Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-439/2021 11.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakım gizli olaraq talama məqsədi ilə 05.06.2021-ci il tarixdə saat 19:44 radələrində müştəri qismində daxil olduğu Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsində yerləşən “Bravo” hipennarketin 4 nömrəli kassasında ödəniş etdiyi zaman kassanın masasının üzərində ərzaq malları yığmaq üçün qoyulmuş salofan paketlərin yanında, Zərərçəkmiş şəxs məxsus içərisində sonuncuya aid maaş kartı, şəxsiyyət vəsiqəsi, iş vərəqəsi və 545(beş yüz qırx beş) manat pul olan 15 manat dəyərində pul qabım götürüb, cins şalvarının cibinə qoyaraq, gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs 560 (beş yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bacısı Cəmilə Mirzəvevanmn kirayədə yaşadığı ünvan 2 ünvanına qonaq gəlmişdir. 05.06.2021-ci il tarixdə saat 19:00 radələrində qeyd olunan ünvandan çıxıb alış-veriş elmək üçün Nəsimi rayonu Fizuİi küçəsində olan “Qış parkı”nın yaxınlığında yerləşən “Bravo" hipermarketinə gəlmişdir. Marketdə evə lazım olan əşyaları aldıqdan sonra kassaya yaxınlaşmışdır. Kassada ödəniş edib çıxdığı zaman “Bravo” marketin 4 nömrəli kassasında masanın üzərində, kassanın sağ küncündə ərzaq malları yığmaq üçün qoyulmuş salofan paketlərin yanında 01 ədəd pul kisəsi görmüşdür. O, həmin pul kisəsini götürmüş və açıb pul kisəsinin içərisinə baxan zaman orada pul gördüyü üçün həmin pul kisəsini cins şalvarının arxa sağ cibinə qoymuş və marketdən çıxmışdır. Daha sonra marketdən bir qədər uzaqlaşıb yolun kənarında dayanan nömrəsini xatırlamadığı gümüşü rəngli taksiyə əyləşib bacısının kirayədə yaşadığı ünvana qayıtmışdır. Yolda olarkən taksinin içərisində pul kisəsini təkrar açıb baxanda içərisində sənədlər olan bank kartı, 02 ədəd 20 (iyirmi) manatlıq və 02 ədəd 5 (beş) mantlıq olmaqla ümumilikdə 50 (əlli) manat pul olduğunu görmüş və həmin pulu pul kisəsini içərisindən götürüb cibinə qoymuşdur. Evə çatanda ünvanda olan rəfiqəsi İyudmilaya içərisində 30 (otuz) manat olan pul kisəsini “Bravo” marketdə kassanın yanıdan götürdüyünü və içərisində olan 30 (otuz) manat pulu xərclədiyini ona bildirmişdİr. Lyudmila cavabında ona etdiyi əməlin düzgün olmadığını deyərək, həmin pul kisəsini sahibinə qaytarmaq lazım olduğunu bildirmişdİr. Lyudmila həmin pul kisəsini ondan götürmüş və içərisinə baxmışdır. Bu zaman pul kisəsinin iç cibində Zaur adlı şəxsə aid kağıza yazılmış telefon nömrəsi tapmış və telefonla həmin nömrə üzrə Zaur adlı şəxslə əlaqə saxlayaraq ona məxsus pul kisəsini qaytarmaq istədiyini Zaura bildirmişdir. Daha sonra Lyudmila evdən çıxaraq Zaurla görüşmüş və cüzdanı ona təhvil vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, istintaq dövründə ifadələrini oxumadan imzalamış həmçinin 50 manatı pul kisəsindən götürdüyü halda rəfiqəsi Lyudmilaya yalnız 30 manat götürdüyünü bildirmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, əvvəllər məhkum olmamasını, zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə ödəməsini, ona qarşı şikayət və tələbinin olmamasını və ona yüngül cəza verilməsini xahiş etməsini nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi, CD diskində olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 05.06.2021 -ci il tarixdə saat 19:44-də Nəsimi rayonu, Fizuli küçəsində “Qış parkf'nın yaxınlığında yerləşən “Bravo” marketdən alış-veriş edib marketi tərk etmişdir.Daha sonra marketdən bir qədər uzaqlaşdıqdan sonra içərisində özünə məxsus maaş kartı, şəxsiyyət vəsiqəsi, iş vərəqi və 545 (beş yüz qırx beş) manat pul olan pul kisəsinin qoyduğu yerdə olmadığını aşka etmişdir. Bu barədə hipermarkelin içərisində olan təhlükəsizlik əməkdaşlarına müraciət etmişdir və onlar ödəniş etdiyi kassanın üzərində quraşdırılmış video müşahidə kamerasında qeydə alınmış görüntüyə baxarkən pul kisəsinin ondan sonra kassaya yaxınlaşan naməlum şəxs (qadın) tərəfindən oğurlandığıaşkar etmişdirlər. Daha sonra marketin içərisində gözləyərkən ona zəng edən adını bilmədiyi qadın ona məxsus pul kisəsini tapdığını və ona qaytarmaq istədiyini bildirmişdir. O, ona zəng edən qadına “Bravo” marketdə olduğunu bidirmiş və həmin qadın pul kisəsini gətirib ona təhvil vermişdir.Bu zaman həmin şəxslə (qadınla) birlikdə pul kisəsinin içərisinə baxdıqda sənədlərinin və kartının yerində olduğunu, lakin pul kisəsinin içərisində olan ona məxsus 545(beş yüz qırx beş) manat pulun oğurlandığını məlum olmuşdur. Daha sonra zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını, vurulmuş zərərin ödənildiyini və ona yüngül cəza verilməsini və ya işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 05.06.2021-ci il tarixdə rəfiqəsi Cəmilə Mirzəyevanın kirayədə yaşadığı ünvan 4 ünvanında idi. Həmin gün saat 19:00 radələrində qeyd olunan ünvanda onlarla birlikdə olan Tükaz.ban Mirzəyeva alış-veriş etmək məqsədi ilə onlara, marketə gedəcəyini bildirərək evdən çıxmışdır.Daha sonra Tükaz.ban Mirzəyeva evə qayıtdıqda ona “Bravo” marketdə kassanın yanında pul kisəsi tapdığını və götürdüyünü bildirmişdir.O,Tükaz.ban Mirzəyevadan pul kisəsinin içərisində nə qədər pul olduğunu soruşduqda Tükaz.ban ona 30 (otuz) manat pul olduğunu və həmin pulu götürdüyünü bildirmişdir. O isə Tükaz.ban Mirzəyevaya etdiyi əməlin düzgün olmadığını deyib pul kisəsini sahibinə qaytarmaq lazım olduğunu Tükazbana bildirmiş və Tükaz.ban həmin pul kisəsini ona vermişdir.O, pul kisəsini açıb içərisinə baxdıqda həmin pul kisəsinin iç cibində olan kağızda Zaur adlı şəxsə aid telefon nömrəsini tapmış və həmin nömrəyə zəng etmişdir.Telefon danışdığı zaman həmin telefonla danışdığı şəxsin adının Zaur olduğunu və həmin pul kisəsinin Zaura məxsus olduğu müəyyən olunmuşdur. Zaur özünə məxsus pul kisəsini ondan “Bravo” marketin yaxınlığına gətirməyini xahiş etınişdir.Bundan sonra o həmin pul kisəsini götürüb evdən çıxdış və Zaur adlı şəxslə görüşərək pul kisəsini Zaura veridkdə Zaur pul kisəsini açaraq ona məxsus əşyaların və pulun yerində olub-olmamasını yoxlamışdır.Bu zaman Zaura məxsus əşyalar yerində olsada, özünə məxsus pulun yerində oldığım aşkar edən Zaur ondan özü ilə birlikdə kameraya baxmaq üçün “Bravo” marketə gəlməsini xahiş etmişdir.Onlar“Bravo” marketə gələrək orada olan marketin təhlükəsizlik əməkdaşları və Zaur adlı şəxslə birlikdə kamera görüntülərinə baxmışdırlar və Zaura məxsus pul kisəsini götürən şəxsin o olmadığı müəyyən olunduqda o “Bravo” marketdən çıxaraq rəfiqəsi Cəmilə Mirzəycvanın kirayədə yaşadığı ünvan 4 ünvanında yerləşən evə qayıtmışdır. Cinayət işinin 105-ci vərəqəsində olan 26 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 49-50-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2021ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 45-47-ci vərəqələrində olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli 9/3948 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təhqiqatına təqdim edilmiş 01 ədəd tünd göy rəngli 10,5 sm x 9sm ölçüdə ’’Cengiz PakeF* markalı, çoxcİbli, düymə ilə açılıb-bağlanan pul kisəsinin istifadədə olması nəzərə alınmaqla 2021ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 15(on beş) manat müəyyən edilmişdir. Cinayət işinin 46-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 115-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 28 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, T.C.Mirzəveva əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan 01 ədəd diskdə olan iki ədəd qovluğa məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “Bravo” hipermarketində 4 nömrəli kassanın yanında alış veriş edən zaman 01 ədəd tünd göy rəngli sahibsiz pul kisəsi görərək onu götürür. Pul kisəsini götürdükdən sonra Tükazban Mirzəyeva pul kisəsinin içərisinə baxır və daha sonra həmin pul kisəsisini əynində olan cins şalvarın arxa sağ yan cibinə qoyaraq “Bravo" hipermarketini tərk edir, Zərərçəkmiş şəxs Ağabala oğlu “Bravo” hipermarketində 4 nömrəli kassada alış- veriş edir və etdiyi alış-veriş zamanı özünə məxsus tünd göy rəngli pul kisəsini 4 nömrəli kassada unudaraq “Bravo” hipermarketini tərk edir. Cinayət işinin 62-ci vərəqəsində olan 26 iyun 2021-ci il tarixli qərardan görünür ki, 01 ədəd tünd rəngli “Cengiz Pakel” markalı pul kisəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur və ona yüngül cəza verilməsini və ya iş üzrə icraata xitam verilməsini xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidin, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskində olan video görüntülər və digər iş materialları ilə onun özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əvvəllər məhkum olmamasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, tələbinin olmamasını və ona yüngül cəza verilməsini xahiş etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, özünü təqsirli bilməsini, əvvəllər məhkum olmamasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ona yüngül cəza verilməsini xahiş etməsini, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd tünd rəngli “Cengiz Pakel” markalı pul kisəsi Zərərçəkmiş şəxs qaytarıldığından sonununcunun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək istintaq dövründə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd tünd rəngli “Cengiz Pakel” markalı pul kisəsi Zərərçəkmiş şəxs qaytarıldığından sonununcunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-439/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-439/2021
11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver