Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-436/2021 13.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs-nin qanuni təmsilçisi Nümayəndə, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Saatlı rayonu, Mollavaizli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmayan, Saatlı rayonu, Mollavaizli kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakım gizli olaraq talama məqsədilə 03.05.2021-ci il tarixdə saat 03:08-də ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs-yə məxsus “Sürətli Poçt Xidmətr-nin giriş qapısını üzərində olan istintaqa məlum olmayan vinlaçanla açıb oraya qanunsuz daxil olaraq ümumi zaldan 1 ədəd 38 manat dəyərində “MonoDarmo A15'“ markalı, İtaliya istehsalı kosmetik məhsul kapsulu, 1 ədəd 38 manat dəyərində “MonoDermo CİO" markalı, İtaliya istehsalı kosmetik məhsul kapsulu, İ ədəd 36 manat dəyərində “MonoDcrmo M5" markalı, İtaliya istehsalı kosmetik məhsul kapsulu, 1 ədəd 38 manat dəyərində “MonoDermo E5” markalı, İtaliya istehsalı kosmetik məhsul kapsulu. 1 ədəd 31 manat dəyərində “MonoDermo” markalı, İtaliya istehsalı kosmetik məhsul spreyi, İ ədəd 15 manat dəyərində “Genius” markalı. “GK-100011“ modelli klaviaturanı, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1 ədəd 250 manat dəyərində “HP” markalı kompyuter monitorunu, İ ədəd 400 manat dəyərində 8 çıxışlı “Fortel” markalı mini ATS aparatını, l ədəd 300 manat dəyərində “Huawei" markalı SDMA xətsiz telefon aparatını, 1 ədəd 15 manat dəyərində “Ali//" markalı su qızdırıcını və 100 manat dəyərində elektrik naqillərini gizli olaraq talamaqla “Mail Ekspress“ MMC-yə ümumilikdə 1261 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, maşın malyar ustasıdır. O, son bir həftədir işləmirmiş, ona görə də pulu olmamış, yaşamağa çətinlik çəkmişdir. Ona görə də qərarlaşdırmışdır ki, haradansa oğurluq etsin. 03 may 2021-ci il tarixdə gecə saat 03 radələrində Nəsimi rayon ərazisində Hənifə Ələsgərov küçəsi ilə gəzmişdir. Belə ki, həmin istiqamətdə olan binanın altında olan qapıları əli ilə yoxlamışdır ki, əgər açıq olsa daxil olub əlinə nə keçsə oğurlasın. Saat təxminən 03:08-də qapıların birini əli ilə yoxlayan zaman qapının yaxşı bağlanmadığını, sonradan ona məlum olan Zərərçəkmiş şəxs-nin "X2”-nin qapısını açıb içəri daxil ola biləcəyini görüb üstündə gəzdirdiyi vintaçanla qapını açmış və içəri daxil olmuşdur. İçərini axtarmağa başlamışdır. Otaqların birində təxminən 4-5 metr uzunluqda elektrik naqili götürmüş, sonra digər otaqda işlənmiş 01 ədəd elektrik su qızdırıcısını, 01 ədəd “Huawei” markalı xətsiz telefon aparatını, 01 ədəd komyuter klaviaturanı, təxminən 8-9 metr uzunluqda internetə qoşulmaq üçün naqili, onun əvvəl ətir bildiyi lakin sonradan bildiyi “MonoDermo” markalı koplektiv kosmetik məhsulunu, 01 ədəd internetə qoşulmaq üçün 8 çıxışlı üzərində "Fortel” markalı aparatı, 01 ədəd divarda saxlanılan monitoru götürüb həmin yerdən çıxıb oradan uzaqlaşıb yaxınlıqda olan zibilliyə gəlmiş, oğurladığı əşyaları zibillikdə gizlətmiş və həmin gün orada qalmışdır. 04 may 2021-ci il tarixdə səhər saatlarında polislər ona yaxınlaşmışlar, onu polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarının sorğu-sualı əsasında oğurluq cinayətini törətdiyini etiraf etmiş və oğurladığı əşyaları gizlətdiyini və yaxınlıqda yerləşən zibillikdə olduğunu bildirmişdir. Polis əməkdaşları ilə birlikdə həmin əşyaları oradan götürüb onlarla birlikdə polis idarəsinə gəlmişdir. Həmin əşyaları təqdim etmişdir. O, oğurluq cinayətini 03.05.2021-ci il tarixdə saat 03:08-də Nəsimi rayon ərazisində Hənifə Ələsgərov küçəsində yerləşən sonradan bildiyi "Mail Ekspress” MMC-nin “X2”-dən törətmişdir. Təxminən saat 04:56-da isə oğurladığı əşyaları götürərək oradan uzaqlaşmışdır. O, tək olmuş, onunla birlikdə lıeç kim olmamışdır. Oğurluq etməyi barədə heç kimə deməmişdir. O, oğurladığı monitoru heç kimə satmamışdır. Oğurladığı əşyaları zibillikdən polis əməkdaşları ilə birlikdə götürərkən monitoru hara qoyduğu yadından çıxmışdır. Çünki oğurladığı əşyaları zibilliyə qoyarkən monitoruda bir küncə yerləşdirdiyini bildirmişdir. Lakin daha sonra həmin əşyaları götürmək istəyərkən monitoru zibilliyin hansı küncünə qoyduğu yadından çıxmışdır. O, oğurluq cinayətini törətdikdən sonra vintaçanı tanımadığı ərazidə yadında qalmayan yerə atmışdır. O, bundan başqa heç bir cinayət törətməmişdir. Polis əməkdaşları tərəfindən ona hər hansı bir zor tətbiq edilməmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin təmsilçisi Nümayəndə ona qarşı heç bir şikayət və tələbinin olmamasını, dəymiş zərərin tamamilə ödənilməsini və yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin təmsilçisinin ifadəsi, ekspertiza rəyi, DVD diskində olan video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin təmsilçisi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, 2014-cü il tarixdən Zərərçəkmiş şəxs-nin baş direktor vəzifəsində çalışır. Zərərçəkmiş şəxs-nin qanuni təmsilçisi hazırda odur. Zərərçəkmiş şəxs-yə məxsus “Sürətli poçt Xidməti” ünvan 2 ünvanda yerləşir. Orada vətəndaşlara sürətli poçt xidməti göstərilir. Poçtun iş qrafiki səhər saat 9:00-dan 20:00 radələıini kimi fəaliyyət göstərir. Hər gün iş günü qurtardıqdan sonra giriş qapısını açarla bağlıyıb evə getmişdir. 02.05.2021-ci il tarixdə eyni qaydada işdən çıxan zaman poçtun giriş qapısını bağlayıb evə getmişdir. 03.03.2021-ci il tarixdə səhər saat 07:50-də işə gələn zaman poçtıın giriş qapısının açıq olduğunu görmüşdür. İçəri daxil olan zaman isə əşyaların dağınıq vəziyyətdə olduğunu görmüş və başa düşmüşdür ki, poçtdan oğurluq hadisəsi baş vermişdir. O, dərhal polisə bu barədə məlumat vermişdir. Daha sonra poçtdan hansı əşyaların oğurlandığım aşkar etmiş və polisə oğurlanmış əşyaların siyahısı vermişdir. Hazırda isə bir daha oğurlanmış əşyalara baxış keçirən zaman poçtdan 01 ədəd 250 manat dəyərində “HP” markalı kompyuter monitoru, 01 ədəd 400 manat dəyərində 8 çıxışlı “Fortcl” markalı mini ATS aparatı, 01 ədəd 300 manat dəyərində "Hııawei" markalı SDMA xətsiz telefon aparatı, 170 manat dəyərində “MonoDermo” markalı kopmlcktiv kosmetik məhsul, 01 ədəd 35 manat dəyərində kopyuter klaviaturası, 01 ədəd 15 manat dəyərində “Alizz” markalı su qızdırıcısı və 100 manat dəyərində kompyuter və müxtəlif növ internet kabellərinin oğurlandığını aşkar etmişdir. Belə ki, baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdəZərərçəkmiş şəxsMMC-yə 1270 manat dəyərində maddi ziyan dəymişdir. Poçtun giriş qapısında quraşdırılmış videomüşahidə kameralarına baxan zaman müəyyən edilmişdir ki, 03.05.2021-ci il tarixdə sonradan istintaqa və ona məlum olan Təqsirləndirilən şəxs saat 05:08-də poçtun giriş qapısına yaxınlaşaraq əlində olan əşya ilə qapını açır və içəri daxil olur. Daha sonra saat 04:56-da əlində olan əşyaları yığdığı sellofanları götürərək oradan uzaqlaşır. Əlavə olaraq bildirmişdir ki, məhkəməəmtəəşünaslıq ekspertizanın 08.06.2021 -ci il tarixli 9/2975 saylı rəyində qeyd edilən ekspertizaya təqdim edilən 6 adda malların 2021-ci ilin may ayına olan orta bazar qiyməti yəni “MonoDermo A15” markalı, İtaliya istehsallı kapsullar, kosmetik məhsul bir qutunun dəyəri 38 manat, “MonoDermo CİO” markalı, İtaliya istehsallı kapsullar, kosmetik məhsul bir qutunun dəyəri 38 manat, “MonoDermo M5” markalı, İtaliya istehsallı kapsullar kosmetik məhsulun qutusu açılmış vəziyyətdə, içərisində olan 28 ədəd kapsuldan 1 ədəd aşkar edilmədiyi bir qutunun dəyəri 36 manat, təzə vəziyyətdə "MonoDermo E5” markalı, İtaliya istehsallı kapsullar, kosmetik məhsul bir qutunun dəyəri 38 manat, təzə vəziyyətdə "MonoDermo” markalı, 250 ml həcmli, İtaliya istehsallı sprey kosmetik məhsul bir qutunun dəyəri 31 manat, istifadədə olmuş, normal vəziyyətdə Çin istehsallı, “Genius” markalı, GK- 100011 modelli klaviatura 15 manat dəyərində olması, ümumi dəyərinin isə 196,00 manat müəyyən edildiyi ona elan edilmişdir. Bundan başqa, zərərçəkmiş şəxsin təmsilçisi Nümayəndə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir və sonuncunun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Cinayət işinin 32-ci vərəqəsində olan 04 may 2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 97-99-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 may 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinin 102-105-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.06.2021-ci il tarixli 9/2975 saylı rəyin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilən 6 adda malların 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 196,00 manat müəyyən edilir. Digər ekspertiza tədqiqatına təqdim edilən 8 adda mallar təyinatı üzrə yararsız vəziyyətdə olduğu üçün qiymətləndirilmə aparılmadı. 1 ədəd üzərində “SHİSHEİDO RD 103” yazıları olan göz üçün ten istifadəyə yararsız olduğu üçün gigiyenik nöqteyi nəzərdən başqa şəxs tərəfindən istifadədə olması məqsədəuyğun olmadığı üçün qiymətsiz müəyyən edilir. Ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədəd "HP” markalı kompyuter monitoru haqqında kifayət qədər məlumat (modeli, yeri, istismar müddəti və s.) olmadığı üçün qiyınərləndirmə aparmaq mümkün olmadı. Həmin ekspertizaya təqdim edilən 6 adda malların adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilərək bu cür qiymətləndirilmişdir:
1. “MonoDermo A15” markalı, İtaliya istehsallı kapsullar, kosmetik məhsul bir qutunun dəyəri 38 manat,
2. “MonoDermo CİO” markalı, İtaliya istehsallı kapsullar, kosmetik məhsul bir qutunun dəyəri 38 manat,
3. “MonoDermo M5” markalı, İtaliya istehsallı kapsullar, kosmetik məhsulun qutusu açılmış vəziyyətdə, içərisində olan 28 ədəd kapsuldan 1 ədəd aşkar edilmədi, bir qutunun dəyəri 36 manat,
4. Təzə vəziyyətdə “MonoDermo E5” markalı. İtaliya istehsallı kapsullar, kosmetik məhsul bir qutunun dəyəri 38 manat,
5. Təzə vəziyyətdə “MonoDermo” markalı, 250 ml həcmli, İtaliya istehsallı sprey, kosmetik məhsul bir qutunun dəyəri 31 manat,
6. İstifadədə olmuş, normal vəziyyətdə Çin istehsallı. “Genius” markalı, GK- 100011 modelli klaviatura 15 manat.. Cinayət işinin 103-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 48-ci vərəqəsində olan 04 may 2021-ci il tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, 01 ədəd 8 çıxışlı “Fortel” markalı mini ATS aparatı, 01 ədəd “Huawei” markalı xətsiz telefon aparatı, “MonoDerma” markalı komplektiv kosmetik məhsulu, 01 ədəd komoyuter klaviaturası, 01 ədəd “Alizz” markalı su qızdırıcısı, 02 ədəd “LG” markalı elektrik keçiriciləri, 01 ədəd 5 çıxışlı elektrik ötürücüləri, 04 ədəd 3 çıxışlı elektrik ötürücüləri və elektrik naqili maddi sübut kimi tanınmışdır. Cinayət işinin 101-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16 may 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 55-ci vərəqəsində olan 05 may 2021-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs-nin təmsilçisi Nümayəndə MMC-nin nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 03.05.2021-ci il tarixdə saat 03:08-də ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs-nin “X3-nin giriş qapısının qarşısına gəlir, ətrafa baxdıqdan sonra üzərində gətiıdivi vintaçanla qapının kilidini açmağa başlayır, saat 04:56da isə poçtdan oğurladığı əşyaları qara rəngli sellofanı və şəffaf rəngli sellofanı götürərək oradan uzaqlaşması əks olunmuşdur. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxsin təmsilçisi Nümayəndə ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir və sonuncunun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskində olan video görüntülər və digər iş materialları ilə onun saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 20ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ona qarşı heç bir şikayət və tələbinin olmamasını, dəymiş zərərin tamamilə ödənilməsini və yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ona qarşı heç bir şikayət və tələbinin olmamasını, dəymiş zərərin tamamilə ödənilməsini və yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etməsini eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və 04 may 2021-ci il tarixdən 13 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 09 (doqquz) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 06 (altı) ay 18 (on səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Saatlı rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut növü kimi tanınmış 01 ədəd 8 çıxışlı “Fortel” markalı mini ATS aparatı, 01 ədəd “Huawei” markalı xətsiz telefon aparatı, “MonoDerma” markalı komplektiv kosmetik məhsulu, 01 ədəd komoyuter klaviaturası, 01 ədəd “Alizz” markalı su qızdırıcısı, 02 ədəd “LG” markalı elektrik keçiriciləri, 01 ədəd 5 çıxışlı elektrik ötürücüləri, 04 ədəd 3 çıxışlı elektrik ötürücüləri və elektrik naqili və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə qaytarıldığından sonuncuya təhvil verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 may 2021-ci il tarixdən 13 avqust 2021-ci il tarixədək, yəni 03 (üç) ay 09 (doqquz) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 06 (altı) ay 18 (on səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı Saatlı rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Saatlı Rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Saatlı rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 8 çıxışlı “Fortel” markalı mini ATS aparatı, 01 ədəd “Huawei” markalı xətsiz telefon aparatı, “MonoDerma” markalı komplektiv kosmetik məhsulu, 01 ədəd komoyuter klaviaturası, 01 ədəd “Alizz” markalı su qızdırıcısı, 02 ədəd “LG” markalı elektrik keçiriciləri, 01 ədəd 5 çıxışlı elektrik ötürücüləri, 04 ədəd 3 çıxışlı elektrik ötürücüləri və elektrik naqili və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə qaytarıldığından sonuncuya təhvil verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Azər Tağıyev