Məhkəmə qərarları › İş №1(006)-442/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-442/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-442/2021 06.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 60 inzibati binada qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə olunması ilə ilə müşayiət edilən qərəzli hərəkətlər – xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 16 mart 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 21 saylı binanın qarşısında “VAZ 21154” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşən Zərərçəkmiş şəxs yaxınlaşıb aralarında əvvəlcədən olan söz mübahisəsi ilə əlaqədar sonuncunun ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, cəmiyyətin mənafeylərinə toxunan hərəkətlər edib şəxsiyyətini digər şəxslərdən üstün tutaraq Zərərçəkmiş şəxs zor tətbiq edib əlində olan istintaqa məlum olmayan silah qismində istifadə etdiyi bıçaqla sağ bud, sağ bazu, sağ əl, sol diz, sağ ayaq nahiyələrindən qəsdən zərbəbr vurub sonuncuya sağ budun deşilmişkəsilmiş yarası, sağ bazunun, sağ əlin İİİ barmağının, sol diz oynağı nahiyəsinin, sağ ayağın bayır topuğunun və sağ ayaqaltı nahiyənin kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yanaşı, qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib hadisə yerini tərk etmək istəyən Ə. Abduləhədova məxsus olmaqla X1 adına olan “VAZ 21154” markalı 99-K.U-454 dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsinə və sağ qabaq qapısına əlində saxladığı bıçaqla zərbələr vurub avtomobili zədələyərək sonuncuya 190 manat maddi ziyan vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 təxminən 2 ildir tanıyırmış. Gülzar ilə o yaxın məhlələrdə yaşayır və yaşadıqları məhəllədən tanış olmuşdurlar. Tanış olduqdan sonra Gülzar ilə onlar sevgili münasibətində olmuşlar. Bir müddət ünsiyyətdə olduqdan sonra ona məlum olmuşdur ki. Gülzarın ailəsi onunla ciddi münasibət yaratmasına, yəni ailə qurmasına razı deyilmiş. Buna baxmayaraq o Gülzar ilə bir-birlərini sevdikləri üçün ayrıla bilmirmiş və ünsiyyətlərini davam etdirirmişlər. Bir müddət sonra ona məlum olmuşdur ki. Gülzar başqa bir şəxslə ünsiyyət yaratmışdır. Həmin şəxs Zərərçəkmiş şəxs imiş. Həmin vaxta qədər Ələkbəri heç bir yerdən tanımırmış və heç bir düşmənçilikləri yox imiş. O, Gülzarın başqa şəxslə, yəni Ələkbər ilə münasibətdə olduğunu öyrəndikdən sonra Gülzarla bu barədə söhbət etmişdir. Söhbət zamanı Gülzar ona bildirmişdir ki, onu sevsə də ailəsi onunla ailə qurmağa razı olmurmuş və buna görə də hazırda Gülzar, Ələkbər ilə münasibət yaratmışdır. Söhbət əsasında ona məlum olmuşdur ki, Gülzarın ailəsi Ələkbər ilə ailə qurmasını istəyirmiş. Bu hala baxmayaraq Gülzar onunla əlaqəsini kəsmirmiş və onlar ünsiyyətdə imişlər, lakin bu barədə Gülzar ailəsinə və Ələkbərə heç bir şey bildirmirmiş. 2020-ci ilin yay aylarında o Gülzar ilə yaşadıqları evin yaxınlığında görüşən zaman Ələkbər onları görmüşdür. Həmin vaxt Gülzar evlərinə getmiş və o, Ələkbər ilə söhbət etmişdir. Həmin gün aralarında dava-dalaş olmamışdır. Ələkbər ilə söhbət zamanı o Ələkbərə bildirmişdir ki, onlar Gülzar ilə bir-birlərini sevir və Ələkbərin məcburi Gülzar ilə ailə qurması düzgün bir şey deyilmiş. Həmin gün Ələkbər ilə ortaq nəticəyə gəlməsələr də, Ələkbər ona qarşı və o Ələkbərə qarşı heç bir zor tətbiq etməmiş və söyüş söyməmişdirlər. Həmin gündən sonra o Gülzar ilə yenidən ünsiyyətinə davam etmişdir. 2020-ci ilin sentyabr ayında o Gülzar ilə əvvəlcədən mobil telefon vasitəsi ilə razılaşaraq qərara gəlmişlər ki, qoşulub Quba rayonuna getsinlər və orada birlikdə yaşasınlar. Düşünmüşlər ki, bir müddət birlikdə yaşadıqdan sonra artıq ailəsi də Gülzar ilə ailə qurmağına razılıq verəcəkmiş. Quba rayonuna gedən zaman Gülzar evdə bu barədə heç bir şey deməmiş və buna görə də onlar Qubada olduqları zaman Gülzarın anası və atası polisə müraciət edərək, Gülzarın qaçırılması barədə məlumat vermişdirlər. Daha sonra Gülzarın valideynləri Quba rayonuna gəlmiş və Gülzar polisdə izahat vermişdir ki, onunla könüllü razılıq əsasında gəlmişdir. Polisdə izahat verdikdən sonra Gülzarın valideynləri problem yaratdıqları üçün Gülzar, məcbur qalıb ailəsi ilə birlikdə Bakıya qayıtmışdır. Bu hadisədən sonra Ələkbər ona mobil telefon vasitəsi ilə zəng etmiş və Gülzar ilə münasibətinin olduğu üçün ona söyüş söymüşdür. O mobil telefon vasitəsi ilə Ələkbərə Gülzarın onu və onun da Gülzarı sevdiyini, onların münasibətlərinə maneə olmamasını bildirmişdir. Həmin vaxt Ələkbər onun anasının ünvanına nalayiq sözlərdən istifadə etmişdir. Onun anası 2020-ci ilin yanvar ayında rəhmətə getmişdir. Ələkbərin onu təhqir etməsi onda Ələkbərə qarşı aqressiya yaratmış, lakin Ələkbərlə həmin ərəfədə görüşməmişdir, çünki görüşdüyü təqdirdə Ələkbərlə dalaşacağını bilirmiş. Həmin hadisədən sonra o yenidən Gülzar ilə münasibətinə davam edirmiş və onlar görüşürmüş. Bu barədə Gülzar ailəsinə və Ələkbərə heç bir məlumat vermirmiş. Görüşlərinin mənasız olduğunu anasalar da, bir-birlərini sevdikləri üçün ayrıla bilmirmişlər. 0,16 mart 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı evin ətrafında tək gəzirmiş. Həmin vaxt görmüşdür ki, Ələkbər idarə etdiyi “VAZ 21015” markalı ** KU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gülzarın yaşadığı ünvan 3 ünvanında yerləşən binanın qarşısına gəlmiş və avtomobili yolun kənarında saxlamışdır. Həmin gün Novruz bayramı öncəsi “çərşənbə axşamı” olduğu üçün həmin binanın sakinləri avtomobilin saxlanıldığı yerdən təxminən 100 metr aralıda tonqal qalamışlar və hamı tonqalın ətrafına yığışmışdır. Həmin vaxt qəfil Ələkbərin onun anasının ünvanına nalayiq ifadələr işlətməsi yadına düşmüş və vəziyyəti gərginləşmişdir. Həmin vaxt yerdən balaca bıçaq tapmış və həmin bıçaqı götürərək, Ələkbərin avtomobilinə yaxınlaşmışdır. Avtomobilin qabaq sağ yan qapısını açmış və Ələkbər onu görmüşdür. Bu zaman Ələkbər onun sağ əlində bıçağın olmasını görmüş və ayaqlarını onun istiqamətində qaldırmışdır. Bundan sonra o sağ əlində olan bıçaqla Ələkbərin sağ bud, sağ bazu, sağ ət, sol diz, sağ ayaq nahiyələrindən bıçaq zərbələri vurmuşdur. Həmin vaxt Ələkbər avtomobili hərəkətə gətirmişdir. Bu zaman o əlində saxladığı bıçaqla Ələkbərin idarə etdiyi avtomobilin qabaq sağ yan qapısına və ön şüşəsinə bıçaqla zərbələr endirmişdir. Bundan sonra Ələkbər avtomobili ilə dərhal hadisə yerindən uzaqlaşmışdır. Baş vermiş hadisədən sonra o Ələkbər və Gülzar ilə heç bir əlaqəyə girməmiş və mobil telefonunu söndürmüşdür. Hadisədən sonra polisin onu axtaracağından qorxduğuna görə o uzun müddət çöldə və ünvanını xatırlamadığı sutkalıq evlərdə qalmışdır. Bu gün isə Nəsimi Rayon Polis İdarəsinə gələrək, hadisə barədə ifadə vermək qərarına gəlmişdir. Bundan başqa məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı o, Ələkbərin sinə nahiyəsinə deyil, ifadəsində göstərdiyi nahiyələrə bıçaq zərbələri yetirməyə çalışmış, hadisə zamanı istifadə etdiyi və yerdən tapdığı bıçağı hadisədən sonra xatırlamadığı zibil qutusuna atmış, orada tonqal yandırıldığından bütün sakinlər tonqalın ətrafında toplaşmış, Nəsimi Rayon Məhkəməsinin binasında məhkəmə iclası başlanmamışdan əvvəl dava dalaş düşməsinin, məhkəmənin iş rejiminin pozulmasının səbəbi isə qarşılıqlı olaraq zərəçəkmiş şəxslə bir birlərini təhqir etmələri olmuşdur. Daha sonra özünü təqsirli bilərək ilk dəfə məhkum olunmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin, şahidlərin məhkəmə və istintaq dövründə verdikləri ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2 ildir Şahid1 ilə nişanlıymış. Sonuncu onunla nişanlı olmazdan öncə Təqsirləndirilən şəxs ilə sevgili münasibətində olmuşdur. Onunla münasibəti başladıqdan sonra Gülzar Elnur ilə bütün münasibətlərini kəsmiş və sonuncu ilə əlaqə saxlamamışdır. Gülzar ilə münasibətdə olduğu müddətdə bir-neçə dəfə Elnur Gülzarı mobil telefon vasitə ilə narahat etmiş və Gülzar bu barədə ona məlumat vermişdir. Həmin vaxtlar o, Elnur ilə mobil telefon vasitəsi ilə danışıb, nişanlısı ilə əlaqəsini kəsməsini istəmişdir. Mobil telefon danışıqlarından əlavə Elnur ilə o bir-neçə dəfə görüşərək nişanlısı narahat etməməsini sonuncudan tələb etmişdir. Bütün bu danışıqlara baxmayaraq Elnur onun sözlərinə məhəl qoymuyaraq ona Gülzarı sevdiyini bildirirmişdir. Bundan əlavə Elnur ondan Şahid1 ilə ayrılmağını tələb edirmiş. Dəfələrlə o və Gülzar Elnur ilə danışaraq əl çəkməsini və narahat etməməsini istəsələr də, Elnur bütün danışıqlara məhəl qoymayıb öz hərəkətlərini davam etdirirmiş. Həmin vaxtlar o və Gülzar sonuncunun narahat edilməsi barədə polisə müraciət etməmiş, özləri yaranmış problemi danışıq yolu ilə aradan qaldırmağa çalışırmışlar. 16 mart 2021-ci il tarixdə saat 20 radələrində o etibarnamə əsasında idarə etdiyi “VAZ 21015” markalı 99 Kü 454 dövlət qeydiyyat nişanlı avtomobil ilə nişanlısı Gülzarın yaşadığı ünvan 5 ünvanında yerləşən binanın qarşısına gəlmiş və avtomobili yolun kənarında saxlamışdır. Həmin gün Novruz bayramı öncəsi “çərşənbə axşamı” olduğu üçün həmin binanın sakinləri onun avtomobil saxladığı yerdən təxminən 100 metr aralıda tonqal qalamış və hamı tonqalın ətrafına yığışmışlar. Tonqal ətrafına yığışan şəxslər onun avtomobil saxladığı yeri görmürmüşlər. Avtomobilini yolun kənarında saxladıqdan dərhal sonra idarə etdiyi avtomobilin qabaq sağ yan qapısı açılmış və o Elnuru görmüşdür. Həmin vaxt sonuncunun əlində tiyəsi təxminən 10-15 santimetr olan böyük bıçaq var imiş. Hava qaranlıq olduğundan bıçağın dəstəyinin hansı rəngdə olmasını görməmişdir. Avtomobilin qapısını açdıqdan dərhal sonra Elnur bıçaqla onun sinə nahiyəsinə zərbə endirməyə çalışmışdır. Həmin vaxt o zərbədən yayınmaq üçün ayaqlarını və əllərini qabağa vermişdir. Bu zaman Elnur bıçaqla onun sağ bud, sağ bazu, sağ əl, sol diz, sağ ayaq nahiyələrindən bıçaq zərbələri vurmuşdur. Daha çox xəsarət almamaq üçün o tez avtomobilini hərəkətə gətirmiş və hadisə yerindən qaçmağa çalışmışdır. Həmin vaxt Elnur əlində olan bıçaqla onun idarə etdiyi avtomobilin qabaq sağ yan qapısına və ön şüşəsinə bıçaqla zərbələr endirmişdir. Həmin zərbələr nəticəsində avtomobilinin sağ yan qapısı əzilmiş və ön şüşəsi çatlamışdır. O avtomobili tez sürərək, həmin ünvandan uzaqlaşmışdır. Daha sonra dərhal yaxınlıqda yerləşən Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə getmiş və hadisə barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları tibbi yardım göstərilməsi üçün onu xəstəxanaya aparmışlar. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra o xəstəxanadan çıxmış və polis əməkdaşları ilə gedərək, hadisə barədə ətraflı izahat vermişdir. Bundan başqa daha öncəki zamanlarda Elnurun ona mobil telefonla zəng edərək Gülzardan ayrılmasını, ayrılmayacağı təqdirdə onu öldürəcəyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs ifadəsinə əlavə etmişdir ki, Təqsirləndirilən şəxs barəsində bu işlə əlaqədar ilkin olaraq həbs qətimkan tədbiri seçilmiş, sonradan onun məhkəmədə xahişi nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Buna baxmayaraq sonuncu həbsdən azad olunandan sonra təkrarən eyni məhəllədə ona hüçüm etmiş və xəsarətlər yetirmiş, avtomaşınına ziyan vurmuş lakin Gülzarın xahişini nəzərə alaraq o təkrarən onun barəsində heç yerə şikayət etməmişdir. Bundan başqa məhkəmə iclasında Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən zaman o təlaş icində olmuş, orada kimin olub olmamasını xatırlamır, Nəsimi Rayon Məhkəməsinin binasında məhkəmə iclası başlamamışdan əvvəl dava-dalaş düşməsinin, məhkəmənin iş rejiminin pozulmasının səbəbi isə Təqsirləndirilən şəxs prokurorun, icracıların və digər şəxslərin yanında həmişəki kimi onu təhqir etməsi olmuşdur. Hazırda Təqsirləndirilən şəxs şikayətçi olmasını, ona vurulmuş ziyan ödənilmədiyini, azadlıqda qaldığı halda sonuncu tərəfindən yenidən həmin cinayət hərəkətlərinin ona qarşı etmə ehtimalının çox olmasını və həyatının təhlükədə olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2 ildir Zərərçəkmiş şəxsla nişanlıdır. O, Ələkbər ilə nişanlı olmazdan öncə Təqsirləndirilən şəxs ilə sevgili münasibətində olmuşdur. Bir müddət sevgili münasibətində olduqdan sonra ailəsi Elnur ilə ailə qurmağa razı olmadıqları üçün ayrılmışdır. Daha sonra Ələkbərlə münasibətdə olduğu müddətlərdə də o könüllü olaraq Elnur ilə mobil telefon vasitəsi ilə danışmış və bir-neçə dəfə yaşadığı evin yaxınlığında görüşmüşdür. Onun Elnur ilə danışığdığını görən Ələkbər ona bu barədə sual edən zaman o Ələkbərə yalandan bildirmişdir ki, güya Elnur onu narahat edirmiş. Ələkbər bir-neçə dəfə onun yaşadığı evin yaxınlığında Elnurun ona yaxınlaşmasını görmüş və Elnurdan bir daha onunla heç bir əlaqəsinin olmamasını tələb etmişdir. Dediyinə görə, əslində Elnur onu heç vaxt narahat etməmiş. Belə ki, o, ailəsinin Elnur ilə ailə qurmağa razı olmadıqları üçün Elnurdan ayrılmış və Ələkbər ilə ailəmin istəyi ilə nişanlanmışdır. 16 mart 2021-ci il tarixdə saat 20 radələrində nişanlısı Ələkbər mobil telefon vasitəsi ilə ona zəng edərək bildirmişdir ki, Elnur onu onun yaşadığı evin, yəni ünvan 5 ünvanında yerləşən binanın qarşısında bıçaqlamış və hazırda o, hadisə ilə bağlı polisə müraciət etmişdir. Həmçinin daha sonra ona məlum olmuşdur ki, Ələkbər hadisə yerindən qaçmağa çalışan zaman Elnur əlindəki bıçaqla Ələkbərin avtomobilinə də zədə yetirmişdir. O, həmin hadisənin real şahidi olmamış və buna görə də hadisə ilə bağlı başqa heç bir məlumatı yoxmuş. O, sonuncu dəfə Elnur ilə 2020-ci ilin oktyabr ayında əlaqə saxladığını, bu barədə xəbər tutan nişanlısı Ələkbər Elnurla danışaraq onunla əlaqəsini kəsməsini tələb etdiyini və həmin vaxtdan Elnurla Ələkbər arasında narazıçılıq yarandığını bildirmişdir. Həmin hadisədən təxminən bir ay sonra Təqsirləndirilən şəxsla telefonla danışmış və bu onların son danışığının olduğunu bildirmişdir. O bildirdiyinə görə , 2020-ci ilin oktyabr ayından Təqsirləndirilən şəxsla danışmamış və heç bir əlaqəsi olmamışdır. Məhkəməyədək istintaq dövründə şahid qismində ifadə vermiş və məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olundu və müəyyən edildidi ki, o ifadəsində göstərmişdir ki, 16 mart 2021-ci il tarixdə saat 20 radələrində parkovşik işlədiyi ərazidən işdən çıxaraq tək piyada Bakı şəhəri, Nəsimi rayonu, Seyidzadə küçəsi ilə hərəkətdə imiş. ünvan 5 ünvanının qarşısından keçən zaman yolun kənarında qara rəngli VAZ 21015 markalı dövlət qeydiyyat nişanının xatırlamadığı avtomobilin dayandığını görmüşdür. Həmin avtomobilin içərisində bir nəfər kişi cinsindən olan sürücü oturmuş və bir nəfər kişi cinsindən olan şəxs isə avtomobilin sağ ön qapısını açaraq avtomobilin içərisində olan sürücü ilə dava edirmiş. Həmin şəxslərin ucadan səs-küyü gəlirmiş və biri digərinə nalayiq söyüşlər söyürmüşlər. Həmin şəxslərin heç birinin üzünü görməmiş və problemdən uzaq olmaq məqsədilə həmin şəxslərə yaxınlaşmadan həmin yerdən uzaqlaşmışdır. O hadisə yerindən uzaqlaşan zaman avtomobil sürücüsünün də avtomobili hərəkətə gətirib oradan qaçmasını görmüşdür. Digər şəxs isə avtomobildəki şəxsin ünvanına nalayiq söyüşlər söyürmüş. Həmin şəxslərin kim olmaqları barədə heç bir məlumatı yoxmuş və üzlərini görməmişdir. Hadisə zamanı yoldan keçən başqa tanımadığı şəxslərin olduğunu, lakin hadisə zamanı olan səs-küydən və söyüşlərdən heç kimin həmin şəxslərə yaxınlaşmağa ehtiyat eldiklərini bildirmişdir. Cinayət işinin 1-ci cild 115-116-cı vərəqələrində olan 18 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 179-182-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 may 2021-ci il tarixdən hesablanmaqla 10 avqust 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 184-188-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli məhkəmənin baxış iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 20 avqust, 17 və 29 sentyabr 2021-ci il tarixli məhkəmə baxış iclaslarınınn qərarlarından görünür ki, məhkəmə iclasına üzrlü səbəb olmadan gəlməyən şahidlər Şahid1 və Şahid2 barəsində məcburi gətirmə haqqında qərar çıxarılmışdır. Cinayət işinin 1-ci cild 34-35-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyinin sağlamlığa zərər vurmanın təyini barədə ekspertizasının 08 aprel 2021-ci il tarixli, 187 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sağ budun deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın təsirindən, sağ bazunun, sağ əlin İİİ barmağının, sol diz oynağı nahiyəsinin, sağ ayağın bayır topuğunun və sağ ayaqaltı nahiyənin kəsilmiş yaraları iti kənarlı əşyanın təsirindən əmələ gəlmişdirlər və dorəccsinə görə sağlamloğın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Həmin xəsarətlərin xarakteri və lokalizasiyasım nəzərə alaraq onların göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici- kəsici və kəsici təsirindən əmələ gələ bilmələri mümkündür və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Cinayət işinin 1-ci cild 62-65-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04.05.2021-ci il tarixli 9/2700 nömrəli məhkəmə- əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2009-cu il buraxılışlı “VAZ 21154” markalı ** KU *** dövlət qeydiyyat nişanlı avtomobilin 2021-ci ilin mart ayına olan təmir-bərpa xərci təxminən 190,0 manat müəyyən edilir. Belə ki, dəyişilməli hissələrin qiyməti - 60.0 manat: təmir-bərpa işlərinin qiyməti - 130.0 manat. Cinayət işinin 1-ci cild 63-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 165-169-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 19 may 2021-ci il tarixli, 1560 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində aıılaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1 və 21.3 maddəsinin təsiri altına düşmiir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır.Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin (yaddaş,diqqət,qavrama,təfəkkür və s.) intellektinin normaya uyğun olması müəyyən olunur. O , iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə konfliktə meyilli şəxsdir. Hazırda törətdiyi cinayət əməli ilə bağlı əhval-ruhiyyəsində enmə müşahidə edilir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törədərkən, şüur və davranışlarına mühüm təsir göstərə biləcək psixi-emosional halda olmamış, emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Ona ittiham olunmuş cinayət hadisəsini törədərkən Təqsirləndirilən şəxs psixiemosional sferasında qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik yaranmış, həmin halların yaranma səbəbi onda müəyyən edilmiş xasiyyətin psixopatik cizgiləri fonunda, situasiya ilə şərtləşmişdir. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs fizioloji affekt vəziyyətində olmamışdir. Cinayət işinin 1-ci cild 55-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 aprel 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmayandır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş 03 sentyabr 2021-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Nəsimi Rayon Məhkəməsinin binasında məhkəmə iclası başlanmamışdan əvvəl məhkəmə zalında və zaldan kənarda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs bir-birlərini təhqir etmələri nəticəsində Dövlət ittihamçısının, Məhkəmənin tibb məntəqəsinin tibb bacısının, icracıların və digər şəxslərin yanında aşkar şəkildə nümayişkaranə əlbə-ayağa olaraq bir-birlərinə zərbələr yetirərək və qarşılıqlı təhqirlər edərək məhkəmənin iş rejiminin pozmuş, hadisənin qarşısı icra məmurları tərəfindən alınaraq müvafiq akt tərtib edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayət olunan, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və ilk dəfə məhkum olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini və davranışını, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsinə baxmayaraq yenidən zərərçəkmiş şəxsə qarşı eyni cinayət əməllərini təkrarlamasını, məhkəməyə açıqca hörmətsizlik edərək ictimai qaydanı kobud surətdə pozmaqla həmin hərəkətlərini Dövlət ittihamçısının, Məhkəmənin tibb məntəqəsinin tibb bacısının, icraçıların və digər şəxslərin yanında məhkəmənin binasında da davam etməsini, məhkəmənin iş rejimini pozmasını və gələcəkdə zərərçəkmiş şəxsə qarşı eyni əməllərin törədilməsi ehtimalının olmasını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 18 may 2021-ci il tarixdən tarixdən məhdudlaşdırıldığından və sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Qeyd: Nəsimi Rayon Məhkəməsinin qərarları ilə Təqsirləndirilən şəxs barəsində 18 may 2021-ci il tarixdən hesablanmaqla 10 avqust 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, 24 may 2021-ci il tarixlidən hesablanmaqla və həbsdə qalma müddəti nəzərə alınmaqla barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və sonuncunun barəsində 03 sentyabr 2021-ci il tarixdə ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili S.D. Səfərova məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 may 2021-ci il tarixdən hesablansın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci– 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No **********1100204111, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar