Məhkəmə qərarları › İş №1(006)-45/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-45/2022

20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-45/2022 20.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, xüsusi ittihamçı X6, təqsirləndirilən şəxs X5 və onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, 13 may 1980-ci ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X9 xüsusi ittihamçı X11 tərəfindən ondan ötrü ittiham olunmuşdur ki, Siyəzən rayon məhkəməsinin İş № 2(059)-151/2021 saylı, 26 iyul 2021-ci il tarixli qanuni qüvvəyə minmiş Qətnaməsi ilə sübut olunmuş hallara əsasən X1 Aqşin Xanbaba oğlu barəsində yuxarı dövlət orqanlarına ünvanladığı ərizələr və müxtəlif internet informasiya ehtiyatlarında kütləvi nümayiş etdirdiyi həqiqətə uyğun olmayan, yalan olduğunu bildiyi halda böhtan və təhqir xarakterli məlumat və informasiyaları yaymaqla X11 barəsində mənfi rəy formalaşdırmasına çalışmış, onu ağır cinayət-korrupsiyada ittiham etməklə ona böhtan atmış, eyni zamanda müxtəlif internet informasiya ehtiyatlarında kütləvi nümayiş etdirdiyi həqiqətə uyğun olmayan, yalan olduğunu bildiyi halda şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla cinayət əməlləri törətmişdir. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında qeydiyyatda olan X9 tərəfindən mütəmadi olaraq, müxtəlif internet resurslarında onun şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən, həqiqətə uyğun olmayan, təhqir və böhtan xarakterli məlumatlar yayılmışdır. X5 bu qanunsuz əməlləri ilə əlaqədar onun tərəfindən “məlumatların həqiqətə uyğun olmayan hesab edilməsi, təkzib yazısının verilməsi, üzr istənilməsi və mənəvi ziyana görə kompensasiya ödənilməsi” tələbli iddia ərizə ilə Siyəzən rayon məhkəməsinə müraciət edilmişdir. Onun müraciəti əsasında məhkəmədə baxılan 2(059)-151/2021 saylı mülki iş üzrə icraat aparılmaqla, iddiasının “cavabdeh X9 tərəfindən Azərbaycan Respublikası Prezident Adnistrasiyasına və Azərbaycan Respublikasının Baş Prokurorluğuna “Novruzovun bütün qanunsuz əməllərini həyata keçirən Aqsin Ağayev...” söz və söz birləşmələrindəki həqiqəti əks etdirməyən fikirlər şəxsin şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya alçaldan məlumatlar kimi həmin məlumatların yayılması üsuluna uyğun, eyni qaydada “Kanal 24.az” saytında təkzib olunmaqla, təkzib videoçəklişinin həmin kütləvi informasiya vasitəsi ilə icra edilməsi vəzifəsi cavabdeh X5 üzərinə qoyulmuşdur. Cavabdeh X9 tərəfindən “7 Times” saytında yayımlanmış videogürüntüdə “Siyəzəndə şəhidin adına olan bulaq niyə dağıdılıb başlıqlı çıxışında onun barəsində ifadə edilmiş” Aqşin Ağayev və digərləri bu işi araşdırıb, yəqin onlara sərf eləmir, etdiyimiz müraciətlərə məhəl quyulmur” cümlələrindəki həqiqəti əks etdirməyən fikirlər şəxsin şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya alçaldan məlumatlar kimi həmin məlumatların yayılması üsuluna uyğun, eyni qaydada “Times” saytında təkzib olunmaqla, təkzib videoçəkilişinin həmin kütləvi informasiya vasitəsi ilə icra edilməsi vəzifəsi cavabdeh X5 üzərinə qoyulmuşdur. Mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat cavabdeh X3 tutularaq iddiaçı X6 xeyrinə ödənilsin” kimi qismən təmin edilməsi barədə 26 iyul 2021-ci il tarixli, 2(059)- 151/2021 saylı Qətnamə qəbul etmişdir (qeyd edilən qətnamə ərizəyə əlavə olunur). Siyəzən rayon məhkəməsinin həmin qətnaməsi 11 sentyabr 2021-ci il tarixindən qanuni qüvvəyə minmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X5 təqsirliliyini təsdiq edən bütün, onun tərəfindən müxtəlif dövlət orqanlarına ünvanlanmış böhtan ərizələri, sayıtlarda etdiyi çıxşlar, mülki iş üzrə keçirilmiş məhkəmə linqvistik ekspertizasının Rəyi və digər sübutlar Siyəzən rayon məhkəməsində saxlanılan 2(059)-151/2021 saylı mülki işdə vardır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli qərarında göstərilmişdir ki, “məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. X9 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş “Böhtan” və 148-ci maddəsində nəzərdə tutulmuş “Təhqir” cinayətini törətmişdir. İnsanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən biridir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində ABŞ Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X4” Haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd edilir ki, “hər kəsin öz şərəf və ləyaqətini miidafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz”. Avropa Məhkəməsinin president hüququnda demokratik sistemin davamlığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fikir ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaq və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Böhtan və Təhqir cinayəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət məsuliyyəti ilə cəzalandırılmalı olan “Şəxsiyyətin azadlığı və ləyaqəti” əleyhinə olan cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi “Böhtan” adlanır. Həmin Məcəllənin 147.1-ci maddəsinə əsasən “Böhtan, yəni yalan olduğunu biləbilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirdiyi internet informasiya ehtiyatında yayma - Min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səkksən saatadək müddətə ictimai işlər və ya bir ilədək islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinin “Təhqir” adlanan maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirdiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçatma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, bu əməlləri törətməsinə görə cinayət məsuliyyəti hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyriqanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cii il tarixli, 3 №-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi - dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqət - dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 5-ci bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrinin mənasına görə şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirdiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə - hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etməsi başa düşülür. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal təsərrüfatı, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs olan X5 Siyəzən rayon Məhkəməsində baxılan mənim ona qarşı “məlumatların həqiqətə uyğun olmayan hesab edilməsi, təkzib yazısının verilməsi, üzr istənilməsi və mənəvi ziyana görə kompensasiya ödənilməsi” iddia tələbim əsasında, cavabdeh şəxs qismində iştirak etdiyi 2(059)-151/2021 saylı mülki iş üzrə təyin edilmiş məhkəmə-linqvistik ekspertizasının 31 may 2021-ci il tarixli, 4/440 nömrəli ekspert rəyi və həmin mülki iş üzrə, Siyəzən rayon məhkəməsinin iş № 2(059)-151/2021 saylı, 26 iyul 2021-ci il tarixli qanuni qüvvəyə minmiş Qətnaməsi ilə sübut olunmuş hallara əsasən onun onun barəsində yuxarı dövlət orqanlarına ünvanladığı ərizələr və müxtəlif internet informasiya ehtiyatlarında kütləvi nümayiş etdirdiyi həqiqətə uyğun olmayan, yalan olduğunu bildiyi böhtan və təhqir xarakterli məlumat və informasiyaları yaymaqla barəmdə mənfi rəy formalaşdırmasına çalışmış məni ağır cinayət-korrupsiyada ittiham etməklə ona böhtan atmış, eyni zamanda müxtəlif internet informasiya ehtiyatlarında kütləvi nümayiş etdirdiyi həqiqətə uyğun olmayan, yalan olduğunu bildiyi şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçaltmaqla cinayət əməlləri törətmişdir. Azərbaycan Respublikasının Cinayət Qanunvericiliyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində təsbit edilmiş cinayətlər formal xarakterli cinayətlərdir, yəni baş verdiyi andan başa çatmış cinayətlərdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X9 qeyd etdiyim, Siyəzən rayon məhkəməsinin İş № 2(059)-151/2021 saylı, 26 iyul 2021-ci il tarixli qanuni qüvvəyə minmiş Qətnaməsində sadalanan yuxarı dövlət instansiyalarına ünvanladığı ərizələrdə, eyni zamanda müxtəlif internet informasiya ehtiyatlarında kütləvi nümayiş etdirdiyi həqiqətə uyğun olmayan, yalan olduğunu bildiyi şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla cinayət əməlləri törətmişdir. Göründüyü kimi X5 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tərkibi vardır. Onun barəsində şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan həqiqətə uyğun olmayan, bilə-bilə yalan məlumatları yaydığı üçün, eləcədə əsassız olaraq onu ağır cinayət əməlində ittiham etdiyi üçün X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməli və qanunvericiliklə müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Göstərdiklərini nəzərə alaraq, X9 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş, əvvələrdə məhkum olunmuş, məhkumluğu ödənilməmiş şəxs olan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair “xüsusi ittiham qaydasında” təqdim etdiyi şikayəti icraatınıza qəbul edərək, onun həmin maddələrlə təqsirli bilinərək məhkum edilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı Aqşin Ağayev şikayətini müdafiə edərək Ruslan Quliyevin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148ci maddələri ilə təqsirli bilinərək onun barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Bundan əlavə xüsusi ittihamçı Aqşin Ağayev məhkəmə iclasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət təqibindən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X9 xüsusi ittihamçının onun barəsində verdiyi şikayətlə razı olmadığnı və ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi tamamilə əsassızdır, ona görə də təmin edilməməlidir. Belə ki, Siyəzən rayon İcra Başçısının birinci müavini işləyən Aqşin Ağayevlə onun arasında böyük mübarizə gedir. O, bir vətəndaş kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının məmurların qanunsuz əməlləri ilə əlaqədar etdiyi çağırışa sadiq qalaraq Aqşin Ağayevin saxta, özbaşına, səhlənkar, vəzifə səlahiyyətlərini aşma, mənimsəmə, korrupsiya və qanunsuz əməlləri ilə bağlı mütəmadi şəkildə həm yazılı şəkildə, həm videoçəkiliş vasitəsi ilə Prezident Aparatına, hüquq mühafizə orqanlarına, şikayətlər etmişdir. Hətta bir dəfə A.Ağayevin və digərlərininin barəsində Baş Prokurorluğun Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin işçiləri tərəfindən cinayət işi açılmışdır, sonra da qanunsuz şəkildə işə xitam verilmişdir. O, Aqşin Ağayevə qanun çərçivəsində böyük zərbələr vurduğu üçün onun barəsində Siyəzən rayon məhkəməsində vəsatət qaldırmışdır. Siyəzən rayon məhkəməsinin çıxartdığı qətnaməsinə əsasən iddiaçı Aqşin Ağayevin xeyrinə ondan 500 (beş yüz) AZN pul tutulmuşdur. Aqşin Ağayev bütün qanunsuz vasitələrdən istifadə edərək onu məhv etmək istəyir. Hətta dəfələrlə ona hədə-qorxu da gəlmişdir. Bundan başqa dostu Elşən Məhərrəmovu da sifarişli şəkildə həbs etdirmişdir. O, Siyəzən rayon sakini olaraq rayonda baş vermiş qanunsuzluqlarla və həmçinin Aqşin Ağayevin əməllərinə qarşı mübarizə aparır. Aqşin Ağayevin onun barəsində Bakı şəhəri Nəsimi rayon məhkəməsinə xüsusi ittiham qaydasında verdiyi şikayəti tamamilə əsassızdır, belə ki, o, Aqşin Ağayevi təhqir yox tənqid etmiş və kütləvi informasiya resurslarında onun barəsində qanunsuz olaraq külli miqdarda pulları mənimsəməsi ilə bağlı bildirdiyi fikirlərin hamısı isə həqiqətdir, böhtan deyildir, bununla bağlı əlində faktlar və sübutları vardır. Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Beləliklə, təqsirləndirilən şəxs Ruslan Quliyev ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148ci maddələri ilə təqsirli olması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, iş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş fləş kartda olan video görüntülər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə xüsusi ittihamçı Aqşin Ağayevin, təqsirləndirilən şəxs Ruslan Quliyevin ifadələrini dinləyərək, həmçinin cinayət işi üzrə toplanılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ruslan Quliyevin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə tövsif olunmalı və o, həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə iclasında “Şimal Regional” saytına istinad edilməklə 2021-ci ilin avqust ayında yayımlanlanmış Ruslan Quliyevin müsahibəsindən görünür ki, “X17 və İdman Nazirliyinin Siyəzən rayon İdman və gənclər təşkilatında sədr işləyərkən külli miqdarda yəni, 100000 (yüz min) manat pul mənimsədiyini” və bundan başqa, “X18 rayon Kommunal Müəssisələr Kombinatının tərkibində olan Pontanajnıy qarajda işləyərkən 12 dənə maşını “spisat” etdiyini yəni, mənimsədiyini” bildirmişdir. Məhkəmə iclasında “You Tube” kanalında yayımlanmış “X19 Ağayevi faktlarla ifşa etdi” başlıqlı videomüsahibəsindən görünür ki, “Aqşin Ağayevin milyonlarla pulu mənimsəyərək kimlərə verməsinin araşdırılmasını” bildirir. Məhkəmə iclasında “Şimal Regional” saytına istinad edilməklə 2021-ci ilin avqust ayında yayımlanlanmış Ruslan Quliyevin müsahibəsindən görünür ki, Aqşin Ağayev barəsində “bu nə məmur kimi məmurdur, nə vətəndaş kimi vətəndaşdır, nə şəxsiyyət kimi şəxsiyyətdir”, “bu adam gör nə qədər səviyyəsiz, şəxsiyyətsiz adamdır ki, Qarabağ müharibəsində şəhid olan ailələrin arasında ayrı-seçkilik aparır” ifadələrini işlətmişdir. Məhkəmə iclasında “Şimal Regional” saytına istinad edilməklə 2021-ci ilin sentyabr ayında yayımlanlanmış Ruslan Quliyevin müsahibəsindən görünür ki, “Aqşin Ağayev birinci müavin işlədiyi 8 ay ərzində milyonlarla manat yeyinti etdiyini” bildirir. Məhkəmə iclasında “You Tube” kanalında yayımlanmış “X19 Ağayevi faktlarla ifşa etdi” başlıqlı videomüsahibəsindən görünür ki, Aqşin Ağayev barəsində “sən nə cür mənşəyi bilinməyən məxluqsan ki, bir yandan zəng vurub yalvartdırıb camaatı xahiş elətdirirsən, bir yandan da çirkin oyunlarını həyata keçirirsən” deyir. Məhkəmə iclasında Aqşin Ağayevlə bağlı videogörüntüdə Ruslan Quliyev “sən nə cür şəxsiyyətsiz, ləyaqətsizsən, bunun kökü bilinmir, onun şəxsiyyəti ləyaqəti olsaydı” deyir. Məhkəmə iclasında “You Tube” kanalında 2021-ci ilin iyul ayında yayımlanmış “Siyəzəndə yoxlamalar aparılsın” başlıqlı Ruslan Quliyevin müsahibəsindən görünür ki, “Aqşində o kişilik yoxdur” deyir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 12 aprel 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, X13 rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum olunaraq 10 faiz dövlət nəfinə pul tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunaraq 09 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə AR CM-nin 178.3.2-ci maddəsi AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunmuş, cəzası 5 ilə endirilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli 1(006)-45/2022 saylı qərarından görünür ki, X15 barəsində axtarış elan edilmiş və iş üzər icraat dayandırılmışdır. İş materiallarında olan axtarışda olan şəxsin müəyyən edilməsi barədə 09 fevral 2022-ci il tarixli protokoldan görünür ki, X9 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xocasən qəsəbəsi ərazisində yaşadığı evin qarşısında tutularaq Bakı şəhəri Nəsimi rayon məhkəməsinə təhvil verilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli 1(006)- 45/2022 saylı qərarından görünür ki, X5 barəsində cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan Siyəzən rayon məhkəməsinin 2(059)-151/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi “cavabdeh X9 tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasına və Azərbaycan Respublikasının Baş Prokurorluğuna “Novruzovun bütün qanunsuz əməllərini həyata keçirən Aqsin Ağayev...” söz və söz birləşmələrindəki həqiqəti əks etdirməyən fikirlər şəxsin şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya alçaldan məlumatlar kimi həmin məlumatların yayılması üsuluna uyğun, eyni qaydada “Kanal 24.az” saytında təkzib olunmaqla, təkzib videoçəklişinin həmin kütləvi informasiya vasitəsi ilə icra edilməsi vəzifəsi cavabdeh X5 üzərinə qoyulmuşdur. Cavabdeh X9 tərəfindən “7 Times” saytında yayımlanmış videogürüntüdə “Siyəzəndə şhidin adına olan bulaq niyə dağıdılıb başlıqlı çıxışında onun barəsində ifadə edilmiş” Aqşin Ağayev və digərləri bu işi araşdırıb, yəqin onlara sərf eləmir, etdiyimiz müraciətlərə məhəl quyulmur” cümlələrindəki həqiqəti əks etdirməyən fikirlər şəxsin şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya alçaldan məlumatlar kimi həmin məlumatların yayılması üsuluna uyğun, eyni qaydada “Times” saytında təkzib olunmaqla, təkzib videoçəklişinin həmin kütləvi informasiya vasitəsi ilə icra edilməsi vəzifəsi cavabdeh X5 üzərinə qoyulmuşdur. Mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat cavabdeh X3 tutularaq iddiaçı X6 xeyrinə ödənilməsi” qərara alınmışdır. İş materiallarında olan Siyəzən rayon məhkəməsinin 1(059)-60/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə X6 X9 barəsində verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilmiş və şikayət aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-543/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 xüsusi ittiham qaydasında şikayəti məhkəmənin icraatına qəbul edilmiş və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəməyə verilmişdir. İş materiallarında olan Siyəzən rayon məhkəməsinin 4(059)-7/2022 saylı xx.xx.2022ci il tarixli qərarı ilə X5 barəsində həbsetmənin əvvəli 24 fevral 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Xüsusi ittihamçı X11 tərəfindən məhkəməyə təqdim edilmiş yazılı vəsatətindən görünür ki, ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla, - Aqşin Ağayevlə bağlı videosunda “bu adam gör nə qədər səviyyəsiz, şəxsiyyətsiz adamdır” ifadələri təhqir hesab edilirmi? - Aqşin Ağayevlə bağlı «Aqşin Siyəzəni talan edir» videosunda “bu nə məmur kimi məmurdur, nə vətəndaş kimi vətəndaşdır, nə şəxsiyyət kimi şəxsiyyətdir” ifadələri təhqir hesab edilirmi? - Aqşin Ağayevlə bağlı videogörüntüdəki “nə cür mənşəyi bilinməyən məxluqsan” ifadələri təhqir hesab edilirmi? - Aqşin Ağayevlə bağlı videogörüntüdə “Sən nə cür şəxsiyyətsiz, ləyaqətsizsən, bunun kökü bilinmir, onun şəxsiyyəti ləyaqəti olsaydı” ifadələri təhqir hesab edilirmi? - İnternet resurslarında Aqşin Ağayevlə bağlı «Siyəzəndə yoxlamalar aparılsın» başlıqlı videogörüntüdə “Aqşində o kişilik yoxdur” ifadələri təhqir hesab edilirmi? Linqvistik ekspertizanın keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2022-ci il tarixli 4/890 saylı məhkəmə-linqvistik ekspertizasının rəyindən görünür ki, Aqşin Ağayevlə bağlı videoda “bu adam gör nə qədər səviyyəsiz, şəxsiyyətsiz adamdır” ifadələri təhqir hesab edilir, Aqşin Ağayevlə bağlı «Aqşin Siyəzəni talan edir» videosunda “bu nə məmur kimi məmurdur, nə vətəndaş kimi vətəndaşdır, nə şəxsiyyət kimi şəxsiyyətdir” ifadələri təhqir hesab edilir, Aqşin Ağayevlə bağlı videogörüntüdəki “nə cür mənşəyi bilinməyən məxluqsan” ifadələri təhqir hesab edilir, Aqşin Ağayevlə bağlı videogörüntüdə “Sən nə cür şəxsiyyətsiz, ləyaqətsizsən, bunun kökü bilinmir, onun şəxsiyyəti ləyaqəti olsaydı” ifadələri təhqir hesab edilir, İnternet resurslarında Aqşin Ağayevlə bağlı «Siyəzəndə yoxlamalar aparılsın» başlıqlı videogörüntüdə “Aqşində o kişilik yoxdur” ifadələri təhqir hesab edilir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat müəyyən edilmişdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayətprosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, təqsirləndirilən şəxs Ruslan Quliyevin törətdiyi cinayətlər, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, xüsusi ittihamçı Aqşin Ağayevin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi, fləşkartda olan videogörüntülər və digər iş materialları ilə Ruslan Quliyevin yalan olduğunu bilə-bilə xüsusi ittihamçı Aqşin Ağayevin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2 179.3.1 və 311-ci maddəsində nəzərdə tutulan cinayətləri törətməsini bildirməklə) kütləvi informasiya vasitəsində yayaraq ağır cinayət törətməkdə ittiham etməklə böhtan cinayətini törətməsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında Aqşin Ağayevinin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etməsi cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Bununla da, Ruslan Quliyevin əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Ruslan Quliyev kütləvi informasiya vasitələrində Siyəzən rayon İcra başçısının birinci müavini X14 və İdman Nazirliyinin Siyəzən rayon idman və gənclər təşkilatında sədr işləyən zaman külli miqdarda yəni, 100000 (yüz min) manat pulu mənimsəməsini bildirsə də, yaydığı məlumatın doğru olmasını məhkəmə iclasında sübut edə bilməmişdir. Belə ki, Ruslan Quliyev məhkəmə iclaslarında Aqşin Ağayevin korrupsioner olmasını və külli miqdarda pulları mənimsəməsinin həqiqət olmasını, bununla bağlı əlində faktların və sübutlarının olduğunu, Aqşin Ağayevlə bağlı Baş prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən cinayət işinin başlandığını və sonradan ona məlum olmayan səbəblərdən xitam olunduğunu, bunu sübut edəcəyini bildirsə də, bununla bağlı hər hansı bir vəsatət verməmişdir. Bütün bu göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, X5 əlində heç bir mötəbər sübutu olmadan yəni, rüşvət halının, vəzifə səlahiyyətlərindən sui-istifadə və mənimsəmə cinayətinin mütəşəkkil dəstə tərəfindən törədilməsinin şəxsən şahidi olmadığı halda öz bildirdiyinə görə kənar şəxslərdən eşitdiklərinə əsasən (məhkəmə üçün qeyrimüəyyən olan şəxslər), əsası müəyyənləşdirilə bilməyən şayələrə əsaslanmaqla (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Lingens qərarı, p. 28/46) Siyəzən rayon icra başçısının müavini Aqşin Ağayevin şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yayaraq sonuncunu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2, 179.3.1 və 311-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə ittiham etməsi, məhkəmə iclaslarında isə Aqşin Ağayevin barəsində yaydığı məlumatların doğru olmasını sübut edə bilməməsi, Aqşin Ağayevi ağır cinayətdə ittiham etməklə böhtan atması kimi qiymətləndirilməli və onun bu əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.1-ci maddəsinə əsasən rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 308.2-ci maddəsinə əsasən bu Məcəllənin 308.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 179.3.1-ci maddəsinə əsasən mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, Ruslan Quliyev xüsusi ittihamçı Aqşin Ağayevin şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaydığını dərk etmiş və bunu arzu etmişdir. Beləliklə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət, xüsusi ittihamçı Aqşin Ağayevin şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları yayıldığı andan başa çatmışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs Ruslan Quliyev tərəfindən 2021-ci il iyul, avqust və sentyabr aylarında “Şimal Regional” saytında, You Tube telekanalında xüsusi ittihamçı barəsində bəzi təhqir xarakterli söz və ifadələr (“bu nə məmur kimi məmurdur, nə vətəndaş kimi vətəndaşdır, nə şəxsiyyət kimi şəxsiyyətdir”, “sən nə cür mənşəyi bilinməyən məxluqsan ki”, “sən nə cür şəxsiyyətsiz, ləyaqətsizsən, bunun kökü bilinmir, onun şəxsiyyəti ləyaqəti olsaydı”, “Aqşində o kişilik yoxdur”) işlədilmişdir. Təqsirləndirilən şəxs Ruslan Quliyev məhkəmə iclasında təhqiredici sözlərin nalayiq olmasının qiymətləndirilməsinin subyektiv xarakter daşıdığını və buna görə də, onun səsləndirdiyi hər hansı bir ifadəsinin başqaları tərəfindən təhqir kimi qəbul edilməsinin heç də onun digər şəxsi təhqir etməsi mənasına gəlmədiyini irəli sürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlər dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 8-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərərçəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Hazırki xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə təqsirləndirilən şəxsin 2021-ci il iyul, avqust və sentyabr aylarında “Şimal Regional” saytında, You Tube telekanalında səsləndirdiyi söz və ifadələrin təhqir xarakterli olub-olmaması mübahisəli olduğundan məhkəmə tərəfindən məhkəmə-linqvistik ekspertizası təyin edilmiş və həmin ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Ruslan Quliyevin “Şimal Regional” saytında, “You Tube” telekanalında xüsusi ittihamçı barəsində “bu adam gör nə qədər səviyyəsiz, şəxsiyyətsiz adamdır”, “bu nə məmur kimi məmurdur, nə vətəndaş kimi vətəndaşdır, nə şəxsiyyət kimi şəxsiyyətdir”, “nə cür mənşəyi bilinməyən məxluqsan”, “sən nə cür şəxsiyyətsiz, ləyaqətsizsən, bunun kökü bilinmir, onun şəxsiyyəti ləyaqəti olsaydı”, “Aqşində o kişilik yoxdur” sözləri aid olduğu şəxsin şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən xarakterli sözlərdir. Yəni, təqsirləndirilən şəxs Ruslan Quliyevin 2021-ci il iyul, avqust və sentyabr aylarında “Şimal Regional” saytında, “You Tube” telekanalındakı müsahibəsində xüsusi ittihamçı barəsində səsləndirdiyi söz və ifadələr sonuncunun özünün iddia etdiyi kimi tənqid deyil, birbaşa təhqir xarakterli olmuş, yəni ünvanlandığı şəxsin şərəf və ləyaqətini alçaltmaq, işgüzar nüfuzunu ləkələmək xarakteri daşımışdır. Təqsirləndirilən şəxs Ruslan Quliyev həmin söz və ifadələrlə onun aid olduğu şəxsin cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi, mədəni keyfiyyətlərini alçaltmış, onun cəmiyyətdə tutduğu mövqeyini ləkələmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Ruslan Quliyev xüsusi ittihamçı barəsində təhqir xarakterli həmin söz və ifadələri müxtəlif informasiya resurslarında yayımlamış və bunu kütləvi şəkildə nümayiş etdirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «xüsusi ittiham qaydasında şikayətlər dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndinin 5-ci abzasına əsasən kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Göründüyü kimi təqsirləndirilən şəxs Ruslan Quliyev tərəfindən xüsusi ittihamçı barəsində təhqir xarakterli söz və ifadələr sosial şəbəkə hesab edilən “You Tube” kanalında kütləvi şəkildə yayılmışdır. Sosial internet şəbəkəsi Ali Məhkəmənin yuxarıda qeyd olunmuş Plenum qərarından göründüyü kimi internet informasiya ehtiyatı hesab edilir və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma isə birbaşa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkibini yaradır. Yəni, təqsirləndirilən şəxs Ruslan Quliyev xüsusi ittihamçı barəsində təhqir xarakterli söz və ifadələri internet informasiya ehtiyatı hesab edilən “You Tube” sosial internet şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda qəsdən bildirməklə, Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlini törətmiş, yəni, cəmiyyətdə əxlaqi və mənəvi baxımdan sonuncu barəsində mənfi rəy yaradan, onun şərəf və ləyaqətini alçaldan məlumatları kütləvi şəkildə yaymışdır. Bununla da, məhkəmə təqsirləndirilən şəxs Ruslan Quliyev tərəfindən məhkəmə iclasında verilmiş ifadələrə qiymət verərək hesab edir ki, həmin ifadələr mötəbər hesab edilə bilməz, özünü müdafiə xarakteri daşıyır, cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmiş və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin V hissəsinə əsasən Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cu maddəsinə əsasən, kütləvi informasiya vasitələri-dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. Həmin Qanunun «Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi»ndən bəhs edən 10-cu maddəsində deyilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Konvensiyanın istinad olunan 10-cu maddəsində də nəzərdə tutulur ki, maddənin 1-ci bəndində təminat verilən azadlıqların (fikri ifadə etmək azadlığı) həyata keçirilməsi « …mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün,…qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər» Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki, «…mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, …qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil (bax, Lingens v. Austria, judgment of 8 July 1986, Series A no. 103, p. 28/46). Məlumatda mövcud fakt kimi göstərilmiş hallar hər hansı mötəbər sübuta deyil (ümumiyyətlə müəllif belə bir araşdırma da aparmamışdır), əsası müəyyənləşdirilə bilməyən şayələrə əsaslanmışdır.(müqayisə et, məsələn, Lingens qərarı, p. 28/46). Məhkəmə araşıdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs Ruslan Quliyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi tam sübuta yetirilmişdir. Bununula əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş böhtan cinayəti üzrə şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir dedikdə, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Bu cinayət subyektiv tərəfdən birbaşa qəsdlə törədilir. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999-cu il 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Subyektiv cəhətdən birbaşa qəsdlə törədilən bu cinayət hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar yayıldığı andan başa çatmış sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «xüsusi ittiham qaydasında şikayətlər dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndinin 5-ci abzasına əsasən kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin V hissəsinə əsasən Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə X5 məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 12 aprel 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, X9 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2.-ci maddəsi ilə məhkum olunaraq 09 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə AR CM-nin 178.3.2-ci maddəsi AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olub və cəzası 5 ilə endirilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi, təqsirləndirilən şəxs X9 məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir ki, bu halı da məhkəmə cinayətin residivi kimi qeyd edərək onu cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə). Həmin Məcəllənin 65.2-ci maddəsinə uyğun olaraq residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Eyni zamanda Cinayət Məcəlləsinin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Həmçinin qeyd olunan Məcəllənin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında məhkəmələrə izah edilir ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin iştimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Cinayət Məcəlləsinin 62.1-ci maddəsinin mənasına görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında alternativ, daha yüngül cəzaların olması həmin maddədə müəyyən edilmiş hər hansı cəza növünün aşağı həddindən də az cəza təyin edilməsinə mane olmur (8-ci bənd). Məhkəmə işin faktiki hallarını, törədilmiş əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına, ailəsinin gələcəyinə və həyat şəraitinə təsirini müstəsna hallar kimi nəzərə alaraq və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, residiv nəzərə alınmadan təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddən də aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X7 Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlərdən biri daxil olduğundan X7 təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxs X5 barəsində həbs qətimkan tədbiri seçilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Siyəzən rayon məhkəməsinin xx.xx.2022-ci tarixli, 4(059)-7/2022 saylı qərarı ilə X5 həbsdə olması nəzərə alınmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, ondan 100 (yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə sübut növü kimi qəbul edilmiş bir ədəd fləşkart iş materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxs X5 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-543/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2021-ci il tarixdən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs X7 göstərilmiş 56 (əlli altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 336 (üç yüz otuz altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinsin. X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə X7 qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. X9 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X5 cəza çəkməsinin əvvəli 20 iyul 2022-ci il tarixdən hesablansın. X5 barəsində həbs qətimkan tədbiri seçilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Siyəzən rayon məhkəməsinin 4(059)-7/2022 saylı, xx.xx.2022-ci tarixli qərarı ilə X5 həbsdə olması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (yüz) manat X3 tutularaq dövlət büdcəsinin hesabına köçürülsün. İş üzrə sübut növü kimi qəbul edilmiş bir ədəd fləşkart iş materiallarında saxlanılsın. X7 göstərilmiş hüquqi xidmətə görə X2 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 336 (üç yüz otuz altı) manat məbləğində hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökm ondan apellyasiya şikayəti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar