Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-45/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə Şöbəsinin prokuroru X17, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, qəsdən və tamah niyyəti ilə, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə 2019-cu ilin yanvar ayının əvvəllərində Şahid1 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup təşkil edərək Şahid6 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X15 Xidmətinə işə düzəltməyə kömək etmək üçün onlara müraciət etmiş Salyan rayonu, Dayıkənd kənd sakini Şahid5 aldadıb ona bu işdə kömək edəcəyini yalandan vəd verərək xx xxxxxx 2019cu il tarixdə saat 10 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən FHN-nin X15 Xidmətinin inzibatı binasının qarşısında Təqsirləndirilən şəxs tərəfindən şəxsiyyəti istintaqa “Tofiq” kimi məlum olan şəxs vasitəsi ilə Şahid5 alınmış Şahid6 atası, zərərçəkmiş Zərərçəkmiş şəxs Xanı oğluna məxsus 2000 manat pulu, xx xxxxxx 2019-cu il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş və şəxsiyyəti istintaqa məlum olmayan şəxs vasitəsi ilə Şahid5 alınmış zərərçəkmiş Zərərçəkmiş şəxs Xanı oğluna məxsus 282 manat pulu, xx xxxxxx 2019-cu il tarixdə saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən metronun “Sahil” stansiyasının yaxınlığında Təqsirləndirilən şəxs tərəfindən Şahid5 alınmış zərərçəkmiş Zərərçəkmiş şəxs Xanı oğluna məxsus 1000 manat pulu, xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən “Bravo” marketin qarşısında Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş və şəxsiyyəti istintaqa məlum olmayan şəxs vasitəsi ilə Şahid5 alınmış zərərçəkmiş Zərərçəkmiş şəxs Xanı oğluna məxsus 3500 manat pulu, xx xxxxxx 2019-cu il tarixdə saat 17 radələrində Salyan rayonu, Dayıkənd kəndində Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş və şəxsiyyəti istintaqa məlum olmayan şəxs vasitəsi ilə Şahid5 alınmış zərərçəkmiş Zərərçəkmiş şəxs Xanı oğluna məxsus 2000 manat pulu, xx xxxxxx 2019-cu il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi adlanan ərazidə Təqsirləndirilən şəxs tərəfindən Şahid5 alınmış zərərçəkmiş Zərərçəkmiş şəxs Xanı oğluna məxsus 1500 manat pulu, xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində Salyan rayonu, Dayıkənd kəndində Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş və şəxsiyyəti istintaqa məlum olmayan şəxs vasitəsi ilə Şahid5 alınmış zərərçəkmiş Zərərçəkmiş şəxs Xanı oğluna məxsus 300 manat pulu, xx xxxxxx 2019-cu il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs tərəfindən istənilmiş və şəxsiyyəti istintaqa məlum olmayan şəxs vasitəsi ilə Şahid5 alınmış zərərçəkmiş Zərərçəkmiş şəxs Xanı oğluna məxsus 700 manat pulu, xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi adlanan ərazidə zərərçəkmiş Zərərçəkmiş şəxs Xanı oğluna məxsus 300 manat pulu, vahid niyyətlə ümumilikdə 11582 (on bir min beş yüz səksən iki) manat pulu ələ keçirib Zərərçəkmiş şəxs Xanı oğluna xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ilin sonu 2019-cu ilin əvvəllərində anası onkoloji xəstə olduğu üçün Şahid1 ona kömək edəcəyini bildirmişdir. Təxminən üstündən bir müddət keçmiş sonuncu ona zəng edib DTX-nın müvafiq şöbəsində işə düzəldiyini bildirmişdir. Bu zaman ona “gedib Tofiq adlı adamla görüşəcəksən, sənə sənədlər verəcək və həmin sənədləri verəcəksən Xətai rayonunda yerləşən FHN-nin dəftərxanasına” demişdir. Həmin ərazidə Tofiq adlı şəxsin ona 2000 manat pul verəcəyini əlavə etmişdir. Həmin 2000 manatdan onun anasının xəstəliyinin dərmanları üçün 700 manatı da ona kömək məqsədilə verəcəyini vəd etmişdir. Bundan sonra o, Şahid1lə birlikdə Xətai rayonuna getsə də, sonuncu kənarda dayanmış və o, gedib Tofiq adlı şəxslə görüşmüşdür. Həmin vaxt Tofiq adlı şəxsin yanında sonradan adını Vüqar və Şamxal kimi bildiyi şəxslər olmuşdur. Bundan sonra onların sənədlərini almış və ərizəni Şamxal adlı şəxslə birlikdə gedib dəftərxanaya vermiş, lakin dəftərxana işçilləri düzgün ünvana gəlmədiklərini bildirmişdir. Şahid1 zəng etdikdə sonuncu həmin işçilərin tanımadıqları üçün sənədi götürmədiyini bildirmişdir. Daha sonra Şahid1 göstərişi ilə Tofıq adlı şəxsdən 1000 manat pulu götürmüşdür. Bundan sonra Şahid1 həmin pulu “Ayna Sultanova” heykəlinin yanında vermişdir. Şahid1 həmin pul vəsaitindən 400 manat pulu anasının müalicəsi üçün ona vermiş və Şamxal adlı şəxsə aid sənədlərin surətlərini çıxarıb, əsillərini ona qaytararaq sonuncuya qaytarmasını bildirmiş, o da öz növbəsində Şamxal adlı şəxsə həmin sənədlərin əsillərini qaytarmışdır. Üstündən bir müddət keçdikdən sonra konkret olaraq vaxtın bilməsə də, Şahid1 ona artıq həmin şəxsi FHN-də Elşən adlı dostunun vasitəsilə yanğınsöndürmə işinə daxil olması üçün razılığını aldığını bildirərək, onun yenidən Tofiq adlı şəxslə görüşüb 6000 manat pul vəsaitinin alacağını bildirmiş və həmin vəsaitdən ona anasının dərmanları üçün imkan daxilində maddi yardım edəcəyəini vəd etmişdir. Bundan sonra o, Tofiq adlı şəxslə görüşmüş və həmin şəxs onun Vüqar adlı şəxslə əlaqə yaratmasına şərait yaratmışdır. Bundan sonra o, Vüqar adlı şəxslə danışmış və 3500 manat pulu həmin şəxsdən alınması üçün Bakı şəhəri, Xətai rayonununda yerləşən “Bravo” marketin yanına adam göndərib ona pulu verməsini demişdir. O, Vüqar adlı şəxslə danışsa da, taksi sürücüsünü Şahid1 həmin ünvana göndərmişdir. Daha sonra taksi sürücüsünə pul verilmiş və 3500 manat pulu Şahid1 qəbul etmişdir. Lakin, həmin pul vəsaitindən Şahid1 ona heç bir məbləğdə pul verməmişdir. Bundan sonra ona Şahid1 zəng edərək Vüqar və Şamxal adlı şəxsləri Bakı şəhəri, Binəqədi rayonunda olan “Ağ otel”ə gətirməsini və qalan pulları da ona orada verməsini bildirmişdir. Bundan sonra o, Vüqar və Şamxal adlı şəxslərlə “20 yanvar” adlanan ərazidə görüşmüşdür və onları həmin qeyd olunan “Ağ otel”ə aparmışdır. Həmin ünvana çatarkən Şahid1 onların üzərində pul olmadığını öyrənmiş və onlarla görüşməkdən imtina etmişdir. Daha sonra sonuncu Elşən adlı şəxsin onlarla görüşmək istəməməsini Şamxal və Vüqar adlı şəxsə deməsini tələb etmişdir. Hansı ki, Elşən adlı şəxs FHN-nin kadr rəisi olmuşdur və general rütbəsi daşımışdır. Şahid1 yalandan olaraq Elşən adlı şəxslə tanışlığını Vüqar və Şamxal adlı şəxslərə onun vasitəsilə çatdırmışdır. Ancaq bütün olanların nəticəsində ona Şahid1 qurduğu planın qurbanı olması məlum olmuşdur. Daha sonra isə 2019-cu ilin yanvar ayının ortalarında Vüqar adlı şəxsdən tanışı Şamxal adlı şəxsin işə düzəlməsi adı ilə Şahid1 çatacaq 700 manat pulu almışdır. Ümumilikdə Şahid1 qurduğu plan əsasında sonuncuya vermək şərti ilə 7200 manat pulu Şamxal adlı şəxsi işə düzəltmək adı altında alıb Şahid1 vermişdir. Şahid1 həmin pul vəsaitindən ona anasının müalicəsi üçün 600 manat pul vermişdir. İfadəsinin sonunda Şahid1 tərəfindən qurulmuş planın qurbanı olmasını, onun dələduzluq niyyəti ilə pul vəsaiti ələ keçirmək niyyətinin olmamasını bildirərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Xanı oğlu verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Şamxal və Süleyman adlı oğlanları onunla birlikdə yaşayır və Şamxal adlı oğlu onun övladlarının ən kiçiyidir. Şahid6 2018-ci ilin əvvəllərində hərbi xidmətini başa vurduqdan sonra kəndə qayıtmış, lakin kənddə münasib bir iş tapa bilmədiyindən işsiz qalmışdır. O, valideyn kimi onun işsiz qalmasından narahatlıq hissi keçirmişdir. Ona görə də, Şahid6 üçün münasib bir iş axtarmışdır. Dəqiq tarixi xatırlamasa da, təxminən 2018-ci ilin dekabr ayının sonlarında o, həmkəndlisi və qohumu, Şahid5 ailəsinə qonaq getmişdir. O, sonuncu ilə bir qohum kimi həmişə yaxın münasibətdə olmuşdur və aralarında heç vaxt narazılıq, ədavət olmamışdır. Qonaq olarkən söhbət əsnasında o, Şahid6 işsiz olduğunu, ona münasib bir iş tapa bilmədiyini bildirib, Şahid5 hər hansı bir tanışı olarsa işə düzəlmə məsələsində köməklik göstərməsini xahiş etmişdir. Həm də Şahid5 eşitdiyi məlumata əsasən X15 İdarəsinin Salyan rayon şöbəsində boş yer olduğunu demişdir. Şahid5 ilk öncə belə işlərlə məşğul olan şəxs olmadığını ona demişdir. Ancaq Şahid5 Bakı şəhərində yaşayan bir tanışı olmuşdur və həmin tanışına zəng edib ondan bu məsələdə nə kimi köməklik edə biləcəyini soruşmuşdur. Bundan sonra Şahid5 onun yanında sonradan adını öyrəndiyi Tofiq adlı bir şəxsə zəng vurub bir qohumu olduğunu və FHN-nin X15 İdarəsinin Salyan rayon şöbəsinə işə düzəltmək istədiyini demiş və bu məsələdə nə kimi köməklik edə biləcəyini soruşmuşdur. Həmin şəxs Şahid5 maraqlanıb sonradan ona məlumat verəcəyini demişdir. Bu söhbətdən bir müddət sonra, təxminən 2019-cu ilin yanvar ayının əvvəllərində Şahid5 ona “deyəsən Şamxalın işə düzəlmə məsələsi həll olunacaq” demişdir. 2019-cu ilin yanvar ayının əvvəllərində Şahid5 oğlu Şamxal Hüseynovla birlikdə Bakı şəhərinə getmişdir. Şamxal Hüseynov özü ilə bərabər işə düzəlməklə əlaqədar şəxsiyyət vəsiqəsini, hərbi biletini və sair sənədlərini də götürmüşdür. Onlar orada olarkən Şahid5 zəng vurub oğlunun işə düzəlməsi ilə bağlı 8000 manat pul istənildiyini və əvvəldən 2000 manat “beh” verilməli olduğunu demişdir. O, Şahid5 həmin məbləğə Şahid6 işə düzəlməsinə razı olduğunu bildirmiş və üzərində pul olarsa, 2000 manatın Şahid5 tərəfindən onlara verilməsini, kəndə gələndə isə 8000 manat pulu ona verəcəyini bildirmişdir. Bundan sonra Şahid5 və oğlu Şahid6 həmin gün kəndə qayıtdıqdan sonra o, oğlundan hara getdiklərini, kiminlə görüşdüklərini soruşduqda, oğlu Şahid5la Bakı şəhəri, Xətai metrosunun yanında kiminləsə görüşdüklərini və orada Şamxalın işə düzəlmə məsələsini müzakirə etdiklərini bildirmişdir. Orada onların kiminlə görüşmələrini, aralarında nə kimi söhbət olmasını dəqiq detalları ilə bilməmişdir. Bundan sonra o, evdən 8000 manat pul götürüb Şahid5 yaşadığı evə gəlmiş və evdə sonuncunun tək olduğunu görmüşdür. Onunla görüşüb hal-əhval tutduqdan sonra o, Şahid5 8000 manat pul vermişdir. Sonuncu Şahid6 işə düzəlməsi ilə bağlı məsələni həll etməsi üçün həmin pulu Süleyman adlı şəxsə çatdıracağını bildirmişdir. O, həmin pulun necə, hansı qaydada sərf olunacağını bilməmişdir və bu barədə də heç bir məlumatı olmamışdır. Bundan sonra Şahid5la Şahid6 birlikdə bir neçə dəfə Bakı şəhərinə gedib gəlmişdirlər. Həmin vaxtlarda diqqəti daha çox öz şəxsi işlərinə qarışdığından onların Bakı şəhərində hara getmələrini, kiminlə görüşmələrini bilməmişdir. Şamxalın işə düzəlməsi ilə bağlı o, Şahid5 8000 manat pul verdikdən təxminən 10-15 gün sonra sonuncu Bakıdan ona zəng vurub Şahid6 işə düzəldən şəxslərin əlavə 3000 manat pul istədiklərini də ona bildirmişdir. O da artıq işin razılaşma mərhələsində olmasını düşündüyündən razılaşmış və həmin şəxslərə razılığını verməsini, kəndə qayıtdıqda Şahid5 həmin pul vəsaitinin veriləcəyini bildirmişdir. Daha sonra evin qarşısında o, Şahid5 3000 manat əlavə pul vermişdir. Pulu o, sonuncuya verərkən həmin vaxt yanında başqa şəxs olmamışdır. Bundan sonra Şahid6la Şahid5 bir neçə dəfə də ayrı-ayrı vaxtlarda Bakı şəhərinə getsələr də, oğlunun işə düzəlmə məsələsi həll olunmamışdır. Sonradan Süleyman və Emin adlı şəxslərin etibardan sui istifadə edərək onları aldatdıqları məlum olmuşdur. Tam olaraq aldandıqlarını başa düşdükdən sonra pulu onlara Şahid5 verdiyindən sonuncu onlardan Bakı şəhərində müvafiq dövlət orqanına şikayət etmişdir. Ona vurulmuş cəmi 11.582 manat məbləğində ziyandan 1.300 manat qaytarıldığından, Nəsimi rayon məhkəməsinə 10.282 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutulub ona ödənilməsi ilə bağlı iddia ərizəsi ilə müraciət etmişdir. Hazırda ona dəymiş zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs Xanı oğlu onun uzun müddətdir tanıdığı tanışı və qohumudur. Təqsirləndirilən şəxslə heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 2018-ci ilin dekabr ayının təxminən 25-26-da qohumu Zərərçəkmiş şəxs tanıdığı şəxs olaraq onun yaşadığı Salyan rayonu, Sarvan kəndindəki evində qonaq olarkən oğlu Şahid6 işsiz olduğunu, onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X15 İdarəsinin Salyan rayon şöbəsinə işə düzəltmək istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs tanış bir nəfər şəxs olduğunu və ondan maraqlanıb məlumat verəcəyini bildirmişdir. Həmin gün Zərərçəkmiş şəxs yanında istifadəsində olan ***-***-**-** nömrəsindən Tofiq adlı tanışına məxsus ***-***-**-** nömrəsinə zəng edib, qohumunun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X15 İdarəsinin Salyan rayon şöbəsinə işə düzəlmək istədiyini deyib, bu işdə hər hansı bir köməklik edə biləcəyini soruşmuşdur. Tofiq adlı şəxs maraqlanıb yaxın vaxtlarda ona bir cavab deyəcəyini bildirmişdir. Təxminən 2019-cu ilin yanvar ayının 4-ü və ya 5-i tarixlərində Tofiq adlı tanışı ona zəng edib bir nəfər tanışı olduğunu, həmin şəxsin qohumu Zərərçəkmiş şəxs oğlunu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X15 İdarəsinin Salyan rayon şöbəsinə işə düzəldə biləcəyini deyib, onu Bakı şəhərinə Süleyman adlı şəxslə görüşməkdən ötrü dəvət etmişdir. 2019-cu ilin təxminən yanvar ayının 11-i tarixində Zərərçəkmiş şəxs oğlu Şahid6la birlikdə Bakı şəhərinə gəlib, saat 10- 11 radələrində Bakı metropolitenin «Xətai» stansiyası yaxınlığında, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X15 Baş İdarəsinin inzibati binasının yanında Tofiq adlı şəxslə görüşmüşdür. Həmin şəxs işi düzəldəcək şəxsin adının Süleyman olduğunu və onun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X15 Baş İdarəsində olduğunu, yaxın vaxtlarda oradan çıxıb onlarla görüşəcəyini bildirmişdir. Təxminən 30-40 dəqiqə gözlədikdən sonra saat 12 radələrində bir nəfər 40-43 yaşlarında, orta boylu, orta bədən quruluşlu, sıx saçı olan, bığsız, mülki geyimdə, əlində çantası olan bir nəfər şəxs onlara yaxınlaşmışdır. Tofiq həmin şəxsi Süleyman kimi təqdim etdikdən sonradan ad və soyadını bildiyi Təqsirləndirilən şəxs ona və Şahid6 cibindən çıxartdığı qırmızı üzlüyü olan açılıb-qatlanan vəsiqəni təqdim etmişdir. Vəsiqəni oxuduqda görmüşdür ki, orada «X12 İdarəsinin əməkdaşı» sözləri yazılıb və Təqsirləndirilən şəxs şəkli sol tərəfdə aşağı küncdə yapışdırılmışdır. Həmin sözlərin altında möhür və imza olmuşdur. Tofiq adlı şəxs Təqsirləndirilən şəxs onu və Şahid6 təqdim etdikdən sonra sonuncunu göstərib onun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X15 İdarəsinin Salyan rayon şöbəsinə işə düzəlmək istədiyini demişdir. Təqsirləndirilən şəxs da Şahid6 kiməsə təqdim etmək üçün onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X15 Baş İdarəsinin inzibati binasına keçməyə dəvət etmişdir. Bundan sonra Şahid6la Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X15 Baş İdarəsinin inzibati binasına daxil olmuşlar, özü isə Tofiq adlı şəxslə həyətdə onları gözləmişlər. Təxminən 10-15 dəqiqədən sonra Şahid6la Təqsirləndirilən şəxs geri qayıtmışlar. Şahid6 kiminlə görüşdüklərini soruşduqda sonuncu ona demişdir ki, o, binada dəhlizdə Təqsirləndirilən şəxs gözləmişdir. Daha sonra sonuncu ondan aralanıb naməlum istiqamətdə getmiş, az sonra geri qayıtmışdır. Təqsirləndirilən şəxs Şahid6 kiminlə görüşdürdüyünü soruşduqda Təqsirləndirilən şəxs dəhlizdə müşahidə kamerasının olduğunu, həmin kamera vasitəsi ilə işi düzəldən şəxsin Şahid6 fiziki görünüşünə baxıb bəyəndiyini və onun işə götürülməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs dəqiq kamera vasitəsi ilə kimin baxdığını, həmin şəxsin vəzifəsi, rütbəsi barədə heç bir söz deməmişdir. Daha sonra sonuncu Şahid6 işə düzəltmək üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X15 Baş İdarəsinə 8.000 manat pul çatmalı olduğunu və həmin gün beh kimi 2.000 manat pul verməli olduqlarını bildirmiş, lakin pulun kimə çatacağını deməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs iki aya işin həll olunacağını bildirmişdir. Həmin vaxtı nə onun, nə də ki, Şahid6 üzərində pul olmadığını Təqsirləndirilən şəxs dedikdə, Tofiq adlı şəxs «əgər mən sənin əvəzinə 2000 manat pulu Süleymana versəm sən həmin pulu sabah mənə çatdıra bilərsənmi ?» deyib ondan soruşmuş, o isə Tofiq adlı şəxsə həmin pulu çatdıra biləcəyini demişdir. Bundan sonra Tofiq adlı şəxs onun və Şahid6 yanında cibindən 2.000 manat çıxarıb Təqsirləndirilən şəxs vermək istədikdə sonuncu ətrafda şəxslər olduğu üçün Tofiq adlı şəxsi kənara dəvət etmişdir. Təxminən onlardan 4-5 metr aralıda Tofıq adlı şəxsin verdiyi dəqiq görə bilmədiyi əskinaslarla Təqsirləndirilən şəxs pulu götürmüşdür. Sonra onların yanına yaxınlaşıb sonuncu Şahid6 sürətlərini çıxarıb notarial qaydada təsdiq etdirməkdən ötrü şəxsiyyət vəsiqəsini, hərbi bileti və orta məktəbi bitirməsini təsdiq edən atestatı alıb həmin gün saat 15 radələrində «Xətai» metrostansiyasının yaxınlığında olacağını və orada görüşüb sənədləri Şahid6 qaytaracağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlardan aralanıb çıxıb getmiş, o isə Şamxal və Tofiq adlı şəxslərlə «Xətai» metrostansiyasının yaxınlığında saat 15 radələrinədək gözləmişlər. Təxminən saat 15 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi iki qapılı, zərri yaşıl rəngli «Chevrolet» markalı, əvvəlini xatırlamadığı, sonu «072» ilə qurtaran dövlət qeydiyyat nişanlı avtomobillə onların yanına gəlmişdir. Həmin vaxtı Süleymanın idarə etdiyi avtomobildə bir nəfər 30-35 yaşlarında idman bədən quruluşlu şəxs sərnişin qismində sağ qabaq oturacaqda əyləşmişdir. Təqsirləndirilən şəxs avtomobildən düşmədən Şahid6 aldığı sənədləri Tofiq adlı şəxsə təqdim edib, «gedin, uşağın telefon nömrəsini götürmüşəm, uşağın özünə zəng olunacaq» deyib çıxıb getmişdir. Bundan sonra Tofiq adlı şəxslə aralaşıb, Şahid6la birlikdə Salyan rayonuna qayıtmışdır. xx xxxxxx 2019-cu ildə idarə etdiyi avtomobillə Salyan rayonundan Bakı şəhərinə sərnişin gətirmişdir. Həmin gün «Elmlər Akademiyası» metrostansiyasının yaxınlığında Tofiq adlı şəxslə görüşüb ona Zərərçəkmiş şəxs Salyan rayonunda aldığı 8.000 manatdan 2.000 manatı Tofiq adlı şəxsə vermişdir və həmin vaxtı ətraflarında kənar şəxs olmamışdır. Tofiq adlı şəxslə ayrıldıqdan sonra təxminən saat 11 radələrində Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ona zəng edib əvvəlcə onun zəng etdiyi nömrəni heç kimə verməməsini, əgər nömrəni kiməsə desə, onda Şahid6 işinin həll olunmayacağını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Şahid6 işi ilə bağlı Abşeron rayon Polis İdarəsində olduğunu, sonuncunun sənədlərini həll etdiyini, buna görə 282 manat vermək lazım olacağını bildirmişdir. Təqsirləndirilən şəxs əlavə pul vermək istəmədiyi üçün ona Bakıda olmadığını demişdir. Lakin Təqsirləndirilən şəxs mütləq qaydada həmin pulun verilməsini bildirdiyinə görə ona təxminən 2 saatdan sonra Bakıya gələcəyini demişdir. 2 saat keçdikdən sonra sonuncu ilə telefon vasitəsi ilə əlaqə saxlayıb «Elmlər Akademiyası» metrostansiyası yaxınlığında olduğunu demişdir. Təqsirləndirilən şəxs onun yanına bir nəfər göndərəcəyini, 282 manatı həmin şəxsə verəcəyini da bildirmişdir. Təqsirləndirilən şəxsla telefonla danışıb qurtardıqdan sonra ona bir nəfər xatırlamadığı nömrədən zəng edib sonuncunun dediyi adam olduğunu bildirib, onun olduğu yeri soruşmuş, daha sonra 282 manatı «Elmlər Akademiyası» metrostansiyasının yaxınlığında həmin şəxsə vermişdir. Pul vəsaitini ondan götürdükdən sonra həmin şəxs ərazidən uzaqlaşmışdır. Həmin gün təxminən saat 13-14 radələrində Təqsirləndirilən şəxs ona zəng edib «Sahil» metrostansiyası yaxınılığında olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. O, da Təqsirləndirilən şəxs bildirdiyi ünvana, yəni «Sahil» metrostansiyasmın yaxınlığındakı dəqiq ünvanı bilmədiyi ikimərtəbəli yaşayış binasına getmişdir. Orada sonuncu ilə dəhlizdə görüşdükdə Təqsirləndirilən şəxs ona Şahid6 işini həll edəcəyi üçün onun özünə 1.500 manat pul verilməli olduğunu bildirmişdir. Pulu sonuncuya Tofiq adlı şəxsin vasitəsi ilə vermək istədiyi üçün əvvəl təklikdə pul vermək istəməmişdir. Lakin Təqsirləndirilən şəxs təkidlə pulu ondan istədiyi üçün üzərində yalnız 1.000 manat olduğunu sonuncuya bildirmişdir. Təqsirləndirilən şəxs ondan həmin pulu istəmiş, bundan sonra o, sonuncuya kənar şəxsin iştirakı olmadan 1.000 manat verərək Salyan rayonuna qayıtmışdır. xx xxxxxx 2019-cu ildə işi ilə bağlı yenidən Bakı şəhərinə gəldikdə saat təxminən 10-11 radələrində Təqsirləndirilən şəxs ona zəng edib Şahid6la maraqlanmış və onun harada olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs Şahid6 Salyan rayonunda olduğunu dedikdə sonuncu Şamxalın saat 15 radələrində Bakıda olmasını, generalın Şahid6la görüşü olacağını və işin həll olunmasından ötrü 5.000 manat ona çatdırmağını demişdir. Sonuncuya əvvəl pulu vermək istəmədiyini və yalnız Tofiq adlı şəxsin iştirakı ilə verməyi nəzərdə tutub istədiyi məbləğin üzərində olmadığını demişdir. Təqsirləndirilən şəxs təkidlə pulu tələb etdiyi üçün tanışlardan cəmi 3.500 manat toplayıb ona verə biləcəyini dedikdən sonra sonuncu onunla razılaşmışdır. Bundan sonra Şahid6la telefon vasitəsi ilə əlaqə saxlayıb onun təcili Bakı şəhərinə gəlməsini, generalın onunla görüşü olacağını demişdir. Təqsirləndirilən şəxs onunla telefonla danışarkən harada olduğunu soruşduğu üçün o, sonuncuya Əhmədli qəsəbəsində radiozavodun yaxınlığındakı «Bravo» marketin yanında olduğunu demişdir. Sonuncu isə ad çəkməyib orada gözləməyini və “rəis”in oğlunun gəlib ondan 3.500 manatı götürəcəyini bildirmişdir. Təxminən saat 12-13 radələrində bir nəfər qara rəngli «Opel Astra» markalı furqon tipli avtomobillə, təxminən 160-165 sm boyu olan, arıq bədən quruluşlu, mülki geyimdə 28-30 yaşlarında bir kişi yaxınlaşıb Təqsirləndirilən şəxs göndərdiyini demişdir. Həmin şəxsin dəqiq olaraq Təqsirləndirilən şəxs tərəfindən göndərilməsinə əmin olmaqdan ötrü sonuncuya zəng edib həmin şəxsi danışdırmışdır. Artıq həmin şəxsin Təqsirləndirilən şəxs tərəfindən göndərildiyinə əmin olub «Bravo» marketin yaxınlığında ona 3.500 manatı kənar şəxsin iştirakı olmadan vermişdir. Həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs təklifi ilə Şahid6la birlikdə Bakı şəhərində 20 yanvar dairəsi adlanan ərazidə «20 Yanvar» abidəsinin yanında dayanıb gözləmişlər. Saat 15-16 radələrində Süleyman qara rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı «Range Rover» markalı avtomobillə gəlib generalın Masazır yolunun üstündə olan oteldə dincəldiyini və Şahid6 görmək istədiyini bildirmişdir. Bundan sonra o və Şahid6 Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşmişlər və sonuncu avtomobili idarə edib onları Masazır istiqamətində yolun üzərində sağ tərəfdə yerləşən, adını bilmədiyi otelə gətirmişdir. Orada Təqsirləndirilən şəxs onun həyətdə gözləməsini deyib, Şahid6la birlikdə otelə daxil olmuşlar. Az bir müddətdən sonra Şahid6 ona zəng edib Təqsirləndirilən şəxs ondan 2.000 manat istədiyini bildirdikdə o, əsəbləşib sonuncuya zəng edib Şahid6 nə üçün pul istədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələr gətirib, guya “rəis”in pul istədiyini demişdir. Əsəbləşib verdiyi pulları geri tələb edib, belə olduğu təqdirdə Şahid6 işə düzəltmək istəmədiklərin demişdir. Təqsirləndirilən şəxs artıq onun əsəbləşdiyini görüb, narazılıq yaranmamasından ötrü heç bir söz deməmiş və sakit onları götürdüyü 20 yanvar dairəsi adlanan yerə gətirib düşürmüşdür. Oradan isə o, Şahid6la birlikdə idarə etdiyi avtomobillə Salyan rayonuna qayıtmışdırlar. xx xxxxxx 2019-cu ildə saat 12-13 radələrində Təqsirləndirilən şəxs ona zəng edib «Sahil» metrostansiyası yaxınlığında verdiyi pulun ona çatmalı olduğunu, lakin işi tez bir zamanda həll etmək üçün onların xatirinə həmin pulu idarəyə veriləcək pulun bir qismi kimi verdiyini, ona çatmalı olduğu 1.500 manat pulu ondan istəmişdir. Həmin gün saat təxminən 14 radələrində Bakı şəhərində 3-cü mikrorayon dairəsi adlanan ərazidə avtomobil körpüsünün altında Süleymanla görüşüb təklikdə ona 1.500 manat vermişdir. xx xxxxxx 2019-cu ilədək Təqsirləndirilən şəxs ümumilikdə hissə-hissə 8.282 manat pul vermişdir. Həmin pulun 8.000 manatını Zərərçəkmiş şəxs ona vermiş, 282 manatını isə qohum olduğu üçün Zərərçəkmiş şəxs əvəzindən vermiş, sonra Zərərçəkmiş şəxs həmin pulu geri almışdır. xx xxxxxx 2019-cu ildə saat 16-17 radələrində Təqsirləndirilən şəxs ona zəng edib idarəyə 2.000 manat çatmalı olduğunu deyib, ondan həmin pulu istəmişdir. Sonuncuya Salyanda və artıq gec olduğu üçün pulu həmin gun çatdıra bilməcəyini dedikdə, Təqsirləndirilən şəxs ona narahat olmamağı adam göndərəcəyini, pulu ondan Salyandan gəlib götürəcəklərini demişdir. Artıq Zərərçəkmiş şəxs ona verdiyi pul qurtardığı üçün o, sonuncuyla əlaqə saxlayıb əlavə 2.000 manat istənildiyini demiş və Zərərçəkmiş şəxs gətirib özü ona yaşadığı Sarvan kəndində, evinin qarşısında həyətdə kənar şəxsin iştirakı olmadan 3.000 manat vermişdir. Zərərçəkmiş şəxs ona pulu verib çıxıb getdikdən sonra sonu «19-19» ilə bitən nömrədən bir nəfər zəng edib Süleymanın tanışı olduğunu deyib onun olduğu yerlə maraqlanmışdır. Sarvan kəndində olduğunu demiş və telefon danışığından 15 dəqiqə keçməmiş bir nəfər 30-35 yaşlarında, dolu bədən quruluşlu kişi onun yaşadığı evin yanına idarə etdiyi «Mersedec Benz C» markalı, rəngini və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə tək gəlmişdir. Həmin şəxs Təqsirləndirilən şəxs tərəfindən göndərildiyini demişdir. Həmin şəxsin telefonu ilə Süleymanla danışıb, həqiqətən onun tərəfindən göndərilən şəxs olduğuna əmin olduqdan sonra 2.000 manatı həmin şəxsə kənar şəxsin iştirakı olmadan yaşadığı evin yaxınlığında vermişdir. xx xxxxxx 2019-cu ildə saat 23 radələrində Təqsirləndirilən şəxs ona zəng edib əlavə xərclər çıxdığını və 300 manat pul vermək lazım olduğunu demişdir. Gecə saatlarında ona pulu çatdıra bilməcəyini dedikdə Təqsirləndirilən şəxs narahat olmamasını, onun telefon nömrəsini bir nəfərə verəcəyini və həmin şəxsin onunla əlaqə saxlayacağını bildirmişdir. Az bir müddətdən sonra xatırlamadığı telefon nömrəsindən bir nəfər şəxs zəng edib ondan harada olduğunu soruşmuşdur. Həmin şəxsə olduğu yeri dedikdən az bir müddətdən sonra «VAZ 21010» və ya «21019» markalı, qara rəngli, dövlət qeydiyyat nişanlı avtomobillə, 50-dən yuxarı yaşı olan, orta bədən quruluşlu kişi gəlib Təqsirləndirilən şəxs tərəfindən göndərildiyini demişdir. Öz telefonu ilə Süleymanla əlaqə saxlayıb həmin şəxsi sonuncu ilə danışdırıb, əmin olduqdan sonra ona 300 manat vermişdir. xx xxxxxx 2019-cu ildə saat 16-17 radələrində Təqsirləndirilən şəxs ona zəng edib idarəyə çatmalı olan verdiyi puldan 1.000 manat xərclədiyini, mütləq qaydada həmin pulun idarəyə çatası olduğunu deyib ondan borca 1.000 manat istəmişdir. Sarvan kəndində olduğunu, 1.000 manat deyil 700 manat pul düzəldib ona göndərə biləcəyini dedikdə sonuncu onunla razılaşmış və 300 manat özü digər bir yerdən tapıb 1.000 manat toplamaqla idarəyə çatdıracağını bildirmişdir. Bundan sonra o, Salyan rayonunda yaşayan dostu Akif adlı şəxsə zəng edib ondan borca 700 manat pul istəmişdir. Akif adlı şəxs pulu olmadığını dediyi üçün sonuncuya Salyan rayonunda taxta materialların alqı-satqısı ilə məşğul olan Cahangir adlı tanışından 700 manat pul götürüb, taksi ilə Bakıya göndərməsini, Bakıda taksi sürücüsünü bir nəfər tanışı qarşılayıb pulu ondan götürəcəyini və taksi sürücüsünün telefon nömrəsini alıb ona göndərməsini xahiş etmişdir. Akif adlı şəxs Təqsirləndirilən şəxs tanımamış və pulun məhz sonuncuya çatacağı barədə məlumatı olmamışdır. Akif adlı şəxs gedib Cahangir adlı şəxsdən 700 manat pul götürüb sürücünün şəxsiyyəti, markası və dövlət qeydiyyat nişanı ona məlum olmayan avtomobillə Bakı şəhərinə göndərmişdir. Sonuncu göndərdiyi taksi sürücüsünün nömrəsini həmin sürücü ilə əlaqə saxlayıb pulu götürə bilməsi üçün Təqsirləndirilən şəxs vermişdir. Həmin gün Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb 700 manat pulu taksi sürücüsündən qəbul etdiyini təsdiq etmişdir. xx xxxxxx 2019-cu ildə, saat 21-22 radələrində Təqsirləndirilən şəxs ona zəng edib Şahid6 işinin həll edilməsi üçün əlavə 300 manat pul lazım olduğunu ona həmin pulu tapıb borca verməsini bildirmiş və bundan sonra Şamxalın işi ilə Emin adlı şəxsin məşğul olacağını demişdir. Təqsirləndirilən şəxs Emin adlı şəxsin kim olduğunu soruşduqda, Təqsirləndirilən şəxs onun Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olmasını bildirmişdir. Bir müddətdən sonra özünü Emin kimi təqdim etmiş şəxs ona ***-***-**-** nömrəsindən zəng edib onunla görüşməli olduğunu və 300 manatın ona çatacağını bildirmişdir. Emin adlı şəxslə görüş yerini Bakı şəhər 3-cü mikrorayon dairəsi adlanan ərazini təyin etmişlər. Həmin ünvanda saat təxminən 22 radələrində Emin adlı şəxslə görüşüb ona kənar şəxsin iştirakı olmadan 300 manat vermişdir. Emin adlı şəxs pulu alanda ona Şahid6 barəsində tibbi arayış, yaşadığı yer üzrə xasiyyətnamə alıb ona təqdim etməsini bildirmişdir. Emin adlı şəxs iri bədən quruluşlu, hündür boy, özünün deməsinə görə 1986-cı il təvəllüdlü olmuşdur. Emin adlı şəxs özünü DTX-nin əməkdaşı kimi təqdim etsə də, ona heç bir xidməti vəsiqə təqdim etməmişdir. Sonuncunu ilk dəfə Təqsirləndirilən şəxs idarə etdiyi «Chevrolet» markalı avtomobillə «Xətai» metrostansiyasının yanında gəlib Şahid6 aid sənədləri geri qaytararkən Süleymanın idarə etdiyi avtomobildə sərnişin qismində görmüşdür. Lakin həmin vaxtı Emin adlı şəxsi tanımamış və onun Təqsirləndirilən şəxsla nə kimi münasibəti olmasını, harada işləməsini bilməmişdir. 300 manatı və bundan əvvəl qeyd etdiyi 700 manat pulu Təqsirləndirilən şəxs ondan borca almışdır. Həmin pulları yəni 1.000 manatı Təqsirləndirilən şəxs ona təxminən 22 və ya xx xxxxxx 2019-cu ildə Tofiq adlı şəxsin vasitəsi ilə qaytarmışdır. xx xxxxxx 2019-cu ildə Emin adlı şəxs onunla telefonla əlaqə saxlayıb Şahid6 Bakı şəhərinə gətirməyini, Şamxalın tibbi komissiyadan keçməli olduğunu dediyi üçün o, Şahid6 həmin gün Bakı şəhərinə, «Xətai» metrostansiyasının yaxınlığında yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Baş İdarəsinin inzibati binasının yanına gətirmişdir. Orada Emin adlı şəxs onları qarşılayıb, sonra özü tək həmin binaya daxil olub təxminən 30-40 dəqiqədən sonra geri qayıdaraq kadrlar üzrə rəis müavini Elşən adlı şəxsin ona görə hörmət edib, Şahid6 komissiyadan keçməsinə zərurət olmadığını dediyini bildirmişdir. Emin adlı şəxs onlara gözləməyi və zəng edib məlumat veriləcəyini demişdir. Bundan sonra o, Şahid6la çıxıb Salyan rayonuna getmişdir. Daha sonra dələduzluq cinayətinin qurbanı olduğunu anladığından aidiyyəti orqana müraciət edərək Şahid1 və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasına şərait yaratmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Xanı oğlunu əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxslə və zərərçəkmiş şəxslə heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Qonşu Dayıkənd kəndində yaşayan Şahid5la münasibəti yaxşı olduğundan arabir vaxt olanda onunla görüşüb hal-əhval tutmuşdur. Təxminən 2019-cu ilin yanvar ayının axırlarında o, Salyan şəhərində olarkən Şahid5 ona zəng vurub təcili 700 manat pul lazım olmasını bildirmişdir. O da, Şahid5 Salyan şəhərində olduğunu deyib üstündə o qədər məbləğdə pul olmadığını bildirmişdir. Bundan sonra Şahid5 ondan Salyan şəhərində tikinti materiallarının satışı ilə məşğul olan Cahangir adlı tanışından 700 manat pul götürməyi, götürdükdən sonra pulu oradan bir taksi maşını ilə Bakıya göndərməyi və ona verdiyi telefon nömrəsini taksi sürücüsünə verib taksi sürücüsünün də Bakıya çatdıqdan sonra həmin nömrənin sahibi ilə əlaqə saxlayıb pulu çatdırmasını xahiş etmişdir. Qeyd etdiyi kimi, münasibəti yaxşı olduğundan o, Şahid5 xahişi ilə tanışı Cahangir adlı şəxsin iş yerinə gəlmişdir. O, həmin ünvana gələnə qədər Şahid5 özü də artıq Cahangir adlı şəxsə zəng vurub ondan 700 manat borc pul istəmişdir. Ona görə də o, həmin ünvana gələn kimi Cahangir adlı şəxs ona 700 manat pul vermişdir və bundan sonra o, həmin pulu, eləcə də Şahid5 ona göndərdiyi telefon nömrəsini gətirib Salyan şəhərindən Bakıya gedən taksi sürücülərindən birinə verib ondan həmin pulu Bakı şəhərinə çatdıqdan sonra verdiyi telefon nömrəsinə zəng vurub həmin telefon nömrəsinin sahibinə çatdırmasını xahiş etmişdir. Həmin vaxtdan xeyli müddət keçdiyinə görə taksi sürücüsünün kim olması, onun idarə etdiyi maşının markası, nömrəsi yadında qalmamışdır. Sonradan kənddə Şahid5la görüşüb söhbətləşərkən sonuncudan pulun ona nə üçün lazım olduğunu və nəyə görə Bakıya göndərdiyini soruşduqda Şahid5 Sarvan kənd sakini və hər ikisiyilə münasibəti yaxşı olan Zərərçəkmiş şəxs oğlu Şahid6 X15 Xidmətinə işə düzəlmə məsələsində onlara köməklik etmək məqsədilə pul götürdüyünü demişdir. İşi düzəldən şəxslər pul istədiklərindən həmin məsələnin həlli ilə əlaqədar pulu onlara göndərmişdir. Həmin vaxt Şahid5 Bakı şəhərindəki tanışlarının kim olmasını ona deməmiş və bu mövzuda daha aralarında başqa bir söhbət də olmamışdır. Bundan sonra Şahid2 oğlu Ələkbərlə yaxın dost olduğundan ona işə düzəlmə məsələsində kömək etmək qərarına gəlmişdir. Ona görə də Şahid2 bu barədə Şahid5la söhbət edəcəyini demişdir. Şahid2 bu zəngindən təxminən 1-2 gün sonra o, Şahid5la növbəti dəfə görüşən zaman ona oğlu Ələkbərin Şahid2 ad və soyadlı dostu olduğunu demişdir. Sonuncunun hərbi xidmətdən qayıtdıqdan sonra işsiz olduğunu diqqətinə çatdırmışdır. Şahid5 ona nə lazım olarsa, kömək edəcəyini, ancaq əvvəlcə Bakı şəhərindəki tanışlarla söhbət edəcəyini demişdir. Onlar razılıq verərlərsə, bir həmkəndli kimi o da Şahid2 işə düzəlmə məsələsinə kömək edəcəkdir. Yaşadığı Seyidlər kəndi rayonun Sarvan və Dayıkənd kəndi ilə yaxın ərazidə olduğundan hər üç kənd bir Ərazi Nümayəndəliyində birləşmişdir. Ona görə də kəndlərin sakinləri biri-birini yaxşı tanıyır. Şahid5la söhbətdən sonra onun xahişi ilə birlikdə Şahid2 yaşadığı evə gəlmişlər. Həyətdə onları Şahid2 və atası Şahid4 qarşılamışdır. Görüşüb haləhval tutandan sonra onlara Şahid2 işə düzəlmə məsələsini onun Şahid5 xahiş etdiyini bildirmişdir. Ancaq əvvəlcə sənədlərini götürüb Bakı şəhərinə aparmalı olduğunu və orada sənədlərinə baxmalı olduğunu demişdir. Daha sonra Şahid2 gedib evdən özünə məxsus sənədləri, o cümlədən hərbi biletini, şəxsiyyət vəsiqəsini və digər sənədləri gətirib orada Şahid5 vermişdir. Bu söhbətdən təxminən bir həftə sonra Şahid5 gəlib kənddə onunla görüşmüş və Şahid2 sənədlərinə Bakı şəhərində tanışları baxdığını və işə düzəlməklə bağlı sənədlərində heç bir problem olmadığını demişdir. Ancaq həmin şəxslər Şahid2 işə düzəlməsi ilə bağlı onların təxminən 12.000 manat xərcinin çıxacağını demişlər. Bundan sonra o Şahid5la Şahid2 yaşadığı evə gəlmişdir. Həmin evin həyətində Şahid5 onlara Şahid2 sənədlərinə Bakıda tanışları tərəfindən baxıldığını, sənədlə bağlı heç bir problem olmadığını, ona görə də işə düzəlmə məsələsinə köməklik edə biləcəyini, ancaq bununla əlaqədar Bakıdakı tanışlarının 12.000 manat pul istədiklərini onlara demişdir. Şahid4 da həmin vaxt Şahid5 dediyi məbləğə Şahid2 işə düzəlmə məsələsinə razı olduğunu bildirsə də, lakin birdən-birə həmin məbləği tam olaraq verə bilməyəcəyini demişdir. Şahid5 Şahid4 tanışlarına bu barədə deyəcəyini və onların da pulu hissə-hissə verməklə bağlı razılaşacağına ümid etdiyini bildirmişdir. Şahid4la Şahid5 öz aralarında buna razılaşdıqdan sonra Şahid4 həmin vaxt evindən gətirib onun yanında əvvəlcədən 2000 manat pulu “beh” kimi vermiş və Şahid5 da həmin pulu alıb evi tərk etmişdir. Bundan sonra Şahid5 bu “iş”lərlə məşğul olmağa başlamışdır. Əlavə olaraq sonuncunun onun yanında Şahid2 işə düzəlmə məsələsi ilə bağlı Şahid4 pul almasının şahidi olmuşdur. Lakin onların bir neçə dəfə görüşməyindən də xəbəri olmuşdur. Buna baxmayaraq, hər dəfə Şahid4 dəqiq hansı məbləğlərdə Şahid5 pul verməsini bilməmişdir. Ancaq sonradan bilmişdir ki, İntiqam Şahid2 işə düzəlmə məsələsi ilə bağlı ümumilikdə cəmi 12.000 manat vəsaiti Şahid5 vermişdir. Şahid5 da həmin pulun hamısını aparıb Bakı şəhərində Emin adlı şəxsə vermişdir. Həmin şəxs də pulu aldıqdan sonra Şahid5 aldatdığından Şahmuradın işə düzəlmə məsələsi həll olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış şahidlər Şahid6, Şahid2, Şahid4 məhkəmə iclaslarına gəlməmiş, onların məhkəmə iclasında iştiraklarının təmin edilməsi mümkün olmamışdır. Digər Şahid1 isə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Müdafiə tərəfi şahidlər Şahid6, Şahid2, Şahid4 və Şahid1 məhkəmə baxışında iştiraklarını tələb etmədiyindən məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən onların iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş üzrə Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində Şahid2 göstərmişdir ki, Şahid5 əvvəldən bir həmkəndli kimi tanımış, onunla qohumluğu, ədavəti, hər hansı bir narazılığı olmamışdır. Şahid1 və Təqsirləndirilən şəxs isə əvvəldən tanımamışdır, onlarla hər hansı bir əlaqəsi, münasibəti olmamışdır. 2015-ci ildə hərbi xidmətdən qayıtmışdır. Ondan sonra münasib bir iş axtarsa da, tapa bilmədiyindən işsiz qalmışdır. Ona görə də fərdi təsərrüfatında valideynlərinə köməklik etmişdir. 2018-ci ilin dekabr ayının sonlarında bir dəfə kənddə dostu Ələkbərlə söhbət edərkən Ələkbər ona demişdir ki, Akifin dostu Vüqarın Bakı şəhərində tanışları vardır. İstəsə onlar FHN-yə işə düzəlməkdə kömək edə bilərlər. O, bu barədə atasına deyib ondan işə düzəlmə məsələsində köməklik göstərməsini xahiş etmişdir. Ələkbər də həmin vaxt ona bu barədə atasından xahiş edəcəyini demişdir. Bu söhbətdən təxminən bir həftə sonra Ələkbər ona demişdir ki, atasının işə düzəlmə məsələnə köməklik göstərməsini xahiş edəndə o, razılıq vermiş və demişdir ki, Vüqardan Şahmuradın xahişini edəcəkdir. Bundan bir-iki gün sonra Akiflə Vüqar həyətə gəlmişdirlər. Onlarla görüşüb haləhval tutandan sonra atası ilə onun işə düzəlmə məsələsini söhbət etmişdirlər. Söhbət zamanı Vüqar demişdir ki, onun Bakı şəhərində tanışları var və onlar onun FHN-nin DYMX-nin Salyan rayon şöbəsində işə düzəlmə məsələsinə kömək edə bilərlər. Atası da həmin vaxt Vüqardan onun işə düzəlmə məsələsinə köməklik göstərməsini xahiş etmişdir. Vüqar ondan hərbi biletini, şəxsiyyət vəsiqəsini, hərbi xidmətdən sonra ona verilmiş xasiyyyətnamə və attestatını alıb götürmüş və demişdir ki, onları aparıb Bakı şəhərində işi düzəldəcək şəxsə verəcəkdir. Sonra da gəlib nəticəsini onlara deyəcəkdir. Bir neçə gündən sonra Vüqar Akiflə həyətə gəlmişlər. Söhbət zamanı onlar atasına demişlər ki, Şahmuradın işə düzəlməsi ilə bağlı təxminən 12.000 manata yaxın pul lazım olacaqdır. Həmin pulun hamısı da Bakıda onun işini düzəldəcək şəxslər istədiyindən onlara veriləcəkdir. Atası da söhbət zamanı göstərilən məbləğdə pulunun olmadığını, onu yalnız hissə-hissə düzəldib verə biləcəyimizi onlara demişdir. Vüqarla razılaşandan sonra ilkin olaraq atası onlara qapılarında 3000 manat pul sayıb vermişdir. Pulu atasından Akif götürmüş və onu yanlarında hamısını Vüqara vermişdir. Bu söhbətdən 3-4 gün sonra Vüqar zəng vurub onun işə düzəlməyi ilə əlaqədar onunla birlikdə Bakı şəhərinə getməli olduğunu bildirmişdir. Səhəri günü o, öz maşını ilə onun yaşadığı həyətin qapısına gəlmişdir. Onu da maşınına mindirdikdən sonra birlikdə Bakı şəhərinə getmişdirlər. Maşında onlardan başqa bir də qonşu Sarvan kəndində yaşayan Zərərçəkmiş şəxs oğlu Şahid6 da olmuşdur. Bakıda onlar “Xətai” metrostansiyasının yanına gəlib X15 Xidmətinin inzibati binasının qarşısında dayanıb gözləməyə başlamışdırlar. Bir az keçmiş onların yanına maşınla bir nəfər şəxs gəlmişdir. Vüqar həmin vaxt demişdir ki, onun adı Emindir. İşə düzəlmə məsələsini də məhz o, həll edəcəkdir. Sonra Şahid5 Emin adlı şəxsə yaxınlaşıb onunla söhbət edəndən sonra sonuncu çıxıb getmişdir. Şahid5 isə demişdir ki, Eminin deməsinə görə işə düzəlmə ilə əlaqədar onları X15 Xidmətində qəbul edəcək şəxs hələki işdə yoxdur. O, işə gəldikdən sonra orada onları qəbul edəcəyini demişdir. Bu minvalla həmin gün demək olar ki, axşama kimi orada qalıb gözləmişdirlər. Lakin heç kim onları qəbul etməmişdir. Orada gözlədikləri müddət ərzində Şahid1 2-3 dəfə ora, onların olduğu yerə gəlib getmişdir. Hər dəfə də o, Vüqarı arxayın edirmiş ki, onları orada qəbul edəcəklər. Artıq hava qaralana yaxın sonuncu dəfə gələndə Emin Şahid5 demişdir ki, qəbul edəcək şəxsin işi çıxdığından o, bu gün işə gələsi olmayacaqdır. Ona görə də rayona qayıtmaları məsləhətdir və nə vaxt gəlmək lazım olması barədə məlumat verəcəkdir. Bundan sonra qayıdıb Salyan rayonuna gəlmişdirlər. Yadındadır ki, ora getmələri gün həftənin 4-cü günü olmuşdur. Növbəti həftənin 4-cü günü yenə də Bakıya çağırdıqlarından birlikdə yenə də DYMX-nin inzibati binasının qarşısına gəlmişlər və orada qalıb nə vaxt qəbul olunacaqlarını gözləsələr də, heç nə alınmamışdır. Şahid1 özü yanlarına gəlib “gedin Xidmətin gözləmə otağında oturun və oraya dəvət edəcəklər” demişdir. Lakin nə qədər orada qalıb gözləsələr də, onları qəbul edən olmamışdır. Ona görə də qayıdıb Salyana gəlmişdirlər. 2 həftədən sonra Şahid1 Şahid5 zəng edib demişdir ki, uşaqların, yəni onunla Şamxalın işə düzəlməsi barədə artıq əmrlər vardır. DYMX-nin Salyan rayon şöbəsinə getməli olduğunu, əmrlərin surətinin ora göndəriləcəyini bildirmişdir. Ona görə də, Şahid5 onu və Şahid6 da götürüb Salyan şəhərində yerləşən DYMX-nin Salyan rayon şöbəsinə gətirmişdir. Orada maraqlananda həmin şöbəyə onlarla bağlı heç bir əmrin göndərilmədiyi məlum olmuşdur. Şahid5 Emin adlı şəxslə onların yanında telefon əlaqəsi saxlayıb ona bu barədə bildirdikdə sonuncu ona demişdir ki, əmrlərin surətini ora göndərməlidirlər. Göndərilməyibsə, gəlib onları Bakı şəhərində ondan götürə bilərlər. Ona görə də Vüqarla birlikdə yenidən Bakı şəhərinə gəlmiş və Bakı şəhərində Şahid5 Eminlə onun təyin etdiyi yerdə görüşən zaman sonuncu demişdir ki, əmrlərin surətini götürə bilməmişdir, ona görə də onları verə bilməyəcəkdir. Ardınca rayona qayıtmalarını və əmrlərin surətini götürəndən sonra onları bir taksi maşını ilə göndərəcəyini söz vermişdir. Ona görə də onlar yenidən qayıdıb kəndə gəlmişdirlər. Bir neçə gün sonra Emin adlı şəxs telefonla Şahid5 onların işə düzəlməyi barədə əmrlərin şəklini göndərmişdir. Telefonda olan şəkildə yazılar aydın olmadığından heç nə başa düşülməmişdir. Vüqar maraqlanandan sonra öyrənmişdir ki, Emin adlı şəxsin telefonla ona göndərdiyi əmrlər saxtadır. Şahid5 özü onlara demişdir ki, Emin adlı şəxs onu aldadıb və ona saxta əmrlər göndərib. 2019-cu ilin fevral ayı ərzində ayr-ayrı günlərdə atası həyətlərində Akif vasitəsi ilə onun işə düzəlməyi ilə bağlı Vüqara ümumilikdə cəmi 12.000 manat pul vermişdir (cild İ, i/v 177-180, 228-230). İş üzrə Şahid6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində Şahid6 zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs Xanı oğlunun, şahidlər Şahid5, Şahid3 və Şahid2 ifadəsinə uyğun məzmunlu ifadə verməsi müəyyən edilmişdir. (cild 1, i/v 168-172). İş üzrə Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində Şahid1 göstərmişdir ki, əvvəllər Nəsimi rayon mühafizə polisində işləsə də, təxminən 2 ildir ki, işləmir. Özünə münasib bir iş tapa bilməmişdir. İkinci həyat yoldaşından 3 uşağı vardır. Onlardan Səid adlı 2-ci oğlu xəstədir. Kəllədaxili təzyiqdən əziyyət çəkir. Ona görə də müalicəsi ilə bağlı ona tez-tez pul lazım olmuşdur. 2019-cu ilin yanvar ayının əvvəllərində onun Bakı şəhərində yaşayan Vüqar adlı bir tanışı zəng vurub demişdir ki, Salyan rayonundan tanış bir adam vardır və o, qohumunu FHN-nin X15 Xidmətinə işə düzəltmək istəyir. O da həmin Vüqar adlı tanışına demişdir ki, nə lazım olsa köməklik edəcəkdir. Sonra o, bu barədə tanışı, Süleymana müxtəlif orqanlarda tanışları olduğundan demişdir. Habelə Süleyman adlı tanışı özü ona demişdir ki, əvvəllər X12 Komitəsində işləyib və ona görə də çoxlu sayda tanışları vardır. O, Süleymana bu barədə deyəndə sonuncu “narahat olma, təki pul olsun. Qalan məsələlər düzələr” deyə cavab vermişdir. Sonra o, Salyan rayonundan olan Vüqarın nömrəsini Bakı şəhərində yaşayan Vüqar adlı tanışından alıb onunla əlaqə saxlamış və həmin Vüqarla ilk dəfə 2019-cu il yanvar ayının əvvəllərində Xətai rayonu ərazisində DYMX-nin inzibati binasının qarşısında görüşmüşdür. Doğrusu o, həmin vaxt maşından yerə düşmədiyindən Vüqarla görüşməmişdir. Salyan rayonundan olan Vüqar həmin vaxt görüşə 3 nəfərlə gəlmişdir. Onların kim olmasını bilməmişdir. Qeyd etdiyi kimi o, həmin vaxt maşından yerə düşmədiyindən Süleymanla onların arasında nə söhbət olmasını bilməmişdir. Onlar bir az söhbət edəndən sonra Süleyman onun yanına qayıdıb gəlmiş və ona demişdir ki, “bunlarla söhbət deyəsən alınmayacaq. Pul verən adama oxşamırlar”. O da daha Süleymana bir söz deməmişdir. Onun sözlərinin həqiqiliyinə inanmışdır. Bir müddət sonra o, hiss etmişdir ki, Təqsirləndirilən şəxs deyəsən onu aldadır, özü gizlində Salyan rayonundan olan Vüqarla görüşüb və onlar üçün nə isə iş görür. Süleymanı da yaxşı tanıdığından bilirmiş ki, o, pulsuz heç bir iş görən deyil. Ona görə də o, bu barədə Süleymandan soruşanda, sonuncu əlacsız qalıb ona etiraf etmişdir ki, həqiqətən də onları guya qohumunu işə düzəldəcəyi adı ilə aldadıb təxminən 6000 manata yaxın Vüqardan pul almışdır. O, Süleymana “sən nəyə görə pul almağını mənə deməmisən?” demişdir, buna görə aralarında bir az söhbət olmuş və o Süleymandan incimişdir. Bundan sonra Vüqar ona zəng vurub Süleymanın ona pul verib-verməməsini soruşmuşdur. O da Vüqara demişdir ki, hələlik pul çatmayıb. Bundan sonra o, Süleymana onları özü tapdığını, nəyə görə pulun hamısının Süleymana çatmalı olduğuna etiraz etmişdir, Süleyman da ona demişdir ki, Vüqardan aldığı pulları artıq öz ehtiyaclarına xərcləmişdir. O əgər pul istəyirsə, özü Vüqarla söhbət etsin. Bundan sonra o, Vüqara demişdir ki, Süleyman bir iş görən deyil, istəyirsə onlar üçün iş görsün. Yəni pul müqabilində qohumunu işə düzəldə bilər. Həmin vaxt kimisə işə düzəltmək imkanı və ya məqsədi olmamışdır. Qeyd etdiyi kimi uşağı xəstə olduğundan pul lazım olmuşdur və ona görə də o, Vüqarı aldatmışdır. Vüqar Süleymanın onları aldatdığını biləndən sonra onun sözlərinə inanmış və hər dəfə də o, guya onun qohumunun işə düzəlməsi ilə bağlı pul lazım olduğunu bildirib ondan pul istəyəndə Vüqar ona bu məqsədlə pul vermişdir və ya göndərmişdir. Üstündən xeyli müddət keçdiyinə görə onun dəqiq yadında qalmamışdır ki, Vüqar hansı tarixlərdə dəqiq ona nə qədər pul göndərmişdir. Ancaq dəqiq onu deyə bilər ki, ümumilikdə şəxsən özü Vüqardan guya qohumlarını işə düzəldəcəyi adı ilə aldadıb ondan cəmi 12.500 manat pul almış və onun da hamısını uşağının müalicəsinə xərcləmişdir. Bundan başqa o, Vüqardan borc adı ilə əlavə 1400 manatda pul almışdır. Qalan pulu isə Süleyman alıb və onu təkbaşına özü xərcləmişdir. Hara xərcləməsini də bilməmişdir. Vüqar bir dəfə “KapitalBank” vasitəsi ilə ona 1850 manat pul göndərmişdir. Həmin pulu da o, 3-cü mikrorayon dairəsi adlanan yerdə bankdan çıxarmışdır. Bir dəfə də poçt vasitəsi ilə ona 500 manat pul göndərmişdir. Həmin pulu da qeyd etdiyi yerdə poçtdan çıxarmışdır. Onu da qeyd edir ki, qohumunu işə düzəltmək adı ilə Vüqar ona 5-6 dəfə ayrı-ayrı vaxtlarda tanımadığı taksi sürücüləri ilə müxtəlif məbləğlərdə pul göndərmiş və hər dəfə də o, taksi maşınlarından həmin pulları Nəsimi rayonu 3-cü mikrorayon dairəsi adlanan ərazidə qəbul edib götürmüşdür. Yadındadır ki, sonuncu dəfə 2019-cu ilin aprel ayının əvvəlində Vüqardan yenə də pul istədiyinə görə ona bir taksi maşını ilə 900 manat pul göndərmişdir. Həmin pulu da o, 3-cü mikrorayon dairəsi adlanan yerdə taksi maşınından qəbul edib götürmüşdür. Vüqarın guya qohumlarını işə düzəltmək adı ilə aldatmaqda məqsədi xəstə uşağının müalicəsi ilə bağlı pul lazım olduğundan onun pulunu ələ keçirmək olmuşdur. Onun Vüqardan aldığı pulları kiməsə vermək fikri, məqsədi olmamış, bu barədə hansısa bir vəzifəli şəxslə arasında heç bir söhbət olmamışdır. X15 Xidmətində guya Elşən müəllim adlı tanışının olması barədə Vüqara dediyi sözləri də o, yalandan demişdir ki, Vüqar ona inansın. Həmin xidmətdə Elşən adında şəxsin işləyib-işləməməsini bilməmiş və bu barədə də heç bir məlumatı olmamışdır. Vüqarı aldadıb ondan pul alması ilə əlaqədar onun Süleymandan başqa heç kimlə hər hansı bir söhbəti, razılaşması olmamışdır. Şahid5 Təqsirləndirilən şəxsla o aldatmış və pulları da öz ehtiyaclarına xərcləmişdir. (cild 2, i/v 23-26). İş üzrə Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində Şahid4 göstərmişdir ki, uzun illərdir ki, əsəb xəstəsi olduğundan son illər demək olar ki, evdən çölə çıxmamış, heç kimlə görüşməmiş, heç hara getməmişdir. Həyətindən kənara çıxan kimi özünü çox pis, həyəcanlı vəziyyətdə hiss etmişdir. Hazırda da iynə-dərman qəbul edib polis şöbəsinə güclə gələ bilmişdir. Bu işlə əlaqədar onu deyə bilər ki, Şahid2 onun oğludur. Şahid5 isə əvvəldən həmkəndli kimi tanımış, onunla qohumluğu, ədavəti olmamışdır. Münasibəti də həmişə yaxşı olmuşdur. Oğlu Şahmurad 2015-ci ildə hərbi xidmətini başa vurub kəndə qayıtdıqdan sonra münasib bir iş tapa bilmədiyindən kənddə işsiz qalmışdır. Yalnız ev, təsərrüfat işlərində ailəyə kömək etmişdir. 2019-cu ilin yanvar ayının axırlarında bir dəfə Şahmurad evə gəlib ona demişdir ki, dostu Ələkbərlə söhbət zamanı sonuncuya iş axtardığını deyəndə Ələkbər atasının dostu Vüqarın Bakıda tanışlarının olduğunu və həmin şəxslərin Mübarizin oğlu Şamxalın FHN-də işə düzəlməsinə kömək edirlər. Ona görə də o, Ələkbərdən xahiş etmişdir, atasına xahişini etsin. O da bu fikirlə razılaşmışdır. Bundan bir neçə gün sonra Şahmurad Akiflə özü əlaqə saxlamışdır və ona görə də Akiflə həmkəndlisi Vüqar ona qonaq gəlmişlər. Həyətdə söhbət zamanı Vüqar ona demişdir ki, Bakı şəhərində tanışları var və onlar Şahmuradı da işə düzəldə bilərlər. Bundan sonra Şahmurad gətirib Vüqara özünə məxsus sənədləri vermişdir. Vüqar da sənədləri alıb demişdir ki, aparıb həmin sənədləri Bakı şəhərində göstərəcəkdir. Sənədlərdə bir problem yaranmasa, Şahmuradın işə düzəlmə məsələsi həll olunacaqdır. Bir neçə gündən sonra Vüqar Akiflə onların həyətinə gəlmişlər. Söhbət zamanı onlar bildirmişlər ki, Şahmuradın işə düzəlməsi ilə bağlı təxminən 12.000 manata yaxın pul lazım olacaqdır. Həmin pulun hamısı da Bakıda Şahmuradın işini düzəldəcək şəxslər istədiyindən onlara veriləcəkdir. O da söhbət zamanı göstərilən məbləğdə pulun olmadığını, yalnız hissə-hissə düzəldib verə biləcəyini demişdir. Vüqarla razılaşandan sonra ilkin olaraq onlara 3000 manat pul sayıb vermişdir. Pulu Vüqar götürmüşdür. Bu söhbətdən 3-4 gün sonra Vüqar zəng vurub Şahmuradın işə düzəlməyi ilə əlaqədar onunla birlikdə Bakı şəhərinə getməli olduğunu bildirmişdir. Səhəri günü də Vüqar öz maşını ilə qapıya gəlmişdir və Şahmuradı özü ilə Bakı şəhərinə aparmışdır. Axşam Şahmurad evə qayıdıb gələndə ondan Bakı şəhərində harada olmasını soruşduqda Şahmurad demişdir ki, Vüqar onu Bakıda X15 Xidmətinin inzibati binasının qarşısına aparmışdır. Orada onların yanına Emin adlı bir şəxs gəlib və Vüqarla görüşəndən sonra onlara demişdir ki, bir azdan Şahmurad və onlarla birlikdə Bakıya gedən Şamxalı həmin yerdə qəbul edəcəklər. Lakin nə qədər gözləsələr də, heç bir şey alınmamışdır. Onları qəbul edən olmamışdır. Demişlər ki, guya həmin şəxs işdə yoxdur. Bundan sonra onlar qayıdıb kəndə gəlmişdirlər. Bu minvalla Şahmurad bir neçə dəfə Vüqarla Bakıya getsə də, onun işə düzəlmə məsələsi həll olunmamışdır. Həmin müddət ərzində də, yəni 2019-cu ilin fevral ayı ərzində Vüqar Şahmuradın işə düzəlmə məsələsi ilə bağlı ondan ümumilikdə cəmi 12.000 manat pul almışdır. Lakin qeyd etdiyi kimi Şahmuradın işə düzəlmə məsələsi həll olunmamışdır. Vüqardan bu barədə soruşanda ona demişdir ki, pulu ondan götürən şəxslər ona söz veriblər və Şahmuradla Şamxalın işə düzəlmə məsələsini həll edəcəklər. Lakin sonradan məlum ölmüşdür ki, həmin şəxslər Vüqarın özünü də aldadıblar və Vüqara verdiyi pulları aldatma yolu ilə ələ keçiriblər. Bu günə kimi də o, verdiyi 12.000 manat pulunu geri ala bilməmişdir. Ona görə də xahiş edir ki, həmin şəxslər barəsində qanuni tədbir görülməklə pulu özünə qaytarılsın. Ümumilikdə hissə-hissə Vüqara cəmi 12.000 manat pul vermiş və həmin pulları dəqiq hansı günlərdə verməyi yadında qalmamışdır (cild 1, i/v 238-240). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 4/486 saylı məhkəmə-fonoskopik ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı CD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətn hissələrində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsus olması müəyyən olunmuşdur (cild 3, 125-129). İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 03 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 3, 129-1-152). İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 5(009)-1781/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarından və Dövlət Təhlükəsizliyi Xidmətinin İqtisadiyyatın Əks-Kəşfiyyat Təminatı Baş İdarəsinin arayışından görünür ki, Azərbaycan Respublikası DTX-nin Baş İdarə rəisi, general mayor Ramiz Tağıyevin vəsatəti, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubovun təqdimatı ilə Şahid1 və Təqsirləndirilən şəxs texniki vasitələrdən istifadə etməklə telefon danışıqlarına qulaq asılması, poçt, teleqraf və digər göndərişlərinin yoxlanılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, binalara, o cümlədən yaşayış binalarına, habelə digər tikililərə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirilməsi, texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə mənzilinin müşahidə edilməsi, güdülməsi ilə bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə razılıq alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 5(009)-1781/2019 tarixli qərarı əsasında dələduzluqla məşğul olan Azərbaycan Respublikasının vətəndaşları ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinin istifadəçisi Təqsirləndirilən şəxs və ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisi Şahid1 ətrafında aparılmış əməliyyattexniki texniki tədbirlər nəticəsində aşağıdakı məlumatlar əldə edilmişdir:
1. xx.xx.2019-cu il tarixdə saat 15:31-də Təqsirləndirilən şəxs ***-***-**-** (10.02.197-ci il təvəllüdlü X9 adına sənədləşdirilmişdir) mobil telefon nömrəsindən istifadə edən anasına zəng edərək hal-əhval soruşmuş, anası “Aya-günə dönmüsən gəlmək istəyirsənsə gəl bizə, atanla ikimizik” demiş, Süleyman “Ata çəkib qurtarıb onu? Mənə demişdi ki, varımdı, soruş gör var nə isə?” söyləmiş, anası Nazimdən soruşduqdan sonra Süleymana “Gözlə, mənim gizlinim var, baxım əgər varsa gəl” demiş, Süleyman olmasa da gələcəm onsuz da” vurğuladıqda, anası “Yox axşam tərəfi gətirəcəklər onsuz söz veriblər. Hə, bir çəkimlik var burada, daşdır” bildirmiş, Süleyman “Gəlirəm ora, onu qoyma şey etsin” deyib sağollaşmışdır.
2. xx.xx.2019-cu il tarixdə saat 15:34-də Təqsirləndirilən şəxs ***-***-**-** (“xxxx” MMC-nin adma sənədləşdirilmişdir) mobil telefon nömrəsinin Rauf adlı istifadəçisinə zəng edərək Şamogilə gedib narkotik istifadə etməyi təklif etmiş, sonuncu istəmədiyini bildirərək “İtlərdən sənə zəng gəlmiyib?” soruşmuş, Süleyman “Yox, birtərəfli etmişəm də telefonu. Tək itlər deyil ki bir-iki nəfər var, onlar da zəng edir” qeyd etmiş, Rauf “O şamaxılıların sənədin verdin?” soruşmuş. Süleyman “Hə, itələdim verdim, amma onlar da zibildilər də, orada da 900-dür” bildirmiş, həmsöhbəti gülərək “Onlar da deyib tutduracağam səni? Dəlisən e sən, səni yaman günə qoyacaqlar” demişdir.
3. xx.xx.2019-cu il tarixdə saat 16:57-də ***-***-**-** mobil nömrəsinin istifadəçisi, xx.xx.1976-cı il təvəllüdlü Şahid5 Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq vəziyyətlə maraqlanmış, sonuncu “Natiqgil mənimlə dirəşiblər ki, sən o borc söhbətini ləğv et, Emin məsələni həll edib, Eminə 2.500 pul ver. Mən də deyirəm ki, verirəm, Vüqara canda qurbandır, amma mən görürəm ki, Vüqarın işi düzəldi” bildirmiş həmsöhbəti “ Süzədirlər ki?” soruşduqda, obyekt “Natiqgil girişiblərsə düzəldirlər də, Natiq bunun tayı deyil ha, biləsən. X31 inanmıram da” qeyd etmişdir. Vüqar “Sən Natiqə demisən ki, 23.200 pul alınıb?” soruşmuş, Süleyman “Demişəm, deyir hamısı uşaqlara görə alınıb? Pensiyaya görə alınıb da” vurğulamış, Vüqar inkar edərək “Pensiyaya görə əlavə 1.000 manat alıb məndən, onu da həll edə bilməyib. Cəmi 24.200-dür, 23.200-ü də bu işindir. Sən bilirdin ki, bunu, yadında deyil? Sən fakt Eminə vermisən də bunu” söyləmiş, həmsöhbəti təsdiqləmişdir. Söhbət əsnasında Vüqar “Birinci uşağın pulunu aldın, dedin ki, sənin işini Emin görəcək, yadındadır? Sən bilirdin o DTX-də işləyir? Səndən soruşdum ki, o DTX-da işləyir?” soruşmuş, Süleyman, təsdiqləmiş, Vüqar “ Bəs niyə dedin DTX-də işləyir?” soruşmuş, Süleyman “Görürdüm ki, adam düzəldir də Natiqin yanında” vurğulamış, Vüqar “Eminə dedim ki, gəl təmiz çörək kəsək, yeməyi yedik qutardıq, soruşdum ki, sənin işiningücünün adı nədir? Niyə mənə yalandan dedin ki, DTX işçisiyəm? O da deyir ki, Süleyman məni sənə elə tanıtdırdığına görə məndə özümü sənə elə tanıtdırdım” qeyd etmiş, Süleyman “Mən də elə aldanmışdım da, mənə demişdi orada işləmiş Səhiyyə Nazirliyinin Mühafizəsində işləmişəm, baxmışam ki, boylu-buxunlu oğlandır” demiş, Vüqar “sən dedin ki, əli uzundur edəcək. Şübhələnsən də pulu vermişdin ona. Sən mənə deməli idin ki, şübhələnmişəm, bu DTX əməkdaşı deyil” bildirmiş, sonda Süleyman “Bu fövqəladəyə ki, gətirib təhvil verirlər ha, idmana qəbul edilir ha, onda bilinir ki, bu iş görülüb deyə qəbul edilib. Qoy mən Natiqlə danışım” söyləmişdir.
4. xx.xx.2019-cu il tarixdə ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisi xx.xx.1983-cü il təvəllüdlü X2 Şahid1 zəng edərək “Nə oldu sən məni nə vaxta qədər aldadacağsan?” soruşmuş, sonuncu and içərək pul gözlədiyini bildirmiş, İntiqam “Nə vaxt alacaqsan?” soruşmuş, Emin sabah alıb verəcəyini söyləmişdir.
5. xx.xx.2019-cu il tarixdə saat 20:14-də ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisi, xx.xx.1976-ci il təvəllüdlü Şahid5 Şahid1 zəng edərək uşaqların sənədlərinin harada olduğunu soruşmuş, sonuncu “Məndədir” dedikdə, Vüqar “Onlar Natiqə lazımdır” vurğulamış, Emin “Demişəm ona məndədir, verəcəyəm” söyləmişdir. xx.xx.2019-cu il tarixdə saat 19:13-də Vüqar Eminə zəng edərək “Şahmuradın atası xəstədir, əsəbdən infarkt keçirib, utanıram onlara getməyə, kişidən o qədə pul alınıb heç nə olmayıb” bildirmiş, Emin “Düzəlir də” söyləmiş, Vüqar “Süleymanla danışdım, ona da dedim ki, mən ikinci uşağın pulunu 12.600-ü Eminə vermişəm, Emin də danmır, əlavə də 1000 manat başqa şeyə görə vermişəm” qeyd etmiş, Emin təsdiqləyərək “Onun ona nə dəxli var e. O qaçıb gizlənmişdir indi eşidib ki, nə isə alınır, çıxıb ortaya” vurğulamış, Vüqar “X32 Hotelə gətirdin, uşağı gətizdirdin ki, general oradadır, uşağı görmək istəyir. Özü də Süleyman deyir ki, Emin onda içəridə idi, Emin qurub o şeyi” söyləmiş, Emin bu məsələdən xəbərsiz olduğunu bildirdikdə, Vüqar “Süleymana deyir ki, Emini mən də yaxşı tanımırdım, mən Natiqə görə tanımışam, Emin də görüşəndə mənə deyib ki, DTX-də işləyirəm, amma zibili çıxandan sonra Emin dedi ki, Süleyman elə deyib deyə mən də elə demişəm” söyləmişəm, Emin “Balamın canı ona dedim ki, nahaq demisən, adam elə şeyi deməz. Daha demişdi deyə, mənim başıma o bu oyunu açdı. İndi düzəlir də, baş ağrı oldu, amma düzəlir” qeyd etmişdir.
6. xx.xx.2019-cu il tarixdə saat 04:11-də Təqsirləndirilən şəxs ***-***-**-** mobil telefon edərək “Pərvini indi düşündüm maşından, ona görə danışa bilmirdim, qardaşın birdənə kino çəkib ki, mən ele bir oyun oynadım ki, ona görə təcili sizin yanınıza çatmalıyam. Aygünü buraxdırdı, çıxıb gedir evə” bildirmiş , sonuncu “Bəs sən onlardan “patı” götürmədin?” soruşmuş, Süleyman “Yox e, yükləmişəm. Onlardan xəbər çıxacaq, gətirdəcəyəm onları Ramadanın qabağına. Mən yalannan artistik eledim ki, guya Biləcəridən 1.000 manat pul götürdüm, bunlar da dedi ki, sabah saat 10-a kimi o pul səndədir. Mənim bəxtim onda gətirdi ki, mən özümü elə göstərdim ki, girib evdən 1.000 manatı gülürdüm, bunlar soruşmadı ki, göstər 1.000 manata baxım (gülür). Mən indi guya gəlmişəm idarəyə bunları buraxdırmağa. Mən kino çəkmişəm qaqa, güya aparıb idarəyə 2500 pul vermişəm” demişdir.
7. xx.xx.2019-cu il tarixdə saat 05:25-də Təqsirləndirilən şəxs ***-***-**-** mobil telefon nömrəsindən istifadə edən naməlum qadına zəng edərək “Hər şey qaydasındadır, Pərvinlə də görüşüb ona dedim ki, bu söhbət qıraqda orda-burda danışılsa inciklik olar ha” söylədikdə, naməlum qadın “O sözü demə çox, yandırırsan” bildirmiş, Süleyman “Yox e, Əjdər yoxdur? Hansı ki, polis kimi salıblar ha söhbətə, dedim o elə bilsin ki, tapşırıqla çıxıb” demişdir.
8. xx.xx.2019-cu il tarixdə saat 20:59-da ***-***-**-** (xx.xx.1975-ci il təvəllüdlü X10 adına sənədləşdirilmişdir) mobil telefon nömrəsinin Rəşad adlı istifadəçisi Təqsirləndirilən şəxs zəng edərək “Mənim ayağımda qolbaq var, 2 il 6 aylıqdır, 1 ildir taxıram, Bakıya gəlməyə icazə vermirlər. Mənə lazımdır ki, hörmətlərini etsək yarımçıq müddətlə çıxartdırmaq olarmı o qolbağı” soruşmuş, Süleyman “O icraçının nömrəsi neçədir? Zəng edib indi səni tapşıracaq, elə gecə ilə də gələcəksən Bakıya. Səni tapşıracaq adamın adı Həsəndir, indi onun yanındayam (telefonda elə danışır ki, guya Həsənin yanındadır və onunlada söhbət edir)” demiş, Rəşad “icraçı Pərvizdir, ***-***-**-**” söyləmişdir.
9. xx.xx.2019-cu il tarixdə saat 08:36-da Təqsirləndirilən şəxs ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisi xx.xx.1988-ci il təvəllüdlü X11 zəng edərək “Sizin icranızda Olan Raminin qardaşı Rəşad var, qandal vurulub ayağına, Raufun oğlu” demiş, sonuncu Süleymandan kim olduğunu soruşmuş, Süleyman “Həsən Əyyubovun köməkçisiyəm, kifayət etdi? Tanımırsan məni? Həsəni tanımırsan sən 002? Mənimdə adım Orxandır” vurğulamış, Pərviz “Tanıdım müəllim, buyurun” demiş, Süleyman sözünə davam edərək “Həsən dünəndən əsəbdən yata bilmir. Ona 3-4 saatlıq icazə verin gəlsində Bakıya. Özündə nə vaxt Bakıya gəlsən qonağımızsan. Dövlətə qulluq edən məmurla bizim qardaşlarımızdır” qeyd etmiş. Pərviz “Qanuni əsas olmasa biz onu buraxa bilmirik e, gərək işə gedib rəislə məsləhətləşim, sizə zəng edərəm” vurğulamışdır.
10. xx.xx.2019-cu il tarixdə saat 08:52-də Təqsirləndirilən şəxs ***-***-**-** (xx.xx.1984-cu il təvəllüdlü X3 adına sənədləşdirilmişdir) mobil telefon nömrəsinin istifadəçisi İlyas Yusifova zəng edərək “Üzünü qırx, idarə rəisinin müavininə təqdim olunacaqsan, mən nümayəndə ilə gəlirəm. Sənin maaşın 540 manat olacaq, camaat 3000ə saldırırdı oraya, 1 qəpiksiz etdirdim mən. Mən nümayəndə kimi gəlməliyəm oraya, hər şey ciddidir” bildirmiş, həmsöhbəti “Yaxşı sənə bir söz deyim, bu yaxınlarda oğurluq bir heyvan almışam, sıxdılar məni məhkəmə olacaq, Qusarda olub söhbət” demiş, Süleyman “İşin kimdədir? Hakim kimdir? Müstəntiq kimdir? Sən bilirsən məni bütün bu bəlalardan kim qurtarıb? Anamın qəbrinə and olsun Bəylərin qardaşı oğlu Həsənlə bir yerdəyəm bütün gün, “UU 002” ilə söyləmiş, İlyas “müstəntiq Etibardır, 300 vermişəm, 200-300-də istəyir. Nömrəsini öyrənib diyərəm sənə” bildirmişdir. Saat 09:30-da Süleyman İlyasa zəng edərək “oradakı 300 manatın qaytarılır, işin xitamı gedir. İndi Həsənin göndərdiyi adamla gəlib səni götürüb gedəcəyik, bunlara 500 manat hörmət edərsən” deyib sağollaşmışdır. Günorta saatlarında Süleyman Qusara gedərək İlyasla görüşmüşdür.
11. xx.xx.2019-cu il tarixdə saat 09:19-da S.Sülcymanov ***-**-** telefon nömrəsinin istifadəçisi, DİN Qusar RPŞ-nin növbətçisi mayor Qafarova zəng edərək “Nə var, nə yox? Süleyman müəllimdir, sizdə müavin var idi e, Səbuhi, onun dostuyam. Bura bax, sizdə Etibar var, baş müstəntiq, onun nömrəsin ver qardaşına” demiş, həmsöhbəti nömrəni vermişdir.
12. xx.xx.2019-cu il tarixdə saat 09:24-də Təqsirləndirilən şəxs ***-***-**-** mobil telefon nömrəsinin istifadəçi, DİN Qusar RPŞ-nin baş müstəntiqi, xx.xx.1978-ci il təvəllüdlü Cəbrayılov Etibar oğluna zəng edərək “Bildiniz hansı Həsən Əyyubovdur? Bildiniz nə məsələdir? Bəylər müəllimin qardaşı oğlu. Mən Həsənin köməkçisiyəm. Onların Xaçmazdakı evlərinəət daaşıyan var idi, Yusufov İlyas. Nə məsələdir orada?” soruşmuş, Etibar, “Yox, köməklik edirəm, sadəcə oğurluq qoyun zad alıb, dedim zərər çekəni razı sal, qalanı biz həll edərik” vurğulamış, Süleyman “Həsən Bakıdan adam göndərir yanınıza, polis işçisidir. Nə lazımdır köməklik edin. İlyasdanda 300 manat pul almısınız, mən sizə göndərərəm qaytararsınız onu İlyasa” bildirmiş, Etibar “O əvvəlcə alınmışdı. Göndərməsənizdə olar, həll edərik onu” demişdir. Süleyman “Mənim adım Orxandır, nömrəmi qeyd et, idarədə heç kimə vermə, mənə çıxmaq üçün canları yanır” deyib sağollaşmışdır. Bununla yanaşı, əməliyyat-texniki tədbirlər zamanı Şahid5 bir neçə dəfə Eminə zəng edərək pulunu qaytarmasını tələb etmiş, sonuncu 5-ci gün verəcəyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Təqsirləndirilən şəxs və Şahid1 qanunsuz əməllərinə dair sonuncuların ətrafında aparılmış əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə ***-***-**-** (xx.xx.1976-cı il təvəllüdlü X4 adına sənədləşdirilmiş) mobil telefon nömrəsindən naməlum qadın Şahid5 zəng edərək Şahid1 DTX əməkdaşı olmadığı, onun Şahid5 aldadaraq aldığı pulları mənimsədəyini bildirmişdir (cild 1, i/v 157- 163, 164). İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi X15 Xidmətinin rəis müavini Rasim Kərimov tərəfindən Salyan rayon Polis Şöbəsinin rəisi Cəbrayıl Vəliyevə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli, xx/xx-01548 saylı məktubdan görünür ki, Salyan rayon sakini Şahid5 barəsində X15 Xidmətinə xidmətə qəbulla bağlı heç bir sənəd toplanmamışdır. Daxili xidmət mayoru Elşən Nəsirov DYMX-nin Kadrlar şöbəsinin rəis müavini vəzifəsində işləyir. Lakin göstərilmiş ***-***-**-** saylı nömrə ona məxsus olmamışdır (cild 2, 60). İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Səs yazılarının yazıldığı dvd diskdə 11 sayda “amr” formatında səs yazıları və 2 ədəd şəkil formatında fayllar aşkar edilir. AMR formatında olan fayılların adlarında “emin elşən vüqar, emin vüqar 2, emin vüqar 3, emin vüqar, qadın vüqar 2, qadın vüqar, süleyman vüqar 2, süleyman vüqar 3, süleyman vüqar 4, süleyman vüqar 5, süleyman vüqar” fayılları vardır. “emin elşən vüqar” faylına daxil olarkən iki nəfər şəxsin danışdığı müəyyən olunur. Danışıq zamanı aşkar şəkildə müəyyən olunmuşdur ki, Vüqar adlı şəxs Elşən adlı şəxslə danışıq zamanı ona narahat olduğunu və uşaqların işinin düzəlib düzəlməməyini maraqlanır. Elşən adlı şəxs isə sənədləri Salyan Rayon Yanğından Mühafizə xidmətinə göndərdiyini qeyd edir. Elşən adlı şəxs Vüqara sabah saat 3-də görüşüb ərizəni (söhbət əsnasında) yəni əmri verəcəyini, işini həll edəcəyini deyir. Daha sonra Emin söhbətə qoşularaq Vüqara deyir ki, “gördünmü mən təmiz söhbət edirəm, sənin işin həll olunacaqdır”. “Emin vüqar2“ faylına daxil olarkən Emin Vüqara deyir ki, “məni 37 çağırmışdır, məni ora nə səbəbə çağırır”. Vüqar cavabında “məni aldatdınız” deyə cavab verir və onun qarşılığında da Xətaidə şikayət etdiyini deyir. Emin Vüqara “belə mi çörək kəsmisən mənlə” deyir. “08 08 saylı mobil nömrə Elşənin nömrəsi deyil və polisə gedərək dəqiqləşdirdim ki, həmin nömrə Mirmurtuzun nömrəsidir”. Vüqar “Mirmurtuza kimdir” deyə soruşduqda Vüqar “Mirmurtuza Seyid dediyin şəxsdir” deyir. Bundan sonra Vüqar Eminə “nə vaxt pulu qaytaracaqsan o zaman şikayətimizi geri götürəcəyik” deyə cavab verir. Söhbət aparılarkən müəyyən olunur ki, Emin Vüqardan aldığı pulu və onu aldatdığını etiraf edərək pulu qaytaracağına dair vədlər verir. “Emin Vüqar 3” danışığından müəyyən olunur ki, Emin Vüqara 12600 manat pul verdiyini və 10 600 manat pulu isə Süleymana verdiyini və qaytarmasını tələb edir. Emin isə pulu almasını bir daha etiraf edərək sabahı gün qaytaracağına dair söz verir. Emin Vüqar danışığından müəyyən olunur ki, Vüqar Emindən pulunu tələb edir, lakin Emin Vüqardan xahiş edir ki, polisə şikayət etməsin və pulunu qaytaracaqdır. X29 inanmayaraq pulunu qaytarmasına dair vədlərin yalan olmasını deyir. “Qadın vüqar 2” faylından müəyyən olunur ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Vüqara zəng edərək Mirmurtuz, Emin və Süleyman adlı şəxslərin onu aldatdığını və adlarını səhv deyərək iş düzəltmək adı altında pul mənimsədiklərini Vüqara deyir. “Qadın vüqar’’ danışığından görünür ki, naməlum qadın bir daha Vüqara Emin adlı şəxslərin digər şəxslərlə birlikdə dələduzluqla məşğul olub onu aldatdığını qeyd edir. “Süleyman Vüqar, Süleyman Vüqar 2, Süleyman Vüqar 3, Süleyman Vüqar 4, Süleyman Vüqar 4” amr fayllarında da bir daha Süleyman Vüqardan aldığı pulları, habelə Eminlə birlikdə aldığı pulları bir daha etiraf edir (cild 2, i/v 98-99). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)- 93/2015 saylı, xx xxxx 2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144.4 və 145.2-ci maddələri ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə 01 il 03 ay 10 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş, Nəsimi rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128, 132, 67.1, 70-ci maddələri ilə təqsirli bilinib 01 il şərti olaraq sınaq müddəti müəyyən edilməklə 01 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ACDİÜ AR Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 171.2.2, 62, 243.2.2, 66.3, 69.3-cü maddələri ilə təqsirli bilinib 02 il 02 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2009-cu il tarixdə AR Milli Məclisinin xx.xx.2009-cu il tarixli Amnistiya qərarı ilə azad olunmuş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum olunmuş, Xəzər rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 221.1, 66.3 və 67.1-ci maddələri ilə təqsirli bilinib 03 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Nəsimi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4, 66.3, 66.5-ci maddələri ilə təqsirli bilinib 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Qanunvericiliyinə edilmiş dəyişikliklər əsasında cəzası Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarı ilə 02 il 6 ay müddətinə endirilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə AR Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən 06 ay 08 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş, xx xxxxx 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 3, i/v 1-4, 85-90). İş materiallarında olan “Axtarışda olan şəxsin yaxalanması” protokolunun surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə yaxalanmışdır (cild 3, i/v 5). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-282/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 3, i/v 66-71). İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X14 iştirakı ilə baxış keçirilmiş və səs yazılarının yazıldığı dvd diskə daxil olduqda 2 ədəd ümumi fayl vardır ki, 1-cinin adı “1-ci səs yazıları” digərinin adı isə 2-ci səs yazıları adlanan fayllardır. Həmin faylların 1-cisinə daxil olduqda 5 sayda Vüqar və Süleymanın dialoqunun yazıldığı fayllar müəyyən edilmişdir. Kompüterin sol düyməsini “Vüqar və Süleyman “ faylına iki dəfə toxunduqda Vüqar və Süleyman adlı şəxslərin bir birləri ilə danışığı müəyyən olunmuşdur. (bir birlərinə müraciət zamanı müəyyən edilmişdir). “Vüqar, Emin məsələni həll edir”. Vüqar isə cavabında “Emin Vüqarı səhərdən axşamacan orada gözlədib, aldadıb” deyir. Eminin Şamxalı işə düzəldilməsindən söhbət getmişdir. Süleyman Şamxalın işə düzəldilməsi barədə pul aldığını bildirmişdir. Süleyman yalnız Şamxalın işə düzəldilməsi barədə pul aldığını etiraf etmişdir. Bundan sonra Vüqar Süleymana 37-ci polis bölməsinə şikayət etdiyini deyərək orada Süleyman adlı şəxsin adını vermədiyini, yalnız onun “X12 İdarəsinin” əməkdaşı olduğunu söylədiyini bildirdikdə orada olan əməkdaşların dərhal Süleymanı tanıdığını sonuncuya vurğulamışdır. Süleymana bir daha Şamxalın işə düzəlməsi zamanı özünün qeyd olunan qurumun əməkdaşının olması adı altında aldadıb pul almasını ona bildirdikdə Süleyman adlı şəxs susmuş və bu barədə heç bir söz deməmişdir, susmuş və razılıq edərək söhbətə davam etmişdir. “Süleyman Vüqar-2” yazısı, 10 dəqiqə 31 saniyəlik səs yazısıdır. Vüqar və Süleyman adlı şəxslərin bir birləri ilə danışığı müəyyən olunur. (bir birlərinə müraciət zamanı müəyyən edilir). Vüqar adlı şəxs bir daha Süleyman adlı şəxsə pul verdiyini təsdiq etmişdir. Süleyman susmuşdur. Vüqar adlı şəxs bir daha Süleyman adlı şəxsə Şamxalın işə düzəlməsi ilə bağlı ona pul verdiyini demiş və Süleyman heç bir söz deməmişdir. Habelə səs yazısında Şamxalın işə düzəlməsi ilə bağlı söhbətlər getmişdir. “Süleyman Vüqar-3” yazısı, 19 dəqiqə 17 saniyəlik səs yazısında Süleyman ata və anasının ölümündən, habelə Vüqarın 2000 manat pulu rayondan ona göndərməsini demişdir. Tofiq adlı şəxs vasitəsilə pul alınmasını etiraf etmişdir. Süleyman həmçinin balasının canına and içmişdir. (lakin subaydır) Ümumi söhbət əsnasında Vüqar dəfələrlə Süleyman adlı şəxsə Eminlə birlikdə pul verdiyini və onu aldatdıqlarını demiş və Süleyman etiraf etmişdir. “Süleyman Vüqar-4” səs yazısı, 09 dəqiqə 36 saniyəlik səs yazısıdır. Vüqar və Süleyman adlı şəxslərin bir birləri ilə danışığı müəyyən olunmuşdur. (bir birlərinə müraciət zamanı müəyyən edilmişdir). Vüqar hər gün Emin adlı şəxsin onu aldatdığını qeyd etmişdir. Saxta əmirdən Süleymanın xəbərinin olduğunu demişdir. Seyidin Elşənin adından danışdığını demişdir ( “Seyid” Mirmurtuza adlı şəxsdir) 2000 manat pulun taksi vasitəsilə aldığını da etiraf etmişdir. “Süleyman -Vüqar -5” səs yazısı, 10 dəqiqə 31 saniyəlik səs yazısıdır. Vüqar və Süleyman adlı şəxslərin bir birləri ilə danışığı müəyyən olunmuşdur. (bir birlərinə müraciət zamanı müəyyən edilmişdir). Danışıq zamanı Vüqar dəfələrlə X7 Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəlməsi ilə bağlı pul verdiyini deyir və Süleyman etiraf etmişdir. Daha sonra 2-ci ümumi fayla daxil olduqda orada 11 sayda Süleyman və Vüqar adlı şəxslərin səs yazıları vardır. Vüqar və Süleyman adlı şəxslərin bir birləri ilə danışığı müəyyən olunmuşdur. (bir birlərinə müraciət zamanı müəyyən edilmişdir). Səs yazılarında X16 Nazirliyinin yanğından mühafizə xidmətinə işə düzəlməsi ilə bağlı Vüqarın Süleyman adlı şəxsə pul verməsindən söhbət getmişdir. Səs yazılarına baxış keçirilməsi protokolunda Təqsirləndirilən şəxs səs yazılarında Süleyman kimi təqdim olunan şəxsin özü olduğunu bildirmişdir (cild 3, i/v 94-95). İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid5 tərəfindən təqdim edilmiş DVD diskə köçürülmüş səs yazılarına iş üzrə təqsirləndirilən şəxs Şahid1, eləcə də onun müdafiəçisi X18 iştirakı ilə baxış keçirilmiş səs yazılarının yazıldığı dvd diskdə 34 sayda “amr” formatında “Whatsapp” proqramı vasitəsilə yazılmış səs yazıları və 2 ədəd şəkil formatında fayllar aşkar edilir. AMR formatında olan faylların adlarında WhatsApp Audio 2019-07-10 sözləri müəyyən edilmişdir. 1-ci faylı açdıqda müəyyən edilir ki, Vüqar adlı şəxslə Emin adlı şəxs danışır (bir birlərinə müraciət zamanı müəyyən edilir) Emin “hazırda pulunun olmadığını qeyd etsə də Vüqar həmin pulu yediyini və pulları da qaytarmalı olduğunu bildirir. Vüqar Eminə deyir ki, 10600 və 12600 manat məbləğində pul verdiyini bildirir və Emin də həmin pulları aldığını etiraf edərək pulları qaytaracağını və Süleymanla birlikdə həmin pulları xərclədiyini etiraf edir. Səs yazısı 32 dəqiqə 59 saniyə ərzində olmaqla Vüqar və Emin adlı şəxslərin arasında danışıq gedir və Emin Vüqara xahiş edir ki, ona vaxt versin və pulları qaytarsın. Emin danışıq zamanı göndərilən şəkillərin də saxta olduğunu bir daha etiraf edir. 2-ci fayl açıldıqda müəyyən edilir ki, səs yazısı 04 dəqiqə 03 saniyə davam edir. Danışıq zamanı Emin və Vüqar söhbət edir və Vüqar Eminə nə etdiyini soruşur və Emin pulu hələ düzəltmədiyini dedikdə Vüqar həmin şəxsi tənqid edərək onu aldatdığını və lağa qoyduğunu deyir. Emin Akiflə danışdığını və Akifdən möhlət istədiyini demiş olsa da, Vüqar Akifin deyil özünün pul verdiyini deyir. Süleyman və Emin adlı şəxslərin pulu yediyini deyir və Emin də etiraf edir. 3-cü fayl 5 dəqiqə 15 saniyə danışıq davam edir. Vüqar Emini ifşa edərək bildirir ki, özünü pullu şəxs kimi göstərərk onu aldatdığını deyir. Emin əmlakının olduğunu və satıb pulunu verəcəyinə söz deyir. Həmin vaxt Vüqar Eminə deyir ki, onda ona pul lazım deyil və gedək əmlakı adıma keçir. Həmin sözün cavabı olaraq bir söz tapmır və bir daha pulu qaytaracağına dair vədlər verir. 4-34-cü faylların hər birində olan danışıqlarda : 2019-cu il yanvarın 11-də saat 10 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən FHN-nin X15 Xidmətinin inzibatı binasının qarşısında Təqsirləndirilən şəxs tərəfindən Tofiq adlı şəxs vasitəsi ilə Şahid5 alınmış Zərərçəkmiş şəxs Xanı oğluna məxsus 1000 manat pul almasını; 2019-cu il yanvarın 12-də saat 11 radoləıində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş şəxs vasitəsi ilə Şahid5 alınmış, Zərərçəkmiş şəxs Xanı oğluna məxsus 282 manat pul almasını; 2019-cu il yanvarın 12-də saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən metronun “Sahil” stansiyasının yaxınlığında Təqsirləndirilən şəxs tərəfindən Şahid5 alınmış Zərərçəkmiş şəxs Xanı oğluna məxsus 1000 manat pul almasını; 2019-cu il yanvarın 13-də saat 13 radələrində Bakı şəhəri, Xətai rayonu Əhmədli qəsəbəsi ərazisində yerləşən “Bravo” marketin qarşısında Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş və şəxs vasitəsi ilə Şahid5 alınmış Zərərçəkmiş şəxs Xanı oğluna məxsus 3500 manat pul almasını; 2019-cu il yanvarın 14-də saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu 3-cü mikrorayon dairəsi adlanan ərazidə Təqsirləndirilən şəxs tərəfindən Şahid5 alınmış Zərərçəkmiş şəxs Xanı oğluna məxsus 1500 manat pul almasını, 2019-cu il yanvarın 16da saat 17 radələrində Salyan rayonu, Dayıkənd kəndində Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş və şəxs vasitəsi ilə Şahid5 alınmış zərərçəkmiş, Zərərçəkmiş şəxs Xanı oğluna məxsus 2000 manat pul almasını, 2019-cu il yanvarın 20-də saat 23 radələrində Salyan rayonu, Dayıkənd kəndində Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş və şəxs vasitəsi ilə Şahid5 alınmış zərərçəkmiş, Zərərçəkmiş şəxs Xanı oğluna məxsus 300 manat pul almasını, 2019-cu il yanvarın 21-də saat 17 radələrində Təqsirləndirilən şəxs tərəfindən istənilmiş və şəxsiyyəti istintaqa məlum olmayan şəxs vasitəsi ilə Şahid5 alınmış Zərərçəkmiş şəxs Xanı oğluna məxsus 700 manat pul almasını, 2019-cu il yanvarın 22-də saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu 3-cü mikrorayon dairəsi adlanan ərazidə zərərçəkmiş, Zərərçəkmiş şəxs Xanı oğluna məxsus 300 manat pul almasını, 2019-cu il fevralın 4-də saat 11 radələrndə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən FHN-nin X15 Xidmətinin inzibatı binasının qarşısında Şahid2 məxsus hərbi biletin, şəxsiyyət vəsiqəsinin, attestatın surətlərini və Şahid4 məxsus 2000 manat pul almasını, 2019-cu il fevralın 5-də sonuncuya zəng edərək işin düzəlməsi ilə bağlı təcili 1000 manat pul lazım olmasını bildirərək həmin pulu Salyan-Bakı marşrutu üzrə işləyən taksi maşınlarından biri ilə ona göndərilməsini tələb edib bu məqsədlə Şahid5 ona göndərdiyi 1000 manat pul almasını, 2019-cu il fevralın 7-də saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu 3-cü mikrorayon dairəsi adlanan ərazidə Şahid4 məxsus 2000 manat pul almasını, 2019-cu il fevralın 9-da sonuncuya zəng edərək işin düzəlməsi ilə bağlı təcili 2000 manat pul lazım olmasını bildirərək həmin pulu Salyan-Bakı marşrutu üzrə işləyən taksi maşınlarından biri ilə ona göndərilməsini tələb edib bu məqsədlə Şahid5 ona göndərdiyi 2000 manat pul almasını, 2019-cu il fevralın 12-də saat 16 radələrində vahid niyyətlə Bakı şəhəri, Nəsimi rayonu 3-cü mikrorayon dairəsi adlanan ərazidə Şahid4 məxsus 150 manat pul almasını, 2019-cu il fevralın 14-də Şahid5 “Kapital Bank”ın Salyan rayon şöbəsindən ona göndərdiyi və Şahid4 məxsus 1850 manat pul almasını, 2019-cu il fevralın 18-də Şahid5 Salyan rayon Poçtunun Şorsulu filialından ona göndərdiyi və Şahid4 məxsus 500 manat pul almasını, 2019-cu il fevralın 20-də işin düzəlməsi ilə bağlı təcili pul lazım olmasını bildirərək həmin pulu Salyan-Bakı marşrutu üzrə işləyən taksi maşınlarından biri ilə ona göndərilməsini tələb edib bu məqsədlə Şahid5 ona göndərdiyi 700 manat pul almasını, Şahid4 Şahid5 verdiyi pulu ələ keçirmək məqsədi ilə 2019-cu il fevralın 21-də saat 12 radələrində Bakı şəhəri, Xətai rayonu “Xətai metro stansiyasının yanında Şahid4 məxsus 800 manat və Zərərçəkmiş şəxs Xanı oğluna məxsus 400 manat, ümumilikdə cəmi 1200 manat pul almasını, Şahid2 atası Şahid4 Şahid5 verdiyi pulu ələ keçirmək məqsədi ilə 2019-cu il martın 1-də sonuncuya zəng edərək işin düzəlməsi ilə bağlı təcili pul lazım olmasını bildirərək həmin pulu Salyan-Bakı marşrutu üzrə işləyən taksi maşınlarından biri ilə ona göndərilməsini tələb edib bu məqsədlə Şahid5 ona göndərdiyi 500 manat pul almasını, 2019-cu il martın 20-də sonuncuya zəng edərək guya oğlunun xəstəliyi ilə əlaqədar ona təcili pul lazım olmasını bildirərək həmin pulu Salyan-Bakı marşrutu üzrə işləyən taksi maşınlarından biri ilə ona göndərilməsini tələb edib bu məqsədlə Şahid5 ona göndərdiyi 300 manat pul almasını, 2019-cu il martın 23-də sonuncuya zəng edərək işin düzəlməsi ilə bağlı təcili pul lazım olmasını bildirərək həmin pulu Salyan-Bakı marşrutu üzrə işləyən taksi maşınlarından biri ilə ona göndərilməsini tələb edib bu məqsədlə Şahid5 ona göndərdiyi 500 manat pul almasını, 2019-cu il martın 25-də sonuncuya zəng edərək işin düzəlməsi ilə bağlı təcili pul lazım olmasını bildirərək həmin pulu Salyan-Bakı marşrutu üzrə işləyən taksi maşınlarından biri ilə ona göndərilməsini tələb edib bu məqsədlə Şahid5 ona göndərdiyi 200 manat pul almasını, 2019-cu il aprelin 3-də Bakı şəhərindən Şahid5 zəng edərək guya oğlunun ağır xəstəliyi ilə əlaqədar onun müalicəsi ilə bağlı ona 900 manat təcili pul lazım olmasını bildirərək həmin pulu almasını yazılmış səs yazılarında öz əksini tapır və Şahid1 bunu etiraf edərək aparılmış danışıqların özü tərəfindən aparıldığını qeyd edərək aldatma və etibardan sui istifadə etməklə zərərçəkmiş şəxslərin pulu taladığını bir daha etiraf edir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “üzləşdirmə, dindirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şahid1 qurduğu plan üzrə aldanıldığını bildirsə də, Şahid1 Təqsirləndirilən şəxsla birlikdə Şahid6 işə düzəlməsi barədə dələduzluq cinayətini törətdiyini bildirmişdir (cild 3, 102-106). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməlləri törətməsi özü tərəfindən inkar edilsə də, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Xanı oğlundan 11582 manat pulu alaraq ələ keçirdiyini inkar etsə də, iş materialları və proses iştirakçılarının ifadəsi ilə sonuncunun hissə-hissə olmaqla 11582 manat pulu aldığı sübut olunmuşdur. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Xanı oğlunun 11582 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsində özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət qanunun sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılmalı, ondan 300 (üç yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış 03 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Xanı oğlu tərəfindən verilən mülki iddiadan görünür ki, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs 10282 manat pulun alınaraq Zərərçəkmiş şəxs Xanı oğluna verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Qeyd olunan Məcəllənin 183.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Xanı oğlu tərəfindən verilmiş mülki iddia ilə bağlı hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Xanı oğluna qarşı törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) . Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Məhkəmədə müəyyən edilmişdir ki, hazırki iş üzrə dələduzluq cinayətinin törətməsi nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Xanı oğluna 11.582 manat məbləğində ziyan vurulmuş, həmin ziyandan 1.300 manat məbləğində pul Zərərçəkmiş şəxs qaytarılmış, ödənilməmiş ziyanın məbləğı 10.282 manat təşkil etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Xanı oğlu da məhkəməyə təqdim etmiş iddia ərizəsində cinayət nəticəsində vurulmuş və ödənilməmiş ziyandan 10.282 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutulub ona ödənilməsini tələb etmişdir. Məhkəmə mülki iddiaçı Zərərçəkmiş şəxs Xanı oğlu tərəfindən verilən mülki iddianın dəlillərini, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iddia tam təmin edilməli, mülki cavabdeh – təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 10282 (on min iki yüz səksən iki) manat məbləğində pul tutularaq mülki iddiaçı – Zərərçəkmiş şəxs Xanı oğluna ödənilməlidir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Xanı oğlu 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik cavabdehə aid edilməlidir. İddia ərizəsi ilə əlaqədar qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Xanı oğlu tərəfindən verilən mülki iddia tam təmin edilməli, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs 10282 manat maddi ziyan, dövlət rüsumuna görə ödənilmiş 30 manat 40 qəpik, cəmi 10312 (on min üç yüz on iki) manat 40 (qırx) qəpik alınaraq Zərərçəkmiş şəxs Xanı oğluna verilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-271/2020 saylı, xx.xx.2020-ci il tarixli qərara əsasən xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X19 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 300 (üç yüz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Xanı oğlu tərəfindən verilən mülki iddia tam təmin edilərək mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 10282 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat 40 qəpik, cəmi 10312 (on min üç yüz on iki) manat 40 (qırx) qəpik mülki iddiaçı – zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Xanı oğluna ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Elməddin Hüseynov