Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-44/2022 22.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Gədəbəy rayonu, Qoşabulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, Gədəbəy rayonu, Qoşabulaq kəndində qeydiyyatda olan, Qobu qəsəbəsində yaşamış, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş və 11 fevral 2022-ci il tarixdə vəfat etmiş, Abdullayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxsAbdullayev etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, 27 mart 2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində olarkən həmin yerdə Şahid13 İmişli şəhərinə getmək üçün özünə taksi sürücüsü axtardığını görüb sonuncuya yaxınlaşaraq özünü taksi sürücüsü kimi təqdim etdikdən sonra Şahid13 İmişli şəhərinə Zərərçəkmiş şəxs məxsus içərisində mobil telefonlar olan qutular aparacağını, lakin mobil telefonların Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən “Soliton MMC”-nin mobil servis mərkəzindən götürüləcəyini bilib özgənin əmlakını ələ keçirmək məqsədilə Şahid13 etibarından suiistifadə edib sonuncuya avtomobilini həmin ərazidə məhəllədə saxladığını və mobil telefonları götürüb daha sonra avtomobilini saxladığı yerə qayıtmaq üçün digər taksi avtomobilindən istifadə etmələrini təklif edərək Şahid13 ilə birlikdə həmin ərazidə dayanan “Opel Astra” markalı **-KM-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə müştəri qismində əyləşib Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən “Soliton MMC”-nin mobil servis mərkəzinin qarşısına gedərək orada Şahid13 ilə birlikdə qeyd olunan mağazadan içərisində mobil telefonlar olan 06 ədəd qutuları “Opel Astra” markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirib həmin avtomobil ilə həmin gün saat 12 radələrində ünvan 1 ünvanın qarşısına gəlib orada avtomobildən düşərək avtomobilin yük yerindən Zərərçəkmiş şəxs məxsus içərisində 01 ədəd 320 manat dəyərində “Samsung” markalı, “SM-A105F/DS” modelli, 01 ədəd 380 manat dəyərində “Samsung” markalı, “SM- A207F/DS” modelli 32 GB yaddaş tutumlu, 01 ədəd 510 manat dəyərində “Samsung” markalı, “SM-A307FN/DS” modelli 64 GB yaddaş tutumlu, 01 ədəd 380 manat dəyərində “Huawei” markalı, “STK-L21” (Y9 Prime 2019) modelli, 01 ədəd 380 manat dəyərində “Samsung Galaxy A 20 S” markalı, “SM- A207F/DS” modelli 32 GB yaddaş tııtumlu, 01 ədəd 580 manat dəyərində “Samsung Galaxy A 51” markalı “SM-A515F/DSN” modelli 64 GB yaddaş tutumlu, 03 ədəd hər birinin qiyməti ayr-ayrılıqda qiyməti 380 manat olmaqla, ümumilikdə 1.140 manat dəyərində Samsung Galaxy A 20 Smarkalı “SM-A207 black” modelli 32 GB yaddaş tutumlu, 01 ədəd 510 manat dəyərində “Samsung Galaxy A 30 S” markalı, “SM-A307 black” modelli 64 GB yaddaş tutumlu, 01 ədəd 410 manat dəyərində “Samsung Galaxy A 30 S” markalı, “SM- A307 violet” modelli 32 GB yaddaş tutumlu, 01 ədəd 330 manat dəyərində “HUAWEİ Y6S black” markalı, 01 ədəd 300 manat dəyərində “HUAWEİ Y6 2019 BLUE” markalı mobil telefon aparatları olan 01 ədəd qutunu götürüb Şahid13 guya həmin qutunu yaxınlıqda məhəllədə saxladığı avtomobilinin yük yerinə qoyub avtomobili ilə birlikdə qayıdacağını bildirməklə aldadıb hadisə yerindən uzaqlaşaraq qeyd olunan mobil telefon aparatlarını ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 5.240 manat dəyərində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində özünü həmin əməlin törədilməsində təqsirli bilmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxsAbdullayevin müdafiəçisi sonuncunun 11 fevral 2022-ci il tarixdə ölməsini və onun hüquqi varisini müəyyən etmək mümkün olmamasını bildirərək Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, müdafiəçi Ş.İ.Quliyevin ərizəsini və cinayət işinin materiallarını ararşdıraraq hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, cinayət işinin 3-cü cildinə əlavə edilmiş müdafiəçi Ş.İ.Quliyevin ərizəsindən görünür ki, Təqsirləndirilən şəxsAbdullayev 11 fevral 2022-ci il tarixdə ölmüşdür və onun hüquqi varisini müəyyən etmək mümkün olmamışdır. Ona görə də Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin 3-cü cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsAbdullayevin 05 noyabr 2021ci il tarixli məhkəmənin 1-ci baxış iclasında iştirak etməməsi səbəbindən barəsində məcburi gətirmə qərarı çıxarılaraq məhkəmə iclası 26 noyabr 2021-ci il tarixə təxirə salınmışdır. Cinayət işinin 3-cü cildinə əlavə edilmiş həmin Məhkəmənin 26 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsAbdullayev təkrarən məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlmədiyindən onun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş, sonuncunun olduğu yer müəyyən edildikdə dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına etap olunması, tutma protokolunun surəti məhkəməyə göndərilməsi və Təqsirləndirilən şəxsAbdullayevin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsinə dair məhkəməyə məlumat verilməsi qərara alınmış və Təqsirləndirilən şəxsAbdullayevin olduğu yer müəyyən edilənə və məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin 3-cü cildinə əlavə edilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 15 mart 2022-ci il tarixli, ***-**** saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxsAbdullayev 11 fevral 2022-ci il tarixdə narkotik vasitədən zəhərlənərək vəfat etmişdir. Cinayət işinin 3-cü cildinə əlavə edilmiş 05 mart 2022-ci il tarixli, 24 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin meyitin ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxsAbdullayevin meyitinin məhkəmətibbi müayinəsi zamanı xəsarət aşkar edilməmiş, Təqsirləndirilən şəxsAbdullayevin ölümünə səbəb xroniki qeyri-aktiv hepatit ilə müşayiət olunan narkotik maddə ilə (tiryəklə) zəhərlənmə olmuş, Təqsirləndirilən şəxsAbdullayevin ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (11.02.2022-ci il tarixdə, saat 12:00-dan) 8-12 saat əvvəl baş vermiş, Təqsirləndirilən şəxsAbdullayevin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində tiryək qrupuna aid olan alkoloid aşkar edilmiş, metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, fenotiazin pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 3-cü cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 30 mart 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsAbdullayevin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmişdir. İş məhkəmənin icraatında olduğu zaman təqsirləndirilən şəxsin hüquqi varisini müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfindən atası Şakir Abdullayevə və yaxın qohumlarına bildiriş göndərilməsinə baxmayaraq Təqsirləndirilən şəxsAbdullayevin hüquqi varisinin müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməmişdir. Belə ki, cinayət işinin 3-cü cildinə əlavə edilmiş 01 aprel 2022-ci il tarixli Təqsirləndirilən şəxsAbdullayevin atası Şakir Abdullayevə və yaxın qohumlarına Azərbaycan Respublikasının CPM-nin 106-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada göndərilmiş bildirişdən görünür ki, (həmçinin sonuncu ilə ona məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlanılmış) 22 aprel 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclası keçirilənədək Təqsirləndirilən şəxsAbdullayevin hüquqi varisi qismində tanınmaq istəklərinin olub-olmaması barədə məhkəməyə məlumat verilməsi xahiş edilmişdir. Lakin, Təqsirləndirilən şəxsAbdullayevin yaxın qohumlarından heç kim onun hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə məhkəməyə müraciət etməmişdir. Cinayət işinin 2-ci cild 93-95-ci vərəqələrində olan 24 may 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxsAbdullayevin barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 243-244-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxsAbdullayevin barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 130-133-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 noyabr 2020-ci il tarixli, 9/4480 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung” markalı, “SM-A307FN/DS” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2020-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 300,00 manat müəyyən olunur. Cinayət işinin 1-ci cild 134-137-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 noyabr 2020-ci il tarixli, 9/4244 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung” markalı, “SM-A105F/DS” model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və işlənmə dərəcəsi nəzərə alaraq 2020-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 180,00 manat müəyyən olunur. Cinayət işinin 1-ci cild 138-141-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 noyabr 2020-ci il tarixli, 9/4585 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “HUAWEİ” markalı, “STK-L21 (Y 9 Prime 2019)” modelli mobil telefon aparatı modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və işlənmə dərəcəsi nəzərə alınmaqla 2020-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 280,00 manat müəyyən olunur. Cinayət işinin 1-ci cild 142-145-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 noyabr 2020-ci il tarixli, 9/4310 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung” markalı, “SM-A207F/DS” model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2020-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 240,00 manat müəyyən olunur. Cinayət işinin 1-ci cild 193-196-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 yanvar 2021-ci il tarixli, 9/152 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Çində istehsal olunmuş “Samsung Galaxy A20s” markalı, “SM-A207F/DS” modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 240,00 manat müəyyən olunur. Cinayət işinin 1-ci cild 197-200-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 yanvar 2021-ci il tarixli, 9/153 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd təzə vəziyyətdə olan 64 GB yaddaş tutumlu, “Samsung Galaxy A51” markalı, “SM-A515F/DSN” modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla 2020ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 540,00 manat müəyyən olunur. Cinayət işinin 2-ci cild 113-116-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 may 2021-ci il tarixli, 9/2707 saylı ekspert rəyindən görünür ki, analoji malların orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən mobil telefonların təzə vəziyyətdə satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarları ilə birlikdə 2020-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1930,00 manat müəyyən edilir. Həmin mobil telefonların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işinin 2-ci cild 134-137-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 iyun 2021-ci il tarixli, 9/4205 saylı ekspert rəyindən görünür ki, analoji malların orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən mobil telefonların təzə vəziyyətdə satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarları ilə birlikdə 2020-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 5240,00 manat müəyyən edilir. Həmin mobil telefonların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işinin 1-ci cild 131, 135, 139, 143, 194, 198-ci, 2-ci cild, 114 və 135-ci vərəqələrində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat, 50 (əlli) manat, 50 (əlli) manat, 50 (əlli) manat, 50 (əlli) manat, 50 (əlli) manat, 50 (əlli) manat, 50 (əlli) manat, cəmi 400 (dörd yüz) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 201-ci vərəqəsində olan 30 yanvar 2021-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə tanınmış 01 ədəd “Samsung” markalı, “SM-A307FN/DS” modelli mobil telefon aparatı maddi sübut kimi tanınmış və məhkəmə baxışınadək sahibində saxlanılması qərara alınmışdır. Cinayət işinin 2-ci cild 157-162-ci vərəqələrində olan 10 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Samsung” markalı, “SM-A307FN/DS” modelli mobil telefon aparatı, 01 ədəd “HUAWEİ” markalı, “STK-L21 (Y 9 Prime 2019)” modelli mobil telefon aparatı, 01 ədəd “Samsung” markalı, “SM-A207F/DS” modelli mobil telefon aparatı, 01 ədəd “Samsung Galaxy A 20 S” markalı, “SM-A207FN/DS” modelli mobil telefon aparatı, 01 ədəd “Samsung Galaxy A 51” markalı, “SM-A515FN/DSN” modelli mobil telefon aparatları sonuncuya qaytarılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsAbdullayevin barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Samsung” markalı, “SM-A307FN/DS” modelli mobil telefon aparatı, 01 ədəd “HUAWEİ” markalı, “STK-L21 (Y 9 Prime 2019)” modelli mobil telefon aparatı, 01 ədəd “Samsung” markalı, “SM-A207F/DS” modelli mobil telefon aparatı, 01 ədəd “Samsung Galaxy A 20 S” markalı, “SM-A207FN/DS” modelli mobil telefon aparatı, 01 ədəd “Samsung Galaxy A 51” markalı, “SM-A515FN/DSN” modelli mobil telefon aparatları sonuncuya qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 400 (dörd yüz) manat təqsirləndirilən şəxs öldüyü üçün dövlətə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsAbdullayevin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 39, 43, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Abdullayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. Abdullayev Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Samsung” markalı, “SM-A307FN/DS” modelli mobil telefon aparatı, 01 ədəd “HUAWEİ” markalı, “STK-L21 (Y 9 Prime 2019)” modelli mobil telefon aparatı, 01 ədəd “Samsung” markalı, “SM-A207F/DS” modelli mobil telefon aparatı, 01 ədəd “Samsung Galaxy A 20 S” markalı, “SM-A207FN/DS” modelli mobil telefon aparatı, 01 ədəd “Samsung Galaxy A 51” markalı, “SM-A515FN/DSN” modelli mobil telefon aparatları sonuncuya qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə cəmi olaraq 400 manat təşkil edən ekspertiza xərci dövlətə aid edilsin. Abdullayev Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-44/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-44/2022
22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver