Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-451/2025 03.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlağına ağır zərər vurulmasına və ölümünə səbəb olmuşdur. Belə ki, o, 03 dekabr 2024-cü il tarixdə saat 07 radələrində "xxxx" MMC-уə məxsus “Chevrolet Cobalt LTZ” markalı, **-YU-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 ünvanında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, icazə verilən maksimum 60 km/saat sürətdən artıq, yəni 60-65 km/saat sürətlə hərəkətdə olarkən hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyib həmin vaxt “Dəniz Vağzalın”ın qarşısında yolu soldan sağa keçən piyadalar X10 və X2 vurması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X5 çanaq boşluğuna qanın toplanması və hematuriya ilə müşayiət olunan sağ qasıq, sağ oturaq, oma sümüklərinin qəlpəli yerdəyişən, mürəkkəb sınıqları, İV və V bel fəqərələrinin çıxıntılarının sınıqları, başın sağ təpə-gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ bud və sağ baldır nahiyələrinin sıyrıqları kimi ümumilikdə həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almasına, digər zərərçəkmiş şəxs X1 isə daxili qanaxma ilə müşayiət olunan sağ ağciyərin cırılması, sağdan İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ qabırğaların qapalı, yerinidəyişən sınıqları və həmin hissədə qabırğaarası əzələlərə qansızmalar, çanaq və sağ bud sümüklərinin qapalı yerdəyişən sınıqları, sol gicgah-ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol almacıq, sağ bud, sağ baldır, sol diz oynağı və sağ aşıq-baldır oynağı nahiyələrinin sıyrıqları kimi ümumilikdə həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər alaraq hadisə yerində ölməsinə səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2024-cü ilin yay aylarından etibarən “Chevrolet Cobalt LTZ” markalı, **-YU-*** qeydiyyat nişanlı avtomobili etibarnamə və BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edərək taksi sürücüsü işləyir. 03 dekabr 2024-cü il tarixdə, saat 06:30 radələrində Bakı şəhəri, Bayıl qəsəbəsindən tanımadığı bir qadını müştəri avtomobilin arxa oturacağa əyləşmiş və “8 Noyabr” prospektinə getmək üçün yola düşmüşlər. Saat 06:50 radələrində Neftçilər prospekti ilə “Azadlıq meydanı”nın qarşısında təxminən 60-65 km/saat sürətlə yolun sağdan ikinci zolağı ilə hərəkət etmişdir. Həmin yerdə sağdan birinci zolaq avtobus zolağıdır. Avtomobillə “Dəniz Vağzalı”nın qarşısı ilə hərəkətdə olarkən ondan sol tərəfdəki zolaqda markası və dövlət qeydiyyat nömrəsinə fikir vermədiyi avtomobil də onunla eyni sürətdə hərəkət etmişdir. Sağdan ikinci zolaqla təxminən 60-65 km/saat sürətlə “Dəniz Vağzalı”nın qarşısını keçən zaman gözlənilmədən avtomobilin ön hissəsindən bərk tappıltı səsi eşitmiş və avtomobilin nəyisə vurduğunu hiss etmişdir. Avtomobil həmin an zərbədən silkələnmişdir. O, dərhal əyləci sıxmış və avtomobili dayandırmışdır. Arxa sərnişin oturacağında əyləşmiş qadından hər şeyin qaydasında olub-olmadığını, hər hansı xəsarət alıb-almadığını soruşmuşdur. Həmin qadın heç bir xəsarət almadığını bildirmişdir. Avtomobildən düşəndə asfaltın üzərində iki nəfər tanımadığı kişinin uzandığını görmüşdür. O, həmin vaxt başa düşmüşdür ki, avtomobillə yolu piyada keçən iki nələri vurmuşdur. Onlardan biri güclə ayağa durmuş və yolun kənarına keçib bardürün üstündə əyləşmişdir. Digər şəxs isə asfaltın üzərində uzanmış, güclə nəfəs almışdır. O nəbzini yoxlamış və görmüşdür ki, həmin şəxs yaşayır. Bu vaxt avtomobilinin arxa oturacağında sərnişin qismində əyləmiş tanımadığı qadın hadisə yerindən uzaqlaşmışdır. Dərhal təcili tibbi yardıma zəng etmiş və təxminən 15-20 dəqiqə sonra təcili tibbi yardım maşını hadisə yerinə gəlmişdir. Həkim asfaltın üzərində uzanan şəxsi müayinə etmiş və artıq həmin şəxsin öldüyünü bildirmişdir. Bundan sonra həkim xəsarət alan və hadisə yerində olan digər piyadanı müayinə etmiş, daha sonra onu xəstəxanaya aparmışdır. O, avtomobilinə baxanda ön sağ tərəfinin zədələndiyini, ön sağ faranın sındığını görmüşdür. Başa düşmüşdür ki, piyadaları avtomobilin ön sağ hissəsi ilə vurmuşdur. “Chevrolet Cobalt LTZ” markalı, **-YU-*** qeydiyyat nişanlı avtomobilə vurduğu maddi ziyanı tam ödəmişdir, bununla bağlı ona qarşı hər hansı şikayət və ya mülki iddia yoxdur. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxs və zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışmasını bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində çıxış edən X10 ifadəsində bildirdi ki, İbrahim Mustafayevi bir neçə ildir ki, tanıyır. Belə ki, İbrahim onun yaşadığı Azadlıq prospekti, ev 97 ünvanının yaxınlığında yaşayır. İbrahimlə bir neçə il əvvəl Dənizkənarı Milli Parkda tanış olmuş və uzun illərdir ki, hava əlverişli olduqda səhər vaxtı, yaxud axşam vaxtı Dənizkənarı Milli Parkda piyada gəzmişlər. 03 dekabr 2024-cü il tarixdə adəti üzrə saat 06:45 radələrində yaşadığı evin yaxınlığında İbrahimlə görüşmüşlər və hər ikisi piyada gəzməyə başlamışlar. Dənizkənarı Milli Park istiqamətində getmişlər ki, orada dəniz kənarında gəzsinlər. Neftçilər prospektinə çatdıqda avtomobil yolunu keçməzdən əvvəl o, İbrahimə keçiddən keçməyi bildirmiş, lakin İbrahim yağışlı hava ilə əlaqədar keçidin pilləkəninin sürüşkən olmasını, əvvəllər orada yıxılıb ciddi xəsarət aldığını bildirərək yolun boş olduğunu və yolu keçməklə Dənizkənarı Milli Parka getməyi bildirmiş və o da razı olmuşdur. Saat 06:50 radələrində birlikdə yolu keçməyə başlamışlar, hava qaranlıq olmuş və avtomobillərin işıqlarından olduqları yeri təyin etməklə yolu keçmişlər. Onlar yolu adi qaydada yeriməklə keçmişlər və yolun bəzi hissəsində gözləyir, yenidən hərəkətə davam etmişlər. Dənizkənarı Milli Parkdan 2-ci zolağa çatdıqda artıq yolu keçib başa çatdırmaq olduqlarını zənn etmişlər ki, gözlənilmədən avtomobillərdən biri onu və İbrahimi vurmuşdur. İbrahim ona nisbətdə sağda olduğundan avtomobil ilk olaraq İbrahim, sonra onu vurmuşdur. Zərbə qüvvətli olduğundan hər ikisi asfaltın üzərinə yıxılmışlar. O bədəninin müxtəlif hissələrində kəskin ağrı hiss etmişdir. Başını qaldırdıqda görmüşdür ki, İbrahim asfaltın üzərində huşsuz vəziyyətdə uzanmışdır. Bu vaxt onları vuran avtomobil bir neçə metr irəlidə dayanmış və sürücüsü yaxınlaşmışdır. Avtomobil ağ rəngli, üzərində Yango sözləri yazılmış taksi idi. Dövlət qeydiyyat nişanının sonu 371 ilə bitirdi. Birtəhər ayağa qalxmış və yolun kənarında bardürün üzərində əyləşmişdir. Sürücüdən İbrahimin vəziyyətini soruşduqda sürücü bildirmişdir ki, İbrahim azca nəfər alır, təcili tibbi yardıma dəvət etmişdir. Təxminən 15-20 dəqiqə sonra təcili tibbi yardım maşını hadisə yerinə gəlmişdir. Həkim onu və İbrahimi müayinə elmiş və artıq İbrahimin öldüyünü bildirmişdir. Bundan sonra təcili tibbi yardım maşını onu xəstəxanaya aparmışdır. Sonda zərər çəkmiş şəxs X10 Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, X3 onun atasıdır. Atası fiziki cəhətdən sağlam olmuş və hər hansı xəstəliyi olmamışdır. Atası hər səhər Dənizkənarı Milli parkda piyada gəzintiyə çıxmışdır. 03 dekabr 2024-cü il tarixdə anası Əqidə Süleymanova ona zəng edərək atasını avtomobil vurduğunu bildirmişdir. Bundan sonra o hadisə barədə maraqlanmış və “Dəniz Vağzalı”nın qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində atası İbrahimin öldüyü məlum olmuşdur. Sonda zərər çəkmiş şəxsin hüquqi varisi X8 Təqsirləndirilən şəxs qarşı heç bir maddi və mənəvi tələbi olmadığını, təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); “hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 ünvanında yerləşən “Dəniz Vağzalın”nın qarşısında baş vermişdir (i.v. 5-11); xx.xx.2024-cü il tarixli, 1/11137 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı, yəni xx.xx.2024-cü il tarixdə ayıq vəziyyətdə olmuşdur (i.v. 13); BB719783 nömrəli sürücülük vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs B1BC1C kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2034-cü il tarixədək etibarlıdır və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır (i.v. 20); BB590620 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, “Chevrolet Cobalt LTZ” markalı, **-YU-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur (i.v. 21); xx.xx.2024-cü il tarixdə verilmiş etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək “Chevrolet Cobalt LTZ” markalı, **-YU-*** dövlət qeydiyyat nişanlı avtomobili yalnız Azərbaycan Respublikası ərazisində idarə etməyə səlahiyyətlidir (i.v. 22); “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “Chevrolet Cobalt LTZ” markalı, **-YU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsində və sağ farasında zədələnmə izləri vardır, avtomobilin digər detalları saz vəziyyətdədir (i.v. 29-31); “zərərçəkmiş şəxs və onun hüquqi varisi qismində tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə X3 öldüyündən zərərçəkmiş şəxs qismində tanınmış, ********* saylı cinayət işi üzrə X1 qızı X8 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (i.v. 41-42); “diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə DİN-ə X7 Xidmətindən daxil olmuş TŞ 1-047 nömrəli kameranın xx.xx.2024-cü il tarixdə, saat 06:35-dən 07:05-dək olan müddət ərzində qeydə aldığı görüntülərin olduğu 01 ədəd DVD formatlı dikə baxış keçirilmiş, baxış zamanı DVD formatlı diskdə olan 04 ədəd faylda 30 dəqiqə müddətində olan görüntülərin olduğu müəyyən edilmişdir. 1-ci faylda TŞ 1-047-1 nömrəli kameranın qeydə aldığı görüntülər olduğu, saat 06:57:28-də Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 ünvanının qarşısında ağ rəngli Chevrolet markalı avtomobil dayanmış vəziyyətdə olduğu müəyyən edilmişdir. 2-ci faylda TŞ 1-047-2 nömrəli kameranın qeydə aldığı görüntülər olduğu, saat 06:57:48-də Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 ünvanının qarşısında ağ rəngli Chevrolet markalı avtomobilin tormozlama etdiyi, daha sonra bir neçə metr geriyə hərəkət etdiyi və avtomobil dayandıqdan sonra sürücünün avtomobildən düşərək hadisə yerinə yaxınlaşdığı, arxa sağ yan qapıdan isə bir nəfər sərnişinin düşdüyü müəyyən edilmişdir. 3cü faylda TŞ 1-047-3 nömrəli kameranın qeydə aldığı görüntülər olduğu və həmin görüntülərin hadisə yerinin deyil, digər istiqamətə aid olduğu və bu səbəbdən istintaq marağı kəsb edən hər hansı hal görüntü qeydə almadığı müəyyən edilmişdir. 4-cü faylda TŞ 1-047-4 nömrəli kameranın qeydə aldığı görüntülər olduğu, saat 06:57:25-də Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 ünvanının qarşısında iki nəfər şəxsin “Absheron” hotelinin arxası ilə hərəkət edərək “Neftçilər” prospektinə yaxınlaşdığı və 06:55:30-da həmin yolu hərəkətdə olan sürücülərə nisbətdə soldan sağa, yəni bulvar istiqamətində adi yerişlə keçməyə başladıqları, 1 hərəkət zolağını keçdikdən sonra saat 06:55:36-da soldan 2-ci zolağın ortasında dayandıqları, hərəkətdə olan avtomobillərə görə 1-2 addım geriyə atdıqları, daha sonra 06:55:39-da soldan 2-ci zolağın ortasından yenidən adi yerişlə hərəkətə başladıqları və saat 06:55:45-də soldan 4-cü zolağın ortasında olan zaman həmin zolaqla hərəkətə olan avtomobil tərəfindən vurulduqları müəyyən edilmişdir (i.v. 51-52); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/2-212815/24 nömrəli məktubdan görünür ki, DİN-in Baş X17 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1969cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə (xx.xx.2034-cü il tarixədək etibarlı olan) BB 719783 nömrəli “B1 B C1 C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır (i.v. 53); “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X10 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 55); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 63); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X16 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 111 nömrəli rəydən görünür ki, X1 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: daxili qanaxma ilə müşayiət olunan sağ ağciyərin cırılması, sağdan İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ qabırğaların qapalı, yerinidəyişən sınıqları və həmin hissədə qabırğaarası əzələlərə qansızmalar, çanaq və sağ bud sümüklərinin qapalı yerdəyişən sınıqları, sol gicgah-ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol almacıq, sağ bud, sağ baldır, sol diz oynağı və sağ aşıq-baldır oynağı nahiyələrinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissədinə göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər, İ.N.Mustafayevin ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. X1 ölümünə səbəb sağ ağciyərin cırılması, qabırğaların çoxsaylı, çanaq və sağ bud sümüklərinin sınıqları nəticəsində baş vermiş travmatik-hemorragik şok olmuşdur. X1 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2024-cü il tarixdə saat 10:00) təxminən 2-4 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (i.v. 66-71); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X16 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1658 nömrəli rəydən görünür ki, vət. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-çanaq boşluğuna qanın toplanması və hematuriya ilə müşayiət olunan sağ qasıq, sağ oturaq, oma sümüklərinin qəlpəli yerdəyişən mürəkkəb sınıqları, İV və V bel fəqərələrinin çıxıntılarının sınıqları, başın sağ təpə-gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ bud və sağ baldır nahiyələrinin sıyrıqları bərk kct əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X15 PHŞ-yə müraciət etdiyi vəqərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddirlər. X5 bədənində qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissədinə göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. (i.v. 74-76); “cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 79); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 8/220 saylı rəydən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Chevrolet Cobalt LTZ” markalı, **-YU-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (i.v. 82-85); “cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2025ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilmişdir (i.v. 86); “təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan etmə haqqında” xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 98-99); “şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 117-118); X11 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, 03 dekabr 2024cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Comfort Parka məxsus “Chevrolet Cobalt” markalı, **-YU-*** qeydiyyat nişanlı avomobilə dəymiş maddi ziyan sürücü Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Ona qarşı hər hansı mülki iddiası yoxdur (i.v. 120); “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 05 may 2024-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-yə məxsus “Chevrolet Cobalt LTZ” markalı, **-YU-*** qeydiyyat nişanlı avtomobil və DİN-in X7 Xidmətindən daxil olmuş 1 (bir) ədəd DVD formatlı diskin maddi sübut kimi tanınması və 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarına əlavə edilməsi, eləcə də “Chevrolet Cobalt LTZ” markalı, **-YU-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi "xxxx" MMC-yə qaytarılmasının nəzərə alınması qərara alınmışdır (i.v. 80-86); Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir maddi və mənəvi tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərər çəkmiş şəxsin hüquqi varisi Sədrəddin Cəfərov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur. Ona dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxs və zərər çəkmiş şəxsin hüquqi varisinin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİ hissəsinə əsasən, nəqliyyat vasitələri: 1) yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə (kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi nəzərə alınmaqla); 2) minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda: avtomagistrallarda saatda 110 kilometrdən çox olmayan sürətlə; başqa yollarda saatda 90 kilometrdən çox olmayan sürətlə; 3) şəhərlərarası və xüsusilə kiçik avtobuslar və motosikletlər yaşayış məntəqələrindən kənarda bütün yollarda saatda 90 kilometrdən çox olmayan sürətlə; 4) digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda: Avtomagistrallarda saatda 90 kilometrdən çox olmayan sürətlə; başqa yollarda saatda 70 kilometrdən çox olmayan sürətlə; 5) banında adamlar daşıyan yük avtomobilləri saatda 50 kilometrdən çox olmayan sürətlə; 6) yedəyində mexaniki nəqliyyat vasitələri aparan nəqliyyat vasitələri saatda 50 kilometrdən çox olmayan sürətlə; 7) təhlükəli, ağır çəkili və iri qabaritli yüklər daşıyan nəqliyyat vasitələri daşıma şərtləri razılaşdırılarkən müəyyən edilmiş həddən çox olmayan sürətlə hərəkət etməlidirlər. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini və zərər çəkmiş şəxs və zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışmasını nəzərə alır və onu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan – 01 ədəd DVD formatlı disk iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan – “Chevrolet Cobalt LTZ” markalı, **-YU-*** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" MMC-yə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçiya məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “PRO BONO” Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – 01 ədəd DVD formatlı disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan – “Chevrolet Cobalt LTZ” markalı, **-YU-*** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" MMC-yə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “PRO BONO” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-451/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-451/2025
03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver