Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-434/2021 29.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Ağdam şəhəri, Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam şəhəri, Seyidli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində nömrəsiz həyət evində kirayə yaşamış, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 10.12.2020-ci il tarixdə saat 16:25-də Bakı şəhəri Nəsimi rayonu Bül-Bül prospekti 31 ünvanında fəaliyyət göstərən “Af-Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən ‘‘Lazer” salonuna müştəri qismində daxil olub gözləmə otağında işçilərin olmamasından istifadə edərək divanın üzərində olan Zərərçəkmiş şəxs məxsus əl çantasından, içərisində 210 manat nəğd pul, 01 ədəd 720 manat dəyərində İtaliya istehsalı 750 əyarlı qızıldan hazırlanmış 8 qramlıq qızıl boyunbağı, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi və "xxxx" ASC-yə məxsus plastik bank kartı olan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 20 manat dəyərində pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 950 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 10.12.2020-ci il tarixdə saat 16:25-də Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti 31 ünvanda yerləşən “Af Moll” Ticarət Mərkəzinə daxil olmuşdur. Həmin Ticarət Mərkəzinin 3-cü mərtəbəsində gəzərkən orada “Lazer” Mərkəzini və giriş qapısı şüşədən olduğunu görmüşdür. İçəri daxil olmuş və gözləmə otağında olan divanın üzərində bir ədəd əl çantasını sahibsiz vəziyyətdə olduğunu görmüşdür. Ətrafa baxmış və heç kimin olmadığını gördükdən sonra divana yaxınlaşıb əyləşmiş və əl çantasını açaraq orada olan pul kisəsini oğurlayıb oranı tərk etmişdir. Həmin ticarət mərkəzindən uzaqlaşıb Səməd Vurğun adına olan parka yollanmış, orada pul kisəsinin açmışdır və 25 manat nağd pulun, şəxsiyyət vəsiqəsinin və maaş kartının olduğunu görmüşdür. Tez 25 manat nağd pulu götürmüş və şəxsiyyət vəsiqəsi ilə maaş kartını isə ona lazım olmadığı üçün götürməmiş və pul kisəsini Səməd Vurğun adına olan parkda otluq olan hissəyə atmışdır. Sonra tez yaşadığı evə getmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, istintaqda verdiyi ifadəsini oxumadan imzalamış və pul kisəsinin içində hər-hansı qızıl əşya olmamışdır. Daha sonra özünü qismən təqsirli bilməsini, qadın olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, məhkəmə iclasında baxış keçirilmiş CD diskdə olan video görüntülərlə və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Nəsimi rayonu, Bül-blil prospekti, 31 ünvanda yerləşən “Aff Mail” ticarət mərkəzinin 3-cü mərtəbədə yerləşən Epilyasiya Mərkəzinə 10.12.2020-ci il tarixdə getmişdir. Saat 15:30 radələrində mərkəzə daxil olmuş və foyedə dəhlizdə olan divanda əyləşmiş və kurtkasını çıxardıb əl çantasın üzərinə qoymuşdur. Divanda əl çantasının olması görsənmirmiş çünki, kurtka əl çantasının üzərini örtmüşdür. Bundan sonra epilyasiya otağına daxil olmuş və epilyasiya otağında təxminən 15-20 dəqiqə prosesdə olduqdan sonra çölə çıxmışdır. Divanın üzərində olan kurtkasını, əl çantasını götürmüş və Epilyasiya mərkəzini tərk eləmişdir. Sonra “Af Mail” ticarət mərkəzində olan zaman əl çantasına baxmış və bu zaman orada pul kisəsinin oğurlanmasını aşkar etmişdir. Həmin pul kisəsinin içərisində 210 manat nağd pul, 1200 manat dəyərində 750 əyyarlı 8 (səkkiz) qramlıq 1 ədəd qadın qızıl boyun bağı, şəxsiyyət vəsiqəsi və Azərbaycan Beynəlxalq Banka ASC-yə məxsus olan maaş kartı olmuşdur. Sonra o, epilyasiya mərkəzinə qayıtmış və orada olan videokameraya baxmışdır. Həmin görüntüyə baxan zaman müəyyən olunduki, bir qadın içəriyə daxil olmuş, divana əyləşdikdən sonra əlini kurtkanın altına salmış və əl çantasında olan pul kisəsini götürüb getmişdir. Bundan sonra o DİN-nin 102 ZXM-yə zəng etmiş və baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. O, 22-ci PŞ-də olan zaman onun pul kisəsini Səməd Vurğun pakından tapılıb ona təhvil verilmişdir. Pul kisəsinin içərisində ona məxsus şəxsiyyət vəsiqəsi və Azərbaycan Beynəlxalq Banka ASC-yə məxsus olan maaş kartı olmuş və onlarada heç bir ziyan gəlmədən ona təhvil verilmişdir. 210 manat pul və 1200 manat dəyərində 750 əyyarlı 8 (səkkiz) qramlıq 1 ədəd qadın qızıl boyun bağı oğurlanmışdır və pul kisəsində içərisində olmamışdır. Maaş kartın içərisndə pul çəkilməmişdir və heç bir oğuluq olmamışdır. Bundan əlavə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun barəsində ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Cinayət işinin 80-81-ci vərəqələrində olan 29 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak etməməsi səbəbindən barəsində məcburi gətirmə Qərarı çıxarılmışdır. Cinayət işinin əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında təkrar iştirak etməməsi səbəbindən barəsində axtarış Qərarı çıxarılaraq cinayət işi üzrə icraat dayandırılmışdılr. Cinayət işinin əlavə edilmiş Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair həmin Məhkəmənin icraatında olan cinayət işi üzrə sonuncu barəsində axtarış elan edilərək barəsində olan başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmiş və həbs qətimkan tədbiri seçilərək cinayət işi üzrə icraat dayandırılmışdılr. Cinayət işinin əlavə edilmiş Nərimanov RPİ-nin 01 dekabr 2021-ci il tarixli 080-19876 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 26 noyabr 2021-ci il tarixdə tutulub və BİT-ə təhvil verilmişdir. Cinayət işinin əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli Məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 98-101-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2021-ci il tarixli, 9/3326 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən bir ədəd qızıl boyun bağının, 10 dekabr 2020-ci il tarixə, respublikadaxili orta bazar pərakəndə satış qiyməti nəzəri hesablama yolu ilə təxminən 720,00 manat müəyyən olunur. Cinayət işinin 99-cu vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 29-31-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 12 mart 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bakı şəhəri Sabunçu Rayon Xalq Məhkəməsinin 30.07.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 143.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək barəsində 3 il şərti sınaq müddəti verilmişdir, 2) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04.05.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 04.05.2005-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, 3) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16.12.2009-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 25.07.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş 4) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14.03.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 326.2, 66.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 18.07.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 59-cu vərəqəsində olan CD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülərdə Təqsirləndirilən şəxs 10.12.2020-ci il tarixdə saat 16:25-də Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 31 ünvanda yerləşən “Af Mail” ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən lazer mərkəzində gözləmə otağına daxil olur, sonradan orada yerləşən divana yaxınlaşır və sahibsiz vəziyyətdə divanda olan əl çantasının içərisinə əlini salaraq oradan nəisə oğurlayır sonrada tez bir şəkildə otaqdan çıxaraq oranı tərk edir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmə cinayətini törətməsi onun qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, CD diskdə olan videogörüntülərlə və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, güya o, oğurluq etdiyi pul kisəsini açmışdır və orada yalnız 25 manat nağd pul, şəxsiyyət vəsiqəsi və maaş kartının olduğunu görmüş, 25 manat nağd pulu götürmüş, şəxsiyyət vəsiqəsi və maaş kartı ona lazım olmadığı üçün Səməd Vurğun adına olan parkının otluq hissəsinə atmışdır. Lakin məhkəməyədək istintaq dövründə cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan, həmçinin təqsirləndirilən şəxsin dindirmə protokollarından görünür ki, təqsirləndirilən şəxs könüllü olaraq törətdiyi əməli tam etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin məhkəmə iclasında CD diskdə olan videogörüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10.12.2020-ci il tarixdə saat 16:25-də Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 31 ünvanda yerləşən “Af Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən lazer mərkəzinin gözləmə otağına daxil olur, sonradan orada yerləşən divana yaxınlaşır və sahibsiz vəziyyətdə divanda olan əl çantasının içərisinə əlini salaraq oradan nəisə oğurlayır və sonradan da tez bir şəkildə otaqdan çıxaraq oranı tərk edir. Bundan başqa məhkəmə islasında Təqsirləndirilən şəxs verdiyi ifadəsində bildirmişdir ki, güya sənədləri və protokolları o, oxumadan aldadılaraq imzalamışdır, məhkəmə isə hesab edir ki, sonuncu əvvəllər 4-dəfə cinayət məsuliyyətinə cəlb edildiyindən bildirdiyi bu halda inandırıcı hesab edilə bilməz. Bu səbəbdən də, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs qadın olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər də eyni tərkibli cinayət əməllərini törətməsini, həmçinin barəsində Nərimanov Rayon Məhkəməsində onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin olmasını və onun islah olumamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, sonuncuya təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və onun barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2021-ci tarixli, 1(005)- 144/2021 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi ilə bağlı azadlığı faktiki olaraq hökmün çıxarıldığı 29 dekabr 2021-ci il tarixdən, saat 15:10-dan məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, həmin tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi, bank kartı və pul kisəsi sonuncuya qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilməli, digər maddi sübut bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 dekabr 2021-ci il tarixdən, saat 15:10-dan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin və onun barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2021-ci tarixli, 1(005)-144/2021 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi, bank kartı və pul kisəsi sonuncuya qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-434/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-434/2021
29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver