Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-446/2025 09.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:45 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Zeynalzadə Aysel İlham qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxxx 1989-cu ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 iyun 2024-cü il tarixdə saat 06 radələrində ünvan 1 ünvanında inşa edilən Nəsimi rayon prokurorluğunun inzibati binasının ərazisinə qanunsuz daxil olub oradan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 370 manat dəyərində laqondanı, 200 manat dəyərində 70 metr ölçüdə kabeli və 500 manat dəyərində 51 metr ölçüdə kondisioner borularını gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq zərərçəkmiş şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 1070 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 7 ildir ki, narkotik vasitə aludəçisidir. 2024-cü ildə o, Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə kirayə yaşamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur və həmçinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddələri ilə məhkəmə istintaqı davam edir. Əvvəllər də anoloji maddələrlə məhkum olmuşdur. Narkotik tərkibli vasitə və maddələrdən asılılığı olduğu üçün o, həmişə haradansa pul tapıb narkotik vasitə almağı düşünmüşdür. Bu müddət ərzində, yəni 2024cü ilin müxtəlif günlərində bəzi ərazilərdən inşaat malları və sairə oğurlayıb satmışdır. Dəqiq hansı tarixlərdə hansı ünvanlardan oğurluq etməyi barədə heçnə xatırlamır. O, ilkin ifadəsində ünvan 3 ünvanda yerləşən tikintidən kabel, boru və laqonda oğurlamağı barədə heçnə xatırlamadığını da qeyd etmişdir. Lakin ona təqdim olunmuş video görüntülərə baxış keçirdikdə həmin görüntülərdəki şəxsin özünün olduğunu gördükdən sonra törətdiyi hadisəni xatırlamışdır. Belə ki, 2024-cü ilin iyun ayında gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi ilə hərəkətdə olarkən orada yarımtikili binanın olduğunu görmüşdür. Həmin tikintinin hər tərəfi açıq olduğundan oraya daxil olmuşdur. Həmin gün hava yağışlı olmuş və o, onu heçkimin görmədiyindən tam əmin olduqdan sonra həmin tikilidəki mis borular, bir top kabel və 01 ədəd laqonda aparatını oğurlamışdır. O, həmin obyektə bir neçə dəfə daxil olmuş və qeyd etdiyi əşyaları hissə-hissə oradan çıxarmışdır. Sonuncu dəfə həmin tikilidən çıxdıqda artıq hava işıqlı olmuş, buna görə də deyə bilər ki, oradan sonuncu dəfə çıxdıqda təxminən saat 06 radələri olmuşdur. Mis borular, bir top kabel və 01 ədəd laqonda aparatını hazırda xatırlamadığı yerlərə xatırlamadığı qiymətlərdə satmışdır. Oradan əldə etdiyi pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Oradan başqa heç bir əşya götürməmişdir. Hadisə bir neçə saat davam etmişdir. Çünki o, oraya bir neçə dəfə girib əşyaları hissə-hissə çıxarmışdır. O, bu barədə dəqiq heçnə xatırlamır. Sadəcə boruların misdən olduğunu və kabelin qara rəngli olduğunu, üzərinə isə selofan keçirildiyini deyə bilər. İfadəsinin sonunda törətdiyi əməli etiraf edərək peşman olduğunu və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin X5 Ramin Məmmədov xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmiş və nəzərə almasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin nümayəndəsinin iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən şahid X3 məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən şahid X3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X3 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, o, 2024-cü ilin aprel ayından iyul ayınadək "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləmişdir. Bu müddət ərzində o, şirkət tərəfindən ünvan 3 ünvanda inşa edilən Nəsimi Rayon Prokurorluğunun inzibati binasının tikintisində mühafizəçi kimi işləmişdir. O, orada işlədiyi müddətdə dəfələrlə müxtəlif şəxslər, xarici görünüşcə narkomana oxşatdığı şəxslər tikintiyə gələrək nəsə götürmək istədikdə o, həmin şəxsləri oradan qovmuşdur. xx.xx.2024-cü il tarixdə saat 18:00-da o işə gələrək növbəsini təhvil almışdır. xx.xx.2024-cü il tarixdə saat 00-01 radələrində yenidən tanımadığı şəxslər işlədiyi tikinti olan binanın ətrafına yığışdığından o, həmin şəxsləri oradan qovmuşdur. Bundan sonra isə həmin tarixdə saat 06-07 radələrində yenidən tikintinin yaxınlığında tanımadığı şəxslər görmüş və yenidən həmin şəxsləri qovmuşdur. Orada işlədiyi dövrdə mütəmadi olaraq tanımadığı şəxslər gələrək ondan taxta və ya dəmir borular istəmişdirlər. O isə həmişə tikintinin ətrafından qovmuşdur. xx.xx.2024-cü il tarixdə saat 08:00-da növbəni təhvil verən zaman, tikinti gedən binadan 70 metr uzunluğunda kabel topasının, 51 metr uzunluğunda kondisioner borularının və 01 ədəd laqondanın oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal öz rəhbərliyinə və polisə məlumat vermişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, ona şirkət əməkdaşları tərəfindən şirkətə ümumilikdə 1070 (bir min yetmiş) manat maddi ziyan dəyməsi bildirilmişdir. Lakin həmin əmlakların sahibi o deyildir, həmin tikinti şirkətidir. O, hazırda bununla əlaqədar heçnə xatırlamır, lakin şirkət barədə məlumatları dəqiq öyrənərək gələcəkdə istintaq orqanına təqdim edəcəkdir. O, həmin zaman şübhəli heçnə görməmişdir. Oradan qovduğu şəxslərin isə tikintiyə daxil olma ehtimalı yoxdur. Oğurluq etmiş şəxsin tikintiyə necə daxil olub, necə oğurluq etməsi ona məlum deyildir. (i/v 22-24). İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi barədə” 24 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanda yerləşən Nəsimi Rayon Prokurorluğunun inzibati binasıdır. Obyekt yarımtikili vəziyyətdə olmuşdur. (i/v 8-9). İş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 18 mart 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yerində mühafizə kamerasının qarşısında bir nəfər şəxsin yolun kənarında səki ilə sağ çiyin nahiyəsində üzəri selofanla örtülmüş dairəvi şəkilli əşyanı iti addımlarla aparır, həmçinin yolun hərəkət hissəsi ilə bir nəfər şəxsin sağ əlində dairəvi şəkilli sarı rəngli əşyanı aparır. Təqsirləndirilən şəxs video görüntülərdəki şəxsin özü olduğunu, əlindəki əşyaların isə qeyd olunan ünvanda yarımtikilidən oğurladığı əşyalar olduğunu bildirmişdir. (i/v 44). İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Əhmədov X1 Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsilə təqsirli bilinərək 04 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. (i/v 27-29). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli hökmündən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. (i/v 83-92). İş materiallarında olan “qətimkan tədbirinin nəzərə alınması barədə” qərardan görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. (i/v 75). İş materiallarında olan “sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında” 22 may 2025-ci il tarixli qərardan görünür ki, törədilmiş cinayət əməlinin fiksə edilmiş videogörüntülərini əks etdirən 01 ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır. (i/v 110-114). Məhkəmənin şifahi sorğusu əsasında əldə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-606/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-233/2025 nömrəli, 09 iyul 2025-ci il tarixli hökmü ilə qəti olaraq 06 (altı) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin X5 Ramin Məmmədov tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, dəymiş ziyan ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərəçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ibtidai istintaq vaxtı verdikləri ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını və zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-233/2025 nömrəli, 09 iyul 2025-ci il tarixli hökmü ilə qəti olaraq 06 (altı) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- 233/2025 nömrəli, 09 iyul 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 06 (altı) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay, ümumilikdə cəmi 07 (yeddi) ay 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 02 oktyabr 2024-cü il tarixdən hesablanmalı, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-233/2025 nömrəli, 09 iyul 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs cəzaçəkməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı alınmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-446/2025 saylı 04 iyun 2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 11 iyun 2025-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 21 (iyirmi bir) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 231 (iki yüz otuz bir) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-233/2025 nömrəli, 09 iyul 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay, ümumilikdə cəmi 07 (yeddi) ay 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla, onun üzərində qəti olaraq 07 (yeddi) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 02 oktyabr 2024-cü il tarixdən hesablansın. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-233/2025 nömrəli, 09 iyul 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs cəzaçəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 21 iş saatı üçün 231 (iki yüz otuz bir) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-446/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-446/2025
09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver