Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-449/2025 25.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Qələndar oğlunun nümayəndəsi X3, Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə, Müdafiəçi «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 178.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmiş, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 08 dekabr 2023-cü il tarixdə saat 01 radələrində Abşeron rayonu, Masazır kəndi, “Cantəpə” yaşayış massivində yetkinlik yaşına çatmayan tanışı Zərərçəkmiş şəxs1 ilə görüşüb sonuncunun onun anası barəsində nalayiq ifadələr işlətməsini bəhanə gətirərək Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib yumruqla sifət nahiyəsindən zərbələr vurmaqla ona başın alın nahiyəsinin qançır şişkinliyi, üst dodağın sıyrığı, alt dodağın selikli qişasının səthi əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirərək sonuncunun şalvarının cibindən zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 10 manat dəyərində ***-***-**-** saylı nömrə olan 2700 manat dəyərində "iPhone 14 Pro" markalı mobil telefonu və 280 manat nağd pulunu açıq talamaqla ələ keçirib əmlaka əlçatanlığı təmin etmək məqsədilə hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 2990 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 28 mart 2024-cü il tarixdə saat 04 radələrində ünvan 2 ünvanında yerləşən “S.Yolçuyev” adına 207 nömrəli tam orta məktəbin inzibati binasının 1-ci mərtəbəsindəki tədris (incəsənət) otağının həyətdən olan pəncərəsinin qarşısına gəlib orada aralarında olan rolların bölgüsünə əsasən o, kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, Rəşadət Şıxəliyev isə özündə olan istintaqla müəyyən edilməyən vintaçanla pəncərəni fiziki güc tətbiq edib açmaqla oraya qanunsuz daxil olaraq sinif otağında masanın üzərində olan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 1138 manat dəyərində “X19 C50-K-130 12th X20 İ5-1235U'’ markalı kompüteri gizli olaraq talamaqla birlikdə hadisə yerindən uzaqlaşıb cinayət yolu ilə əldə eldikləri əmlakı sataraq əldə etdikləri pulları aralarında bölüşdürməklə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri Üzrə Təhsil İdarəsinə 1138 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 25 iyun 2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 539-cu məhəllə ünvanında yerləşən «Azpetrol» X5 yaxınlığında tanışı Zərərçəkmiş şəxs2 danışıb qaytaracağı adı ilə zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 10 manat dəyərində ***-***-**-** saylı nömrə olan 3200 manat dəyərində « iPhone 14 Pro Max» markalı mobil telefonu etibarından sui-istifadə etmə və aldatma yolu ilə götürüb telefonla danışmaq görüntüsü yaradaraq sonuncunun hiss etmədiyi şəraitdə hadisə yerindən uzaqlaşıb verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs2 ümumilikdə 3210 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 iyul 2024-cü il tarixdə saat 17 radələrində tanışı Zərərçəkmiş şəxs3 kirayədə yaşadığı ünvan 4 ünvanında qonaq qismində olarkən sonuncunun hamam otağında olmasından istifadə edib mənzildə cərəyana qoşulu vəziyyətdə olan Zərərçəkmiş şəxs3 məxsus içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 8 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 2400 manat dəyərində « iPhone 14 Pro» markalı mobil telefonu gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs3 ümumilikdə 2408 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 31 avqust 2024-cü il tarixdə saat 17 radələrində ünvan 5 ünvanda yerləşən “Mado” restoranında tanışı Zərərçəkmiş şəxs4 danışıb qaytaracağı adı ilə zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 4 manat dəyərində ***-***-**-** saylı nömrə olan 2500 manat dəyərində “iPhone 13 Pro Max” markalı mobil telefonu etibarından sui-istifadə etmə və aldatma yolu ilə götürüb telefonla danışmaq görüntüsü yaradaraq sonuncunun hiss etmədiyi şəraitdə hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs4 ümumilikdə 2504 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 31 avqust 2024-cü il tarixdə saat 23 radələrində ünvan 6 ünvanında yerləşən istirahət parkında tanışı Zərərçəkmiş şəxs5 danışıb qaytaracağı adı ilə zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 5 manat dəyərində ***-***-**-** saylı nömrə olan 900 manat dəyərində «iPhone 12 Pro Max» markalı mobil telefonu etibarından sui-istifadə etmə və aldatma yolu ilə götürüb telefonla danışmaq görüntüsü yaradaraq sonuncunun hiss etmədiyi şəraitdə hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs5 ümumilikdə 905 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 04 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 539-cu məhəllə ünvanında yerləşən «Azpetrol» X5 yaxınlığında tanışı Zərərçəkmiş şəxs6 danışıb qaytaracağı adı ilə zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində ümumilikdə 90 manat dəyərində ***-***-**-** və ***-***-**-** saylı nömrə olan 750 manat dəyərində “Oppo Reno 10” markalı mobil telefonu etibarından sui-istifadə etmə və aldatma yolu ilə götürüb telefonla danışmaq görüntüsü yaradaraq sonuncunun hiss etmədiyi şəraitdə hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs6 ümumilikdə 840 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 2024-cü ilin oktyabr ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs7 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 108 ünvanında yerləşən “TT Telekom” mobil telefonların satışı mağazasında olarkən mağazada olan şəxslərin başlarının qarışıq olmasından istifadə edərək vitrində satış üçün qoyulmuş Yusif Məmmədova məxsus 1950 manat olan dəyərində “iPhone 15 Pro” markalı mobil telefonu gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs7 maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2018-ci il tarixdən Bərdə şəhərində onunla eyni qəsəbədə qonşu yaşadığı vaxtdan tanıyır və yaxın münasibətdə olub. xx.xx.2023-cü il tarixdə saat təxminən 18-19:00 radələrində o, Nəsimi rayonu, 20 Yanvar dairəsində yerləşən həmyerlisi Ülvinin işlətdiyi telefon alqı-satqı mağazasına getmiş və orada tanışı Şahid2la görüşmüş və 2-3 saat orada qalmışdır. Söhbət zamanı o, Ülvidən xahiş etmişdir ki, bir günlük yaşadığı evdə qonaq olsun. Razılaşdıqda həmin gün saat 20 radələrində o, Ceyhun və Ülvi mağazadan çıxmış və birlikdə sonuncunun yaşadığı Xırdalan şəhərindəki evə taksi sürücüsü ilə getməyə başlamışlar. Yolda o, Onura zəng etdikdə sonuncunun Bakı şəhərinə gəldiyini və Binəqədi rayonu ərazisindəki "Lake" otelində ofisiant işlədiyini öyrənmişdir. Onurla danışdıqda görüşmək istədiyini bildirmiş, lakin sonuncu işdən çıxa bilmədiyini söyləmişdir. Həmin vaxtı o, Ceyhuna və Ülviyə Onurun onun anasının barəsində dediklərini aydınlaşdırmaq üçün birlikdə "Lake" otelinə gedib qayıtmalarını xahiş etmişdir. Razılaşdıqda onlar Elşən adlı taksi sürücüsünün "Honda" markalı avtomobili ilə Masazır qəsəbəsi istiqamətində getməyə başlamış və Onurun işlədiyi otelin qarşısına çatdıqda sonuncuya zəng edib aşağı düşməsini istəmişdir. Bir neçə dəqiqədən sonra Onur aşağı düşdükdə o, avtomaşından yerə düşüb salamlaşdıqdan sonra hal-əhval tutmaq üçün sonuncuya avtomaşına əyləşməsini xahiş etmişdir. Onur da razılaşıb taksiyə yaxınlaşmışdır. O, qabaq oturacaqda oturmuş Ceyhunla Ülvi avtomaşından yerə düşmüşlər. Onur avtomaşının arxa oturacağına əyləşən kimi o, sonuncuya yaxınlıqda olan bir tanışları ilə görüşdükdən sonra geri otelə qayıdacaqlarını söyləmişdir. Bu zaman Ceyhunla Ülvi də avtomaşında Onurun sağ və sol tərəfində oturmuşlar. Bundan sonra o, Elşənə avtomaşınını sürməsini söylədikdə sonuncu hara sürəcəyini soruşmuş. Ceyhun isə irəliyə sürməsini demişdir. Onlar Masazır qəsəbəsinə gəldikdə o, Elşəndən avtomaşını saxlamasım xahiş etmişdir. Avtomaşın dayanan kimi o, qabaq oturacaqda dizi üstə dayanıb arxaya çevrilmiş və Onurdan onun anasının kiminləsə qeyri-qanunu yaşaması barədə söz deyib-demədiyini soruşmuşdur. Onur da heç bir söz demədiyini söyləmiş, o, isə Onurun sifətinə vurduğu bir neçə yumruq zərbəsindən sonra sonuncu etiraf edib ondan üzr istəmişdir. Bundan sonra o, Onura yenə vurmaq istəsə də Ülvi və Elşən buna imkan verməyib, onu sakitləşdirmişlər. Avtomobilin içərisində o, Onurdan mobil telefonunu verməsini və ekran şifrəsini söyləməsini istəmişdir. Onun məqsədi Onurun mobil telefonuna baxış keçirmək və orada valideyni barədə “whatsapp” və digər sosial şəbəkə üzərində yazışmanın olmasına baxmaq olmuşdur. O, mobil telefonu Onurdan alsa da Ülvi və Ceyhun həmin telefonu onun əlindən alaraq Onurun özünə qaytarmışlar. Bundan sonra Ceyhun Onurdan hara gedəcəyini soruşmuş və sonuncunu sonradan işlədiyi otelin qarşısına aparmışlar. Onur mobil telefonunu cibindən çıxararaq onun tərəfindən döyüldüyünə görə polisdə işləyən dayısına məlumat verəcəyini demişdir. O da bunun qarşısını almaq üçün Onurun əlindən mobil telefonunu almış, sonuncu mobil telefonunu qaytarmağını istəsə də o, polisə zəng edəcəyini düşündüyü üçün buna imkan verməmişdir. Onur ondan telefonunu ala bilməyəcəyini görüb çıxıb getmişdir. O, Elşəndən avtomaşınını sürməsini xahiş etmişdir. Bu zaman Ulvi ondan Onurun mobil telefonunu tələb edərək almış və telefonu özünün Onura qaytaracağını demişdir. Bundan sonra onlar oradan uzaqlaşmış və o, Xırdalan dairəsində avtomobildən tək düşərək çıxıb getmiş, Ülvinin evinə getməmişdir. Ertəsi gün Onurun qohumu ona zəng edərək telefonu qaytarmasını tələb etmişdir. O, da Onurun anası ilə danışmış və Onuru onun anası barədə xoşagəlməz sözlər danışdığı üçün döydüyünü və polisə zəng edəcəyini gördüyü üçün sonuncunun əlindən mobil telefonunu aldığını demişdir. O, Onurun anasından öyrənmişdir ki, artıq Abşeron polisinə bu barədə şikayət olunub. Onurun anası söz vermişdir ki, telefon qaytarılarsa şikayəti geri götürəcəklər. O da Ülvidən Onurun mobil telefonunu alaraq 3 gün sonra Bərdə rayonuna gedib mobil telefonu Onurun anasına təqdim etmişdir. Həmin zaman Onurun anası Onurdan aldığı 280 manat pulu da qaytarmağı söylədikdə o, sonuncudan pul almadığını demişdir. Bundan başqa, 28 mart 2024-cü il tarixdə gecə saatlarında tanışı X9 ona zəng vuraraq Nərimanov rayonu, Ə.Əliyev küçəsində kirayə yaşadığı evə dəvət etmişdir. O da Rəşadətin yaşadığı evə getmişdir. Rəşadət həmin vaxt spirtli içki qəbul etmişdir. Evdə söhbət əsnasında o, Rəşadətə anasının xərçəng xəstəliyindən əziyyət çəkdiyini və ona iynə almaq üçün pula ehtiyacı olduğunu söyləmiş, Rəşadət də ona 207 saylı məktəbdən kompüter oğurlamağı təklif etmişdir. O razılaşmış, lakin binaya daxil olmayacağını, çöldə gözləyəcəyini demiş, Rəşadət də binaya özünün daxil olacağını bildirmişdir. Bundan sonra, yəni xx.xx.2024-cü il tarixdə saat 04:30 radələrində o, Rəşadətlə birlikdə Nərimanov rayonu, A.Gəraybəyli küçəsi 11/15 ünvanında yerləşən 207 saylı orta məktəbə gəlmişlər. Rəşadət üzərində olan vintaçanla məktəbin birinci mərtəbəsinin plastik pəncərəsini açaraq içəri daxil olmuşdur. O, bayırda pusquda gözləmişdir ki, gələn olsa xəbər versin. Rəşadət isə içəri daxil olub oradakı masanın üzərindən 01 ədəd "Dynabook" markalı noutbuku götürərək bayıra çıxmışdır. Onlar ətrafa baxmış, heç kimin olmadığına əmin olduqdan sonra oradan uzaqlaşmışlar. Həmin kompüteri Rəşadət “Tap.az” elan səhifəsində elan verməklə 500 manata satmış, həmin puldan 300 manatı ona vermiş, 200 manatı isə özündə saxlamışdır. O da həmin 300 manatı ailəsinə göndərmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə təxminən saat 21:00-da o, “İnşaatçılar” metrostansiyasında Bərdə rayonundan tanıdığı Orxan adı tanışını gözləyən zaman ona adı sonradan məlum olan Zərərçəkmiş şəxs2 yaxınlaşaraq haralı olması ilə maraqlanmış və onun Bərdəli olduğunu düşündüyünü demişdir. Daha sonra o, Rəvanla Əli adlı dostu barədə söhbət etmiş, Əli ilə onu birlikdə gördüyünü demişdir. O, Rəvandan mobil telefonunu alıb tanışı Orxanla əlaqə saxlamışdır. O, Rəvanın "iPhone 14 pro max" markalı telefon işlətməsini görüb həmin telefonu ələ keçirmək fikrinə düşmüşdür. Təxminən 5-10 dəqiqə sonra Orxan onların yanına gəldikdə sonuncunun Rəvanı tanıdığını görmüşdür. Söhbət zamanı Orxanla Rəvanın əvvələr birlikdə hazırlıq kurslarına getmələrini bilmişdir. Daha sonra onlar üçü metrodan çıxmış, Rəvan bır nəfər yaşlı qadından qazet götürdükdən sonra Yasamal rayonu H.B.Zərdabi prospektində yerləşən «Baku Mall» ticarət mərkəzinin qarşısı ilə piyada gedib “Azpetrol” X8 çatmışlar. O, həmin zaman Rəvandan xahiş elmişdir ki, danışmaq üçün mobil telefonu ona versin. Rəvan onun xahişini yerinə yetirib həmin yerdə "iPhone 14 pro max" markalı mobil telefonunu ona vermiş, o, mobil telefonu qulağına tutub «Azpetrol» YDM-in arxa tərəfinə keçmiş, Rəvanın və Orxanın onu görmədiyinə əmin olduqdan sonra oradan uzaqlaşmışdır. Daha sonra o, ələ keçirdiyi mobil telefonu Nəsimi rayonu «28 may» metrostansiyasının yaxınlığında yerləşən adını xatırlamadığı mağazaya 1050 manata satmışdır. Telefonu satmamışdan əvvəl o, telefonun GSM nömrəsini çıxararaq yolda atmış və içərisində olan məlumatları silmişdir. O, telefonu satarkən özünə məxsus olmasını bildirmiş, şəxsiyyət vəsiqəsinin kserosurətinə öz xətti ilə telefonun ona məxsus olmasına dair qeydlər etmişdir. Telefonu ələ keçirdiyi zaman onun məqsədi sonradan sataraq pul əldə etmək olmuşdur. Daha sonra Rəvan onun barəsində Yasamal RPİ-nə şikayət etdiyi üçün atası kreditlə "iPhone 15 pro max" markalı mobil telefon alıb ona vermiş, o da şikayətini geri götürmüşdür. Lakin sonradan tutulduğu üçün telefonun kreditini ödəyə bilməmiş və telefon bağlanmışdır. Buna görə də Rəvan yenidən ondan şikayətçi olmuşdur. Bundan başqa, o, Zərərçəkmiş şəxs3 ilə 2024-cü ilin iyun ayında təsadüfən mobil telefonun satışı mağazasında görüb tanış olmuş, sonradan sonuncu ilə dəfələrlə görüşmüş, yeyib-içmişlər. 12 iyul 2024-cü il tarixdə zəngləşib Tacəddinin yaşadığı ünvan 9 ünvanına gəlmiş və iki gün sonuncunun evində qonaq olmuşdur. Həmin ərəfədə onun borcu olduğundan Tacəddindən xahiş etmişdir ki, ona 700 manat borc pul versin. Tacəddin də müdirindən alıb verəcəyini demiş, lakin heç bir nəticə olmamışdır. O görmüşdür ki, Tacəddinin kartında pul var, amma ona vermir. Buna görə də 14 iyul 2024-cü il tarixdə saat 17:30 radələrində Tacəddinin evində olarkən sonuncunun hamam otağında olmasından istifadə edib onun “iPhone 14 Pro» markalı mobil telefonunu götürüb çıxıb getmişdir. Belə ki, həmin vaxt o, Tacəddinin telefonunda kinoya baxdığı üçün telefon onda olmuşdur, həmçinin telefonun şifrəsi də ona məlum olmuşdur. O, Tacəddinin mobil telefonunu götürüb evdən çıxdıqdan sonra telefonun üzərində olan GSM nömrəsini üzərindən çıxararaq yolda xatırlamadığı yerə tullamışdır. Daha sonra o, «iPhone 14 pro» markalı həmin mobil telefonu 28 May metrosu ərazisində tanımadığı mağazaya 740 manata sataraq hazırda adını demək istəmədiyi şəxsə borcunu ödəmişdir. Bundan sonra o, Tacəddinlə telefonda danışdıqda sonuncuya telefonunu alıb qaytaracağına söz vermiş, lakin sonradan barəsində şikayət etməsini öyrəndikdə bu fikirdən daşınmışdır. Həmçinin bildirmişdir ki, mobil telefonun qiyməti ittiham aktında göstərildiyi kimi 2400 manat olmamışdır. Belə ki, Tacəddin həmin telefonu üçüncü əl olaraq 800 manata almışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə o, tanışı Zərərçəkmiş şəxs4 zəng vuraraq Nərimanov rayonunda yerləşən “MADO” restoranına sonuncunu yeməyə dəvət etmişdir. Belə ki, o, Fatimə ilə sevgili olmuş və onunla ailə qurmaq niyyətində olmuşdur. Fatimənin anasının da bundan xəbəri olmuşdur. O, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Fatimə ilə həmin restorana gedərək yemək sifarişi vermişlər. O, Fatimənin telefonunu götürməmiş, sonuncunun başqa oğlanla danışdığını öyrəndiyi üçün telefonu onun gözünün qabağında qırmış və sonra oradan çıxıb getmişdir. Daha sonra Fatimənin anası ona zəng edərək həmin telefonu əziyyətlə aldığını bildirmiş, o da əvəzinə yeni telefon alıb verəcəyini demişdir. Lakin sonradan tutulduğu üçün telefonu alıb verə bilməmişdir. Həmçinin, bildirmişdir ki, Fatiməyə məxsus "iPhone 13 Pro Max" markalı mobil telefonun qiyməti ittiham aktında göstərildiyi kimi 2500 manat olmamışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs5 ilə dostları vasitəsilə tanış olmuş və sonuncu ilə arada bir görüşmüşdür. 31 avqust 2024-cü il tarixdə Zərərçəkmiş şəxs5 ona zəng edərək şəhərə çıxacağını demiş, o da sonuncuya birlikdə gedib ona paltar almağı xahiş etmişdir. Razılaşdıqda o, Həcərin yaşadığı Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən yaşadıqları evin yaxınlığına getmiş və sonuncu ilə görüşmüşdür. Daha sonra paltar almaq fikrindən daşınmış və Həcərlə birlikdə Yasamal rayonu, A.Abbasov ünvanında yerləşən "Yasamal Parkı" kimi adlandırılan parka getmişlər. Orada gəzişərkən ona zəng gəlmiş və anasının xəstəliyi ilə bağlı dərman almaq üçün pul lazım olduğu deyilmişdir. Həmin zəngdən sonra onun kefi pozulmuş, Həcər də ona kömək etmək üçün özünə məxsus "iPhone 12 Pro Max" markalı mobil telefonu verərək satmasını və pulunu götürüb dərman almasını bildirmişdir. O da Həcərin verdiyi telefonu aparıb satmış və Həcərə sonra ona telefon alıb verəcəyini bildirmişdir. Lakin sonradan tutulduğu üçün Həcərə telefon alıb verə bilməmişdir. Həmçinin, bildirmişdir ki, Həcərə məxsus "iPhone 12 Pro Max" markalı mobil telefonun qiyməti ittiham aktında yazıldığı kimi 900 manat olmamışdır. Belə ki, Həcər həmin telefonu 450 manata almışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs6 qısa müddətdə tanımışdır. O, 04 sentyabr 2024cü il tarixdə Sahillə görüşüb Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən "Metro Lunch" adlanan kafedə oturmuşlar. Daha sonra bir nəfər tanışı ona zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. O da razılaşmış və həmin şəxslə görüşməyə gedərkən Sahil də onunla birlikdə getməyi təklif etmişdir. Yolda onun telefonun enerjisi bitdiyi üçün o, Sahildən ona məxsus "Oppo Reno 10" markalı mobil telefonu götürərək gedəcəyi yerin dəqiq ünvanını öyrənmək üçün görüşəcəyi adama zəng etmiş və onunla telefonda danışadanışa dediyi yerə çatmışdır. Həmin yerə çatdıqda orada 10-15 nəfər adam olmuş və həmin adamlar onların üstünə cummuşlar. Bu zaman Sahil qaçıb getmiş, həmin adamlar isə onu döyüb telefonu onun əlindən almışlar. Daha sonra o, Zərərçəkmiş şəxs6 dəymiş ziyanı ödəmişdir. Bundan başqa o, 2024-cü ilin fevral-mart ayında Nəsimi rayonu, Tbilisi prospekti yerləşən 20 Yanvar metrosu yaxınlığındakı “TT telekom” telefon mağazasında satıcı işləyən Şahid3 və sonuncunun müdiri Zərərçəkmiş şəxs7 tanımışdır. O, tez-tez həmin mağazaya gedir və sonuncularla ünsiyyətdə olurmuş. Ona pul lazım olduğu üçün 2024-cü ilin oktyabr ayının əvvəllərində Yusifə zəng edərək ona ya 2000 manat pul, ya da pulunu sonradan ödəmək adı ilə 01 ədəd “İphone 14 Pro Max” markalı mobil telefon aparatı verməsini xahiş etmişdir. Belə ki, həmin vaxt Zərərçəkmiş şəxs2 ondan polisə şikayət verdiyi üçün onu tutmuşlar, o da dəymiş ziyanı ödəmək və azadlığa çıxmaq üçün Yusifdən borc pul istəmişdir. Lakin Yusif ona köməklik etməmiş və bəhanələr gətirməyə başlamışdır. Halbuki Yusif özünü dost kimi göstərsə də, ona mobil telefonlardan birini verə bilərmiş, lakin bundan imtina etmişdir. Atası "iPhone 15 pro max" markalı mobil telefon alıb Rəvana verdikdən və Rəvan şikayətini geri götürdükdən sonra onu polis idarəsindən buraxmışlar. Bundan sonra o, 2024-cü ilin oktyabr ayında Yusifə məxsus “TT telekom” mağazasına gəlmiş və satıcı Muradın məşğul və başının qarışıq olmasından istifadə edərək vitrindən 01 ədəd "iPhone 15 Pro” markalı titanium rəngli mobil telefonu götürüb gödəkçəsinin cibinə qoymuş və satıcı Muradla bir qədər söhbət edərək mağazadan uzaqlaşmışdır. Mobil telefonu vitrindən götürdükdə orada heç kim olmamışdır, daha sonra o, həmin mobil telefonu 1000 manata satmaq üçün telefon satışı ilə məşğul olan digər tanışı Aslana zəng edərək bu barədə demiş və telefonu taksi avtomobili ilə sonuncuya göndərmişdir. Aslan da onun bildirdiyi bank hesab nömrəsinə 1000 manat pul köçürmüşdür. Sonradan Yusif ona “whatsapp”la yazaraq mağazasından götürdüyü “iPhone 15 Pro" markalı mobil telefonu qaytarmağını istəmişdir. O da Yusifə həmin telefonu götürdüyünü, istəsəymiş vitrindən bir neçə telefonu götürə biləcəyini, polisə şikayət etmək istəyirsə bunu edə biləcəyini yazmışdır. Daha sonra ona polisdən zəng edildikdə öyrənmişdir ki, Şahid3 telefonun oğurluğu ilə bağlı barəsində şikayət etmişdir. Daha sonra vurulmuş zərərin bir qismini ödədiyini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və zərərçəkmiş hüquqi şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə barışıq əldə etdiyini, sonuncuların ona qarşı şikayət və tələblərinin olmadığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən S.Yolçuyev adına 207 saylı orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir. 28 mart 2024-cü il tarixdə səhər saatlarında işə gələndə mühafizəçi məktəbin inzibati binasının 1-ci mərtəsində yerləşən incəsənət otağından masanın üzərindəki 01 ədəd “X19 C50-K-130 12th X20 İ5-1235U” markalı kompüterin oğurlanması barədə məlumat vermişdir. Ona məlum olmuşdur ki, nəməlum şəxs incəsənət otağının pəncərəsini açma yolu ilə içəri daxil olub kompüteri oğurlamış, nəticədə məktəbə 1138 manat məbləğində maddi zərər vurmuşdur. Hazırda dəymiş ziyan ödənilmişdir. Daha sonra onlara dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyun ayında o, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən «TT Telecom» mağazasından 2200 manata bir ədəd «iPhone 14 pro» markalı mobil telefon almışdır. Həmin telefonu aldığı dükanda Rüstəm adlı şəxslə tanış olmuş və sonradan aralarında dostluq münasibəti yaranmışdır. 14 iyul 2024-cü il tarixdə saat 17:30 radələrində Rüstəm onun istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə zəng edərək atası ilə mübahisəsi olduğunu və getməyə yerə olmadığını bildirmiş, bir günlük evində qonaq qalmaq istədiyini demişdir. O, həmin zaman Rüstəmi kirayədə yaşadığı ünvan 12 ünvanına qonaq kimi dəvət etmişdir. Bir qədər sonra Rüstəm ondan zəng etmək adı ilə mobil telefonunu istəmişdir. Onun əli nəm (sulu) olduğundan Rüstəmə mobil telefonunun ekran kilidinin kodunu demiş və danışığa icazə vermişdir. Rüstəm də cərəyana qoşulu vəziyyətdə olan ona məxsus dəyəri 8 manat olan ***-***-**-** saylı GSM nömrəsi ilə istifadə etdiyi «iPhone 14 Pro» markalı mobil telefonu götürərək kiməsə zəng etmiş və danışıq apardıqdan sonra mobil telefonu yenidən enerjiyə taxmışdır. 10-15 dəqiqədən sonra o, hamam otağına keçmiş və Rüstəmə hamam otağından 5-10 dəqiqəyə çıxacağını demişdir. O, hamamda yuyunub çıxdıqdan sonra görmüşdür ki, Rüstəm evdə yoxdur və ona məxsus mobil telefonu da enerjidən çıxararaq oğurlamaqla evdən çıxaraq getmişdir. O, bundan sonra Rüstəmə zəng vurduqda sonuncu ona məxsus «iPhone 14 Pro» markalı mobil telefonun onda olduğunu, ehtiyacı olduğu üçün götürdüyünü və geri qaytarmayacağını bildirmişdir. Daha sonra o, çox cəhdlər etsə də, Rüstəm onun kirayədə yaşadığı evdən oğurladığı ona məxsus mobil telefonu geri qaytarmamışdır. Belə olduqda o, məcbur olub DİN-nin 102 Xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 2208 manat məbləğində maddi ziyan dəymişdir. Daha sonra ona dəymiş ziyanın ödənilmədiyini və təsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayından tanıyır. Belə ki, Rüstəm ona eşq elan etsə də sonuncuya qarşılıq verməmiş, amma dost kimi 2-3 dəfə restoranda görüşmüş və mobil telefonla danışıq aparmışdır. Sonuncu dəfə 31 avqust 2024-cü il tarixdə Rüstəm ona zəng edərək Nərimanov rayonu ərazisində yerləşən “Mado” restoranına görüşə dəvət etmişdir. Hətta bunun üçün ona 5 manat taksi pulu da göndərmişdir. O da həmin gün saat 16-17:00 radələrində Rüstəmlə həmin restoranda görüşüb ikinci mərtəbədəki masada oturaraq yemək sifarişi vermişlər. Həmin zaman Rüstəm şəxsi əşyalarını, yəni elektron qəlyan və sarj alətini masaya qoymuşdur. Bir qədər söhbət etdikdən sonra Rüstəm ona bir nəfər tanıdığı şəxsin onun evindən 700 manat pul oğurladığını, onun mobil nömrəsini bloka atdığını demiş və həmin şəxsə zəng etmək üçün ondan mobil telefonunu istəmiş və daha sonra geri qaytaracağını söyləmişdir. O, etiraz etməyərək özünə məxsus 128 tutumlu gold rəngli “iPhone 13 pro max” markalı mobil telefonu Rüstəmə vermişdir. Rüstəm də ondan aldığı mobil telefonla kiməsə zəng etmiş və danışdığı şəxsi söyməyə başlamışdır. O, Rüstəmin kiminlə danışdığını bilməmiş, ümumiyyətlə həmin şəxsin səsini eşitməmişdir. Rüstəm danışığı qurtardıqdan sonra mobil telefonunu özünə qaytarmışdır. 6-7 dəqiqə sonra Rüstəm yenidən mobil telefonunu verməsini istəmiş və yenidən həmin şəxslə danışmalı olduğunu, söyüş söyəcəyi üçün restoranda tərbiyəsizlik etmək istəmədiyini, bu baxımdan həmin şəxslə küçədə restoranın qarşısında danışıq aparmalı olduğunu söyləmişdir. O, əvvəlcə telefonunu Rüstəmə vermək istəməmiş, lakin Rüstəm anasının canına and içərək telefonla danışdıqdan sonra ona qaytaracağını bildirmiş, o da inanaraq mobil telefonun şifrəsini açaraq Rüstəmə vermiş və sonuncu mobil telefonu götürərək aşağı mərtəbəyə düşmüşdür. 2-3 dəqiqə sonra o, restoranın pəncərəsindən baxdıqda görmüşdür ki, Rüstəm restoranın qarşısında küçədə onun mobil telefonu ilə danışıq aparır. Rüstəm onu görən kimi ona əl sallamağa başlamışdır. O, elə başa düşmüşdür ki, Rüstəm restorana onu yanına qayıdacağını işarə edir. O, Rüstəmi gözlədiyi ərəfədə sifariş verilən yemək masaya gəlmiş, lakin Rüstəm 30 dəqiqə müddətində restorana qayıtmamışdır. O, restoranda tanımadığı şəxsdən aldığı mobil telefonla dəfələrlə Rüstəmə və özünün mobil nömrəsinə zəng etsə də sonuncu zənglərə cavab verməmişdir. O, başa düşmüşdür ki, Rüstəm onun mobil telefonunu ələ keçirmişdir. O da xx.xx.2024-cü il tarixdə sifariş verilən yeməyin 50 manat pulunu restorana ödəmiş və oradan birbaşa Nərimanov RPİ-nin 17-ci PŞ-yə gedərək şikayət ərizəsi vermiş və həmin gün Rüstəmə zəng edərək mobil telefonunu qaytarmasını xahiş etmişdir. Rüstəm də ona “mobil telefonunu qaytarmayacam, çünki sən mənim sevgimi rədd etmisən, məni saymamısan” ifadəsini işlətmişdir. O, səhərisi gün DİN-in “102'" Xidmətinə zəng edərək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Həmçinin, “iPhone 13 pro max” markalı mobil telefonu 2022-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Kontakt Home” mağazasından kreditlə 3900 manata aldığını, həmin mobil telefonu ***-***-**-** saylı GSM nömrəsi ilə istifadə etdiyini, mobil telefonu 2500 manat, GSM nömrəsini isə 4 manata qiymətləndirdiyini bildirmişdir. Daha sonra məhkəməyə notarial qaydada ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tələbə yoldaşlarının vasitəsilə tanımış, dəfələrlə birlikdə ayrı-ayrı yerlərdə oturub çay içib yemək yemişlər. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək onun zövqü yaxşı olduğu üçün özünə paltar almaqda köməklik etməyini xahiş etmiş və görüşmək istədiyini demişdir. O, Rüstəmlə razılaşdıqda onun yaşadığı evin yaxınlığında görüşmüşlər. Bundan sonra onlar yaxınlıqda olan «Türkel Lahmacun» adlı restorana gedərək orada yemək yemiş, daha sonra oradan qalxaraq həmin gün saat 23 radələrində Yasamal rayonu, A.Abbasov küçəsində yerləşən «Yasamal» parkına getmişlər. Rüstəm ona ortaq dostları olan Nicat və Zeynalın da parka gələcəyini, paltar almaq fikrindən daşındığını bildirmiş və onları gözləməyi təklif etmişdir. Onları gözləyərkən Rüstəm ona ayaq yoluna gedəcəyini bildirmiş və Nicata zəng etmək üçün ondan telefonunu istəmişdir. O da telefonun Rüstəmə vermiş və Rüstəm Nicat və Zeynalla konfrans yaradaraq danışmağa başlamış və danışa-danışa ondan uzaqlaşmışdır. O, 20-30 dəqiqə parkda gözləmiş, lakin Rüstəmin qayıtmağını görərək bir nəfər şəxsə Rüstəmin xarici görünüşünü təsvir edərək onun ayaq yolunda olub-olmadığına baxmasını xahiş etmiş, həmin şəxs də baxaraq orada ümumiyyətlə heç kimin olmadığını bildirmişdir. Bundan sonra o, yoldan keçən tanımadığı şəxsin mobil telefonu ilə özünün telefon nömrəsinə zəng etmiş, lakin zəng çatmamışdır. O, başa düşmüşdür ki, Rüstəm artıq onu aldadıb və telefonunu ələ keçirib. O, daha sonra atasına zəng edərək Nicata zəng etməsini və ondan gəlib onu parkdan götürməsini xahiş etməsini bildirmiş, Nicat da gəlib onu parkdan götürərək evə aparmışdır. O, evdə olarkən DİN-nin “102” Xidmətinə zəng edərək məlumat vermiş, daha sonra Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə gedərək ərizə yazmışdır. Ona ümümilikdə 905 manat məbləğində maddi ziyan dəymiş, mobil telefonu xx.xx.2024-cü il tarixdə Neftçilər metrostansiyasının yaxınlığındakı mağazadan 900 manata almışdır. Daha sonra ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2023-cü il tarixdən etibarən Nəsimi rayonu, Tbilisi prospekti, “Park 20 Shopping” Ticarət Mərkəzində yerləşən “TT Telecom” mağazasını icarə əsasında işlədir. Şahid3 mağazada onun işçisidir. Mağazada ancaq “iPhone” markalı mobil telefonların satışı həyata keçirilir. Eyni zamanda o, Təqsirləndirilən şəxs 2024-cü ilin fevral-mart ayında mağazaya gəlib-gedən şəxs kimi tanımış və sonradan münasibətləri yaranmışdır. 2024-cü ilin oktyabr ayının əvvəllərində Rüstəm ona zəng edərək problemini həll elmək üçün ondan 01 ədəd “iPhone 14 Pro Max” markalı mobil telefon istəmiş və demişdir ki, həmin telefonu sataraq problemini həll edəcəkdir. O da Rüstəmə maddi durumunun yaxşı olmadığını və kömək edə bilməyəcəyini demişdir. Həmin hadisədən təxminən 3-4 gün sonra 2024-cü ilin oktyabr ayında işçisi Murad ona zəng edərək icarə əsasında işlətdiyi “TT telekom” mağazasından tutumu 256 GB olan “iPhone 15 Pro” titanium markalı mobil telefonlardan birini tapa bilmədiyini bildirmiş və bu barədə ondan soruşmuşdur. O da Murada xəbərinin olmadığını, heç kimə həmin mobil telefonu satmadığını demişdir. Daha sonra o, oğurluq olan günü mağazaya gəlmiş 1-2 nəfər müştəriyə zəng edərək oğurlanmış mobil telefon barədə soruşmüş və heç bir müsbət nəticə əldə etməmişdir. Daha sonra o öyrənmişdir ki, həmin gün mağazaya Rüstəm də gəlmiş və 15-20 dəqiqə sonra çıxıb getmişdir. O, Rüstəmə “whatsapp”la mesaj yazaraq “mağazamdan götürdüyün telefonu gətir yerinə qoy” sözünü qəsdən yazmışdır ki, əgər Rüstəm təqsirkardırsa buna reaksiya versin. Rüstəm də əvvəllər telefon istədikdə kömək etmədiyinə görə hirslənib onun mağazasından 01 ədəd “iPhone 15 Pro” titanium markalı mobil telefonu oğurladığını, istəsəymiş bütün vitrindəki telefonları oğurlaya biləcəyini ona yazmışdır. O, sonra Rüstəmə zəng edərək telefonu qaytarmasını tələb etsə də, sonuncu onu söyərək və barəsində təhqiramiz ifadələr işlədərək telefonu qaytarmayacağını, həmin telefonu satdığını və əldə eldiyi pulla istirahət etdiyini demişdir. O da əsəbləşərək işçisi Muraddan Rüstəm barədə polisə şikayət etməsini tələb etmişdir. Oğurlanmış telefonun üzərində GSM nömrəsi olmamış, həmin mobil telefon yeni olmaqla hazırda adını unutduğu müştəridən 2000 manata aldığından ona dəymiş maddi ziyanı həmin məbləğdə qiymətləndirir. Daha sonra ona dəymiş ziyan ödənilməsə də, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X10 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun oğludur. 2024-cü ildə oğlu Memarlıq və İnşaat Universitetinin tələbəsi olduğu üçün Bakı şəhərində kirayədə qalmış, Təqsirləndirilən şəxs üzdən tanımış və bir necə dəfə Bərdə şəhərində görmüşdür. xx.xx.2024-cü il tarixdə Rüstəm Rəvandan zəng etmək üçün telefonunu istəmiş, o da özünə məxsus “iPhone 14 Pro Max” markalı mobil telefonunu Rüstəmə vermişdir. Rüstəm də mobil telefonu qulağına tutub «Azpetrol» YDM-in arxa tərəfinə keçmiş, oradan da çıxıb getmişdir. Rəvan Rüstəmin onu aldadaraq mobil telefonunu aldığını başa düşərək Orxanın telefonu ilə ona zəng edərək bu barədə məlumat vermiş və baş vermiş hadisə ilə əlaqədar DİN-nin 102 xidmətinə məlumat verməsini xahiş etmişdir. Hadisə nəticəsində oğlu Zərərçəkmiş şəxs2 «iPhone 14 Pro Max» markalı telefona görə 3200 manat, üzərindəki 051 *** ** ** GSM nömrəsinə dörə 10 manat olmaqla ümumilikdə 3210 manat məbləğində maddi ziyan dəymişdir. Hadisədən sonra Rüstəmin valideyni tərəfindən oğluna «iPhone 15 Pro Max» markalı mobil telefon alınıb verilsə də, sonradan telefonun krediti ödənmədiyindən 2024-cü ilin noyabr ayından həmin mobil telefon bloklanmışdır. Daha sonra oğluna dəymiş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bildirərək ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 14 radələrində tanışı Təqsirləndirilən şəxs ilə danışıb həmin gün axşam saatlarında görüşmək qərarına gəlmişlər. Həmin gün saat 21:30 radələrində Rüstəm və əvvəllər tanımadığı sonuncunun tanışı Hikmət İbrahimovla “İnşaatçılar” metrosunun yaxınlığındakı “Metro Lunch” adlı restorana gəlmiş və bir masada əyləşib pivə içmişlər. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində onlar üçü də restorandan duraraq taksi sifariş vermişlər. Taksi sifariş verən zaman Rüstəm demişdir ki, “iki ünvanı qeyd edək, o yaxınlıqda düşəcəkdir”. Bu baxımdan taksiyə onun yaşadığı evin ünvanını və “İnşaatçılar” metrosunun yaxınlığında yerləşən Azpetrol YDM-nin qarşısını sifariş vermişlər. Taksi gəldikdən sonra birlikdə ilkin olaraq Azpetrol YDM-nin yerləşdiyi ünvana getmişlər. Taksi dayandıqdan sonra Rüstəm avtomaşından düşmüş və telefonla danışıb gələcəyini demişdir. Sonra Rüstəm geri qayıdıb danışıq dəqiqəsinin bitdiyini deyib ondan mobil telefonunu danışıb sonradan qaytaracağı adı ilə verməsini istəmişdir. O da dəyəri 90 manat olan üzərində ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələri ilə istifadə etdiyi özünə məxsus 750 manat dəyərində 256 yaddaş tutumlu “Oppo Reno 10" markalı **********32559 və **********32542 İMEİ kodlu mobil telefonu Rüstəmə vermişdir. Rüstəm mobil telefonu almış və zəng edib qulağına tutaraq ondan uzaqlaşıb Azpetrol YDM-nin arxa tərəfində olan qaranlıq küçəyə doğru getmişdir. O, Rüstəmin arxası ilə getsə də tapa bilməmişdir. Sonra o, tanımadığı şəxsin mobil telefonu ilə özünün GSM nömrəsinə zəng vursa da, telefonun sönülü olmasını aşkar etmişdir. O, baş verən hadisə ilə bağlı DİN-in 102 Xidmətinə zəng edərək məlumat vermişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs6 ifadəsində, Rüstəm çıxıb gedəndən sonra Hikmətin də özünün mobil telefonu ilə Rüstəmə zənglər etdiyini, lakin sonuncunun cavab vermədiyini, 15-20 dəqiqə sonra da Hikmətin oradan çıxıb getdiyini, sonucunun ondan Rüstəmə telefonunu verməsi üçün heç bir xahiş etmədiyini və buna cəhd göstərmədiyini, istifadə etdiyinə görə mobil telefonuna görə 750 manat, üzərində olan GSM nömrəsinə görə 90 manat olmaqla ona ümumilikdə 840 manat maddi ziyan dəydiyini bildirmişdir. Daha sonra məhkəməyə notarial qaydada ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, iddasının və tələbinin olmadığını bildirmişdir. Məhkəməyədək istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər Bərdə şəhərində yaşadığı zaman Təqsirləndirilən şəxs də eyni qəsəbədə yaşadığı vaxtdan tanımış və sonuncu ilə yaxşı münasibəti olmuşdur. Daha sonra Bakı şəhərinə gəlib Binəqədi rayonu ərazisində yerləşən “Lake” oteldə ofisant kimi işləməyə başlamışdır. 08 dekabr 2023-cü il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır kəndi, "Cantəpə” yaşayış massivində əvvəllər tanımadığı sonradan adlarını öyrəndiyi Şahid2, Şahid1 və qara rəngli Honda markalı avtomobili idarə edən adını xatırlamadığı sürücünün yanında avtomobilin içərisində ona yumruqla xəsarət yetirmiş və guya anası barədə xoşagəlməz ifadələr işlətməsi ilə bağlı onu haqsız günahlandıraraq ona sifət nahiyəsindən yumruqla vurmuş, sonra əlini onun şalvarının sağ cibinə salıb oradan dəyəri 10 manat olan ***-***-**-** saylı GSM nömrəsi ilə istifadə etdiyi bir ədəd dəyəri 3500 manat olan "iPhone 14 Pro" markalı mobil telefonu götürmüşdür. Bundan sonra Rüstəm əlini onun şalvarının sol yan cibinə salaraq oradan 280 manat nağd pulunu da götürmüşdür. O, mobil telefonunu qaytarmasını istəsəyəndə Rüstəm bundan imtina etmiş və əlini arxaya apararaq “çox dirənmə, bıçaqla səni vuraram” ifadəsini işlətmişdir. Həmin zaman Rüstəmin yanında olan Ceyhun adlı tanışı mobil telefonu qaytarmağı Rüstəmdən tələb etmiş, əks təqdirdə Ülvi ilə birlikdə avtomobildən düşüb gedəcəklərini bildirmişdir. Rüstəm də cavabında onun işinə qarışmamağı Ceyhuna bildirmiş və Rüstəm ona “avtomobildən çıx, bayırda söhbət edək” ifadəsini işlətmişdir. O, bayıra çıxmış və Rüstəm də onun yanına gəlib “telefon sənə qayıtmayacaq, ağıllı ol” sözlərini işlətmişdir. Bundan sonra o, oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs1 ifadəsində, Rüstəmin yanında olan Ceyhun, Ülvi və avtomobilin sürücüsünün ona heç bir təzyiq göstərmədiklərini və hədə-qorxu gəlmədiklərini, xəsarət yetirmədiklərini və ondan heç bir əşya, mobil telefon və pul istəmədiklərini, həmin gün nə Rüstəmdə, nə də yanında olan şəxslərdə bıçaq görmədiyini, ona sifət və baş nahiyəsindən yumruqla vuranın, mobil telefon və pulunu cibindən çıxaranın Rüstəm olduğunu, Rüstəmin avtomobildə onu vurmağa davam etdikdə Ülvi və Ceyhunun bunun qarşısını alıb Rüstəmə irad bildirdiklərini, Rüstəmin onun mobil telefonunu DİN-in 102 Xidmətinə zəng edərək məlumat verə bilməməsi üçün əlindən alması barədə dediklərinin yalan olduğunu, Rüstəmin onu döyməsi ilə bağlı DİN-in 102 Xidmətinə zəng edəcəyi adı ilə hədələmədiyini, polisə şikayət etdikdən sonra Rüstəm onun mobil telefonunu özünə qaytarsa da, 280 manat pulunu hazırki vaxtadək qaytarmadığını, hadisədən 3 ay sonra pula ehtiyac yarandığı üçün “iPhone 14 Pro” markalı həmin mobil telefonu Bakı şəhəri, Nizami rayonu ərazisində tanımadığı şəxsə sosial şəbəkə vasitəsilə ilə 1800 manata satdığını, Təqsirləndirilən şəxs 5 ildir tanıdığını və sonuncunun onun üçün təhlükəli şəxs olmadığını, Rüstəmin hadisə günü əlini belinə atsa da və bel kəmərində bıçaq olsa da onu vuracağını düşünmədiyini, Rüstəmin ondan cinayət yolu ilə aldığı həm mobil telefonun, həm GSM nömrəsi və 280 manat pulun ona məxsus olduğunu, hətta Rüstəmdən geri aldıqdan sonra həmin mobil telefonu ***-***-**-** saylı GSM nömrəsi ilə istifadə etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tamamilə ödənildiyini və onunla barışdığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci il tarixdən 20 Yanvar dairəsində yerləşən telefon alqı-satqı mağazasında işləyir. Həmin mağaza səhər saat 09 radələrindən gecə saat 24 radələrindək açıq olur. Təqsirləndirilən şəxs ilə həmyerli olsa da sonuncu ilə Bakı şəhərində həmin telefon satışı mağazasında işlədiyi vaxtdan tanımış, həmin vaxtı Rüstəm mağazaya telefon təmir etdirməyə gəlmiş, həmyerli olduğuna görə sonralar da münasibəti davam etdirmişdir. 06 dekabr 2023-cü il tarixdə günorta vaxtı həmyerlisi və digər tanışı Ceyhun ona zəng edib “iPhone 14 Pro” markalı mobil telefon almaq istədiyini söyləmişdir. O da həmin telefondan onda olduğunu bildirmişdir. Ertəsi günü, yəni 07 dekabr 2023-eü ildə saat 13 radələrində Ceyhun Bakıya onun işlədiyi telefon mağazasına gəlmişdir. Az əvvəl isə Rüstəm də onun işlədiyi mağazaya gəlmişdir. Ceyhun istədiyi mobil telefonu ondan 1900 manata almış və mobil telefonun proqramlarının yenilənməsi üçün təxminən 4-5 saat mağazada gözləməli olmuşdur. Saat təxminən 20 radələrində 20 Yanvar dairəsində taksi fəliyyəti ilə məşğul olan tələbə yoldaşı Elşən də onların yanına gəlmişdir. Ceyhunun aldığı telefonun proqramının yenilənməsi başa çatmışdır. Həmin vaxtı Rüstəm ona bir gecə onun evində qalmağını xahiş etmiş, o, da razılaşmışdır. O, Elşəndən avtomaşını ilə onları yaşadığı ünvana düşürməsini xahiş etmiş, sonuncu da razılaşmışdır. Ceyhun da yolüstü düşəcəyini deyib, onlarla getmək istədiyini bildirmişdir. Bundan sonra onlar Elşənin taksi kimi idarə etdiyi “Honda-İnsurate” markalı avtomobilə minib Xırdalan şəhəri istiqamətində hərəkətə başlamışlar. Həmin vaxtı Rüstəm avtomaşında qabaq oturacaqda, o və Ceyhun isə arxa oturacaqda oturmuşdur. Yolda Rüstəm mobil telefonunda sonradan adının Onur olduğunu bildiyi oğlanla söyüşlə danışmışdır. O, Rüstəmdən nə baş verdiyini soruşmuş, Rüstəm də Onurun onların ümumi tanışlarının yanında onun anası haqqında xoşagəlməz sözlər dediyini söyləmiş və buna görə Masazıra Onurun işlədiyi otelə getdiyini bildirib, ondan və Ceyhundan birlikdə getməyi xahiş etmişdir. Onlar da Rüstəmə dalaşmamasını söyləmiş, həmin vaxt Ceyhun Rüstəmə üstündə bıçaq varsa verməsini təkidlə söyləmiş, sonuncu da üzərində bıçağı olmadığını bildirmişdir. Bir neçə dəqiqədən sonra onlar Onurun işlədiyi otelin qarşısına çatdıqda Rüstəm avtomaşından tək düşüb getmiş, onlar isə avtomaşının yanında qalmışlar. 2-3 dəqiqə keçmiş Rüstəmlə Onurun avtomaşına tərəf gəldiyini görmüş, avtomaşına çatan kimi Rüstəm qabaq oturacaqda, Onur isə arxa oturacaqda əyləşmişdir. Onlar avtomaşına minən kimi Rüstəm Elşəndən avtomaşını tez sürməyi xahiş etmiş, sonuncu da avtomaşını Ceyhunun bələdçiliyi ilə idarə etməyə başlamışdır. Az sonra Rüstəm heç kimin olmadığı yerdə qaranlıqda Elşənə avtomaşını saxlatmış və dizi üstə qabaq oturacaqda duraraq arxaya çevrilib Onurdan nə üçün onun anası barədə xoşagəlməz sözlər dediyini soruşmuş, Onur da bu söhbətin yeri olmadığını, başqa bir vaxtda və yerdə bunu danışmağı təklif etmişdir. X23 sözünə əhəmiyyət verməyib sonuncunu söyərək nə üçün belə bir söz danışdığını soruşub Onura əl ataraq onu sinəsindən itələmişdir. O, Rüstəmin Onuru yenidən vurmaq istədiyini görüb Ceyhunla birlikdə əlləri ilə qarşısını kəsib buna imkan verməmiş, Rüstəmi sakitləşdirib avtomaşından düşməsini tələb etmişlər. Rüstəm həmin zaman Onurdan mobil telefonunu verməsini tələb etmiş, sonuncu da məcburiyyət qarşısında mobil telefonu Rüstəmə vermişdir. O da Ceyhunla birlikdə mobil telefonu az sonra Rüstəmdən alıb Onura qaytarmışlar. Rüstəm də əsəbi halda avtomaşından yerə düşmüşdür. Bundan sonra Ceyhunla o, Onurdan həqiqətən Rüstəmin anası barədə söz deyib-demədiyini soruşmuş, Onur da belə bir söz demədiyini, Rüstəmin öz tanışlarının belə bir söz danışdıqlarını söyləmişdir. Bundan sonra Ceyhun Onurdan haraya gedəcəyini soruşmuş, Onur da yaxınlıqdakı “Neptun” supermarketin yanında qaldığını deyib həmin yerə gedəcəyini bildirmişdir. Bu zaman Rüstəm yenidən avtomaşına əyləşib Onuru yumruqla vurmaq istəmişdir. Lakin Ceyhunla o, yenə buna imkan verməmiş, Rüstəm Onuru söyməyə başlamışdır. Həmin vaxtı Ceyhun Elşəndən avtomaşını sürüb oradan uzaqlaşmağı xahiş etmiş, sonuncu da avtomaşını Xırdalan istiqamətində sürüb mərkəzi yola çıxanda Onurun mobil telefonuna iş yerindən zəng gəlmiş və çağırdıqlarına görə sonuncu onlardan onu otelə aparmağı xahiş etmişdir. Elşən də avtomaşını Onuru ilk götürdüyü otelin qarşısına sürmüş, Onur avtomaşından düşüb otelə tərəf getmişdir. Təxminən bir dəqiqədən sonra Rüstəm onlara Onurun mobil telefonunu əlindən almaq istədiyini deyib avtomaşından yerə düşmüşdür. O, Ceyhunla birlikdə Rüstəmə bunu edəcəyi halda bütün münasibətləri kəsib dostluq etməyəcəklərini söyləmişlər. Rüstəm buna əhəmiyyət verməyib Onurun ardınca gedib sonuncudan mobil telefonunu almış və geri qayıdıb avtomaşına minərək Elşəndən sürməsini tələb etmişdir. O, Elşənə avtomaşını sürməməsini tapşırıb. Rüstəmə Onurun mobil telefonunu dərhal qaytarmasını tələb etmiş və Onurun mobil telefonunu Rüstəmin əlindən alıb geri qaytarmaq üçün özü avtomaşından yerə düşmüş, lakin sonra Onurun onlara tərəf gəldiyini görüb həmin telefonu yenidən Rüstəmə qaytarıb, özü aldığı üçün özünün də geri qaytarmasını demişdir. Onun bu sözündən sonra Rüstəm avtomaşından düşüb kənarda olan Onura tərəf gedib qaranlıqda gözdən itmiş və 2-3 dəqiqədən sonra geri qayıdıb telefonu Onura qaytardığını söyləmişdir. Onlar buna inanmayıb Rüstəmdən and içməsini tələb etmiş, Rüstəm də ona “sən öl vermişəm” ifadəsini işlətmişdir. Bundan sonra onlar geri qayıtmaq üçün hərəkətə başlamış, 5-6 dəqiqə sonra Rüstəm “iPhone 14 Pro” markalı mobil telefonu cibindən çıxarıb Onura məxsus olmasını dedikdə sonuncu ilə mübahisə etməyə başlamış və həmin telefonu əlindən alıb Elşəndən geri qayıtmasını xahiş etmişdir. Onlar yenə həmin yerə qayıtsalar da Onuru orada tapa bilmədiklərinə görə 20 Yanvar dairəsinə gedib ayrılmışlar. O da Onura məxsus mobil telefonu geri qaytarmaq üçün özündə saxlamışdır. 2-3 gündən sonra Rüstəm ona zəng edib mobil telefonu Onurun valideynləırinə qaytarmaq lazım olduğunu söyləmiş və həmin telefonu yaşadığı yerin həyətində ondan almışdır. Bir neçə gün sonra Rüstəm onun işlədiyi mağazaya gəldiyi vaxt sonuncudan mobil telefonu Onura qaytardığını, sonuncunun da şikayətini geri götürdüyünü öyrənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ildən tanıyır. Bakı şəhərində bir neçə dəfə həmyerli kimi görüşüb söhbət etmişlər. 07 dekabr 2023-cü ildə Ülvidən 1900 manata mobil telefon almış və proqramlarının yenilənməsi üçün 4-5 saat mağazada gözləmişdir. Rüstəm də həmin zaman onların yanında olmuşdur. Saat 20 radələrində Ülvinin yanında əvvəllər gördüyü taksi sürücüsü Elşən də gəlmiş, mağazadan çıxanda Ülvi və Rüstəmin Elşənin taksi kimi idarə etdiyi “Honda-insurate” markalı avtomobilə mindiklərini görüb hansı istiqamətə getdiklərini soruşmuş, Xırdalan şəhəri istiqamətində gedəcəklərini öyrəndiyi üçün həmin yerdə yaşayan qohumunun evində gecələməsini deyib onu da götürmələrini istəmişdir. X26 adlı şəxsə zəng edərək telefonla söyüşlə danışmış, Rüstəm Onurun onun anasının haqqında xoşagəlməz söz danışdığını eşitdiyini, buna görə Onurun işlədiyi otelə getdiyini bildirmiş, ondan və Ülvidən birlikdə getməyi xahiş etmişdir. Onlar da razılaşıb Rüstəmə dalaşmamasını söyləmişlər. Bir neçə dəqiqədən sonra Onurun işlədiyi otelin qarşısına çatdıqda Rüstəm avtomaşından tək düşüb getmiş, onlar isə avtomaşında qalmışlar. 2-3 dəqiqə keçmiş Rüstəmlə Onur avtomaşına tərəf gəlib avtomaşına oturmuş, Rüstəm Elşəndən avtomaşını tez sürməyi xahiş etmiş və bir neçə dəqiqə sonra onun qohumlarının yaşadığı evin olduğu küçədən avtomobillə keçdiklərini görüb sürücüyə yolu göstərmiş, Rüstəm az sonra küçədə qaranlıq yerdə avtomaşını saxlatdırıb dizi üstə qabaq oturacaqdan arxaya çevrilib Onura anası barədə xoşagəlməz sözlər dediyini soruşaraq söyüş söyüb Onuru vurmaq istəmiş, o və Ülvi Rüstəmi sakitləşdirib avtomaşından düşməsini tələb etmişlər. Rüstəm həmin zaman Onurdan mobil telefonunu verməsini tələb etmiş, Onur da məcburiyyət qarşılığında mobil telefonu Rüstəmə vermişdir. O da Ülvi ilə birlikdə az sonra mobil telefonu Rüstəmdən alıb Onura qaytarmışlar. Rüstəm də əsəbi halda avtomaşından yerə düşdükdən sonra sonuncudan haraya gedəcəyini soruşmuş, Onur da yaxınlıqdakı “Neptun” supermarketin yanında qaldığını deyib həmin yerə gedəcəyini bildirmişdir. Bu zaman Rüstəm yenidən avtomaşına əyləşib Onuru yumruqla vurmaq istəmiş, lakin onlar buna imkan verməmişlər. Onuru avtomaşınla Xırdalan istiqamətində apardıqlarında mobil telefonuna iş yerindən zəng edib çağırdıqlarına görə Elşən avtomaşını Onuru götürdükləri otelin qarşısına sürmüş, Onur avtomaşından düşüb otelə tərəf getdikdən bir dəqiqə sonra Rüstəm onlara Onurun mobil telefonunu əlindən alacağını deyərək avtomaşından duşmuş, o və Ülvi bunu edəcəyi halda bütün münasibətlərini pozacaqlarını desələr də Rüstəm buna əhəmiyyət verməmişdir. Rüstəm az sonra geri qayıdaraq Onurun mobil telefonunu aldığını demiş, Ülvi ilə o, Elşənə avtomaşını sürməməsini tapşırmış, Ülvi mobil telefonu Rüstəmin əlindən alıb avtomaşından yerə düşərək Onura qaytarmaq istəmiş, lakin sonra Onurun onlara tərəf gəldiyini görüb Ülvi həmin telefonu yenidən Rüstəmə qaytarıb özünün geri qaytarmasını tələb etmişdir. Rüstəm avtomaşından düşüb kənarda olan Onura tərəf gedib 2-3 dəqiqədən sonra geri qayıdaraq telefonu Onura qaytardığını söyləmiş və hətta bunu etdiyinə dair onlara and içmişdir. 5-6 dəqiqə sonra Rüstəm Onura məxsus “iPhone 14 Pro” markalı mobil telefonu cibindən çıxardıqda yalan danışdığını görmüş, həmin vaxtı Ülvi mobil telefonu Rüstəmdən alaraq geri qayıtsalar da Onuru tapa bilməmiş, daha sonra Elşənin avtomaşını ilə 20 Yanvar dairəsinə gedib oradan ayrılmışlar. Ülvi də mobil telefonu geri qaytarmaq üçün özündə saxlamışdır. 3 gün sonra Rüstəmin Ülvidən mobil telefonu alaraq sahibinə qaytardığını öyrənmişdir. O, ibtidai istintaq zamanı ilkin ifadəsində Rüstəmə qarşı əsəbi olduğu üçün Rüstəmin hadisədən təxminən bir həftə sonra Onurun etdiyi şikayətə görə polisin onları axtardığını dediyini və həmin hadisədə iştirakçı olduqları üçün adlarını çəkməməkdən ötrü sonuncunun ondan 400 manat pul istədiyini, bundan sonra Rüstəmin ona dəfələrlə zəng edib bank kartına həmin 450 manatı göndərməyi istədiyindən bezərək 2024-cü ilin yanvar ayının ortalarında Gəncə şəhərində köhnə avtovağzalın yanında yerləşən “Milli ön” ödəmə terminalı ilə 350 manat sonuncunun dediyi xatırlamadığı Kapital Banka aid kart hesabına 350 manat və 70 manat olmaqla, cəmi 420 manat pul göndərdiyini, Ülvinin də Rüstəmə 150 manat pul göndərdiyini eşitdiyini bildirmişdir. Lakin əslində belə bir şey olmamış, Rüstəm onu hədələməmiş, o, Rüstəmin ehtiyacı olduğu üçün ona bir dost kimi hissə-hissə müəyyən məbləğdə pul göndərmişdir. Həmçinin, Rüstəmin Onurun 280 manat pulunu götürmədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun işlədiyi Nəsimi rayonu “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən “TT telekom” telefon mağazasına gəlib-getdiyi üçün oradan tanımışdır. 2024-cü ilin oktyabr ayında səhər mağazaya gəldikdə vitrində olan dəyəri 2000 manat olan “iPhone 15 Pro” titanium markalı mobil telefonlardan birinin yerində olmadığını görmüşdür. O, mağazanın sahibi Yusif adlı şəxsə bu barədə məlumat vermiş və mağazadan telefon götürüb-götürmədiyini soruşmuş, sonuncu da götürmədiyini bildirmişdir. Bundan sonra o, mağazaya gələn şəxslərlə əlaqə saxlayaraq və mesaj göndərərək bu barədə soruşmuşdur. Tanışı Təqsirləndirilən şəxs həmin mobil telefonu oğurladığını, istəsəymiş mağazadakı vitrində olan bütün mobil telefonları oğurlaya biləcəyini demişdir. O, Rüstəmdən mağazadan götürdüyü mobil telefonu qaytarmasını tələb etsə də, sonuncu telefonu qaytarmayacağını demişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 3-4 aydır tanıyır və sonuncu onun işlədiyi telefon mağazasına tez-tez gəlirmiş. 2024-cü ilin oktyabr ayında Rüstəm ona zəng edərək pula ehtiyacı olduğu üçün “iPhone 15 Pro” markalı mobil telefonunu təcili olaraq 1000 manata satmaq istədiyini bildirmişdir. O, Rüstəmlə razılaşmış, belə ki, həmin gün eyni markalı telefon istəyən müştərisi olmuşdur. Bu baxımdan o, Rüstəmə mobil telefonu 1000 manata ala biləcəyini demişdir. Rüstəm özü mağazaya gəlməsə də mobil telefonu tanımadığı taksi sürücüsü vasitəsilə ona çatdırmışdır. O, həmin gün “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən ödəmə terminalı vasitəsilə Rüstəmin kart hesabına 1000 manat pulu köçürmüş və həmin mobil telefonu 1000 manata başqa müştəriyə satmışdır. Rüstəmin ona satdığı telefonun oğurluq olmasını bilməmiş, Rüstəmi tanıdığı üçün mobil telefonu sonuncudan şəxsiyyət vəsiqəsiz almış, Rüstəmlə yaxın münasibətləri olduğu üçün bəzi hallarda mağazanı sonuncuya əmanət edib getmiş, Rüstəmdən aldığı mobil telefonun kreditdə olmasını və mobil şəbəkəsinin bağlı olmasını bilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (l cild, i.v.1); - “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur (l cild, i.v.47-48); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (l cild, i.v.56); - “Cinayət işinin icraata qəbul edilməsi, bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 178.2.2 və 180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi müstəntiq R.Bəhmənov tərəfindən icraata qəbul edilərək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ayrıca icraatda istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmiş, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3, 178.2.2 və 180.1-ci maddələrinə tövsif edilmiş və ibtidai istintaq bir icraatda ********* nömrəsi altında davam etdirilmişdir (l cild, i.v.70-71); - “Cinayət işinin başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Yasamal RPİ-də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (l cild, i.v.74); - “Cinayət işinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Təhmasib Yusifov tərəfindən Təqsirləndirilən şəxs barəsində ayrıca icraatda Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmiş, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 178.2.2 və 180.1-ci maddələrinə tövsif edilməklə cinayət işinin istintaqı ********* nömrəsi altında davam etdirilmişdir (l cild, i.v.102-104); - “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Yasamal rayon prokuroru baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 etibarlarından sui-istifadə edərək aldatma yolu ilə əmlaklarının Təqsirləndirilən şəxs tərəfindən təkrar olaraq ələ keçirilməsi faktı ilə əlaqədar Yasamal RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aidiyyəti üzrə Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir (l cild, i.v.107-109); - Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur (l cild, i.v.210); - “Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihamın elan olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (l cild, i.v.217-218); - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-918/2024 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş və məhkəmə iclas zalından dərhal buraxılmışdır (l cild, i.v.231-233); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (l cild, i.v.234); - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2, 177.2.3 və 180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Təhmasib Yusifov tərəfindən icraata qəbul edilərək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ayrıca icraatında istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrəsi altında davam etdirilmişdir (l cild, i.v.252-254); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Abşeron rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis mayoru X11 tərəfindən Zərərçəkmiş şəxs3 şikayəti əsasında toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (l cild, i.v.257); - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Rövşən Cavadov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ayrıca istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmiş və ibtidai istintaq ********* nömrəsi altında bir icraatda davam etdirilmişdir (ll cild, i.v.14-15); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsinin sabiq baş müstəntiqi polis mayoru X15 tərəfindən Zərərçəkmiş şəxs1 şikayəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (ll cild, i.v.17); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci madəsinə əsasən təqsirləndirilən şəxs (şəxslər) müəyyən olunanadək dayandırılmışdır (ll cild, i.v.49); - “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və istintaq davam etdirilmişdir (ll cild, i.v.54); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (ll cild, i.v.56-57); - “İttiham elan olunması üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (ll cild, i.v.58, 60); - “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Ağayev X13 RPİ-nin əməkdaşları tərəfindən tutularaq MSY-nə təhvil verilmişdir (ll cild, i.v.67); - “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ağayev X13 RPİ-nin əməkdaşları tərəfindən tutularaq MSY-nə təhvil verildiyinə görə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və istintaq davam etdirilmişdir (ll cild, i.v.64); - Abşeron Rayon Məhkəməsinin 4(012)-357/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir (ll cild, i.v.87-91); - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (ll cild, i.v.92-93); - “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (ll cild, i.v.108-109, 111-112); - “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Ağayev X13 RPİ-nin əməkdaşları tərəfindən tutularaq MSY-nə təhvil verilmişdir (ll cild, i.v.120); - “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ağayev X13 RPİ-nin əməkdaşları tərəfindən tutularaq MSY-nə təhvil verildiyinə görə sabiq baş müstəntiq Fuad Nəsirov tərəfindən cinayət işinin icraatı təzələnmişdir (ll cild, i.v.116-117); - “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (ll cild, i.v.121-122); - “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3cü maddəsinə əsasən dayandırılmışdır (ll cild, i.v.129-130, 132-133); - “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ağayev X13 RPİ-nin əməkdaşları tərəfindən tutularaq MSY-nə təhvil verildiyinə görə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və istintaq davam etdirilmişdir (ll cild, i.v.139-140); - “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Ağayev X13 RPİ-nin əməkdaşları tərəfindən tutularaq MSY-nə təhvil verilmişdir (ll cild, i.v.142); - “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli müstəntiq Rövşən Cavadov tərəfindən Azərbaycan Respublikası CM-nin 180.1 və 177.1-ci maddələrindən həmin Məcəllənin 180.1 və 177.2.2-ci maddələrinə tövsif edilmişdir (ll cild, i.v.147-157); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-nin 180.1 və 177.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (ll cild, i.v.160-161); - Abşeron Rayon Məhkəməsinin 4(012)-659/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir (ll cild, i.v.182-188); - “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsində saxlanılması haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmıdır (ll cild, i.v.189-191); - “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Rövşən Cavadov tərəfindən ərazi aidiyyəti üzrə Nəsimi RPİ-nə göndərilmişdir (ll cild, i.v.196-198); - “Cinayət işinin icraata qəbul edilməsi, digər cinayət işinə birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi E.Allahquliyev tərəfindən icraata qəbul edilərək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 180.1-ci maddələri ilə ayrıca icraatda istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmiş, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 180.1-ci maddələrinə tövsif edilmiş və ibtidai istintaq bir icraatda ********* nömrəsi altında davam etdirilmişdir (ll cild, i.v.211-216); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı İsmayıl İsmayılov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (ll cild, i.v.220); - “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X1 RPİ-nin İŞ-nin müstəntiqi İsmayıl İsmayılov tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (ll cild, i.v.242-243); - “Cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir (ll cild, i.v.263-264); - “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X9 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (lll cild, i.v.1); - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 465/2024 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs X4 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməmiş, sonuncu məhkəmə zalından dərhal buraxılmışdır (lll cild, i.v.15-20); - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs X9 barəsində «başqa yerə getməmək haqqınca iltizam» qətimkan tədbiri seçilmişdir (lll cild, i.v.21-22); - “Tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Ağayev X7 RPİ-nin İŞ-nin müstəntiqi İsmayıl İsmayılov tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur (lll cild, i.v.66-67); - “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (lll cild, i.v.77-78); - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nərimanov rayon prokuroru baş ədliyyə müşaviri Hidayət Nurəlibəyovun qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və onun saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad olunması və barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsinin təmin edilməsi tapşırılmışdır (lll cild, i.v.88-89); - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (lll cild, i.v.90-92); - “Cinayət işinin icraatının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır (lll cild, i.v.112); - “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir (lll cild, i.v.118); - “Cinayət əməlinin tövsif edilməsi cinayət işinə hissəvi xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, X4 əməlində Azərbaycan Respublikası CM-nin 179-cu maddəsinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət təqibinə hissəvi və X14 zərərçəkmiş şəxs kimi iştirakına xitam verilmişdir (lll cild, i.v.122-125); - “Cinayət işinin istintaq ərazi aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi İsmayıl İsmayılov tərəfindən ərazi aidiyyəti üzrə Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (lll cild, i.v.142-144); - “Qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (lll cild, i.v.146-151, 154-158); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 180.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyindən iş üzrə icraat təzələnmişdir (lll cild, i.v.163-167); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 180.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (lll cild, i.v.198- 199); - “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri nəzərə alınmışdır (lll cild, i.v.211- 216); - “Cinayət işinin bir icraatda birləşdirilməsi üçün istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 180.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi məqsədilə aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə göndərilmişdir (lll cild, i.v.221-227); - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Təhmasib Yusifovun icraatında Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 180.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrəsi altında davam etdirilmişdir (lll cild, i.v.233-235); - “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (lll cild, i.v.241); - “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs barəsində Nəsimi RPİ-də istintaq edilən ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilməklə istintaqın davam etdirilməsindən ötrü müstəntiq Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Təhmasib Yusifov tərəfindən ərazi aidiyyəti üzrə Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (lll cild, i.v.245-247); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 178.2.2 və 180.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan olunmuşdur (lll cild, i.v.249-251); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-24/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 19:00-dan hesablanmışdır (lV cild, i.v.1-7); - “İbtidai istintaq müddətinin uzadılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti Bakı şəhər prokurorluğu tərəfindən xx.xx.2025-ci il tarixədək uzadılmışdır (lV cild, i.v.82-83); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-206/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay müddətinə, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır (lV cild, i.v.98-106); - “Cinayət işi üzrə əməlin tövsif edilməsi və yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 178.2.2 və 180.1-ci maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3, 178.2.2 və 180.2.4-cü maddələrinə tövsif edilmişdir (lV cild, i.v.202-204); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 178.2.2 və 180.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (lV cild, i.v.206-208); - “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə törtədiyi cinayət əməli tam subuta yetirilsə də onunla müvafiq istintaq hərəkətləri keçirmək mümkün olmadığından ********* nömrəli cinayət işindən sonuncu barəsində həmin maddə ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmış və ********* nömrəli cinayət işindən zəruri sənədlərin kserosurətləri tərtib edilmiş siyahı üzrə çıxarılmaqla ayrılmış ********* saylı cinayət işinə əlavə olunmuş və həmin cinayət işi icraata qəbul edilərək istintaqı aparılmışdır (lV cild, i.v.249-253); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 “İphone 15 Pro” markalı mobil telefonunun oğurlandığı Nəsimi rayonu, Tbilisi prospekti 108 ünvanında yerləşən “Park 20” Ticarət Mərkəzindəki “TT telekom” adlı mağazaya baxış keçirilmiş, bununla bağlı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir (l cild, i.v.9-10); - “Təqdim edilən sənədin götürülməsi və baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən “İphone 15 Pro” markalı mobil telefonu “TT telekom” mağazasından oğurlanmasına dair WhatsApp ani mesajlaşma mübadilə sistemi vasitəlilə göndərdiyi etiraf mesaj mətni olan 01 ədəd fotogörüntüyə baxış keçirildikdə sonuncunun "zor eləmişəm, şükür elə vitrinini yığmamışam, polisə vermək istəyirsənsə ver, problem deyil, mən götürmüşəm" kimi Zərərçəkmiş şəxs7 mesaj göndərməsi müəyyən edilmişdir (l cild, i.v.28-29); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus «İphone 13 Pro Max» markalı mobil telefonun ələ keçirildiyi ünvan 5 ünvanda yerləşən restoranın qarşısına baxış keçirilmiş və bununla bağlı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir (l cild, i.v.86-87); - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 539-cu məhəllə ünvanında yerləşən «Azpetrol» X5 yaxınlığına baxış keçirilərkən sonuncu özünə məxsus “iPhone 14 pro Max" markalı **********92929 İMEİ kodlu mobil telefonun ələ keçirildiyi yeri əyani olaraq göstərmiş və bununla bağlı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir (l cild, i.v.121-124); - “Baxış haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 539-cu məhəllə ünvanında yerləşən «Azpetrol» X5 yaxınlığına baxış keçirilərkən sonuncu özünə məxsus «OPPO Reno 10» markalı mobil telefonun ələ keçirildiyi yeri əyani olaraq göstərmiş və bununla bağlı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir (l cild, i.v.145-149); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 iştirakı ilə «iPhone 12 Pro Max» markalı mobil telefonun ələ keçirildiyi ünvan 6 ünvanında yerləşən «Yasamal» parkına baxış keçirilmiş və bununla bağlı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir (l cild, i.v.165-168); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 iştirakı ilə ünvan 4 ünvanına baxış keçirilmiş və sonuncu «iPhone 14 pro» markalı mobil telefonun oğurlandığı yeri əyani olaraq göstərmişdir. Bununla bağlı çəkilmiş fotoşəkil protokola əlavə edilmişdir (l cild, i.v.266-268); - “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 iştirakı ilə Abşeron rayonu, Masazır kəndi, “Cantəpə” yaşayış massivinə baxış keçirilmiş və sonuncu «iPhone 14 Pro» markalı mobil telefonunun və 280 manat pulunun açıq talama yolu ilə ələ keçirildiyi yeri əyani olaraq göstərmişdir. Bununla bağlı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir (ll cild, i.v.28-31); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə “X19 C50-K-130 12th X21 İ5- 1235U” markalı kompyuterin oğurlandığı ünvan 2 ünvanında yerləşən S.Yolçuyev adına 207 nömrəli tam orta məktəbin inzibati binasının 1-ci mərtəsində yerləşən tədris (incəsənət) otağına baxış keçirilmiş və bununla bağlı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir (ll cild, i.v.227-228); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o, “X19 C50-K-130 12th X21 İ5- 1235U” markalı kompyuteri oğurladığı Nərimanov rayonu, A.Gəraybəyli küçəsi 11/15 ünvanında yerləşən S.Yolçuyev adına 207 nömrəli tam orta məktəbin tədris otağı, Zərərçəkmiş şəxs2 mobil telefonunu ələ keçirdiyi Yasamal rayonu H.B.Zərdabi prospekti 539-cu məhəllə ünvanında yerləşən «Azpetrol» X5 ərazisini, Zərərçəkmiş şəxs3 mobil telefonunu oğurladığı ünvan 14 ünvanda yerləşən binanı, Zərərçəkmiş şəxs4 mobil telefonunu ələ keçirdiyi ünvan 15 ünvanda yerləşən “Mado” restoranın qarşısını, Zərərçəkmiş şəxs5 mobil telefonunu ələ keçirdiyi Yasamal rayonu, Akim Abbasov küçəsi 5 ünvanında yerləşən parkı, Zərərçəkmiş şəxs6 mobil telefonunu ələ keçirdiyi Yasamal rayonu, H.B.Zərdabi prospekti 539-cu məhəllə ünvanında yerləşən «Azpetrol» X5 yaxınlığındakı küçəni, Zərərçəkmiş şəxs7 mobil telefonunu oğurladığı Nəsimi rayonu, Tbilisi prospekti 108 ünvanında yerləşən “Park 20” Ticarət Mərkəzindəki “TT telekom” adlı mağazanı, eləcə də cinayət yolu ilə ələ keçirdiyi mobil telefonları satdığı Nəsimi rayonu, Azadlıq prospekt 25, 27 ünvanını və “28 May” metrostansiyasının qarşısını əyani olaraq göstərmiş, mobil telefonu satdığı bəzi mağazaların artıq fəaliyyət göstərmədiyini bildirmişdir. Bununla bağlı çəkilmiş fotoşəkillər cinayət işinin materiallarına əlavə edilmişdir (lV cild, i.v.194-200); - xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Şahid2 arasında üzləşmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs1 üzləşmə zamanı Rüstəmin hadisə yerində avtomobilin içərisində onu döyüb mobil telefonu istədiyini, o da mobil telefonunu Rüstəmə verdiyini, lakin telefonun şifrəsini demədiyini, Ülvi və Ceyhunun mobil telefonu Rüstəmdən alaraq ona qaytardıqlarını, daha sonra Rüstəmin avtomobildən bayıra çıxaraq onu da bayıra çağırdığını, o da bayıra çıxdıqda Rüstəmin onu avtomobildən 100-150 metr uzaqlaşdırdığını, Ülvi və Ceyhunun həmin zaman avtomobildə qaldıqlarını, yolda Rüstəmin onun mobil telefonunu və 280 manat pulunu cibindən çıxardığını, Ceyhun və Ülvinin ona qarşı heç bir cinayət etmədiyini Şahid2 üzünə qarşı etiraf etmişdir (lV cild, i.v.142-146); - xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Şahid1 arasında üzləşmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs1 üzləşmə zamanı Rüstəmin hadisə yerində avtomobilin içərisində onu döyüb mobil telefonu istədiyini, o da mobil telefonunu Rüstəmə verdiyini, lakin telefonun şifrəsini demədiyini, Ülvi və Ceyhunun mobil telefonu Rüstəmdən alaraq ona qaytardıqlarını, daha sonra Rüstəmin avtomobildən bayıra çıxaraq onu da bayıra çağırdığını, o da bayıra çıxdıqda Rüstəmin onu avtomobildən 100-150 metr uzaqlaşdırdığını, Ülvi və Ceyhunun həmin zaman avtomobildə qaldıqlarını, yolda Rüstəmin onun mobil telefonunu və 280 manat pulunu cibindən çıxardığını, Ceyhun və Ülvinin ona qarşı heç bir cinayət etmədiyini Şahid1 üzünə qarşı etiraf etmişdir (lV cild, i.v.148-152); - xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti keçirilmiş, Şahid1 üzləşmə zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cii il tarixdə avtomobilin içərisində Zərərçəkmiş şəxs1 döyməsini və sonuncudan tələb edərək “iPhone" markalı mobil telefonu almasını, o və Ceyhunun həmin mobil telefonu Rüstəmdən alaraq Onura qaytarmasını, sonradan Rüstəmlə Onurun avtomobildən bayıra çıxdıqlarını və az sonra Rüstəmin Onurdan mobil telefonunu yenidən alaraq geri qayıtmasını Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. Təqsirləndirilən şəxs üzləşmə zamanı etiraf etmişdir ki, o, avtomobilin içərisində Zərərçəkmiş şəxs1 döyərək mobil telefonunu almış, lakin az sonra Şahid1 və Şahid2 həmin mobil telefonu ondan alaraq Zərərçəkmiş şəxs1 qaytarmış, sonuncunun mobil telefonunu avtomobildən bayırda çıxdıqdan sonra polisə şikayət etməməsi səbəbilə almışdır (lV cild, i.v.169-173); - xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti keçirilmiş, Şahid2 üzləşmə zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə avtomobilin içərisində Zərərçəkmiş şəxs1 döyməsini və sonuncudan tələb edərək “iPhone” markalı mobil telefonu almasını, o və Ülvinin həmin mobil telefonu Rüstəmdən alaraq Onura qaytarmasını, sonradan Rüstəmlə Onurun avtomobildən bayıra çıxdıqlarını və az sonra Rüstəmin Onurdan mobil telefonunu yenidən alaraq geri qayıtmasını Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. Eyni zamanda Şahid2 üzləşmə zamanı etiraf etmişdir ki, o, xx.xx.2023-cü il tarixdə avtomobilin içərisində Şahid1 Təqsirləndirilən şəxs bıçaq almasını görməmiş, eləcə də hadisədən sonra Rüstəmin bank kartına göndərdiyi 30 manat pul borc kimi olmuş, sonuncu onu əlbirliklə hədələməmiş və bu adla ondan pul istəməmiş, Rüstəmdən əsəbi olduğu üçün əvvəlki ifadəsində həmin xüsusatı düzgün deməmişdir (lV cild, i.v.174-178); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin Abşeron rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 2670 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 olunun bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın alın nahiyəsinin qançır, şişkinliyi, üst dodağın sıyrığı, alt dodağın selikli qişasının səthi əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl törənmişdilər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və ayrı-ayrılıqda hər biri sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni başqa şəxs (şəxslər) tərəfindən əllə və yumruqla vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər (ll cild, i.v.194-195); - xx.xx.2025-ci il tarixli şahidi dindirmə protokolundan görünür ki, məhkəmə-tibbi ekspert X2 ifadəsində göstərmişdir ki, o, 2022-ci il tarixdən Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin Abşeron rayon Şöbəsində məhkəmə-tibbi ekspert kimi işləyir. Zərərçəkmiş şəxs1 olunu xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin Təhqiqat Şöbəsində araşdırılan material üzrə təyin edilmiş qərar üzrə müayinə etmiş və sonuncuda başın alnı nahiyəsinin qançır, şişkinliyi, üst dodağın sıyrığı, alt dodağın selikli qişasının səthi əzilmiş yarası xəsarətləri aşkar edilmiş və xx.xx.2023-cü il tarixli 2670 saylı rəy tərtib edilmişdir. Rəyin nəticə hissəsində Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlərin müayinədən 1-2 gün əvvəl törənməsi qeyd edilsə də, yetirilmə müddətinin xx.xx.2023-cü il tarixə uyğun gəlməsi texniki səhv kimi göstərilmişdir. Bu baxımdan o, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətin yetirilmə müddətinin xx.xx.2023 və ya xx.xx.2023-cü il tarixə uyğun gəlməsi kimi əsas götürülməsini xahiş etmişdir (lV cild, i.v.26-27); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/3662 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2024-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1350 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Belə ki, 01 ədəd 2023-cü il buraxılışlı, “X22 C50-K-13O 12th X20 İ5- 1235U” markalı kompyuter 900 manat, 01 ədəd 2023-cü il buraxılışlı, 109 ölçülü “Xiaomi Mi A2 L43M7-EARU” markalı televizor 450 manat, cəmi 1350 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (lll cild, i.v.115-118); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/9185 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və orta istismar intensivliyi parametirlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: 01 ədəd Zərərçəkmiş şəxs6 məxsus işlənmiş və işlək vəziyyətdə “Oppo Reno 10” markalı mobil telefon - 350,00 manat; 01 ədəd Zərərçəkmiş şəxs5 məxsus işlənmiş və işlək vəziyyətdə “İphone 12 Pro max” markalı mobil telefon - 750,00 manat; 01 ədəd Zərərçəkmiş şəxs2 məxsus işlənmiş və işlək vəziyyətdə “İphone 14 Pro Max” markalı mobil telefon - 1500,00 manat. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (lll cild, i.v.237-240); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/510 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “İphine 15 Pro” markalı 256 GB yaddaşlı mobil telefonun orta istismar intensivliyi parametlərina uyğun olaraq 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1950,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (lV cild, i.v.76-79); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/1474 nömrəli rəyindən görünür ki, qərarda qeyd edilən “İphone 14 Pro” markalı 256 GB yaddaşlı mobil telefonun xx.xx.2023-cü il tarixə orta bazar qiyməti təxminən 2700,00 manat, xx.xx.2024-cü il tarixə isə təxminən 2400.00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (lV cild, i.v.84-87); - Zəmanət müqaviləsindən görünür ki, «İphone 12 pro max» markalı **********92213 İMEİ kodlu mobil telefon xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs5 satılmışdır (lV cild, i.v.54); - Zəmanət talonundan görünür ki, «İphone 14 pro» markalı **********58506 İMEİ kodlu mobil telefon xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 satılmışdır (ll cild, i.v.13); - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 124021 nömrəli Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturasından görünür ki, 207 nömrəli tam orta məktəbə verilmiş “X19 C50-K-13O 12th X20 İ5-1235U Processor 127-T/22” markalı kompyuterin 01 ədədinin qiyməti 1138,70 manatdır (ll cild, i.v.22); - “Sübutların qiymətləndirilməsi və cinayət işinin nəticəsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən “İphone 15 Pro” markalı mobil telefonu “TT telekom” mağazasından oğurlamasına dair Zərərçəkmiş şəxs7 “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəlilə göndərdiyi etiraf mesaj mətni maddi subut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 ələ keçirmiş “İphone 14 Pro” markalı mobil telefonun sahibinə qaytarılması nəzərə alınmışdır (lV cild, i.v.221-246); - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X9 tərəfindən 207 saylı orta məktəbə 1000 manat pul ödənmişdir (lll cild, i.v.99-100); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (lV cild, i.v.11); - Zərərçəkmiş şəxs1 tərəfindən Abşeron RPİ-yə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tamamilə ödənilmiş və onunla barışmışdır (ll cild, i.v.82); - Zərərçəkmiş şəxs4 tərəfindən notarial qaydada verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur; - Zərərçəkmiş şəxs6 tərəfindən notarial qaydada verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur; - Diplomların və Fəxri Fərmanların surətindən görünür ki, Təqsirləndirilən şəxs idman üzrə yüksək nəaliyyətləri olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi bu əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, 177.2.2-ci maddəsi bu əməlin təkrar törədilməsinə, 177.2.3-cü maddəsi isə bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə, həmin Məcəllənin 178.2.2-ci maddəsi bu əməlin təkrar törədilməsinə görə məsuliyyət yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi soyğunçuluq, yəni özgənin əmlakını açıq talamaya, həmin Məcəllənin 180.2.4-cü maddəsi bu əməlin insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə daha sərt cəzanın təyin edilməsini nəzərdə tutan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi tətbiq olunur. Beləliklə, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, yəni Zərərçəkmiş şəxs1 cibindən pulunu götürməməsi, Zərərçəkmiş şəxs4 telefonunu götürüb getməməsi, telefonu sonuncunun gözü qarşısında sındırması, Zərərçəkmiş şəxs5 telefonu özünün könüllü olaraq ona kömək etmək məqsədilə satması üçün verməsi, Zərərçəkmiş şəxs6 məxsus telefonu ələ keçirmək niyyətinin olmaması, bir neçə şəxs tərəfindən döyülərək həmin telefonun onun əlindən alınması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi işin həqiqi halları ilə uyğunluq təşkil etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 178.2.2 və 180.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini qismən etiraf etməsini, ilk dəfə cinayət törətməsini, vurulmuş zərərin bir qismini ödəməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və zərərçəkmiş hüquqi şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə barışıq əldə etməsini və sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalı, həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixində tutulduğu 01 (bir) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, cəmi 09 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 09 yanvar 2025-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən “iPhone 15 Pro” markalı mobil telefonu “TT telekom” mağazasından oğurlamasına dair Zərərçəkmiş şəxs7 “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəlilə göndərdiyi etiraf mesaj mətni cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 ələ keçirmiş “iPhone 14 Pro” markalı mobil telefonun sahibinə qaytarılması nəzərə alınmalı və cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – ümumilikdə 200 (iki yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 saata görə 550 (beş yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Fides» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 178.2.2 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və həmin Məcəllənin 180.2.4-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixində tutulduğu 01 (bir) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, cəmi 09 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən “iPhone 15 Pro” markalı mobil telefonu “TT telekom” mağazasından oğurlamasına dair Zərərçəkmiş şəxs7 “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəlilə göndərdiyi etiraf mesaj mətni cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “iPhone 14 Pro” markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 200,00 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 saata görə 550 (beş yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Fides” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-449/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-449/2025
25.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver