Məhkəmə qərarları › İş №1(006)-445/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-445/2022

17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-445/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1992-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub, özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 16 aprel 2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, İ.İsmayılov küçəsi 32 saylı evin qarşısına gəlib aralarında olan rolların bölgüsünə əsasən o, qeyd olunan ünvanın pəncərəsini istintaqa məlum olmayan üsulla açdıqdan sonra Təqsirləndirilən şəxs2la birlikdə oraya qanunsuz daxil olub evin içərisindən zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 850 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 12 qram çəkidə sırğa və boyunbağıdan ibarət dəsti, 01 ədəd 1200 manat dəyərində “Maykl Korse” markalı qol saatını, 01 ədəd 300 manat dəyərində “Cartier” markalı qolbağı, 01 ədəd 32 diaqonallı 2021-ci il istehsallı 650 manat dəyərində “Samsung” markalı televizoru, 01 ədəd 320 manat dəyərində “Samsung” markalı tozsoranı, 01 ədəd 200 manat dəyərində 2009-cu il istehsallı “Sony” markalı fotoaparatı, 01 ədəd 300 manat dəyərində gecə lampasını, hər birinin qiyməti 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində 02 ədəd ütünü, 01 ədəd 300 manat dəyərində çamadanı, 01 ədəd 50 manat dəyərində gümüşü rəngli dəmir çamadanı, 01 ədəd 60 manat dəyərində qara rəngli dəmir çamadanı, 01 ədəd 25 manat dəyərində feni, 7000 manat və həmin günün məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dolları nağd pulu gizli olaraq talamaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 11825 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub, özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 16 aprel 2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, İ.İsmayılov küçəsi 32 saylı evin qarşısına gəlib aralarında olan rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 qeyd olunan ünvanın pəncərəsini istintaqa məlum olmayan üsulla açdıqdan sonra sonuncu ilə birlikdə oraya qanunsuz daxil olub evin içərisindən zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 850 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış, 12 qram çəkidə sırğa və boyunbağıdan ibarət dəsti, 01 ədəd 1200 manat dəyərində “Maykl Korse” markalı qol saatını, 01 ədəd 300 manat dəyərində “Cartier” markalı qolbağı, 01 ədəd 32 diaqonallı 2021-ci il istehsallı 650 manat dəyərində “Samsung” markalı televizoru, 01 ədəd 320 manat dəyərində “Samsung” markalı tozsoranı, 01 ədəd 200 manat dəyərində 2009-cu il istehsallı “Sony” markalı fotoaparatı, 01 ədəd 300 manat dəyərində gecə lampasını, hər birinin qiyməti 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində 02 ədəd ütünü, 01 ədəd 300 manat dəyərində çamadanı, 01 ədəd 50 manat dəyərində gümüşü rəngli dəmir çamadanı, 01 ədəd 60 manat dəyərində qara rəngli dəmir çamadanı, 01 ədəd 25 manat dəyərində feni, 7000 manat və həmin günün məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dolları nağd pulu gizli olaraq talamaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 11825 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Salyan rayonunda yaşasa da, bəzən sutkalıq işlər üçün Bakı şəhərinə gəlir. Təxminən 5-6 ay əvvəl Bakı şəhərində olarkən Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Elşən Əli-Bayramlı rayonunda yaşamış, sonuncu da onun kimi bəzən Bakı şəhərinə işləmək üçün gəlmişdir. Onunla tanış olduqdan sonra aralarında dostluq münasibəti yaranmışdır. Bakıda və ya Əli-Bayramlıda Elşənlə bəzən görüşmüşdür. Emin isə onun qohumudur. Eminin ona 400-500 manat borcu vardır. O, Emindən borcunu istədikdə, sonuncu borcunu qaytarmamışdır. Sonra Eminə mesaj yazıb evin pəncərəsindən evə daxil olacağını demişdir. Bundan sonra yenə Emin reaksiya verməmişdir. Daha sonra o, bu barədə dostu Elşənə “bir nəfər yaxın adam vardır, evində əşyaları vardır, onları satıb pul əldə etməlidir, lakin ev yiyəsi rayonda olduğu üçün pəncərədən evə daxil olmalı olacaqlar” deyə bildirmişdir. Elşən də ona inanmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə Elşənlə Kubinka adlanan ərazidə görüşüb Eminin müvəqqəti yaşadığı ünvan 4 ünvanının qarşısına getmişlər. O, Elşənə qeyd olunan həyət evini göstərmişdir. Evin darvazası açıq olmuş, o, ilkin olaraq darvazanı açıb həyətə daxil olmuşdur. Burada bir nəfər qonşu da olmuşdur. Bundan sonra o, mənzilin pəncərəsinə yaxınlaşmış, pəncərə açıq vəziyyətdə olmuşdur. O, pəncərəni biraz da aralayıb mənzilə daxil olmuşdur. Elşən isə pəncərədən çöldə onu gözləmişdir. Bu zaman qonşuluqda yaşayan kişi onları çağırıb nə etdiklərini soruşmuş, o, həmin kişiyə evdə yaşayan Emin adlı şəxsin rayonda olmasını, açarların üzərində olmadığını, mənzildə yerləşən əşyalarını götürmək istədiyini demişdir. Daha sonra mənzilə daxil olub mənzildə olan markalarını bilmədiyi 01 ədəd televizoru, 01 ədəd tozsoranı, 01 ədəd böyük çamadanı, 01 ədəd fen, 02 ədəd kiçik çamadan və 01 ədəd fotoaparatı götürmüşdür. Götürdüyü əşyaları Elşənə vermişdir. Bundan sonra o, eyni üsulla pəncərədən çıxmış, ünvanın qarşısına gəlib taksi çağırmışlar. Yaxınlıqda olan taksi onlara yaxınlaşmış və mənzildən götürdükləri əşyaları taksiyə yerləşdirmişlər. Onlar daha sonra Bakı şəhəri, Səbail rayonu, Sovetski deyilən əraziyə getmişlər. Burada Elşən adını unutduğu bir nəfər tanışıyla görüşərək borca 20 manat yol pulu almışdır. Daha sonra başqa bir taksi ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Lökbatan dairəsinə gəlmişlər. Buradan yol avtobusu saxlamışlar və əşyaları da avtobusa yerləşdirib Şirvan rayonuna getmişlər. Şirvana çatdıqdan sonra əşyaların bir neçəsi Elşəndə qalmışdır. Elşən elə bilmişdir ki, əşyalar özünündür. Elşən fotoaparatı ondan istəmiş, elə bilmişdir ki, əşyalar ona məxsusdur və gəzməyə gedəcəyi üçün fotoaparat lazım olacağını bildirmişdir. O da şübhələnməsin deyə fotoaparatı Elşənə vermişdir. Daha sonra yaşadığı Salyan rayonuna getmişdir. Bir müddət sonra Elşənə zəng etmiş, sonuncuya olan hadisələri danışmışdır. Elşənə mənzildən götürdükləri əşyaların oğurluq olduğunu və geri qaytarmalı olduqlarını izah etmişdir. Belə ki, barələrində polis orqanlarına müraciət edilmişdir. Elşən də onunla razılaşmışdır. Bundan sonra onda və Elşəndə olan 03 ədəd çamadanı, 01 ədəd fotoaparatı, 01 ədəd feni, 01 ədəd tozsoranı və 01 ədəd televizoru götürüb Bakı şəhərində yaşayan, mənzildən oğurladığı əşyaların sahibi olan Samirəyə qaytarmışdır. O, evdən yalnız 01 ədəd televizor, 01 ədəd tozsoran, 03 ədəd çamadan, 01 ədəd fen və 01 ədəd fotoaparat götürmüşdür. O, qeyd olunan mənzildə, sırğa, boyunbaq, saat, qolbaq, 7.000 manat pul, 300 ABŞ dolları pul, gecə lampası görməmişdir. Onun məqsədi oğurluq olmamışdır. O, sadəcə olaraq qohumu olan Emini qorxudub cəzalandırmaq və borcunu almaq istəmişdir. Lakin Elşəni aldatmışdır ki, ev öz evləridir, əşyalar da onundur. Oğurladığı əşyaların Zərərçəkmiş şəxs məxsus olmasını bilməmişdir. Əşyaların Eminə məxsus olmasını bilmişdir. Lakin, daha sonra əşyaların Samirə xanıma məxsus olmasını öyrənmişdir. Oğurladıqları əşyalardan hər hansı birini satmamış və ya həmin əşyalardan hər hansı biri onda qalmamış, nə oğurlamışlarsa, onları geri qaytarmışlar. Elşən ilə bu hadisəni tək törətmiş, heç bir köməkçiləri olmamışdır. Daha sonra törətdiyi əməldən peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxslə barışdığını və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Əli-Bayramlı rayonunda yaşasa da, bəzən sutkalıq işlər üçün Bakı şəhərinə gəlir. Təxminən 5-6 ay əvvəl Bakı şəhərində olarkən Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Əbülfəz Salyan rayonunda yaşamış, sonuncu da onun kimi bəzən Bakı şəhərinə işləmək üçün gəlmişdir. Əbülfəz ilə aralarında dostluq münasibəti yaranmışdır. Bakıya gələndə Əbülfəz ilə bəzən görüşmüşdür. Təxminən 1 ay əvvəl Əbülfəz ilə telefon əlaqəsi saxlamış, sonuncu ona Bakı şəhərində yaşayan bir qohumu olduğunu, qohumunun təxminən 400 manat borcu olduğunu, lakin, həmin şəxsin bu 400 manat pulu qaytarmadığını demişdir. Bundan başqa Əbülfəz ona həmin şəxsin yaşadığı ünvanın həyət evi olduğunu, bu evə daxil olub 1-2 əşya götürməyini, həmin şəxsin buna görə gətirib 400 manat borcunu geri qaytaranda bu əşyaları həmin qohumuna geri qaytarmasını istədiyini bidlrimişdir. O da Əbülfəz ilə razılaşmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə, saat 15:00 radələrində o, Əbülfəz ilə zəngləşərək onunla Bakı şəhəri, Nəsimi rayonu, Kubinka deyilən ərazidə görüşmüşdür. Onlar piyada yaxınlıqda olan İ.İsmayılov küçəsi, ev 32 ünvanının qarşısına getmişlər. Daha sonra Əbülfəz ona qeyd olunan həyət evini göstərmiş, həmin vaxt evin darvazası açıq olmuşdur. Əbülfəz ilkin olaraq darvazanı açıb həyətə daxil olmuş, bu zaman həyətdə heç kim olmamışdır. Bundan sonra Əbülfəz mənzilin pəncərəsinə yaxınlaşmış, o, pəncərəni açıq vəziyyətdə görmüşdür. Belə ki, pəncərəni Əbülfəz bir az da aralayıb mənzilə daxil olmuşdur. O da Əbülfəzin arxasınca mənzilə daxil olmuşdur. Onlar mənzildə olan, markalarını bilmədikləri 01 ədəd televizoru, 01 ədəd tozsoranı, 02 ədəd çamadanı, 01 ədəd feni və 01 ədəd fotoaparatı götürmüşlər. Bundan sonra onlar eyni üsulla pəncərədən çıxmışl, ünvanın qarşısına gəlib taksi çağırmışlar. Yaxınlıqda olan taksi bundan sonra onlara yaxınlaşmış, mənzildən götürdükləri əşyaları taksiyə yerləşdirmişlər. Onlar daha sonra Bakı şəhəri, Səbail rayonu, Sovetski deyilən əraziyə getmişlər. Burada adını unutduğu bir nəfər tanışı ilə görüşmüşlər. Həmin tanışından borca 20 manat yol pulu almışdır. Daha sonra başqa bir taksi ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Lökbatan dairəsinə gəlmişlər. Buradan yol avtobusu saxlamış və əşyaları da avtobusa yerləşdirib Şirvan rayonuna getmişlər. Şirvana çatdıqdan sonra əşyaları Əbülfəz ilə öz aralarında bölüşmüşlər. Əbülfəz bundan sonra yaşadığı Salyan rayonuna getmişdir. Bir müddət sonra Əbülfəz ona zəng edərək mənzildən götürdükləri əşyaları geri qaytarmalı olduqlarını demişdir. Belə ki, barələrində polis orqanlarına müraciət edilmişdir. O da Əbülfəzlə razılaşmışdır. Bundan sonra Əbülfəzin tanımadığı bir nəfər tanışı yaşadığı rayona gəlmişdir. Həmin şəxs onda olan 01 ədəd çamadanı və 01 ədəd fotoaparatı götürmüşdür. Daha sonra Əbülfəz ilə danışdıqda ona həmin şəxsin ondan və Əbülfəzdən götürdüyü əşyaları həmin mənzildə yaşayan şəxsə qaytardığı məlum olmuşdur. O və Əbülfəz evdən yalnız 01 ədəd televizor, 01 ədəd tozsoran, 02 ədəd çamadan, 01 ədəd fen və 01 ədəd fotoaparat götürmüşlər. O, qeyd olunan mənzildə sırğa, boyunbağı, saat, qolbaq, 7.000 manat pul, 300 ABŞ dolları pul, gecə lampası, ütü və qol saatı görməmişdir. Onların məqsədləri oğurluq olmamışdır. Onlar sadəcə olaraq Əbülfəzin qohumu olan şəxsi qorxudub cəzalandırmaq istəmişlər, qohumu borcunu ödədikdən sonra əşyaları qaytarcaqdılar. O, əşyaların Samirəyə məxsus olmasını bilməmiş, Əbülfəzin hansısa qohumuna məxsus olmasını bilmişdir. Oğurladıqları əşyalardan heç birini satmamışlar, onları geri qaytarmışlar. O, Əbülfəz ilə bu hadisəni tək törətmiş, heç bir köməkçiləri olmamışdır. Daha sonra törətdiyi əməldən peşman olmasını, anasının xəstə olmasını, zərər çəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həyat yoldaşı pnevmaniya xəstəliyindən dünyasını dəyişmişdir. Bundan sonra o, Bakı şəhərinə gəlmiş, bura gəlməkdə məqsədi həm işləmək, həm də bundan sonraki həyatını burada davam etmək olmuşdur. İlkin evliliyindən 1 qızı olmuş, qızı Şirvan şəhərində qalmışdır. O, özü Bakıya gələndən sonra əvvəlcədən dəvət aldığı gözəllik salonunda dırnaq ustası kimi işləməyə başlamışdır. Daha sonra ortaq dostları vasitəsilə Emin Muradovu tanımışdır. Artıq 4-5 ildir ki, Emini tanıyır. Onunla qeyri-rəsmi birlikdə yaşamışdır. xx.xx.2022-ci il tarixdə, saat 07:30 radələrində Emin icarəyə avtomobil götürmüş, onlar gəzmək üçün Astara rayonuna getmişlər. Həmin tarixdə axşam saat 22:00 radələrində isə birlikdə evə qayıtmışlar. Mənzili həyət evidir, bura daxil olduqda naməlum şəxsin mənzilə pəncərədən daxil olduğunu və evdə olan əşyalarını oğurladığını aşkar etmişlər. Emin bu vaxt “bu hadisəni yüz faiz Əbülfəz etmişdir” deyə bildirmişdir. Belə ki, Əbülfəz bu hadisədən əvvəl Eminə mesaj yazaraq yaşadığı mənzilə daxil olacağını və oğurluq edəcəyini demişdir. Əbülfəz Eminin qohumlarından biridir. Onların arasında olan mübahisədən məlumatı yoxdur. Ancaq Əbülfəz ilə Eminin əvvəllər də münasibəti olmuşdur. Bundan sonra o, Əbülfəzə zəng etmiş, sonuncudan oğurladığı əşyalarını geri qaytarmasını xahiş etmişdir. Əbülfəz isə cavabında heç nə oğurlamadığını deyib telefonu söndürmüşdür. Bundan sonra Əbülfəzə zəng etməmişdir. Birbaşa 102 xidmətinə məlumat vermişdir. Onun yaşadığı mənzildən hadisə vaxtı ona məxsus olan 01 ədəd, 585 əyarlı, 12 qram çəkidə olan 850 manat dəyərində olan sırğa və boyunbağı, 1200 manat dəyərində olan “Maykl Korse” markalı saat, 300 manat dəyərində “Cartier” markalı qolbaq, 7.000 manat pul, 300 ABŞ dolları pul, 01 ədəd 32 diaqonallı 2021-ci il istehsallı 650 manat dəyərində olan “Samsung” markalı televizor, 01 ədəd 320 manat dəyərində olan “Samsung” markalı tozsoran, 01 ədəd 2009-cu il istehsal tarixli 200 manat dəyərində “Sony” markalı fotoaparat, 01 ədəd 300 manat dəyərində olan gecə lampası, 01 ədəd 300 manat dəyərində çamadan, 02 ədəd ütü, 01 ədəd gümüşü rəngli dəmir çamadan, 01 ədəd qara rəngli dəmir çamadan, 01 ədəd fen oğurlanmışdır. Çamadanının içərisində oğurlanan vaxt sayını bilmədiyi dəmir alətlər olsa da çamadan geri qayıdan zaman içərisində həmin alətlər olmamışdır, həmin alətlərin də dəqiq qiymətini bilməmiş və buna görə də həmin alətlərə görə ona ziyan dəyməmişdir. Bundan sonra Emin Əbülfəzin digər qohumları ilə danışmışdır. Onlara Əbülfəzin oğurladığı əşyaları geri qaytarmalı olmasını bildirmişdir. Emin Həsən adlı qohumu ilə danışmışdır. Həsən bundan sonra Eminə “onlar qohumdurlar, ayıbdır, şikayəti geri götürsün, Əbülfəz də nə oğurlayıb gətirib geri qaytaracaq” deyə bildirmişdir. Sonra adını bilmədiyi şəxs o, işdə olan zaman Əbülfəzin oğurladığı əşyaların bəzilərini gətirib Eminə qaytarmışdır. Belə ki, televizor, fen, çamadanlar, fotoaparat və tozsoran geri qaytarılmışdır. Hadisə nəticəsində yalnız ona məxsus əşyalar oğurlanmış, qeyd olunan hadisə zamanı ona ümumilikdə 11630 manat maddi ziyan dəymişdir. Əbülfəz məsuliyyətdən boyun qaçırmaq üçün ifadəsində yalandan onun evindən qeyd olunan əşyalardan başqa əşya oğurlamadığını bildirir. Halbuki, onlar onun evindən ifadəsində göstərdiyi əşyaları və pulları oğurlamaqla ona maddi ziyan vurmuşlar. Daha sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Əbülfəzin qohumları tərəfindən ona dəymiş zərər ödənilir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, qonşuluğunda Emin və Samirə adlı şəxslər yaşayır. Samirə hər gün səhər saatlarında işə gedib axşam saatlarında geri qayıdır. Emin isə günün müxtəlif vaxtlarında ünvana girib-çıxır. xx.xx.2022-ci il tarixdə Emin və Samirə evdə olmamış, onlar harasa getmişlər. O, həyətdə 2 nəfər şəxsin Emin və Samirənin yaşadığı ünvanın pəncərəsini açmaq istədiyini görmüşdür. Onlardan biri Eminin yanına gəlib gedən adamlardan olmuşdur. Onlara nə etdiklərini, ünvanda heç kimin olmadığını demişdir. Onlar Eminin yaxınları olduqlarını, ünvanda özlərinə məxsus əşyaların olduğunu demişlər. O, Eminə zəng edib dəqiqləşdirmək istəmiş, lakin Eminin telefonu bağlı olmuşdur, həmin şəxslər ona narahat olmamağı, ünvandan əşyaları götürüb çıxacaqlarını demişlər. Bundan sonra o, şəxsi işləri ilə məşğul olmuş, onların ikisinin və ya birinin mənzilə daxil olmasını görməmişdir. Eləcə də onların mənzildən hansı əşyaları götürüb çıxdıqlarını görməmişdir. Daha sonra həyətə çıxdıqda heç kimin olmadığını görmüşdür. Daha sonra Emin zəng etdikdə sonuncuya “sənin qohumların gəlib pəncərədən nə isə götürmək istəyirlər, 2 nəfərdirlər, biri saqqallı, digəri isə “qara” oğlandır” deyə bidlirmiş, Emin isə cavabında həmin şəxslərin kim olduğunu təxmin etdiyini qeyd etmişdir. Sonra polis əməkdaşları onu bölməyə çağırmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “İttiham elan etmək üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 18 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 axtarış elan olunmuşdur (l cild, i.v.122-123); - “Axtarışda olan şəxsin könüllü gəlməsi barədə” 24 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 16:00 radələrində könüllü olaraq Nəsimi RPİ-yə gələrək təslim olmuşdur (İ cild, i.v.128); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-299/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir (l cild, i.v.177-182); - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-344/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs1 barəsində 01 (bir) ay 25 (iyirmi beş) gün müddətə həbs qətimkan tədbiri seçilmişdir (l cild, i.v.200-205); - “Təqsirləndirilən şəxsin axtarışının elan edilməsi və tutulması haqqında” 09 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 axtarış elan olunmuşdur (l cild, i.v.206-207); - Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində Salyan rayonu, Qarabağlı kəndi ərazisində saxlanılaraq Nəsimi RPİ-nin 21-ci PB-yə gətirilmişdir (l cild, i.v.223); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-388/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 01 (bir) ay, 19 sentyabr 2022-ci il tarixədək uzadılmışdır (ll cild, i.v.34-37); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-431/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 06 (altı) gün, 25 sentyabr 2022-ci il tarixədək uzadılmışdır (ll cild, i.v.74-78); - “Şübhəli şəxsin tutulması haqqında” 13 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.67); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-280/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 02 (iki) ay 18 (on səkkiz) gün müddətə həbs qətimkan tədbiri seçilmişdir (l cild, i.v.113-117); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-389/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 01 (bir) ay, 30 avqust 2022-ci il tarixədək uzadılmışdır (ll cild, i.v.30-33); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-430/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 25 (iyirmi beş) gün, 25 sentyabr 2022-ci il tarixədək uzadılmışdır (ll cild, i.v.70-73); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.212-214); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2, 315.1, 66.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur (İ cild, i.v.215-217); - “Baxış keçirmə və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yerinə, yəni ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə baxış keçirilmişdir (l cild, i.v. 28-32); - “Məişət əşyalarının götürülməsi və həmin əşyalara baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd qara rəngli dəmir çamadan, 01 ədəd qara rəngli parça üzlüklü böyük ölçüdə olan çamadan, 01 ədəd gümüşü rəngli dəmir çamadan, 01 ədəd qara rəngli fen, 01 ədəd “Samsung” markalı göy rəngli tozsoran ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və götürülmüşdür (l cild, i.v.82- 84); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3669 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə (CD disk) göstərilən 9 adda malların 2022-ci ilin aprel ayına olan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi (1235,00 manat) müəyyən edilir: - 01 ədəd «Samsung» markalı, göy rəngli tozsoranın 2022-ci ilin aprel ayına orta bazar qiyməti 80 manat, - 01 ədəd 2009-cu il istehsal tarixli “Sony” markalı, qara rəngli fotoaparatın 2022-ci ilin aprel ayına orta bazar qiyməti 40 manat, - 01 ədəd gümüşü rəngli dəmir çamadanın 2022-ci ilin aprel ayına orta bazar qiyməti 10 manat, - 01 ədəd qara rəngli dəmir çamadanın 2022-ci ilin aprel ayına orta bazar qiyməti 15 manat, - 01 ədəd qara rəngli parça üzlüklü böyük ölçüdə olan çamadanın 2022-ci ilin aprel ayına orta bazar qiyməti 25 manat, - 01 ədəd “Philips” markalı, göy rəngli ütünün 2022-ci ilin aprel ayına orta bazar qiyməti 15 manat, - 01 ədəd qara rəngli, dəyərini bilmədiyi fenin 2022-ci ilin aprel ayına orta bazar qiyməti 15 manat, - 01 ədəd 585 əyarlı, 12 qram olan sırğa və boyunbağı (1qr-85 manat olması nəzərə alınmaqla) 2022-ci ilin aprel ayına orta bazar qiyməti 1020 manat, - 01 ədəd ütünün 2022-ci ilin mart ayına orta bazar qiyməti 15 manat təşkil edir. Digər 4 adda mallar haqqında (marka, model, istehsal yeri, istehsal ili, istismar müddəti və s.) ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (İ cild, i.v.266-268); - “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxslər tərəfindən zərər çəkmiş şəxsə təqdim olunmuş 01 ədəd qara rəngli dəmir çamadan, 01 ədəd qara rəngli parça üzlüklü böyük ölçüdə olan çamadan, 01 ədəd gümüşü rəngli dəmir çamadan, 01 ədəd qara rəngli fen, 01 ədəd “Samsung” markalı tozsoran xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün zərər çəkmiş şəxsə qaytarılmışdır (ll cild, i.v.79-92); - “Vəsatətə baxılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 07 sentyabr 2022-ci il tarixdə ona CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilərkən özünü həmin ittihamda qismən təqsirli bilərək, ifadəsində Zərərçəkmiş şəxs evinə oğurluq məqsədilə daxil olmaması, həmin evdən yalnız 01 ədəd televizor, 01 ədəd tozsoran, 03 ədəd çamadan və 01 ədəd fotoaparat götürmələri, evin Emin adlı şəxsə məxsus olmasını düşünməsi barədə göstərdiyi xüsusatlar iş materialları ilə tam təkzib olunduğundan və özünü müdafiə xarakteri daşıdığından həmin xüsusat vəsatət kimi qəbul edilib rədd edilmişdir (ll cild, i.v.127-129); - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, Əbülfəzin qohumları tərəfindən ona dəymiş zərər ödənilir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır və onlara qarşı heç bir şikayət və tələbi yoxdur; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi bu əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, həmin Məcəllənin 177.2.3cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə, həmin Məcəllənin 177.2.4-cü maddəsi bu əməlin xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan olunmuş ittiham üzrə özlərini qismən, yəni ancaq 01 ədəd televizor, 01 ədəd tozsoran, 01 ədəd fen, 01 ədəd fotoaparat və çamadanları götürmələri üzrə təqsirli bilmələri, başqa əşyaların oğurlanması üzrə təqsirli bilməmələrinə dair məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrə tənqidi yanaşır və hesab edir ki, onların bu məzmunda ifadə vermələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxslərin bu ifadələri iş üzrə toplanmış sübutların məcmusu ilə təkzib edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidirlər və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlini qismən etiraf etməsini və peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, əməlini qismən etiraf etməsini və peşman olmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət törətməsini, habelə, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 gün tutulma müddəti ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq 25 iyun 2022-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlini qismən etiraf etməsini və peşman olmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, əməlini qismən etiraf etməsini və peşman olmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, habelə, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq 13 may 2022-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli dəmir çamadan, 01 ədəd qara rəngli parça üzlüklü böyük ölçüdə olan çamadan, 01 ədəd gümüşü rəngli dəmir çamadan, 01 ədəd qara rəngli fen, 01 ədəd “Samsung” markalı tozsoran, 01 ədəd televizor və 01 ədəd fotoaparatın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 gün tutulma müddəti ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 25 iyun 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 13 may 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli dəmir çamadan, 01 ədəd qara rəngli parça üzlüklü böyük ölçüdə olan çamadan, 01 ədəd gümüşü rəngli dəmir çamadan, 01 ədəd qara rəngli fen, 01 ədəd “Samsung” markalı tozsoran, 01 ədəd televizor və 01 ədəd fotoaparatın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar