Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-449/2022 23.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs (mülki iddiaçı): nümayəndəsi, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs (mülki cavabdeh) iştirakları ilə xx.xx.1998-ci il tarixdə Saatlı rayonu, Varxankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, Saatlı rayonu, Qaralar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, nömrəsiz evdə kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 21 mart 2022-ci il tarixdə, saat 00:30 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə metronun “28 May” stansiyası istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİ hissəsinin 1-ci bəndinin tələbinə (nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər) riayət etməməklə yaşayış məntəqəsində 70-80 km/saat sürətlə Bakı şəhəri, Nəsimi rayonu, A.A.Bakıxanov küçəsinin kəsişməsinə çatdıqda həmin Qanunun 60-cı maddəsinin İİ hissəsinin (svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar) tələblərinə riayət etməli olduğu halda, buna əməl etməyərək svetoforun qırmızı işığında hərəkətini davam etdirib həmin küçələrin kəsişməsinə daxil olmaqla A.A.Bakıxanov küçəsi ilə Ceyhun Hacıbəyli küçəsi istiqamətində svetoforun yaşıl işığında hərəkətdə olan, Şahid1 idarə etdiyi “Opel Astra” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsi ilə toqquşmuş və nəticədə idarə etməni itirərək Azadlıq prospektinin sol istiqamətində avtomobilin müxtəlif hissələri ilə səkiyə və dirəyə çırpılaraq avtomobildə sərnişin qismində sol arxa oturacağında əyləşmiş Zərərçəkmiş şəxs gövdədə, hər iki yuxarı və aşağı ətraflarda hissiyyat və hərəkət pozulması ilə fəsadlaşan onurğa beyninin əzilməsi və Vİ-Vİİ boyun fəqərələrinin cismlərinin yerdəyişən sınıqları-çıxıqları, baş beyinin əzilməsi ilə müşaiyət olunan alın sümüyünün açıq, qəlpəli, basılmış sınığı, sol əlin İİ daraq sümüyünün və sol əlin İİİ barmağının əsas falanqasının qapalı sınıqları, alın və sağ təpəənsə nahiyələrinin əzilmiş-cırılmış yaraları, döş qəfəsinin ön səthinin qançırı kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirilmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, özü uşaqlar evində böyümüş, valideynləri olmadığından tək yaşayır. Dolanışıq üçün pul əldə etmək məqsədi ilə X10 məxsus “Toyota Prius” markalı avtomobili idarə edib taksi fəaliyyəti ilə məşğul olurdu. Bu avtomobilin daha öncəki dövlət qeydiyyat nişanı **-GY-*** saylı idi və maşını idarə etmək üçün ona etibarnamə verilmişdir. Lakin, sonra bu nömrə itdiyi üçün 2022-ci ilin mart ayında avtomobilə yeni **-FH-*** qeydiyyat nişanı alınsa da, onun etibarnaməsi təzələnməmişdir. Hadisə ilə bağlı qeyd edir ki, dostu Şahid4 vasitəsilə Zərərçəkmiş şəxs, Şahid2 və Şahid3 tanımışdır. 21 mart 2022-ci il tarixdə metronun “Əcəmi” stansiyası yaxınlığında onlarla birlikdə idarə etdiyi həmin avtomobilə əyləşib üzü şəhərin mərkəzi istiqamətinə doğru gəlmişlər. Təbriz ön sağ oturacaqda, Teymur sol, Aqil sağ arxa oturacaqda, İlkin isə onların arasında əyləşmişdir. Gün ərzində işlədiyi üçün yorğun olduğuna görə sükan arxasında yuxulamış və saat 00:30 radələrində Nəsimi rayonu, Azadlıq prospekti ilə A.A.Bakıxanov küçəsinin kəsişməsinə 60-70 km/saat sürətlə işiqforun qırmızı işığında kəsişməyə daxil olmuş, həmin vaxtı Bakıxanov küçəsi ilə hərəkətdə olan “Opel Astra” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsi ilə toqquşmuş və nəticədə idarə etməni itirərək Azadlıq prospektinin sol istiqamətində avtomobilin müxtəlif hissələri ilə səkiyə və dirəyə çırpılarmışdrı. Avtomobildə arxa sol oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs də bu zaman yuxuladığı üçün sağ tərəfində əyləşmiş İlkin və Aqilin ağırlıqları onun üzərinə çökmüş və o, ağır bədən xəsarətləri almışdır. Eyni zamanda ona yardım etmək üçün İlkin qapını açdıqda Teymur halsız olması səbəbindən yolun asfalt örtüyünə yıxılmışdır. Bundan sonra onlar tibbi yardım çağırmış və X13 Mərkəzə aparmışlar. Teymurun müalicəsi ilə bağlı imkanı çatan qədər köməklik etmək istəyir, lakin onun yaxınları ondan 51.144 manat pul tələb edir və başqa təklif də qəbul etmirlər. O, bu məbləğlə razı deyil, ona qarşı verilmiş mülki iddia ilə bağlı sənədlərdə uyğunsuzluq var. Çünki, Teymurun “Mərkəzi Klinika” xəstəxanasında müalicəsi ilə bağlı guya 36.107 manat vəsaitin ödənilməsi inandırıcı görsənmir, bu xəstaxananın təqdim etdiyi hesab sənədlərində göstərildiyi tarixlərdə Teymur “Kəpəz” hospitalında stasionar müalicədə olub. Hətta onun vəkili Zərərçəkmiş şəxs “Mərkəzi Klinika” xəstəxanasında müayinə və müalicə xəcləri ilə bağlı nə qədər vəsaitin ödənilməsi barədə həmin klinikaya sorğu versə də, buna cavab ala bilməmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, 21 mart 2022-ci il tarixdə gecə vaxtı Zərərçəkmiş şəxs dostu Şahid4 və onun tanışları Təqsirləndirilən şəxs, Şahid3 və Şahid2 adlı şəxslərlə Tacəddinin idarə etdiyi “Toyota Prius” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin mərkəzinə doğru Azadlıq prospekti ilə hərəkət etmişlər. Teymur sol arxa oturacağda sürücünün arxasında əyləşmişdir. Azadlıq prospekti ilə saatda 70-80 km/saat sürətlə hərəkət etdikləri zaman saat 00:30 radələrində artıq Bakıxanov küçəsi ilə kəsişməyə çatan zaman sürücü Tacəddin işıqforun qırmızı işığına məhəl qoymayaraq yol ayrıcına daxil olmuş və nəticədə Bakıxanov küçəsi ilə hərəkətdə olan “Opel Astra” markalı avtomobillə toqquşmuşdur. Teymurun olduğu avtomobil fırlanaraq bir neçə hissədən dəymiş və sonda yolun sol tərəfində dirəyə dəyib dayanmışdır. Qəza zamanı zərbənin təsirindən Teymur ağır bədən xəsarətləri almış, hadisə yerində artıq əl və ayaqlarını hiss etməmişdir. X14 Tibbi Mərkəzə aparılmış, orada ona tibbi yardım göstərilmişdir. Orada o, yenidən əllərinin və ayaqlarının açılmadığını və işləmədiyini hiss etmişdir. Teymur baş vermiş yol nəqliyyat hadisəsi zamanı ağır bədən xəsarətləri almış, hazırda gəzə, ayağa qalxa bilmir. Onun keçirdiyi əməliyyatlar və müalicəsi ilə bağlı 51.144 manat xərci çıxmış və məbləğ də hər gün artmaqdadır. Lakin, Tacəddin bugünədək Teymurla maraqlanmamış, dəymiş zərərin ödənilməsi üçün hər hansı addım atmamışdır. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçidir, ona səhhətinə vurulmuş zərərə görə 51.144 manat həcmində verilmiş mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, o, 21 mart 2022-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə 50 km/saat sürətlə Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi ilə üzü Ceyhun Hacıbəyli küçəsi istiqamətində hərəkət edən zaman Azadlıq prospekti ilə kəsişmədə olan işıqforun yaşıl işığında yolunu davam etdirmiş və anidən həmin yerdə işıqforun qırmızı işığına məhəl qoymayaraq yol ayrıcına daxil olmuş “Toyota Prius” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobil sağ qabaq hissəsi ilə onun idarə etdiyi avtomobilin sol qabaq hissəsi ilə toqquşmuş və yolun solunda olan dirəyə çırpılmışdır. Hadisə zamanı özü kürəyindən yüngül travma alsa da, “Toyota Prius” markalı avtomobildə arxa sol tərəfdə əyləşmiş sərnişinin vəziyyətinin yaxşı olmadığını görmüşdür. Məhkəmədə Şahid4 ifadəsində göstərdi ki, 21 mart 2022-ci il tarixdə, saat 00:00 radələrində bayramı qeyd etdikdən sonra o, Teymur, Aqil və Təbriz Tacəddinin idarə etdiyi “Toyota Prius” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib şəhərin mərkəzinə doğru Azadlıq prospekti ilə hərəkət etmişlər. Təbriz sağ ön oturacaqda əyləşmiş, Teymur sol arxa, Aqil sağ arxa oturacaqda, o isə onların arasında əyləşmişdir. Saat 00:30 radələrində Bakıxanov küçəsinin kəsişməsində Tacəddin işıqforun qırmızı işığında yol ayrıcına daxil olmuş və bu zaman sağ tərəfdən gələn “Opel Astra” markalı avtomobillə toqquşmuşdur. Zərbə nəticəsində onların olduğu avtomobil fırlanaraq dirəyə dəymiş, onunla Aqil isə Teymurun üzərinə sıxılmışlar. Teymur bildirmişdir ki, ayaqlarını hiss etmir və avtomobildən düşmək istəyərkən huşunu itirib yerə yıxılmışdır. Onlar da dərhal avtomobildən düşüb təcili tibbi yardım çağırıb X13 Mərkəzə aparmışlar. Məhkəmədə Şahid3 Şahid4 ifadəsində göstərilənlərə uyğun izahat verdi. İş materiallarında olan: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə A.Bakıxanov küçəsinin kəsişməsində baş vermişdir. Baxış aydın hava şəraitində aparılmış, yolun işlək hissəsi düz, örtüyün növü asfalt-beton, örtüyün vəziyyəti quru, yol örtüyünün eni 18 və 12 metr, hərəkət zolağının sayı 06 və 04-dür, işlək hissəsinin eni 03-dür, işlək hissəyə sağdan və soldan səki birləşir. Həmin sahədə hərəkətin nizamlanma üsulu işıqforla tənzimlənir, yol elektrik işığı ilə işıqlandırılır (İ cild, i.v. 5-10); • “Nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokollara və əlavə edilmiş fotoşəkillərə görə “Toyota Prius” markalı, **- FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön, sağ, arxa hissələri əzilmiş, hava yastıqları açılmış, “Opel Astra” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön və sol arxa hissələri əzilmişdir (İ cild, i.v.11-16); • 26.07.2021-ci il tarixli, BA seriyalı, 019313 saylı sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs “B1, B, C1, C” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir (İ cild, i.v.17); • xx.xx.2022-ci il tarixli, BA165686 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ban nömrəsi JTDKB20U887768622 olan “Toyota Prius” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X11r (İ cild, i.v.17); • “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, ƏN-V 956120 saylı etibarnamənin surətinə əsasən X10 məxsus, ban nömrəsi JTDKB20U887768622 olan “Toyota Prius” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə etmək üçün xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs verilmişdir (İ cild, i.v.17); • “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” barədə tərtib olunmuş xx.xx.2022-ci il tarixli sorğudan aydın olur ki, X10 məxsus, ban nömrəsi JTDKB20U887768622 olan “Toyota Prius” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin köhnə qeydiyyat nişanı **-GY-*** olub, hazırki nişan isə (dublikat) xx.xx.2022-ci il tarixdə verilib (İ cild, i.v.127); • 22.11.2021-ci il tarixli, BB168819 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə görə “Opel Astra” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X5r, bu avtomobil idarə etmək, sərəncam vermək və s. üçün etibarnamə ilə xx.xx.2022-ci il tarixədək Şahid1 verilmişdir (İ cild, i.v.22); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 8/2022 saylı rəyinə əsasən istintaq tərəfindən göstərilən şəraitdə “Toyota Prius” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin İİ hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində həmin Qanunun 50-ci maddəsinin İİ hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 manatdır (İ cild, i.v. 48-50); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15n Nəsimi rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 396 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – gövdədə, hər iki yuxarı və aşağı ətraflarda hissiyyat və hərəkət pozulması ilə fəsadlaşan onurğa beyninin əzilməsi və Vİ-Vİİ boyun fəqərələrinin cismlərinin yerdəyişən sınıqları-çıxıqları, baş beyinin əzilməsi ilə müşaiyət olunan alın sümüyünün açıq, qəlpəli, basılmış sınığı, sol əlin İİ daraq sümüyünün və sol əlin İİİ barmağının əsas falanqasının qapalı sınıqları, alın və sağ təpə-ənsə nahiyələrinin əzilmiş-cırılmış yaraları, döş qəfəsinin ön səthinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür (İ cild, i.v.40-42); • “Qətimkan tədbiri seçmə barədə” xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.153-154); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarla “Opel Astra” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı və “Toyota Prius” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmış, “Opel Astra” markalı avtomobil saxlanılması üçün Şahid1 təhvil verilmiş, “Toyota Prius” markalı avtomobilin isə məhkəmə istintaqınadək müvəqqəti duracaqda saxlanılması nəzərə alınmışdır (İ cild, i.v.160-166); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında məlumat yoxdur (İ cild, i.v.30); • Zərərçəkmiş şəxs tərəfindən verilmiş iddia ərizəsində Təqsirləndirilən şəxs törətdiyi əməl nəticəsində ona 51.144 manat məbləğində maddi ziyanın dəyməsi göstərilir və sonuncudan bu pulun onun xeyrinə tutulması xahiş olunur, tələbin əsası kimi isə “Mərkəzi Klinika” xəstəxanasında 36.107 manat, “Kəpəz” hospitalında 11.062 manat və Daxili İşlər Nazirliyinin Arif Heydərov adına respublika hospitalında 3.975 manat məbləğində müayinə və müalicə xərcləri ilə bağlı sənədlər təqdim edilir (İ cild, i.v.82-114); • Vəkil Müdafiəçi müraciəti üzrə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, 20 saylı məktubda qeyd olunur ki, Zərərçəkmiş şəxs xx.xx.2022ci il tarixdə başqa xəstəxanadan "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən “Kəpəz” hospitalının reanimasiya şöbəsinə köçürülmüşdür. xx.xx.2022-ci il tarixdə xəstə hospitaldan ailə üzvlərinin istəyi ilə başqa xəstəxanaya köçürülmüşdür. Zərərçəkmiş şəxs adına qoyulmuş 12.563,04 manat depozitdən 11.061,93 manat dəyərində xidmət göstərilmiş, 1.501,11 manat xəstənin yaxınlarına qaytarılmışdır (İİ cild); • Vəkil Müdafiəçi “X9” MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli müraciətində Zərərçəkmiş şəxs klinikada müayinə və müalicə xəcləri ilə bağlı nə qədər vəsaitin ödənilməsi barədə məlumatın verilməsi xahiş olunur (İİ cild); • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “X2” X15 tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli, 67 saylı arayışa əsasən Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdən X1 “AKBT-si onurğanın boyun fəqərə səviyyəsində, sınığından sonrakı vəziyyət. Tetroplegiya” diqanozu ilə müalicə alır və hal-hazırda stasionarda müalicəsi davam edir (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir (3-cü bənd); Cinayət Məcəlləsinin 263-cü, 263-1-ci və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir (11-ci bənd); bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir (12-ci bənd); avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun (13-cü bənd); yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir (19-cu bənd); törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır (21-ci bənd). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa görə: nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər (50-ci maddənin İİ hissəsinin 1-ci bəndi); svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar (60cı maddənin İİ hissəsi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır, 263.1-1-ci maddəsi isə eyni əməllərin ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına görə məsuliyyət müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməyərək yaşayış məntəqələri daxilində nəqliyyat vasitəsini saatda 60 kilometrdən çox sürətlə idarə edib svetoforun qadağanedici siqnalında avtomobili dayandırmayaraq yol-nəqliyyat hadisəsini törətmiş, nəticədə onun avtomobilində olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmuşdur. Bununla da onun hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəza təyin olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda onun “Toyota Prius” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etməsi göstərilmişdir. Halbuki, məhkəmədə müəyyən olunur ki, ban nömrəsi JTDKB20U887768622 olan həmin avtomobilin əvvəlki dövlət qeydiyyat nişanı **-GY-*** olmuş, sonradan bu nişan itdiyi üçün xx.xx.2022-ci il tarixdə hazırki nişan əldə edilmiş, xx.xx.2022-ci il tarixli, ƏN-V 956120 saylı etibarnaməyə əsasən isə göstərilən avtomobilin xx.xx.2022-ci il tarixədək idarə edilməsi Təqsirləndirilən şəxs verilmişdir. Azərbaycan Respublikasının mülki qanunvericiliyin və “Yol hərəkəti haqqında” Qanunun müvafiq müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, nəqliyyat vasitəsinin mülkiyyətçisinin dəyişmədiyi halda, həmin avtomobilin dövlət qeydiyyat nişanının dəyişməsi (bu nişan dövlət mülkiyyəti hesab olunur) ona dair verilmiş etibarnamənin qüvvəsinin itirilməsini (həmçinin şərtlərinin dəyişdirilməsini) ehtiva etmir. Bu səbəbdən də Təqsirləndirilən şəxs verilmiş ittihamdan onun “Toyota Prius” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobili “etibarnamə olmadan idarə etməsi” kimi müddəalar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbləri baxımından xaric edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini müəyyən müddətə idarə etmə hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə uyğun olaraq məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli isə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə görə onun həmin müəssisədə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 85 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sahibi X10 təhvil verilməli, “Opel Astra” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə Şahid1 istifadəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddia ərizəsində səhhətinə vurulmuş zərərin əvəzi olaraq ümumilikdə 51.144 manat məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş edir, tələbin əsası kimi də “Mərkəzi Klinika” xəstəxanasında 36.107 manat, “Kəpəz” hospitalında 11.062 manat və Daxili İşlər Nazirliyinin Arif Heydərov adına respublika hospitalında 3.975 manat məbləğində müayinə və müalicə xərcləri ilə bağlı ödənilmiş sənədləri təqdim edib. Məhkəmə bu sənədləri tədqiq edərkən onlar arasında ziddiyətlərin olduğunu müəyyən etmişdir. Belə ki, stasionar-reanimasiya qaydasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək zərər çəkmiş şəxsin “Kəpəz” hospitalında yataq vəziyyətində müalicədə olmasına baxmayaraq, eyni zamanda onun həmin müddətdə digər tibb müəssisəsində - “Mərkəzi Klinika” xəstəxanasında müalicə olunması ağlabatan görünmür. Bundan əlavə, cinayət işinin materiallarının 96-104-cü səhifələrində olan, “Mərkəzi Klinika” xəstəxanası tərəfindən tərtib edilmiş hesab-invoyslarda Zərərçəkmiş şəxs “Semaşko, 2-ci mkr, Nəsimi rayonu, Hüseyn Seyidzadə 29, mənzil 52 ünvanında yataq vəziyyətində (reanimasiya şəraitində) olması qeyd olunur. Butün bu hallar məhkəməyə qeyri-müəyyən qalmaqla onların dəqiqləşdirilməsi üçün əlavə araşdırma tələb edir ki, bu da yekunda cinayət işi üzrə məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bilər. Bu səbəbdən də məhkəmə hesab edir ki, mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddia baxılmamış saxlanılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarının qeyd olunur ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər (72-ci bənd). İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli onun həmin müəssisədə qeydiyyata alındığı vaxtdan hesablansın, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sahibi X10 təhvil verilsin, “Opel Astra” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şahid1 istifadəsində saxlanılsın. Zərərçəkmiş şəxs verdiyi mülki iddia baxılmamış saxlanılsın və ona həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-449/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-449/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver