Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-443/2025 20.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)- 560/2025 saylı hökmü ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 20 mart 2025-ci il tarixdə saar 16:58-də ictimai yer hesab olunan Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi ilə D.Əliyeva küçəsinin kəsişməsindən keçən avtomobil yolundakı piyada keçidində "xxxx" MMC-yə məxsus olan və 32 nömrəli marşrut xətti üzrə hərəkətdə olan “BMC” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan sözlü mübahisə edib ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən sonuncunu nalayiq ifadələrlə təhqir edərək ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik edərək sükan arxasında əyləşmiş Zərərçəkmiş şəxs zor tətbiq edib, avtobusun açıq pəncərəsindən bir dəfə qəsdən sifət nahiyəsindən yumruq zərbəsi vurmaqla ona sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz qapaqlarının və gözaltı nahiyəsinin qançır-şişkinliyi (hematoması) kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 16:50 radələrində işdən çıxıb yaşadığı ünvana getmək üçün 28 May metrostansiyası istiqamətində gedən zaman Səməd Vurğun parkının yanında işiqforda qırmızı işıqda dayanmışdır. İşıqforun piyadalar üçün yaşıl işığı yananda piyada keçidinə tərəf hərəkət etməyə başlayan zaman qırmızı rəngli, nömrəsi daha sonradan ona məlum olan 32 saylı avtobusun tanımadığı, sonradan adının Cəzair olduğunu öyrəndiyi sürücü avtobusu piyadaya yol vermədən piyada keçidində onun üzərinə sürmüşdür. O, avtobus sürücüsünə öz etirazını bildirmişdir ki, görmürsən piyadalara yaşıl işıq yanıb, yol verməlisən, mən keçməliyəm. Sürücü isə ona bildirmişdir ki, “görmürsən piyadalara qırmızı işıqdı, niyə bozarırsan?” Bu zaman onun qulağında qulaqcıq olmuş, qulaqcığı çıxardıb sürücüyə bildirmişdir ki, “bozaran özün olarsan, bayram vaxtıdı çıx get, mənə problem yaratma.” Bu zaman Cəzair adlı sürücü onu küçə söyüşləri ilə təhqir etməyə başlamışdır. Həmin vaxt sürücüyə bildirmişdir ki, “pəncərəni tam aç.” Avtobus sürücüsü olan Zərərçəkmiş şəxs adlı şəxs pəncərəni açmış, həmin vaxt özü avtobusa daha da yaxınlaşmış və sürücüyə yenidən bildirmişdir ki, “təhqir etmə, bayram vaxtıdı, səni pis hörmətsiz edərəm camaat içində.” Bundan sonra aralarında mübahisənin davam etdiyini görüb Cəzair adlı şəxsə yaxın gəlməyini bildirmişdir. Cəzair avtobusdan enmədən pəncərədən ona yaxın gələndə özü dayandığı piyada keçidinin üzərindən avtobusun sürücü tərəfdən olan qapısına daha da yaxınlaşaraq sağ əli ilə onun sol göz nahiyəsinə bir dəfə yumruq zərbəsi endirmişdir. O, üz nahiyəsini tutub pis olduğunu bildirərək oturacağın üzərində qalmışdır. Daha sonra yoldan keçən şəxslər dayanıb hadisəyə baxanda özü iti addımlarla hadisə yerindən uzaqlaşmışdır. Daha sonra ikinci dərəcəli əlilliyinin olmasını, epilepsiya xəstəsi olmasını, həmçinin zərər çəkmiş şəxslə barışmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2024-cü iln sentyabr ayının 14-dən “Baku Bus” şirkətində 32 nömrəli marşrut xətti üzrə marşrut sürücüsü kimi fəaliyyət göstərir. Həftənin 6 günü qrafik üzrə 13:13-dən 21:00-dək olan müddət ərzində 8 saatlıq iş rejmində işləyir və həftənin bazar günləri isə istirahət günləri olduğundan işə çıxmır. xx.xx.2025-ci il tarixdə işlədiyi 32 nömrəli marşrut üzrə idarə etdiyi “Baku Bus” şirkətinə məxsus olan “BMC” markalı, ** JO *** dövlət qeydiyyat nişanlı avtobusla işlədiyi marşrut xətti üzrə 28 May metrostansiyasının yanından üzü Neftçilər prospektində yerləşən Məlhəm Klinikası istiqamətində hərəkətdə olan zaman saat 16:59 radələrində 28 May metrostansiyasının yaxınlığında Səməd Vurğun bağının yanından keçən 4 yol ayrıcında işıqforun qırmızı işığında dayanıb piyadalara yol verdikdən sonra avtomobillər üçün yaşıl işıq yanan zaman yolda qarşısındakı piyada keçidində piyadaların hərəkəti dayanmış və ondan irəlidəki avtomobillər hərəkətə başladıqdan sonra özü də idarə etdiyi avtobusla onların arxasınca hərəkətini davam etdirib 4 yol ayrıcında sola dönmə əməliyyatını həyata keçirən zaman, yolu sağdan sola keçməkdə olan, sonradan adının Elvin olduğunu öyrəndiyi piyada, həmin yolda piyadalar üçün işıqforun qırmızı işığının yanmasına fikir vermədən anidən piyada keçidi ilə yolu keçməyə başlayaraq özünü sağ tərəfdən onun idarə etdiyi avtobusun qarşısına atmışdır. Özü də şüşəni açaraq əli ilə ona işıqforu göstərərək işarə etmişdir ki, piyadalar üçün qırmızı işıqdır, niyə işıqfora baxmadan avtomobil yoluna çıxırsan?! Bu zaman Elvin adlı həmin piyada 1-2 metr qabağa gedərək əli ilə nəyisə göstərmiş və onun işarələrindən və hərəkətlərindən anlamışdır ki, Elvin adlı piyada ona nalayiq ifadə işlətmiş və sürücü tərəfdən onun idarə etdiyi avtobusa yaxınlaşmışdır. Bundan sonra ona “nə bozarırsan” deyərək aqressiv münasibət göstərmiş, sonra isə sürücü oturacağında olduğu yerdən ona tərəf dönüb cavab vermək və bozarmadığını, səhvin onda olduğunu deyərək cavab vermək istəyərkən, piyada kimi avtomobil yolunda piyada keçidinin üzərində dayanmış Elvin adlı şəxs anidən dayandığı yerdən, avtobusun açıq pəncərəsindən sağ əli ilə onun sol gözündən bir yumruq zərbəsi vuraraq xəsarət yetirmiş və o da həmin zərbənin təsirindən ağrı hiss etdiyi üçün pis vəziyyətdə sürücü oturacağında oturub qalmışdır. Həmin şəxs isə onu vurduqdan sonra cəld hadisə yerindən uzaqlaşmışdır. Həmin vaxt üzünü tutaraq idarə etdiyi avtobusda oturacaqda qalmış və göz nahiyəsindən qan gəldiyi üçün avtomobili idarə edə bilməmişdir. Avtobus isə yolun ortasında sərnişinlər içərisində qalmışdır. Həmin vaxt 30 nömrəli marşurutun sürücüsü olan Səxavət adlı sürücü gələrək ona köməklik göstərib avtobusda digər oturacaqda oturtmuş və idarə etdiyi avtobusu həmin vəziyyətdə idarə edə bilməyəcəyi üçün əvəzinə avtobusu idarə edərək yolu kəsməmək üçün qarşıda yolun kənarına çəkib saxlamış, sərnişinlər isə avtobusdan enərək getmişlər. Bir az özünə gələrək ilk növbədə 102 Xidməti Zəng Mərkəzinə zəng vurub polis əməkdaşlarına baş vermiş hadisə barədə məlumat vermiş, daha sonra isə 103 Təcili Yardım xidmətinə zəng vurub hadisə barədə məlumat verərək olduğu yeri onlara bildirmişdir. Bundan təqribən 4-5 dəqiqə sonra X6 avtomobili onun olduğu yerə gəlmiş və gözündən həmin vaxt qan axdığı üçün onu Semaşko adlanan xəstəxanaya aparmışlar. Orada ilkin tibbi yardım göstərilmiş, oradan KT-yə göndərilmiş, müayinələrdən sonra sol gözündə 10 mm qalınlığında dərialtı hematoma və ödəm olması aşkar edilmişdir. Buna uyğun olaraq həkim tərəfindən müvafiq resept yazılmış, ilkin tibbi yardım göstərilmiş və həkimin tövsiyələrindən sonra xəstəxanadan evə buraxılmışdır. Daha sonra təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işi başlama və icraata qəbul etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.40); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v.64-65); - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında müstəntiqin vəsatəti təmin edilməmiş və o, Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i.v.81-82); - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.83-84); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, hadisə Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi ilə D.Əliyeva küçəsinin kəsişməsindən keçən avtomobil yolundakı piyada keçidində baş vermişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.6-9); - xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini bir daha Elvin Nəsrullaycvin üzünə qarşı deyərək təsdiq elmişdir (i.v.87-89); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha tam şəkildə təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v.92-94); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 398 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət - sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz qapaqlarının və gözaltı nahiyəsinin qançır-şişkinliyi (hematoması) bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi (i.v.113-116); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X4 17 aprel 2025-ci il tarixli, 3-28-29/2-3702/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2009-xx.xx.2009-cu il, xx.xx.2012xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2015-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada məcburi müalicədə olmuşdur (i.v.118); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 xx.xx.2025-ci il tarixli 1/1642 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün göstərilən xəstəxanaya müraciət etməmişdir (i.v.110); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1033 nömrəli rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, yoxlanılan şəxs onda aşkar edilən üzvi şəxsiyyət pozuntusu ilə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 22.1ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs üzvi (epilepsiya mənşəli) şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəməpsixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs onda müəyyən şəxsiyyət pozuntusuna əsasən hadisə zamanı etdiyi hərəkətləri tam həcmdə qavramaq və anlamaq qabiliyyətinə malik olmamışdır (i.v.164-166); - “Diskə baxış keçirilməsi haqqında’’ 03 may 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin X2 Xidmətindən daxil olmuş 01 ədəd DVD-yə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, diskin içərisində “TŞ3-142 1-2025-03-20”, “TŞ3-142 2-2025-03-20" və “TŞ3-142 3-2025-03-20" adlı hər biri ayrılıqda 03 dəqiqə 59 saniyədən ibarət olan 03 ədəd videogörüntü faylı mövcuddur. “TŞ3-142 1-2025-03-20”, “TŞ3-142 3- 2025- 03-20" adlı videogörüntü fayllarında iş üçün əhəmiyyət kəsb edən hər hansı bir foto və videogörüntünün olması müşahidə edilməsə də, “TŞ3-142 2-2025-03-20” adlı 03 dəqiqə 59 saniyədən ibarət olan 2ci videogörüntü faylının 2:24-cü dəqiqəsində qırmızı rəngli BakuBusa məxsus olan avtobusun Aleksandr Puşkin küçəsilə hərəkətdə olub həmin küçədən Dilarə Əliyeva küçəsi istiqamətində işıqforun avtomobillər üçün yaşıl işığında dönmə əməliyyatını yerinə yetirən zaman həmin küçələrin kəsilməsindən keçən piyada keçidində piyadalar üçün işıqforun qırmızı işığının yanmasına baxmayaraq 1 nəfər kişi cinsli piyadanın yolu sağdan sola piyada keçidi ilə 28 May metrostansiyası istiqamətində, avtobusun və digər avtomobillərin keçməsini gözləmədən keçməyə başladığı, qeyd edilər avtobusun dayanıb ona yol verdiyi və sürücünün ona işərə edərək yolun onun olduğunu ifadə etdiyi, xx.xx.2025-ci il tarixdə saat 16:58:28-də həmin piyadanın yolu yarıya qədər keçib avtobusa tərəf yenidən geri qayıtdığı, 16:58:32-də avtobusun yanına sürücü tərəfdən yaxınlaşıb yerdə dayanaraq sürücü ilə mübahisə etdiyi, 16:58:40-da sürücünü dayandığı yerdən vuraraq 2-3 saniyə sonra ətrafda və dayanacaqda dayanmış şəxslərin avtobusa doğru gəldiyini görərək hadisə yerindən uzaqlaşdığı müşahidə edilir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirir ki, həmin istiqamətdə qeyd edilən tarixdə və saatda piyada keçidi ilə yolu keçən şəxs odur. Piyada keçidindən keçən zaman işıqforun piyadalar üçün yaşıl işığının yandığını düşünərək yolu keçməyə başlamış, bu zaman qarşısından keçdiyi Bakubusa məxsus olan və sonradan Zərərçəkmiş şəxs adlı sürücü tərəfindən idarə edildiyini öyrəndiyi avtobusun sürücüsü ona əl-qol işarətləri etdiyindən ona qarşı söyüş söydüyünü düşünərək piyada keçidinin yarısından geri qayıdıb sürücü qapısı istiqamətində avtobusa yaxınlaşmış, sürücüyə bozarmamasını bildirmiş və sürücüdən eyni reaksiya və cavabı aldıqda əsəbiləşərək onun üz, yəni göz nahiyəsindən 1 yumruq zərbəsi vurmuş və ətrafda başqa şəxslər olduğundan onun vəziyyəti ilə maraqlanmayaraq hadisə yerindən uzaqlaşmışdır (i.v.121-122); - “Diskə baxış keçirilməsi haqqında’’ 03 may 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd DVD-yə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, diskin içərisində “CH01-20250320-165600-170600”, “CH02-20250320-165600-170600”, “CH03- 20250320-165600-170600”, “CH04-20250320-165600-170600”, “CH05-20250320-165600- 170600", “Cİ***-*******0-165600-170600”, “CH07-20250320-165600-170600”, “CH08-20250320- 165600-170600”, “CH09-20250320-165600-170600”, “CH10-20250320-165600-170600” adlı hər biri 10 dəqiqədən ibarət 10 ədəd videogörüntü faylı mövcuddur. “CH02-20250320-165600-170600” saylı ikinci fayla baxış davam etdirilən zaman kişi cinsindən olan avtobus sürücüsünün xx.xx.2025ci il tarixdə saat 16:58:26-da əli ilə yoldan keçən kişi cinsli piyadanı işarə edərək nalayiq ifadə ilə öz-özünə “svetofora bax da” dediyi, 16:58:30-da həmin şəxsin qayıdıb sürücü tərəfdən qapıya yaxınlaşdığı və sürücünün ona “svetofora bax da, nə bozarırsan” dediyi, asfalt yolda dayanmış piyadanın isə “nə deyirsən ə, nə bozarırsan” deyə eyni şəkildə cavab verdiyi və saat 16:58:40-da sürücü gözləmədiyi anda dayandığı yerdən avtobusun sürücü hissəsində açıq olan pəncərəsindən onun sol göz naiyəsinə yumruqla bir zərbə vuraraq nalayiq ifadələr işlədib hadisə yerindən uzaqlaşdığı müşahidə olunur. Digər videogörüntülərdə isə hadisədən sonra avtobusda olan sərnişinin və yolun kənarında, həmçinin dayanacaqda olan sərnişinlərin cəld şəkildə sürücüyə yaxınlaşaraq köməklik göstərdiklərinə dair görüntülərin olması müşahidə edilir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirir ki, həmin istiqamətdə qeyd edilən tarixdə və saatda piyada keçidi ilə yolu keçən şəxs özüdür. Piyada keçidindən keçən zaman işıqforun piyadalar üçün yaşıl işığının yandığını düşünərək yolu keçməyə başlamış, bu zaman qarşısından keçdiyi Bakubusa məxsus olan və sonradan Zərərçəkmiş şəxs adlı sürücü tərəfindən idarə edildiyini öyrəndiyi avtobusun sürücüsü ona əl-qol işarətləri etdiyindən ona qarşı söyüş söydüyünü düşünərək piyada keçidinin yarısından geri qayıdıb sürücü qapısı istiqamətində avtobusa yaxınlaşmış, sürücüyə bozarmamasını bildirmiş və sürücüdən eyni reaksiya və cavabı aldıqda əsəbiləşərək avtobusun pəncərəsindən onun üz, yəni sol göz nahiyəsindən 1 yumruq zərbəsi vurmuş və ətrafda başqa şəxslər olduğundan və başqa şəxslərin də hadisəni görərək oraya yaxınlaşdığını gördüyündən sürücünün vəziyyəti ilə maraqlanmayaraq hadisə yerindən uzaqlaşmışdır (i.v.125-126); - “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında Nəsimi rayonu, Aleksandr Puşkin küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsindən keçən avtomobil yolundakı piyada keçidində baş vermiş münaqişənin həmin ünvana aid videomüşahidə kameralarından götürülərək materiallara əlavə olunmuş ümumilikdə 13 ədəd faylın köçürüldüyü 2 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.168-176); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsi tətbiq edilməklə 06 ay şərti sınaq müddəti ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 il şərti sınaq müddəti ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad olunmuş, barəsində ümumi tipli psixiatriya stasionarında tibbi xarakterli məcburi müalicə təyin olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsi tətbiq edilməklə 03 il şərti sınaq müddəti ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü ildə cəzasını çəkib qurtarmışdır. Sumqayıt ŞPİ-də Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə olan cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə CM-nin 95.0.3-cü maddəsinə əsasən barəsində ixtisaslaşmış psixiatriya stasionarında məcburi müalicə təyin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsinə əsasən 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 07 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2, 177.2.4 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5, 69.3, 67.1-ci maddələrinə əsasən 03 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına və 602 manat cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 02 il 11 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına və 602 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci ildə Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.11-ci bəndinə əsasən təyin edilmiş cərimə cəzasından azad edilmişdir (i.v.105-109); - Abşeron Rayon Məhkəməsinin 1(012)-560/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 602 manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələblərinə əsasən ona təyin edilmiş cəzaları toplamaq yolu ilə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 602 manat cərimə cəzası təyin olunmuş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınmaqla ona təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmış və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza və 602 manat cərimə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 602 manat cərimə cəzasının müstəqil icra olunması qərara alınmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından həbsə alınmış, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. - 098302 nömrəli vəsiqənin surətindən və Tibbi-Sosial Ekspert Komissiyasının arayışından görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcəli əlilliyi olan şəxsdir (i.v.76, 78); Məhkəmə iclasında hadisənin görüntülərinin əks olunduğu disklərə baxış zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs piyada yolunu keçir, avtobus sürücüsü ona işıqforun qırmızı işığında keçməsini irad bildirən zaman o, geri qayıdaraq sürücü ilə mübahisə edir və anidən dayandığı yerdən avtobusun sürücü hissəsində açıq olan pəncərəsindən sürücünün sol göz naiyəsinə yumruqla bir zərbə vuraraq hadisə yerindən uzaqlaşır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə görə məsuliyyət yaradır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd). Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, anlaqlılığı istisna etməyən psixi pozuntusunun və ikinci dərəcəli əlilliyinin olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətsə də, hazırki halda onun əməlində cinayətlərin residivi yaranmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, anlaqlılığı istisna etməyən psixi pozuntusunun və ikinci dərəcəli əlilliyinin olmasını habelə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmçinin, cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-560/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 602 manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələblərinə əsasən ona təyin edilmiş cəzaları toplamaq yolu ilə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 602 manat cərimə cəzası təyin olunmuş, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınmaqla ona təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmış və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza və 602 manat cərimə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Abşeron Rayon Məhkəməsinin 1(012)-560/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə məhkum olunana qədər törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1-ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq qaydasında qəti cəza təyin edir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 602 manat cərimə cəzası cəzası ilə toplanmaqla ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 602 manat cərimə cəzası təyin edilmişdir. Lakin iş materiallarında olan tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 602 manat cərimə cəzasından xx.xx.2025-ci il tarixdə Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.11-ci bəndinə əsasən azad edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hazırki hökmlə təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 1(012)-560/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət və hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, cəmi 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və onun hazırda Abşeron Rayon Məhkəməsinin 1(012)-560/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq Abşeron Rayon Məhkəməsinin 1(012)-560/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-560/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunduğundan hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında Nəsimi rayonu, Aleksandr Puşkin küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsindən keçən avtomobil yolundakı piyada keçidində baş vermiş münaqişənin həmin ünvana aid videomüşahidə kameralarından götürülərək materiallara əlavə olunmuş ümumilikdə 13 ədəd faylın köçürüldüyü 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 (iyirmi dörd) saata görə 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Ekol” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəza Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-560/2025 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 03 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət və hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, cəmi 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və onun hazırda Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-560/2025 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 (iyirmi dörd) saata görə 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Ekol” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-443/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-443/2025
20.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver