Məhkəmə qərarları › İş №1(006)-443/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-443/2021

14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-443/2021 14.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və şəraitdə “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 0,565 qram psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla 01 may 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan əraziyə kimi daşıyaraq, həmin ərazidə əldə etdiyi 0,565 qram psixotrop maddə metamfetaminin 01 bükümdə 0,256 qram hissəsini Şahid3 10 manat nəğd pul müqabilində satmış, 02.05.2021-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 00:40-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PB-yə gətirilmiş və polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman satış məqsədilə üzərində saxladığı və daşıdığı həmin psixotrop maddənin qalıq 0,309 qram hissəsi bir ədəd siqaretin gümüşü kağızına bükülmüş halda əynində olan göy rəngli idman şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, adı Rəhim olsa da hamı onu “Roma” kimi tanıyır, təxminən 1 il olar ki, psixotrop maddə metamfetamindən istifadə edir. 01 may 2021-ci il tarixdə təxminən saat 12 radələrində psixotrop maddə metamfetamin almaq məqsədi ilə “Kubinka” kimi tanınan yerə getmiş, “Kubinka” kimi tanınan yerdə küçədə piyada hərəkətdə olarkən tanımadığı şəxs ona yaxınlaşaraq narkotik vasitələrin satışı ilə məşğul olduğunu, onun narkotik vasitə almaq istəyib-istəmədiyini soruşmuş, o da həmin şəxsə ondan psixotrop maddə metamfetamin almaq istədiyini demişdir. Bundan sonra o həmin şəxsə 20 manat məbləğində pul vermiş, həmin şəxs də ona 2 ədəd bükümdə psixotrop maddə metamfetamin vermiş, o psixotrop maddəni tanımadığı şəxsdən aldıqdan sonra yaşadığı “Papanın” kimi tanınan yerə getmişdir. Təxminən saat 19:30 radələrində “Papanın” kimi tanınan yerdə küçədə dayanarkən tanışı Nəsimi ona yaxınlaşaraq psixotrop maddə metamfetamindən istifadə etdiyini, lakin tapmaqda çətinlik çəkdiyini bildirmiş, o da ona hal-hazırda üzərində özünün istifadəsi üçün 2 bükümdə metamfetamin olduğunu, həmin iki bükümü 20 manata aldığını və bir bükümünü 10 manata ona verə biləcəyini demiş, o da onunla razılaşdıqdan sonra bir bükümünü Nəsimiyə vermiş, sonuncu da həmin psixotrop maddəyə görə ona 10 manat pul vermişdir. Digər siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü əynindəki göy rəngli idman şalvarının sol yan cibinə qoymuşdur. O, psixotrop maddəni Nəsimiyə satmamış, özü üçün aldğı bükümlərdən birini ona verdiyi üçün, yarısının pulunu ondan götürmüşdür. 02 may 2021-ci il tarixdə təxminən saat 00:40 radələrində yaşadığı ünvanın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və o könüllü şəkildə üzərində psixotrop maddə metamfetamin olmasını etiraf etmişdir. Bundan sonra həmin şəxslər onu polis bölməsinə dəvət etmişlər və xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, polis bölməsində onu gətirmiş polis əməkdaşlarının iştirakı ilə onun üzərinə baxış keçirilərkən, o könüllü olaraq əynindəki göy rəngli idman şalvarının sol yan cibindən siqaretin kağızına bükülmüş 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Polis əməkdaşları 1 ədəd bükümün içərisində olan maddənin nə olduğunu soruşduqda, o cavab olaraq həmin bükümdə “metamfetamin” olmasını və həmin maddəni Bakı şəhərindən, “Kubinka” kimi tanınan ərazidən tanımadığı şəxsdən 20 manata aldığını bildirmiş, daha sonra onun üzərinə baxış keçirilmiş və qanunla qadağan edilmiş əlavə heç bir əşya tapılmamışdır. Üzərinə baxış videokamera vasitəsi ilə qeydə alınmış, həmin videogörüntüyə baxılmış və o bu barədə tərtib olunmuş protokola heç bir etirazının olmamasını bildirmişdir. Həmin üzərindən aşkar edilmiş kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmçinin ona elan olunmuş ittihamda göstərilən psixotrop maddənin miqdarı ilə razı deyildir, belə ki, onun üzərində 0,019 qram metamfetamin olmuşdur. İfadəsinin sonunda narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız istifadə etdiyini və buna görə də əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə töfsif olunmasını, himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 01 may 2021-ci il tarixdə təxminən saat 19:50 radələrində 20-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə ünvan 4 ünvanın qarşısında əvvəllər tanımadığı Şahid3 özünü şübhəli apardığını görmüşlər. Bundan sonra Şahid3 yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin vaxt Şahid3 da özünü təqdim etdikdən sonra onlar ondan üzərində qanunla qadağan olunan əşya olub-olmadığını soruşduqda, Şahid3 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Onlar Şahid3 üzərinə baxış keçirilməsi üçün onu 20ci PB-nin inzibati binasına gəlməsini təklif etmişlər və o buna etiraz etməyib onlarla birlikdə bölməyə gəlmişdir. Polis Böbəsində Şahid3 narkotik vasitələrin qanunsuz əldə edilməsi, üzərində daşımasında şübhəli olduğu və bu səbəbdən üzərinə video çəkilişlə “şəxsi axtarış” keçiriləcəyi bildirilmiş, bundan sonra Şahid3 üzərinə video çəkilişlə axtarış keçirilmiş, Şahid3 buna etiraz etmədikdən sonra ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Şahid3 oturduğu stuldan qalxaraq əynindəki qara rəngli şalvarın sağ yan cibindən siqaretin ağ rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Şahid3 üzərində başqa hər hansı bir əşyanın olubolmaması soruşulmuş, Şahid3 üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Həmin vaxt Şahid3 geyindiyi qırmızı rəngli gödəkçənin və şalvarının cibləri yoxlanılmış, onun üzərində heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra isə Şahid3 ayaqqabılarını çıxarması tələb olunmuş, Nəsimi ayaqqabılarını çıxarıb silkələmiş, sonra isə corablarını çıxarıb çevirməklə baxılmış, heç bir əşya aşkar edilməmiş və ona ayaqqabısını geyinməsini və üst-başını səliqəyə salması bildirilmişdir. Sonra isə Şahid3 üzərindən aşkar edilmiş bükümün içərisindəkini deməklə təqdim etməsi təklif olunmuş, Nəsimi siqaretin ağ rəngli kağızına bükülmüş bir ədəd bükülünün içərisində psixotrop maddə “metamfetamin” olduğunu bildirmiş, Şahid3 həmin narkotik vasitəni və psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə Nəsimi həmin bükülünü özünün istifadəsi üçün “Papanin” adlanan ərazidən “Roma” adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra Şahid3 aşkar olunmuş büküm zərfə qoyulub 188 saylı möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu Şahid3 və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Şahid3 psixotrop maddəni aldığı “Roma” adlı şəxsin aşkar olunması məqsədi ilə əməliyyat tədbirləri həyata keçirilmiş və onlara məlum olmuşdur ki, Şahid3 psixotrop maddəni satan, bundan əlavə Nəsimi rayonu, Papanin kimi tanınan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs Təqsirləndirilən şəxsdur. Bununla əlaqədar onlar Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanın qarşısına getmişlər, həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında dayanmışdır. Onlar Təqsirləndirilən şəxs yaxınlaşmış, özlərini ona təqdim etdikdən sonra üzərinə baxış keçirilməsi üçün onu 20-ci PB-nin inzibati binasına gəlməsini təklif etmişlər və Təqsirləndirilən şəxs buna etiraz etməyib onlarla birlikdə bölməyə gəlmişdir. Polis Böbəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, üzərində daşımasında və satışı ilə məşğul olmasında şübhəli olduğu və bu səbəbdən üzərinə video çəkilişlə “şəxsi axtarış"’ keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə axtarış keçirilmiş, Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq əynindəki göy rəngli şalvarın sol yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs geyindiyi qara rəngli gödəkçənin və şalvarının cibləri yoxlanılmış, onun üzərində heç bir qanunsuz əşya aşkar edilməmiş, bundan sonra isə Təqsirləndirilən şəxs ayaqqabılarını çıxarması tələb olunmuş, Təqsirləndirilən şəxs ayaqqabılarını çıxarıb silkələmiş, sonra isə corablarını çıxarıb çevirməklə baxılmış, heç bir əşya aşkar edilməmiş və ona ayaqqabısını geyinməsini və üst-başını səliqəyə salması bildirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisindəkini deməklə təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs siqaretin ağ rəngli kağızına bükülmüş bir ədəd bükülünün içərisində psixotrop maddə “metamfetamin” olduğunu, həmin metamfetamindən Şahid3 da verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə Təqsirləndirilən şəxs həmin bükülünü özünün istifadəsi üçün “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş büküm zərfə qoyulub 188 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Təxminən 1 ildən artıq müddətdir ki, narkotik vasitələrdən istifadə edir. 01 may 2021-ci il tarixdə təxminən saat 19:30 radələrində psixotrop maddə metamfetamin almaq məqsədi ilə “Papanin” kimi tanınan yerə getmiş, həmin yerdə küçədə narkotik vasitələrin satışı ilə məşğul olan “Roma” kimi tanıdığı şəxsə yaxınlaşaraq onun psixotrop maddə metamfetamin satıb-satmadığını soruşmuş, “Roma”-da ona 10 manat müqabilində bir büküm psixotrop maddə olan metamfetamin sata biləcəyini demişdir. Bundan sonra o “Roma” kimi tanıdığı şəxsə 10 manat pul vermiş, həmin şəxs də bir bükümdə siqaretin kağızına bükülmüş psixotrop maddə metamfetamini ona vermiş, o da həmin 1 ədəd bükümü əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin psixotrop maddədən istifadə etmək üçün o “Roma” kimi tanıdığı şəxsdən uzaqlaşaraq yaşadığı ev istiqamətində hərəkət etmişdir. Təxminən saat 20 radələrində yaşadığı Nəsimi rayonu F.Qasımzadə küçə 14 saylı evin qarşısında olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər və üzərində qanunla qadağan edilmiş narkotik vasitə olub-olmadığını xəbər almışlar, o könüllü şəkildə üzərində psixotrop maddə olmasını etiraf etmişdir. Bundan sonra həmin şəxslər onu polis bölməsinə dəvət etmişlər və xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuşdur. Polis bölməsində onu gətirmiş polis əməkdaşlarının iştirakı ilə onun üzərinə baxış keçirilərkən, o könüllü olaraq əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən siqaretin kağızına bükülmüş 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Polis əməkdaşları 1 ədəd bükümün içərisində olan maddənin nə olduğunu soruşduqda, o cavab olaraq həmin bükümdə “metamfetamin” olmasını və həmin maddəni Bakı şəhərindən, Papanin kimi tanınan ərazidən Roma kimi tanıdığı şəxsdən 10 manata almağını bildirmiş, daha sonra üzərinə baxış keçirilmiş və qanunla qadağan edilmiş əlavə heç bir əşya tapılmamışdır. Üzərinə baxış videokamera vasitəsi ilə qeydə alınmış, həmin videogörüntüyə baxılmış və o, bu barədə tərtib olunmuş protokola heç bir etirazının olmamasını bildirmişdir. İfadəsinin sonunda həmçinin bildirmişdir ki, o əvvəllər də “Roma” adlı şəxsdən psixotrop maddə olan metafetamin almış, üzərindən aşkar olunmuş metafetamini də “Roma” kimi tanıdığı şəxsdən almış, belə ki “Roma” kimi tanıdığı şəxs Papanin kimi tanınan ərazidə küçədə dayanaraq narkotik vasitələrin satışı ilə məşğul olurmuş, o psixotrop maddə olan metafetamindən istifadə etmək istəyərkən “Papanin” kimi tanınan yerə gedərək “Roma” adlı şəxslə küçədə görüşüb, ondan psixotrop maddə metamfetamin alırmış, o özü narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, sadəcə olaraq istifadə etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329.1-ci maddələrinə əsasən Şahid2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən Şahid2 məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, 01 may 2021-ci il tarixdə təxminən saat 19:50 radələrində 20-ci polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə ünvan 7 ünvanın qarşısında əvvəllər tanımadıqları Şahid3 özünü şübhəli apardığını görmüşlər. Bundan sonra Şahid3 yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin vaxt Şahid3 da özünü təqdim etdikdən sonra onlar ondan üzərində qanunla qadağan olunan əşya olub-olmadığını soruşduqda Şahid3 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Onlar Şahid3 üzərinə baxış keçirilməsi üçün onu 20-ci PB-nin inzibati binasına gəlməsini təklif etmişlər və o buna etiraz etməyib onlarla birlikdə bölməyə gəlmişdir. Polis bölməsində Şahid3 narkotik vasitələrin qanunsuz əldə edilməsi, üzərində daşımasında şübhəli olduğu və bu səbəbdən üzərinə video çəkilişlə “şəxsi axtarış” keçiriləcəyi bildirilmişdir. Bundan sonra Şahid3 üzərinə video çəkilişlə axtarış keçirilmişdir. Şahid3 buna etiraz etmədikdən sonra ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Şahid3 oturduğu stuldan qalxaraq əynindəki qara rəngli şalvarın sağ yan cibindən siqaretin ağ rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Şahid3 üzərində başqa hər hansı bir əşyanın olub-olmaması soruşulmuşdur, o, üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Həmin vaxt Şahid3 geyindiyi qırmızı rəngli gödəkçənin və şalvarının cibləri yoxlanılmışdır. Onun üzərində heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra isə Şahid3 ayaqqabılarnı çıxarması tələb olunmuş o, ayaqqabılarını çıxarıb silkələmiş, sonra isə corablarını çıxarıb çevirməklə baxılmış, heç bir əşya aşkar edilməmiş və ona ayaqqabısını geyinməsini və üst-başını səliqəyə salması bildirilmişdir. Sonra isə Şahid3 üzərindən aşkar edilmiş bükümün içərisindəkini deməklə təqdim etməsi təklif olunmuş o, siqaretin ağ rəngli kağızına bükülmüş bir ədəd bükülünün içərisində psixotrop maddə “metamfetamin” olduğunu bildirmişdir. Şahid3 həmin narkotik vasitəni və psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə o, həmin bükülüləri özünün istifadəsi üçün “Papanin” adlanan ərazidən “Roma” adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra Şahid3 aşkar olunmuş büküm zərfə qoyulub 188 saylı möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu Şahid3 və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Şahid3 narkotik vasitəni aldığı “Roma” adlı şəxsin aşkar olunması məqsədi ilə əməliyyat tədbirləri həyata keçirilmiş və onlara məlum olmuşdur ki, Şahid3 narkotik vasitəni satan, bundan əlavə Nəsimi rayonu Papanin kimi tanınan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs Təqsirləndirilən şəxsdur. Bununla əlaqədar onlar Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanın qarşısına getmiş, həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında dayanmışdır. Onlar Təqsirləndirilən şəxs yaxınlaşmış, özlərini ona təqdim etdikdən sonra üzərinə baxış keçirilməsi üçün onu 20-ci PB-nin inzibati binasına gəlməsini təklif etmiş və o buna etiraz etməyib bizimlə birlikdə bölməyə gəlmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, üzərində daşımasında və satışı ilə məşğul olmasında şübhəli olduğu və bu səbəbdən üzərinə video çəkilişlə “şəxsi axtarış” keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq əynindəki göy rəngli şalvarın sol yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, o, üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs geyindiyi qara rəngli gödəkçənin və şalvarının cibləri yoxlanılmışdır. Onun üzərində heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs ayaqqabılarını çıxarması tələb olunmuş o, ayaqqabılarını çıxarıb silkələmiş, sonra isə corablarını çıxarıb çevirməklə baxılmış, heç bir əşya aşkar edilməmiş və ona ayaqqabısını geyinməsini və üst-başını səliqəyə salması bildirilmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisindəkini deməklə təqdim etməsi təklif olunmuş o, siqaretin ağ rəngli kağızına bükülmüş bir ədəd bükülünün içərisində psixotrop maddə “metamfetamin” olduğunu, həmin metamfetamindən Nəsim İskəndərovada verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə o, həmin bükülünü özünün istifadəsi üçün “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş büküm zərfə qoyulub 188 saylı möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (i/v 195-198). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci PB-nin təhqiqatçısı, polis leytenantı X5 tərəfindən tərtib olunmuş 02.05.2021-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli iç kağızına bükülmüş, içərisində kristal şəkilli maddə olan bükümü çıxardaraq təqdim etmiş, həmin maddənin “şüşə” olmasını, həmçinin 02.05.2021-ci il tarixdə saat 12:00 radələrində “Kubinka” kimi tanınan ərazidə tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə 20 manata almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddədən başqa, hər hansı bir yerdə, yaşadığı ünvanda əlavə olaraq narkotik vasitə olub-olmaması xəbər alınmış və o, təqdim etdiyi maddədən başqa heç bir yerdə narkotik vasitənin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan paltarlara baxış keçirilmiş, hər hansı qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyulub 188 saylı möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (i/v 85-90). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı 02.05.2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2021-ci il tarixli, 6/1764 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs (imza) ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,309 qram olan ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i/v 104-108). İş materiallarına əlavə olunmuş “maddi sübut kimi tanımaq haqqında” 10 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, təmiz çəkisi 0,309 qram, tədqiqatdan sonra ümumi xalis çəkisi 0,259 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Nəsimi RPİ-nin saxlancına təhvil verilmişdir (i/v 179-180). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 19 may 2021-ci il tarixli, 1488 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 200-201). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 204-206). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-186/2021 saylı, 03.05.2021-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 66-67, 167-171). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2021-ci il tarixli, 6/2718 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,259 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlə üzərində “...Şahid3 (imza)...” sözləri olan bir ədəd zərfdəki bir bükümdə təmiz çəkisi 0,206 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin kimyəvi komponent tərkiblərinə görə eynidir (i/v 213-217). Məhkəməyə təqdim olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 27.09.2014-cü il təvəllüdlü X6 adlı bir azyaşlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etməsi, daşıması və saxlaması özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixatrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9,1.0.10 və 1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixatrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixatrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən edildi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 02 may 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 163 (yüz altmış üç) manat, 64 (altmış dörd) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan, ilkin çəkisi 0,309 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,259 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə sübut növü kimi tanınmış şəxsi axtarış keçirilməsinin video görüntüləri olan bir ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhukm edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 02 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 163 (yüz altmış üç) manat, 64 (altmış dörd) qəpik miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan, ilkin çəkisi 0,309 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,259 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə sübut növü kimi tanınmış şəxsi axtarış keçirilməsinin video görüntüləri olan bir ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar