Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-437/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 10:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, tərcüməçi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1960-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, dayanacaqda nəzarətçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanda dayanaqcaqda müvəqqəti yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,282 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 20:15-də Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4əşən Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,282 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, hal hazırda ünvan 6 ünvanında yerləşən avtomobil dayanacağında nəzarətçi işləyir. Dayanacağın yanında olan yarımtikilidə müvəqqəti yaşayır. Dayanacaqda işlədiyi üçün gündüzlər hər zaman yatır ki, gecə növbəsində qala bilsin. xx.xx.2024-cü il tarixdə axşamüstü işlədiyi dayanacağın ətrafına gəzintiyə çıxmışdır. Həmin ərazi meydança olduğundan adətən uşaqlar orada oynayırlar, kimsə açarını, pulunu və digər əşyalarını itirir və bu səbəbdən ətrafda gəzərkən hər zaman yerə baxır ki, nəsə düşübsə onu götürüb saxlasın, çünki itirilmiş əşyalara görə ona müraciət edirlər. Həmin ərazidə 1-2 saat gəzib işini görmüş, maşınları park edərkən yerdə bir bükülü görmüş və həmin bükülünün içində nə olduğunu bilmədən götürüb cibinə qoymuşdur. Təxminən 5 metr getdikdən sonra polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra, ondan özünü şübhəli apardığını və üzərində nə olduğunu soruşmuşlar. O da polislərə yerdən bir ədəd bükümdə nəsə tapdığını, açıb içərisinə baxmadığını və ümumiyyətlə məlumatının olmadığını bildirmişdir. Bundan sonra yerdən taparaq cibinə qoyduğu bükümü çıxararaq polislərə göstərmiş və onlar da həmin bükümə baxdıqdan sonra onun narkotik vasitə olduğunu demişlər. O isə həmin bükümü yerdən indi tapdığını və içərisində nə olduğunu bilmədiyini, istifadə etmədiyini bildirmişdir və həmin ərazidə kameraların olduğunu və əgər kameralara baxılarsa aydın göründüyünü, iki dəqiqə bundan öncə tapdığını demişdir. Bundan sonra onu Nəsimi RPİnin 19-cu Polis şöbəsinə dəvət etmişlər. O isə bildirmişdir ki, meydançanın ətrafında gəzərkən yerdə qızılı bükümdə nəsə olduğunu görmüş və diqqətini cəlb etdiyi üçün götürüb cibinə qoymuşdur, buna görə niyə polisə getməli olduğunu polis əməkdaşlarından soruşmuşdur. Polislər isə ona cavabında şöbədə bu məsələyə aydınlıq gətiriləcəyini bildirmişlər. O da etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmiş və hesab etmişdir ki, orada müəyyən suallar verildikdən sonra buraxılacaqdır. Nəsimi RPİ-nin 19-cu Polis şöbəsində xidməti otaqların birində olan zaman o, tərcüməçi istəmiş, təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmişdir. Üzərinə baxış saat təxminən 12-də keçirilmiş və həmin müddətə qədər o polis şöbəsində qalmışdır. Bundan sonra onun üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilmiş və ondan üzərində, paltarında və paltarlarım ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş və bununla bağlı sənədlər hazırlanmışdır. O isə yaşlı olduğunu və azərbaycan dilində yazıb oxuya bilmədiyini bildirmişdir, ona isə narahat olmamağını və buraxılacağını demişlər. 65 yaşı olduğundan polislərin dedikləri və yazdıqları ilə razılaşmışdır ki, onu buraxsınlar. Üzərinə baxış keçirilmiş və o da əynində olan göy rəngli qısa qol gödəkçənin sağ yan cibindən 01 ədəd bükümü və şalvarının sol yan cibindən 01 ədəd “20” manatlıq əskinaz, 01 ədəd “10” manatlıq əskinaz və 01 ədəd “5” manatlıq əskinazı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, buna cavab olaraq o üzərində hər hansı əşyanın olmamasını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərinə baxış keçirilmiş, lakin hər hansı digər əşya aşkar edilməmişdir. Üzərinə baxış keçirildikdən sonra onu X8 aparmışlar. Oraya müstəntiq gəlmiş və ona bildirmişdir ki, elə bir şey yoxdur, sənədlərə imza etdikdən sonra buraxılacaqsan. Bununla bağlı ona hər hansı sənəd və ya kağız verməmişlər. İttiham aktı ona məhkəmədə verilmişdir və onu oxuduqdan sonra polis şöbəsində baş verənlərlə ittiham aktında yazılanların fərqli olduğunu görmüşdür. Belə ki, yerdən büküm tapdığını və onu cibinə qoyduğunu və 2 dəqiqə sonra polislər tərəfindən saxlanıldığını qəbul edir, lakin ittiham aktındakı ifadəsində ki, guya günorta saatlarında qeyd olunan bükümü tapmış və içərisini açaraq baxmış, heroin olduğunu müəyyən etmiş və cibinə qoyaraq istifadə etmək üçün həmin gün saat 20:15-ə kimi gəzdirdiyini qəbul etmir. İfadəsinin sonunda xəstə və yaşlı olduğunu nəzərə alaraq, məhkəmədən həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2024cü il tarixdə ünvan 7 ünvanında “Səfər” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri özündə saxlamaqla daşıması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumata əsasən tərəfindən əməliyyat qrupu yaradılmış və həmin əməliyyat qrupuna Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinini digər əməliyyat müvəkkili Emil Qocayev daxil edilmişdir. Daxil olmuş məlumatın yoxlanılması üçün göstərilən ünvana yaxınlaşmışlar. Bir müddət sonra bir nəfər şəxsin məlumatda təsviri verilən “Səfər” adlı şəxslə eyni əlamətlərinin olmasını müşayət etmiş, bu zaman saat 20:15-də həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələri təqdim edərək polis əməkdaşları olmasını bildirmiş və həmin şəxsdən özünü təqdim etməsini tələb etmişdirlər. Bu zaman həmin şəxs Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs şübhəli şəxs qismində Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs da könüllü olaraq onlarla birlikdə Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinə gəlmişdir. Polis şöbəsində təhqiqatçının, müdafiəçinin, kriminialistin, şahidlərin və tərcüməçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. İlk öncə ona üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olduğu halda könüllü olaraq təqdim etməsi təklif olunmuş, o da əynində olan qısa qol gödəkçənin cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm barəsində məlumat verilməsi təklif edilmiş, o da cavabında həmin bükümün “kakos” olduğunu və yerdən tapdığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq möhürlənmiş və həmin zərf hər bir iştirakçı tərəfindən imzalanmışdır. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin təhqiqatçısı Cəmaləddin Mehvalıyev tərəfindən tərtib edilmiş və həmin Şöbənin əməliyyat müvəkkilləri Şahid, X12, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6, mütəxəssis (ekspert) Nəsimi rayon Polis İdarəsinin KTQ-nun inspektor kriminalisti X9, şübhəli şəxs Təqsirləndirilən şəxs, tərcüməçi X4 tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli qısa qol gödəkçənin sağ yan cibindən 01 ədəd bükümü, göy rəngli qısa qol gödəkçənin sol yan cibindən 01 ədəd “20” manatlıq əskinaz, 01 ədəd “10” manatlıq əskinaz və 01 ədəd “5” manatlıq əskinazı çıxarıb masanın üzərinə qoydu. Sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildi, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmaga başlanıldı: ilk öncə onun geyindiyi uzun qol sviterin qollarına və ətrafına baxıldı, lakin hər hansı bir əşya aşkar edilmədi. Sonra geyindiyi göy rəngli qısa qol gödəkçənin sağ yan, arxa ciblərinə, həmçinin ətrafına baxıldı, lakin hər hansı bir əşya aşkar edilmədi. Sonra ayağında olan tərliyi və corablarını çıxartdı. Corablarını çıxartdıqda hər ayağının üzərindən kağız parçaları aşkar edildi və həmin kağız parçalarını masanın üzərinə qoydu. Bundan sonra ondan üst-başını səliqəyə salması tələb edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi “01” ədəd büküm barədə məlumat verməsi bildirildi. Təqsirləndirilən şəxs həmin bükümün “Kakos” olduğunu və həmin narkotik vasitəni xx.xx.2024-cü il ünvan 6 ünvanında yerləşən avtomobil dayanacağında gəzərkən yerdən tapdığını və şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi pul vəsaiti və corablarında aşkar edilmiş kağız parçalarında hər hansı bir qanunla qadağan olmuş əşya və predmet aşkar olunmadığından şəxsin özünə geri qaytarıldı. Bundan sonra iştirakçılara narkotik maddəyə bənzər kütlənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildi. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərildi və həmin zərfin içərisinin boş olduğu müəyyən edildi. Bundan sonra içərisində narkotik vasitəyə bənzər kütlə olan büküm zərfə qoyularaq zərfin ağzı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin zərflər üçün nəzərdə tutulmuş “187” nömrəli möhürü ilə möhürləndi və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalandı (i/v 63-65). İş materiallarına əlavə olunmuş şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon prokurorunun 05 may 2024-cü il tarixli “vəsatətin müdafiə edilməsindən imtina olunması” barədə qərarı ilə həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs həmin tarixdə Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i/v 35-36, 111-112). İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 05 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i/v 113-114). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-6/2458 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №187 dairəvi möhür əksi olan, vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,282 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir (i/v 72-75). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 2945 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Kannabioidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Hal hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserinə qeydiyyata alınması məsləhət görülür (i/v 120-121). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sabunçu rayon məhkəməsinin xx.xx.2010cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə isə cəzanın sonu ilə azad edilmişdir (i/v 117-119). İş materiallarına əlavə edilmiş “maddi sübut kimi tanınması haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,282 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 0,232 qram narkotik vasitə heroinin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır (i/v 129). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini xeyli miqdarda əldə etməsi, daşıması və saxlaması özünün etirafı, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda narkotik vasitə olan heroinin xeyli miqdarının (təmiz halda qramlarla daxil olmaqla) aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, yaşını, xəstə olmasını və təqsirini etiraf edərək peşman olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 03 may 2024-cü il tarixdən 05 may 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 48 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, ümumi təmiz çəkisi 0,282 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,232 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-437/2024 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 03 may 2024-cü il tarixdən 05 may 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 48 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, ümumi təmiz çəkisi 0,282 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,232 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-437/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-437/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver