Məhkəmə qərarları › İş №1(006)-442/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-442/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-442/2023 07.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:15 Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 06 fevral 2023-cü il tarixdə saat 01:09-da etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius» markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyərək Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti ilə “28 Mall” Ticarət Mərkəzi istiqamətində icazə verilən maksimum 60 km/saat sürətdən artıq, yəni 90 km/saat sürətlə hərəkətdə olarkən Azadlıq prospekti 63 saylı ünvanın qarşısında yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyib həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla hərəkətini davam etdirərək yolun sağ kənarında yerləşən iaşə obyektlərinə və digər maneələrə çırpılaraq ehtiyatsızlıqdan avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs baş beyinin əzilməsi, baş beyinin ənsə payında beyin toxumasına və yumşaq qişalar altına qansızmalar, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ ağciyərin, qaraciyərin və sağ böyrəyin cırılmış yaraları, sağdan Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların ön qoltuq xətti üzrə sınıqları və qabırğaarası əzələlərə qansızmalar, sağ bud sümüyünün yuxarı orta 1/3-nin qapalı, qəlpəli, yerdəyişən, sağ baldır sümüklərinin aşağı 1/3-nin açıq, qəlpəli sınıqlar, döş qəfəsinin sağ yarısının, sağ mil-bilək oynağı nahiyəsinin, sağ əlin arxa səthinin, boyun nahiyəsinin arxa səthinin, sağ aşıq-baldır oynağı nahiyəsinin, sağ budun, sağ ayağın iç topuq nahiyəsinin sıyrıqları, sol əlin arxa səthinin, sol əlin İ barmağının, sol ayağın iç topuq nahiyəsinin qançırları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlərlə əlaqədar baş vermiş travmatik və hemorragik şok nəticəsində 06 fevral 2023cü il tarixdə X5 ölməsinə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, 2018-ci il tarixdən sürücülük hüququna malikdir və hadisə baş verən vaxtı təxminən 1 ay olardı ki, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Son 2 həftədə isə “Turan Park” şirkətinə məxsus “Toyota Prius” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə etmişdir. Hər daşıdığı sərnişinə görə həmin şirkət ona gediş haqqının 30 faizini vermişdir. xx.xx.2023-cü il tarixdə etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobillə dostları Arif və Asimi şəhərdə gəzdirmişdir. Həmin şəxslər sərxoş vəziyyətdə olmuş və gəzmək istəmişdirlər. O da bu səbəbdən həmin şəxsləri öz avtomobilində gəzdirmişdir. O, Azadlıq prospekti ilə üzü 28 may metrosu istiqamətində hərəkət etmişdir. Onun hərəkət surəti 90 km/saat olmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 63 ünvanının qarşısında olan zaman avtomobilin təkərlərinin istismar müddəti keçdiyindən avtomobil sürüşmüş və o idarəetməni itirmişdir. Bundan sonra avtomobil piyada səkisinə çıxmış və səki ilə hərəkət edib avtomobil yol nişanını və işıqforu qırıb yenidən yola qayıtmışdır. Nəticədə avtomobil yolun kənarında quraşdırılmış dəmir barmaqlıqlara dəyib dayanmışdır. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşmış və hadisə yerinə X8 avtomobili çağırılmışdır. Təxminən 30 dəqiqə sonra olduqları yerə X8 avtomobili gəlırnş və onları X6 aparmışdırlar. Orada olan zaman ona məlum olmuşdur ki, dostu Zərərçəkmiş şəxs vəfat etmiş, digər dostu Şahid1 bədən xəsarəti almışdır. İfadəsinin sonunda törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 18 oktyabr 2023-cü il tarixdə məhkəməyə teleqram vuraraq, səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini, ibtidai istintaqda təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəni təsdiq etdiyini nəzərə almasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023cü il tarixdə dostu Mikayıl etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Asim və onu şəhərdə gəzdirmişdir. Onlar sərxoş vəziyyətdə olmuş və gəzmək istəmişdirlər, bu səbəbdən Mikayıl onları öz avtomobilində gəzdirmişdir. Mikayıl Azadlıq prospekti ilə üzü 28 may metrosu istiqamətində hərəkət etmişdir. Avtomobilin hərəkət surəti onun dəqiq yadında qalmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 63 ünvanının qarşısında olan zaman avtomobil sürüşmüş və Mikayıl idarəetməni itirmişdir. Bundan sonra avtomobil piyada səkisinə çıxmış və səki ilə hərəkət edib avtomobil yol nişanını və svetoforu qırıb yenidən yola qayıtmışdır. Nəticədə avtomobil yolun kənarında quraşdırılmış dəmir barmaqlıqlara dəyib dayanmışdır. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşmış və hadisə yerinə X8 avtomobili çağırılmışdır. Təxminən 30 dəqiqə sonra olduqları yerə X8 avtomobili gəlmiş və onları X6 aparmışdırlar. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanı tam ödənildiyi üçün həmin şəxslə bağlı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o özünə məxsus “Toyota Prius minik” markalı nəqliyyat vasitəsini gündəlik 25-30 manat müqabilində nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxslərə taksi fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə vermişdir. Mikayıl adlı şəxsi təxminən 1 ay olardı ki, məhz həmin avtomobili icarəyə verdiyi şəxs kimi tanımışdır. Mikayıl ondan gündəlik 25 manat müqabilində “Toyota Prius minik” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobili taksi fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə götürmüşdür. xx.xx.2023-cü il tarixdə həmin şəxs ona məxsus mobil telefona zəng edərək həmin avtomobil ilə qəza törətdiyini və qəza nəticəsində Asim adlı bir dostunun öldüyünü bildirmişdir. Bundan sonra, o Nəsimi RPİ-nin İstintaq şöbəsinə yaxınlaşmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X2» X4 məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 23 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində baş beyinin əziliməsi, baş beyinin ənsə payında beyin toxumasına və yumşaq qişalar altına qansızmalar, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ ağciyərin, qaraciyərin və sağ böyrəyin cırılmış yaraları, sağdan Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların ön qoltuq xətti üzrə sınıqları və qabırğaarası əzələlərə qansızmalar, sağ bud sümüyünün yuxarı orta 1/3-nin qapalı, qəlpəli, yerdəyişən, sağ baldır sümüklərinin aşağı 1/3-nin açıq, qəlpəli sınıqlar, döş qəfəsinin sağ yarısının, sağ mil-bilək oynağı nahiyəsinin, sağ əlin arxa səthinin, boyun nahiyəsinin arxa səthinin, sağ aşıq-baldır oynağı nahiyəsinin, sağ budun, sağ ayağın iç topuq nahiyəsinin sıyrıqları, sol əlin arxa səthinin, sol əlin İ barmağının, sol ayağın iç topuq nahiyəsinin qançırları kimi xəsarətlər aşkar edilmişdir. Zərərçəkmiş şəxs meyitində qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs öülmünə səbəb baş beyinin toxumasına və yumşaq qişaları altına qansızmalar fonunda daxili qanaxma ilə müşayiət olunan sağ ağciyərin, qaraciyərin və sağ böyrəyin cırılması, sağdan qabırğaların çoxsaylı, sağ bud və baldır sümüklərinin sınıqları nəticəsində baş vermiş travmatik və hemorragik şok olmuşdur. (i/v 34-38). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1600 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Prius markalı, 99VC526 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsinə aid olan yol sahəsində icazə verilən maksimum 60 km/saat sürətdən artıq, yəni 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (i/v 58-61). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. (i/v 56-57). İş materiallarında olan sürücülük vəsiqəsinin və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixə kimi etibarlı olan sürücülük vəsiqəsi verilmişdir. “Toyota Prius” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid2 adına qeydiyyatdadır. (i/v 3-5). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2/3536 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs ayıq olmuşdur. (i/v 6). İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 20 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (i/v 144-145). İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənildiyi üçün onunla barışmışdır, ona qarşı heç bir şikayət, tələbi və mülki iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. (i/v 83). İş materiallarında olan Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru Murad Tağızadə tərəfindən verilmiş 03 avqust 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, 1-ci Qəsr döngəsi ev 36, mənzil 4A-da qeydiyyatda olmaqla hal-hazırda Xətai rayonu, Neapol küçəsi 10B, mənzil 22-də yaşayır, mağazada satıcı işləyir. Təqsirləndirilən şəxs qonşularla ünsiyyətdə nəzakətlidir. Spirtli içkilərə və narkotik maddələrə meyilli deyil. Öz səmimiliyi ilə qonşular arasında hörmət qazanmışdır. Ailə üzvlərindən heç kim məhkum olunmamışdır. Barəsində Səbail RPİ-nin 9cu PB-də heç bir təqsirləndirici material aşkar olunmamış və müsbət xarakterizə olunur. (i/v 84). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 10 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi Şahid2 məxsus “Toyota Prius” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarlılması nəzərə alınmışdır. (i/v 107-117). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özünün etirafı, şahidin ifadələri ilə, həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 42-ci maddəsinin 13-cü hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyytinə cəlb olunduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-nin 106.6-cı maddəsində, CM-nin isə 59.1.9-cu maddəsində zərər çəkmiş şəxsin hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulmamasını nəzərə alaraq hətta belə barışıq əldə edildikdə bu hal təqsirləndirilən şəxsə cəza təyini zamanı onun barəsində CM-nin 60-cı maddəsinin tətbiqi üçün əsas ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Məhkəmə, həmçinin cinayətin avtomaşınla, yol hərəkəti qaydalarının laqeydlik motivi ilə pozulması nəticəsində törədildiyini, təqsirləndirilən şəxsin şəxsiyyətini və təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətə görə məsuliyyət müəyyən edən hüquq normasında, yəni Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun həmin müəssisədə qeydiyyata alındığı gündən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 100 (yüz) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius markalı” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100 (yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius markalı” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid2 qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar