Məhkəmə qərarları › İş №1(006)-431/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-431/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-431/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Bayraməliyev Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1979-cu ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Ağstafa rayonu Qaçaq Kərəm kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Bayraməliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bayraməliyev Təqsirləndirilən şəxs təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmiş və satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 noyabr 2023-cü il tarixdə axşam saatlarında fəhlə işlədiyi Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 162 M saylı bağ evindən digər şəxslərin olmadığı şəraitdə zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 metrinin qiyməti 02 manat 60 qəpik olmaqla ümumi dəyəri 260 manat olan mis materialından hazırlanmış 100 metr uzunluğunda elektrik naqilini, 01 metrinin qiyməti 03 manat 60 qəpik olmaqla ümumi dəyəri 180 manat olan mis materialından hazırlanmış 50 metr uzunluğunda elektrik naqilini, 01 metrinin qiyməti 6 manat 80 qəpik olmaqla ümumi dəyəri 176 manat 80 qəpik olan mis materialından hazırlanmış 26 metr uzunluğunda elektrik naqilini, 01 metrinin qiyməti 80 qəpik olmaqla ümumi dəyəri 80 manat olan mis materialından hazırlanmış 100 metr uzunluğunda elektrik naqilini, 01 metrinin qiyməti 01 manat 65 qəpik olmaqla ümumi dəyəri 330 manat olan mis materialından hazırlanmış 200 metr uzunluğunda elektrik naqilini, eləcə də, evin çardaq hissəsində əvvəlcədən çəkilmiş ümumi dəyəri 233 manat olan elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1259 manat 80 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 yanvar 2024-cü il tarixdə saat 01 radələrində kirayədə yaşadığı, Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsinin şüşəsini yerdən götürdüyü daş parçası ilə sındıraraq yaşayış sahəsinə qanunsuz daxil olub evdən Zərərçəkmiş şəxs2 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 600 manat dəyərində 82 dioqonal ekran ölçülü “LG” markalı televizoru, 01 ədəd 20 manat dəyərində qara rəngli qadın cins şalvarını, 01 ədəd 40 manat dəyərində göy rəngli qadın cins şalvarını, 01 ədəd 5 manat dəyərində qara rəngli qadın kalqotqasını, 01 ədəd 20 manat dəyərində qara rəngli qolu kəsik qadın jiletini, 01 ədəd 18 manat dəyərində göy rəngli qolu kəsik qadın jiletini, 01 ədəd 180 manat dəyərində qara rəngli qadın paltosunu, 01 ədəd 12 manat dəyərində qırmızı rəngli qadın xına şərfini, 01 ədəd 25 manat dəyərində üzəri qara rəngli nazik xətlərlə bəzədilmiş ağ rəngli qadın şərfini, 01 ədəd 20 manat dəyərində üzəri ağ və qəhvəyi rəngli nazik xətlərlə bəzədilmiş qara rəngli qadın şərfini, 01 cüt 15 manat dəyərində ağ rəngli, üzərində xırda göy rəngli bəzəkləri olan yun əlcəyi, 01 ədədinin qiyməti 20 manat olmaqla ümumi dəyəri 100 manat olan 05 ədəd qırmızı rəngli balınc üzlərini, 01 ədəd 100 manat dəyərində qırmızı rəngli ipək parçadan ibarət yorğan üzlüyünü, 01 ədəd 100 manat dəyərində sarı rəngli ipək parçadan ibarət yorğan üzlüyünü, 01 ədəd 20 manat dəyərində açıq qırmızı rəngli yorğan üzlüyünü, 01 ədəd 15 manat dəyərində ağ rəngli ayı oyuncağını, 01 ədəd 20 manat dəyərində qara rəngli süni dəri parçadan ibarət qadın əl çantasını, 01 ədəd 160 manat dəyərində “Beko” markalı elektrikli tərəvəz doğrayan mikser aparatını, 01 ədəd 160 manat dəyərində açıq qırmızı və yaşıl rənglərin qarışığından ibarət yun ədyalı və 01 cüt 50 manat dəyərində paslanmayan adi metaldan hazırlanmış qadın sırğasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1680 manat məbləğində maddi ziyan vurmaqla oğurluc etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 1,140 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi RPİ-nin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30 may 2024-cü il tarixdə saat 17:30-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 20-ci polis şöbəsinin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 1,140 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs Bayraməliyev Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, cəzaçəkmə müəssisəsindən həbsdən azad olunduqdan sonra bir müddət Ağstafa rayonu Qaçaq Kərəm kəndində yerləşən özünə məxsus evdə yaşamış, lakin sonradan maddi vəziyyəti çətin olduğuna görə Bakı şəhərinə gəlib fəhləlik edərək pul qazanıb dolanmaq qərarına gəlmişdir. 2023-cü ilin oktyabr ayının sonlarında yaşadığı Ağstafa rayonundan Bakı şəhərinə gəlmişdir. Bundan sonra o, əvvəldən tanıdığı “Yalçın” adlı şəxslə əlaqə saxlayaraq iş tapmaqda ona köməklik etməsini xahiş etmişdir. Həmin vaxt aralarında olan danışıq zamanı Yalçın Bakı şəhərində Nardaran qəsəbəsində yerləşən bir bağ evində “suvaq” vurduğunu, əgər istəsə günü 30 manata yanında fəhlə işləyə biləcəyini demişdir. O da razılaşaraq həmin gün Yalçınla görüşmüş və Yalçın onu özü ilə birikdə Nardaran qəsəbəsində işlədiyi bağ evinə aparmışdır. Həmin vaxt həyətdə iki yarımçıq tikili olmuşdur. Buna görə də, o, Bakı şəhərində yaşamağa yeri olmadığını deyərək həmin bağ evinin sahibi olan Zərərçəkmiş şəxs1 iş bitənə kimi orada müvəqqəti yaşamağa ona icazə verməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 da razılaşaraq orada müvəqqəti yaşamaq üçün ona icazə vermişdir. Beləliklə, Yalçın hər gün səhər gedib həmin tikililərə suvaq vurmuş, o da fəhlə qismində Yalçına kömək etmişdir. Axşam olduqda Yalçın evə getmiş, o isə həmin yerdə qalmışdır. O, həmin vaxt qazandığı pulları yeməyə və spirtli içkiyə xərclədiyinə görə cibində pul qalmamışdır. 03 noyabr 2023cü il tarixdə axşam saatlarında həmişə olduğu kimi Yalçın işini bitirib getdikdən sonra o, spirtli içki qəbul etmək istəmiş, lakin həmin vaxt pulu olmadığına görə Zərərçəkmiş şəxs1 tikilməkdə olan bağ evindəki elektrik naqillərini oğurlayıb sataraq pul əldə etmək qərarına gəlmişdir. Beləliklə o, 03 noyabr 2023-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs1 bağ evindən müxtəlif uzunluqda və ölçüdə yumaq formasında olan istifadə edilməmiş elektrik naqillərini oğurlayıb, eləcə də həyətdəki tikilinin çardaq hissəsinə əvvəlcədən çəkilmiş elektrik naqillərini qopardıb oradan cəld şəkildə uzaqlaşmışdır. Daha sonra o, həmin elektrik naqillərini küçədə qarşısına çıxan tanımadığı müxtəlif şəxslərə müəyyən məbləğlər qarşılığında sataraq əldə etdiyi ümumilikdə 16 manat pulla spirtli içki alıb içmişdir. Bundan sonra ev sahibinin ondan şikayət edəcəyini düşünüb Ağstafa rayonu Qaçaq kəndində yerləşən evinə getmişdir. Daha sonra tanışı Yalçın onunla əlaqə saxlayanda Zərərçəkmiş şəxs1 evindən oğurluq etdiyini etiraf etmiş və Zərərçəkmiş şəxs1 hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməməsi üçün sonuncuya vurduğu maddi ziyanı ödəyəcəyini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs1 maddi ziyanı ödəyə bilməmişdir. Bundan sonra, o, təxminən 2023-cü ilin noyabr ayının sonlarında və ya dekabr ayının əvvəllərində işləyib pul qazanmaq üçün yaşadığı Ağstafa rayonu Qaçaq Kərəm kəndindən Tovuz rayonuna gedərək Tovuz rayonu Qovlar şəhərində fəhləlik etməyə başlamış və həmin ərəfədə Tovuz rayonu Qovlar şəhərində Ağstafa rayon sakini olan “Elnur” adlı şəxslə tanış olmuşdur. Bundan sonra o, Elnurla birlikdə fəhləlik edib pul qazanmağa başlamışdır. 2024-cü ilin yanvar ayının əvvəllərində kirayədə yaşamaq üçün normal şəraiti olan ev tapa bilmədiyinə görə, ona normal şəraiti olan bir ev tapmasını Elnurdan xahiş etmiş, sonuncu da həmin vaxt özünün kirayədə yaşadığı, Tovuz rayonu Qovlar şəhərində yerləşən və Zərərçəkmiş şəxs2 məxsus evdə kirayədə yaşamağı ona məsləhət etmişdir. O da Elnurdan bu barədə Nəzakət xanımla danışmasını xahiş etmişdir. Beləliklə, 2024-cü ilin yanvar ayının əvvəllərində Elnur ev sahibi olan Nəzakət xanımla danışmış və sonuncu onun da Elnurla birlikdə evdə kirayədə yaşamasına icazə vermişdir. Bundan sonra o, gündəlik 03 manat pul ödəməklə Nəzakət xanımın Tovuz rayonu Qovlar kəndində yerləşən evində kirayədə yaşamağa başlamışdır. Elnurla onun kirayədə yaşadıqları ev həyətə daxil olduqda sağ tərəfdə yerləşmiş, evin pəncərəsi küçəyə açılmış və ev bir otaqdan ibarət olmuşdur. Elnurla ona sadəcə olaraq yaşadıqları evdən və hamamdan istifadə etməyə icazə verilmişdir. Həyətdə olan digər bir otaqlı evdə isə Nəzakət xanımın özü yaşamış və həmin evdə özünə məxsus əşyaları saxlamışdır. Həmin evin açarı isə Nəzakət xanımın özündə olmuşdur. Lakin Nəzakət xanım həmin ərəfədə Bakı şəhərində olmuşdur. Həyətin giriş darvazasının açarı bir nüsxədən ibarət olmuş və Elnurla o, darvazanı bağladıqdan sonra açarı adətən darvazanın qarşısında sağ tərəfdə olan daşın altına qoymuşlar. O, təxminən 2024-cü ilin yanvar ayının ortalarında şəxsi tələbatlarını ödəyəcək qədər işləyib pul qazana bilmədiyinə görə Zərərçəkmiş şəxs2 evindən oğurluq etmək qərarına gəlmiş və oğurluq etmək üçün uyğun şəraitin yaranmasını gözləmişdir. Beləliklə, 20 yanvar 2024-cü il tarixdə təxminən saat 22 radələrində Elnurla birlikdə yaşadıqları evdə yemək yeyərkən spirtli içki qəbul etdikdən sonra Elnur sərxoş olub yuxuya getmişdir. Bundan sonra o, 21 yanvar 2024-cu il tarixdə təxminən saat 01 radələrində Elnurun sərxoş olub yatmasından istifadə edərək oğurluq etmək məqsədi ilə otaqdan çıxıb Zərərçəkmiş şəxs2 evinə doğru getmiş, həmin evin qapısı bağlı olduğuna görə yerdən götürdüyü daşla vurub qapının yanındakı pəncərənin şüşəsini sındırmış və pəncərədən evə daxil olmuşdur. Bundan sonra o, Nəzakət xanımın evindən 01 ədəd qara rəngli “LG” markalı televizoru oğurlayıb cəld şəkildə evdən çıxıb oradan uzaqlaşmışdır. Daha sonra o, oğurladığı əşyaları Tovuz-Ağstafa rayonları arası taksi fəaliyyəti ilə məşğul olan tanımadığı bir şəxsin avtomobili ilə yaşadığı Ağstafa rayonu Qaçaq Kərəm kəndində yerləşən evinə aparmışdır. Lakin sonradan etdiyi əməldən peşman olmuş və bacısına sərxoş vəziyyətdə olduğuna görə televizor oğurladığını bildirmiş, həmçinin oğurladığı televizoru qaytarmasına köməklik göstərməsini xahiş etmişdir. Sonradan Bakı şəhərinə gələrək fəhlə fəaliyyəti ilə məşğul olan zaman Ağstafa rayonunda yaşayan bacısı Şahid3 zəng edib danışmış və bacısı Tovuz rayon Polis İdarəsinin əməkdaşlarının onun yaşadığı evə gedərək, oğurladığı televizoru müəyyən edib götürdüklərini və polis əməkdaşlarının onu axtardıqlarını bildirmişdir. Lakin, o, ittiham üzrə qeyd edilmiş digər əşyaları Zərərçəkmiş şəxs2 evindən oğurlamamışdır. Bundan başqa o, 30 may 2024-cü il tarixdə Nəsimi RPİ-nin 20-ci PŞ-nin inzibatı binasına gedib içki aludəçisi olduğunu bildirib ona köməlik edilməsini xahiş etmişdir. Polis əməkdaşları da ona köməklik edəcəklərini və müalicə olunmaq üçün məhkəmə vasitəsilə müvafiq orqana göndəriləcəyini bildirmişlər. Bundan sonra, polis əməkdaşları ona müalicə olunmaq üçün çəkiliş vasitəsilə qeyd edilmiş narkotik vasitənin onun üzərində olması barədə ifadə verməsini istəmişlər. O da etiraz etməmiş və vodeoçəkilişlə keçirilmiş baxış zamanı üzərində olmayan narkotik vasitənin istifadəçisi olduğunu bildirmişdir. Halbuki, o, həmin vaxt yalnız müalicə olunmasına köməklik edilməsi üçün polis şöbəsinə getmiş və üzərində heç bir narkotik vasitə olmamışdır. Son məhkəmə iclaslarında dindirilmiş təqsirləndirilən şəxs Bayraməliyev Təqsirləndirilən şəxs təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etməsi ittihamları üzrə özünü qismən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması barədə ittihamı üzrə isə tam təqsirli bildiyini, son sözündə isə törətdiyi əməllər üzrə səmimi peşman olmasını nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində bildirmişdir ki, o, təqsirləndirilən şəxs Bayraməliyev Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. O, hadisə vaxtı Sabunçu rayonu, Nardaran qəsəbəsində 162 M saylı bağ sahəsini 2022-ci ildə alıb bağ evi tikdirmişdir. Həmin bağ sahəsinin hörgü işlərini bitirdikdən sonra evin elektrik işlərini gördürmək məqsədi ilə hörgü işlərini görən Yalçın Novruzovun tanışı olan Bayraməliyev Təqsirləndirilən şəxs kömək məqsədi ilə tikinti işləri görülən evə gəlmişdir. Yalçın ondan Təqsirləndirilən şəxs qalmağa yeri olmadığı üçün həmin ünvanda müvəqqəti qalıb işləri görməsini xahiş etmiş, o da razılaşmışdır. 2023-cü ilin noyabr ayının əvvəllərində Bayraməliyev Təqsirləndirilən şəxs rayonda işləri olduğuna görə oraya getmək üçün ondan pul istəmiş və işləri bitdikdən sonra onun evindəki işləri görəcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxs 100 manat pul verib yola salmışdır. 08 noyabr 2023-cü il tarixdə tikintisi davam edən bağ evinə getdiyi zaman elektrik naqillərinin yerində olmadığını görüb Yalçına zəng etmiş, Təqsirləndirilən şəxsla əlaqə saxladıqda sonuncu həmin hadisəni özünün törətdiyini telefonda etiraf edərək dəymiş ziyanı ödəyəcəyini bildirmiş və neçə manat olduğunu soruşmuş, o da ümumilikdə 1260 manat maddi ziyan dəydiyini bildirmişdir. Lakin Bayraməlıyev Təqsirləndirilən şəxs bu günədək ona vurduğu maddi ziyanı ödəməmişdir. Hal-hazırda təqsirləndirilən şəxs Bayraməliyev Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən şikayətçidir. Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirilən şəxs Bayraməliyev Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Bayraməliyev Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, 30 may 2024-cü il tarixdə saat 17:30 radələrində 20-ci PŞ-nin əməliyyat müvəkkili Fərid Məmmədovla birlikdə inzibati ərazidə xidmət aparan zaman Bakı şəhəri Nəsimi rayonu C.Səlimov küçəsi 9 ünvanın qarşısında əvvəllər tanımadıqları orta yaşlı bir kişinin özünü şübhəli apardığını görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü “Təqsirləndirilən şəxs” kimi təqdim edərək narkotik vasitənin təsiri altında olduğunu və üzərində narkotik vasitə olduğunu bildirmişdir. Onlar da həmin şəxsi dəvət edib 20-ci PŞ-nin inzibati binasına aparmışlar. Orada həmin şəxsin Bayraməliyev Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Fərid Məmmədov saxlanılmış Təqsirləndirilən şəxs Bayraməliyevin barəsində qanuni tədbir görülməsindən ötrü raportla Polis şöbəsinin rəhbərliyinə müraciət etdikdən sonra sonuncunun üzərinə təhqiqatçı Orxan Abaslı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs Bayraməliyev əynindəki şalvarın cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Bayraməliyevin üzərində şəxsi axtarış aparılmış, lakin başqa hər hansı qanunsuz bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Bayraməliyev təqdim etdiyi 01 ədəd bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 30 may 2024 cü ıl tarixdə “Papanin” adlanan yerdən öz şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Bayraməliyevin təqdim etdiyi 01 ədəd büküm təhqiqatçı Orxan Abaslı tərəfindən 01 ədəd zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Bayraməliyev Təqsirləndirilən şəxs saxlanılan zaman heç bir müqavimət göstərməmiş və ya ona polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixoloji təzyiq olmamışdır. Şahid3 24 avqust 2024-cü il tarixdə və 02 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmədə iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən şahidlər Şahid3, Şahid2 və X4 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin baş təhqiqatçısı Orxan Abaslı tərəfindən tərtib edilmiş, Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməliyyat müvəkkilləri X6 və Şahid1, mütəxəssis X8, müdafiəçi X3, həmçinin cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş Bayraməliyev Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 30 may 2024-cü il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs Bayraməliyev Təqsirləndirilən şəxs 30 may 2024-cü il tarixdə Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan yaşıl rəngli şalvarının sağ yan cibindən bir ədəd büküm aşkar olunaraq götürülmüşdür. (cild İ, i/v 48-50). İş materiallarında olan 24 yanvar 2024-cü il tarixdə Tovuz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı Vüsal İsmayılov tərəfindən tərtib olunmuş “baxış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 17:30 dəqiqədən saat 18:15 dəqiqəyədək olan müddət ərzində Ağstafa rayonu Qaçaq Kərəm kəndində yerləşən Bayraməliyev Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinə baxış keçirilmiş və iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək əşyalar götürülmüşdür. Evə yaşıl rəngli darvazadan daxil olunur. Darvazadan daxil olarkən sol tərəfdə yardımçı tikili, üzbəüzdə isə ağ rəngli evin qapısı yerləşir. Ağ rəngli taxta qapıdan içəri girdikdə bir-birinin ardında yerləşən 3 otaqdan ibarətdir. İlk otağın sağ divarında mətbəx mebeli yerləşir. Bır masa və bir divan mövcuddur. İkinci otaqda bir ədəd şkaf, bir kreslo, bir masa və iki çarpayı vardır. Üçüncü otaqda isə bir ədəd şkaf, bır ədəd kamot, bir ədəd çarpayı, bir ədəd kiçik ölçülü masa və çarpayının qarşısında yerə qoyulmuş qara rəngli “LG” markalı televizor vardır. Baxışda iştirak edən Şahid3 bildirmişdir ki, televizor onlara məxsus deyil və son günlərdə qardaşı tərəfindən evə gətirilmişdir. Həmçinin ikinci otaqda olan şkafın sonuncu qapısını açdıqda, orada olan qızılı rəngli parçaya bükülü olan əşyaların da evə sonradan qardaşı Təqsirləndirilən şəxs Bayraməliyev tərəfindən gətirildiyini demişdir. Qızılı rəngli parça birinci otağa aparılıb açılmış və içərisində 01 ədəd qara rəngli qadın çantası, 01 ədəd qara rəngli qadın paltosu, 01 ədəd goy rəngli gödəkçə, 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd qara rəngli üzərində qızılı işləmələr olan şal, bir ədəd göy rəngli cins şalvar, bir ədəd qara rəngli şalvar, 01 ədəd ağ rəngli oyuncaq ayı və bir ədəd qızılı rəngli kiçik qutuda qadın sırğaları aşkar edilmişdir. Şahid3 həmin əşyaların heç birinin onlara məxsus olmadığını və bir neçə həftə əvvəl həmin evdə keçirilən yas mərasimi vaxtı orada olmadıqlarını, yasdan sonrakı günlərdə qardaşı Təqsirləndirilən şəxs Bayraməliyev tərəfindən gətirildiyini bildirmişdir. (cild İ, i/v 157-164). İş materiallarında olan Ağstafa rayon İcra Hakimiyyəti Başçısının Xətai Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən xasiyyətnamə və arayışdan görünür ki, Ağstafa rayonu, Q.Kərəm kəndində qeydiyyatda olan Bayraməliyev Təqsirləndirilən şəxs kənddə yaşadığı müddət ərzində barəsində nümayəndəliyə məlumat daxil olmamışdır (cild 1, i/v 193-195). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2024-cü il tarixli, 6/3046 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №188» dairəvi möhür əksləri olan, “... 3) Şübhəli şəxs: “imza” Bayraməliyev Təqsirləndirilən şəxs R.” və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,140 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (cild İ, i/v 60-62). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli 3890 nömrəli rəyindən görünür ki, müayinə zamanı Bayraməliyev Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 101-102). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixli tələbnamədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli hökmünün surətindən və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərarının surətindən görünür ki, Bayraməliyev Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, cəzaçəkmə müddətinin əvvəli 10 aprel 2016-cı il tarixdən hesablanmaqla, 07 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 07 ay 11 gününü çəkmədən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (cild İ, i/v 115-117, 202-207, 247-249). İş materiallarına əlavə olunmuş “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən şəxs Bayraməliyev Təqsirləndirilən şəxs 30 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 01 iyun 2024-cü il tarixli, 4(006)-286/2024 saylı qərarı ilə barəsində 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir. (cild İ, i/v 23-24, 123-126). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2024-cü tarixli 3-16-16/2-9/2140/2024 nömrəli rəyindən görünür ki, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında (tap.az. lalafo.az, ucuz.tap və s.) mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə toplanan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən 20 adda malların 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti 324 manat müəyyən edilmişdir (cild İİ, i/v 2-5). İş materiallarına əlavə olunmuş oğurlanmış əşyaların təhvil alınmasına dair qəbzdən görünür ki, 01 ədəd 82 diaqonal ekran ölçülü “LG” markalı televizor, 01 ədəd qara rəngli cins parçadan ibarət olan 38 sm bel ölçülü qadın şalvarı, 01 ədəd göy rəngli cins parçadan ibarət olan 38 sm bel ölçülü qadın şalvarı, 01 ədəd qara rəngli ipək parçadan ibarət olan 38 sm bel ölçülü qadın retuzu (qadın kalqotqası), 01 ədəd qara rəngli sadə parçadan ibarət qolu kəsik qadın jileti, 01 ədəd göy rəngli sadə parçadan ibarət qolu kəsik qadın jileti, 01 ədəd qara rəngli yun parçadan ibarət 46 bədən ölçülü qadın paltosu, 01 ədəd qırmızı rəngli sadə parçadan ibarət qadın xına şərfi, 01 ədəd ağ rəngli üzəri qara rəngli nazik xətlərlə bəzədilmiş sadə parçadan ibarət qadın şərfi, 01 ədəd qara rəngli üzəri ağ və qəhvəyi rəngli nazik xətlərlə bəzədilmiş sadə parçadan ibarət qadın şərfi, 01 cüt ağ rəngli üzərində xırda göy rəngli bəzəkləri olan yun parçadan ibarət bir barmaqlı əlcək, 05 ədəd qırmızı rəngli ipək parçadan ibarət balınc üzləri, 01 ədəd qırmızı rəngli ipək parçadan ibarət yorğan üzlüyü, 01 ədəd sarı rəngli ipək parçadan ibarət yorğan üzlüyü, 01 ədəd açıq qırmızı rəngli sadə parçadan ibarət yorğan üzlüyü, 01 ədəd ağ rəngli yun parçadan ibarət ön hissəsində ürək formalı bəzəyi olan ayı formalı oyuncaq, 01 ədəd qara rəngli süni dəri parçadan ibarət qadın əl çantası və 01 cüt paslanmayan metaldan hazırlanmış (büjiteriya) qadın sırğasını Zərərçəkmiş şəxs2 12 may 2024-cü il tarixdə Tovuz rayon Polis Şöbəsinin inzibati binasında təhvil almışdır (cild İİ, i/v 13). İş materiallarına əlavə olunmuş 02 mart 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu RPl-nin 42-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Firuz Qasımov tərəfindən tərtib olunmuş “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 11:30 dəqiqədən saat 12:10 dəqiqəyədək olan müddət ərzində Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus 162M saylı bağ evinə baxış keçirilmişdir. Sözügedən bağ sahəsi 12 sotdan ibarət, içərisində 3 daş hündürlüyündə tikintisi davam etdirilən 4 otaqdan ibarət mənzilin yaxınlığında yerləşən saxlanc yerindən quraşdırılmış evi elektrik enerjisi ilə təmin edən elektrik avadanlıqlarının quraşdırıldığı 2/2 ölçülərində otaqdır. (cild İİ, i/v 81-84). İş materiallarına əlavə olunmuş götürmə və baxış keçirmə barədə protokoldan görünür ki, təqdim edilmiş 09 vərəqdən ibarət sms yazışmalarından ibarətdir. Təqdim edilən əşyalar araşdırma əhəmiyyəti kəsb etməklə gələcəkdə ittihamın düzgün həllinə xidmət edəcəyinə mötəbər əsaslar olduğundan götürülüb materiala əlavə edilmişdir. (cild İİ, i/v 109). İş materiallarında olan 02 avqust 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı evdən oğurlanmış 01 ədəd 82 diaqonal ekran ölçülü “LG” markalı televizor, 01 ədəd qara rəngli cins parçadan ibarət olan 38 sm bel ölçülü qadın şalvarı, 01 ədəd göy rəngli cins parçadan ibarət olan 38 sm bel ölçülü qadın şalvarı, 01 ədəd qara rəngli ipək parçadan ibarət olan 38 sm bel ölçülü qadın retuzu (qadın kalqotqası), 01 ədəd qara rəngli sadə parçadan ibarət qolu kəsik qadın jileti, 01 ədəd göy rəngli sadə parçadan ibarət qolu kəsik qadın jileti, 01 ədəd qara rəngli yun parçadan ibarət 46 bədən ölçülü qadın paltosu, 01 ədəd qırmızı rəngli sadə parçadan ibarət qadın xına şərfi, 01 ədəd ağ rəngli üzəri qara rəngli nazik xətlərlə bəzədilmiş sadə parçadan ibarət qadın şərfi, 01 ədəd qara rəngli üzəri ağ və qəhvəyi rəngli nazik xətlərlə bəzədilmiş sadə parçadan ibarət qadın şərfi, 01 cüt ağ rəngli üzərində xırda göy rəngli bəzəkləri olan yun parçadan ibarət bir barmaqlı əlcək, 05 ədəd qırmızı rəngli ipək parçadan ibarət balınc üzləri, 01 ədəd qırmızı rəngli ipək parçadan ibarət yorğan üzlüyü, 01 ədəd sarı rəngli ipək parçadan ibarət yorğan üzlüyü, 01 ədəd açıq qırmızı rəngli sadə parçadan ibarət yorğan üzlüyü, 01 ədəd ağ rəngli yun parçadan ibarət ön hissəsində ürək formalı bəzəyi olan ayı formalı oyuncaq, 01 ədəd qara rəngli süni dəri parçadan ibarət qadın əl çantası və 01 cüt paslanmayan metaldan hazırlanmış (büjiteriya) qadın sırğa iş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmışdır (cild İİ, i/v 195-216). İş materiallarında olan 02 avqust 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Bayraməliyev Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,140 qram olan narkotik vasitə heroinin maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalmış 1,060 qram narkotik vasitə heroinin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilməsi qərara alınmışdır. (cild İİ, i/v 195-216). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Bayraməliyev Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs oğurluq cinayətlərini Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yalnız televizor oğurlaması və digər əşyaları oğurlamadığını qeyd edərək, ittihamı bu hissədə qəbul etməmişdir. Lakin təqsirləndirilən şəxs istintaq orqanına verdiyi ifadəsində oğurluq əməllərinin onun tərəfindən törədildiyini etiraf etmişdir. Həmçinin istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 dəymiş ziyan tam olaraq qaytarılmış və oğurlanmış əşyalar Bayraməliyev Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunaraq protokollaşdırılmışdır. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsini müdafiə xarakterli olduğunu hesab edir. Göründüyü kimi qeyd edilənlər oğurluq cinayətlərinin təqsirləndirilən şəxs tərəfindən törədildiyini sübuta yetirir. Belə olan halda məhkəmə hesab edir ki, Bayraməliyev Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Bayraməliyev Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə nəzərə alır ki, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, şahidlər ibtidai istintaq dövründə vermiş olduqları və məhkəmə iclasında verdikləri ifadələrində Bayraməliyev Təqsirləndirilən şəxs hər hansı təzyiq və təsir edilmədiyini, sonuncunun döyülmədiyini, Bayraməliyev Təqsirləndirilən şəxs könüllü şəkildə Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin inzibati binasına aparıldığını bildirmişlər. Məhkəmə, şahidə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq, şahidin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə nəzərə alır ki, Bayraməliyev Təqsirləndirilən şəxs həm təhqiqat, həm də istintaq zamanı vermiş olduğu ifadələrində elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ümumiyyətlə polis əməkdaşları tərəfindən ona təzyiq və təsir edilməsi, döyülməsi barədə hər hansı xüsusat bildirməmiş, yalnız, məhkəmə istintaqı aparılarkən narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Lakin cinayət işi üzrə məhkəmə istintaqı zamanı Bayraməliyev Təqsirləndirilən şəxs ifadəsini təsdiq edəcək hər hansı sübut növü müəyyən olunmamışdır. Ambulator X2 zamanı da müəyyən olunmuşdur ki, Bayraməliyev Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən onu yandırıb tüstünü nəfəsinə çəkməklə istifadə etmişdir. Narkotik vasitələrə, qarşı patoloji meyl formalaşması müəyyən edilmiş, Bayraməliyev Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda narkotik vasitə olan heroinin xeyli miqdarının (təmiz halda qramlarla daxil olmaqla) aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs Bayraməliyev Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini qismən etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 8 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs Bayraməliyev Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə təqsirləndirilən şəxs Bayraməliyev Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Bayraməliyev Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlərdən biri daxil olduğundan Bayraməliyev Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Bayraməliyev Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərarı ilə təyin edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə Bayraməliyev Təqsirləndirilən şəxs ona Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərarı ilə cəzadan şərti azad olunduğu müddət ərzində qəsdən az ağır cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Bayraməliyev Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin qərarla çəkilməmiş qalan 07 (yeddi) ay 11 (on bir) gün cəza müddəti hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və ona qəti olaraq azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxs Bayraməliyev Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 30 may 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 139 (yüz otuz doqquz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan, Bayraməliyev Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 01 ədəd bükümdə təmiz çəkisi 1,140 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,060 qram olan hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 yaşadığı evdən oğurlanmış 01 ədəd 82 diaqonal ekran ölçülü “LG” markalı televizor, 01 ədəd qara rəngli cins parçadan ibarət olan 38 sm bel ölçülü qadın şalvarı, 01 ədəd göy rəngli cins parçadan ibarət olan 38 sm bel ölçülü qadın şalvarı, 01 ədəd qara rəngli ipək parçadan ibarət olan 38 sm bel ölçülü qadın retuzu (qadın kalqotqası), 01 ədəd qara rəngli sadə parçadan ibarət qolu kəsik qadın jileti, 01 ədəd göy rəngli sadə parçadan ibarət qolu kəsik qadın jileti, 01 ədəd qara rəngli yun parçadan ibarət 46 bədən ölçülü qadın paltosu, 01 ədəd qırmızı rəngli sadə parçadan ibarət qadın xına şərfi, 01 ədəd ağ rəngli üzəri qara rəngli nazik xətlərlə bəzədilmiş sadə parçadan ibarət qadın şərfi, 01 ədəd qara rəngli üzəri ağ və qəhvəyi rəngli nazik xətlərlə bəzədilmiş sadə parçadan ibarət qadın şərfi, 01 cüt ağ rəngli üzərində xırda göy rəngli bəzəkləri olan yun parçadan ibarət bir barmaqlı əlcək, 05 ədəd qırmızı rəngli ipək parçadan ibarət balınc üzləri, 01 ədəd qırmızı rəngli ipək parçadan ibarət yorğan üzlüyü, 01 ədəd sarı rəngli ipək parçadan ibarət yorğan üzlüyü, 01 ədəd açıq qırmızı rəngli sadə parçadan ibarət yorğan üzlüyü, 01 ədəd ağ rəngli yun parçadan ibarət ön hissəsində ürək formalı bəzəyi olan ayı formalı oyuncaq, 01 ədəd qara rəngli süni dəri parçadan ibarət qadın əl çantası və 01 cüt paslanmayan metaldan hazırlanmış (büjiteriya) qadın sırğasının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alımalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, təqsirləndirilən şəxs Bayraməliyev Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-431/2024 saylı 21 avqust 2024-cü il tarixli qərara əsasən 26 avqust 2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxs Bayraməliyev Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Bayraməliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bayraməliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Bayraməliyev Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bayraməliyev Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli hökmü ilə təyin olunmuş və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 14 iyul 2023cü il tarixli qərarı ilə cəzadan 07 (yeddi) ay 11 (on bir) gün şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bayraməliyev Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli hökmü ilə təyin olunmuş və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edildiyi azadlıqdan məhrumetmə cəzasının 07 (yeddi) ay 11 (on bir) gün hissəsi ilə qismən birləşdirilməklə Bayraməliyev Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bayraməliyev Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bayraməliyev Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 30 may 2024-cü il tarixdən hesablansın. Bayraməliyev Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bayraməliyev Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bayraməliyev Təqsirləndirilən şəxs 139 (yüz otuz doqquz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan, Bayraməliyev Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 01 ədəd bükümdə təmiz çəkisi 1,140 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,060 qram olan hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 yaşadığı evdən oğurlanmış 01 ədəd 82 diaqonal ekran ölçülü “LG” markalı televizor, 01 ədəd qara rəngli cins parçadan ibarət olan 38 sm bel ölçülü qadın şalvarı, 01 ədəd göy rəngli cins parçadan ibarət olan 38 sm bel ölçülü qadın şalvarı, 01 ədəd qara rəngli ipək parçadan ibarət olan 38 sm bel ölçülü qadın retuzu (qadın kalqotqası), 01 ədəd qara rəngli sadə parçadan ibarət qolu kəsik qadın jileti, 01 ədəd göy rəngli sadə parçadan ibarət qolu kəsik qadın jileti, 01 ədəd qara rəngli yun parçadan ibarət 46 bədən ölçülü qadın paltosu, 01 ədəd qırmızı rəngli sadə parçadan ibarət qadın xına şərfi, 01 ədəd ağ rəngli üzəri qara rəngli nazik xətlərlə bəzədilmiş sadə parçadan ibarət qadın şərfi, 01 ədəd qara rəngli üzəri ağ və qəhvəyi rəngli nazik xətlərlə bəzədilmiş sadə parçadan ibarət qadın şərfi, 01 cüt ağ rəngli üzərində xırda göy rəngli bəzəkləri olan yun parçadan ibarət bir barmaqlı əlcək, 05 ədəd qırmızı rəngli ipək parçadan ibarət balınc üzləri, 01 ədəd qırmızı rəngli ipək parçadan ibarət yorğan üzlüyü, 01 ədəd sarı rəngli ipək parçadan ibarət yorğan üzlüyü, 01 ədəd açıq qırmızı rəngli sadə parçadan ibarət yorğan üzlüyü, 01 ədəd ağ rəngli yun parçadan ibarət ön hissəsində ürək formalı bəzəyi olan ayı formalı oyuncaq, 01 ədəd qara rəngli süni dəri parçadan ibarət qadın əl çantası və 01 cüt paslanmayan metaldan hazırlanmış (büjiteriya) qadın sırğasının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar