Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-441/2023 16.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də bağban işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2yan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etməklə saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1,815 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımışdır. 08 may 2022-ci il tarixdə saat 21 radələrində qeyd olunan psixotrop maddə metamfetamini tanışı Şahid1 50 manat müqabilində satıb qazanc əldə etmək üçün içərisində ərzaq məhsulları olan sellofan torbadakı “Laysv adlı cips qutusunun içərisində 02 büküm halında yerləşdirərək “Bolt” şirkətinə məxsus mobil tətbiqi vasitəsi ilə taksi sifariş edib torbanı hadisədən məlumatsız olan sürücü Şahid4 vasitəsilə həmin gün saat 22 radələrində Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun kursantı Şahid1 qulluq keçdiyi Təlim və Tədris Mərkəzinin Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən "Qaraheybət” hərbi şəhərciyinə göndərib Şahid1 çatdırmaqla satmışdır. Sonuncu içərisində psixotrop maddə olan sellofan torbanı qəbul edib hərbi şəhərciyin nəzarət buraxılış məntəqəsindən içəri keçirmək istəyərkən məntəqə növbətçisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Şahid3 tərəfindən keçirilmiş yoxlama zamanı sellofan torbanın içərisindəki “Lays” adlı cips qutusunun içərisindən iki bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,812 və 1,003 qram olmaqla, ümumi çəkisi 1,815 qram təşkil edən həmin psixotrop maddə melamfetamin aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.2-ci maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasında tərəflərin iştirakı ilə iş üzrə aparılmış ibtidai araşdırma zamanı Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulub-pozulmaması barədə məsələlərə də baxılır. Məhkəmə hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı vəsatət verərək cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı xx.xx.2023-cü il tarixdə tərtib edilməklə xx.xx.2023-cü il tarixdə təsdiq edilib, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ittiham aktı və cinayət işi materialları öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı bir sıra kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin CPM-nin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmaması kobud pozuntu hesab edilməklə, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Hazırkı iş üzrə müstəntiq tərəfindən işin istintaqı zamanı 289-cu maddəsinin tələbi pozulmaqla, CPM-nin 303.3.6-cı maddəsində nəzərdə tutulmuş kobud pozuntuya yol verilmişdir. Belə ki, CPM-nin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti, həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən isə qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilir. CPM-nin 224.2-ci maddəsinə əsasən müstəntiq təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən etdikdən sonra ona təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarı elan edir və elan edilən ittihamın mahiyyətini izah edir. CPM-nin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Hazırkı iş üzrə ittiham aktı müvafiq hissələrdə CPMin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən elan olunmuş ittihama əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1,815 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, 08 may 2022-ci il tarixdə saat 21 radələrində qeyd olunan psixotrop maddə metamfetamini tanışı Şahid1 50 manat müqabilində satıb qazanc əldə etmək üçün içərisində ərzaq məhsulları olan sellofan torbadakı “Lays” adlı cips qutusunun içərisində 02 büküm halında yerləşdirərək “Bolt” şirkətinə məxsus mobil tətbiqi vasitəsi ilə taksi sifariş edib torbanı hadisədən məlumatsız olan sürücü Şahid4 vasitəsilə həmin gün saat 22 radələrində Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun kursantı Şahid1 qulluq keçdiyi Təlim və Tədris Mərkəzinin Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Qaraheybət” hərbi şəhərciyinə göndərib Şahid1 çatdırmaqla satmış, sonuncu içərisində psixotrop maddə olan sellofan torbanı qəbul edib hərbi şəhərciyin nəzarət buraxılış məntəqəsindən içəri keçirmək istəyərkən məntəqə növbətçisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Şahid3 tərəfindən keçirilmiş yoxlama zamanı sellofan torbanın içərisindəki “Lays” adlı cips qutusunun içərisindən iki bükümdə, ayrı- ayrılıqda təmiz çəkiləri 0,812 və 1,003 qram olmaqla, ümumi çəkisi 1,815 qram təşkil edən həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. İttiham aktı müvafiq hissələrdə CPM-in 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir.Belə ki, ittiham aktının nəticəvi hissəsində cinayət hadisəsinin Nəsimi rayonunun inzibati ərazisinə nə kimi aidiyyatı olub-olmaması, cinayətin baş verdiyi yer, yəni hazırkı iş üzrə Təqsirləndirilən şəxs psixotrop maddəni qanunsuz olaraq satış məqsədilə saxladığı, daşığı, satdığı yer qeyd edilməmiş, yalnız təqsirləndirilən şəxsin psixotrop maddəni satdığı iş üzrə Şahid1 üzərindən aşkar edildiyi yer qeyd edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində xx.xx.2022-ci il tarixdə tanışı Şahid1 xahişi ilə həmin gün Papanin adlı ərazidə tanımadığı şəxsdən 2 büküm metamfetamin aldığını, içərisində həmin bükümlərin olduğu çipsi qutusu və digər ərzaq məhsullarını Bolt proqramı vasitəsilə sifariş etdiyi taksi sürücüsünə verərək, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində bir nəfərə çatdıracağını, həmin şəxsin ona 100 manat pul və yol xərcini verəcəyini dediyini bildirmişdir. Yalnız iş üzrə şahid taksi sürücüsü Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Bolt proqramı vasitəsilə çağırıldığı ünvan 3 ünvanından Qaradağ rayonu ərazisində “Fəyyaz” adlı şəxsin onu qarşılayacağını, həmin şəxsin ona 100 manat pul verəcəyini, dönüşdə sifariş qəbul etməməsini, həmin puldan ona 20 manat verəcəyini demişdir. Həmin ünvana çatdıqda Şahid1lə pulla bağlı aralarında yaranmış mübahisə zamanı hərbi şəhərciyin buraxılış məntəqəsinin növbətçisinin şübhələnərək onlara yaxınlaşıb, həmin torbaya baxış keçirdikdən sonra çatdırdığı torbada psixotrop maddə metamfetaminin olmasından xəbəri olmuşdur. Göründüyü kimi, hazırkı cinayət əməlinin törədildiyi yer, xüsusilə Nəsimi rayonu ərazisində törədilməsi ilə bağlı xüsusatlar təqsirləndirilən şəxsə verilmiş ittihamda göstərilməmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, Bakı şəhəri Nəsimi rayon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı X1 barəsində xüsusi qərar çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən təqsirləndirilən şəxs və onun müdafiəçisi vəsatətin təmin edilməsinə etiraz etmədiklərini bildirmişdirlər. Məhkəmə cinayət işi üzrə keçirilən hazırlıq iclasında ittiham və müdafiə tərəflərini dinləyib, cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir; 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: - məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; - aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulubpozulmaması barədə; - xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1— 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; - cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; - cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir; 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmadıqda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə dövlət ittihamçısının vəsatətində qeyd etdiyi dəlillərlə razılaşır və həmin dəlilləri təkrar sadalamayaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı yol verilmiş kobud pozuntulara görə cinayət işinin baxılmasına xitam verilməli və həmin pozuntuların aradan qaldırılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Habelə məhkəməyədək icraat zamanı CPM-nin yaxırada qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş Nəsimi rayon polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi X2 barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 289, 299, 300 və 303cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Qərar elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-441/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-441/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver