Məhkəmə qərarları › İş №1(006)-433/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-433/2022

04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-433/2022 04.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyəm, məhkumluğu olan, Bərdə şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında kirayə yaşayan, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-446/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, hazırki iş üzrə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 11 may 2022-ci il tarixdə saat 23 radələrində ünvan 4 ünvanda yerləşən «RR Barber» kişi salonunun qarşısından keçərkən salonun giriş qapısının yanındakı daşın altında müxtəlif növ qapı açarlarının olduğunu görüb həmin açarları götürərək özgənin əmlakını gizli olaraq talama məqsədilə kişi salonunun giriş qapısını açarseçmə üsulu ilə açıb oraya qanunsuz daxil olaraq salonda olan Zərərçəkmiş şəxs məxsus qiyməti 30 manat təşkil edən 1 ədəd “VGR”, hər birinin qiyməti 25 manat olmaqla cəmi 75 manat dəyərində 3 ədəd '‘Kemel” markalı saçqırxan aparatları, zərərçəknıiş şəxsin qiymətləndirməsinə görə hər birinin qiyməti 7 manat olmaqla cəmi 28 manat dəyərində 4 ədəd «Prozinc» markalı saç şampunlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 133 (bir yüz otuz üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 11 may 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən çıxaraq gəzmək üçün Bakı şəhəri, Nəsimi rayonuna 1 saylı KTM-nin yanına gəlmişdir. Həmin gün gecə saatlarına kimi gəzmiş və 12 may 2022-ci il tarixə keçən gecə saat 00:05 radələrində İnqilab adlı ərazidən yol ilə piyada hərəkət edən zaman «RR Barber» adlı bərbərxananın yanından keçərkən yerdə daşın altından açarların görsəndiyini görmüşdür. İstintaq dövründə hadisənin onun tərəfindən törədilməsini təsdiq edən video görüntülərə baxarkən ona məlum olmuşdur ki, o, 12 may saat 00:05-də yox, 11 may saat 23 radələrində həmin bəbər salonunun qarşısından keçmiş, orada daşın altında gördüyü açarların bərbərxananım açarları olduğunu düşünüb oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün bərbərxananın yanına gəlib topa açarlarla bərbərxananın qapısını açmaq istəmiş, lakin qapı açılmamış, daha sonra o, bərbərxananın yanındakı qapını həmin açarlarla açmaq istəmiş, lakin qapı açılmamışdır. Sonra o, təkrar açarlarla bərbərxananın qapısını açmaq istədikdə, qapı açılmış və o, bərbərxanaya daxil olaraq oradan 4 ədəd baş qırxmaq üçün nəzərdə tutulmuş elektriklə işləyən alətləri və 4 ədəd şampunları götürüb bərbərxanadan çıxmış və açarları daşın altına qoyub yaşadığı ünvana getmişdir. Gecəni yatdıqdan sonra saat 10 radələrində o, evdən çıxaraq NZS qəsəbəsinə getmiş və oğurladığı 4 ədəd saç qırxan alətləri və 4 ədəd şampunları həmin ərazidə tanımadığı şəxsə ümumilikdə 75 manata satmışdır. Əldə etdiyi pulu isə öz ehtiyaclarına xərcləmişdir. 20 may 2022-ci il tarixdə isə polis əməkdaşları tərəfindən saxlanılaraq 20-ci polis bölməsinə gətirilmiş və ondan izahat alınan zaman baş vermiş hadisəni törətdiyini etiraf etmişdir. Tanımadığı şəxsə saç qırxan alətləri və 4 ədəd şampunlan satarkən onların özünə məxsus olduğunu demişdir. Daha sonra özünü təqsirli bilərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, CD diskdə olan videogörüntülərlə və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, «RR Barber» kişi salonunda saç ustası işləyir. Ondan başqa həmin salonda Rauf Məmmədov da işləyir. Salonu o, icarə əsasında işlədir. 11 may 2022-ci il tarixdə saat 22:30 radələrində o, «RR Barber» kişi salonunun giriş qapısını özündə olan açarla bağlayaraq yaşadığı ünvana getmişdir. Onlar hər zaman qapının ağzındakı jalüzü bağladıqdan sonra açarı yaxınlıqda olan daşın altına qoyurlar. Növbəti gün, yəni 12 may 2022-ci il tarixdə saat 12:20 radələrində salona gəlib açarı daşın altından götürərək qapını açıb içəri daxil olmuş və salonda saç qırxmaq üçün nəzərdə tutulmuş 4 ədəd hər biri 55 manat dəyərində olan alətlərin, 4 ədəd hər biri 7 manat olmaqla saç şampunlarının oğurlandığını aşkar etmişdir. O, dərhal bu barədə DİN «102» xidmətinə məlumat vermişdir. Sonra polis əməkdaşları hadisə yerinə gəlib hadisə yerinə baxış keçirmişlər və o, 20-ci polis bölməsinə gedərək ərizə və izahat vermişdir. Salondan oğurluq edən şəxsi tanımır. Salondan oğurlanmış saç qırxan alətlərdən biri “VGR” markalı, digərləri isə “Kemel” markalı olmaqla hər biri 55 manat dəyərində olmuşdur. Saç şampunları isə «Prozinc» markalı olmaqla hər biri 7 manat dəyərində olmuşdur. Salondan yuxarıda göstərilən əşyalardan başqa heç bir əşya oğurlanmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 41-ci vərəqəsində olan 21 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 69-70-ci vərəqələrində olan Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi S.Quluzadənin 22 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 104-108-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2022-ci il tarixli, 9/4973 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən istifadə olunmamış «VGR» markalı saç qırxan aparatın 2022-ci ilin may ayına olan orta bazar qiyməti 30 manat, istifadə olunmamış «Kemel» markalı saç qırxan aparatın 2022-ci ilin may ayına olan orta bazar qiyməti 25 manat müəyyən edilir. “Prozinv” markalı saç şampununun qiyməti isə aydın olmamışdır. Cinayət işinin 105-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 84-85-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 18 iyun 2022-ci tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 5 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işinin 88-95-ci vərəqələrində olan 01 noyabr 2021-ci il tarixli Nizami Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 5 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işinə əlavə edilmiş Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən üzərində qəti olaraq 3 il 5 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işinə əlavə edilmiş 02 noyabr 2022-ci il tarixli qanuni qüvvəyə minmiş hökmün icrası barədə göstərişin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə məhkum edilməsinə barədə Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli hökmü 02 noyabr 2022-ci il tarixdə qüvvəyə minmiş və həmin tarixdə icraya yönəldilmişdir. Cinayət işinin 116-cı vərəqəsində olan CD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə iki ədəd videofayl var. Həmin videofayllardan biri 4 dəqiqə 2 saniyə, biri isə 2 dəqiqə 8 saniyə müddətindədir. Birinci videofayl açıldıqda orada 11 may 2022-ci il tarixdə saat 23:47-dən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən bərbərxananın qarşısında nə isə axtarması, daha sonra isə əlində olan açarla həmin yerdə olan obyektlərin qapısını açmağa səy göstərməsi, diskdə olan ikinci videofayla baxış zamanı müəyyən olunmuşdur ki, videogörüntüdə sonuncu qara rəngli geyimdə 12 may 2022-ci il tarixdə saat 00:03-də bərbərxananın birindən çıxaraq hansısa əşyaları yerə qoyub onları nəyəsə yığması və sonradan əlində çanta ilə oradan uzaqlaşması müşahidə olunur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, CD diskdə olan video görüntülərlə və digər iş materialları ilə onun binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 20ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 5 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, sonradan sonuncu Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli hökmü ilə həmin Məcəllənin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin cəza Nizami Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 5 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına tamamilə birləşdirməklə ona qəti olaraq 3 il 5 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və həmin hökm 02 noyabr 2022-ci il tarixdə qanuni qüvvəsinə minmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar və böyük içtimai təhlükə tötrətməyən cinayətlər üzrə resediv nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, Təqsirləndirilən şəxs əvvəllərdə eyni tərkibli cinayət əməllərini törətməsini, ona görə məhkum olunmasını və islah olunmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 3 il 5 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzası çəkilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və hazırkı iş üzrə cinayət əməlinin Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 1(005)-446/2022 saylı hökmü çıxarılmazdan əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş və çəkilməmiş 3 il 5 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 3 il 5 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddət nəzərə alınmaqla ona qəti cəza təyin edilməli, həmçinin sonuncunun 21 may 2022-ci il tarixdən 22 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona qəti olaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətiimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı 04 noyabr 2022-ci il tarixdən saat 10:30-dan hesablanmalı və hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Q.M.Məmmədova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)- 446/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 03 (üç) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 03 (üç) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddət nəzərə alınmaqla, ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 21 may 2022-ci il tarixdən 22 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona qəti olaraq təyin olunmuş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 noyabr 2022-ci il tarixdən saat 10:30-dan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy Toboruna həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 18 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar