Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-431/2023 24.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, X11 küçəsi 20 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,331 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımışdır. 16 mart 2023-cü il tarixdə saat 17:45-də ünvan 3 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nərimanov Rayon Polis İdarəsinin 16cı Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin polis bölməsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 0,331 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,393 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımışdır. 10 may 2023-cü il tarixdə saat 13:00-da Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 94 saylı ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin polis bölməsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 0,393 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,345 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımışdır. 23 iyun 2023-cü il tarixdə saat 11:00-da ünvan 6 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin polis bölməsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 0,345 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 1-2 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. 16 mart 2023-cü il tarixdə saat təxminən 13 radələrində “Papanin” deyilən ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsə 10 manat pul verərək narkotik vasitə olan heroin alıb şalvarının sağ kiçik cibinə qoyub üzərində daşımışdır ki, sonra istifadə etsin. 16 mart 2023-cü il tarixdə saat 17:45 radələrində ünvan 3 ünvanda olarkən ona 2 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb Nərimanov RPİ-nin 16-cı PB-nin polis əməkdaşları olduqlarını bildirib adını, soyadını soruşmuşlar və ondan şəxsiyyət vəsiqəsini təqdim etməyi xahiş etmişlər. Polis əməkdaşları onun hərəkətlərindən şübhələnib birlikdə Nərimanov RPİ-nin 16-cı PB-nə getməsini bildirmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Nərimanov RPİnin 16-cı PB-nə getmişdir. 16-cı Polis Bölməsində xidməti otaqların birində təhqiqatçı polis kapitanı Rəşad Əhmədov ona bildirmişdir ki, üzərində narkotik vasitə və ya psixotrop maddə olmasında şübhələndiklərinə görə üzərində axtarış və götürmə aparacaqlar. Bundan sonra təhqiqatçı hüquqlarını izah edib vəkil siyahısı təqdim etmişdir ki, istədiyi vəkili hüquqlarının müdafiəsi üçün seçə bilsin. O da təqdim olunmuş siyahıdan hüquqlarının müdafiəsi üçün vəkili seçmişdir. Vəkil gəldikdən sonra onu Nərimanov RPİnin 16-cı PB-nə gətirmiş əməkdaşların iştirakları ilə üzərində axtarış və götürmə aparılmağa başlanılmışdır. Təhqiqatçı ona təklif etmişdir ki, üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. O da əynində olan göy rəngli cins şalvarının sağ kiçik cibində olan 01 ədəd siqaretin gümüşü kağızına bükülü narkotik vasitə olan heroini könüllü təqdim etmişdir. Polis əməkdaşı təqdim etdiyi içərisində heroin olan 01 (bir) ədəd bükülünü zərfə qoyaraq qablaşdırmışdır və möhürləyib götürərək bu barədə protokol tərtib etmişdir. O və hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokola imza etmişlər. Daha sonra narkotik vasitə istifadə etməsə də ağrıları olduğundan 10 may 2023cü il tarixdə saat təxminən 10 radələrində “Papanin” deyilən ərazidə üzdən tanıdığı şəxsə 10 manat pul verərək narkotik vasitə olan “kakos” deyilən heroin alıb göy rəngli şalvarının sağ kiçik cibinə qoyub üzərində saxlayaraq daşımışdır ki, sonra istifadə etsin. Həmin gün saat 13 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 94 saylı ünvanda olarkən ona mülki geyimdə olan şəxslər yaxınlaşıb Nərimanov RPİ-nin 16-cı PB-nin polis əməkdaşları olduqlarını bildirib adını, soyadını soruşmuşlar və ondan şəxsiyyət vəsiqəsini təqdim etməyi xahiş etmişlər. Polis əməkdaşları onun hərəkətlərindən şübhələnib birlikdə Nərimanov RPİ-nin 16-cı PB-nə getməyini təklif etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 16-cı PB-nə getmişdir. 16-cı Polis Bölməsində xidməti otaqların birində təhqiqatçısı ona bildirmişdir ki, üzərində narkotik vasitə və ya psixotrop maddə olmasında şübhələndiklərinə görə üzərində axtarış və götürmə aparacaqlar. Bundan sonra təhqiqatçı hüquqlarını izah edib vəkil siyahısı təqdim etmişdir ki, istədiyi vəkili hüquqlarının müdafiəsi üçün seçə bilər. O da təqdim olunmuş siyahıdan hüquqlarının müdafiəsi üçün vəkil seçmişdir. Vəkil gəldikdən sonra onu Nərimanov RPİnin 16-cı PB-nə gətirmiş əməkdaşların iştirakları ilə üzərində axtarış və götürmə aparılmağa başlanılmışdır. Təhqiqatçı ona təklif etmişdir ki, üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. O da əynində olan göy rəngli cins şalvarının sağ kiçik cibində olan 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroini könüllü təqdim etmişdir. Polis əməkdaşı təqdim etdiyi içərisində heroin olan 01 (bir) ədəd bükülünü zərfə qoyaraq qablaşdırmış və möhürləyib götürərək bu barədə protokol tərtib etmişdir. Bundan başqa, o, bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində narkotik vasitə olmamışdır. Belə ki, o, bir ay yarım idi ki, narkotik vasitədən istifadə etmirdi. xx.xx.2023-cü il tarixdə evdə televizora baxdığı zaman pəncərədən polis əməkdaşlarının gəldiyini görüb qapıya çıxmış, polis əməkdaşları ondan adını soruşmuş və adını portala daxil etdikdə barəsində Nərimanov RPİ-də CM-nin 234.1-ci maddəsi ilə cinayət işi olduğunu görüb onu polis bölməsinə aparmışlar. Bölmədə ona bir büküm narkotik vasitə verib cibinə qoymasını və videoçəkilişlə şəxsi axtarış aparılan zaman cibindən çıxarıb təqdim etməsini tələb etmişlər. Polis əməkdaşları onu döyməmiş, işgəncə verməmiş, lakin külli miqdarda narkotik vasitə saxlamada və daşımada ittiham edəcəkləri ilə hədələdikləri üçün o, onların dedikləri ilə razılaşaraq cinayət əməlini boynuna götürmüşdür. Polis əməkdaşlarının hərəkətlərindən heç bir yerə şikayət etməmişdir. Daha sonra əməlindən peşman olmasını və himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 Möhübbət oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:45 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin polis kapitanı Şahid2 ilə xidmət aparan zaman ünvan 9 ünvanın qarşısında bir nəfər şəxs onları görüb davranışı ilə özünü şübhəli apardığından yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyəti haqqında maraqlanmışlar. Bu vaxt həmin şəxs həyəcanlanıb verilən suallara qeyri-müəyyən cavab verərək hərəkətləri ilə spirtli içki, narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olması təəssüratını yaratmışdır. Daha sonra həmin şəxsin yayınaraq getməsinə imkan verməyib Nərimanov rayon Polis İdarəsinin 16-cı PB-nə dəvət etmişlər. Həmin şəxs narazılıq etmədən və hər hansı etiraz bildirmədən onlarla birlikdə Nərimanov RPl-nin 16-cı PB-nə getmişdir. Polis Bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra müvafiq raport yazılmış və araşdırmanın aparılması 16-ci PB-nin təhqiqatçısı, polis kapitanı Rəşad Əhmədova həvalə edildiyindən onların müşayiətləri ilə Təqsirləndirilən şəxs xidməti otağa aparmışlar. Daha sonra təhqiqatçının dəvəti ilə vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymasını təklif etmiş, sonuncu əynindəki tünd göy rəngli cins şalvarının sağ yan kiçik cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli siqaretin gümüşü kağızına bükülmüş maddəni könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin “kakos” olduğunu və xx.xx.2023-cü il tarixdə “Papanin” adlanan ərazidə üzdən tanıdığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra, təhqiqatçı protokol tərtib etmişdir, həmin maddəni ekspertizaya göndərmək məqsədilə zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin polis kapitanı Şahid4 ilə xidmət aparan zaman Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 94 saylı ünvanın qarşısında bir nəfər şəxs onları görüb davranışı ilə özünü şübhəli apardığından həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyəti haqqında maraqlanmışlar. Bu vaxt həmin şəxs həyəcanlanıb verilən suallara qeyri-müəyyən cavab verərək hərəkətləri ilə spirtli içki, narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olması təəssüratını yaratmışdır. Daha sonra həmin şəxsi Nərimanov rayon Polis İdarəsinin 16-cı PB-nə dəvət etmişlər. Həmin şəxs narazılıq etmədən və hər hansı etiraz bildirmədən onlarla birlikdə Nərimanov RPİ-nin 16-cı PB-nə getmişdir. Polis Bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra təhqiqatçının dəvəti ilə vəkil gələndən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Sonra, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymasını təklif edilmiş, sonuncu əynindəki tünd göy rəngli cins şalvarının sağ yan kiçik cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli siqaretin gümüşü kağızına bükülmüş maddəni könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin “kakos” olduğunu və xx.xx.2023-cü il tarixdə “Papanin” adlanan ərazidə üzdən tanıdığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra, təhqiqatçı protokol tərtib etmiş, həmin maddəni ekspertizaya göndərmək məqsədilə zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin polis sahə inspektoru Şahid5 ifadəsində göstərmişdir ki, 23 iyun 2023-cü il tarixdə saat 11:00-da xidməti zərurətlə əlaqədar olaraq Nəsimi RPİ-nin 20-ci PB-nin polis sahə inspektoru Şahid6 ilə birlikdə polis bölməsinin inzibati ərazisində olarkən ünvan 10 ünvanının qarşısında bir nəfər şəxsin özünü şübhəli aparmasının şahidi olmuşlar. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər, eləcə də, həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxsin gözlərinin axması, həyəcanlanması, verilən suallara qeyri-müəyyən cavab verməsi və oradan uzaqlaşmağa cəhd etməsi şübhələrini daha da artırmışdır. Həmin şəxsin narkotik vasitənin təsiri altında olmasından və üzərində narkotik vasitə saxlamasından şübhələnmişlər. Bundan sonra həmin şəxsi Nəsimi RPİ-nin 20-ci PB-yə aparmışlar. PB-də həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və üzərində şəxsi axtarış keçirilməsindən ötrü raportla bölmə rəhbərliyinə müraciət etmişlər. Həmin raportun icrası Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Orxan Abbaslıya həvalə edilmişdir. X5 Təqsirləndirilən şəxs hüquqlarını izah edib vəkillərin siyahısı ilə tanış etdikdə, Təqsirləndirilən şəxs hər hansı vəkilin hüquqlarını müdafiə etməsini istədiyini bildirdiyi üçün X5 14 saylı vəkil bürosundan PB-yə vəkil dəvət etmiş və 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi PB-yə gəldikdə X5 həmin vəkili Təqsirləndirilən şəxs təqdim etmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üstünə şəxsi axtarış aparılacağını və şəxsi axtarışın videoçəkilişlə aparılacağını bildirmiş, Təqsirləndirilən şəxs isə etiraz etməmişdir. Şəxsi axtarışdan əvvəl Müdafiəçi şəxsi axtarışın öz iştirakı olmadan aparılmasını xahiş etmiş, Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. Bundan sonra X5 Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif etmiş və Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən şəffaf rəngli sellofana bükülmüş 1 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır, lakin başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, şəffaf rəngli sellofana bükülmüş 01 ədəd büküm barədə məlumat verməsi bildirilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan maddənin “kakos” adlanan narkotik maddə heroin olduğunu, özünə məxsus olduğunu və “Papanin” adlı yerdən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığnı bildirmişdir. Daha sonra şəffaf sellofanda olan narkotik vasitəyə bənzər maddə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin 20-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin polis sahə inspektoru Şahid6 Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Nərimanov RPİ-nin 16-cı PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid1 Möhübbət oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Nərimanov RPİ-nin 16-cı PB-nin əməliyyat müvəkkili Şahid4 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.21-22); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.92-93); - Şəxsi axtarış aparılması və maddi dübutun götürülməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20-ci PB-nə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroinə bənzər maddənin aşkar edilərək götürülməsi faktı təsdiq edilir (İ cild, i.v.44-49); - “Cinayət işinin başlanması və icraata götürmək barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v.111- 112); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.125-126); - “Təqsirləndirilən şəxsin saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsinin nəzərə alınması barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Nəbiyev X2 RPİ-nin MSY-dən azad edilmiş və onun barəsində seçilmiş xx.xx.2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmaqla qüvvədə saxlanılmışdır (İİ cild, i.v.63-65); - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və eyni icraatda birləşdirilmiş cinayət işinin ********* nömrəsi altında ibtidai istintaqı davam etdirilmişdir (İ cild, i.v.161-162); - Şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Nəbiyev X2 RPİ-nin 16-cı PB-nə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd göy rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə heroinə bənzər maddənin aşkar edilərək götürülməsi faktı təsdiq edilir (İ cild, i.v.137-138); - “Cinayət işinin başlanması və icraata götürmək barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v.164); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.179-180); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (İİ cild, i.v.20-22); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.23-24); - Şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Nəbiyev X2 RPİ-nin 16-cı PB-nə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd göy rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə heroinə bənzər maddənin aşkar edilərək götürülməsi faktı təsdiq edilir (İ cild, i.v.191-192); - “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Nəsimi RPİ-nin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilməsindən ötrü Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Cavanşir Mayılov tərəfindən aidiyyəti üzrə Nəsimi RPİ-nin İŞ-yə göndərilmişdir (İİ cild, i.v.82-83); “Cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin birləşdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraatıa qəbul edilmiş, həmçinin, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və cinayət işi sonuncu nömrə altında davam etdirilmişdir (İ cild, i.v.105-107); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/3515 saylı rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 188” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş 01 ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,345 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir (İ cild, i.v.55-59); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/2712 saylı rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün № 218 dairəvi möhür əksi və “ ... Şübhəli şəxs: Nəbiyev A – imza, iştirak etdilər: iki imza, Təhqiqatçı: R.Əhmədov – imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,393 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 92 manat təşkil edir (İ cild, i.v.146-149); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/1638 saylı rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 218” dairəvi möhür əksi, “şübhəli şəxs; (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,331 qram olan qəhvəyi tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir (İ cild, i.v.200-203); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1740 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ cild, i.v.45-46); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,331 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,281 qram narkotik vasitə heroin saxlanması üçün Bakı şəhəri Nərimanov RPİ-nin Növbətçi Hissəsinə verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,393 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,343 qram narkotik vasitə heroin saxlanması üçün Bakı şəhəri Nərimanov RPİ-nin Növbətçi Hissəsinə verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,345 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,245 qram narkotik vasitə heroin saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə verilmişdir (İİ cild, i.v.122- 134); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İİ cild, i.v.31); - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2017-ci il təvəllüdlü üç azyaşlı övladı var. - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD disklərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynindəki tünd göy rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb masanın üstünə qoyur, həmin bükümü Bakı şəhəri ərazisində “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata aldığını bildirir. Bundan başqa, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynindəki tünd göy rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb masanın üstünə qoyur, həmin bükümü Bakı şəhəri ərazisində “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata aldığını bildirir. Bundan başqa, Bakı şəhəri Nəsimi RPİ-nin 20-cı PB-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynindəki şalvarının cibindən şəffaf rəngli sellofana bükülmüş 1 ədəd bükümü çıxarıb masanın üstünə qoyur, həmin bükümü Bakı şəhəri ərazisində “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata aldığını bildirir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, Nəsimi rayonu ərazisində saxlanılarkən onun üzərində narkotik vasitə olan heroinin olmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, şahid ifadələri, həmçinin ekspert rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlini qismən etiraf edərək peşman olmasını, ilk dəfə cinayət törətməsini və himayəsində üç azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixlərdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib saxlayaraq üzərində daşımaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təkrar törəmişdir. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, daha sonra o, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmaqla qüvvədə saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 04 (dörd) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2023-cü il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cüi il tarixli, 1740 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,281 qram və 0,343 qram narkotik vasitə heroin, həmçinin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,295 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış üç ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq ümumilikdə 271 (iki yüz yetmiş bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək şübhəli şəxs qismində saxlanıldığı 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nərimanov RPİ-nin Növbətçi hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,281 və 0,343 qram narkotik vasitə heroin, həmçinin, Nəsimi RPİ-nin Növbətçi hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,295 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – ümumilikdə 271 (iki yüz yetmiş bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-431/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-431/2023
24.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver