Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-45/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Nümayəndə2, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs X6 iştirakları ilə xx xxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Hüquqi Təminat İdarəsinin rəis müavini vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X12 qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, X12 28 iyul 2022-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun baş nahiyəsindən qəsdən yumruq zərbələri vuraraq ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan alın-təpə nahiyəsinin sağ yarısının şişkin fonda sıyrığı və yumşaq toxumalarının əzilməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X12 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, cinayət işinin materiallarından da görünür ki, bu iş qurma və uydurma bir işdir. Belə ki, zərər çəkmiş şəxsin mülki iddia ərizələrində və digər vəsatətlərdə yalan məlumat verdiyi görünür. Guya 2018-ci ildə ona pul verilməsi barədə bir yerdə yazmış ki, ona 50.000 manat pul verilmiş, bir yerdə yazmış ki, 100.000 manat pul vermişdir. Lakin onun dedikləri sübutlarla, pasportunda olan möhürlərlə təkzib olunur. Belə ki, o, həmin vaxt heç ölkə ərazisində olmamışdır. Bundan başqa boşanma ərizəsində uydurma mülahizələr göstərmiş ki, guya o, narkotik vasitə aludəçisidir. Lakin o, bu mülahizəni test verərək təkzib etmişdir. Bütün bunlar rəsmi olaraq zərər çəkmiş şəxsin yalana meylli şəxs olduğunu göstərir. İkinci məqam ondan ibarətdir ki, cinayət işinin materialları ilə tanış olduqda görünür ki, təhqiqatçı ilkin araşdırma zamanı guya mənzilə baxış keçirmiş, lakin buna baxmayaraq mənzildə quraşdırılmış kameranın görüntüləri təhqiqatçı tərəfindən əldə olunmamışdır. Belə ki, mətbəxdə, dəhlizdə, qonaq otağında və uşaq otağında video kamera quraşdırılmış və həmin kameralar 28 iyul tarixində işlək vəziyyətdə olmuşdur. Hadisə ilə bağlı bildirir ki, zərər çəkmiş şəxsin boşanma fikri çoxdan olmuşdur. Bununla bağlı “Mediasiya Şurası”na da müraciət etmişdir. Boşanma ərəfəsində 22 iyul tarixində poçt vasitəsilə iddia ərizəsini götürmüşdür. Buna baxmayaraq bu barədə heç bir irad və ya hər hansı bir fikir söyləməmişdir. 28 iyul tarixində anasına bu barədə məlumat vermişdir. Anası sadəcə hər bir ana kimi övladını və nəvələrini düşünərək bu boşanmağın baş verməməsini istəmişdir. Hətta onu tənbeh edərək “günahkar sənsən, ailəni dağıdırsan, gül kimi 2 uşağın var” sözlərini onun ünvanına söyləmişdir. O, anasına bildirmişdir ki, sənin düşündüyün və bildiyin qədər deyil, bu adam səni də aldadır və özünü qurban kimi göstərmək istəyir. İddia ərizəsində şər, böhtan yazmışdır. Buna uyğun olaraq anası bildirmişdir ki, “axşam gələcəm, sən də evdə ol, gələrik, oturub danışarıq”. O, birinci evə gələrək uşaqları ilə oynamış, hətta böyük qızı həyətə düşürərək bir az gəzdirmişdir. Daha sonra 19 radələrində anası və bacıları gəlmişdir. İlk anası ilə balaca bacısı, daha sonra böyük bacısı gəlmişdir. Anası Tahirəyə bildirmişdir ki, “atana zəng elə, çağır, atanın iştirakı ilə söhbət eləmək istəyirəm”. Tahirə atasının 23 radələrinə kimi məşğul olduğunu bildirmişdir. Anası demişdir ki, “eybi yox, nə qədər lazımdır, gözləyəcəkdir, zəng vur, de ki, nə vaxt boşalacaqsa, o vaxt gəlsin”. Bir qədər sonra Tahirə gələrək atası məşğul olduğu üçün ümumiyyətlə bu gün gələ bilməyəcəyini bildirmişdir. Bu vaxt anası bacılarına qonaq otağında uşaqlara baxmalarını xahiş etmişdir. Onlar da mətbəxə keçib söhbətə başlamışlar. O, anasına həmin iddia ərizəsini təqdim etmiş, anası iddia ərizəsini oxuduqdan sonra Tahirədən ərizəni “öz əlinlə yazmısan və özün imza atmısan?” deyə soruşduqda sonuncu demişdir ki, “ondan artıq heç nə asılı deyil, məsələni böyüklər həll edir, o artıq müdaxilə edə bilmir”. Anası da buna uyğun olaraq “əgər belədirsə, hər ikiniz evi tərk edin, boşaldın, ev qızımın evidir” sözlərini bildirmişdir. İstintaqa təqdim olunan 1 dəqiqə 39 saniyəlik videogörüntüdə də görünür ki, həmin vaxt Tahirə qışqırmağa başlayaraq “məndən nə istəyirsiniz, evi tərk etməyəcəm, ev mənimdir” demişdir. Həmin vaxt balaca qız onun qucağında olmuş, uşaq səsdən qorxaraq ağlamağa başlamışdır. O da uşağı Tahirəyə verərək həm onu, həm də uşağı sakitləşdirmişdir. Uşağı verdikdən sonra gedib özünə aid bəzi əşyaları götürmüş və evi tərk etmişdir. Sonradan ona məlum olmuşdur ki, anasının vəziyyəti pisləşmiş, anasına X24 çağırılmışdır. Buna uyğun olaraq da X24 anasını xəstəxanaya aparmışlar və orada hospitalizasiya olunmalı olduğu bildirilmişdir. Anası da yazılı qaydada özü-özünə baxa biləcəyi üçün imtina etmişdir. Söz-söhbət olan zaman balaca bacısı o, evi tərk edəndən sonra 102 xidmətinə zəng vurmuş və əmlakla bağlı müraciət etmişdir ki, mənzildən çıxmırlar. Bu zəng qeydə alınmışdır. Bundan sonra axşam vaxtı hardasa saat 22 radələrində polis əməkdaşı zəng etmiş və ondan kameraların kodunu soruşmuş, o da kodu vermişdir. Sonra yenə zəng gəlmiş və kodu yığdıqlarını lakin kameranın açılmadığı bildirildikdə “gərək gəlib özüm baxım” demişdir. Sonra onu təhqiqata çağırmışlar, o da gedib izahatını vermişdir. Daha sonra təhqiqatçıya zəng etdikdə məsələnin yekunlaşdığını və heç nə olmadığını bildirmişdir. Sonra noyabr ayının sonu dekabr ayının əvvəlləri müstəntiq onunla əlaqə saxlamış və oktyabr ayının iyirmisi cinayət işinin açılması barədə ona məlumat vermişdir. O da gedib ifadəsini vermişdir. Sonradan cinayət işinin materialları ilə tanış olarkən görmüşdür ki, birinci Zərərçəkmiş şəxs təhqiqatçıya verdiyi izahatı ilə sonradan verdiyi ifadəsi arasında əhəmiyyətli dərəcədə ziddiyyətlər var. Belə ki, Tahirə xanım bildirmişdir ki, qonaq otağına keçmişik, lakin qonaq otağında müşahidə kamerası olmasından əlavə, istintaqa təqdim olunmuş 1 dəqiqə 39 saniyəlik mətbəx kamerasından əldə olunmuş videogörüntüdə konkret olaraq görünür ki, orada heç kim qonaq otağına keçmir. Bunun üçün əlavə hər hansı cihaza, ekspertə ehtiyac yoxdur, kamera görüntülərinə baxanda görünür ki, həmin otağa heç kim keçmir. Bundan başqa, həmin gün Zərərçəkmiş şəxs rəfiqəsi Şahid5 ilə saat 21:36-dan 22:15-ə qədər yazışıb və Tahirə bildirib ki, evdə nə isə ola bilər. Əgər hadisə saat 20:00 radələrində baş veribsə, necə olur ki, saat 21:36-dan 22:15-ə qədər baş verən yazışmada nəyinsə baş verməsi ehtimal olunur. Bundan başqa 29 iyul 2022-ci il tarixində, saat 00:14-də X24a müraciət edəndə Zərərçəkmiş şəxs bədənində xəsarət aşkar olunmamışdır. Əgər Zərərçəkmiş şəxs xəsarət var idisə, necə olur ki, evə gələn polis əməkdaşları həmin xəsarəti görməmişlər. Videoçəkiliş vasitəsilə keçirilən üzləşmə istintaq hərəkətində o, Tahirəyə sual vermişdir ki, “zərbə harandan dəymişdir?”, sonuncu isə başının orta hissəsini göstərmişdir. Bundan sonra, 27 may 2023-cü il tarixində müstəntiq tərəfindən Azərbaycan Respublikası CPMnin 53.4-cü maddəsinə əsasən cinayət işinin ibtidai istintaqı dayandırılmışdır. Halbuki, Azərbaycan Respublikası CPM-nin 53.4-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə iki və daha artıq təqsirləndirilən şəxs olarsa və icraatın dayandırılması əsasları onların hamısına aid deyilsə, müstəntiq, prokuror və ya məhkəmə bütün təqsirləndirilən şəxslərin iştirakı olmadan icraata obyektiv baxılması mümkün olmadıqda, icraatın bir hissəsini ayrıca icraata ayırmağa və onu dayandırmağa və ya bütün icraatı dayandırmağa haqlıdır. Göstərilən halda isə cinayət işi üzrə neçə təqsirləndirilən şəxs olmuş, həmin təqsirləndirilən şəxslər kimlərdir, cinayət işində hansı səbəbdən onlar barədə məlumat yoxdur və onların əməlinə hansı səbəbdən qiymət verilməmiş, o cümlədən sübutların qiymətləndirilməsi aparılmamışdır. Eyni zamanda, 27 may 2023-cü il tarixində Azərbaycan Respublikası CPM-nin 53.4-cü maddəsinə əsasən cinayət işinin ibtidai istintaqı dayandırıldığı halda, onun barəsində seçilmiş qətimkan tədbiri davam etmiş, dayandırılma barədə müstəntiq tərəfindən ona məlumat verilməmiş və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə şikayət ərizəsinə cavab olaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğunun 17 iyul 2023-cü il çıxış tarixli məktubunda “İş üzrə icraat müxtəlif tarixlərdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış və sonuncu dəfə xx.xx.2023-cü il tarixdə təzələnməklə istintaq davam etdirilir” qeyd olunması dayandırılma barədə qərarın 27 may 2023-cü il tarixində qəbul olunmasını şübhə altına alır. İstintaq 6 ay davam edibsə, Bakı şəhər prokuroru, Baş prokuror tərəfindən istintaq müddətinin uzadılması ilə bağlı hər hansı bir sənəd varmı? Əgər onun barəsində qətimkan tədbiri seçilirsə, bunu müstəntiq əsaslandırmalıdır, ya yox? Müstəntiq isə bunu əsaslandırmamışdır. Cinayət işi dayanıbsa, qətimkan tədbiri niyə davam edir, bu, harada yazılmışdır? Bundan başqa, müstəntiq nə ilə sübut edir ki, o, həmin adama xəsarət yetirmişdir? Bəlkə təcili yardıma müraciət etdikdən sonra zərər çəkmiş şəxsin özü və ya qohumları xəsarəti yetirmişlər. Ortada mülk üstündə mübahisə gedir. Əgər anasına zəng edib deyirsə onu döyüblər, nəyə görə anası polisə şikayət edəndə sadəcə deyir ki, münaqişə var, qızının döyülməsi barədə heç bir söz demir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ilin yanvar ayında Emil Məhərrəmovla ailə həyatı qurmuşdur. Toydan sonra bir neçə gün Bakı şəhərində yaşamışlar sonra Moskva şəhərinə köçmüşlər. Orada ilk övladları dünyaya gəlmiş, sonra həmin ilin dekabr ayında Bakı şəhərinə qayıtmışlar. Bakıya qayıtdıqdan sonra əri mütəmadi olaraq spirtli içki içmiş və narkotik vasitədən istifadə etmişdir. Təxminən 2022-ci ilin iyul ayının 16-17-də evdən marixuana tapmış və Emildən bu barədə soruşan zaman onun olmadığını bildirmişdir. Üstündən 1-2 gün keçəndən sonra qızı Güntənin canına and içmişdir ki, bəzən istifadə edir, lakin bir daha etməyək, tamamilə atacağına söz verməsə də yalnız tətildən-tətilə istifadə edəcəkdir. Ondan 3-4 gün sonra o, Emilin bacısı Aynura zəng etmiş, anasına zəng etməmişdir ki, yaşlı qadındır və Aynura demişdir ki, belə bir hal olmuş, evdə marixuana tapmış və neçə vaxtdır da Emildən şübhələnir. 28 iyul 2022-ci il tarixdə saat 15:00 radələrində işdən tez çıxıb evə getmişdir. Evdə 2 övladı və onlara baxan dayə olmuşdur. Bir qədər sonra uşaqların dayəsi getmişdir. Saat 19:00 radələrində Emil aqressiv halda evə gəlmişdir. Emilə boşanma ilə bağlı bildiriş gəlmiş və Emil ondan nəyə görə ərizədə boşanmanın səbəbi olaraq onun içki və marixuanadan istifadə etməsini yazdığını soruşmuşdur. Bununla bağlı o, hər şeyin düzünü bildirdiyini demişdir. O, hələ yanvar-fevral ayında ona bildirmişdir ki, ərizəni yazsa səbəb olaraq onun alkoqoldan istifadə etdiyini və marixuana çəkdiyini yazacağı barədə xəbərdarlıq etmişdir. O da bildirmişdir ki, “mənim karyerama kəskin təsir edəcək, məni karyeramla sınama”. Aralarında sözlü mübahisə olmuş, bir qədər sonra Emilin anası və bacıları gəlmişlər. Onlar gələndə də ona qarşı aqressiv idilər. Emilin anası ona demişdir ki, “atana zəng et, de ki, mən çağırıram, gəlsin, söhbət edək”. O da atasına zəng etmiş, lakin atası işi ilə əlaqədar saat 23:00-dan tez gələ bilməyəcəyini bildirmişdir. Onlara bu barədə deyəndə Emil demişdir ki, saat 23:00-a kimi gözləmək fikri yoxdur. Keçmiş qaynanası bildirmişdir ki, zəng elə, de ki, tez gəlsin. O, yenə atasına zəng etmiş, atası isə bildirmişdir ki, bu gün alınmır, onlara de ki, ancaq sabah saat 18:00-da gəlib söhbət edə bilərəm. O, bu barədə onlara bildirəndə demişlər ki, gəlirsə bu gün gəlsin, gəlmirsə bu söhbət bu gün burda bağlanır. Sonra onlar mətbəxə söhbət etməyə keçmişlər. Emilin anası ondan həmin ərizənin onun tərəfindən yazılıb-yazılmadığını soruşduqda, o, ərizənin onun tərəfindən yazıldığını təsdiq etmişdir. Ərizənin mətninin də onun tərəfindən yazıldığını bildirmişdir. Sonra anası ərizədə oğlunun barəsində spirtli içki içməsi və marixuanadan istifadə etməsini yazmaqla oğluna şər və böhtan atmasını bildirmişdir. O da yazdıqlarının doğru olduğunu və Emilin özünə də əvvəldən elə yazacağını xəbərdar etdiyini bildirmişdir. Anası ona əgər elə yazmısansa, dur, əşyalarını yığ, çıx get demiş, bu zaman o, “məni küçədən almamısınız ki, küçəyə də tullayasınız, lazım olar, məhkəmə qərarı ilə çıxarıq, boşanarıq, sonra problem deyil, çıxacayıq” bildirmişdir. Emilin anası təkidlə ona bu dəqiqə çıxmasını bildirmiş, o da bu dəqiqə 2 uşaqla gecə vaxtı heç bir yerə çıxmayacağını bildirmişdir. Söz davaları kəskinləşmiş, bu zaman Emil ona “səni bu dəqiqə burda boğub öldürərəm” bildirmişdir. Sonra onlar mübahisə edə-edə evin dəhliz hissəsindən qonaq otağına keçmişlər, qonaq otağında qapıdan girən kimi sağda Emil ona 2-3 zərbə endirmişdir. Onun gözü qaralmışdır. O, özünü saxlamışdır ki, ona nə isə olsa onu çıxardacaqlar, uşaqlardan ayıracaqlar. Məqsədləri həm də o idi ki, uşaqları ondan ayırsınlar. Emil onu vurandan sonra anası və bacıları sakitləçməyərək yenidən üstünə hücum çəkmişlər. Emil də Aynura demiş ki, “nə istəyirsən, onda bıçağı götür sox qarnına, sən də rahatlaş, mən də rahatlaşım, bundan artıq nə edim” demişdir. O, başa düşmüşdür ki, bunların məqsədi tamam başqa şeydir. O, anasına zəng edib, Emilin onu vurduğunu və özünü isə küçəyə atacaqlarını bildirmişdir. Anası ona polisə zəng etməsini bildirdikdə, zəng edə bilməyəcəni, qorxduğunu və anasının yığmasını xahiş etmişdir. Anası ona zəng edəcəyini və polislərlə birlikdə özünün də gələcəyini bildirmişdir. Həmin zaman kəsiyində atası da Emilin qohumu Niftalıya zəng edərək vəziyyəti izah etmiş və ora getməsini xahiş etmiş, özünün gedə bilməcəyini bildirmişdir. Sonra Emilə zəng gəldiyi üçün sonuncu evdən çıxıb getmişdir. Emil evdən çıxandan sonra bacısı Fərəh çöl qapını açarla bağlamış və açarı ona göstərib demişdir ki, “bax, bağladım qapını”. O da “nə ixtiyarla mənim evimdə qapı bağlayırsan, açarı ver mənə” dedikdə onu dəhlizdən mətbəxə qısnayıb bildirmişdir ki, “sən pəncərədən çıxacaqsan, qapıdan çıxmayacaqsan”. Bir müddət sonra qapı döyülmüş və Emilin qohumu Niftalı gələn zaman qapını açmamışlar, Niftalı çöldən qışqırmışdır ki, qapını açın. Bu zaman onu tanıdıqları üçün qapını açmışlar. Niftalı gələndən sonra ona onların ailəsində belə problem olduğu barədə məlumatının olmadığını bildirmiş, məlumatı olsa bir ağsaqqal kimi tədbir görə biləcəyini demişdir. O da Niftalı müəllimə sonuncunu oğlu və gəlini ilə bu barədə 2-3 dəfə danışdığını və belə bir problemlərinin olduğu və ailəsini dağılmağa doğru getdiyi barədə məlumat verdiyini bildirmişdir. Niftalı gələndən sonra qapını ikinci dəfə Aynur bağlamışdır. Təxminən 5-10 dəqiqə sonra polislər gəlmişlər. Aynur qapını açmaq istəmiş bu zaman o, içəridən qışqırmışdır. Daha sonra qapıda polislərin olduğunu bildikdən sonra qapını açmışlar. Polislərlə birlikdə anası da evə girmişdir. Onlar içəri girəndən sonra söz-söhbət kəskin forma almağa başlamış, bir az sonra xalası, xalasının yoldaşı, xalasının qızı gəlmişdir. O, polislərə Emilin onu vurması ilə əlaqədar məlumat vermiş, evdə müşahidə kameraları olduğunu bildirmi və onun parolunun Emildən alınmasını xahiş etmişdir. Emilin telefon nömrəsini polislərə vermiş və polislər Emilə zəng etmişlər. Emil onlara uzaqda olduğunu bildirmişdir. Polislər ona evində belə bir hadisə baş verdiyini, arvadını və 2 qız uşağını küçəyə çıxaracaqlarını deyən zaman sonuncu evin bacısının evi olduğu üçün çıxmalarını bildirmişdir. Polis ona irad bildirərək bildirmişdir ki, bu sonranın işidir, indi gəl evə, evdə hadisə baş vermişdir. Həmin hadisənin aydınlaşdırılması üçün kameranın da parolunu verməsini bildirildikdə Emil kameranın parolunun yadından çıxdığını demiş və kameranın parolunu onlara verməmişdir. Bir müddət sonra Niftalı müəllim mənzilin açarını gətirib ona vermişdir ki, Aynurdan almışam. Sonra Niftalı müəllim, Emilin anası və bacıları evdən çıxmışlar. Bundan sonra o, polislərə şikayət etmək istədiyini bildirmişdir. Polislər ona şikayət etmək üçün mütləq gərək gedib polis bölməsində izahat yazılmasını bildirmişlər. O, bu zaman halının yenidən pisləşdiyini, ürək bulanmasının kəskinləşdiyini, başının fırlandığını hiss etdiyi üçün X24 çağırmışdır. X24 gələrək onu evdə müayinə etmiş və xəstəxanada müayinədən keçməli olmasını bildirmişlər. Təxminən saat 23:00 radələrində xəstəxanaya getmiş və onu orada bir saata yaxın müayinə etmişlər və KT çəkildikdən sonra xəsarət aldığını, yəni yüngül beyin silkələnməsi olduğunu bildirmişlər. Sonra ordan çıxıb polis bölməsinə gedib ərizə yazmış və izahat vermişdir. Təxminən 03:00-04:00 radələrində evə qayıtmışdır. Daha sonra X3 şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2019-cu ilin yanvar ayında qızı X10 ailə həyatı qurmuşdur. Toydan sonra bir neçə gün Bakı şəhərində yaşamışlar sonra Moskva şəhərinə köçmüşlər. Orada ilk övladları dünyaya gəlmiş, sonra həmin ilin dekabr ayında Bakı şəhərinə qayıtmışlar. Bakıya qayıtdıqdan sonra Tahirənin əri mütəmadi olaraq spirtli içki içdikdən və narkotik vasitədən istifadə etdikdən sonra gəlib həm qızını, həm də nəvələrini “sadist” hərəkətlərinə məruz qoymuşdur. Onun, Tahirənin və həyat yoldaşının çoxsaylı cəhdlərinə baxmayaraq Emilin hərəkətində heç bir dəyişiklik baş verməmişdir. Belə olan halda artıq bir müddət sonra qızı ona bildirmişdir ki, artıq bu ailədə yaşaya bilmir, onun bu şəxslə evli olmağı həm onun, həm də övladları üçün mənəvi və fiziki təhlükədir. 2022-ci ilin aprel ayında qızı rəsmi olaraq boşanma ərizəsi yazıb Mediasiya Şurasına müraciət etmişdir. Bundan sonra Emilin anası və bacıları qızına nahaq boşanırsan, boşanmağa ehtiyac yoxdur, kişidir, içir, çəkir, burda belə bir şey olmadığını bildirmişlər. Hətta Emilin balaca bacısı qızına demişdir ki, “sən geridə qalmısan, xaricdə camaat marixuananı bulkanın üstünə səpib yeyir, bunu şişirtməyə ehtiyac yoxdur” demişdir. 2022-ci ilin iyul ayının 28-də axşam saat 7-8 arası qızı ona zəng edib demişdir ki, bunlar hamısı gəliblər, özü də çox aqressivdirlər. O, artıq bir il olardı ki, qızının evinə getmirmiş. Qızına birtəhər yola verməsini, sakitləşməsini və əsəbləşməməsini demişdir. Bir az sonra qızı yenidən zəng edərək vəziyyətin çox gərgin olduğunu, Emilin onu vurmasını, qadınlar da ona nə isə etmək istədiklərini bildirmişdir. Daha sonra qızı bildirmişdir ki, başına bir iş gəlsə, bilsinlər ki, özü tərəfindən heç nə etməmişdir. O, qızına polisə zəng etməyi bildirsə də qızı ona Aynurla Fərəhin onu addımaddım izlədiyi üçün zəng edə bilməyəcəyini bildirmişdir. Sonra qızına narahat olmamasını, özünün polisə zəng edəcəyini və onlarla birlikdə gələcəyini bildirmişdir. Daha sonra o, polisə zəng etmiş, özü də qızının evinin həyətinə gəlmiş, lakin polissiz içəri keçməmişdir. Yolda olanda bacısına zəng edib məsələni danışmış, bacısı da ora gələcəyini demişdir. O, aşağıda polisi təxminən yarım saat gözləmiş, həmin vaxt Emilgilin qohumu, çox hörmətli şəxs olan Niftalı müəllim gəlmiş, onu görən kimi niyə burda dayandığını soruşmuş, o da vəziyyəti danışdıqdan sonra polisi gözlədiyini bildirmişdir. Polislər gələndən sonra o, polislərlə birlikdə yuxarı qalxmış polis qapını döymüş, lakin təxminən 3-4 dəqiqə polisə qapı açmamışlar. Təxminən 3 dəqiqə sonra Tahirə içəridən qapını möhkəm döyərək ona qapını açmağa icazə vermədiklərini demişdir. Ondan sonra Emilin balaca bacısı Aynur qapını açmış və onlar içəri keçmişlər. Polis evin mətbəxinə keçmişdir, çünki böyük otaqda Emilin anası, bacıları, Niftalı müəllim və həkim olmuşdur. Onlar mətbəxə keçmişlər, orada polislər Tahirədən ifadə almışlar. Tahirə ifadə verən müddətdə dəfələrlə Emilin balaca bacısı Aynur onların üstünə hücum çəkərək onu nalayiq ifadələrlə, qadına yaraşmayan söyüşlərlə söyüb təhqirlər yağdırmışdır. Həmin ifadələri polis əməkdaşları da eşitmişlər. Niftalı müəllim hətta bir neçə dəfə Aynurun qolundan tutub itələdikdən sonra camaatın üstünə hücum çəkməməsini bildirmişdir. Bir qədər keçəndən sonra Niftalı müəllim qadınları da götürüb evdən çıxmış və evin açarını Aynurdan alıb gətirib Tahirənin və polislərin qarşısına qoymuşdur. Polis əməkdaşı Tahirəyə polis idarəsinə gedib orada ifadə verməsini bildirmişdir. Polis idarəsinə getməmişdən əvvəl Tahirə özünü pis hiss etməyə başlamış və ürəyinin bulandığını, başının ağrıdığını demişdir. Onlar da X24 çağırası olmuşlar. X24 briqadası gəlmiş, Tahirəni müayinə etmişlər və xəstəxanaya yoxlanmağa getmək lazım olduğunu bildirmişlər. Tahirə X24 maşını ilə xəstəxanaya getmiş, atası da arxasınca maşınla getmişdir. Ona xəstəxanadan zəng edib Tahirənin yüngül beyin silkələnməsi keçirdiyini, yataq rejimi və sakitçilik tövsiyə olunduğu bildirilmişdir. O, həmin vaxt evdə uşaqların yanında qalmışdır. Ordan da Tahirə və atası polis bölməsinə getmiş, Tahirə ifadə verdikdən sonra da gecə saatlarında evə gəlmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 28 iyul 2022-ci il tarixində axşam qızı zəng edərək qaynanasının onunla danışmaq istədiyini bildirmişdir. O, işdə olduğu üçün təxminən saat 23:00-dan sonra gələ biləcəyini demişdir. Sonra fikirləşmişdir ki, gec olacaq, uşaq yuxusuz qalacaq və qızına zəng edib bu gün gələ bilməyəcəyini, qaynanasına sabah işdən sonra saat 18:00-da gələ biləcəyini deməsini bildirmişdir. Sonra başqa bir işi çıxdığı üçün onun dalınca getmişdir. Axşam təxminən saat 10-a işləmiş qızı zəng edərək ona hücum edildiyini və döyüldüyünü bildirmişdir. Bu zaman o, Emilə zəng etmş, lakin sonuncu telefonu götürməmişdir. Daha sonra Emilin anasına zəng etmiş, o da telefonu götürməmişdir. Sonra Niftalı adlı qohumlarına zəng edərək Emilin ailəsi tərəfindən evin qapısının bağlanılmasını və qızının çölə çıxa bilməməsini bildirmişdir. Niftalı müəllim də ona ora gedə biləcəyini demişdir. Sonra arvadına zəng edərək qızının evinə getməsini, özünün isə gedə bilməməsini, ancaq saat 11-dən sonra boş olcağını bildirmişdir. Təxminən saat 23:00-da Emilə zəng etmiş və ondan harada olduğunu soruşduqda sonuncu evdən çıxdığını bildirmişdir. Emilə onlara getdiyini və onun da gəlməsini dedikdə, Emil gələ bilməyəcəyini demişdir. O, qızıgilə gedəndə artıq hadisə olub bitmişdir. Orada olarkən qızı ürəyinin bulandığını bildirdikdə onlar X24 çağırmış. X24 Tahirəni xəstəxanaya aparmış, xəstəxanada Tahirəyə beyin silkələnməsi diaqnozu qoyulmuşdur. Ordan da çıxanda qızı polis bölməsinə gedərək şikayət etmək istədiyini bildirmişdir. O da qızını polis bölməsinə aparmış, orda da şikayət ərizəsi yazmışdır. Evə gələndən sonra da o getmiş, lakin arvadı Tahirənin yanında qalmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs baldızının qızı, Emil Məhərrəmov isə onun əridir. Axşam evlərində oturan zaman baldızı həyat yoldaşına zəng edərək həyəcanlı şəkildə Tahirəgildə münaqişə baş verdiyini və tez ora getmək lazım olduğunu demişdir. Onlar da taksi çağırıb tez Tahirəgilə getmişlər. Baldızını evin həyətində görmüşlər, evə qalxmaq istəyərkən, baldızı polis çağırdığını və gəldikdən sonra onlarla bir yerdə qalxacağını bildirmişdir. Bir neçə dəqiqədən sonra polislər gəlmiş və onlarla bir yerdə evə qalxmışlar. Qalxanda qapını döymüşlər, ilk öncə qapını açmamışlar, sonra polis əməkdaşının olduğunu bildirdikdən sonra qapını açmışlar və onlar içəri girmişlər. O, Tahirəni görəndə sonuncu qorxmuş halda olmuşdur. Polis əməkdaşları Tahirədən nə baş verdiyini soruşan zaman əri Emil tərəfindən döyüldüyünü demişdir. Bu sözü deyəndə Emilin bacıları Tahirəyə hücum edərək onu təhqir etmişlər. Hətta qohumları Niftalı müəllim onları aralamışdır. Emil həmin vaxt evdə olmamışdır. Polis əməkdaşları Tahirədən əri Emilin harada olmasını soruşduqda Tahirə evdə olmadığını və çıxıb getdiyini bildirmişdir. Polis əməkdaşı Emilin telefon nömrəsini alaraq ona zəng etmiş və evdə hadisə baş verdiyini, evə gəlməlisi olduğunu bildirdikdə Emil bu gün yox, sabah gələ biləcəyini demişdir. Bir qədər sonra Tahirənin vəziyyəti pisləşdiyi üçün 103 xidmətinə zəng edərək X24 çağırmışlar. X24 gəlib Tahirəni müayinə etdikdən sonra xəstəxanaya aparmışlar. Sonra Adil müəllim də onlarla birlikdə xəstəxanaya getmiş, onlar da evlərinə gəlmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs uşaqlıqdan rəfiqəsidir. 2019-cu ildə X10 ailə həyatı qurmuş və Moskva şəhərinə köçmüşlər. Moskva şəhərində birinci övladları dünyaya gəlmiş, sonra Bakı şəhərinə köçmüşlər. Bakıya köçəndən sonra ailə sıxıntıları başlamış və problemləri böyümüşdür. Son baş verən hadisədə axşam vaxtı Tahirə ona mesaj yazmışdır ki, “qorxuram, yoldaşım və ailəsi evdədirlər”. Münaqişəni başa salmış və demişdir ki, burdakı insanlar mənə nə isə edə bilərlər, mənə nə isə olsa, bil ki, mən özümə heç nə etməmişəm. O da qorxmamasını, otağa girib qapını bağlamasını və valideynlərinə zəng vurmasını bildirmişdir. Sonra əlaqə itdiyi üçün Tahirəyə zəng etmiş, lakin sonuncu cavab verməmiş, mesaj yazmış, lakin Tahirə mesaja da cavab yazmamışdır. Xeyli müddət keçəndən sonra Tahirə anasıgilin və polislərin gəldiyini, narahat olmamasını və hər şeyin normal olduğunu yazmışdır. Sonradan ona məlum olmuşdur ki, Tahirənin yoldaşı onu vurmuş, sonra da polis çağırmışlar. O, orda olmadığı üçün nə baş verdiyini dəqiq bilmir. Həmin gün Tahirə döyüldüyü barədə ona heç nə deməmiş, səhəri gün danışanda əri Emilin onu vurduğunu bilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı qızıdır, Emil Məhərrəmov isə onun keçmiş həyat yoldaşıdır. Tahirə 2019-cu ildə Emillə ailə həyatı qurmuş və Emilin işi ilə əlaqədar onlar Moskva şəhərində köçmüşlər. Nikahdan iki azyaşlı övladları dünyaya gəlmişdir. Həmin ilin sonunda onlar Bakı şəhərinə qayıtmışlar. O, Tahirədən və bacısından eşitmişdir ki, Emil mütəmadi olaraq içki içir, ailəsinə diqqət yetirmir və bunlarda belə bir problem var. Hadisə günü bacısı Aytən ona zəng edərək Tahirəgilə getdiyini, Emilin anası və bacılarının onlarda münaqişə yaratdığını demişdir. Tahirə ona “bunlar mənə nə isə etmək istəyirlər, əgər mənə nə isə olsa, bilin ki, bunlar ediblər” sözlərini demişdir. Bacısı çox həyəcanlı şəkildə onlara gedəcəyini və onların da ora gəlməsini xahiş etmişdir. O da əri Nəsimi və qızı Nəzrinlə ora getmişdir. Onlar gedəndə Aytən Tahirəgilin həyətində dayanmış və polisləri gözləmişdir. Bir müddət sonra polislər gəlmiş və onlar mənzilə qalxmışlar. Polis qapını döymüş, qapını 3-4 dəqiqə açan olmamışdır. Sonra içəridən qapını döymüşlər ki, yəni içəridə adam var. Bundan sonra qapını açmışlar və onlar polislə birlikdə içəri girmişlər. Tahirə çaşqın, qorxmuş vəziyyətdə olmuş, gözlərindən görünürdü ki, ağlamışdır. Azyaşlı uşağı da ağlayırdı, balaca uşağı isə yatmışdır. Onlar polislə mətbəxə keçmişlər. Polis Tahirədən nə baş verdiyini soruşanda, Tahirə demişdir ki, Emilin anası və bacıları onu təhqir edərək, hədə-qorxu gələrək “niyə boşanma ərizəsi yazmısan və niyə o ərizədə Emilin içki içdiyini yazmısan, o, mənim oğlumun karyerasına xələl gətirər” dediklərini demişvə Emilin onu döydüyünü polisə bildirmişdir. Onlar evə daxil olarkən Emil evdə olmamış, anası, bacıları və qohumları Niftalı müəllim orada olmuş, Emil isə çıxıb getmişdir. Polis Emilin evdə olmadığını bildikdə onun telefon nömrəsini istəmiş, nömrəni aldıqdan sonra Emilə zəng edib ailəsində münaqişə olduğunu və evə gəlməsini bildirmiş, Emil isə gələ bilməyəcəyini demişdir. Bu zaman polis əməkdaşı nə baş verdiyini öyrənmək üçün kameranın kodunu istəmiş, lakin Emil kodu verməmişdir. Onlar mətbəxdə olarkən Emilin bacısı dəfələrlə mətbəxin qapısını açıb üstlərinə hücum çəkmiş, içəri girib onları təhqir etmişdir. Niftalı müəllim dəfələrlə onu çəkib o biri otağa aparmışdır. Bu hal 3-4 dəfə təkrar olunmuşdur. Sonra Niftalı müəllim Emilin anasını və bacılarını mənzildən çıxarmış və evin açarını gətirib mətbəxə stolun üstünə qoymuşdur. Bir müddət sonra polislər Tahirəyə izahat vermək üçün polis bölməsinə getməsini bildirmişlər. O vaxta kimi Tahirənin atası Adil də gəlmiş və onlar izahat verməyə getmək istəyərkən Tahirənin ürəyi bulanmış, hamama getmiş və orada olarkən gözü qaralmışdır. Onlar X24 çağırmışlar və X24 gəlib Tahirəni müayinə etdikdən sonra kompüter tomoqrafiyasının çəkilməsini bildirmişlər. Atası və Tahirə xəstəxanaya getmiş və orada məlum olmuşdur ki, Tahirə yüngül beyin silkələnməsi keçirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə günü xalası onlara zəng edərək Emilin ailəsi Tahirənin evinə gəlib münaqişə yaratdıqları üçün ora getdiyini, onların da gəlməsini bildirmişdir. O, atası və anası Tahirəgilə getmişlər. Həyətdə xalası ilə görüşmüşlər. Xalası polisləri çağırdığı üçün həyətdə gözləmişdir. Onlar çatandan bir neçə dəqiqə sonra polislər gəlmişlər, birlikdə Tahirəgilə qalxmışlar. Polislər qapını döysələr də bir müddət qapını açan olmamış, sonra Tahirə içəridən qapını döyüb bağlanıldığını və açmadıqlarını demişdir. Bir az keçəndən sonra qapını açmışlar. Onlar içəri girdikdən sonra mətbəxə keçmişlər. Mətbəxdə polislər Tahirədən nə baş verdiyini soruşarkən Tahirə yoldaşının ailəsinin gəlib evdə münaqişə yaratdığını bildirmişdir. Sonra polislər Emilllə telefon əlaqəsi yaratmışlar, ondan kameranın kodunu istəmişlər, lakin Emil kodu verməmişdir. Bundan başqa polis əməkdaşı Emilə evdə münaqişə baş verdiyi üçün evə gəlməsini bildirsə də, Emil gələ bilməyəcəyini bildirmişdir. Bu müddətdə Aynur bir neçə dəfə mətbəxin qapısını açıb xalasının üstünə hücum edərək nalayiq ifadələr işlətməklə təhqir etmişdir. Qohumları Niftalı müəllim Aynuru zorla bir neçə dəfə dartıb ordan aparmışdır. Bir az keçəndən sonra Niftalı müəllim Aynurdan mənzilin açarını alıb stolun üstünə qoymuş, sonra Tahirənin qaynanası və baldızlarını götürüb evdən çıxmışlar. Onlar gedəndən bir az sonra da polislər evdən getmişlər. Sonra Tahirənin atası Adil əmi gəlmişdir. O gələndən sonra Tahirəni də götürüb polis şöbəsinə getmək istəyərkən Tahirə özünü pis hiss etmiş, ürəyi bulanmış, başı fırlanmışdır. Onlar X24 çağırmışlar. X24 briqadası gəlmiş, Tahirəni müayinə etmiş və kompüter tomoqrafiyasının çəkilməsinə ehtiyac olduğunu bildirmişlər. Sonra da Tahirəni X24la kompüter tomoqrafiyasının çəkilməsinə aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid6 ifadəsində göstərmişdir ki, ailə münaqişəsi ilə bağlı DİN-nin 102 zəng xidmətinə məlumat daxil olmuşdur. Qeyd olunan ünvana yaxınlaşmışlar, onları həyətdə zərər çəkmiş xanımın valideyni qarşılamışdır. Mənzilin qapısını döydükdə qapını açmamışlar. Polis olduqlarını dedikdən 5-10 dəqiqə sonra qapını açmışlar. Mənzilə daxil olanda içəridə onları aşağıda qarşılayan xanımın qızı, onun ərinin anası və bacıları var idi. Məlumat əslində ailə münaqişəsi ilə bağlı daxil olmuşdu, yaxınlaşandan sonra zərər çəkmiş xanım əri tərəfindən döyüldüyünü və xəsarət aldığını bildirmişdir. O, xəsarətlə bağlı xanımın üzündə heç bir əlamət görməmişdir. Evdə olarkən müşahidə kameralarına baxılması təklif edilmiş, lakin kameralara baxmaq üçün kod lazım olmuş və xanım kodu bilməmişdir. O, zərər çəkmiş xanımın telefonu ilə sonuncunun əri Emil Məhərrəmova zəng edib kameranın kodunu istədikdə Emil Məhərrəmov uzaqda olduğu üçün gələ bilməyəcəyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid7 ifadəsində göstərmişdir ki, 28 iyul 2022-ci il tarixində şöbədə əməliyyat qrupunun rəhbəri olduğu zaman DİN-nin 102 xidmətinə vətəndaş tərəfindən saat 21:07 radələrində ailə problemi ilə bağlı müraciət olunmuşdur. O həmin vaxt digər polis əməkdaşı Şahid6 ilə bir yerdə həmin ünvana yaxınlaşmışlar. O, evdə Emil Məhərrəmovu görməmişdir. Orada olarkən Zərərçəkmiş şəxs əri Emil tərəfindən döyüldüyünü bildirmişlər. Emil Məhərrəmovdan gəlib müşahidə kameralarını açmasını istəyərkən gələcəyini bildirsə də, lakin Emil evə gəlməmişdir. Zərər çəkmiş şəxsi aidiyyəti üzrə araşdırma aparılması üçün polis şöbəsinə dəvət etdikdən sonra mənzili tərk etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, qardaşı Emil Məhərrəmov 2019-cu ildə Tahirə adlı bir şəxslə ailə həyatı qurmuşdur. Həmin vaxt qardaşı Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyində müşavir, konsulluq şöbəsinin müdiri vəzifəsində işlədiyi üçün Azərbaycana qısa müddətli gəlmiş, toyları olmuş və toydan sonra dərhal Moskva şəhərinə geri qayıtmışlar. Tahirə ilə tanışlığı çox qısa müddət çəkmiş, hardasa 4-5 ay tanışlıqlar olmuş və aralarında məsafəli ünsiyyət olmuşdur. Ondan sonra Emil rotasiya qaydasına uyğun olaraq təxminən dekabr ayının ortalarında Azərbaycana geri dönmüş və burada yaşamağa evi olmadığından bacısı Aynurdan xahiş etmişdir ki, ona məxsus evi müvəqqəti olaraq onlara yaşayış üçün versin. Aynur da tam təmirli, avadanlıqlarla, mebellərlə təchiz olunmuş evi müvəqqəti yaşamaq üçün qardaşına vermişdir. Emil adətən Bakıya gələndə çox müddət burda qalmırmış, təzədən yeni təyinat alırmış. Amma bu dəfə Covid-19 pandemiyası və Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq təyinatlar dayandırılmış və Emil burda qalası olmuşdur. İlk əvvəl aralarında münasibətlər çox normal olmuşdur. Emil də ezamiyyədə olanda məvacibi yüksək olduğu üçün Tahirənin hər istəyini, arzusunu yerinə yetirməyə çalışmışdır. Tahirəyə heç bir cəhətdən korluq verməmiş, zinət əşyaları almış, hətta xarici ölkələrə gəzməyə aparmışdır. Bura gələndən sonra məvacibi nisbətən az olduğundan bir az çətinliklər olmuşdur. Lakin anası və onlar imkan verməmişlər ki, sıxıntı çəksinlər, onlara dəstək olmuşlar. Həftədə bir-iki dəfə bazarlıq etmişlər. Anası Tahirəyə nə lazım olsa, hər cəhətdən ona köməklik edəcəyini, dəstək olacağını demişdir. Tahirənin əziyyət çəkməməsi üçün xadimə, dayə tutmuşlar, anası və o yeməklərinə qədər bişirmişlər. Hər cəhətdən çalışmışlar ki, Tahirəni qorusunlar və ona əziyyət verməsinlər. Tahirənin anası, xalası, qohumları bütün günü bunlara gəlirmişlər. Emil neçə dəfə şikayət etmişdir ki, evində rahatlıq tapa bilmir. Onlar bir korpusda yaşadıqları üçün görmüşdür ki, Emil gedəndən sonra Tahirənin qardaşı bunlara gəlir, tanış olduğu qızları gətirir. Sonradan Emilin evdən pulu itmişdir. Tahirənin anası Aytən Emilin şəxsi əşyalarını qarışdırarkən Emil bunu tutmuş və bundan sonra Aytənə evə daxil olmağı qadağan etmişdir. Ondan sonra Emil Tahirənin atası Adili çağırmış və ona bütün iradlarını bildirmişdir. Adil də görünür Tahirənin anasının xasiyyətinə bələd olduğu üçün Emilin iradları ilə razılaşmışdır. Ondan sonra bütün problemlər başlamışdır. Emil Aytəni evdən qovandan sonra Aytən onun da ailəsinə müdaxilə etməyə başlamış, qaynanasına, baldızına zəng vuraraq ailəsində böyük problemlər yaratmışdır. Bu problemlərdən sonra həyat yoldaşı ona Aytənə və Tahirəyə zəng vurmasını qadağan etmişdir. O, bunların heç birini Emilə deməmiş və hamsını gizlətmişdir ki, evlərində dava-dalaş olmasın. Onsuz da bu ailə yalan üstündə qurulmuşdur. Tahirənin talassemiya daşıyıcısı olmasını, atası ilə anasının evli olmadığını, atasının sürücü olmasını, toydan əvvəl Tahirənin Moskva şəhərində oğlanın evində onunla bir yerdə yaşamasını onlar sonradan öyrənmişlər. Onların ailəsi çox konservativ ailədir və belə şeylər onlar üçün mümkün deyildi. Daha sonra Aytənin atası Emilin iş yerinə zəng vurub onun haqqında xoşagəlməz sözlər danışmışdır. Onun zənglərindən sonra Emil barəsində hətta daxili araşdırma aparılmışdır. Lakin buna baxmayaraq Emili ondan sonra vəzifəsində yüksəltmişlər. X14 iş yerinə zəng edib şikayət etdiyini soruşan zaman sonuncu yalan olduğunu, elə bir hal olsaydı Emili vəzifəsində qabağa çəkməzdilər cavabını vermişdir. Anası da fikirləşmişdir ki, yəqin Tahirənin xəbəri yoxdur, babası eləyir. Hadisədən 10 gün əvvəl onlar Tahirəni bağa aparmışlar ki, ailədə mehribançılıq olsun. İyul ayının 28-i Emil anasına zəng etmişdir ki, Tahirə boşanmaq haqqında ərizə yazmış və orada onun haqqında şər, böhtan yazmışdır. Anası çox təəccüblənmiş və zəng vurub bu barədə ana və bacısına demişdir. Anası yenə də inanmamış və bunu aydınlaşdırmaq üçün Emilgilə getməyi təklif etmişdir. xx.xx.2022-ci il ytarixdə anası ilə bacısı Emilgilə getmiş, o da onlardan yarım saat sonra işdən çıxıb onlara getmişdir. O, gedəndə anası, Tahirə, bacısı, Emil və uşaqlar qonaq otağında sakitcə oturmuşlar. Anası Tahirəyə atasına zəng edib çağırmasını və onunla söhbət edəcəyini bildirmişdir. Tahirə gedib zəng vurduqdan sonra gəlib demişdir ki, atası hardasa saat 23:00 radələrində gələ biləcəkdir. Anası demişdir ki, “eybi yox, gözləyərik, mən onunla danışmaq istəyirəm”. Sonradan Tahirə yenə gedib zəng edib gəlmiş və atasının gələ bilməyəcəyini bildirmişdir. Bu zaman anası ona və bacısı Aynura qonaq otağında uşaqlarla birlikdə qalmasını bildirdikdən sonra Tahirə, anası və Emil söhbət etmək üçün mətbəxə keçmişlər. Bir müddət keçəndən sonra Tahirənin emosional şəkildə bərkdən danışmağını eşitdiyi üçün o, mətbəxə gəlmiş və görmüşdür ki, anası Tahirəyə deyir ki, “sən necə bunları yazmısan, ayıb deyilmi, sən həyat yoldaşına şər, böhtan atırsan, bu necə ola bilər, bunları sən yazmısan?”. Tahirə əvvəl sakit durmuş, sonra düz elədiyini demişdir. Anası Tahirəyə əgər “dolana bilmirsinizsə, yaşaya bilmirsinizsə, çıxın, evi boşaldın, atan gəlib səni aparsın” demişdir. Bu vaxt Tahirə qışqıraraq “nə istəyirsiniz, çıxmayacam, ev mənimdir, mən burda qalacam” sözlərini demişdir. Aynur səsi eşidib mətbəxə gəlmiş və Tahirəyə “ayıb deyilmi, ağbirçək qadının üstünə qışqırırsan, o qadın hər situasiyada sənin tərəfini saxlamışdır” demişdir. Tahirə yenə qışqıran zaman Aynur ona “sən həmin xain Tahirə deyilsən ki, babanın, dayının dalınca danışırsan ki, sizin evinizi satıblar, onlara evin ortasında qarğış eləyən insansan, dayının gəlninin haqqında danışmısan, həmin ikiüzlü Tahirəsən” demişdir. Tahirə əl hərəkətləri edə-edə Aynurun üstünə gəlmiş, onu təhrik etməyə çalışımışdır. Aynur ona səs tonunu aşağı salmasını və onunla danışanda məsafə saxlamasını bildirmişdir. Tahirə səsküy salaraq “görün sizə nə edəcəm, sizin başınıza toy tutacam” demişdir. Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsində işləyən dayısı Natiq Abdullayevlə onlara hədə-qorxu gəlməyə başlamış və demişdir ki, “görün dayım sizə nə edəcək, biz sizə nə edəcəyik”. Bu vaxt Emil balaca qızı Mənsurə qucağında olarkən Tahirəni sakitləşdirməyə çalışmışdır. Bu sözlərdən sonra Emil uşağı Tahirənin qucağına vermiş və evi tərk etmişdir. Anası şok vəziyyətində olmuş və halı pisləşmişdir. Anasını qonaq otağında divanda uzatmışlar, getdikcə anasının vəziyyəti pisləşmişdir. Təxminən 20 dəqiqə keçdikdən sonra qohumları Niftalı müəllim gəlmişdir. Onlara sonradan məlum olmuşdur ki, Emil Niftalı müəllimi çağırmışdır ki, onları sakitləşdirsin. Niftalı müəllim Tahirə ilə söhbət etmiş, bir müddətdən sonra anasının halı pisləşdiyi üçün onlar X24 çağırmışlar. Bu vaxt Tahirə evdə sərbəst hərəkət etmiş uşağa yemək vermişdir. Əgər döyülmüşdüsə, necə gəlib uşağı aparıb yemək vermişdir. Heç anası üçün gələn X24a ona kömək edilməsi üçün müaciət də etməmişdir. Sonra onlar qonaq otağında qışqır-bağır səslərinin gəldiyini eşitmişlər. X13 çıxmış, sonra o, dəhlizə çıxanda görmüşdür ki, təxminən 9 nəfər adam içəri girmişdir. Onlardan iki nəfəri polis, Tahirənin anası, xalası və xalası qızı, digərləri isə hamısı tanımadığı kişilər olmuşdur. Evə girəndən sonra Aytən qışqırmağa, küçə söyüşləri söyməyə başlamışdır. Həmin vaxt Tahirə onu içəridə saxladıqlarını və evdən buraxmadıqlarını bildirmişdir. Halbuki onlar Tahirə çıxıb getməsini demişlər. Onlara şər, böhtan atmağa başlamışlar. Anasının vəziyyəti isə get-gedə pisləşdiyi üçün X24 Niftalını müəllimi çağırıb vəziyyətinin ağır olduğunu və təcili hospitalizasiya lazım olduğunu bildirmişdir. Təxminən saat 22:00 radələrində onlar evi tərk etmişlər. Tahirə deyəndə ki, onu buraxmırlar, hətta bacısı Aynur demişdir ki, “əgər onu buraxmırıqsa, kameralar var, açın baxın, biz onu necə buraxmaya bilərik, əksinə biz ona deyirik ki, evdən çıx get”. Onlar sonradan eşitmişlər ki, Tahirə gedib polisə və qonşulara Fərəhin onu balkondan atmaq istədiyini demişdir. Əgər onun Tahirəni balkondan atmaq istəyi doğrudursa, Tahirə birincisi kameralara baxılmasını tələb edər, ikincisi də ondan şikayət edərdi. Tahirənin məqsədi evə yiyələnmək olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Emil Məhərrəmov onun qardaşıdır. Emil və Tahirə 2019-cu ilin yanvar ayında ailə qurmuşlar. Emil həmin vaxt Rusiya Federasiyasında Azərbaycan Respublikasını təmsil etmişdir. Belə ki, səfirlikdə Konsulluq şöbəsinin müdiri olmuşdur. Tahirə ilə tanış olduqdan sonra Emil toy üçün yanvar ayında vətənə geri dönmüş və toyları olduqdan dərhal sonra Moskvaya, yəni işlədiyi yerə qayıtmışdır. Emil diplomatik bir işdə çalışdığı üçün mütəmadi olaraq vətənə qayıtmış, qısa müddət işlədikdən sonra təkrar olaraq Azərbaycan Respublikasını bir çox ölkələrdə təmsil etmişdir. Emil Tahirə ilə ailə qurduqdan sonra bir müddət Rusiya Federasiyasında yaşamışlar və 2019-cu ilin dekabr ayında rotasiyaya uyğun olaraq Emilin Moskvada uzunmüddətli ezamının bitməsi səbəbindən vətənə geri dönmüşdür. Emil gözləmişdir ki, qısa müddət Azərbaycanda olacaq və yenə təyinat alıb başqa hansısa bir ölkəyə gedəcək. Emil Azərbaycana gələndə ailəsi ilə bir yerdə qayıtmış və Emilin Bakıda yaşamaq üçün evi olmadığından lazımsız xərclər olmasın deyə ona müraciət edərək xahiş etmişdir ki, yaşamaq üçün ona məxsus olan mebellə və bütün avadanlıqlarla tam təchiz olunmuş mənzili müvəqqəti olaraq ona versin. Sözsüz ki, o da buna öz razılığını vermişdir. Moskvada olanda Emil və Tahirə arasında ümumiyyətlə heç bir söz-söhbət, narazılıq olmamışdır. Hətta birinci uşaqları olarkən o, bir həftəlik Moskva şəhərinə getmiş və orada olduğu müddətdə aralarında heç bir narazılığın olmadığını görmüşdür. Narazılıq artıq Emil Bakıya gələndən sonra yaranmışdır. Tahirə oradakı rahat həyata alışmışdır. Bura gələndən sonra Emilin Bakıda məvacibi daha aşağı olmuş və Tahirə istədiyi həyatı sürə bilmədiyindən, onun üçün əsas həyat maddiyyat üzərində qurulduğundan problemlər yaranmağa başlamışdır. O və anası çalışmışlar ki, qardaşı və Tahirə arasında söz-söhbətlər olmasın. Tahirənin anası, xalası, qohum-əqrəbası mütəmadi olaraq onlara gəlib gecəyə qədər orada qalmışlar. Yəni Emilin öz evində rahatçılığı olmamışdır. Buna baxmayaraq onlar heç nə deməmişlər, o və anası yenə çalışmışlar ki, arada söz-söhbət, narazılıq yaranmasın. Narazılığın əsas səbəbkar da Tahirənin anası Aytən xanım olmuşdur. Belə ki, Emilin evdə müəyyən bir vəsaiti olmuş, kənarda ayrıca saxlamışdır. Emil o vəsaitin azaldığını görmüş və şübhələnməyə başlamışdır. Bir dəfə hətta Tahirənin anası Aytənin onun dolabında axtarış apardığının şahidi olmuş və Emil iradını bildirmişdir ki, “sənin mənim əşyalarımla nə işin var”. Sözsüz ki, bununla bağlı aralarında söz-söhbət olmuş və o vaxtdan Emil Tahirənin anasının evə gəlməsinə qadağa qoymuşdur. Əsas problem də ondan sonra yaranmışdır. Emil bu haqda Tahirənin atası Adilə də demiş, Aytənin hərəkətləri haqqında danışmış, atası da razılaşmışdır. Onlar həmin vaxt bilmişlər ki, Tahirənin atası ilə anasının heç nikahı da yoxdur. Tahirənin babası tərəfindən Emilin iş yerinə zənglər olmuş və Emil haqqında məqsədyönlü olaraq Emili gözdən salmaqdan ötrü şər-böhtan xarakterli rəylər verilmişdir. Anası dəfələrlə Tahirəyə “maddi cəhətdən nə lazımdırsa, biz sənə kömək edəcəyik, buna görə ailəni dağıtma” demişdir. Anası Emilin iş yerinə edilən zəngi soruşanda Tahirə demişdir ki, “bu barədə məlumatım yoxdur, ümumiyyətlə yalandır, necə ola bilər ki, elə zənglər olsun, halbuki Emilin işində müsbət tərəfə dəyişiklik olub”. Ona görə də 28 iyul 2022-ci il tarixində Emil anasına danışanda ki, Tahirə rəsmi qaydada boşanma ərizəsi verib və ona şər, böhtan atır, anası şok vəziyyəti yaşamış və inanmamışdır. Anası həmişə Tahirəyə inanmış və onun tərəfini saxlamışdır. Anası “mən Tahirə ilə danışacam, bəlkə də bu, arada olan yalan sözlərdir və barışdırmağa çalışacam” demişdir. O, anası ilə birlikdə Emilgilin yaşadığı evə getmiş, həmin vaxt Tahirə və uşaqlar evdə olmuşlar. Anası Tahirəyə “sənin də bir ağsaqqalın gəlsin, oturub danışaq” demişdir. Tahirə gedib atasına zəng vurmuş və gəlib demişdir ki, “atam saat 23:00-da gələ bilir”. Anası gec də olsa gözləyəcəyini bildirmişdir. Tahirə sonra atası ilə yenə danışmış və atası ona ümumiyyətlə gələ bilməcəyini bildirmişdir. Anası Tahirənin özü ilə danışmağı qərara almışdır. Onlara isə qonaq otağında oturmağı dedikdən sonra Emil, Tahirə və anası mətbəxə söhbət eləməyə keçmişlər. Anası Tahirəyə “mən səninlə bir neçə gün öncə danışmışam, Emil, sən və uşaqlar bağa getmişik, oturub söhbət etmişik, öyüd-nəsihət vermişəm, boynundan atmısan ki, belə bir şey yoxdur, bəs necə olur ki, məhkəməyə müraciət etmisən” demşdir. Tahirə də “bəli, mən yazmışam, mən müraciət etmişəm, düz eləmişəm, yaşamaq istəmirəm” və yenə Emil haqqında şər, böhtan xarakterli sözlər deməyə başlamışdır. Anası da “əgər sən yazmısansa, Emillə yaşamaq istəmirsənsə, Emil pisdirsə, problemlidirsə, onda sən get öz atanın evində yaşa, bu ev Aynura məxsusdur” demişdir. İlk vaxtı sakit danışırmışlar, 10-15 dəqiqə sonra Tahirənin yüksək tonla anası ilə danışdığını eşidəndə, bacısı Fərəh qonaq otağından mətbəxə keçmiş və Tahirənin anası ilə kobud rəftar etdiyini görmüşlər. O dəhlizdə olmuşdur. Həmin vaxt mətbəxə keçmiş demişdir ki, “sənin nə ixtiyarın var anamla bu tonda danışırsan, mənim anam sənə hər cür dəstək olub, hər zaman sənin tərəfində olub”, bu vaxt Tahirə onun üstünə sıçrayaraq əl-qol hərəkətləri etməyə başlamışdır. O, başa düşmüşdür ki, Tahirənin məqsədi onu və qardaşını təhrik etmək olmuşdur. O da “səs tonunun aşağı sal, mənimlə bu tonda danışma və mənimlə ara məsafəni saxla” demişdir. Bu zaman Emil yanında olmuşdur. Həmin vaxt 10 aylıq balaca qızı Emilin qucağında olmuşdur. Emil Tahirənin sakitləşmədiyini görüb uşağı Tahirəyə verdikdən sonra Emil evdən çıxıb getmişdir. Ondan sonra yaşadığı stressdən anasının vəziyyəti pisləş, anası infarktqabağı vəziyyətdə olmuş, hipertonik kriz keçirmişdir. Anasının vəziyyəti çox pis olduğun görmüş və o, X24 çağırmağa məcbur olmuşdur. Həmin vaxt Tahirə evdə sakit dayanmış, uşağı qucağına alıb yemək yedirdirmiş, hətta paltarını dəyişdirərək rahat hərəkətlər etmişdir. Tahirə Emil tərəfindən vurulduğunu demiş, əgər vurulubsa necə ola bilər ki, uşağı qucağına alır. Özü tibb universitetini bitirmiş və tibb işçisidir. Yüngül kəlləbeyin travması alan insan necə ola bilər ki, başını hərəkət etdirsin, başını qaldırsın, işığa baxa bilsin. Ən azından başı fırlanmalı, huşunu itirməli, qısa müddətli də olsa amneziya keçirməli idi. Tahirənin üzərində nə bir travma, nə əzilmə, nə göyərmə, heç nə olmamışdır. Onlar X24 çağırmışlar, anasının vəziyyəti çox pis olduğu üçün o və bacısı qonaq otağında anasının yanında oturmuşlar. Sonra Niftalı müəllim gəlmişdir. X24 əməkdaşları anasına kardioqramma eləmiş, iynə vuraraq yardım göstərmiş. Həmin vaxt Tahirə bir dəfə də olsun həkimə müraciət etməmişdir. Əgər o, vurulmuşdusa, kəllə-beyin travması almışdısa, ona hansısa bir xəsarət yetirmişdilərsə, orada təcili-tibbi yardım əməkdaşları olsa da bir dəfə də olsun Tahirə həkimlərə müraciət etməmişdir. Əksinə, uşaqlar həkimlə danışırmışlar, o da gəlib orada dayanmışdır. Bunlar hamısı onun artıq necə bir insan olduğunu, şər, böhtan atdığını göstərir. Niftalı müəllim içəridə olanda dəhlizdən səs gəldiyini eşitmiş və o səsə dəhlizə çıxanda görmüşdür ki, Tahirə əlini qapıya bərk vurub onu buraxmadıqlarını demişdir. Ona artıq aydın olmuşdur ki, Tahirə artistlik edir və şou göstərir. Tahirəyə nəyə görə qışqırırdığını, qapının da bağlı olmadığını demişdir. O, qapını açan kimi bir sürü insan, yəni Tahirənin anası, xalası, xalasının qızı, oğlu, iki nəfər polis əməkdaşı və tanımadığı başqa kişi içəri girmişdir. Anası təhqir etməyə, küçə söyüşləri söyməyə, “görərsiniz mənim qardaşım sizə nə toy tutar, başınıza nə oyun açar, mən sizə göstərərəm, Tahirə bu evdən çıxmayacaq, siz öləsiniz” kimi ifadələr işlətməyə başlamış və mətbəxə keçmişlər. Sonradan bilmişdir ki, polisə müraciət etmiş, hətta guya vurulmuşdur. Polis nəfəri içəri girəndə demişdir ki, “nə səs-küydür, qapını niyə açmırsınız”, o qapının açıq olduğunu bildirmişdir. Sonra evlərində hər yerdə kameraların olduğunu demiş və açıb baxdıqlarında hər şeyi görəcəklərini bildirmişdir. Polis əməkdaşı Emilə zəng edərək kameranın kodunu soruşmuşdur. Sonradan həkimlər Niftalı müəllimə anasının vəziyyətinin pis olduğunu, hospitalizasiya olunmasını, olunmadığı halda infarkt keçirə biləcəyini demişlər. Bundan sonra o, bacısı, Niftalı müəllim və anası məcbur olub evdən çıxmışlar. Bildirir ki, Tahirənin güddüyü bir şey var, o da yalan və maddiyyatdır. Onun indiyə qədər Tahirə ilə 12 məhkəmə işi olmuş, hamısında da şər, böhtan xarakterli ərizələr yazmış və ifadələr vermişdir. Guya Tahirənin valideynləri evin alınmasına görə Emilə 50.000 manat pul vermiş, halbuki məhkəmədə sübut olunmuşdur ki, həmin dövrdə Emil heç Azərbaycanda olmamışdır. Digər ifadəsində isə demişdir ki, 100.000 manat pul verilmiş. Bu insanın hər sözü yalan olmuşdur. Tahirə mənzilə gələn polislərə döyüldüyünü bildirməmiş, eyni zamanda polislər kamera ilə bağlı Emilə zəng vurduqda da bu barədə ondan heçnə soruşmamışlar. Hadisə günü Emil və Tahirə qonaq otağına keçməmişlər, ümumiyyətlə hər-hansı otaqda tək qalmamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 28 iyul 2022-ci il tarixində Emil ona zəng edərək evdə anası ilə yoldaşının arasında münaqişə olduğunu, aralarında söz-söhbətləri yarandığını və ora gedib məsələyə ağsaqqallıq etməsini xahiş etmişdir. Emilə gedəcəyini bildirdikdən sonra yolda gedərkən Tahirənin atası Adil müəllim ona zəng edərək Tahirənin evdən çıxarıldığını demişdir. O, Adil müəllimə narahat olmamasını, hazırda ora getdiyini, hətta onun da gəlməsini və ağsaqqal kimi məsələni bir yerdə həll etməyi təklif etmişdir. Lakin Adil müəllim yox cavabı verərək onun getməsini, özünün isə ehtiyac olarsa gələcəyini bildirmişdir. O, gəlib çatanda pilləkənin qəfəsində Tahirənin anası Aytən xanımın dayandığını görmüşdür. Aytən xanıma salam verdikdən sonra qapını döymüş, qapını açmışlar və o, içəri keçmişdir. Aytən xanım isə girməmişdir. İçəri keçəndə Səidə xanımın halının yaxşı olmadığını görmüş və nə baş verdiyini soruşmuşdur. Səidə xanım bildirmişdir ki, bir müddətdir ki, ailədə söz-söhbət var, hazırda isə Tahirə boşanmaq üçün ərizə yazıb və ərizədə şər, böhtan, Emilə yaraşmayan iftiralar yazmışdır. O, mətbəxə keçib Tahirəni çağırmış və söhbət etmişdir ki, bu nə söhbətdir, ailədə söz-söhbət olar, bir az öyüd-nəsihət vermişdir. Tahirə isə ona “nə bilim” deyərək, konkret bir cavab verməmişdir. Sonra o, Səidə xanımın halının pisləşdiyini görüb X24 çağırmışdır. X24 briqadası gəlmiş, Səidə xanımı müayinə etdikdən sonra vəziyyətinin lap ciddi, hətta infarkt qabağı vəziyyət olduğunu və təcili xəstəxanaya aparmaq lazım olduğunu bildirmişlər. Onlar Səidə xanımı xəstəxanaya aparmaq üçün hazırlaşan vaxt bir dəstə adam – Aytən xanım, onun bacısı, qohumları və tanımadığı adamlar polislə bir yerdə içəri daxil olmuşlar. Onlar həkimlə birlikdə Səidə xanımı da götürüb 1 nömrəli X17 getmişlər. Orada Səidə xanımı müayinə etmişlər və xəstəxanada yatmalı olduğunu bildirmişlər. Səidə xanım özünün də həkim olduğunu və evdə müalicə alacağını demişdir. Sonra da oradan çıxıb getmişlər. Hadisədən bir neçə gün sonra o, İrşadla birlikdə Adil müəllimə zəng etmişdir ki, görüşüb uşaqları barışdırsınlar. Emil də barışmaq istəmişdir. Adil müəllimlə çayxanada görüşüb təxminən 4 saata yaxın söhbət etmişlər. Adil müəllim də barışmaqlarını istədiyi üçün bu məsələnin yoluna qoyulduğu halda tort alacağını bildirmişdir. Lakin işin gedişatında görmüşdür ki, bu mümkün olan şeyə oxşamır. Çünki Adil müəllim onunla razılaşmış, sonra çölə çıxıb zəng edib gəldikdə “yox, söhbət alınan deyil” demişdir. İrşad müəllim hətta bir müddət hər iki tərəfdən heç kimin onlara getməməsini təklif etmişdir. Adil müəllim “əla, çox gözəl” dedikdən sonra çıxıb zəng etmiş, telefonla danışıb gələndən sonra elə şeyin mümkün ola bilməyəcəyini bildimişdir. X18 vurmasından söhbət gedirsə, hansı valideyn övladına şiddət göstərildiyini bilə-bilə “sən get, ehtiyac olsa mən gələrəm” cavabını deyər. O, ora gələndə ona qapını açmışlar, anası özü də onunla içəri girə bilərdi, lakin girməmişdir. Onun həmin ailədə hörməti var, hətta Tahirə xanım da həmişə ona hörmətlə yanaşmışdır. Emilgilə gedən zaman Tahirə ona döyülməsi barədə heç bir söz deməmiş, Tahirədə heç bir xəsarət görməmişdir. Onlar evdən çıxan zama Tahirə mənzilin açarını istəmiş, o da açarı dolabın üstündən götürüb Tahirəyə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 məhkəmə-tibb eksperti X2 ifadəsində göstərmişdir ki, şəxs döyülməsi ilə bağlı müraciət etmiş və bildirmişdir ki, hadisə saat 19:00-20:00 radələrində zərər çəkmiş şəxsin yaşadığı ünvanda olmuşdur. Axşam X17 aparılmış, orada baş beyin silkələnməsi və yumşaq toxumaların əzilməsi diaqnozu qoyulmuşdur. Zərər çəkmiş şəxs ona dayanmadan qusmasını və şikayətinin isə baş ağrıları olduğunu bildirmişdir. O, ekspert olaraq yalnız bədən üzərində aşkar olunan qançır, sıyrıq, yara kimi xəsarətlərə qiymət verir. Şəxs deyəndə ki, beyin silkələnməsi var, o, birliyin məsləhətçi nevropatoloqunun olduğunu və ona müraciət etməli olduğunu bildirmişdir. Nevropatoloqa müraciət etməsi üçün tərəfindən şəxsə göndəriş verilmiş və şəxs həmin göndərişlə birliyin məsləhətçi nevropatoloqu Tibb Universitetinin dosenti Fərid Məmmədbəyovun qəbulunda olmuşdur. Fərid Məmmədbəyov şəxsdə qapalı kəllə-beyin travması və baş beyin silkələnməsinin olmasını müəyyən etmişdir. O, özü isə şəxsdə alıntəpə nahiyəsinin sağ yarısının şişkin fonda sıyrığını müəyyən etmiş, sonda nevropatoloqun diaqnozuna və tibbi sənədlərə uyğun olaraq öz rəyini vermiş və qeyd etmişdir ki, xəsarət bərk küt əşyanın təsirindən əmələ gələ bilər. Ola bilər ki, xəsarət yumruqla yetirilmişdir, yumruq da küt alətdir, yaxud da harasa dəyə də bilər. Özü tərəfindən xəsarət yetirməsi inandırıcı deyil. Xəsarətin döyülmədən başqa yıxılma nəticəsində də əmələ gələ bilməsi, hündürlükdən yıxıla bilməsi də mümkündür. Şişkinlik və sıyrıq eyni nahiyədə, yəni alın-təpə nahiyəsində olmuş, uzunluğu çox olduğuna, yəni 3,5 sm uzunluğunda olduğuna görə alın və təpə nahiyəsini əhatə etmişdir. Xəsarəti vizual olaraq görmək mümkün olmuşdur. Şəxsi müayinə edən zaman xəsarətin fotoşəklini şəxsi mobil telefonu vasitəsilə çəkmiş, lakin üzərindən 2 il müddət keçdiyinə görə həmin fotoşəkli silmişdir. Eyni zamanda fotoşəkli rəyə etmədiyini və etməli olmadığını, həmçinin ehtiyac duymadığına görə fotoşəkli iş materiallarında saxlamadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X12 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, i.v.1); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə X12 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.199-200); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 xx.xx.2022-ci il tarixli, 962 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər-qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alın-təpə nahiyəsinin sağ yarısının şişkin fonda sıyrığı və yumşaq toxumaların əzilməsi bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl, qərarın təsviri hissəsindən göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdirlər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakteri və lokalizasiyasım nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, baş və s.) təsiri nəticəsində əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (cild 1, i.v.21-22); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 xx.xx.2022-ci il tarixli, T 572/2022 saylı təkrar məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan alın-təpə nahiyəsinin sağ yarısının şişkin fonda sıyrığı və yumşaq toxumaların əzilməsi olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın (əşyaların) tərsirindən, yumruqla həmin nahiyəyə yetirilən zərbə nəticəsində qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 1, i.v.168-170); - “Zərər çəkmiş şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs ifadəsi nümayəndəsinin iştirakı ilə ünvan 2 ünvanında yoxlanılmış, Zərərçəkmiş şəxs hadisənin nə cür və hansı şəraitdə baş verməsini əyani olaraq göstərmiş, bununla bağlı protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v.203-206); - “Üzləşdirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs və X9 arasında olan üzləşdirmə istintaq hərəkəti zamanı hər iki şəxs ifadələrində göstərdikləri xüsusatları bir- birilərinin üzünə demişlər (cild 1, i.v.172-178); - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Nəsimi RPİ-nin İŞ-nə ünvanladığı ərizədən görünür ki, Emil Məhərrəmovun ailə üzvləri sonuncunu müdafiə edəcəkləri üçün onlarla üzləşmək istəmədiyini bildirmişdir (cild 1, i.v.180); - “Götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, hadisə baş verən günü, yəni 28 iyul 2022-ci il tarixdə mənzilin mətbəx otağında quraşdırılmış müşahidə kameralarından hadisəni özündə əks etdirən videogörüntüləri qeydə almış 01 ədəd DVD disk müstəntiq tərəfindən götürülmüşdür (cild 1, i.v.39); - “Götürmə və baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd DVD diskə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, DVD disk 1 dəqiqə 39 saniyə ərzində olan müddəti əhatə edir. Görüntülər mənzilin mətbəxində qeydə alınmış, həmin görüntülərdə Zərərçəkmiş şəxs, X12, Emil Məhərrəmovun, anası Şahid9, Emil Məhərrəmovun bacıları Şahid10, Şahid11 əks olunmuşlar. Görüntülərin ilk saniyələrində Şahid9 Zərərçəkmiş şəxs ilə mübahisə etməsi müəyyən edilir. Sözlə mübahisə zamanı Şahid9 Zərərçəkmiş şəxs yaşadığı mənzili tərk etməsini, sonuncunun isə mənzili tərk etməyəcəyini bildirir. Mübahisəyə daha sonra Emil Məhərrəmov qoşulur, bu zaman sonuncu Zərərçəkmiş şəxs ilə sözlə mübahisə edir, mübahisənin gedişatında ilk öncə Emil Məhərrəmov mənzilin mətbəxində dəhliz istiqamətində hərəkət edir, daha sonra Zərərçəkmiş şəxs da həmin istiqamətdə hərəkət edir. Bundan sonra mübahisənin hansı formada getdiyi müəyyən olunmur, lakin Emil Məhərrəmov və Zərərçəkmiş şəxs mənzilin mətbəx otağını tərk etdikdən sonra Zərərçəkmiş şəxs qışqırıq və ağlamaq səsləri eşidilir. Təqdim olunan video görüntü əks olunan tarix 27 iyul 2022-ci il saat 12:38-12:39 dəqiqələrini əks etdirir. Baxış iştirakçısı Zərərçəkmiş şəxs bildirmişdir ki, müşahidə kameralarında qeyd olunan ünvan düzgün göstərilməmiş, yəni kameraların müddət problemidir, ona görə də kameralarda göstərilən tarix 27 iyul 2022-ci il tarixini özündə əks etdirir, əslində həmin görüntülər 28 iyul 2022-ci il tarixdə saat 20 radələrini özündə əks etdirir (cild 1, i.v.41-42); - “Götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 15 sentyabr 2022-ci il tarixdə Şahid5 şahid qismində ifadəsində hadisə baş verən günü, yəni 28 iyul 2022-ci il tarixdə rəfiqəsi Zərərçəkmiş şəxs istifadəsində 055 ***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” proqramı vasitəsi ilə olan danışıqları 02 ədəd A4 faylında istintaqa təqdim etmiş, həmin 02 ədəd A4 faylında yazışmalar götürülmüşdür (cild 1, i.v.69); - “Götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 02 ədəd A4 faylına keçirilən baxış zamanı müəyyən edilmişdir ki, təqdim olunan 02 ədəd A4 faylında Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon nömrəsi ilə Şahid5 istifadəsində olan mobil telefon nömrəsinin «Whatsapp» proqramı vasitəsi ilə 28 iyul 2022-ci il tarixdə qeydə alınmış yazışmaları (danışıqları) əks olunur. A4 faylında Zərərçəkmiş şəxs Şahid5 «Nəsə olsa, bilki onlarlıqdır, gəlir hamı» deyə yazışması aşkar olunur. Həmçinin Rəna Zərərçəkmiş şəxs Məhərrəmovoya qarşılıq verərək «Gir otağa qapını bağla, özlərini qov evdən, papangil gəldi?, ay qız hay ver dəli eləmə məni, atanı çağır, qoy o çağırsın polis zad, sakit durr, heç nə danışma, qoy gəlsinlər, zərər verəllər sənə» kimi yazışmaları əks olunur (cild 1, i.v.71-73); - Tibbi Ərazi Bölmələrinin X11 Hüquqi Şəxsi “X20” X15 xx.xx.2022-ci il tarixli, 1024 nömrəli ambulator, stasoionar xəstənin tibb kartasından (xətt çəkmək) çıxarışından görünür ki, Zərərçəkmiş şəxs beyin silkələnməsi. Sağ təpə nahiyəsinin yumşaq toxumasının əzilməsi diaqnozu qoyulmuşdur (cild 4, i.v.54); - Tibbi Ərazi Bölmələrinin X11 Hüquqi Şəxsi “X20” X15 29 aprel 2024-cü il tarixli, 18- 1-2/2-2198/2024 saylı məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixində saat 01:25-də 8 saylı X24 Stansiya Briqadasının müşayiəti ilə X17 gətirilmişdir. Xəstənin dediyinə görə evdə yoldaşı başından vurub. Xəstəyə KT müayinəsi olundu. Diaqnoz: Beyin silkələnməsi, sağ təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi (cild 4, i.v.33); - Tibbi Ərazi Bölmələrinin X11 Hüquqi Şəxsi “X20” X15 xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs baş beynin nativ KT müayinəsinin nəticəsindən görünür ki, arxa kəllə çuxuru-uzunsov beyin, beyincik hemisferləri və beyin kötüyü anatomik strukturları norma daxilindədir. İV mədəciyin forması adidir. Körpü-beyincik bucaqları simmetrikdirlər. Türk yəhərinin ölçüləri norma daxilindədir. İbtravə parasellar nahiyyələrdə patoloji dəyişiklik təyin olunmur. Bazal qanqliyalar adidir. Yan və İİ mədəciklər normal genişlikdədir. Orta xətt beyin strukturlarında dislokasiya izlənilməli. Kəllə sümüklərində travmatik dəyişiklik aşkarlanmamışdır (cild 4, i.v.34); - Azərbaycan Respublikasi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X25 Şəhər Təcili Və X5 Stansiyası” X21 vəkil Müdafiəçi ünvanladığı 28 sentyabr 2023-cü il tarixli tarixli məktubda deyilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 saylı əmrinə əsasən çağırış vərəqələri (AZS 110/Q) üçün saxlama müddəti 1 (bir) ii müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlər aktlaşdırılıb silinir. Lakin sizin xx.xx.2022-ci il tarixli 1126 saylı sorğunuz tərəfimizdən xx.xx.2023-cü il tarixdə cavablandırılmışdır. Həmin cavaba əsasən bildiririk ki, xx.xx.2022-ci il tarixdə saat 21.29da 103 xidmətinə ünvan 4 ünvanından ***-***-**-** nömrəli mobil telefondan Şahid9 (76 yaş) adına çağırış daxil olmuşdur. Çağırışı 8 saylı bölmənin həkimi Ramiz Cəfərov icra edərək, xəstə Şahid9 (76 yaş) “Ürəyin işemik xəstəliyi. Qeyri stabil stenokardiya" diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmiş və X17 hospitalizasiya etmişdir. xx.xx.2022 ci il tarixdə saat 00:14-də Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 185, mənzil 6 ünvanından ***-***-**-** nömrəli mobil telefondan Aytən Məhərrəmovanın (29 yaş) adına döyülüb səbəbi ilə daxil olan çağırışı 8 saylı bölmənin həkimi Gülbahar Məmmədova icra edərək, xəstə Zərərçəkmiş şəxs (29 yaş) "Dəqiqləşdirilməmiş qapalı kəllə beyin travması” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmiş və X17 hospitalizasiya məqsədi ilə aparmışdır. Burada KT müayinəsindən sonra, xəstədə travmatik dəyişiklik aşkarlanmamış və onlar şəxsi maşınları ilə xəstəxananı tərk etmişlər. Hadisə barədə 22-ci polis bölməsinin əməkdaşı Əzizəliyevə məlumat verilmişdir. (cild 1, i.v.279) - Azərbaycan Respublikasının Baş X1 ünvanlanmış 17 iyul 2023-cü il tarixli məktubda deyilir ki, barənizdə Nəsimi RPİ-də qanunsuz olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işinin istintaqının aparılması, əsassız sizə ittiham verilməsi barədə Azerbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatından (Ombudsman) daxil olmuş müraciətinizə aidiyyəti üzrə Respublika Baş Prokurorluğunda baxılmışdır. Müəyyən edilmişdir ki, barənizdə Nəsimi RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaqı aparılan cinayət işi xx.xx.2022-ci il tarixdə fakta görə başlanmışdır. Cinayət işinin başlanılmasına səbəb, ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə tərəfinizdən döyülməsi barədə Nəsimi RPl-nin 22-ci polis şöbəsinə ünvanladığı şikayət ərizəsi və əsas isə həmin ərizə əsasında toplanmış material olmuşdur. İlkin istintaqla əməldə cinayət tərkibinin olmadığı müəyyən edildiyindən xx.xx.2022-ci il tarixdə iş üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Cinayət işi nəzarət qaydasında tələb olunaraq Nəsimi rayon prokurorluğunda öyrənilmiş və qəbul edilmiş qərarın qanunsuz olması müəyyən edildiyindən xx.xx.2023-cü il tarixdə rayon prokuroru tərəfindən ləğv olunaraq əlavə istintaqın aparılması üçün Nəsimi RPl-nin İŞ-nə geri göndərilmişdir. İş üzrə icraat müxtəlif tarixlərdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış və sonuncu dəfə xx.xx.2023-cü il tarixdə təzələnməklə istintaq davam etdirilir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq sizə həmin maddə ilə ittiham elan edilmiş və barənizdə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Hazırda istintaq davam etdirilir, nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir (cild 3, i.v.33); - Yaddaş kartındakı görüntülərdən müəyyən edilir ki, X16 Məhərrəmovanın yaşadığı evə gələrək uşaqları ilə görüşmək istədiyini bildirir, Zərərçəkmiş şəxs isə ona uşaqları məhkəmədən sonra görə biləcəyini deyir (cild 4, i.v.18); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, X9 əvvəllər məhkum olunmamışdır (cild 1, i.v.115); - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən X6 xx.xx.2019-cu il və xx.xx.2021-ci il təvəllüdlü azyaşlı övladları var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulmasına görə məsuliyyət yaradır. Məhkəmə, X6 məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, yəni onun Zərərçəkmiş şəxs vurmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi işin həqiqi halları ilə uyğunluq təşkil etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin X12 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamını və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X6 ilk dəfə cinayət törətməsini və himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş X6 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X8 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini və himayəsində iki azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Daha ağır cəzanın tətbiq edilməsi üçün əsaslar yoxdur. X6 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. X6 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-45/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-45/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver