telefonun Təqsirləndirilən şəxs şöbəyə gətirdikləri avtomobildə sürücü oturacağının arxa tərəfdən alt hissəsinə düşərək qaldığım və 2 gün sonra Təqsirləndirilən şəxs məxsus Smasung Galaxy A 32 markalı mobil telefonu onu şöbəyə gətirdikləri Nissar Sunny markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobildən oturacağın alt hissəsindən taparaq istintaqa təqdim etdiklərini, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəl’ bilinərək tərəflərindən saxlanılması ilə bağlı, həmin şəxsin barəsində təqsirləndirilən şəxs qismində cəld edilərək istintaq edilən cinayət işində tərtib edilmiş ilkin sənədlərdən də aydın olduğu kimi həmin əməliyyat tədbirinin keçirilməsində, yəni Təqsirləndirilən şəxs 09 01.2025-cı il tarixdə saat 11:30 radələrində Alı Mustafayev küçəsi 43 ünvanında saxlan İması və 19-cu Pş-nə gətirilməsi zamanı özü və şöbənin baş əməliyyat müvəkkili Şahid2 Şəmsəddın oğlundan başqa heç bir polis əməkdaşının iştirak etmədiyi, ona qarşı heç bir zor. təzyiq göstərilmədiyini, bu faktı özü və baxışda iştirak edən digər şəxslərin də təsdiq edə biləcəklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 və əlavə şahid qismində dindirilən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili X3 şahid X7 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 09 yanvar 2025-ci il tarixli qərardan görünür ki, toplanmış fakt üzrə Azərbaycan Respubikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 01); “şübhəli şəxsin tutulması haqqında” 09 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2025-ci il tarixdə CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 09 yanvar 2025-ci il tarixdən, saat 11:30-dan tutulmuş hesab edilmişdir (i.v. 29-30); “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 09 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman onun əynində olan şalvarının cibindən gümüşü rəngli kağız bükümdə ağ rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün boş zərfə qoyulub DiN-in 187 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (i.v. 47-49); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 yanvar 2025-ci il tarixli, 6/86 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün № 187" darəvı möhür əksləri olan,“ İştirakçılar: 1) Təqsirləndirilən şəxs ‘imza"; 2) Hüseynov İmran “imza"; 3) Şahid1 “imza”; 4) Şahid2 "imza" Tərtib etdi: ‘‘imza’; E.Qasımov yazıları qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,742 qram olan maddə kustar usulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,742 qram olmaqla ekspertiza tədqiqatına 0,050 qram sərf edildikdən sonra qalıq çəkisi 0.692 qram olmuşdur (i.v.68-72); “diskə baxış keçirilməsi haqqında” 09 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, diskə baxış zamanı müəyyən edildi ki, diskin içərisində “20250109_133838' adlı 09 dəqiqə, 41 saniyədən ibarət 01 ədəd videogörüntü faylı mövcuddur. Videogürüntünün əvvəlindən Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru X8 özünü və Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Fəqan Mönsümovla və baş əməliyyat müvəkkili polis mayoru Şahid2 təqdim edərək 09 yanvar 2025-ci il tarixdə saat 11:30-da Təqsirləndirilən şəxs əvvəldən daxil olmuş məlumat əsasında narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlandığını bildirir. Baş təhqiqatçı Elxan Qasımov saxlanılan Təqsirləndirilən şəxs şübhəli şəxs kimi Azərbaycan Repsublikası CPM-nin 90-cı maddəsi ilə nəzərdə tutulan hüquq və azadlıqlara malik olduğunu bildirməklə, ondan saxlan larkən ona qarşı hər hansı zorakı ıq tətbiq olunub-olunmadığını soruşur. Şübhəli şəxs Təqsirləndirilən şəxs ona qarşı hər hansı zor tətbiq olunmadığım bildirir. Daha sonra baş təhqiqatçı şübhəli şəxsə üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif edir. Baş təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü bükümü çıxarıb göstərməklə təqdim edir. Bundan sonra baş təhqiqatçı tərəfindən şəxsin üzəri yoxlanılır və üzərindən başqa hər hansı əşya və ya predmet aşkarlanmır. Baş təhqiqatçı şübhəli şəxsdən təqdim etdiyi bükümün nə olması, onu harada və hansı məqsədlə əldə etməsi barədə suallar verir. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə həmin bükümün "Kakos: adlandırılan narkotik vasitə olduğunu, şəxsi istifadəsi məqsədi ilə tanımadığı şəxsdən aldığını bildirir. Bundan sonra baş təhqiqatçı tərəfindən sözügedən büküm ekspertiza tədqiqatına təqdim edilməsi üçün bir ədəd boş zərfə qoyularaq qablaşdırılır. DiN-in 187 saylı möhürü ilə möhürlənir və üzərində şübhəli şəxslə birlikdə müvafiq imzalar çəkilir. Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Elxan Qasımov tərəfindən protokolun tərtib edilməsi və digər zəruri istintaq hərəkətlərinin keçirilməsi üçün videoçəkilişin dayancınlmasmın məqsədəmüvafiq olması bildirildıkdən sonra çəkiliş yekunlaşır (i.v. 82-83); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli, 89 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlann qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 84-85) “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Həmin qərar ona 10 yanvar 2025-ci il tarixdə, saat 12:30-da elan edilmişdir (i.v. 87-88); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)-22/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddəndi həbs qətimkan tədbirinin semilməsi, həbs etmənin əvvəlinin 09 yanvar 2025-ci il tarixdən, saat 11:30-dan hesablanması qərara alınmışdır (i.v. 112-116); “maddi sübut kimi tanıma haqqında” 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,742 qram çəkidə narkotik vasitə heroinin cinayət işi üzrə maddi sübut kimi tanınması və qalıq çəkisi 0,692 qram olan narkotik vasitə heroin saxlanması üçün Nəsimi RPİ-də olan maddi sübutların saxlanması otağına təhvil verilməsi qərara alınmışdır (i.v. 120-121); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Naxçıvan Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmün icrası 01 il 06 ay müddətinə təxirə salınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 263.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 02 ay 21 gün vaxtından əvvəl şərti azad edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasından vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 29,180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 02 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 01 ay 07 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cəzasını tam çəkib qurtarmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə Qərarına əsasın cəzasının çəkilməmiş 07 ay 06 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Quba Rayon Məhkəməsinin 1(027)-139/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1302/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 3 (üç) ay 6 (altı) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v. 132-135); Quba Rayon Məhkəməsinin 1(027)-139/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 144-149); Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1302/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 03 ay 06 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v. 151-154); “diskə baxış keçirilməsi haqqında” 14 may 2025-ci il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə Bakcell MMC-dən zəng, sms və antenaya aid məlumatlar köçürülərək təqdim edilmiş 01 ədəd CD diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsindən göndərilən sms-lərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə 23:55:17-də **********68 saylı GSM nömrəsinə “Menem ramil das var isdisen”, xx.xx.2024-cü il tarixdə 23:59:40-da **********23 saylı GSM nömrəsinə “Ramildi tema var isdisen” kimi sms göndərmiş, eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə daxil olan smslərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22:19:27-da **********01 saylı GSM nömrəsindən həmin nömrəyə "TORPAQ İSTEYEN VAR. 20 MANAT VERİR”, xx.xx.2025-ci il tarixdə saat 20:06:38-da **********45 saylı GSM nömrəsindən “Qaqaw tema saxla mene.deyim bilesen qerdew.ozunde saxla.biraza goruwerik birde” kimi sms-lər göndərilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə daxil olan sms-lərə baxış keçirilən zaman müəyyən edilir ki, xx.xx.2024-ci il tarixdə saat 21:25:28-də **********44 saylı GSM nömrəsindən həmin nömrəyə “Salam MOLLA bu elədiyin harakatin adi nadi?neynamiwam sana mani bele agrida qoydun evda salmisan mani problemə cvb ver mana telefonu bank kartini göturum”, xx.xx.2024-cü il tarixdə 08:23:09-da **********50 saylı GSM nömrəsindən “Qaqaş menem ramil atmışığ çadı cavab dide vatsapunda baqlıdı zengde gelmir sene biley bizde gedeyde”, 30.11,2024-cü il tarixdə saat 08:23:52-də **********50 saylı GSM nömrəsindən “Çekide atmışığ satına baxarsan ki neçede tapmışığ ki yalançı çığıyaq yanunda”, xx.xx.2024-cü il tarixdə saat 19:24:01-də **********83 saylı GSM nömrəsindən “....bu heyati yawa mala gore”, kimi sms-lər göndərilmişdir. (i.v. 215-226); “mobil telefona baxış keçirilməsi barədə” 14 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan və həmin şəxsin istifadəsində olmuş Samsung Galaxy A32 markalı. SM-A325F/DS model nömrəli, **********37182 və **********37174 iMeı kodlu mobil telefona baxış keçirilmişdir. Baxış zamanı həmin «Samsung» markalı mobil telefon aparatının arxadan küncləri küt, yıxan hissəsində üzərində naxışlar işlənmiş qara rəngli rezin qoruyucu kaburalı, arxa qapağı tünd qara rəngə çalan və iri üç, kiçik bir kameralı olmaqla 01 ədəd flaş işığı olan mobil telefon aparatı olması müəyyən edilir. Bu telefon cihazının ekranına vurulmuş qoruyucu yapışqan lenti sağ və sol tərəflərdən kənarları perimetri boyu bir neçə yerdər yeyilərək çatlamışdır. Mobil telefonun daxilindəki məlumatlara baxış keçirilməsi məqsədi ilə mobil telefon adapter vasitəsi ilə ümumi elektrik enerjisinə qoşuldu və telefon aktiv vəziyyətə gətirildi. Mobl telefon «Zənglər», «Sonuncular» və «Mesajlar» bölmələrində olan məlumatlar yoxlanıldıqda iş üçün əhəmiyyət kəsb edən bir məlumat müəyyən edilmədi. Baxış davam etdirilən zaman 01 ədəd «Samsung Galaxy A32» markalı **********37182 və **********37174 iMeı kodlu mobil telefonda çoxsayda proqramların yükləndiyi, həmin proqramlardan birinin «WhatsApp» proqramı olduğu, telefonun zənglərinin siyahısında müxtəlif nömlərdən zənglər daxil olduğu və zənglər xaric olunduğu, nömrələr ilə müxtəlif saniyələrdən ibarət danışıqlar aparıldığı müşahidə olunur Telefonun «WhatsApp» və «WhatsApp+» proqramlarına daxil olduqda orada həmin proqramların ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələri ilə qeydiyyatdan keçdiyi müəyyən olundu. Mobil telefonun «WhatsApp» bölməsində danışıq aparılan və məlumat bölüşülən hissələr yoxlanıldıqda burada +98 901 *** ** ** saylı nömrənin istifadəçisi ilə olan səs yazıları yazışmaların məzmunu iş üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, 05 yanvar 2025-ci il tarixindən 08 yanvar 2025-ci il tarixinədək, yəni Təqsirləndirilən şəxs saxlanılmazdan 1 gün əvvələ qədər olan müddət ərzində həmin səs yazıları və yazışmalarda dəfələrlə «cola», «daş», «torpaq», «1.1», «2.1» və sair bu kimi ifadələr rast gəlinir. Həmçinin qeyd edilən çatda ünsiyyətdə olan kişi səsləri artıq göndərilmiş və göndəriləcək Mallara görə birinin digərinə ödəməli pulları onun göndərilmiş olduğu m 10 hesablarına göndərməsini, digərinin isə ona anoardarına malı artıq qoymasını, ona bir şey qalmadığını bildirməsi məsələlərini uzun-uzadı aydınlaşdırırlar. Belə ki, 1. Qeyd edilən nömrə ilə yazışma səhifəsində qarşılıqlı sms və səs yazılarında "Salam, Salam Barnin məllim necəsiz?, 1.1. var hazır, 2 kola var, 2 kola 4 kola, indicə kutardı, 2 kola 4 kola de belə, daw yoxdu, fso torpağdı, 2 kola 4 kola, axşam kutardı, Əmi salam necese ı, əmi səndə daş düzəlmirdə onda hə, əmi onda sənə pul atıram 2 dənə kola tez bazardı konumu naxadı verirsən, M10-a vur atde m10-a vur at, əmi nətərsən, nə var nə yox. yaxşısan, nəyniyirsən. məndədə heç nə dünənləri Allah köməyin olsun götürdüm qayıtdım ora birtəhər, 3-ün 1-in götürdüm, sən canın şeyleyendə o anbardarıva denən ki, heç olmasa bağlayanda bir az normalnı heç olmasa şeyləməsin, mənə də qırağından bucağından bir şey qalırdə, onuda kəsərdə mənə heçzad qalmır əmican. görürsən mən heç yerə getmirəm, ancaq birbaşa nə olur sənlə iş görürəm, anbardarında mənə belə qoyandan sonra mənə heçzad çatmır, dünən heçnə atdıq tərəziyə az gəldi, sənin başıva dönərəm heç olmasa məni tapşır ona, baş üstə baş üstə, hazır var nə istəsən 2 1 verim, əmican, səncanın məni tapşırarsan ona, arada heç olmasa denen Ramin mənim qardaşım oğludu Raminçün 1.1 ötürəndə denən bir az artıq qoy nolarki, əmi görürsənki Ramin ancaqkihara gedirəm əminin yanına gedirəm, əmidə mal olmayanda heç yerdən götürmürəm, əmi birazdan pul atacam 1.1-i verərsən mənə, səncanı tapşır birazda narmalnı qoysunde bir azda qret elesin nolarki ay əmi. baş üstə Ramin qardaş baş üstə can istəye can istə, sənin başına dönərəm, and olsun Allahasəndə tema olmayanda başqa heç kimə, bir adam deyemməzki Ramin gedib kimləsə iş görüb kimdənsə alıb, bilirəmki təmiz kişisən, yaxşı olanda ceyirsən götür, pis olanda deyirsən götürmə məsləhətsizdi, həm də haçan narahat edirəm mənə canla başla Allah səni var eləsin, çörək yeyim birazdan gedim Million aparatının yanına pul atım sənə anbardara denəki qardaşırıoğlu üçün birdənə 1 1 düzəlt, birdə denəki biraz çox eləsin qardaşım oğluna bir az qret eliyəcəm bilirsənki qardaşın oğlu sənin qulluğundadı, görürsən getdikcə qaldırıram uje 3 bir 4 bir 5 bir klent düşən kimi qoymayacam başqa yerə getsin, mənim əmim var gedirik əmimin yanına, bütün Bakıya paylayacam sənin nömrüvü. Allah səni var eləsin əmican, əmi bu temadan qırılsa nə vaxtsa məndə qırılacam. Emi səni gözləyirəm 3.torpaq 1 daş pulu vurum konmu ver səni gözləyirəm, demişdin saat 7 dezenk vur konumu verim, beş dəqiqə gözlə səndədir.” Məzmunlu sms və səs yazılarının olması müşahidə edilir. Həmçinin mobil telefonun «VVhatsapp» bölməsində danışıq aparılan və məlumat bölüşülən çatlar yoxlanılmağa davam edildikdə Yalanci ilə qeyd edilmiş 055 *** ** ** GSM saylı mobil nömrənin istifadəçisi ilə aralarında eyni məzmunlu qarşılıqlı sms mətnlərinə və səs yazılarına rast gəlinir. Belə ki, “Yalanci’' sözləri yazılmış 055 *** ** ** saylı nömrə ilə səhifədə “Belke bizim asdanofqaya gel cixm qabaqva deyim sene ged sora, Alınar hele Çox gezmiyimde 15 nidi, men qayıdıram zenk qeldi amboy ver, sabahları evde tekem, kankret özüm olacam, mən sənə taksivatlıq eliyen Orxan demişəm nəsə tema istiyir? Soruşdun məndən kimdi dedim Orxan, dedin tanıyıram dedim tanımırsan, dedim qonşumdu, oraycan sənə dedim. Orxan mənə zəng vurubki mən səndən bəyəm tema istəmişəm, mən dedim məhlə uşağım Orxan, ə gəlib mənə deyirki, məndən şey istiyir, pox-püsür istəyir, dedim özüvü ele aparırsanki. dedim puluvu ver şəkli şəkdirdi, opşim pulum yoxdu nem nə, dedim 15 manat pulun var idi axı neter pulun yoxdu, Ramilə deməmisənki 15 m var indi deyirsenki pulum yoxdu, niye telfonu qaldrmrsan, deyesen zordu vəzyetin onun ucun acmrsan” məzmunlu sms və səs yazılarının olması, həmçinin 4169 7388 8450 45 27 nömrəli kart hesabının göndırilməsi və həmin hesaba qarşı tərəfin 10 manat pul köçürməsi müşahidə edilir. Həmçinin mobil telefonun «VVhatsapp» bölməsində danışıq aparılan və məlumat bölüşülən çatlar yoxlanılmağa davam edi dikdə Fedah Adı ilə qeyd edilmiş 051 *** ** ** GSM saylı mobil nömrənin istifadəçisi ilə Ramin adlı şəxsin arasında eyni məzmunlu qarşılıq ı səs yazılarına və sms mətnlərinə rast gəlinir. Belə ki, “Fedah” sözləri yazılmış ***-***-**-** saylı nömrə ilə səhifədə '‘Fedah sən şeyliyibsən da pulu at kartı atım sənə, pulu at tez ele da kartı atım? səni gözləyirəm ki mən işimi bilim, dediyin kimi 1 dənəki kola qoyacam 1 dənədəki daş qoyacam, kola narmalnı qoyacam, yaxşı balaca daş qoyacam şeyləməyə, hə atde kartı, daşı normal elede qardaşımsan, qaqaş kartı atde. deyirsen pulu at pulu at, qaqaş hara atım pulu kartı atki pulu atımde" məzmunlu sms mətnlərinin və səs yazılarının olması aşkar edilir. Həmçinin mobil telefonun «WhatsApp» bölməsində danışıq aparılan və məlumat bölüşülən çatlar yoxlanılmağa davam edildikdə Elnur adı ilə qeyd edilmiş 055 *** ** ** GSM saylı nömrəsinin və Seymurun dostu adı ilə qeyd edilmiş 055 *** ** ** saylı GSM nömrəsinin istifadəçiləri ilə aralarında eyni məzmunlu sms mətnlərinə rast gəlinir. Belə ki,

4. "Elnur" sözləri yazılmış ***-***-**-** saylı nömrə ilə səhifədə “Hadasan, Ot verim ik baw gadawnl sevidide nolarki” məzmunlu sms-lərin olması, eyni zamanda Seymurun dostu sözləri yazılmış 055 *** ** ** saylı nömrə ilə səhifədə “Molla, Nəsə var lomkadayam?" məzmunlu sms mətnlərinin olması aşkar edilir. Həmçinin mobil telefonun «WhatsApp» bölməsində danışıq aparılan və məlumat bölüşülən çatlar yoxlanılmağa davam edilcikdə ***-***-**-** GSM saylı mobil nömrənin istifadəçisi ilə aralarında eyni məzmunlu qarşılıqlı səs və sms mətnlərinə rast gəlinir. Belə ki,5. “***-***-**-**” saylı GSM nömrsiə ilə olan səhifədə “Ala at dene day donduq öldüy vuraq bunu çıxıb gedeyde day, kart nömrələri, molla atır pulu, qaqaş mene pul qelmeyib. Onnan soruş cek hani pul qel.meyib mene, indilerde gələr pul harda olsa, atdı indi atdı geldi pul, baxdın pula? mənmunlu sms mətnləri və səs yazıları, 25 manatlıq pul çeki və cavabsız vvhatsapp zənglərinin olması aşkar edildi. Baxış zamanı telefondan iş üçün əhəniyyət kəsb edən başqa hallar müyyən edilmiş, telefondan iş üçün əhəmiyyət kəsb edən sms mətinləri və səs yazıları 01 ədəd DVD-yə köçürülərək protokola əlavə edilmişdir (i.v. 227-229); “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 14 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsi, ona həmin maddə ilə yenidən ittiham elan edilməsi və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,742 qram çəkidə narkotik vasitə heroinin, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk, Təqsirləndirilən şəxs məxsus olan **********37182 və **********37174 iMeı kodlu Samsung Galaxy A 32 markalı mobil telefonun, həmin mobil telefonun proqramlar panelində olan whatsapp sosial şəbəkəsindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı danışıqların köçürüldüyü 01 ədəd DVD, Təqsirləndirilən şəxs məxsus olan həmin mobil telefonun üzərində olan ***-***-**-** vo ***-***-**-** saylı GSM nömrələri ilə bağlı Bakcell mobil operatorundan alınmış anten məlumatlarının köçürüldüyü 01 ədəd CD sübut əhəmiyyəti nəzərə alınmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınması, qalıq çəkisi 0,692 qram olan narkotik vasitə heroinin və Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd “Samsung Galaxy A 32” markalı mobil telefonun saxlanması üçün Nəsimi RPİ-də olan maddi sübutların saxlanması otağına təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır (i.v. 242-258) “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 14 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v. 260-261); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-430/2025 saylı qərarı ilə ********* saylı cinayət işi üzrə 08 yanvar 2025-ci il tarix, saat 00:00-dan - 10 yanvar 2025-ci il tarix, saat 23:59-dək şahidlər Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin, Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin, X2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin anten dairəsi haqqında məlumatlar müvafiq olaraq "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarına əsasən təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMCnin xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş 01 ədəd diskdə olan məlumatlara baxış keçirildi. Həmin məlumatlarda Təqsirləndirilən şəxs xeyrinə (Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdiklərini təsdiq edə biləcək) hər hansı məlumat müəyyən edilmədi. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarına əsasən təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMCnin xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş 01 ədəd diskdə olan məlumatlara baxış keçirildi. Həmin məlumatlarda Təqsirləndirilən şəxs xeyrinə (Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdiklərini təsdiq edə biləcək) hər hansı məlumat müəyyən edilmədi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-430/2025 saylı qərarı ilə ********* saylı cinayət işi üzrə 08 yanvar 2025-ci il tarix, saat 00:00-dan - 10 yanvar 2025-ci il tarix, saat 23:59-dək şahid X2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin anten dairəsi haqqında məlumatlar "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarına əsasən təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMCnin xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş 01 ədəd diskdə olan məlumatlara baxış keçirildi. Həmin məlumatlarda Təqsirləndirilən şəxs xeyrinə (Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdiklərini təsdiq edə biləcək) hər hansı məlumat müəyyən edilmədi. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A 32” markalı mobil telefona məhkəmə iclasında baxış keçirilən zaman Təqsirləndirilən şəxs xeyrinə (Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdiklərini təsdiq edə biləcək) hər hansı məlumat müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən gümüşü rəngli kağız bükümdə ağ rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlənin aşkar edilərək götürülməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Həmin Qərarın 9-cu bəndində CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ siyahının 111-ci qrafasına əsasən heroinin 0,15 qramı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin miqdarı 0.742 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Bundan başqa, məhkəmə şahid X4 məhkəmə iclasında bildirdiklərinə münasibətdə qeyd edir ki, şahid X4 və Təqsirləndirilən şəxs Abbasağa oğlunun eyni tarixdə, eyni saatda birlikdə tutularaq, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində birlikdə saxlanılmalarını, həmçinin sonuncuların ibtidai istintaq və məhkəmə istintaqı zamanı birlikdə Bakı İstintaq Təcridxanasında saxlanılmalarını nəzərə alaraq, məhkəmə şahid X4 və Təqsirləndirilən şəxs Abbasağa oğlunun əvvəlcədən aralarında razılığa gələrək eyni məzmunlu izahat vermələrini ağlabatan hesab edərək, şahid X4 məhkəmə iclasında verdiyi ifadəsini mötəbər hesab etmir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində təhlükəli residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayət təhlükəli residiv sayılır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Naxçıvan Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmün icrası 01 il 06 ay müddətinə təxirə salınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 263.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 02 ay 21 gün vaxtından əvvəl şərti azad edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasından vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 29,180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 02 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 01 ay 07 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cəzasını tam çəkib qurtarmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə Qərarına əsasın cəzasının çəkilməmiş 07 ay 06 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Quba Rayon Məhkəməsinin 1(027)-139/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1302/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 3 (üç) ay 6 (altı) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli 09 yanvar 2025-ci il tarixdə törətmiş və əməli törədən vaxt Quba Rayon Məhkəməsinin 1(027)-139/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzasının 3 (üç) ay 6 (altı) gün hissəsini çəkməmişdir. Beləliklə Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olmaması və ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 09 yanvar 2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan – Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk, Təqsirləndirilən şəxs məxsus olan **********37182 və **********37174 iMeı kodlu “Samsung Galaxy A 32” markalı mobil mobil telefonun proqramlar panelində olan “whatsapp” sosial şəbəkəsindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı danışıqların köçürüldüyü 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs məxsus olan həmin mobil telefonun üzərində olan ***-***-**-** vo ***-***-**-** saylı GSM nömrələri ilə bağlı "xxxx" mobil operatorundan alınmış anten məlumatlarının köçürüldüyü 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan – 1 ədəd “Samsung Galaxy A 32” markalı mobil telefon Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməli və hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 36 (otuz altı) iş saatına görə 396 (üç yüz doxsan altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 09 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan – Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkiləri 0,692 qram olan narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan – Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk, Təqsirləndirilən şəxs məxsus olan **********37182 və **********37174 iMeı kodlu “Samsung Galaxy A 32” markalı mobil mobil telefonun proqramlar panelində olan “whatsapp” sosial şəbəkəsindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı danışıqların köçürüldüyü 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs məxsus olan həmin mobil telefonun üzərində olan ***-***-**-** vo ***-***-**-** saylı GSM nömrələri ilə bağlı "xxxx" mobil operatorundan alınmış anten məlumatlarının köçürüldüyü 01 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan – 1 ədəd “Samsung Galaxy A 32” markalı mobil telefon Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilsin və hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 36 (otuz altı) iş saatına görə 396 (üç yüz doxsan altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar