Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-445/2023 26.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, xüsusi ittiһamçılar X6 və X4, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 və müdafiəçi qismində dəvət olunmuş - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 və X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bəzi özünü mətbuat işçisi, jurnalist kimi cəmiyyətə təqdim edən www.deryaz.az və www.bizimxeber.tv saytları “Mədət Zeynalovun hədiyyə etdiyi fəxri ad niyə arvadını qane etməyib”, “Ağstafa Təhsil Şöbəsində katibəmüdir qalmaqalı” adlı xx.xx.2023-cü il tarixli yayımlanmış məqalədə, “youtube” və “tiktok” sosial şəbəkəsində, internet informasiya ehtiyatlarında Bayram Bayramovu və Afaq Mustafayevanı 8.000 (səkkiz min) manat məbləğində rüşvəti Mədət Zeynalova verməkdə işə qəbul üçün 8.000 manat rüşvət verməklə, ağır cinayətdə, Afaq Mustafayevanı həm də dövlət qulluqçusu və mütəxəssis vəzifəsində çalışdığı halda “katibə” kimi işlədiyini və Ağstafa rayon Təhsil Sektorunun müdiri Mədət Zeynalovun yoldaşı Təhminə xanımla qısqanclıq zəmnində dava etdiklərini və Mədət Zeynalovun ona diqqət və qayğı göstərməsi və onun bütün maxinasiyalardan, ümumtəhsil müəssisələri və kolleclərdə çevirdiyi korruptiv əməllərdən xəbərdar olduğunu və valideynlərdən təmənna ummağına göz yumulduğunu, onu təkrar cinayət etməkdə və s. ittiham edirlər. Məlumatı yayan baş direktor X9 “Dəryaz Oraqov” təxəllüsü ilə məqaləni saytda dərc etmiş, saytın tiktok sosial şəbəkəsində də yaymışdır. Eləcə də “bizimxeber.tv” saytı öz “tiktok” şəbəkə hesabında qeyd etdiyi şər-böhtan xarakterli məlumatları “deryaz.az” saytına istinadən yaymışdır. Habil Tağıyev tərəfindən saytda mətbu orqanın yerləşdiyi ünvandan (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllə,"Azərbaycan nəşriyyatı" 2-ci mərtəbə) yayılmış məqalənin linki belədir: https://deryaz.az/?p=10351. Həmin məlumatları yayarkən hansı araşdırmaya, hansı mənbəyə əsaslandığını qeyd etməmişlər və faktları təsdiq edən sübutları dərc etməmişlər. Həmin kütləvi informasiya vasitələrində yayılmış məlumatlar tamamilə əsassızdır, yalandır, qərəzlidir, şər-böhtandır. Onların yaydığı qərəzli, əsassız, qanunsuz şər-böhtan xarakterli məlumatlara görə onlar həm iş yerlərində, həm cəmiyyətdə, gündəlik həyatlarında, qohum-dost və qonşular arasında rüsvay olmuşlar və mənəvi iztirab və mərhumiyyətlər yaşayırlar. Onların bu hüquqa zidd hərəkətləri KİV haqqında Qanunun tələblərinə, jurnalistikanın qaydalarına da ziddir. Bu rüsvayedici, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqdan sonra sağlamlıqlarında, əsəb-psixoloji vəziyyətlərində də pozulma halları baş vermiş və sağlamlıqlarının pozulma, pisləşmə halları davam etməkdədir. Onlarla bərabər övladları Toğrul və Turqay da öz cəmiyyətləri arasında rüsvay olmuş və onların da sağlamlığı, səhhəti və psixologiyaları pozulmaqdadır. Şikayətilərinin digər hüquqi əsasları isə onlardan ibarətdir ki, X9 onların barəsində kütləviinformasiya vasitələrində, internet informasiya ehtiyatlarında şər-böhtan xarakterli, yəni qəsdən nalayiq formada, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan, onları ağır cinayət etməkdən ittihamedici məlumatları yaymış və şərəf və ləyaqətlərini nalayiq formada qəsdən alçaltmışdır. Baş redaktor Habil Tağıyev həmin qərəzli, böhtan xarakterli məlumatları yaymaqla və onları ağır cinayət etməkdə ittiham etməklə ifadə olunan hərəkətləri edərkən əməlində Azərbaycan Respublikasının Cinayət-Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş olmuşdur. Bundan başqa, H.Tağıyev həmin məlumatları yayarkən o, Afaq Mustafayevanı operator vəzifəsində və dövlət qulluğunda çalışdığını bildiyi halda, onu “katibə” kimi qələmə verməklə və ona Mədət Zeynalovun dərin diqqət və qayğı göstərməsini qeyd etməsi və M.Zeynalovun həyat yoldaşının onunla qısqanclıq zəmnində dava etməsini yazması onu təhqir etməkdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 №-li qərarında qeyd edilir ki, ”Xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür”. Azərbaycan Respubilkasmm CM-nin 147.1-ci maddəsinin dispozisiyasından görünür ki, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma böhtan cinayətinin əlamətlərini yaradır. Həmin Məcəllənin 147.2-ci maddəsinə görə Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma Məcəllə ilə müəyyən edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsinin dispozisiyasından görünür ki, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma təhqir cinayətinin əlamətlərini yaradır. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023cii il tarixli, 1(042)-37/2023 nömrəli Qərarı ilə müəyyən edilmişdir ki, “Məhkəmə qeyd edir ki, barəsində şikayət verilmiş şəxs "Deryaz.az” saytının baş redaktorudur və “Deryaz.Az” saytı Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllə,"Azərbaycan nəşriyyatı" 2-ci mərtəbə ünvanında yerləşir". Məhkəmənin qərarı ilə “Deryaz.az" saytının hüquqi ünvanı və cinayətin baş verdiyi ver müəyyən edilmişdir. Bundan başqa, qeyd edir ki, biz “deryaz.az” saytının qeydiyyat məlumatları ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə rəsmi müraciət də etmişlər. Göstərilənləri nəzərə alaraq, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub cəzalandırılmasına dair ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiһamçı X6 şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiһamçı X4 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək, əlavə olaraq bildirmişdir ki, onun barəsində yayılmış böhtan xarakterli məlumatlara görə rayonda rüsvay olmuş, onun şərəf və ləyaqəti alçaldılmış, həmin söz söhbətlərə görə hətta intihara cəhd etmişdir. Barəsində yazılmış məqalə onun şəxsiyyətinə, cəmiyyət içərisində mövqeyinə təsir etmişdir. Qeyd olunanları nəzərə alaraq, şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 bildirmişdir ki, “Deyaz.az” saytı və redaksiyasının Nəsimi rayonu ilə heç bir bağlılığı yoxdur. Buna görə də, şikayətə mahiyyəti üzrə Nəsimi rayon məhkəməsində deyil, “Deyaz.az” saytı və redaksiyasının yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllə, “Azərbaycan Nəşriyyatı” 2-ci mərtəbə ünanında yerləşdiyinə görə Bakı şəhəri Yasamal rayon məhkəməsində baxılmalıdır. Bundan əlavə, onun tərəfindən məqalə dərc olunmamışdan öncə reginal təhsil qurumuna sorğu göndərilmiş və tərəfə öz fikirlərini bildirmək üçün şərait yaradılmışdır. Qeyd olunanları nəzərə alaraq, barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətin icraat qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 müdafiəçisi X1 rayon məhkəməsinin şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərarı olduğundan preyudisiallıq nəzərə alınmaqla xüsusi ittiham qaydasında verilmiş şikayətin icraat qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət baxılması üçün məhkəmə aidiyyəti üzrə göndərilməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, böhtan hesab edilən məlumatlar “Deryaz.az” internet saytında yerləşdirilmişdir. Həmin internet saytının hüquqi və faktiki ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllə, “Azərbaycan Nəşriyyatı” 2-ci mərtəbə olduğundan şikayətin ərazi aidiyyatı Yasamal Rayon Məhkəməsidir. İş materiallarında olan “deryaz.az” internet saytından əldə edilmiş çıxarışdan görünür ki, “Deryaz.az” internet portalının hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllə, “Azərbaycan Nəşriyyatı” 2-ci mərtəbədir, həmin ünvan isə Yasamal rayonunun ərazisinə aiddir. Bu faktı “Deyaz.az” saytı və redaksiyasının baş redaktoru Habil Tağıyev məhkəmə iclasında izahat verərkən də təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 302-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında şikayətin həmin məhkəməyə aid olmamasını müəyyən etdikdə məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Beləliklə, hazırkı vəziyyətdə “deryaz.az” saytının hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllə, “Azərbaycan Nəşriyyatı” 2-ci mərtəbə ünvanında yerləşdiyindən və həmin ünvan isə Bakı şəhəri, Yasamal rayonunun inzibati ərazisinə aid olduğundan, hazırkı şikayətə Nəsimi Rayon Məhkəməsində baxıla bilməz və buna görə də, şikayət aidiyyatı üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X10 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-445/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxs X8 göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 74, 75, 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 və X2 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-445/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-445/2023
26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver