Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-45/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X2 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncuya Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən Bakı şəhəri Yasamal rayonu ərazisində inşa edilmiş binadan güzəştli şərtlərlə 3 otaqlı mənzil alınmasında köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından suiistifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 25 dekabr 2023-cü il tarixdə onun 4098-5644-6768-8592 nömrəli bank kartına göndərdiyi 70 manat, 25 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs “Milliön" ödəmə terminalı vasitəsilə onun həmin bank kartına göndərdiyi 830 manat, 26 dekabr 2023-cü il tarixdə həmin bank kartına göndərdiyi 200 manat, 26 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs icazəsi ilə sonuncuya məxsus 4169-7388-3972-9955 nömrəli bank kartından ünvan 2 ünvanda yerləşən bankomatda nağdlaşdırdığı 1500 manat, 29 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs onun həmin bank kartına göndərdiyi 40 manat, 29 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs icazəsi ilə sonuncuya məxsus 5167-5133-4771-8454 nömrəli bank kartından istintaqa məlum olmayan ünvanda nağdlaşdırdığı 300 manat, 30 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs onun həmin bank kartına göndərdiyi 610 manat, 01 yanvar 2024-cü il tarixdə həmin bank kartına göndərdiyi 105 manat, 05 yanvar 2024-cü il tarixdə hərrin bank kartına göndərdiyi 300 manat, 05 yanvar 2023-cü il tarixdə həmin bank kartına göndərdiyi 100 manat, 05 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs icazəsi ilə sonuncuya məxsus 4169-7388-3972-9955 nömrəli bank kartından ünvan 3 ünvanda yerləşən bankomatda nağdlaşdırdığı 2000 manat, 25 dekabr 2023-cü il tarixdən 05 yanvar 2024-cü il tarixə kimi müxtəlif tarixlərdə ünvan 4 ünvanda yerləşən X10 həyətində Zərərçəkmiş şəxs ümumilikdə 2621 manat və sonuncu dəfə 05 yanvar 2024-cü il tarixdə ünvan 4 ünvanda yerləşən X10 həyətində Zərərçəkmiş şəxs 500 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmış şəxs Zərərçəkmiş şəxs ümumilikdə 9176 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs göstərmişdir ki, o, X3 ilə 2020-ci ildən tanışdır. Belə ki, o, “EGE Hospital”a xəstə ziyarətinə getdiyi zaman həmin xəstəxanada çalışan Əfsanə Mehrliyeva ilə tanış olmuşdur. Onun Əfsanə ilə şəxsi münasibətləri yaranmışdır. Sonradan onun borc pula ehtiyacı olduğundan 2023-cü ilin oktyabr ayından dekabr ayının 28-dək olan müddət ərzində Zərərçəkmiş şəxs ümumilikdə hissə-hissə olmaqla hazırda xatırlamadığı məbləğdə pul almışdır. Həmin pulları Əfsanə ona borca vermişdir. O, aldığı borcun müəyyən hissəsini qaytarmış, müəyyən hissəsi isə qalmışdır. Onun Əsfanə ilə aralarında ev alqı-satqısına dair söhbət olmamışdır və evin alınması ilə əlaqədar vəd verməmişdir. Şəfəq və Aynur isə ona həmin pulu onlara MİDA-dan ev almaqda köməklik etməyi üçün vermişlər. Lakin o, həmin şəxslərə köməklik göstərə biləcək şəxs tapa bilmədiyi üçün onların pullarını geri qaytarmışdır. Əfsanə MİDA-dan ev almaq istəmiş, o da sonuncuya çalışdığı iş üzrə MİDA-dan ev ala biləcəyini izah etmək üçün Əfsanəni həmin binaların qarşısına aparmışdır. Əfsanə həmin yerdə tanımadığı vətəndaşlarla söhbət etdikdə onun həmin binadan mənzil almasının mümkünsüz olduğunu bildirmişlər. O, həmin mənzillərin boş olduğunu düşündüyü üçün Əfsanəyə mümkün olsa həmin mənzillərdən birini köməklik göstərib alması üçün çalışacağını bildirmişdir. Lakin orada yaşayan vətəndaşlar həmin vaxtı bütün mənzillər satıldığını və boş olanı mənzilin olmadığını bildirmişdir. Əfsanə ona borc pul vermiş, o, Əfsanəyə pulun müəyyən hissəsini ödəmiş, qalan hissəsini ödəyə bilməmişdir. Əfsanə onun “Leo Bank" tərəfindən verilmiş bank kartına pul göndərmişdir. Emin adlı şəxs onun tanışı olsa da, sonuncunun bu məsələyə heç bir aidiyyəti olmamışdır. Sonuncu məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü verilmiş ittiham üzrə təqsirli hesab edərək hal-hazırda zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməklə onunla barışıq əldə etdiyini və həmin şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etdiyini bildirib, barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, “EGE Hospital”da tibb bacısı işlədiyi 2020-ci ildə Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxtı atasını müalicə etdirmək üçün həmin xəstəxanaya gətirmişdir. Həmin vaxt Ramin atasına yaxşı qulluq etdiyi üçün onların arasında normal münasibət yaranmışdır. Həmin ərəfədə aralarında söhbət olan zaman Raminə onun Masazır qəsəbəsində yaşadığını və Bakı şəhərindən ev almaq istədiyini bildirmişdir. Belə ki, 2023-cü ilin dekabr ayının əvvəllərində Ramin istifadəsində olan nömrələrlə onun istifadəsində olan mobil nömrəyə zəng edərək həmin vaxtı işlədiyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindəki vəzifəsi ilə bağlı daş-çınqıl daşıması ilə məşğul olan yük avtomobillərinin sürücüləri vasitəsi MİDA-da satış şöbəsinin müdiri vəzifəsində çalışan Emin adlı şəxsin ona borclu olduğu məbləğin qarşılığında ona 4 ədəd mənzil verildiyini və həmin mənzilləri istədiyi şəxslərin adlarına rəsmiləşdirə biləcəyini, bunun qarşılığında özü üçün 1500 manat, Emin adlı şəxsə mənzilin açarını təhvil alması zaman isə 100 manat şirinlik verməli olacağını bildirmişdir. O da həmin vaxtı özünə mənzil almaq istədiyindən Raminlə razılaşmışdır. Bundan başqa qeyd edir ki, həmin evlərdən birini dayısı qızı Şəfəq və rəfiqəsi Aynura almalarını tövsiyyə etmişdir. Həmin şəxslər də onunla razılaşdıqdan sonra Təqsirləndirilən şəxslə aralarında olan danışığa əsasən o, 3 otaqlı mənzil üçün 9176 manat, Şəfəq və Aynur isə hər biri iki otaqlı mənzil üçün 7180 manat ilkin ödəniş verməli olmuşlar. Belə ki, Təqsirləndirilən şəxs həmin məbləğlərin xx.xx.2024-cü il tarixədək tam şəkildə ödənilməsini bildirmişdir. Belə ki, Şəfəq və o, həmin tarixdə Təqsirləndirilən şəxs ilkin ödəniş etmişlər. Həmin tarixədək o, müxtəlif vaxtlarda hissə-hissə olmaqla Raminə 9176 manat pul vermişdir. Şəfəq isə xx.xx.2024-cü iı tarixdə Raminin bank kartına 7180 manat pulu tam ödəmişdir. Aynur isə ilkin olaraq ödədiyi 600 manatdan başqa qalan pulunu ödəyə bilmədiyi üçün Ramin Aynurun pulunu xx.xx.2023-cü il tarixdə geri qaytararaq sonradan Aynura mənzil satmaqdan imtina etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs onu və Aynuru MİDA-da müvafiq qeydiyyata düşmək üçün Yasamal rayonunda yerləşən “ASAN Kommunal” mərkəzinə aparmışdır. Orada onlara MİDA-da mənzil alımaqları üçün nəzərdə tutulmuş kateqoriyaya uyğun gəlmədiklərini bildirmişlər. Bu barədə Ramindən soruşduqda sonuncu onlara narahat olmamalarını, Eminin onların işini həll edəcəyini deyərək şəxsiyyət vəsiqələrinin şəklini Eminin mobil telefonuna göndərmişdir. Bundan sonra Ramin onları MİDA-nin baş idarəsinə aparmışdır. Onlar çöldə gözləyərkən Ramin içəri daxil olmuş və bir qədər sonra çölə çıxaraq Eminin işdə olmadığını, sonuncunun “28 May” metrostansiyasının yaxınlığında yerləşən “ASAN” xidmətə onlara müvafiq arayış almaq üçün getdiyini bildirmişdir. Ramin əlavə olaraq Eminə sistem bağlanmamış işi həll etməsini və onların da yerlərinə pulu tam ödəməsini tapşırdığını bildirmişdir. Belə ki, Raminin sözünə görə onun və Aynurun mobil telefonuna xx.xx.2024-cü il tarixdə bildiriş göndəriləcək və orada qeyd olunmuş şifrəni onlar Raminə bildirməli olmuşlar. Bundan başqa, Təqsirləndirilən şəxs bildirmişdir ki, Emin Aynurun adına öz cibindən pul ödədiyinə görə Aynura sms gəldikdən sonra ona mənzil almaqdan imtina veriləcək və əvəzinə Şəfəqin adı qeydiyyata alınacaqdır. Bu səbəbdən də Şəfəq xx.xx.2024-cü il tarixdə Raminə 7180 manat pulu tam şəkildə ödəmişdir. Qeyd etdiyi tarixdə ona sms gəlmədiyindən o, Raminlə əlaqə saxlamış, sonuncu onun zənglərinə cavab verməkdən imtina etmişdir. xx.xx.2024-cü il tarixədək o, Raminlə əlaqə saxlamağa çalışsa da, Ramin ona müxtəlif bəhanələrlə sms-lər yazaraq işlərinin alınacağını, əks halda onlara növbəti satışlar zamanı Sumqayıt şəhərində tikilmiş binalardan mənzil veriləcəyini bildirmişdir. Sonradan Şəfəq öz tanışlarının köməkliyi ilə Təqsirləndirilən şəxs pulu geri almışdır. Onun isə pulunu ödəmədiyindən Təqsirləndirilən şəxs barəsində Nəsimi rayon prokurorluğuna müraciət etmişdir. Ramin onu inandırmaq üçün bacısı Ülkər Bayramova ilə birlikdə öz şəxsi avtomobili ilə onları MİDA tərəfindən Yasamal rayonunda tikilmiş binalarının qarşısına aparıb oradakı mənzillərdən birini göstərib həmin mənzilin onlara veriləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs barəsində şikayət etdikdən sonra cinayət işi məhkəmə icraatında olduğu müddətdə sonuncu dəymiş ziyanı tam olaraq ödəmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımış və sonuncu ilə hər hansı qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs X3 isə onun rəfiqəsidir. Ona sonradan Əfsanənin “EGE Hospital"-da tibb bacısı işlədiyi vaxtdan Raminlə tanış olması məlum olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs atasını həmin vaxtı müalicə etdirmək üçün qeyd olunan xəstəxanaya aparmışdır. Əfsanə Raminin atasına yaxşı qulluq etdiyi üçün onların arasında normal münasibət yaranmışdır. Onlar arasında söhbət olan zaman X9 qəsəbəsində yaşadığını və Bakı şəhərindən ev almaq istədiyini öyrənmişdir. Belə ki, 2023cü ilin dekabr ayının əvvəllərində Ramin Əfsanəyə zəng edərək MİDA-da satış şöbəsinin müdiri vəzifəsində çalışan Emin adlı tanışının olduğunu, həmin şəxsin ona borclu olduğu məbləğin qarşılığında ona 4 ədəd mənzil verildiyini və həmin mənzilləri istədiyi şəxslərin adlarına rəsmiləşdirə biləcəyini, bunun qarşılığında özü üçün 1500 rranat, Emin adlı şəxsə mənzilin açarını təhvil alınan zaman isə 100 manat şirinlik verməli olacağını bildirmişdir. Əfsanə də həmin vaxtı özünə mənzil almaq istədiyindən Raminlə razılaşmışdır. Belə ki, Əfsanə ilə aralarında olan söhbət zamanı o da mənzil almaq istədiyini bildirdiyi üçün 30 dekabr 2023-cü il tarixdə saat 11 radələrində Əfsanə Raminlə birlikdə onun yaşadığı binanın qarşısına gəlmişlər. Bundan sonra onlar birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən MİDA tərəfindən tikilmiş binanın qarşısına getmişlər. Ramin həyətdə olduqlan zaman binadakı mənzilləri göstərib onlardan 3-cü mərtəbədə yerləşən 3 otaqlı mənzilin Əfsanəyə, 5-ci mərtəbədə yerləşən 2 otaqlı mənzilin ona satılmasında köməklik göstərəcəyini bildirmişdir. Aralarında olan söhbət zamanı Ramin həmin mənzil üçün ilkin olaraq 7180 manat pul ödəmək lazım olduğunu, mənzilin açarını təhvil aldığı zaman özü üçün 1500 manat, Emin adlı tanışına isə 100 manat şirinlik vermək lazım olduğunu bildirmişdir. Bundan sonra həmin gün Ramin onları Bakı şəhəri,Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 3 saylı ASAN Xidmət Mərkəzinə aparmışdır. Orada MİDA-nın əməkdaşına müraciət etdikdə həmin şəxs onun və Əfsanənin qeyd etdiyi binadan mənzil almaq hüquqlarının olmadığını bildirmişdir. Onlar birlikdə ASAN Xidmətin inzibati binasından çıxıb küçədə onları gözləyən Raminə yaxınlaşmışlar. Ramin MİDA-da şöbə müdiri işləyən Emin adlı şəxslə mobil telefonla əlaqə saxlayıb bu barədə bildirmiş və onlara məxsus şəxsiyyət vəsiqələrinin şəkilərini “Whatsapp” vasitəsilə Eminə göndərmişdir. Belə ki, Ramin onlara Eminin əlində 4 ədəd mənzil olduğunu və özünün həmin mənzillərin onlara satılmasında köməklik edəcəyini bildirmişdir. O isə Raminin tələb etdiyi məbləği tapa bilmədiyi üçün sonuncu banklarda çalışan öz tanışlarına zəng edərək onun adına kredit rəsmiləşdirməsini və 7180 manat pulu kreditlə vermələrini xahiş etmişdir. Lakin onun adında gecikmə olduğundan ona həmin məbləği kredit şəklində verməmişlər. Bundan sonra o, tanışlarından həmin məbləği borc almış və ona borc vermiş şəxs pulu onun bank kartına köçürmüşdür. 31 dekabr 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən “Spar" marketin içərisində quraşdırılmış “Kapital Bank" ASC-nə məxsus bankomat vasitəsilə 7180 manat pulu nağdlaşdırmaq istəsə də, bankomatda tələb olunan məbləğ olmadığından o, yalnız 600 manat pul nağdlaşdıra bilmişdir Sonra o, Əfsanə ilə əlaqə saxladıqda sonuncu Raminlə birlikdə Nəsimi rayonu ərazisində yerləşən MİDA-ya məxsus ofisə getdiyini bildirmiş və o da taksi ilə həmin ünvana getmişdir. Həmin vaxtı o, Əfsanənin iştirakı ilə Təqsirləndirilən şəxs 600 manat pul vermişdir. Aralarında olan razılığa əsasən o, bayram günləri bitdikdən sonra qalan məbləği də bankomatdan nağdlaşdıraraq Raminə verməli olmuşdur. Bayramdan sonra həmçinin iş yerindən arayış alıb Raminə verməli olmuşdur. Sonradan Təqsirləndirilən şəxs pulun qalan hissəsini karta köçürməyini tələb etsə də, o, Raminin tələb etdiyi pulu göndərməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Emin adlı tanışının onun əvəzinə 7180 manat ilkin ödəniş etdiyini bildirərək ondan həmin məbləği təcili olaraq tələb etmişdir. X6 pul ödəməyi üçün təkid etmişdir. Lakin o, Raminin bu hərəkətlərindən şübhələndiyi üçün pulun qalan hissəsini göndərməmişdir. Bu səbəbdən də Əfsanənin tələbi ilə Ramın Əliyev 2024-cü ilin yanvar ayının əvvəllərində onun 600 manat pulunu geri qaytarmışdır. Sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs Əfsanəni aldadaraq sonuncunun 9176 manat pulunu ələ keçirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımış və sonuncu ilə hər hansı qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. X3 onun bibisinin qızıdır. Ona sonradan Əfsanənin “EGE Hospital"-da tibb bacısı işlədiyi vaxtdan Raminlə tanış olması məlum olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs atasını həmin vaxtı müalicə etdirmək üçün qeyd olunan xəstəxanaya aparmışdır. Əfsanə Raminin atasına yaxşı qulluq etdiyi üçün onların arasında normal münasibət yaranmışdır. Onlar arasında söhbət olan zaman X9 qəsəbəsində yaşadığını və Bakı şəhərindən ev almaq istədiyini öyrənmişdir. Belə ki, 2023-cü ilin dekabr ayının əvvəllərində Ramin Əfsanəyə zəng edərək MİDA-da satış şöbəsinin müdiri vəzifəsində çalışan Emin adlı tanışının olduğunu, həmin şəxsin ona borclu olduğu məbləğin qarşılığında ona 4 əcəd mənzil verildiyini və həmin mənzilləri istədiyi şəxslərin adlarına rəsmiləşdirə biləcəyini, bunun qarşılığında özü üçün 1500 manat, Emin adlı şəxsə mənzilin açarını təhvil alınan zaman isə 100 manat şirinlik verməli olacağını bildirmişdir. Əfsanə də həmin vaxtı özünə mənzil almaq istədiyindən Raminlə razılaşmışdır. 05 yanvar 2024-cü il tarixdə Əfsanə ona zəng edərək 2000 manat borc pul istəmişdir. O isə Əfsanədən həmin vaxt nə baş verdiyini israrla soruşduqda sonuncu yuxarıda qeyd etdikləri barədə ona danışaraq MİDA-da 3 otaqlı mənzil üçün 9176 manat, iki otaqlı mənzil üçün 7180 manat ilkin ödəniş etmək lazım olduğunu, özünün isə 3 otaqlı mənzil almaq istədiyini ona bildirmişdir. O da iki otaqlı mənzil istədiyi üçün Əfsanədən ona da bununla bağlı köməklik etməsini istəmişdir. Həmin vaxtı, o, öz bank hesabında olan 2000 manat pulu Əfsanəyə məxsus bank kartına köçürtmüşdür. Həmin gün axşam saatlarında Əfsanə ona zəng etmiş və Ramin də yanında olmuşdur. Ramin Əfsanədən telefonu alaraq onunla danışmış və ev almağına ona köməklik göstərəcəyini bildirmişdir. Həmin vaxtı iki otaqlı mənzil üçün təcili olaraq 7180 manat pul Raminə verilməli olmuşdur. Bu səbəbdən də o, bank hesabında olan həmin məbləğin 7000 manatını 3000 və 4000 manat olmaqla həmin gün saat 23 radələrində, 180 manatını isə xx.xx.2024-cü il tarixdə Əfsanənin ona bildirdiyi Təqsirləndirilən şəxs məxsus “Leo Bank” tərəfindən verilmiş bank kartı hesabına mobil tətbiq vasitəsilə köçürmüşdür. Əfsanə ilə telefonla əlaqə saxlayıb bu barədə soruşduqda Əfsanə Raminin iş yerindən müvafiq arayış lazım olduğunu tələb etdiyini ona bildirmiş və o, 09 yanvar 2024-cü il tarixdə həmin vaxtı çalışdığı iş yerindən arayış alaraq Əfsanə vasitəsilə Raminə göndərmişdir. Bundan başqa arayışla birlikdə o, özünə məxsus şəxsiyyət vəsiqəsinin əslini də Raminə göndərmişdir. Təqsirləndirilən şəxs evlərin onların adına rəsmiləşdirilməsi ilə bağlı mobil telefonlarına müvafiq sistem vasitəsilə 10 yanvar 2024-cü il tarixədək bildiriş göndəriləcəyi bildirmişdir. Lakin həmin tarix gəlib çatsa da, Təqsirləndirilən şəxs onlara heç bir evin satılmasını təmin etməmişdir. Onunla əlaqə saxladıqda isə Ramin onun şəxsiyyət vəsiqəsində problem olması səbəbindən onun adına ev rəsmiləşdirilməsinin mümkün olmadığını, həmin mənzili başqa şəxsin adına rəsmiləşdirməsini və daha sonra onun qeydiyyatı ilə bağlı məsələsi həll olunduqdan sonra mənzili onun mülkiyyətinə keçirəcəyini bildirmişdir. Belə ki, onun vəsiqəsində qeydiyyat ünvanı ilə bağlı problemin olmasını Əfsanə Raminə dəfələrlə desə də, Ramin evin alınmasında heç bir problem olmayacağını bildirmişdir. O isə onunla razılaşmadığından sonradan Ramin onun pullarını hissə-hissə olmaqla ona məxsus bank kartına göndərmişdir. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs barəsində şikayət etməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Əfsanə Mehrəliyevəm aldadaraq olə keçirdiyi 9176 manat pulunu ələ keçirmişdir. O, Təqsirləndirilən şəxslə ümumiyyətlə görüşməmişdir. İş materiallarında olan 09 mart 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Rüstəm Şıxəliyev tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır ( i/v 1). İş materiallarında olan “Götürmə aparılması və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X1 təqdim etdiyi bir ədəd diskə baxış zamanı təqdim olunmuş diskdə 03 ədəd audiofayl və 02 ədəd videofayl olması müşahidə olunur. Diskdə olan audiofayllar açılaraq həmin audiofayllarda olan səslərə qulaq asıldıqda bir nəfər kişi cinsindən olan şəxsin mənzil alınması ilə bağlı söhbət aparması müəyyən edilir. Həmçinin diskdə olan videogörüntülərə baxış keçirilərkən videogörüntülərdə avtomobildə videoçəkiliş aparılması, videoçəkilişdə yaşayış binası müşahidə olunur, videogörüntüdə bir nəfər kişi cinsli şəxs binada mənzili avtomobildə olan digər şəxslərə təqdim edir. Baxışda iştirak edən Əfsanə Mehrəliyevə audioyazılarda olan səslərin Təqsirləndirilən şəxs məxsus olduğunu, videogörüntüdə olan səsin də Təqsirləndirilən şəxs məxsus olduğunu, avtomobildə Təqsirləndirilən şəxs ona MİDA-dan veriləcəyi evi göstərdiyini bildirmişdir (i/v 30). İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 44). İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 11 mart 2024-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Əliyev X7 RPİ-nin MSY-dən azad edilmişdir (i/v 72-73). İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi barədə” 11 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 74). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 19 mart 2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 84). İş materiallarında olan 05 avqust 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" ASC-nin 14 iyun 2024-cü il tarixli məktubuna əlavə edilmiş çıxarışlara baxış zamanı 25 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus 416973******9955 nömrəli bank kartından 409858******8592 nömrəli bank kartına 70 manat pul göndərilməsi, 26 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus 416973******9955 nömrəli bank kartından ünvan 2 ünvanda yerləşən bankomatdan 1500 manat pul nağdlaşdırılması, 29 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus 416973******9955 nömrəli bank kartından 409858******8592 nömrəli bank kartına 40 manat pul göndərilməsi, 30 dekabr 2023-cü il tarixdə Əfsanə Mehrəliyevaya məxsus 416973******9955 nömrəli bank kartından 409858*8592 nömrəli bank kartına 610 manat pul göndərilməsi, 01 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus 416973******9955 nömrəli bank kartından 409858******8592 nömrəli bank kartına 105 manat pul göndərilməsi, 05 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus 416973******9955 nömrəli bank kartından 409858******8592 nömrəli bank kartına 300 manat pul göndərilməsi, 05 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus 416973******9955 nömrəli bank kartından ünvan 5 ünvanda yerləşən bankomatdan 2000 manat pul nağdlaşdırılması müşahidə olunur. "xxxx" ASC-nin 14 iyun 2024-cü il tarixli məktubuna əlavə edilmiş 01 ədəd diskə Daxış zamanı diskdə fotoşəkillərin olması müşahidə olunur. Fotoşəkillərdə bir nəfər qara rəngli gödəkcədə olan kişi cinsli şəxsin 26 dekabr 2023-cü il tarixdə saat 22:38-də bankomatdan pul çıxarması, həmçinin 05 yanvar 2024-cü il tarixdə saat 17:43-də həmin şəxsin bankomatdan təkrar pul çıxarması müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs fotoşəkillərdə olan şəxsin özünün olduğunu, 409858******8592 nömrəli bank kartının ona məxsus olduğunu bildirmiş və verilən digər suallara cavab verməkdən imtina etmişdir (i/v 128). İş materiallarında olan 16 iyul 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə X1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 11 dekabr 2023-cü il tarixdən 15 yanvar 2024-cü il tarixə kimi müxtəlif vaxtlarda müxtəlif müddətlərdə danışıqlar apanlması müşahidə olunur. Bundan başqa, X1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə aşağıdakı məzmunda SMS-lər göndərilməsi müşahidə olunur: -«Haminin yaninda basimi asagi eledin Ramin allah evini yixsin»; -«Sesefeqin sexsiyyetini catdin cindir ogras olum olsun sene it oglu»; -«Sefeqin sexsiyyetini catdir srocru is yerime»; -«Evin yixilsin qizin olsin itin oglu 2 defe ustıme skoru gelib basima neler getirdin ezizderin olsin qizin olsin ramin cıyerleron yansin meni kimi sende yanasan qancigin oglu»; -«Kontur yuklemeye pulum yoxdu getir pulu qaytar borclular meni qisnayib gelin qapında ozumu yandiracam 9176m Efsane borcun var 3500m Sedeqe»; -«Ogras 135m sefeqe borcun qalib ve novbe menimdi dizin dizin ayaglarima yalvaracaqsan gunu sabahdan». Bundan başqa, X1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə aşağıdakı məzmunda SMS-lər göndərilməsi müşahidə olunur: -«İsivi duzdun qosdinda efsaneden neyi var istufade eledin allah senin belani versin yqlanci hec bir sozunle 2 cisi ust uste dusmir allah vursin seni emide senet lazim.olsaydı alan kimi meni deyerdin apar»; -«Sagolsun anan atan seni kimi serefsiz yalanci ogras boyudub eledıylerim.gelsin gozunderı»; - «İdareve gedecem mudurube deyecem masenniklik edirsen mida sirketile ne elaqen mıdayada grdecem asan xidmetede emin alcagida tapacam gor dalin» (i/v 130- 131). İş materiallarında olan 09 avqust 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə X1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 26 dekabr 2023-cü il tarixdən başlayaraq müxtəlif vaxtlarda müxtəlif müddətlərdə danışıqlar aparılması müşahidə olunur. Bundan başqa, X1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 08 yanvar 2024-cü il tarixdən 10 yanvar 2024-cü il tarixə kimi aşağıdakı məzmunda SMS-lər göndərilməsi müşahidə olunur: -«lsıvi duzdun qosdinda efsaneden neyi var istufade eledin allah senin belani versin yqlanci hec bir sozunle 2 cisi ust uste dusmir allah vursin seni emide senet lazim.olsaydi alan kimi meni deyerdin apar»; -«Allah evini yixsin orpeyim.olsun meleyin basina menim.heyətimi yasasin melek»; -«Sagolsun anan atan seni kimi serefsiz yalanci ogras boyudub elediylerim.gelsin gozunden». -«ldareve gedecem mudurube deyecem masenniklik edirsen mida sirketile ne elaqen midnyada grdecem asan xidmeteöe emin alcagida tapacam gor dalin»; -«Haminin yanida meni bas asagi eledin evin yixilsin». İş materiallarında olan 10 avqust 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd disk, "xxxx" ASCnin məktubuna əlavə edilmiş 01 ədəd disk maddi sübut kimi tanınmış və həmin disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (i/v 137-150). Məhkəməyə 06 mart 2025-ci il tarixdə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın tam qaytarılmasını və sonuncuya qarşı şikayət və tələbinin olmamasını və mülki iddia tələbindən imtina etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 22 may 2025-ci il və 29 may 2025-ci il tarixli Qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilindiyi cinayət işi üzrə dəymiş ziyanın 25%-dən az olmamaqla, yəni 2300 (iki min üç yüz) manat dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun sonuncu məhkəmə iclasındakı etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə hesab edir ki, qanunvericiliyin aşağıda sadalanan müddəalarına görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72– 73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən xitam verilməsinə razı olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın ümumi məbləği 9176 manat olmuş, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarı 2294 (iki min iki yüz doxsan dörd) manat təşkil etmiş, Təqsirləndirilən şəxs tərəfindən 2300 (iki min üç yüz) manat dövlət büdcəsinə ödəniş edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd diskin və "xxxx" ASC-nin məktubuna əlavə edilmiş 01 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Qeyd olunan Məcəllənin 183.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan onun xeyrinə 9176 manat məbləğində pul vəsaiti və 112 (yüz on iki) manat məbləğində dövlət rüsumunun tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə prosesinin gedişatında Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş maddi ziyan tam ödənildiyindən, onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti olmadığından bununla bağlı məhkəməyə ərizə ünvanlamış və mülki iddiadan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə mülki iddiaya münasibət bildirərək qeyd edir ki, məhkəmə baxışı gedişində Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyan tam olaraq ödənildiyindən və zərəçəkmiş şəxs mülki iddiadan imtina etdiyindən mülki iddiaya xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, mülki iddia üzrə icraata xitam verildiyi halda ödənilmiş dövlət rüsumuna da qiymət verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Eyni Məcəllənin 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Məhkəməyə təqdim edilmiş mülki iddiaya əlavə olunmuş ödəniş qəbzindən görünür ki, zərərçəkmiş şəxs tərəfindən məhkəməyə verilmiş mülki iddia ilə bağlı 112 (yüz on iki) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki, iddiaçı iddiadan imtian etmiş və cavabdeh tərəfindən iddia könüllü təmin edildiyindən, həmçinin iddiaçının məhkəmədə çəkdiyi xərclərin verilməsi barədə belə bir xahişi olmadığından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. İş üzrə ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 348, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd diskin və "xxxx" ASC-nin məktubuna əlavə edilmiş 01 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiaya xitam verilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən ödənilmiş 112 (yüz on iki) manat məbləğində dövlət rüsumu onun özünə aid edilisin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-45/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-45/2025
29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver