Məhkəmə qərarları › İş №1(006)-431/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-431/2021

18.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-431/2021 18.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndiriləş şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 06.04.2021-ci il tarixdə Nəsimi rayonu “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan "Samir” adlı şəxsdən 25 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz, olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,371 qram olan narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 07.04.2021-ci il tarixdə saat 19:45-də Nəsimi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nə gətirilib orada videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli qış gödəkçənin sol yan cibindən həmin narkotik vasitə heroin 0,124 qram, 0,135 qram, 0,112 qram olmaqla 3 ədəd qızılı rəngli kağız bükümdə 1 ədəd kapron qabın içərisindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 26.04.2021-ci il tarixdə Nəsimi rayonu Ə.Topçubaşov küçəsində şəxsiyyəti istintaqa məlun olmayan "Samir” adlı şəxsdən 40 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz, çəkisi 0,191 qram olan narkotik vasitə heroini və təmiz çəkisi 0,409 qram olan psixotrop maddə metamletamini əldə edib özündə saxlamaqla daşımış, 27.04.2021-ci il tarixdə saat 01:10-da Nəsimi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nə gətirilib orada videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilən zaman əynindəki tünd boz rəngli gödəkçənin sol yan cibindən həmin narkotik vasitə heroin 0,191 qram olmaqla 1 bükümdə və psixotrop maddə metamfctamin 0,108 qram, 0,055 qram, 0,073 qram, 0,117 qram, 0,040 qram, 0,016 qram olmaqla 6 bükümdə 1 ədəd şəffaf rəngli plasmas materialdan olan kiçik ölçülü qapaqlı qutunun içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 07.04.2021-ci il tarixdə saat 20 radələrində ünvan 5 ünvanın qarşısında dayanan zaman ona 2 mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin vaxt onlar özlərini ona polis əməkdaşı olduqlarını demiş və özlərini təqdim edərək Nəsimi RPİ-nin əməliyyat müvəkkilləri olduqlarını demişlər. Bundan sonra həmin iki şəxs əməliyyat məlumatların olduğunu və onun narkotik vasitə istifadə etdiyi barədə bildirmişlər və onu Nəsimi RPİ-nə dəvət etmişlər. O da onlara heç bir etiraz etməmiş və onlarla birlikdə Nəsimi RPİ-yə gətirilmişdir. İdarənin xidməti otaqlarından birində onun üzərinə video çəkiliş ilə üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt onun əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd kapron qabı aşkar edib götürmüşlər. Həmin qabın içərisinə baxan zaman 3 büküm olduğu məlum olmuşdur. Həmin 3 büküm narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Bu zaman ondan həmin narkotiki haradan əldə etməyi barədə soruşulduqda o, da həmin narkotiki 06.04.2021-ci il tarixdə “KUBİNKA” kimi tanınan ərazidən “Samir” adlı şəxsdən şəxsi istifadəm üçün 25 manata aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilib götürülən narkotik maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, o, bu barədə tərtib olunmuş protokola heç bir etirazının olmamasını bildirmişdir. Həmin fakt üzrə barəsində 08.04.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 09.04.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilməsindən ötrü vəsatətlə Nəsimi rayon məhkəməsinə müraciət edilmişdir. 09.04.2021-ci il tarixdə Nəsimi rayon məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və azad olunmağı barədə qərar qəbul edilmişdir. Həmin tarixdə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Anar Nağıyev tərəfindən barəsində “başqa yerə getməmək haqqında“ iltizam qətimkan tədbiri seçilmişdir. Bundan sonra o, Bakı şəhərini tərk etməmiş və yaşadığı evdə yaşamağa başlamışdır. O, yenidən narkotik vasitə istifadə etməyə başlamışdır. 26.04.2021-ci il tarixində, axşam saatlarında yaşadığı Nəsimi rayonu O.Topçubaşov küçəsində “Samir’’ kimi adını bildiyi şəxsdən yenidən 40 manata öz istifadəsi üçün 1 ədəd şəffaf rəngli, plasmas materialdan olan kiçik ölçülü qapaqlı qutuda 01 ədəd bükümdə narkotik vasitə heroin və 06 ədəd bükümdə psixotrop maddə metamfetamin almışdır. Həmin narkotik vasitə heroin və metamfetamini üzərində saxlamışdır ki, yavaş-yavaş onlardan istifadə etsin. 27.04.2021 -ci il tarixdə gecə saat təxminən 01 radələrində yaşadığı məhlədə ünvan 6 ünvanın yaxınlığında olan zaman ona 2 nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra, onlar onun hərəkətlərinin şübhəli olduqlarını narkotik vasitə istifadə edərək üzərində saxladığını bildirərək, onu saat 01:10 radələrində Nəsimi RPİ-nin inzibati binasında otaqlardan birinə dəvət etmişlər. Nəsimi RPİ-nin inzibati binasında xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmişdir. Bu vaxt o, əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən özünə məxsus bir ədəd işlək vəziyyətdə olan “Nokia” markalı mobil telefonu, əynində olan tünd boz rəngli gödəkçənin sol yan cibindən 1 ədəd şəffaf rəngli, plasmas materialdan olan kiçik ölçülü qapaqlı qutunun içərisində 7 ədəd siqaretin gümüşü kağızına bükülmüş çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, üzərində hər lıansı bir əşya olmadığım bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Lakin hər hansı bir qanunsuz maddə və ya əşya aşkar edilməmişdir. O, həmin şəffaf plasmas qutuda siqaretin gümüşü rəngli kağızlarına bükülmüş içərisində spesifik iyə malik olan tünd qəhvəyi rəngli toz şəkilli bir bükümdə olan maddənin içində 01 ədəd bümükdə “kakos” deyilən narkotik vasitə olduğunu və qalan 06 bükümdə olan spesifik iyə malik şəffaf şüşə şəkilli maddənin narkotik maddə olan metamfetamin olduğunu bildirmişdir. Ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə 2-3 il olar ki, narkotik vasitə istifadə etdiyini və 26.04.2021-ci il tarixində axşam saatlarında yaşadığı Nəsimi rayonu Ə.Topçubaşov küçəsində “Samir" kimi adını bildiyi şəxsdən yenidən 40 manata aldığını bildirmişdir. Bundan sonra iştirakçılara həmin bükümlərdə olan narkotik vasitəyə bənzər maddə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Bundan sonra onun üzərindən aşkar edilib götürülən narkotik maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, o, bu barədə tərtib olunmuş protokola heç bir etirazının olmadığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki. ifadəsində etdiyi cinayətlərdən başqa heç bir cinayət törətmədiyini bildirmişdir. O, “Samir" adlı şəxsi anket məlumatları ilə tanımadığını, sadəcə üzdən tanıdığını, onun harada yaşaması və digər anket məlumatlarını bilmədiyini bildirmişdir. Sadəcə o, narkotik vasitəni Nəsimi rayonu “Kubinka" kimi tanıdığı ərazidən Ə.Topçubaşov küçəsində aldığını bildirmişdir. Qeyd etmişdir ki, bədənində ağrılar olduğu üçün özünü saxlaya bilməyib şəxsi istifadəsi üçün narkotik vasitə heroini və psixotrop maddə əldə etmiş və onları bükümlərə bölərək öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Onu polis bölməsinə gətirərkən ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ilk dəfə məhkum olunmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 07.04.2021 -ci il tarixdə ünvan 5 ünvanın qarşısında “Xəyal" adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edərək özündə saxlamaqla daşıması və narkotik vasitə istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında, onun və Nəsimi RPİ-nin NMB- nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu ilə birgə 07.04.2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Mirəloskor oğlu yaşadığı ünvan 5 ünvanının qarşısında saat 19:45-də saxlanılaraq Nəsimi RPİ-nə gətirilmişdir. Nəsimi RPİ-nin inzibati binasında xidməti otaqların birində əməliyyat qrupunun və Təqsirləndirilən şəxs ləyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildi. Bundan sonra Xcyal Əzimov üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçənin sol yan cibindən 1 ədəd kapron (kalçuk) qabı çıxararaq masanın üzərinə qoymuşdur. Həmin qabın içərisinə baxış keçirilən zaman siqaretin qızılı kağızına bükülmüş 03 ədəd büküm spesifik iyə malik narkotik maddəyə bənzər kütlə olduğunu bildirmişdir. Həmin narkotik maddəni 06.04.2021ci il tarixdə “Kubinka” adlanan ərazidən “Samir” adlı şəxsdən 25 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim 1 ədəd kapron (kalçuk) qabın içərisində olan 03 ədəd bükümdə narkotik maddəyə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs Nəsimi RPİ-nə gətirərkən onlara qarşı heç bir müqavimət göstərməmişdir. Bundan başqa Şahid1 bildirmişdir ki, 27.04.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsində “Xəyal” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edərək özündə saxlamaqla daşıması və narkotik vasitə istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında, onun və Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu ilə birgə 27.04.2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanının qarşısında saat 01:10-da saxlanılaraq Nəsimi RPİ-nə gətirilmişdir. Nəsimi RPi-nin inzibati binasında xidməti otaqların birində əməliyyat qrupunun və Təqsirləndirilən şəxs təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən özünə məxsus bir ədəd işlək vəziyyətdə olan “Nokia" markalı mobil telefonu, əynində olan tünd boz rəngli gödəkçənin sol yan cibindən 1 ədəd şəffaf rəngli, plasmas materialdan olan kiçik ölçülü qapaqlı qutunun içərisində 7 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs 1 ədəd şəffaf rəngli, plasmas materialdan olan kiçik ölçülü qapaqlı qutunun içərisində 7 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlərdən birinin içərisində el içində “kakos” deyilən narkotik vasitə heroin, qalan 6 ədəd bükümün içərisində isə metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik maddələri 26.04.2021-ci il tarixdə axşam saatlarında yaşadığı məhəllədə “Samir" kimi adını bildiyi şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində “kakos” və “metamfetamin” adlanan 7 ədəd bükülü olan narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, 186 saylı möhürlə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən “kakos” və “metamfetamin” adlanan 7 ədəd bükülü olan narkotik vasitə aşkar edilmişdir. Cinayət işinin 1-ci cild 144-145-ci vərəqələrində olan 07 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 214-219-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cinayət işinin 1-ci cild 220-ci vərəqəsində olan 09 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 24-25-ci vərəqələrində olan 27 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 105-109-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 aprel 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 10-11-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 2-ci cild 16-17-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 60-64-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının 27.04.2021-ci il tarixli, 6/1662 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi Zərflər üçün №186” dairəvi möhür əksi olan, “...Təqsirləndirilən şəxs...” sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində İ ədəd plastik, şəffaf qabda olan 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,191 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 6 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.108 qram. 0,055 qram. 0.073 qram, 0.117 qram, 0,040 qram, 0.016 qram ümumi təmiz çəkisi 0.409 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: ekspertiza tədqiqatı zamanı heroinin təmiz çəkisi 0,191 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,141 qram, psixotrop maddə-metamfetaminin təmiz çəkisi 0,409 qram olmuş, tədqiqata 0,06 qram sərf edilmiş, 0,349 qram qalıq qalmışdır. Cinayət işinin 1-ci cild 61-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 ( altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 174-178-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının 08.04.2021-ci il tarixli, 6/1380 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən gütürülmüş......” yazısı olan zərfdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,124qr, 0,135 qr, 0,112 qr, ümumi təmiz çəkisi 0,371 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: ekspertiza tədqiqatı zamanı heroinin təmiz çəkisi 0,371 qram olmuş, tədqiqata 0,09 qram sərf edilmiş, 0,281 qram qalıq qalmışdır. Cinayət işinin 1-ci cild 175-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 ( bir yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 236-241-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi əlavə məhkəmə-kimyəvi ekspertizasının 05.07.2021-ci il tarixli, 6/2632 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti № 65” ştamp əksi olan paketdəki vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 6 (altı) ədəd bükümlərdə metamfctaminhr öz aralarında kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Tədqiqat Obyekti № 59” ştamp əksi olan paketdəki vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 3 (üç) ədəd bükümdə heroinlər. üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti № 65” ştamp əksi olan paketdə vəl. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. İlkin tədqiqat zamanı vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetaminin və heroinin ayrı-ayrılıqda və ümumi təmiz çəkisi 08.04.2l-ci il tarixli 6/1380 saylı və 27.04.21-ci il tarixli 6/1662 saylı ekspert zəylərində göstərilmişdir. Qeyd: ekspertiza tədqiqatı zamanı heroinin ümumi təmiz çəkisi 0,422 (0,281+0,141)qram olmuş, tədqiqata 0,04 (0,03+0,01) qram sərf edilmiş, 0,382 (0,251+0,131) qram, psixotrop maddə-metamfetaminin təmiz çəkisi 0,349 qram olmuş, tədqiqata 0,06 qram sərf edilmiş, 0,289 qram qalıq qalmışdır. Cinayət işinin 1-ci cild 237-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 ( bir yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 242-250-ci vərəqələrində olan 05 iyul 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,191 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 6 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,409 qram psixotrop maddə-metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış narkotik vasitə heronin 0,131 qram və psixotrop maddə metamfetaminin 0,289 qram hissələri, bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,371 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,251 qram hissəsi saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 231-232-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X5 X8 X1 məhkəmə-narkoloji ekspertizasının 25.06.2021-ci il tarixli, 2072№-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotıop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 113-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 03 may 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmayandır. Cinayət işinin 1-ci cildinə əlavə edilmiş 02 ədəd DVD disklərdən birincisinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Həmin vaxt o, əynində olan tünd boz rəngli gödəkçənin sol yan cibindən bir ədəd 01 ədəd şəffaf rəngli plasmas materialdan olan kiçik ölçülü qapaqlı qutunun içərisindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz, çəkisi 0.191 qram olan narkotik vasitə heroini və 06 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş ümumi təmiz çəkisi 0,409 qram psixotrop maddə metamfetamin olduğunu bildirmiş və təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni 26.04.2021-ci il tarixdə Nəsimi rayonu, yaşadığı məhəllədən “Samir” kimi adını bildiyi şəxsdən ümumilikdə 40 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Həmin video görüntünün ikincisinə baxış zamanı müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilmişdir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Həmin vaxt o, əynində olan qara rəngli qış gödəkyəııin sol yan cibindən 01 ədəd kapron (kalçuk) qabın içərisindən 03 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş təmiz çəkisi 0.371 qram olan narkotik vasitə heroin olduğunu bildirmiş və təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni 06.04.2021 -ci il tarixdə Nəsimi rayonu. "Kubinka” deyilən ərazidən “Samir” kimi adını bildiyi şəxsdən ümumilikdə 25 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və ilk dəfə məhkum olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təqribən 2-3 il fasilələrlə, lakin son aylarda mütəmadi olaraq narkotik vasitə və psixotrop maddə qəbul etməsini və miqdarını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və sonuncunun şübhəli şəxs qismində tutulduğu 07 aprel 2021-ci il tarixdən 09 aprel 2021-ci il tarixədək, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 27 aprel 2021-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikas: Səhiyyə Nazirliyi Respublika X5 X8 X1 25.06.2021-ci il tarixli, 2072№-li rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə digər maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümümi çəkisi 0,382 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,289 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi 293 (iki yüz doxsan üç) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında və istintaq orqanında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili S.D. Səfərova məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat, F.Q.Qasımova istintaq orqanında iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 07 aprel 2021-ci il tarixdən 09 aprel 2021-ci il tarixədək, yəni 02 (iki) gün müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə digər maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümümi çəkisi 0,382 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,289 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi– 293 (iki yüz doxsan üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X4 istintaq orqanında iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar