Məhkəmə qərarları › İş №1(006)-432/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-432/2021

13.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-432/2021 13.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Ağdam rayonu, Kiçikli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı övladı olan, orta təhsilli, fərdi əməklə məşğul və məhkumluğu olan, Ağdam rayonu, Kiçikli kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə 30 aprel 2021-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanın mətbəxin açıq pəncərəsindən mənzilə qanunsuz daxil olaraq mənzilin otağında yerləşən dolabın yuxarı rəfinin sol tərəfinə qoyulmuş çəhrayı rəngli pul qabından 700 manat məbləğində nəğd pulu, həmin dolabın aşağı rəfinin sağ tərəfmə qoyulmuş qara rəngli qadın çantasının içərisindəki ağ rəngli qutudan 825 manat dəyərində 585 əyarlı 1 ədəd qızıl bilərziyi gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1525 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 28 aprel 2021-ci il tarixdə iş tapıb işləmək üçün yaşadığı Ağdam rayonu Kiçikli kəndindən Bakı şəhərinə getmişdir. Lakin, Bakı şəhərində iş tapa bilməmiş, maddi imkanı zəif olduğundan 28 aprel və 29 aprel 2021-ci il tarixlərində Bakı şəhərində yerləşən müxtəlif küçələrdə yatmış, 30 aprel 2021-ci il tarixdə oğurluq etmək qərarına gəlmişdir. Təxminən saat 16 radələrində Nəsimi rayonu S.Əsgərov küçəsi ilə piyada hərəkət edərək orada olan fərdi evlərə nəzər yetirmiş, hansı evdə hal-hazırda başqa şəxs olmayacağı halda oğurluq etməyi düşünmüşdür. O, küçədə 1 mərtəbəli evə kənardan nəzər yetirdikdə evdə heç kimin olmadığını və evin mətbəğinin taxta pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş, bundan sonra pəncərədən keçib evin içərisinə daxil olmuş, ev 1 otaqlı olmuş, o otaqda olan şkafın qapısını açaraq sol tərəfində olan çəhrayı rəngli qadın pul qabını götürmüş, içərisinə baxdıqda 700 manat nəğd pulun olduğunu gördükdə həmin pulu götürərək əynindəki şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra şkafın sağ tərəfində olan qara rəngli qadın çantasının içərisinə baxdıqda 1 ədəd qadın qızıl bilərziyin olduğunu gördükdən sonra həmin bilərziyidə götürərək əynindəki şalvarın cibinə qoymuş, bundan sonra oradan oğurladığı pulla mağazadan özünə yemək və spirtli içki araq almış, Bakı şəhərində «Kubinka» kimi tanınan yerə gedərək oradan olan sahibsiz yarımtikilidə yatmışdır. Həmin günün sabahı, yəni 02 may 2021-ci il tarixdə təxminən saat 11 radələrində Neftçilər metrosunun yaxınlığına getmiş, orada qızıl alışı və satışı ilə məşğul olan mağazaya yaxınlaşmış, həmin mağazada işləyən şəxsə oğurladığı bir ədəd bilərziyi təqdim etmişdir. Həmin şəxs qızılı çəkdikdən sonra qiymətinin 500 manat etdiyini demiş, o da həmin şəxslə razılaşaraq 1 ədəd bilərziyi ona 500 manat müqabilində satmışdır. Əldə eldiyi pulla isə gündəlik olaraq spirtli içki araq içib yemək yemişdir. 05 may 2021-ci il tarixdə polis əməkdaşları onunla əlaqə saxlayaraq onu 22-ci PŞ-yə dəvət etmişlər, o da etiraz etməmişdir. O, 22-cı PŞ-də olarkən polis əməkdaşları oğurluq barəsində ondan soruşduqda o etdiyi oğurluğu etiraf etmişdir. Daha sonra, özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 30 aprel 2021-ci il tarixdə təxminən saat 15:30 radələrində arvadı Zeynəb və 2 azyaşlı övladı ilə birlikdə bacısı Aynurə Əliyevanın yaşadığı evə qonaq getmişlər. Təxminən saat 20 radələrinədək bacısı Aynurəgildə olduqdan sonra yaşadıqları evə getmək məqsədi ilə ailə üzvləri ilə birlikdə yola düşmüşlər. Təxminən saat 20:30 radələrində onlar yaşadıqları evin çöl giriş qapısına yaxınlaşarkən qapının sağ kənannda yerləşən mətbəxin taxta pəncərəsinin açıq vəziyyətdə olduğunu aşkar etmişlər. Həmin vaxt o pəncərənin açıq olduğunu, evdən oğurluq olmasından şübhələndiyini deyərək evin çöl giriş qapısını açarla açdıqdan sonra evə daxil olmuşlar. Evin mətbəxindəki pəncərənin qarşısında yerləşən stolun ortaya doğru çəkildiyini və evin yataq otağınının işiğının yandığını görmüşlər. Belə ki, o, evdən çıxarkən evin işıqlarını söndürmüşdür. Bundan sonra onlar evin yataq otağına daxil olduqda evdəki şkafın qapısı da açıq vəziyyətdə olmuşdur. O, evin yataq otağındakı şkafın yuxarı rəfinin sol tərəfində olan çəhrayı rəngli pul qabının içərisinə baxdıqda 700 manat məbləğində nəğd pulun yerində olmadığını, daha sonra şkafın aşağı rəfinin sağ tərəfində olan qara rəngli çantanın içərisindəki ağ rəngli qutuya baxdıqda 1 ədəd 585 əyarlıq 11 qram çəkidə qızıl bilərziyin yerində olmadığını oğurlandığını aşkar etmişlər. Həmin vaxt qonşuluğunda yaşayan qardaşı Şahid2 yaşadıqları evə gəlmiş, baş vermiş oğurluq hadisəsi barəsində Teymura danışmış, bundan sonra Teymurda Azərbaycan Respublikası DTN-nin 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barəsində məlumat vermişdir. Yaşadığı evdən oğurlanmış nəğd pul ona məxsus olmuş, oğurlanmış bir ədəd qızıl bilərziyi də o, arvadı Zeynəbə almış, oğurluq nəticəsində ümumilikdə ona 1525 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, təxminən 3 aydır ki, Neftçilər metrosunun yaxınlığında yerləşən mağazada qızıl alışı və satışı ilə məşğul olur. 02 may 2021 -ci il tarixdə təxminən saat 11 radələrində mağazada olarkən əvvəllər tanımadığı Təqsirləndirilən şəxs mağazaya daxil olaraq ona yaxınlaşmışdır. Təqsirləndirilən şəxs maddi imkanı zəif olduğundan özünə məxsus olan 1 ədəd qızıl bilərziyi satmaq istədiyini demiş, o Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini verməsini tələb etmiş, Təqsirləndirilən şəxs da şəxsiyyət vəsiqəsini ona təqdim etmiş, o Təqsirləndirilən şəxs 1 ədəd qızıl bilərziyin ona məxsus olub-olmadığım, qızıl bilərziyi satma səbəbini soruşduqda, Təqsirləndirilən şəxs 1 ədəd qızıl bilərziyin ona məxsus olduğunu, sadəcə pula ehtiyacı olduğundan satmaq istədiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona təqdim etdiyi 585 əyyarlı 1 ədəd qızıl bilərziyin çəkisini çəkmiş, çəkisinin 10,98 qram olmasını müəyyən etmiş, daha sonra həmin qızıl bilərziyinin dəyərini hesablayaraq Ziyaya 500 manat məbləğində pul vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs satdığı 1 ədəd qızıl bilərziyi və onun şəxsiyyət vəsiqəsini bir yerə qoyaraq foto şəklini çəkmişdir. Təqsirləndirilən şəxs ona satdığı 1 ədəd qızıl bilərziyi tanımadığı qızıl alışı ilə məşğul olan şəxsə satmış, o qızıl zinət əşyalarının alışı-satışı ilə məşğul olur, gündəlik olaraq da qızıl-zinət əşyalarının alışı ilə məşğul olan şəxslər mağazaya gəlir, o da aldığı qızıl zinət əyşalarını həmin şəxslərə satır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 30 aprel 2021-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxs yaşadığı Nəsimi rayonu S.Əsgərova küçəsi ev 160, mənzil 9 ünvanında oğurluq hadisəsi baş vermişdir. 30 aprel 2021 -ci il tarixdə təxminən saat 20:30 radələrində evdə olarkən ona məlum olmuşdur ki, qardaşı Mahirin yaşadığı evdə oğurluq hadisəsi baş vermişdir. O qardaşı Mahirlə qonşuluqda yaşadığından təxminən 3-4 dəqiqədən sonra onun yaşadığı evdə olmuş, həmin vaxt Mahir və onun arvadı Zeynəb evdə olmuşlar. O, Mahir və Zeynəbdən nə baş verdiyini soruşduqda, onlar evdə olmadıqları müddətdə naməlum şəxsin evin pəncərəsindən evə daxil olaraq yataq otağındakı şkafdan 700 manat məbləğində nəğd pulu və 1 ədəd qızıl qolbağı oğurladığını bildirmişlər. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barəsində məlumat vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o, 30 aprel 2021-ci il tarixdə təxminən saat 15:30 radələrində əri Mahir və 2 azyaşlı övladı ilə birlikdə baldızı Aynurə Əliyevanın yaşadığı evə qonaq getmişlər. Təxminən saat 20 radələrinədək baldızıgildə olduqdan sonra yaşadıqları evə getmək məqsədi ilə ailə üzvləri ilə birlikdə yola düşmüşlər. Təxminən saat 20:30 radələrində onlar yaşadıqları evin çöl giriş qapısına yaxınlaşarkən qapının sağ kənarında yerləşən mətbəğin taxta pəncərəsinin açıq vəziyyətdə olduğunu aşkar etmişlər. Həmin vaxt Mahir pəncərənin açıq olduğunu, evdən oğurluq olmasından şübhələndiyini deyərək evin çöl giriş qapısını açarla açdıqdan sonra evə daxil olmuşlar, evin mətbəğindəki pəncərənin qarşısında yerləşən stolun ortaya doğru çəkildiyini və evin yataq otağının işiğıııın yandığını görmüşlər. Belə ki, onlar evdən çıxarkən evin işiqlannı söndürmüşlər. Bundan sonra onlar evin yataq otağına daxil olduqda evdəki şkafın qapısıda açıq vəziyyətdə olmuşdur. Mahir evin yataq otağındakı şkafın yuxarı rəfinin sol tərəfində olan çəhrayı rəngli pul qabının içərisinə baxdıqda 700 manat məbləğində nəğd pulun yerində olmadığını, daha sonra şkafın sağ aşağı tərəfindəki rəfində olan qara rəngli çantanın içərisindəki ağ rəngli qutuya baxdıqda 1 ədəd 585 əyarlıq 11 qram çəkidə qızıl bilərziyin yerində olmadığını oğurlandığını aşkar etmişlər. Həmin vaxt qonşuluqlarında yaşayan qaynı Şahid2 yaşadıqları evə gəlmiş, onlar baş vermiş oğurluq hadisəsi barəsində Teymura danışmışlar. Bundan sonra Teymurda Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barəsində məlumat vermişdir. Yaşadıqları evdən oğurlanmış nəğd pul əri Zərərçəkmiş şəxs məxsus olmuş, oğurlanmış bir ədəd qızıl bilərziyidə əri Mahir ona almışdır. Cinayət işinin 47-48-ci vərəqələrində olan 05 may 2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 85-ci vərəqəsində olan Nəsimi Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qərardan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 may 2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 168-169-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 105-107-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16.06.2021-ci il tarixli 9/3965 saylı rəyindən görünür ki, ekspertizaya təyini haqqında qərarda qeyd edilən 1 ədəd 11 qram çəkiyə malik 585 əyarlı qızıl bilərziyin 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 825,00 (səkkiz yüz iyirmi beş) manat müəyyən edilir. Cinayət işinin 106-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 99-101-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17 iyun 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il islah işləri cəzasına məhkum edilmiş; 2) Binəqədi Rayon Məhkəməsinin 10 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 12.02.2014-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 08 ay 27 gün vaxtından əvvəl şərti azad olunmuşdur; 3) Nəsimi Rayon Məhkəməsinin 01 mart 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1, 66.1 və 66.3-cü maddələri ilə təqsirli bilinərək, 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 16.03.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli qanun tətbiq edilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 234.1, 66.1 və 66.3-cü maddələrinə əsasən 04 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin olunub, 16 sentyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 114-120-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 01 mart 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci və 66.3-cü maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunması, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 16 mart 2015-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 20ci bəndinin 3-cü abzasına əsasən yaşayış sahəsi dedikdə yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Nəsimi Rayon Məhkəməsinin 01 mart 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 234.1, 66.1 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 16.03.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli qanun tətbiq edilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 234.1, 66.1 və 66.3-cü ci maddələrinə əsasən 04 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, 16 sentyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq iki il keçmədən yəni 30 aprel 2021-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 05 may 2021-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 may 2021-ci il tarixdən hesablansın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun “Beynəlxalq Bankın” Mingəçevir şəhər filialındakı hesablaşma hesabına (hesab No AZ03NABZ013501**********2944 bankın kodu 805272, VÖEN – **********1) köçürülsün. İş üzrə maddi sübut və ya mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar