Məhkəmə qərarları › İş №1(006)-434/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-434/2025

15.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-434/2025 15.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:30 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,743 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 mart 2025-ci il tarixdə saat 16:10-da ünvan 2 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstündə yoxlanılma aparılan zaman əynində olan şalvarın cibindən 03 bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,525 qram, 0,023 qram və 0,195 qram olmaqla ümumi təmiz çəkisi 0,743 qram təşkil edən kustar üsulla hazırlanmış eyni tərkibli həmin narkotik vasitə heroin və əynində olan gödəkçənin cibindən narkotik vasitələrin satışında istifadə etdiyi, üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 2025-ci ilin fevral ayının ortalarında ucuz qiymətə narkotik vasitə satdığına görə İran İslam Respublikasının vətəndaşı ilə “Whatsapp” proqramı üzərindən danışıqlar apararaq özünə narkotik vasitə istəmişdir. O, özünə narkotik vasitə almaq üçün 04 mart 2025-ci il tarixdə həmin şəxsin göndərdiyi kart hesab nömrəsinə Biləcəri qəsəbəsindəki ödəmə terminalından 40 manat pul köçürmüş, sonuncu da bir gün sonra Xırdalan şəhəri 7 nömrəli orta məktəbin yaxınlığına kuryer vasitəsilə 4 büküm narkotik vasitə atdırmış və yerini “Whatsapp” vasitəsilə ona göndərmişdir. O da xx.xx.2025-ci il tarixdə saat 09-10:00 radələrində həmin yerdən 4 büküm narkotik vasitəni götürmüş və özündə olan elektron tərəzi ilə çəkilərini ölçmüş və bükümləri əynində olan şalvarın sol yan cibində saxlamışdır. 06 mart 2025-ci il tarixdə saat 16:10 radələrində o, ünvan 3 ünvanla tək piyada hərəkətdə olduğu zaman mülki geyimdə olan 3 nəfər şəxs yaxınlaşaraq özlərini Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşları kimi təqdim etmiş və onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Daha sonra videoçəkilişdən istifadə etməklə ondan üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet olubolmamasını soruşmuşlar. O, da şalvarının sol yan cibində saxladığı içərisində qəhvəyi rəngli narkotik vasitə heroin olan 03 ədəd sellofan bükümlərini küçədə polis əməkdaşlarına təqdim etmişdir. Eyni zamanda o, əynində olan qolsuz gödəkçəsinin sol yan cibindən 01 ədəd elektron tərəzini və 01 ədəd 20 manatlıq pul əskinasını polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı o, üzərindən aşkar edilən 03 ədəd sellofan bükümünün içindəkinin “kakos" kimi bildiyi heroin olduğunu, həmin bükümləri İran İslam Respublikası vətəndaşından kuryer vasitəsilə atdırdığı konumdan götürdüyünü, eləcə də həmin şəxsdən götürdüyü bükümlərin sayı 04 ədəd olsa da bir bükümünü xx.xx.2025-ci il tarixdə tanımadığı şəxsə 20 manata satdığını, üzərindən aşkar edilən pul əskinasının da həmin bükümün satışından əldə olunan pul olduğunu, tərəzini də narkotik vasitə aldığı zaman çəkidə aldanmamağı üçün üzərində gəzdirdiyini demişdir. Həmin vaxt satış məqsədilə gəzdirməsinə dair izahat verməsinin səbəbi bir müddət müalicə almaq məqsədilə uzun müddətli həbsdə qalmaq niyyəti olmuşdur. Lakin o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən üzərində başqa əşya və predmet olub-olmamasını yoxlamaq üçün üzərində şəxsi axtarış aparılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Onun təqdim etdiyi bükümlər, tərəzi və pul əskinası polis əməkdaşı tərəfindən içərisi boş olan zərflərə qoyularaq qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra polis əməkdaşları onu 22-ci PŞnin inzibati binasına dəvət edərək orada protokol tərtib etmişlər. Daha sonra polis əməkdaşları onu həmin inzibati binada xidmət aparan təhqiqatçıya təqdim etmişlər. Xidməti otaqda olarkən saxlandığı yerdə təqdim etdiyi bükümlərə, tərəzi və 20 manatlıq pul əskinasına videoçəkilişdən istifadə olunmaqla təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Daha sonra təqdim etdiyi bükümlər, tərəzi və pul əskinası zərflərə qoyularaq möhürlənmiş və üzəri özü də daxil olmaqla digər iştirakçılar tərəfindən imzalanmışdır. İfadəsinin sonunda narkotik vasitənin satışı ilə məşğul olmadığını, yalnız istifadəçisi olduğunu bildirərək barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 05 mart 2025-ci il tarixdə 22-ci polis şöbəsinə Təqsirləndirilən şəxs Nəsimi rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixolrop maddələrin dövriyyəsi ilə məşğul olması, istifadəsi və üzərində daşınması barədə əvvəlcədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmış və o, da qrupun üzvü seçilmişdir. Daxil olan məlumatı yoxlamaq məqsədi ilə o, 06 mart 2025-ci il tarixdə saat 15:40 radələrində xidmət yoldaşları Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ilə birlikdə əməliyyat tədbirini keçirmək məqsədi ilə Nəsimi rayonu Ş.Əzizbəyov küçəsi ev 176 ünvanın qarşısına gedərək orada 25-30 dəqiqə müddətində gözləmişlər. Həmin gün 06 mart 2025-ci il tarixdə saat 16:10 dəqiqədə zahiri əlamətlərindən Təqsirləndirilən şəxs bənzər şəxsin tək şəkildə onlara tərəf gəlməsini müşahidə etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs kimi bildikləri şəxsə yaxınlaşmış və əməliyyat məlumatı üzrə axtarılan şəxsi müəyyən etdiklərinə görə tərəflərindən “İphone” markalı mobil telefonla küçədə aparılan videoçəkilişlə sonuncuya özlərini 22-ci PŞ-nin əməkdaşları kimi təqdim etmişlər, daha sonra Təqsirləndirilən şəxs Nəsimi rayonu ərazisində psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsinə, əldə edib üzərində saxlamasına və istifadəsinə dair əvvəlcədən məlumatlı olduqlarını bildirmiş və şəxsiyyətini dəqiqləşdirmək üçün sonuncuya kim olması sualını vermişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və sonuncudan üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet olub-olmaması soruşulmulşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 03 (üç) ədəd bükümdəki kütləni təqdim etmiş və həmin kütlələrin “kokos” kimi bildiyi narkotik vasitə heroin olduğunu bildirmişdir. Tərəflərindən aşkar edilmiş 03 ədəd büküm içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində başqa qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə sonuncu əynində olan gödəkçənin sol yan cibindən 01 (bir) ədəd elektron tərəzi və 01 ədəd 20 manatlıq pul əskinasını təqdim etmişdir. Verdikləri suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümləri “Whatsapp” proqramı vasitəsi ilə zəng edərək əlaqə saxladığı İran İslam Respublikası vətəndaşının atdırdığı konumdan hər bükümünü 10 manata əldə etdiyini, eləcə də bükümün birini “ağrısı” olan şəxsə 20 manata satdığını və üzərindən aşkar edilən 20 manat pul əskinasının da həmin pul olduğunu qeyd etmişdir. Tərəflərindən tərəzi və pul əskinası içərisi boş olan zərflərdə qablaşdırılmış, eləcə də şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, bu zaman qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Ayrıayrılıqda qablaşdırılmış 03 ədəd zərf onun, digər polis əməkdaşları və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Küçədə əlverişli şərait olmadığından aparılan prosesə dair protokol tərtib edilməsi üçün videoçəkiliş dayandırılmış və Təqsirləndirilən şəxs 22-ci Polis Şöbəsinin inzibati binasına getməsi üçün dəvət edilmişdir. Etiraz olmadığından birlikdə inzibati binaya gəlmiş və xidməti otaqda “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol tərtib edilmiş, həmin protokol Təqsirləndirilən şəxs və həmkarlar tərəfindən imzalarla təsdiq edilmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunan “kokos” kimi bildiyi, narkotik vasitə heroinə bənzər maddənin və tərəzinin ona məxsus olmasını, 20 manat əskinasın isə narkotikin satışından əldə etdiyi əskinas olmasını etiraf etmişdir. Eyni zamanda Nəsimi rayonu Ş.Əzizbəyov küçəsi ev 176 ünvanın qarşısında küçədə aparılan videoçəkiliş tərəflərindən 01 ədəd DVD diskə köçürülmüşdür. Daha sonra tərtib edilmiş raport əsasında Təqsirləndirilən şəxs götürülmüş və içərisində narkotik maddəyə bənzər kütlə olan 03 ədəd büküm, 01 ədəd elektron tərəzi və 01 ədəd 20 manatlıq pul əskinası olan ayrı-ayrılıqda qablaşdırılmış 03 ədəd zərf və küçədə videoçəkiliş aparılaraq köçürülmüş 01 ədəd DVD disk baxış keçirilməsi və sonrakı prosessual sənədləşmənin aparılması üçün Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin təhqiqatçısı Valeh Abdullayevə təqdim edilmişdir. Xidməti otaqda aparılan digər videoçəkiİişlə tərəflərindən qablaşdırılaraq təqdim edilən 03 ədəd zərf təhqiqatçı tərəfindən açılmış və Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə olan 03 ədəd büküm, 01 ədəd tərəzi və 01 ədəd 20 manatlıq pul əskinası aşkar edilmişdir. Təhqiqatçı tərəfindən həmin bükümlərə və DVD diskə baxış keçirilmiş, daha sonra həmin bükümlər yenidən təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılaraq götürülmüş və üzəri imzalarla təsdiq edilmişdir. Daha sonıa təhqiqatçı içərisində bükümlər, elektron tərəzi olan həmin zərflərin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığını qeyd etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman, polis şöbəsinə gətirilən zaman və şöbənin inzibati binasında olan zaman ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməmiş və psixi təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3 və həmin şöbənin baş əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan 06 mart 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə o, əynində olan şalvarın sol yan cibindən 03 (üç) ədəd sellofana bükülmüş və içərisində tünd qəhvəyi rəngli heroinə bənzər kütləni, eləcə də əynində olan qolsuz gödəkçənin sol yan cibindən 01 (bir) ədəd elektron tərəzi və A 92748655 nömrəli 01 ədəd 20 manatlıq pul əskinasını Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşlarına təqdim etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümləri “Whatsapp” proqramı vasitəsi ilə zəng edərək əlaqə saxladığı İran İslam Respublikası vətəndaşının atdırdığı konumdan hər bükümü 10 manata əldə etdiyini, eləcə də bükümün birini tanımadığı şəxsə 20 manata satdığını və üzərindən aşkar edilən 20 manatlıq əskinasın da satışdan əldə olunan pul olduğunu bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edibmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər 03 ədəd büküm, 01 (bir) ədəd elektron tərəzi və 20 manatlıq pul əskinası avrı-ayrılıqda içərisi boş olan 03 ədəd kağız zərfdə qoyularaq qablaşdırılaraq möhürlənmiş və üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şübhəli şəxsin üstünün yoxlanılması 06 mart 2025-ci il tarixdə saat 16:10 dəqiqədə ünvan 4 ünvanın qarşısında “İphone” markalı mobil telefondan videoçəkiliş aparılmaqla həyata keçirilmiş, protokol isə Nəsini RPİ-nin 22-ci PŞ-nin inzibati binasında tərtib edilmiş və video çəkilişin əks olunduğu məlumat daşıyıcısı olan 01 ədəd DVD disk həmin protokola əlavə edilmişdir. (i/v 9-10). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı 06 mart 2025-ci il tarixdə “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan “təqdim edilən əşyaya baxış keçirilməsi və götürmə haqqında” 06 mart 2025-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin Təqhqiqat Şöbəsinin təhqiqatçısı 22-ci Polis Şöbəsinin təhqiqatcısı, polis mayoru X4 RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən 06 mart 2025-ci il tarixdə saat 16:10 dəqiqədə ünvan 4 ünvanın qarşısında saxlanılaraq üstü yoxlanılan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə, 01 ədəd elektron tərəzi və 01 ədəd 20 manatlıq pul əskinası ayrı-ayrılıqda qablaşdırılaraq zərflərə qoyulmuş və videoçəkiliş aparılmış 01 ədəd DVD diskə baxış keçirmişdir. Təhqiqatçı tərəfindən 01 ədəd zərf açıldıqda içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər bitki kütləsi olan 03 ədəd sellofan bükülü, eləcə də 01 ədəd elektron tərəzi və 01 ədəd 20 manatlıq pul əskinası aşkar olunmuşdur. Təhqiqatçı tərəfindən 03 ədəd bükümdə olan kütlələr, 01 ədəd elektron tərəzi və 01 ədəd A 92748655 nömrəli 20 manatlıq pul əskinası yenidən qablaşdırılaraq möhürlənmiş, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda diskə baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən narkotik vasitə heroinə bənzər bitki kütləsinin aşkar edilməsi və sonucunun həmin kütlənin özünə aid olmasını bildirməsi müəyyən edilmişdir (i/v 19-20). Məhkəmə baxışı zamanı qeyd olunan videogörüntüyə baxış keçirilmiş və baxış zamanı 06 mart 2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3- 16-16/2-6/1007 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqdim etdi (imza) Təqsirləndirilən şəxs ...” sözləri olan 1 №-li zərfdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,525 qr.. 0,023 qr.. 0,195 qr., ümumi təmiz çəkisi 0,743 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 2 №-li zərfdəki bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izləri vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Həmçinin rəyin tədqiqat prosesinin təsviri hissəsində narkotik vasitə heroinin ümumi təmiz çəkisi 0,743 qramından 0,150 qramının tədqiqata sərf edilməsi və qalıq çəki 0,593 qram kimi göstərilmişdir (i/v 54-57). İş materiallarına əlavə olunmuş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 mart 2025-ci il tarixli, 4(006)-161/2025 saylı qərarı ilə onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 30, 93-96). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 mart 2025-ci il tarixli tələbnaməyə cavabdan və Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və sonuncu dəfə Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 03 ay 19 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, cəza müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir (i/v 108-112, 118-124). İş materiallarına əlavə edilmiş “maddi sübut kimi tanınması haqqında” 08 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,743 qram qram narkotik vasitə - heroin, 01 ədəd elektron tərəzi, 01 ədəd A 92748655 nömrəli 20 manatlıq pul əskinası, eləcə də sonuncunun üstündə yoxlanılma aparılan zaman və təqdim edilən əşyaya baxış keçirilən vaxt videoçəkiliş aparılmış 02 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Maddi sübut kimi tanınmış ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,593 qram narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi saxlanılması üçün Nəsimi RPİ-nin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd 20 manatlıq pul əskinası və videoçəkiliş aparılmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (i/v 98-99). İş materiallarında olan təqdim edilən əşyaya baxış keçirilməsi və götürmə aparılması zaman videoçəkiliş aparılaraq görüntüsü köçürülmüş 01 ədəd DVD diskdəki məlumatlara baxış keçirilmişdir. Baxış zamanı Nəsimi RPİ-nin Təqhqiqat Şöbəsinin təhqiqatçısı 22-ci Polis Şöbəsinin təhqiqatcısı, polis mayoru Valeh Abdullayev özünü təqdim etdikdən sonra və baxışın keçirildiyi xx.xx.2025-ci il tarixi, habelə Nəsimi RPİ-nin X2 əməkdaşları tərəfindən 06 mart 2025-ci il tarixdə saat 16:10 dəqiqədə ünvan 4 ünvanın qarşısında saxlanılaraq üstü yoxlanılan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlənin, eləcə də 01 (bir) ədəd elektron tərəzi və A 92748655 nömrəli 20 manatlıq pul əskinasının qablaşdırılaraq təqdim edilmiş 02 ədəd zərfə baxış keçiriləcəyini elan edir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqdim edir, anket məlumatları və məhkumluğu barədə məlumat verir. Təhqiqatçı tərəfindən zərflər açıldıqda içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər bitki kütləsi olan 03 ədəd sellofan bükülü, eləcə də 01 (bir) ədəd elektron tərəzi və A 92748655 nömrəli 20 manatlıq pul əskinası aşkar olunur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərin ona məxsus olduğunu, İran İslam Respublikası vətəndaşından konum atılan yerdən əldə etdiyini, siqaret pulunu təmin etmək məqsədilə həmin bükümlərdən birini əvvəllər tanımadığı şəxsə 20 manata satdığını, üzərindən aşkar edilən 20 manatın da satışdan əldə olunan pul olduğunu, elektron tərəzinin özünə məxsus olduğunu narkotik vasitə aldığı zaman həmin tərəzi ilə çəkisini çəkdiyini bildirir. Həmin 03 ədəd bükümdəki kütlə, 01 ədəd elektron tərəzi və 01 ədəd 20 manatlıq pul əskiııası təhqiqatçı tərəfindən yenidən ayrı-ayrı zərflərdə qablaşdırılaraq möhürlənir, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanır. Təhqiqatçı tərəfindən proiokol tərtib ediləcəyini bildirməklə videoçəkilişin dayandırılmasını elan edir (i/v 103). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 07 mart 2025-ci il tarixli, 1376 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlıında opioidlərin, psixostimulyatorların və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə əsasən hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 130-131). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və saxlaması özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, diskə baxış keçirilməsi barədə protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadələri müalicə olunmaq məqsədilə verməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə nəzərə alır ki, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, şahidlər ibtidai istintaq dövründə vermiş olduqları və məhkəmə iclasında verdikləri ifadələrində Təqsirləndirilən şəxs hər hansı təzyiq və təsir edilmədiyini, sonuncunun döyülmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin inzibati binasına aparıldığını bildirmişlər. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla razılaşmaması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Məhkəmə nəzərə alır ki, şahidlər ibtidai istintaq dövründə vermiş olduqları və məhkəmə iclasında verdikləri ifadələrində Təqsirləndirilən şəxs hər hansı təzyiq və təsir edilmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin inzibati binasına aparıldığını bildirmişlər. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə şahid ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq, şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs həm təhqiqat, həm də istintaq zamanı vermiş olduğu ifadələrində elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ümumiyyətlə polis əməkdaşları tərəfindən ona təzyiq və təsir edilməsi barədə hər hansı xüsusat bildirməmiş, yalnız, məhkəmə istintaqı aparılarkən fərqli ifadə vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda narkotik vasitə heroinin xeyli miqdarının (təmiz halda qramlarla daxil olmaqla) aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 06 mart 2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 81 (səksən bir) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinın saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,593 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinın saxlanc otağında saxlanılan 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan 01 ədəd 20 manatlıq pul əskinası xüsusi müsadirə olunaraq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-434/2025 saylı 03 iyun 2025-ci il tarixli qərara əsasən 05 iyun 2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 198 (yüz doxsan səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 06 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinın saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,593 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinın saxlanc otağında saxlanılan 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan 01 ədəd 20 manatlıq pul əskinası xüsusi müsadirə olunaraq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 18 iş saatı üçün 198 (yüz doxsan səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar