Məhkəmə qərarları › İş №1(006)-450/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-450/2021

17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-450/2021 17.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 09.07.2021-ci il tarixində saat 03.30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 54 ünvanında yerləşən çörək sexin daxilində tanışı Zərərçəkmiş şəxs Abbasəlı oğlu ilə aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs əli ilə qəsdən vuraraq alt çənə sümüyünün sol çənə sahəsinin qapalı-yerdəyişmiş sınığı ilə müşayiət olunan sol yanaq və qulaqaltı çeynəmə nahiyəsinin sol yarsının qançır-şişkinliyi xəsarətini yetirməklə qəsdən sağlamlığa AZ AĞİR bədən xəsarəti yetirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa AZ AĞİR zərər vurma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmədiyi üçün ailəsini dolandırmaq məqsədi ilə 3 aydır ki, Bakı şəhəri. Nəsimi rayonu, Tbilisi prospekti 54 ünvanında yerləşən çörək sexində işləyir Həmin sexdə onunla birlikdə sürücü- ekspeditor Zərərçəkmiş şəxs işləyir. 09.07.2021-ci il tarixində saat 03.30 radələrində o, həmişəki kimi işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 54 ünvanında yerləşən çörək sexində olan zaman çörək sexinə sürücü-ekspeditor Zərərçəkmiş şəxs çörəklərin hazır olmadığını soruşduqda, o, çörəklərin hazırlamağa çatmadığını demişdir. Onun sözlərinə cavab olaraq Zərərçəkmiş şəxs onun ünvanına nalayiq sözlər işlətmişdir. O, həmin zaman həmin şəxsin bu hərəkətlərini görərək əsəblərini saxlaya bilməyərək, sexin daxilində sürücü-ekspeditor Zərərçəkmiş şəxs sifətindən əli ilə bir dəfə yumruq zərbəsi endirmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmin hadisə işlədikləri Bakı şəhəri. Nəsimi rayonu, Tbilisi prospekti 54 ünvanında yerləşən çörək sexinin daxilində baş verdiyini, tanışı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətdiyindən, əsəblərini saxlaya bilməyərək sonuncunun sifətindən əli ilə bir dəfə yumruq zərbəsi endirdiyini, aralarında olan mübahisə təxminən 2-3 dəqiqə arasında davam etdiyini deyərək, həmin hadisənin şahidi kimi heç kimi göstərə bilməyəcəyini qeyd etmişdir. Əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxsla barışmasını, ona vurulmuş zərəri ödəməsini, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını nəzərə alaraq barasində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmədiyi üçün ailəsini dolandırmaq məqsədi ilə 20 il müddətində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 54 ünvanında yerləşən çörək sexində sürücü-ekspeditor vəzifəsində işləyir. O, həmin çörək sexində sürücüekspeditor vəzifəsində işlədiyindən çörəkləri həmin çörək sexinə məxsus olan “İJ" markalı ** BA *** dövlət nömrə nişanlı avtomobil ilə daşıyır. Həmin çörək sexində Təqsirləndirilən şəxs işləyir. Təqsirləndirilən şəxs qeyd etdiyi sexdə 3 ay işlədiyindən, çörəklərin paylanması və pulların alınmasına Təqsirləndirilən şəxs nəzarət edir. Onun sonuncu ilə həmişə münasibəti yaxşı olmuş və o, həmişə sexə gəldikdən qabaq onunla danışıb, çörəklərin hazırlanmasını xahiş etmişdir. 09.07.2021-ci il tarixində saat 03.30 radələrində həmişəki kimi Bakı şəhəri. Nəsimi rayonu, Tbilisi prospekti 54 ünvanında yerləşən çörək sexinə gələrək, çörəkləri götürmək istəmişdir. O, çörəklərin hazır olmadığını görərək Təqsirləndirilən şəxs söz ilə öz iradını bildirmişdir. Onun sözlərinə cavab olaraq Təqsirləndirilən şəxs ona yenədə çörəkləri hazır etmədiyini demişdir. O, Təqsirləndirilən şəxs "işləyirsən işlə, işləmirsən çıx get" sözlərini demişdir. Bu zaman Təqsirləndirilən şəxs heç bir səbəb olmadan ona yaxınlaşıb və sexin daxilində bir dəfə əli ilə onun sifətindən yumruq zərbəsi endirmişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq həmin hadisənin işlədikləri Bakı şəhəri. Nəsimi rayonu, Tbilisi prospekti 54 ünvanında yerləşən çörək sexinin daxilində baş verdiyini, tanışı Təqsirləndirilən şəxs əli ilə onun sifətindən bir dəfə yumruq zərbəsi endirdiyini, həmin hadisə zamanı xəsarət aldığından, MTE-dan keçmək istədiyini, aralarında olan mübahisə təxminən 2-3 dəqiqə arasında davam etdiyini deyərək, həmin hadisənin şahidi kimi heç kimi göstərə bilməyəcəyini qeyd etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti, tələbi yoxdur, buna görə də, sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icrata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Sadələşdirilmiş icraat materialına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, məhkəmə baxış iclası 03 sentyabr 2021-ci il tarixə saat 11-00-a təyin edilmişdir. Sadələşdirilmiş icraat materialının 26-28-ci vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi Birliyinin 22 iyul 2021-ci il tarixli, 577 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – alt çənə sümüyünün sol çənə sahəsinin qapalı-yerdəyişmiş sınığı ilə müşayiət olunan sol yanaq və qulaqaltı çeynəmə nahiyəsinin sol yarısının qançır-şişkinliyi küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən 09.07.2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Sadələşdirilmiş icraat materialının 17-ci vərəqəsində olan 09 iyul 2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 18-ci vərəqəsində olan 09 iyul 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs barəsində aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 20-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 iyul 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti, tələbi yoxdur, ona görə də, sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Göstərilənlərə əsasən, barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən, zərərçəkmiş şəxsin, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə tərəfindən onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, N.M.Məmmədoaə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar