Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-437/2021 20.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdə saat 18 radələrində qəsdən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə ünvan 2 ünvanında yerləşən «Narwin» gözəllik salonunda iş masasının üzərində olan Rufanə Qafarovaya məxsus çantadan içərisində 600 manat pul, içərisində hər hansı bir məbləğdə pul olmayan zərərçəkmiş şəxsin qiymətləndirilməsinə görə 10 manat dəyərində «Unibank»-a məxsus plastik bank kartı, zərərçəkmiş şəxsin qiymətləndirilməsinə görə oğurlanmış 01 ədəd şəxsiyyət vəsiqəsi, markalanmasına dair hər hansı bir məlumatı olmayan, sarı rəngli zərərçəkmiş şəxsin qiymətləndirilməsinə görə 90 manat dəyərində pul kisəsini gizli olaraq talayıb zərərçəkmiş şəxs X2 ümumilikdə 700 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 03 iyun 2021-ci il tarixdə saat 18 radələrində qəsdən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr 25 ünvanında yerləşən «Saxara» gözəllik salonunda iş masasının qarşısında stulun üzərində olan Zərərçəkmiş şəxs2 məxsus çantadan içərisində 400 manat pul, zərərçəkmiş şəxsin qiymətləndirilməsinə görə 10 manat dəyərində 01 ədəd "xxxx"-a məxsus plastik bank kartı, zərərçəkmiş şəxsin qiymətləndirilməsinə görə 10 manat dəyərində 01 ədəd «Bank of Baku»-ya məxsus plastik bank kartı, zərərçəkmiş şəxsin qiymətləndirilməsinə görə 10 manat dəyərində 01 ədəd «Bank of Baku»-ya məxsus plastik bank kartı, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd Tibb Universitetinə məxsus giriş çıxış kartı, markalanmasına dair hər hansı bir məlumat olmayan, mavi rəngli zərərçəkmiş şəxsin qiymətləndirilməsinə görə 50 manat dəyərində pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 480 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1 ay olar ki, sevdiyi şəxslə valideynləri onun ayırmaq istədiklərinə görə aralarında mübahisə yaranmış və o, valideynləri ilə birlikcə yaşadığı mənzili tərk etmişdir. Yaşadığı mənzili tərk etdikdən sonra pulu olanda gündəlik otellərdə kirayə mənzil tutub yaşamış, arabir isə rəfiqələrimin evlərində gecələmişdir. İşləmədiyindən özünün gündəlik təlabatlarını ödəmək məqsədi ilə bir neçə şirkətlərə işə düzəlmək üçün “CV” vermiş, lakin mobil telefonunun olmadığı üçün həmin şirkətlərlə əlaqə saxlaya bilməmişdir. Valideynlərinin ona maddi köməklik etmədiklərindən və özünə iş tapa bilmədiyi üçün vəziyyətdən necə çıxacağını bilməmiş, pulu olmasa da “Narwin” gözəllik salonuna dırnaqlarını düzəltdirmək məqsədilə getmiş, salonda işləyən dırnaq ustası Sara ilə aralarında səmimi münasibət yarandığından Nərgiz pulu olmadıqda, o, dırnaqlarını düzəltdirdikdən 1-2 gün sonra Saraya ödəniş edə bilirdi. 02.06.2021-ci il tarixdə saat 18 radələrində mən “Narwin” gözəllik salonuna dırnaqlarımı səliqəyə salmaq məqsədilə getmiş, həmin vaxt Saranın orada olmadığını öyrəndikdə salonda olan işçilərdən Saraya zəng vurub nə zaman gələcəyini soruşmalarını xahiş etmiş, salonda olan işçilərdən Sara ilə əlaqə saxlamış və Sara həmin gün işə gəlməyəcəyini ona bildirmişdirlər. Bu zaman Nərgiz salonun çıxışına tərəf getmiş, salonun çıxışında güzgüyə baxıb saçlarımı səliqəyə salmaq istədikdə, orada iş vasasının üzərində kimə məxsus olduğunu bilmədiyi nəzarətsiz qalmış əl çantasını görmüşdür. Çantanın içərisinə vizual olaraq baxdıqda ən üst hissədə pul qabı görmüş və həmin pul qabını götürmək qərarına gəlmişdir. Ətrafa göz gəzdirərək kimsənin ona fikir vermədiyini müəyyən edib pul qabını çantadan götürərək salonu tərk etmişdir. Salondan çıxdıqdan sonra oğurladığı pul qabına baxdıqda orada 03 ədəd 100 manatlıq əskinaslar, 03 ədəd 1 manatlıq əskinas və 01 ədəd 5 manatlıq əskiııas, 4 manata yaxın qəpik pul olmaqla ümumilikdə 312 manat nağd pul, şəxsiyyət vəsiqəsi və “Unibanka” məxsus bank kartı olduğunu müəyyən etmişdir. Pulları götürüb cibinə, pul qabını isə çantasına qoyaraq “Xəqani” ticarət mərkəzinin yaxınlığına gedərək dönər alıb yemiş, sonra isə mən Fəvvarələr meydanında gəzərək, mağazadan ərzaq alıb, “İSR plaza”nın arxa hissəsində yerləşən müvəqqəti yaşadığı otelə getmiş, otele gedərkən yolda ara küçələrin birində yerləşən zibil qutusuna gözəllik salonundan oğurladığı pul qabını tullamışdır. 03.06.2021-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs “Saxara” gözəllik salonunda dırnaqlarını səliqəyə salmaq məqsədilə getmiş, salonda 2-ci mərtəbəyə qalxaraq, manikür ustası ilə danışmış, onun 1-2 saatlıq işi olduğunu öyrəndikdə birinci mərtəbəyə düşmüş, birinci mərtəbədə boş masa olduğunu gördükdə həmin masaya yaxınlaşaraq, stulda əyləşərək, çantasına əl gəzdirərkən, əyləşədiyi stulda 01 ədəd çanta, yanında isə kağızdan olan paket görmüşdür. Təqsirləndirilən şəxs pulu olmadığından və pula ehtiyacı olduğu üçün kağızdan olan paketin içinə baxmış, orada 01 ədəd eynək qabı üstündə isə pul qabını görmüş, pul qabını götürərək öz çantasına qoyaraq və diqqət cəlb eləməmək şərti ilə salondan çıxaraq oradan uzaqlaşmışdır. Bayıra çıxdıqdan sonra pul qabının içərisinə baxdıqda orada 01 ədəd 50 manatlıq, 02 ədəd isə 20 manatlıq pul əskinası və miqdarını xatırlamadığı qəpiklər görmüşdür. O, həmin pulları pul qabından götürərək, pul kisəsini çantasına qoymuşdur. Sonra isə iş axtarmaq məqsədi ilə Bakı şəhərində yerləşən “X4” ticarət mərkəzində yerləşən “Emporium Baku” mağazasına getmiş, orada iş olacağı təqdirdə ona məlumat veriləcəyini bildirdidə o, həmin ünvanı tərk etmiş, yolda polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək, oğurluqda şüphəli olduğuna görə Nəsimi RPİ-nin 21-ci polis bölməsinə dəvət olunmuş, polis şöbəsində 02.06.2021-ci il tarixdə “Narwin” gözəllik salonunda çantadan oğurladığı pul qabının sahibinin ərizə ilə müraciət etməsi məlum olmuş, polis şöbəsində törətdiyi cinayəti səmimi etiraf etmiş, oğurladığı əşyaların sahiblərini əvvəllər tanımamasını və həmin şəxslərlə heç bir münasibətinin olmamasını, oğurluq edən vaxtı onu heç kimin görməməsini, həmçinin oğurluq hadisələrində tək olmasını və ona heç kimin kömək etməməsini, oğurluq etməsi barədə əvvəlcədən və ya sonradan ailə üzvlərinin, eləcə də heç kimin məlumatının olmamasını, qeyd olunan cinayət hadisələrindən başqa cinayət törətməməsini, mobil telefonunun olmamasını, əvvəllər mobil telefonunun olduğunu, lakin pula ehtiyacı olduğu üçün onu satdığını bildirmişdir. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, Zərərçəkmiş şəxs2 ona qarşı heç bir şikayət və tələbinin olmamasını, digər Zərərçəkmiş şəxs1 qismən ödəniş etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmədən, Zərərçəkmiş şəxs1 qarşı törətdiyi əməli səmimi etiraf edərək, ona vurulmuş zərərdən 235 manat ödədiyini və sonuncunun iştirakı olmadan məhkəmə istintaqını bitirib, məhkəmə çıxışlarına keçilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, DVD diskində olan videogörüntülər və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 03.06.2021-ci il tarixdə saat 17 radələrindlə Nəsimi rayonu, Bülbül prospekti 25-də yerləşən “Saxara” gözəllik salonuna getmiş, həmin salonda qarşısında güzgü olan iş masanın stuluna öz çantasını və kağızdan olan paketi qoymuş, salonda olan saç ustası ilə söhbət etmişdir. Kağızdan olan paketin içərisində pul qabısı var idi. Həmin pul qabının içərisində şəxsiyyət vəsiqəsi, bank kartları, 2 ədəd 100 manatlıq, 4 ədəd 50 manatlıq pul əskinası və miqdarını bilmədiyi qədər qəpiklər var idi. Bir az sonra o, çantasını və içərisində pul kisəsi olan kağız paketi stuldan götürərək salondan çıxmışdır. Salondan bayırda kağızdan olan paketə baxdıqda orada pul kisəsinin olmadığını aşkar etmiş, düşünmüşdür ki, pul kisəsini taksidə düşürmüş və həmin anda taksi sürücüsünə zəng etmiş, o isə avtomobildə pul kisəsi qalmamışdır. Bundan sonra o, “Saxara” gözəllik salonuna qayıtmış, salon daxili olan kameraya baxaraq çantasından qara saçlı, arıq bədən quruluşlu olan qadının pul qabısını oğurladığını görmüş və bu barədə DİN-nin 102 xidmətinə oğurluq olması barədə məlumat vermişdir. Beləliklə, 01 ədəd Azərbaycan Tibb Universitetinə məxsus giriş-çıxış kartı, 01 ədəd şəxsiyyət vəsiqəsi, 2 ədəd Bank of Baku kartları üçün hərəsi 10 manat olmaqla 20 manat, 1 ədəd Kapital Bank kartı üçün 10 manat, 01 ədəd pul qabına görə 50 manat və 400 manat nəgd pulu oğurlanmaqla ona ümumilikdə 480 manat dəyərində maddi ziyan dəymişdir. Daha sonra Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin və tələbinin olmamasını bildirmiş və nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən X1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdirki, o, Nəsimi rayonu, Fizuli küşəsi 39-da yerləşən “Narwin beaty”gözəllik salonunda saç ustası kimi fəaliyyət göstərir. 02.06.2021-ci il tarixdə saat 18:30 radələrində işlədiyi salonda olarkən əl çantasını iş masamın üzərinə qoyaraq dırnaq ustasının yanına keçmişdir. Bir az sonra Rufanə iş masasına yaxınlaşaraq çantasını götürüb evə gedərkən, çantasının içərisinə baxdıqda oarada pul qabısının olmadığını aşkar etmiş, çantasının hər tərəfinə baxsada içərisində 04 ədəd 100 manatlıq, 04 ədəd 50 manatlıq pul əskinasları olmaqla ümumilikdə 600 manat pul, zərərçəkmiş şəxsin qiymətləndirilməsinə görə oğurlanmış 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd hesabı boş olan “Unibank”a məxsus bank kartı oğurlanmaqla 10 manat, 01 ədəd pul qabısının oğurlanmasına görə 90 manat olmaqla Rufanə Qasımovaya ümumilikdə 700 manat dəyərində maddi ziyan dəymişdir. Cinayət işinin 50-51-ci vərəqələrində olan 04 iyun 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinin 93-94-cü vərəqələrində olan maddi sübut kimi tanımaq haqqında 10 iyun 2021-ci il tarixli qərardan görünür ki, 01 ədəd Kapital banka məxsus, 5103 **** **** 7179 nömrəli bank kartı, 01 ədəd “Bank of Baku”-ya məxsus 9031 **** **** 1195 nömrəli plastik bank kartı, 01 ədəd “Bank of Baku”-ya məxsus 5315 **** **** 7048 nömrəli plastik bank kartları maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Cinayət işinin 98-99-cu vərəqələrində olan maddi sübut kimi tanımaq haqqında 10 iyun 2021-ci il tarixli qərardan görünür ki, 01 ədəd “Unibank” a məxsus, 5243 **** **** 3021 nömrəli Albalı Plus bank kartı və 235 manat pul maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Cinayət işinin 103-cü vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 12 iyun 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş ünvan 2 ünvanında yerləşən «Narwin» gözəllik salonunun daxilində olan müşahidə kamerasının görüntülərinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 02.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs «Narwin» gözəllik salonunun daxilində hərəkət edərək iş masasının birinə yaxınlaşaraq orada ətrafa göz gəzdirdikdən sonra masanın üzərində olan çantadan pul qabını götürüb öz çantasına qoyaraq salonu tərk edir. Həmçinin Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr. 25 ünvanında yerləşən «Saxara» gözəllik salonunun daxilində olan müşahidə kamerasının görüntülərinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 03.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs təkrarən «Saxara» gözəllik salonunun daxilində hərəkət edərək iş masasının birinə yaxınlaşaraq masanın qarşısında üzərində çanta və kağız paket olan stula əyləşir, ətrafa göz gəzdirdikdən sonra stulunun üzərində olan kağız paketdən pul qabını götürərək öz çantasına qoyaraq salonu tərk edir. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadələri, DVD diklərdə olan videogörüntülər və digər iş materialları ilə onun təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar talamaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxsya cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, Zərərçəkmiş şəxs2 ona qarşı heç bir şikayət və tələbinin olmamasını, digər Zərərçəkmiş şəxs1 qismən ödəniş etməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, Zərərçəkmiş şəxs2 ona qarşı heç bir şikayət və tələbinin olmamasını, digər Zərərçəkmiş şəxs1 qismən ödəniş etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 01 ədəd Unibanka məxsus 5243**** ****3021 nömrəli Albalı Plus bank kartı, 235 manat pul, 01 ədəd "xxxx"-a məxsus 5103 **** ****7179 nömrəli plastik kart, 01 ədəd Bank of Baku-ya məxsus 9031**** ****1195 nömrəli plastik kart, 01 ədəd Bank of Baku-ya məxsus 5315 **** **** 7048 nömrəli plastik kartları sahiblərinə qaytarıldığından onların istifadəsinə verilmiş hesab edilməli və iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd Unibanka məxsus 5243**** ****3021 nömrəli Albalı Plus bank kartı, 235 manat pul, 01 ədəd "xxxx"-a məxsus 5103 **** ****7179 nömrəli plastik kart, 01 ədəd "Bank of Baku”-ya məxsus 9031**** ****1195 nömrəli plastik kart, 01 ədəd “Bank of Baku”-ya məxsus 5315 **** **** 7048 nömrəli plastik kartları sahiblərinə qaytarıldığından onların istifadəsinə verilmiş hesab edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-437/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-437/2021
20.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver